A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə14/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   10   11   12   13   14   15   16   17   ...   102
50 sm - 60 sm, eni 80  sm-ə qədərdir. Daha doğrusu,  lağımda kankan rahat 

iĢləyə bilir. Lağımın su axan hissəsi düz, üst hissəsi tağbəndvari qazılır. Lağımın 




 

 

143 



uçmaq  qorxusu  olan  yerlərində  sal-saybənd  (daĢdan  hörgü)  aparılır.  Kəhriz 

quyularının uçmaması (dağılmaması)  üçün onun ağız hissəsi (yuxarısı) 3-5  m-lik 

sahə daĢla horülür-çiləgərdən edilirdi. 

 

Kəhrizlərin  qazılması  və  təmiri  iĢi,  adətən,  payız  və  yaz  aylarında  görülürdü. 



Kəhrizlərdə aparılan vaxtaĢırı təmirə səbəb onun suyunun azalması, kəhriz lağımı-

nın tutulması  və  s. olurdu. Kəhrizdə  su azaldıqda  tərkdöymə  (yəni  suyu artırmaq 

üçün aparılan təmir) edilirdi. Bunun üçün lağım aĢağı quyudan ta baĢ quyuya kimi 

10-15  sm  dərinlikdə  yenidən  qazılırdı.  Belə  bir  iĢ,  adətən,  quraqlıq  illərdə  aparı-

lırdı. Bundan əlavə, kəhrizlərdə vaxtaĢırı "dolasov" təmiri də aparılırdı. Bu təmir-

dən məqsəd suyun qabağına düĢmüĢ daĢı, torpağı təmizləməklə lağımda suyun sər-

bəst axmasını təmin etməkdi. Bəzi illərdə  güclü  yağıĢlar zamanı sel  suları  kəhriz 

quyusunu  və  lağımını  zir-zibil  ilə  dolduraraq,  suyun  axımını  çətinləĢdirirdi.  Belə 

vaxtlarda  quyu  və  lağımın  təmizlənməsi  üçün  aparılan  iĢ  "aval"  təmiri  adlanırdı. 

Aval təmiri əksər hallarda quyularının ağızı bağlanmamıĢ kəhrizlərdə aparılırdı. 

Kəhriz suyunun qədəri onun qazıldığı sahənin su ehtiyatından asılı olurdu. 

Elə kəhrizlər vardı ki, onun suyu ilə dəyirmanı iĢlətmək olurdu. Daha doğrusu, bir-

iki baĢ su verirdi. Elələri də vardı ki, onun suyu ancaq bir kəndi və ya bir məhəlləni 

içməli su ilə təmin edirdi. Suvarma üçün istifadə ediləcək kəhriz gözünün (çeĢmə-




 

 

144 



sinin)  qabağında  kiçik  nohur  (gölcük)  düzəldilərdi.  Su  buraya  yığıldıqdan  sonra, 

arxla  əkin  sahəsinə  aparılırdı.  ġəhərlərdə  kəhriz  suyundan  istifadə  edən  ailələr 

arasında möhkəm qayda olmuĢdur. Belə ki, kəhriz suyunda, lağıma düĢərək paltar 

və  qab-qacaq  yumaq,  onu  çirkləndirmək  olmazdı.  Hər  ailə  öz  həyətində  kəhrizin 

lağımına düĢmək və su götürmək üçün xüsusi "qırxayaq" - pilləkən düzəltdirərdi. 

Kəhrizlər vasitəsilə kənd və Ģəhər camaatı içməli su ilə təmin olar və  ya 

əkin  sahələri  suvarılardı.  Ġri  torpaq  sahibləri  özləri  üçün  xüsusi  kəhrizlər 

vurdurardılar.  Kəhrizlərin  qazılması  xərci  isə  onun  suyundan  istifadə  edəcək 

məhəllə, kənd, Ģəhər camaatı və ya sahibkar tərəfindən verilərdi. Kankan dəstəsinin 

zəhmət  haqqının  qədəri  danıĢıq  və  razılaĢmadan  asılı  olaraq,  natura  və  pul  ilə 

ödənilərdi. 

Hər bir kəhrizin adətə görə öz adı olardı. Onun adını müəyyənləĢdirərkən 

həmin kəhrizin harada qazılması və ya onun hansı kəndə və əraziyə su verməsi ilə 

adlanardı, yaxud da kəhrizin sahibi kimdirsə, onun adını daĢıyırdı. Məsələn, Kəblə 

Musa kəhrizi, Hacı Cəfər  kəhrizi, Hacı Əhməd kəhrizi, MəĢədi Məcid kəhrizi,  ya 

da kəndin adı ilə QaraqıĢlaq kəhrizi, Moruq kəhrizi, Muğanlı kəhrizi və s. 

Xüsusi  Ģəxslərə  məxsus  kəhrizlərin  suyu  ancaq  həmin  sahibkarın 

ixtiyarında  idi.  Camaatın  xərci  ilə  çəkilən  kəhrizlərin  suyundan  isə  (suvarma 

zamanı) növbə ilə həmin kəhrizin çəkilmə xərcini verənlər istifadə edirdilər. Adətə 

görə, kəhrizin suyundan içmək və iĢlətmək üçün hər bir adam istifadə edə bilərdi. 




 

 

145 



Bəzən də bir neçə nəfər öz xərci ilə (savab məqsədilə) kəhriz qazdırıb bir kəndin və 

ya bir məhəllənin camaatını içməli su ilə təmin edərdi. 

Azərbaycanda  kəhriz  qazan  kankan  dəstələri  əsasən  Cənubi 

Azərbaycandan gələnlərdən olardı. Lakin bu iĢin Naxçıvan, Qarabağ, Gəncəbasar 

və baĢqa rayonlarda da bilici ustaları olmuĢdur. 

Xalqımızın  qədimdən  istifadə  etdiyi  və  özünün  qazılıb-iĢlədilməsi 

baxımından həddən artıq çətin və mürəkkəb olan kəhriz təsərrüfatı həm suvarmada, 

həm də yaĢayıĢ məskənlərinin içməli su ilə təminində, yerli və təbii Ģəraitdən asılı 

olaraq,  əvəzedilməz  rola  malik  olmuĢdur.  Kəhrizlərin  çəkilməsi  böyük  ustalıq, 

vərdiĢ  və  bilik  tələb  edirdi.  XX  əsrin  əvvəllərində  Azərbaycanda  olmuĢ  məĢhur 

səyyah  və  coğrafiyaĢünas  alim  Q.A.Qrum-Qrijimaylo  kəhrizləri  gördükdən  sonra 

aludəliklə  yazırdı:  "Bu  qurğu  nə  qədər  təəccüblü  və  çətindirsə,  onu  tikmək  bir  o 

qədər də cəsarət və hünər tələb edir. Kəhrizlərlə bəzən 60 və daha da dərinlikdən 

su  öz  axan  ilə  üzə  çıxarılır.  Biz  haqlı  deyilikmi  ki,  təbiətə  qalib  gələrək,  onu 

dəyiĢdirən əkinçilərin qarĢısında heyrət və ehtiramla dayanaq?" 

Qədimlərdən belə suvarma  üçün, az da olsa, nohur və göllərin suyundan 

istifadə  edilmiĢdir,  təbii  halda  əmələ  gəlmiĢ  göl  və  nohurlar  bəzən  süni  halda  da 

düzəldilirdi  -  tikilirdi.  Göl  və  nohurların  düzəldilməsi  üçün  imkan  və  Ģərait  olan 

sahələrdə  xəndəklər  çəkilir  və  bununla  da  yağıĢ  və  qar  suları  həmin  yerə 

toplanardı.  Bəzən  göl  və  nohurlara,  su  çayların  daĢqını  zamanı  yığılardı.  Belə 

göllərə əsasən Kür sahili ərazidə daha çox təsadüf edilərdi. Süni halda düzəldilən 

nohurlar  hamılıqla  tikilərdi.  Bəzən  də  iri  torpaq  sahibləri  özləri  üçün  xüsusi 

nohurlar  tikdirərdilər.  Birgə  zəhmət  və  xərc  çəkilib  tikilən  nohurların  suyundan 

icmalıqla istifadə edilərdi. Xüsusi nohurların suyunu isə ancaq onun sahibi iĢlədə 

bilərdi. Beləliklə də göl və nohurlar ayrı-ayrı kənd icmalarına və ya da sahibkarlara 

məxsus olardı. 

Nohur və  göllərdən əkinlərə su ana arxlar vasitəsilə aparılardı. Bəzən də 

yay aylarında (suvarma zamanı) çaylarda su azaldıqda həmin arxlarla gölün suyu 

çaylara  tökülərdi.  Təbii  göl  sayılan  Qanlı  göldən  ana  arxla  həm  Kükü  kəndinin 

əkinlərini suvarmaq, həm də Naxçıvançaya su axıtmaq olurdu. Nohur və göl suları 

ilə əsasən pambıq və çəltik əkinləri suvarılardı. 

XIX əsrin 70-80-ci illərində Azərbaycanda 160-a qədər su anbarı (nohur) 

olmuĢdursa [177], XX əsrin baĢlanğıcında onların sayı 500-dən yuxarı idi. Həmin 

dövrdə su anbarları ilə (nohurlarla) suvarılan torpaqlar on min desyatindən çox idi 

[178]. 

Suvarma  məqsədilə  Azərbaycanın  bəzi  yerlərində  az  da  olsa  su 

quyularından istifadə edilmiĢdir. Lakin belə bir suvarma üsulu AbĢeron yarımadası 

üçün  daha  səciyyəvi  hal  olmuĢdur.  AbĢeronun  bütün  kəndlərində  (MaĢtağa, 

Buzovna, Mərdəkan, Zirə, Hövsan və s.) əhali bostan, tərəvəz və həyətyanı sahələri 

quyu  suyu  ilə  suvarmıĢdır.  Onlar  yeraltı  suları  üzə  çıxararaq,  suvarmada  çox 

bacarıqla  istifadə  edirdilər.  Bunun  üçün  ona  qədər  qayda  və  üsuldan  istifadə 



 

 

146 



olunmuĢdur [179]. Quyuları qazmaq və onlardan su çıxarmaq üçün müxtəlif alət və 

qurğulardan, külək və heyvan qüvvəsindən istifadə edilmiĢdir. 

Azərbaycanda  suvarma  əkinçiliyində  bulaq  sularından  istifadə  edilmiĢsə 

də, lakin bir o qədər də geniĢ yayılmamıĢdır. Bəzi hallarda ayrı-ayrı kəndlərin əkin 

yerlərinin, biçənək, bağ və həyətyanı sahələrin suvarılmasında bulaq sularının rolu 

az olmamıĢdır. Naxçıvanın Qarabağlar kəndində Asnı bulağı, Qarabağda ġahbulaq 

və  baĢqa  rayonlarda  mövcud  olan  belə  gur  bulaqların  suyu  ilə  xeyli  torpaqlar 

suvarılırdı. 

Azərbaycanda ənənəvi suvarma üsulları müxtəlif formalarda aparılmıĢdır. 

Belə  ki,  taxıl  əkinləri,  bostan  və  bağlar  arxla  selləmə  (subasma),  Ģırım,  çala 

(lilman) və s. qaydalarla suvarılmıĢdır [180]. 

Əkinlər selləmə üsulu ilə suvarıldıqda su birbaĢa arxdan sahəyə (bir neçə 

yerdən)  buraxılır.  Su  əkinə  yayılıb  torpağın  səthini  basır.  Selləmə  üsulu  ilə 

suvarma  bir  o  qədər  də  sərfəli  deyildir.  Belə  ki,  suvarma  suyunun  həddən  artıq 

məsrəfinə səbəb olur, bundan əlavə torpaq qaysaqlanır və nəhayət torpağın nəmliyi 

tez çəkilir. 

Əkin  və  ya  bostan  sahələrini  arx  və  Ģırım  üsulu  ilə  (kiçik  arxlarla) 

suvarmaq  üçün  bütün  sahə  (müəyyən  məsafələrlə)  əvvəlcədən  Ģırımlanırdı. 

Sahənin baĢındakı arxdan Ģırımlara buraxılan su eyni zamanda torpağa hopa-hopa 

sahənin aĢağısına doğru gedirdi. Bununla da sahə suvarılırdı. Beləliklə də su bütün 

sahəyə bərabər paylanırdı. 

Lilman  suvarma  qaydası  ilə  əsasən  Kür  və  Araz  çaylarının  sahil 

torpaqlarındakı  əkinlər  suvarılırdı.  Belə  bir  qayda  ilə  əkinlərin  suvarılması 

suvarmanın  ən  qədim  üsullarından  hesab  olunur  Bu  suvarma  üsulu  daha  çox 

çayların daĢması ilə əlaqədar idi. 

Suvarmada  özünə  vətəndaĢlıq  hüququ  qazanaraq  əkinçilər  tərəfindən 

qəbul olunan xalq suvarma təqvimi də mövcud olmuĢdur. 

Taxıl  əkini  sahələrinə  və  ya  baĢqa  bitkilərin  becəriləcəyi  sahəyə  toxum 

səpilməmiĢdən əvvəl verilən suya "arat suyu" deyilir. Arat suyu torpaqda rütubəti 

artırır və toxumun tez cücərməsinə kömək edir. ġumun əkin üçün hazırlanması ilə 

əlaqədar  olaraq,  verilən  arat  suyunun  vaxtı,  adətən,  əkiləcək  taxıl  bitkisinin  və 

yaxud baĢqa bitkilərin toxumunun sahəyə səpilməsindən asılı olurdu. Ona görə də 

arat suyu yaz, yay və payızda verilərdi. 

Taxıl  sahələrinə  toxum  səpildikdən  sonra  (payız  əkini)  ilk  dəfə  verilən 

suya  "torpaq  suyu"  deyilirdi,  "çillə  suyu"  taxıl  əkinlərinə  təxminən  fevral  ayında 

verilirdi.  Bu  su  torpaqda  kifayət  qədər  rütubətin  saxlanılmasına,  həmçinin  yazda 

əkilib-becəriləcək  Ģumda  ziyanvericilərin  məhvinə  kömək  edirdi.  Boz  ayın  -  martın 

ortalarında  və  ya  axırında  verilən  su  "gülənbər",  üçüncü  suvarma  "döndərmə",  dör-

düncü  suvarma  isə  "çiçək  suyu"  adlanırdı.  Suvarmanın  vaxtı  və  sayı  torpaq-iqlim 

Ģəraitindən  asılı  olaraq,  ayrı-ayrı  bölgələrdə  tez  və  ya  gec,  bir  və  ya  iki  dəfə  də  ola 

bilərdi. Lakin suvarma təqviminin vaxt etibarilə bütün əkinçilik bölgələri üzrə demək 



 

 

147 



olar ki, eyni olmasına baxmayaraq, bu sahədə iĢlədilən terminlər ümumiliklə  yanaĢı, 

yerli məna və adlarla da tanınmıĢdır. 

 

Azərbaycanın çox yerində taxıl əkinləri, adətən yazın ilk günlərində suvarılır. 



Bu  suvarma  ayrı-ayrı  bölgələrdə  "armudavar",  "armud  gülü",  "heyva  gülü"  suyu 

adlanır.  Taxıl  əkinlərinə  dən  tutan  vaxtı  "dən"  suyu  verilərdi.  Həmin  su  isə  taxılın 

məhsuldarlığında  həlledici  rol  oynayırdı.  Lakin  ayrı-ayrı  bölgələrdə  yerli  Ģəraitdən, 

iqlimdən, torpağın xüsusiyyətindən, həmçinin də bitkilərin növ müxtəlifliyindən asılı 

olaraq, suvarma vaxtlarında fərqlər də mövcud olmuĢdur [181]. 

KeçmiĢdə ölkədə vahid su ölçüsü olmadığından suvarma suyu çaylardan, göl, istil 

və s. ana arxlarla götürülərək kəndlər və ya ayrı-ayrı təsərrüfatlar arasında bölünərkən 

gözəyan,  yaxud  da  təxmini  hesablanmıĢdır.  Bununla  belə  ayrı-ayrı  bölgələrdə  yerli 

əhəmiyyət  kəsb  edən  və  müxtəlif  adlarla  tanınan  su  ölçü  vahidlərindən  istifadə 

edilmiĢdir. 

Azərbaycanda daha geniĢ yayılmıĢ su ölçü vahidi kimi bir dəyirman su, bir baĢ 

su, bir bel su, bir qol su, bir əllik su, ikiəllik su, bir göz su, bur qulaq su, bir nov su və b. 

suvarma ölçüləri daha geniĢ iĢlənmiĢdir. Bundan əlavə, Göyçay və Quba qəzalarında 

kəĢkəl, qəc və sair suvarma ölçü vahidləri də mövcud olmuĢdur. 




 

 

148 



Adından məlum olduğu kimi, yerli dəyirmanları iĢlədə bilən su, bir dəyirman 

hesab  olunur.  Bir  baĢ  su  bəzən  iki  mənada  qəbul  edilir.  Dəyirmanı  iĢlədə  bilən  su  və  ya 

suçunun suvarma zamanı idarə edə bildiyi su, bir baĢ hesab olunur. Bəzən də bir baĢ su 

dəyirman suyunun dörddə bir hissəsi kimi qəbul edilir [182]. Ayrı-ayrı bölgələrdə bir nəfər 

suçunun suvarma zamanı idarə edə bildiyi suya birəl su və ya bir bel su deyilir. 

Çay suyunun kəndlər və ya təsərrüfatlar arasında bölüĢdürülməsi üçün qəcdən 

də istifadə edilmiĢdir.  Qəcin  hazırlanması  üçün  uzun  ağac  və  ya taxta bir  neçə  yerdən 

kəsilərək su keçməkdən ötrü ara qoyulur. Su keçən  hər bir ara bir qəc adlanır. Qəcin 

özünün  də  vahid  ölçüsü  olmamıĢdır.  Qəc  çayda  suyun  çox  və  azlığından  və  yaxud 

suyun neçə paya bölünməsindən asılı olaraq böyük və ya kiçik də ola bilirdi. Hər halda 

qəcdən götürülən su əkini və ya bağı suvarmaq üçün kifayət etməli idi. Ümumiyyətlə, 

əkinlərin suvarılmasında su çox vaxt gözəyarı paylanırdı. Yerli əhali gözəyarı ölçüyə 

elə  öyrəĢmiĢdi  ki,  onu  düzgün  apardıqda  su  bölgüsü  demək  olar  ki,  bərabər  olurdu 

[183]. 


Suvarma suyundan istifadə etmək üçün əkinçilər arasında müəyyən qaydalar da 

mövcud olmuĢdur. Adətə görə çayın yuxarısında yerləĢən kəndlər suvarma suyunu əvvəl 

götürər,  sonra  isə  su  aĢağı  kəndlərə  verilərdi.  Çaylarda  bənd  çəkilərkən  suyun  qabağı 

tam  kəsilməməli  idi.  Qaydaya  görə,  arxların  suyu  özbaĢına  artırılıb  azaldıla  bilməzdi. 

Kənd  camaatının  razılığı  ilə  ayrı-ayrı  təsərrüfatlar  arasında  suyun  qədərinə,  suvarma 

növbəsinə (püĢkatma ilə), sudan istifadə etmə müddətinə və vaxtına əməl edilərdi. Su 

növbəsi  bəzən  kəndin  yuxarısında  yerləĢən  əkin  sahələrindən  baĢlayaraq  ardıcıllıqla 

davam  etdirilərdi.  Lakin  lazım  gəldikdə  razılaĢma  ilə  növbə  dəyiĢdirilərdi,  yəni  su 

növbəsi bir neçə gün əvvəl və ya sonraya da keçirilə bilərdi. 

Əkinçilər su növbəsinə çox ciddi yanaĢar və çalıĢardılar ki, həmin vaxtdan səmə-

rəli  istifadə  etməklə  əkin  sahələrini  suvarıb  qurtara  bilsinlər.  Əkinçi  üçün  su  həmiĢə 

qiymətli və əvəzolunmaz bir nemət sayılmıĢdır. Suvarma suyunun itkisi səliqəsizlik və 

səhlənkarlıq  hesab  edilmiĢdir.  Onlar  bənd  və  dəhnələrin  həmiĢə  öz  qaydasında 

olmasının qayğısına qalar və istəməzdilər ki, ana və qol arxlar boyu bir damla belə su 

boĢ yerə axsın. 

Ayrı-ayrı  kəndlərdə  əkinlərə  bu  və  ya  baĢqa  səbəblər  üzündən  su 




 

 

149 



çatmadıqda, yaxud əkinlərin susuzluqdan yanmaq qorxusu olduqda həmin kəndə su (baĢqa 

kəndlərin su payı hesabına) növbədən kənar verilərdi. Buna "gavar", "dəhnə bir" və ya 

"girdab" deyilərdi. "Dəhnə bir" iki-üç gündən artıq çəkməzdi [184]. 

Suvarma suyu növbəsinin özünün də müddəti, yəni vaxt ölçüsü mövcud olmuĢ-

dur.  Suyun  növbə  vaxtı  isə  Ģəraitdən  və  baĢqa  səbəblərdən  asılı  olaraq  müxtəlif  idi. 

Lakin növbənin vaxt ölçüsü elə müəyyənləĢdirilirdi ki, həmin müddətdə verilən su ilə 

əkini, bağı və bostanı və ya da həyətyanı sahəni suvarmaq mümkün olurdu. 

Suyun vaxt ölçüsü müddətinin təyinində də müxtəlif üsullardan istifadə edil-

miĢdir.  Suvarmada  ən  geniĢ  yayılmıĢ  ölçü  müddəti  birgünlük  su,  ikigünlük  su  idi. 

Birgünlük  su  dedikdə  isə  bir  gecə-gündüzlü  vaxt  nəzərdə  tutulur.  Suvarmanın  vaxtı 

günəĢin,  ayın,  ulduzların  çıxması  və  batması  ilə  müəyyənləĢdirilmiĢ,  kölgə  ilə  ölçül-

müĢdür.  Bütün  bunlardan  əlavə  su  və  qum  saatları  da  mövcud  olmuĢdur.  Su  və  qum 

saatından  əsasən  Naxçıvan  ərazisində  istifadə  edilmiĢdir.  Bunun  üçün  oturacağında 

kiçicik deĢiyi (gözü) olan mis və ya saxsı qabın içərisinə su, qum, və ya darı tökülərək əkin 

sahəsinin kənarında ağacdan asılardı. Qabdakı su və ya qum qurtardıqda, bir növbə vaxt 

bitmiĢ  hesab  olunardı.  Beləliklə  də  arxın  növbəsi  dəyiĢdirilərdi.  Ya  da  oturacağında 

gözcük olan boĢ mis və ya saxsı kasanı gölməçədəki suya qoyardılar, qab dolub suya batdıqda 

bir  növbə  bitərdi.  Suvarma  vaxtını  kölgə  ilə  müəyyənləĢdirmək  üçün  suçunun  və  ya 

sahədə basdırılmıĢ ağac payanın kölgəsi gün çıxanda ayaqla ölçülüb niĢanlanar və gün 

əyiləndə yenə də ölçülərdi. Belə ki, səkkiz ayaq tamamında növbə dəyiĢdirilərdi. Kəhriz 

suyu ilə suvarmada vaxt ölçüsü arpalıq adlanardı. Arpalıq, kəhriz suyunun gündüzlər üç 

saatı,  gecələr  isə  iki  saatı  demək  idi.  Gecələr  suvarma  vaxtı  ayın  və  bəzi  ulduzların 

çıxıb batması ilə müəyyənləĢdirilərdi. 

Suvarma suyunun təsərrüfatlar arasında növbələĢdirilməsinə və ölçüsünə, ümumiy-

yətlə, suvarma suyuna nəzarət suyun azaldığı vaxtlarda, yay aylarında daha da artırdı. 

Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən əkinçiliyin inkiĢafı xüsusilə 

pambıq  və  çəltik  əkini  sahələrinin  geniĢləndirilməsi  suya  olan  tələbatı  daha  da 

artırırdı.  Belə  bir  Ģəraitdə  suvarma  suyunun  düzgün  bölüĢdürülməsi  və  növbələĢ- 

dirilməsi əsas və həlledici əhəmiyyət kəsb edirdi. Bunun üçün həmin dövrdən etibarən 

su  bölgüsünə,  növbələĢməyə  və  ondan  düzgün  istifadə  etmək  məsələlərinə  mirab, 

cuvar, abyar və bəndivançıların nəzarəti xeyli güclənmiĢdi. 

Mirablar, suyun çaylardan kanal və ana arxlara düzgün paylanmasına, suvarma 

Ģəbəkələrinin  qaydaya  salınması  iĢlərinə  baxırdılar.  Əkinlərin,  bağ  və  bostanların 

suvarılmasına lazım olan suyun çay və ya baĢqa suvarma mənbələrindən götürülməsi 

iĢinə, həmçinin də suyun ölçüsünə baĢ cuvar-qaracuvar və cuvarlar nəzarət edirdilər. 

Suvarma suyunun nəzarətçisi olan mirab və cuvarlardan əlavə suyu ayrı-ayrı təsərrüfatlar 

arasında  bölmək  üçün  abyar,  ara  cuvar  və  bəndivançılar  da  olurdu.  Abyar  və  cuvarlar 

əkinçilikdə  öz  zəngin  təcrübəsi  və  biliyi  ilə  fərqlənən  adamlardan seçilirdi. Mirab və 

cuvarlar  bənd  və  dəhnələrdən  ana  arxlar  və  qol  arxlara  ayrılan  suyun artıb azalmasını 

müəyyənləĢdirmək üçün, xüsusi möhrlərdən, niĢanlanmıĢ -  gəz edilmiĢ ağac və s.-dən 

istifadə edirdilər. 



 

 

150 



Mirablar dövlətdən əmək haqqı alırdılar. Əslində isə onların gəliri və dolanacağı 

kəndlilərin  hesabına  idi.  Abyar  və  cuvarların  əmək  haqqı  il  müddətinə  razılaĢma  ilə 

müəyyənləĢdirilərdi. Onların zəhmət haqqı bir qayda olaraq natura ilə (buğda, arpa, çəltik 

və s.) ödənilirdi. Əmək haqqının miqdarı isə əkin sahəsinə görə hesablanırdı. 

Mirab, abyar və cuvarlar həmin vəzifələri seçki ilə tuturdular. 

 

 Mirablar  üç  ildən  bir  seçildikləri  halda,  abyar  və  cuvarlar  hər  il 



seçilirdilər  "...Suvarma  Ģəbəkəsinin,  kanalların,  kəhrizlərin  və  s.  sahibləri 

vəziyyətin ağası olurdular. Suyu öz vəzifələrinə gəlir mənbəyi kimi baxan mirablar 

bölürdülər. Onlar peĢkəĢ verən kəndlilərə su verir, peĢkəĢ verməyə imkanı olmayan 

və  seçkilər  zamanı  onların  əleyhinə  səs  vermiĢ  kəndliləri  isə  sudan  məhrum 

edirdilər" [185]. 

GeniĢ  hüquqa  malik  olan  mirab  vəzifəsini  əsasən  bəy  və  mülkədarların 

nümayəndələri tuturdu. Onlar vəzifəyə keçmək üçün hər cür vasitələrə əl atırdılar, 

formal  xarakter  daĢıyan  mirab  seçkiləri  həmiĢə  varlıların  xeyrinə  nəticələnirdi. 

Mirab  seçilmiĢ  Ģəxs  bu  vəzifədə  o  qədər  varlanırdı  ki,  daha  onun  yerini  tutmaq 

müĢkül bir iĢ olurdu. Böyük çoxluq təĢkil edən yoxsul kəndlilər isə demək olar ki, 

heç  vaxt  öz  nümayəndələrini  bu  vəzifəyə  seçə  bilmirdilər.  Mirabların 

ədalətsizliyinə qarĢı kəndlilərin dövlət idarələrinə etdikləri çoxlu Ģikayətlər həmiĢə 

nəticəsiz qalırdı. Bir Ģikayət məktubunda deyilirdi: "Su bölgüsü hökmdar mirabın 

əlindədir, onun Ģıltaqlığının həddi-hüdudu yoxdur. Onu ancaq rüĢvətlə razı salmaq 




 

 

151 



olur"  [186].  Çar  məmurları  mirabların  özbaĢınalığına  qarĢı  heç  bir  təsirli  tədbir 

görmürdülər. 

Suvarma  suyundan  istifadə  etmək  üçün  mövcud  olan  adət  və  qaydalar 

varlı  kəndlilər  tərəfindən  tez-tez  pozulurdu.  Onlar  heç  bir  növbə  gözləmədən 

istədikləri vaxt suyu zorla yoxsul kəndlilərin əlindən alırdılar. Belə bir zorakılıqlar 

yay  aylarında  çaylarda  su  azaldıqda  daha  geniĢ  Ģəkil  alırdı.  Bəzən  elə  olurdu  ki, 

kəndin su növbəsi çatdıqda bütün kiĢilər ana arxın və ya qol arxların dəhnəsindən 

tutmuĢ, əkinlərə qədər arx boyu gözətçi olardılar. Bəzən də öz növbəti su payı üçün 

dəhnəyə gedən kəndlinin əlindəki beldən savayı, belində də xəncər olardı [187]. 

Yay aylarında çaylarda su azalan vaxtlarda bəzən suyun qabağı tamamilə 

kəsilərdi, belə halda su çatıĢmazlığından çayların aĢağı axarında yerləĢən kəndlərin 

əkinləri daha çox zərər çəkirdi. Bu da böyük narazılığa səbəb olaraq qonĢu kəndlər 

arasında çəkiĢmə və münaqiĢə ilə nəticələnirdi. 

Su  bölgüsündə  mirabların  özbaĢınalığına,  iri  torpaq  sahiblərinin 

zorakılığına  məruz  qalan  yoxsul  kəndlilər  su  uğrunda  ciddi  mübarizə  aparmalı 

olurdular.  "Mülkədar  və  baĢqa  iri torpaq sahibləri öz  təsərrüfatlarını su ilə  təchiz 

etmək  üçün  suvarma  Ģəbəkələri  yaratmaq  əvəzinə  kəndli  təsərrüfatlarına  gedən 

suyu öz əllərinə keçirməyə daha çox səy göstərirdilər" [188]. 

Azərbaycan  kəndində  XX  əsrin  əvvəllərində  su  uğrunda  mübarizə 

yaĢamaq  uğrunda  mübarizə  idi.  "Torpaq"  və  "su"  məfhumu  kəndlinin  güzəranı 

üçün eyni bir məna daĢıyaraq, ayrılmaz bir vəhdət təĢkil etmiĢdir. 

Su  uğrunda  gedən  mübarizə,  mübahisə  və  narazılıqlar  bəzən  elə  kəskin 

Ģəkil  alırdı  ki,  iĢ  adamlar  arasında  dava-savaĢa  səbəb  olurdu.  Nəticədə 

yaralananlar, hətta ölənlər də olurdu. Suvarma üçün suyun çatıĢmazlığından ən çox 

əziyyət  çəkəni  isə  kəndlilərin  yoxsul  təbəqəsi  idi.  Azərbaycanda  su  bölgüsü 

məsələsində  möhkəm  bir  qayda-qanun  olmadığından  hər  hansı  bir  mübahisə 

həmiĢə güclülərin xeyrinə həll olunurdu[189]. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  suvarılan  torpaqların  sahəsi  səkkiz 

yüz  min  desyatindən  artıq  olsa  da  [190]  ölkənin  daxilində  iqtisadi  və  siyasi 

vəziyyətin  çətin  və  mürəkkəbliyi  kənd  təsərrüfatının  bütün  sahələrinə  zərər 

vurduğu kimi, suvarma təsərrüfatının da yararsız hala düĢməsinə səbəb olmuĢdur. 

Belə ki, suvarma kanal və arxlarını lil və qamıĢ basmıĢ, su bəndləri uçub dağılmıĢ, 

su çarxları sıradan çıxmıĢ, kəhriz və su anbarları yararsız hala düĢmüĢdü. XX əsrin 

əvvəllərində  ölkədə  iki  milyon  desyatindən  çox  torpaq  sahəsinin  suvarmaya 

ehtiyacı  var  idi.  Məhz  ona  görə  də  Azərbaycanda  kənd  təsərrüfatının  inkiĢafı 

baxımından süni suvarma məsələsi baĢlıca bir problem olaraq öz həllini gözləyən 

əsas və mühüm bir vəzifə kimi yenə də qarĢıda dururdu. 

Azərbaycanda  süni  suvarmanın  müxtəlif  mənbə  və  vasitələri  mövcud 

olmuĢdur.  Xalqımız  suvarma  məsələsinə  böyük  qiymət  verərək  ona  qayğı 

göstərmiĢ  və  suvarmanı  həmiĢə  əkinçiliyin  əsası  hesab  etmiĢdir.  Azərbaycan 

əkinçiləri çoxəsrlik təcrübənin nəticəsi olaraq bu sahədə bir sıra suvarma sistemi, 



 

 

152 



üsulu və qaydaları, adət və ənənələri, suvarma xalq təqvimi yaratmıĢ və bununla da 

suvarma suyundan bacarıq və sərfəli istifadə etmək vərdiĢinə sahib olmuĢlar. 

Xalqımız  suvarma  əkinçiliyi  sahəsində  çoxəsrlik  bir  inkiĢaf  mərhələsi 

keçərək qazandığı zəngin bilik və təcrübəni dövrümüzə qədər yaĢada bilmiĢdir. 

Qədim  əkinçilik  ölkəsi  olan  Azərbaycanda  su,  dəmyə  və  həm  də 

suvarmaya əsaslanan əkinçilik rayonlarının əkinçi və maldar əhalisi üçün həlledici 

əhəmiyyət kəsb etmiĢdir. 

Suvarma  suyuna  olan  ehtiyac,  onun  insanların  həyatı  və  güzəranı  üçün 

əvəzedilməz rolu, suya fövqəladə bir qüvvə, müqəddəs bir varlıq kimi baxılmasına 

səbəb  olmuĢdur.  Lakin  leysan  yağıĢlar  və  çay  daĢqınları  nəticəsindəki  tələfatı 

insanlar ən böyük fəlakət hesab etmiĢlər. 

Azərbaycan ərazisində yağıntı, xüsusilə aran rayonlarına yaz və yayın ilk 

ayında  düĢən  yağıĢlar  əkinçilikdə  məhsuldarlıq  üçün  böyük  əhəmiyyətə  malik 

olmaqla  əsas  Ģərt  idi.  Lakin  ölkədə  tez-tez  təkrar  olunan  quraqlıqlar,  doluvurma, 

duman, sel və baĢqa təbii fəlakətlər əkinçiləri ağır vəziyyətə salırdı. Quraqlıq illəri 

böyük  bədbəxtliklər  gətirirdi.  Kəndlilər  var-yoxdan  çıxır,  mal-qara  kütləvi  halda 

tələf olurdu. Əhali arasında yoluxucu xəstəliklər yayılır, xüsusilə kənd əhalisi daha 

çox qırılırdı [191]. 

Qafqazda çay daĢqınlarının ən çox təkrar olunduğu yer Azərbaycan ərazisi 

hesab  olunur.  Təxminən  yüz  ildə  (XIX  əsrin  ortalarından  XX  əsrin  ortalarına 

qədər) Azərbaycan ərazisindən axan çaylarda 129 daĢqın hadisəsi baĢ vermiĢdir ki, 

bunun  da  43-ü  Naxçıvan  çaylarının  payına  düĢmüĢdür  [192].  Deməli,  yerli  əhali 

hər il bu və ya baĢqa regionda bir və ya iki dəfə çay daĢqınına məruz qalırmıĢ. 

Azərbaycan əkinçiləri ara-sıra təkrar olunan doludan da əziyyət çəkirdilər. 

Yaz  və  yayın  əvvəllərində  düĢən  dolu  əkin  və  bağlara  daha  çox  ziyan  vururdu. 

Bəzən  mal-qaranın  qırılmasına  da  səbəb  olurdu.  Ölkənin  ərazisi  dolunun  illik 

təkrar yağımına görə də fərqlənirdi. Belə ki, dağlıq ərazidə dolunun illik təkrarı, 5-

6  gün,  bəzən  də  7-8  günə  qədər,  dağlıq  və  dağətəyi  ərazidə  3-4  gün,  düzənlik 

rayonlarda isə 1-2 gün olurdu [193]. 

Azərbaycan  ərazisində  son  yüzilliklərdə  baĢ  verən  təbiət  hadisələri  bir 

daha  sübut  edir  ki,  burada  daha  əvvəlki  dövrlərdə  də  quraqlıqlar,  sel  və  çay 

daĢqınları, dolu yağımı, duman və sair hadisələr tez-tez təkrar olmuĢ, bu isə böyük 

fəlakətlərlə  nəticələnmiĢdir.  Axı  təbiətin  iqlim  Ģəraiti  minilliklər  ərzində  demək 

olar  ki,  dəyiĢikliyə  uğramır  və  ya  da  az  dəyiĢir.  Beləliklə  də  bu  ərazidə  yaĢayan 

insanlar  hələ  çox-çox  qədimlərdən  təbii  fəlakətlərə  tez-tez  məruz  qalaraq  çox 

ehtimal ki, böyük məhrumiyyətlərə uğramıĢlar. Bu və ya baĢqa ərazidə təbii iqlim 

Ģəraitinin  müxtəlifliyi  və  baĢ  verən  kortəbii  hadisələr  və  bunların  ağır  və  pis 

nəticələri  Ģübhəsiz  ki,  öz  növbəsində  ibtidai  insanların dünyagörüĢünə  təsir etmiĢ 

və  bu  fəlakətlərin  qarĢısını  almaq  üçün  onlar  tərəfindən  cürbəcür  ayin,  etiqad  və 

mərasimlərin yaranması və həyata keçirilməsinə səbəb olmuĢdur. 

Doğrudan da insanlar "təbiət qüvvələrinə qalib gəlməyə, onları öz arzu və 



 

 

153 



istəklərinə  tabe  etməyə"  (K.Marks)  çalıĢmıĢ  və  mübarizə  aparmıĢlar.  Lakin  bu 

mübarizə  daha  çox  "təsəvvürdə  və  təsəvvürün  yardımı  ilə"  yaranmıĢ  və  nəticədə 

əsatirlərin meydana gəlməsinə səbəb olmuĢdur. Daha doğrusu, "...təbiət qüvvələri 

və  hadisələrinə  qarĢı  mübarizədə  hələ  çox  zəif  silahlanmıĢ  insanın  özünə  görə 

müĢahidə və təcrübəsi, sınaqları olsa da onlara təsir edə biləcək gücə malik idrakı, 

biliyi yox dərəcəsində idi. Bunun nəticəsi olaraq belə qüvvə və hadisələrə animist 

münasibət  əmələ  gəlirdi  ki,  bu  da  öz  növbəsində  magiyaya  -  əfsuna  etiqad 

yaradırdı" [194]. 

Azərbaycan  folklorĢünaslığında  mifik-zoomorfik  əjdaha  surəti  yağıĢsız 

qara buludun rəmzi kimi tanınır, isti ölkələrdə əkinçilik və maldarlıqla məĢğul olan 

ibtidai insanlar yağıĢ suyuna nə qədər də böyük ehtiyac duyurdular. Axı yağıĢ suyu 

taxıl əkinləri üçün, bol məhsul, mal-qara üçün yem demək idi. Xüsusilə yaz və yay 

aylarında havaların quraq keçməsini insanlar fəlakət hesab etmiĢ və bunun səbəbini 

əjdaha kimi təsvir edilən qara buludda görmüĢlər [195]. Əjdaha yağıĢ suyunu gizlə-

dir, oğurlayır, suyun qabağını kəsərək onu insanlara tərəf buraxmır. Belə bir məna 

və  məzmun  daĢıyan  hadisələrin  cərəyanı  nağıl  və  dastanlarımızda  da  öz  əksini 

tapmıĢdır. 

Dünyanın qədim yazılı abidələrindən biri hesab olunan "Avesta"da təbiət 

hadisələri, insanların təbiətlə sıx əlaqəsi, onların təbiətdən asılılığı nəinki öz əksini 

tapmıĢ  və  hətta  əsatir  Ģəklinə  salınmıĢdır.  TiĢtirə  yağıĢ  suyu  tanrısıdır.  Hörmüzd 

ona yağıĢ yağdırıb bitkilərə həyat verməyi tapĢırır. Hörmüzdün düĢməni Əhrimən 

isə  ApoĢ  divə  tapĢırır  ki,  yağıĢ  suyunu  oğurlasın,  quraqlıq  törədib  bitkiləri  məhv 

etsin. TiĢtirə gözəl oğlan, qızıl buynuzlu öküz və ya da qızıl yəhərli ağ at Ģəklində 

səmanı  gəzib  buludlardan  yağıĢ  yağdırır.  ApoĢ  div  isə  yağıĢ  suyunu  oğurlayır  və 

bitkiləri  məhv  etmək  istəyir.  Bunu  görən  TiĢtirə  ApoĢa  qarĢı  mübarizə  aparır  və 

ona qalib gəlir. YağıĢ yağdıraraq bitkilərə həyat bəxĢ edir. 

Hələ çox-çox qədimlərdən insanlar təbiət sirlərindən baĢ açmadıqlarından, 

təbiətdə  baĢ  verən  bu  və  ya  baĢqa  qorxulu  hadisə  və  fəlakətlərin  (quraqlıq,  dolu 

vurma, leysan yağıĢlar, sel və çay daĢqınları, duman, ildırım vurma və s.) səbəblərini dərk 

etmədiklərindən belə bir fövqəladə və qarĢısıalınmaz hadisələrə qarĢı mübarizə aparmaq 

məqsədilə  müqəddəs  hesab  etdikləri  qüvvələrə  səcdə  edərək  "gözəgörünməzlərə" 

magik  qüvvələr  kimi  sitayiĢ  etməklə  onların  təsir  gücündən  istifadə  etmək  üçün 

Ģərəflərinə nəzir verir, qurban kəsir və müxtəlif xarakter və məzmun daĢıyan ayin və 

mərasimlər  keçirirdilər.  Belə  bir  ibtidai  mövhumi  dünyagörüĢün  Ģüurlardakı 

qalıqlarının nəticəsi olan ayin, inam, ovsun və baĢqa dini mərasimlər əkinçi və maldar 

əhali  arasında,  onların  təsərrüfat  həyatında  və  məiĢətində  kök  salaraq,  əsrimizin  ilk 

onilliklərinə qədər bu və ya baĢqa Ģəkildə icra edilmiĢdir. 

Etnoqrafik materiallardan aydın olur ki, əkinçilik və maldarlıqla məĢğul olan əhali 

əkinlərini  quraqlıqdan,  doludan,  seldən,  çay  daĢqınlarından,  leysan  yağıĢlardan, 

ziyanvericilərdən  və  mal-qaranı  yoluxucu  xəstəliklərdən  qorumaq  üçün  müxtəlif  dini 

ayin və etiqadlara əməl edir və mərasimlər keçirirdilər. ġübhəsiz ki, kökü çox qədimlərə 



 

 

154 



gedən bu ayin, etiqad və mərasimlər dövrümüzə gəlib çatana qədər, daha sonrakı dinlərin 

(islam, xristian və s.) təsiri nəticəsində öz ilkin forma və məzmununa  görə  müəyyən 

dəyiĢikliklərə də uğramıĢlar. 

Məhz bu ibtidai ayin, inam və mərasimlər Azərbaycanda islam dininin qəbu-

lundan sonra özünün təĢkili və icra formasına görə onun təsirinə məruz qalmıĢ, xeyli 

dəyiĢərək yeni məzmun almıĢdır. Lakin nə xristian və nə də islam dini qədim və yerli 

inamları  tamamilə  məhv  edə  bilmədi.  Onların  çoxu  xristian  və  islam  mərasimlərinin 

tərkib hissəsinə daxil oldu [196]. "Deməli, biz görürük ki, din bir dəfə meydana gəlib 

qabaqkı  zəmanələrdən  irs  aldığı  müəyyən  təsəvvürlər  ehtiyatını  həmiĢə  mühafizə 

edir" [197]. 

Ġslam dininin ayin və mərasimlərin məzmun, forma və keçirilməsinə olan təsirini, 

daha  doğrusu,  bu  çulğalaĢmanı  biz  Azərbaycanda  həmin  mərasimlərin  keçirilməsi 

prosesində daha aydınlığı ilə görürük. 

Təbiətdə baĢ verən hadisələrin əsl səbəbini dərk etməyən insanlar təbii fəlakət 

qarĢısında  aciz  qalırdı.  Onlar  quraqlığın  əsl  səbəbini  dərk  etmədiklərindən  yağıĢ 

arzusu ilə bir sıra magik (ovsun) xarakteri daĢıyan dini mərasimlər keçirirdilər. 

YağıĢ  çağırmaq  mərasimi  Qafqaz  xalqları,  Orta  Asiya  və  baĢqa  xalqların 

əkinçi və maldar əhalisi arasında qədimlərdən belə geniĢ yayılaraq, XX əsrin 20-30-cu 

illərinə qədər bu və ya baĢqa Ģəkildə icra edilmiĢdir. 

Azərbaycanda  quraqlıq  illərində  yağıĢ  çağırmaq  üçün  keçirilən  mərasimə  -

müsəllaya [198] camaat, adətən, həftənin cümə axĢamı və cümə günlərində çıxardılar. 

Lakin  ayrı-ayrı  bölgələrdə  həmin  günlər  mütləq  hesab  edilməyərək,  bu  mərasim 

həftənin baĢqa günlərində də keçirilərdi. Mərasimdə kəndin axundu, mollası, mömini, 

qocası və cavanı, kiĢisi və qadını, uĢağı hamılıqla iĢtirak edərdilər. Adətə görə, mərasim 

iĢtirakçıları  ayaqyalın,  baĢıaçıq  olardılar.  Müsəlla  kəndin  qibləsində,  düzən  sahədə, 

yüksəklikdə  və  ya  təpəlikdə,  güntutan  yerlərdə,  bəzən  kənd  məscidinin  həyətində 

keçirilərdi.  Hətta  bəzi  kəndlərin  ərazisində  bu  mərasimi  keçirmək  üçün  xüsusi 

"müqəddəs"  yerlər  də  olardı.  Həmin  mərasimə  ġabran  kəndlərində  "təvali"də 

deyərdilər.  Etnoqrafik  materialların  təhlilindən  aydın  olur  ki,  bu  mərasim 

Azərbaycanın  ayrı-ayrı  bölgələrində  özünün  icra  formasına  görə  kiçicik  fərqlərə 

baxmayaraq, eyni məzmun və məna kəsb etmiĢdir. 

YağıĢ  arzusu  ilə  keçiriləcək  müsəllanın  günü  və  yeri  əvvəlcədən  kəndin 

mollası  və  ya  ağsaqqalı tərəfindən bütün  kənd camaatına  xəbər verilərdi.  Onların 

təkid  və  təklifi  ilə  camaat  (Ģərikli  halda)  qurbanlıq  heyvan  alardı.  Həmin  gün 

buraya kiĢi, qadın və uĢaqlar, ümumiyyətlə, bütün kənd camaatı yığıĢar, həmçinin 

kəndin mal-qarası, qoyun-quzusu da gətirilərdi. UĢaqlar analarından ayrılardı. Ġnək 

və  qoyunların  da  balaları  ayrı  saxlanılardı.  Kəndin  mollası  və  qocaları  hacət 

namazı qılar, dua oxuyardılar. Camaat isə Allaha yalvarardı ki, Allah onlara "yağıĢ 

göndərsin".  Onlar  ucadan  deyərdilər:  "Xudavənda,  sən  bizi  yaratmısan,  bizim 

ruzumuzu  da  ver.  Pərvərdigara  bizə  rəhm  eylə,  yağıĢ  gəlsin,  əkinlərimiz  əldən 

gedir.  Allah,  bizim  günahımızdan  keç,  bizi  əməlimizlə  ölçmə,  özün  rəhm  et"  və 



 

 

155 



yaxud "Allah sən bizi çörəklə imtahana çəkmə, bizim ruzumuzu ver, bizə rəhmin 

gəlsin". Namaz və yalvarıĢdan sonra mərasim iĢtirakçıları ağlaĢardılar. Analarının 

ağlaĢmasına uĢaqların səsi qarıĢardı, inək, qoyun, buzov və quzu mələĢməsi də bu 

səslərə  qarıĢaraq  dəhĢətli  bir  səs-küy  və  ağlaĢma  mənzərəsi  alınardı.  Bütün 

bunlardan:  namaz,  yalvarıĢ  və  ağlaĢmadan  sonra  qurbanlıq  alınmıĢ  heyvan  (inək, 

inək  düyəsi,  qoyun  və  s.)  kəsilərdi.  ĠĢtirakçılara  ət  və  ya  da  biĢmiĢ  xörək 

paylanardı. Bəzən də əvvəlcədən qurbanlıq üçün nəzir deyilən heyvanı kəsib, ətini 

müsəlla  iĢtirakçılarına  paylayardılar.  Bəzi  hallarda  müsəllaya  bütün  kənd 

camaatlıqla deyil, ancaq ağsaqqallar çıxardı. 

Müsəlla  iĢtirakçılarından  müsəllanın  nə  üçün  yüksək  yerlərdə,  dağ 

ətəklərində,  təpəliklərdə,  düzənliklərdə  keçirildiyini  soruĢduqda  onlar  belə  cavab 

verərdilər:  "Bizim  göz  yaĢımızı  və  ağır  vəziyyətimizi  Allah  daha  yaxĢı  görəcək, 

bizə yazığı gələcək, əkinlərimiz üçün yağıĢ göndərəcəkdir". 

Beləliklə də mərasim zamanındakı ağlaĢma (göz yaĢı), onun ilk meydana 

gəlməsi  mərhələsində  özünə  oxĢar  (yağıĢı)  çağırırdısa,  daha  sonralar  mərasimin 

indiki anlayıĢında insan və heyvanların göz yaĢı ali qüvvəni (Allahı - Ş.Q.) rəhmə 

gətirməli idi[199]. 

Adətən,  il  quraqlıq  keçdikdə,  çıxılmaz  vəziyyətə  düĢən  əkinçi  və 

maldarlar Allaha yalvarmaqla, onun yolunda nəzir-niyaz verərək, qurban kəsər və 

bu məqsədlə mərasim keçirməklə ondan nicat - yağıĢ gözləyərdilər. 

Qədim,  hətta  kökləri  ibtidai  icma  dövrünə  gedib  çıxan  bu  mərasim  çox 

ehtimal  ki,  əkinçiliyin  meydana  gəlməsilə  yaranmıĢdır.  Ġnsanlar  fəlakətlə 

nəticələnən  təbiət  hadisələrindən  baĢ  çıxara  bilmədiklərindən  onlar  belə  bir 

hadisələrin  təkrar  olunmaması  üçün  kollektiv  və  tək-tük  halda  bir  sıra  ayin  və 

mərasimlər  keçirirdilər.  Məhz  bununla  da  gözə  görünməyən  qüvvələr  guya  yağıĢ 

verər, yaxud yağıĢı kəsər və ya dolunun qarĢısını alardı. Beləliklə də onlar səbəbini 

bilmədiyi  bütün  hadisələrin,  o  cümlədən  quraqlıqların  xüsusi  qüvvələr  tərəfindən 

edildiyinə inanırdılar. 

Təbiətdə  baĢ  verən  bütün  hadisələrin  özünəməxsus  qanunauyğun 

səbəbləri vardır. Lakin quraqlıqların bir sıra obyektiv səbəbləri ilə yanaĢı, onun son 

yüzilliklərdə  tez-tez  təkrar  olunmasının  bir  səbəbi  də  meĢələrin  geniĢ  ərazilərdə 

kütləvi  surətdə  məhv  edilməsi  idi.  F.Engels  yazırdı:  "Əkin  yeri  əldə  etmək  üçün 

Mesopotamiyada,  Yunanıstanda,  Kiçik  Asiyada  və  baĢqa  yerlərdə  meĢələri  qırıb 

ağacları kökündən çıxaran adamların heç  yuxusuna  da  gəlmirdi ki,  bu hərəkətləri 

ilə onlar həmin ölkələrin indiki viranəliyinin əsasını qoymuĢlar, çünki bu yerlərin 

meĢələrini  məhv  etməklə  bərabər,  rütubətin  toplandığı  və  qaldığı  mərkəzləri  də 

məhv  etmiĢlər"  [200].  TəbiətĢünas  alim  H.Zərdabi  meĢələrin  təbii  iqlimə  və 

çayların  su balansına  əhəmiyyətli təsirini  göstərərək  yazırdı: "Bizim Qafqazda  da 

bıçaq  sümüyə  dayanıbdır,  yəni  biz  də  meĢələrimizi  qırıb  tələf  etmiĢik  və  hər 

tərəfdən  yayda  müsəlla  sədası  və  qıĢda  təzək  tüstüsü  gəlir"  [201].  Beləliklə 

H.Zərdabi həmvətənlilərinin  həyat  və  güzəranına  ürək  yanğısı ilə acıyaraq, onları 



 

 

156 



su  arzusu  ilə  müsəllaya  çıxmağa,  Allaha  yalvarmağa  deyil,  bunun  üçün  meĢələri 

qırıb tələf etməməyə və yeni meĢələr salmağa dəvət edirdi. 

Kəndlərimizdə  qədimlərdən  belə,  əkinçilər  tərəfindən  yağıĢ  və  günəĢ 

arzusu ilə keçirilən və daha geniĢ yayılan mərasimlərdən biri də qodu-qodu (kodu-

kodu, qodul-qodul, dodu-dodu) adı ilə tanınmıĢdır. Bu mərasim XX əsrin 20-30-cu 

illərinə qədər demək olar ki, Azərbaycanın bütün kəndlərində keçirilirdi. 

Quraqlıq  zamanı  yağıĢ  arzusu,  aramsız  yağıĢlar  zamanı  günəĢ  arzusu  ilə 

təĢkil edilən qodu-qodu mərasiminin təsviri də çox maraqlıdır. 

Qodu-qodu  mərasiminin  iĢtirakçıları  kəndin  əsasən  cavan  oğlanlarından 

ibarət  olardı. Vaxtilə bu  mərasimdə  qadınlar və  qız  uĢaqları da  iĢtirak edirlərmiĢ. 

Qodu olmaq daha çevik və bu iĢdə səriĢtəsi olan oğlana tapĢırılardı. O, əyin-baĢına 

köhnə  paltar,  papaq  geyər,  üst-baĢını  yarpaq  və  Ģax-Ģuxla  bəzəyərdi,  sifətini 

rəngləyər  və  ya  baĢını,  üzünü  elə  bağlardı  ki,  onun  kim  olduğunu  müəyyən  edə 

bilməzdilər,  Qodunun  əlində  tutduğu  çömçə  və  ya  əl  ağacı  adam  (kukla) 

formasında  (çox  halda  qadın  Ģəklində)  bəzədilərdi.  YağıĢ  arzulandıqda  qodunun 

paltarı boz və ya göy rəngdə (su rəmzi), günəĢ arzusu ilə isə qırmızı (günəĢ rəmzi) 

rəngdə  olardı.  Qodunun  dəstəsi  kəndin  məhəllələri  ilə  evbəev  gəzərək  xorla 

mərasim  mahnıları  oxuyar  və  pay  (sədəqə)  toplayardı.  Əgər  mərasimin 

keçirilməsində məqsəd yağıĢ arzulamaqdısa (çağırmaqdırsa) belə halda həyətlərdə 

qodunun  üstünə  mütləq  su  atardılar.  Əksinə,  günəĢ  arzuladıqda  qodunun  baĢına 

(üstünə) kül tökərdilər. 

Qodunun mərasimdə oxuduğu və xorla təkrar olunan bu mahnıların söz və 

məzmunu  onun  təĢkili  və  keçirilməsindəki  məqsədi  ifadə  edərdi.  Daha  doğrusu, 

mərasimin  iĢtirakçıları  elə  güman  edərdilər  ki,  istək  və  arzularına  çatmaq  üçün 

sözün  gücündən  istifadə  etməklə  fövqəladə  və  gözəgörünməz  qüvvələrə  təsir 

etmək olar. ġübhəsiz  ki,  kökləri ibtidai inama  gedib çıxan,  yağıĢ  və  günəĢ arzusu 

ilə təĢkil edilən bu mərasim daha sonrakı dövrlərdə xalq arasında  mahnı və oyun 

üslubu  formasına  düĢərək  keçirilmiĢdir. Beləliklə  də  çox haqlı olaraq göstərildiyi 

kimi,  "Azərbaycan  xalqının  qədim  oyun  və  əyləncələri,  toy  və  yas  mərasimləri 

xalqın  təbiətlə  mübarizəsilə,  əsas  əmək  forması  olan  maldarlıq  və  əkinçiliyin  iĢ 

prosesi  ilə  əlaqədardır"  [202].  Qodu-qodu  mərasimində  yağıĢ  arzusu  ilə  oxunan 

mahınların söz və deyiliĢindəki bəzi fərqlərə baxmayaraq, məzmun etibarilə demək 

olar ki, eyni fikir və məqsəd güdülürdü: 

 

Qodu-qodunu gördünmü?  



Qoduya salam verdinmi?  

Qodu burdan keçəndə  

Ağca yağıĢ gördünmü? 

 

Yaxud: 



 


 

 

157 



Qodu-qodu xoĢ gəldi,  

Ardınca yağıĢ gəldi  

Gəlin ayağa dursana,  

Çömçəni doldursana,  

Qodunu yola salsana. 

 

Xorla  və  ya  tək  qodu  tərəfindən  oxunan  bu  mahnıların  son  beyti  belə 



qurtarardı: 

 

Bu gün bizə yağ (qaymaq) olsun!  



Sabah sizə yağıĢ (yağmaq) olsun! 

 

Əkinlər  quraqlıqdan  zərər  çəkdiyi  kimi,  aramsız  yağıĢlar  da  əkinçi  və 



maldar əhaliyə xeyli ziyan vurur, onları ağır vəziyyətə salırdı. Axı yağıĢ istənilən 

vaxt yağardısa, böyük nemət, məhsuldarlıq və bolluq hesab olunurdu. Lakin ardı-

arası kəsilməyən yağıĢlar isə məhsulu çürüdərək zay edirdi. Beləliklə də insanlara 

qıtlıq  və  bədbəxtlik  gətirirdi.  Atalar  məsəlində  çox  mənalı  deyilmiĢdir:  "Yağmır, 

yağmır  qurudur,  yağır,  yağır  çürüdür"  və  ya  da  "Yağmır,  yağmır  yandırır,  yağır, 

yağır söndürür". Məhz ona görə də aramsız yağıĢın qarĢısını almaq, onun kəsilməsi 

üçün əkinçi və  yaxud maldar əhali yenə də qodu-qodu mərasimi keçirməklə, belə 

düĢünürdülər ki, yağıĢın qarĢısını ancaq ovsunlamaqla, sözün təsir gücü ilə almaq 

olar.  Gözə-görünməz  qüvvələri  köməyə  çağırmaqla  yağıĢ  kəsilər,  gün  çıxar  və 

beləliklə  də  fəlakətdən  yaxa  qurtarmaq  olar.  YağıĢ  kəsilməsi  və  gün  arzusu  ilə 

keçirilən  mərasimin  iĢtirakçıları  aĢağıdakı  məna  və  məzmun  daĢıyan  mahnılar 

oxuyardılar: 

 

Qodu-qodunu gördünmü?  



Qoduya salam verdinmi?  

Qodu burdan keçəndə (ötəndə)  

Qırmızı gün gördünmü? 

 

və yaxud: 



 

Ay dolanıb batmağa,  

Yuxum gəlib yatmağa,  

YağıĢ yığıb isladıb,  

Gün gərək qurutmağa. 

 

Mahnı bu sözlərlə qurtarardı: 



 

 



 

 

158 



Bu gün bizə un olsun!  

Sabah sizə gün olsun! 

 

Yaxud da: 



 

Yağ verin yağlamağa  

Bal verin ballamağa,  

Qodu gülmək istəyir,  

Qoymayın ağlamağa. 

 

Qoduya qaymaq gərək  



Qablara yaymaq gərək  

Qodu gün çıxarmasa, 

 Gözlərin oymaq gərək. 

 

Xorla  oxunan  bu  mahnının  "qodu  gülmək  istəyir,  qoymayın  ağlamağa" 



beytindəki fikir çox güman ki "gülmək" sözü gün, quruluq, "ağlamaq" isə yağıĢ və 

nəmiĢlik rəmzi mənasını daĢımıĢdır. 

Bu  mərasim  zamanı  hər  bir  ailə  qoduya  pay-sədəqə  verməyi  özünə 

müqəddəs  borc  bilərdi.  Daha  doğrusu,  qoduya  mütləq  pay  verilərdi.  Mərasimdə 

toplanılan  pay  -  çörək,  un,  yağ,  yumurta,  pendir,  ət,  pul  və  s.  onun  iĢtirakçıları 

arasında  bölünərdi.  Bölgüdə  qoduya  daha  çox  pay  düĢərdi.  Bəzən  də  mərasim 

(yağıĢ  arzuladıqda)  iĢtirakçıları  kəndin  kənarına  gedərək  yığdıqları  payı  orada 

biĢirib yeyərdilər. Daha sonra çayda çimər və ya da bir-birilərinin üstünə su tökər 

və  yağıĢ  çağırardılar.  Bundan  sonra  mərasim  sona  yetər  və  iĢtirakçılar  evlərinə 

dağılıĢardılar. 

YağıĢ  çağırmaq  və  ya  günəĢ  arzusu  ilə  keçirilən  qodu-qodu  mərasimi 

Naxçıvan  əkinçiləri  tərəfindən  Çömçəxatın  adı  ilə  icra  edilərdi.  Əsasən  kənd 

cavanlarının iĢtirak etdiyi bu mərasimdə Çömçəxatın öz geyimilə tanınmaz olardı. 

O,  əlində  qadın  geyiminə  bəzədilmiĢ  çömçəni  tutub  öz  dəstəsi  ilə  kəndi  gəzərdi, 

həyətə  girib  evin  qapısını  döyərdi.  Ġçəridən  isə  ev  sahibinin  səsi  eĢidilərdi: 

"Kimsən?  Nə  istəyirsən?"  Çömçəxatın  dərhal  əlindəki  çömçəni  içəri  uzadıb 

deyərdi: "Çömçəxatındır, əli  xamıra  batıb, Allahdan bir çömçə su istəyir ki,  əlini 

yusun, çaylara su istəyir ki, əkinlərə su, heyvanlara ot olsun, nəhayət, Çömçəxatın 

pay istəyir". Ev sahibləri də Çömçəxatının üstünə su atıb, ona pay verərdilər. 

Azərbaycanda  çox  qədimlərdən  yağıĢ  arzusu  ilə  keçirilən  qodu-qodu 

mərasimində  ilkin  məqsəd  güman  ki,  yağıĢ  çağırmaq  idi.  Lakin  daha  sonrakı 

dövrlərdə  günəĢ arzusu ilə də keçirilmiĢdir. Deməli,  mərasim  həm  yağıĢ,  həm də 

günəĢ  arzulandıqda  təĢkil  edilərdi.  Hər  iki  halda  qodunun  iĢtirak  etdiyi  bu 

mərasimdə  fərq,  məqsəddən  asılı  olaraq  qodunun  oxuduğu  mahnıların 

məzmununda  və  onun  geyimində  olarmıĢ.  Çox  maraqlıdır  dekabrist  yazıçı 



 

 

159 



A.A.Bestujev-Marlinski  Dərbənd  Ģəhərində  qodu-qodu  mərasimini  görmüĢ  və 

özünün "Molla Nur" adlı əsərində onun təsvirini verdikdən sonra yazmıĢdır: "Xorla 

oxunan bu mahnılar yəqin ki, vaxtilə yağıĢ və Ģeh allahı sayılan Qodunun Ģərəfinə 

idi" [203]. 

YağıĢ  çağırmaq  üçün  keçirilən  və  Azərbaycanda  geniĢ  yayılmıĢ  qodu-

qodu  mərasimi  nəinki  qonĢu  xalqlar-gürcülər,  acarlar,  ləzgilər  və  b.  arasında 

mövcud  olmuĢ,  hətta  adlarındakı  və  keçirilmə  qaydasındakı  bəzi  fərqlərə 

baxmayaraq,  bir  sıra  xalqlar  tərəfindən  icra  edilərək  eyni  məna  və  məzmun  kəsb 

etmiĢdir [204]. 

Qədim  əkinçilər  ildırımın  çaxmasını,  göy  gurultusunu  da  müqəddəs  bir 

varlıq hesab etmiĢlər. Onlar təbiətin bu hadisələrinə bolluq, məhsuldarlıq üçün su-

yağıĢ göndərilməsi kimi baxmıĢlar. Xalqın inamına görə səma odu (ildırım) bolluq 

və  məhsuldarlığın  qoruyucusudur.  Göydən  yerə  yağıĢlar  onun  təkidilə  göndərilir. 

Axı, çox halda göy gurultusu, ĢimĢək çaxmasından sonra yağıĢ yağır. Hətta quraqlıq 

zamanı ildırıma müraciətlə deyilərdi: 

 

Çax daĢı, çaxmaq daĢı, 



 Tanrı versin yağıĢı. 

 

KeçmiĢdə  quraqlıq  illərində  Azərbaycanın  ayrı-ayrı  etnoqrafik 



bölgələrində  yağıĢ  arzusu  ilə  bir  sıra  digər  ayin,  inam  və  baĢqa  mərasimlər  də 

keçirilərdi. 

Belə  ki,  Dağlıq  Qarabağda  və  bəzi  rayonlarda  quraqlıq  illərdə  qadınları 

"cütə  qoĢaraq"  bir  nəfər  "cütçü  qadın"  onları  "çubuqla  vurarmıĢ",  guya  belə  bir 

acınacaqlı vəziyyəti Allah görüb, onlara yağıĢ göndərərmiĢ. Yaxud bəzi kəndlərdə 

on-on iki nəfər qızı saç-saça bağlayıb, bir nəfər qarı əlindəki qarğı çubuqla onların 

"çiyin  və  topuqlarına  döyə-döyə"  hərləyərmiĢ.  Bununla  da  "döyülən  qızlar"  uca-

dan  səs  çıxarmaqla  ağlayarlarmıĢ,  guya  ağlaĢma  səsini  və  gözyaĢılarını  eĢidib-

görən  Allahın  onlara  yazığı  gələrək,  bu  günahsız  bəndələrin  arzusu  müqabilində 

onlara yağıĢ göndərərmiĢ. 

Bəzi  rayonlarda,  xüsusilə  qərbi  Azərbaycanda  əkinçilər  quraqlığın  bir 

səbəbini də kənddə olan dul qadınlarda görərdilər. Ona görə də kəndin ağsaqqalları 

məsləhət bilirdilər ki, dul qadınlar ərə getsinlər, hətta qoca qadınlar üçün də rəmzi 

mənada Ģəriətlə "kəbin kəsilərdi" ki, guya onların da əri varmıĢ. Əkinçilər arasında 

mövcud olan inam və əqidəyə görə, qadınların dul qalması məhsul qıtlığına səbəb 

olurmuĢ.  Beləliklə  də  qadınlara  məhsuldarlıq,  bolluq,  yaradıcı-artımlı  qüvvələrin 

rəmzi kimi baxılmıĢdır. ġübhəsiz ki, belə bir inam ibtidai əkinçilərin dünyagörüĢünün 

qalığı  kimi  Ġslam  dini  vasitəsilə  dövrümüzə  qədər  gəlib  çatmıĢdır.  Digər  tərəfdən 

qadınlara  "zülm  edilərkən",  onların  bu  ağır  vəziyyətini  Allahın  "görüb,  yazığı 

gəlməsi" Ģübhəsiz ki, ibtidai inama islam donunun geydirilməsindən baĢqa bir Ģey 

deyildir. 



 

 

160 



Azərbaycanda  quraqlıq  illərində  icra  edilən  belə  bir  mərasim  də  geniĢ 

yayılmıĢdır.  Mərasim  zamanı  kəndin  camaatı  su  olan  yerlərə  (çay  sahilinə,  bulaq 

baĢına  və  i.a.)  toplanardılar.  Onlar  bir-birinin  üstünə  su  tökər  və  ya  bir-birlərini 

suya atardılar. Ġnama görə suya atılanlar içərisində kəndin seyid və mollası mütləq 

olmalı idi. Kəndin "müqəddəs adamları" hesab olunan bu Ģəxslərin arzu və diləyini 

guya  Allah  daha  tez  eĢidib  su  göndərəcəkmiĢ.  Bunun  müqabilində  suya  basılmıĢ 

seyid və mollaya kənd camaatı nəzir və sədəqə verərdi. 

Adətən belə mərasimlərin sonunda hər bir ailə biĢirib özləri ilə gətirdikləri 

və  müqəddəs  saydıqları  xəmir  xörəklərini  (xəĢil,  əriĢtə,  xingal  və  s.)  elə  oradaca 

yeyərdilər.  Daha  doğrusu,  iĢtirakçıların  həmin  xörəklərdən  yemələri  zəruri 

sayılardı. 

Beləliklə,  adamların  bir-birinin  üstünə  atdıqları  su,  ibtidai  inama  görə, 

qədimlərdə yağıĢ rəmzini daĢımıĢsa da, yəni su, su gətirirmiĢ, daha sonralar isə bu 

mərasim  də  din  xadimlərinin  iĢtirakı  ilə  islamlaĢdırılaraq  "müqəddəslərin"  gəlir 

mənbəyinə çevrilmiĢdir. 

ġabran  kəndlərində  yağıĢ  və  günəĢ  arzusu  ilə  keçmiĢdə  "Hacılar"  adlı 

mərasim  keçirilərdi.  Bunun  üçün  ağacdan  düzəldilmiĢ  10-12  adam  heykəlciyinə 

hacı paltarı geydirilərdi. Həmin heykəllər kəndin mömin adamı hesab olunan molla 

və  ya  seyidin  evinin  damına  bir-birinin  ardınca  düzülərdi.  YağıĢ  arzu  edilərdisə 

"hacıların" qabağına su tökülərdi. Əgər günəĢ istənilərdisə toz və ya kül səpilərdi. 

Belə  bir  mərasim  Quba  bölgəsinin  ləzgi  kəndlərində  də  (Hil,  Gican,  Piral  və  s.) 

keçirilərdi. 

Quraqlıqlar zamanı əhali bir sıra baĢqa ayin, ovsun və etiqadlara da əməl 

edərdi  YağıĢ  istədikdə  kəndin  yeddi,  ya  da  qırx  nəfər  keçəlinin  adı  çəkilərək 

düyünlənmiĢ ip çaya (suya) atılardı. Əgər günəĢ arzulanardısa, həmin ip yandırılardı. 

Ulağı suya salardılar və ya onun baĢını çayda yuyar, qulağına su tökərdilər ki, yağıĢ 

yağsın.  YağıĢ  istənildikdə  əzabla  öldürülmüĢ  adamın  baĢdaĢını  və  ya  onun 

qəbrindən  götürülmüĢ  torpağı  çaya  atardılar.  Bu  iĢi  kəndin  mömin  adamı  görərdi. 

Yaxud  kəndin  mollası  çaydan  götürülmüĢ  daĢa  Qurandan  surə  oxuyub,  onu  çaya 

atardı ki, yağıĢ olsun. 

Zaqatala  kəndlərinin  qocaları  keçmiĢdə-quraqlıq  illərində  dağ  gölü 

Xalağıya gedərmiĢlər. Gölə çatana yaxın onlar kürklərini çevirərək tərs geyərdilər 

ki,  guya  "yağıĢda  kürkün  üzü,  yəni  dərisi  sudan  korlanmasın".  Qocalar  gölün 

sahilində  namaz  qılar,  özləri  ilə  apardıqları  qurbanlıq  heyvanı  buradaca  kəsib 

yeyərdilər  və  Allaha  yağıĢ  arzusu  ilə  yalvarardılar.  Mərasim  iĢtirakçılarının 

kürklərini  çevirərək  tərs  geymələri  Ģübhəsiz  ki,  ovsunlama  ayini  kimi  qəbul 

olunmalıdır.  Onların  inamına  görə  "əgər  yağıĢ  yağanda  kürkü  çevirib  tərsinə 

geyiriksə,  deməli  yağıĢ  istədikdə  də  belə  etdikdə,  yağıĢ  gələr".  Deməli,  insanlar 

bənzər hadisələrdə müəyyən əlaqənin olduğunu zənn edərək bunun səbəbini də elə 

onların  özündə  görmüĢlər.  Beləliklə  də,  onlar  oxĢar  hadisələr  arasındakı  bir 

yaxınlığın,  bir  təkrarın,  sadəcə  olaraq  onların  arasında  bir  əlaqənin  olduğunu 



 

 

161 



güman  etmiĢlər.  Məhz  ona  görə  də  öz  istəklərini,  həmin  hadisələrin  özünə 

oxĢarlığında  axtararaq  onu  təkrar  etmiĢlər.  Ovsunu  səciyyə  daĢıyan  adamların 

üstünə su atmaq, onları suya basmaq və s. kimi ayinlər də, Ģübhəsiz, belə bir ibtidai 

inamın Ģüurlardakı qalıqlarındandır. 

Əkinçilər, il quraqlıq keçməsin deyə, bəzən də əvvəlcədən, yaz baĢı nəzir 

üçün heyvan alardılar. AlınmıĢ heyvanı (inək, qoyun və s.) mərasim günü kəndin 

bütün  əkinlərini  gəzdirərdilər.  Daha  sonra  qurbanlıq  heyvan  kəndin  məscidinin 

həyətində və ya məhəllələrin birində və ya da əkin sahələrindən birinin kənarında 

kəsilər, əti biĢirilərək hamılıqla  yeyilərdi.  Mərasimin iĢtirakçıları  yağıĢ arzusu ilə 

Allaha  dua  etdikdən  sonra  dağılıĢardılar.  Bəzən  də  quraqlıq  zamanı  hər  kəndin 

qoca  və  mömin  adamları  öz  məscidlərinə  yığılıb  namaz  qılar,  Allahdan  yağıĢ 

diləyərək Allah yolunda nəzir, sədəqə deyərdilər. 

Ġl  quraqlıq  keçdikdə  bəzən  təsadüfən  yağıĢ  yağardısa,  bu  hadisə 

əkinçilərin  böyük  Ģadlığına  səbəb  olardı.  Onlar  belə  güman  edərdilər  ki,  "arzu 

olunan  vaxtı  yağıĢın  gəlməsi  Allahın  iĢidir.  O  müqəddəs  varlıq  bizlərə  yazığı 

gələrək əkinlərimiz  üçün yağıĢ göndərmiĢdir". Bunun müqabilində  Allah yolunda 

qurbanlıq  heyvan  alınıb  kəsilər,  əti  paylanar,  ya  da  kəndin  mollasına,  seyidinə 

nəzir-niyaz verilərdi. 

Əkinçilər daĢ ayinindən yağıĢ çağırmaq üçün də istifadə etmiĢlər. Ġbtidai 

insanlar daĢlara hər Ģeyə qadir olan bir qüvvə kimi baxmıĢlar. Axı, onların güzəranı 

keçən  Azərbaycanın  daĢlı-qayalı,  mağaralı  dağları  da  müqəddəsləĢdirilmiĢdir. 

Babadağ  (Həzrət  baba),  BeĢbarmaq,  Asəfkəf  və  s.  yerlər  müqəddəs  hesab 

olunurdu. 

Beləliklə də insanlar qədimlərdən belə, bir çox arzu və diləklərinə çatmaq 

üçün  daĢa,  daĢ  ayininə  müraciət  etdiyi  kimi,  yağıĢ  arzusu  ilə  də  daĢın  fövqəladə 

qüvvəyə malik olduğuna inanmıĢlar. 

MüĢkür,  ġabran  və  ġirvan  kəndlərindən  vaxtilə  Babadağa  və  yaxud 

Gəncəbasar  kəndlərindən  QoĢqardağa  ziyarətə  gedənlər,  qayıdarkən  özləri  ilə 

buradan xırda daĢlar də gətirərdilər. "Müqəddəs" saydıqları bu daĢlardan  müxtəlif 

hadisələrə qarĢı arzu və amallarının həyata  keçməsi  üçün istifadə edərdilər. Onlar 

həmin daĢların "köməyi" ilə yağıĢ yağdırmağın mümkün olduğunu güman etmiĢlər. 

Quraqlıq  zamanı  daĢlardan  bir  neçəsini  qaba  qoyub  üstünə  su  tökərdilər,  daha 

sonra  həmin qabla  onlar ayaqyalın, baĢıaçıq çölə gedər  və  orada  yağıĢ arzusu ilə 

dua  oxuyardılar  [205].  Yaxud  da  həmin  daĢlardan  bir  neçəsini  yağıĢ  olsun  deyə, 

kəndin yaxınlığındakı çaya, bulağa və ya nohura atar və ucadan: "Çay daĢı,  Allah 

versin yağıĢı" deyərdilər. Yaxud isladılmıĢ daĢları quru daĢların yanına düzərdilər 

ki,  guya  həmin  daĢları  da  yağıĢ  yağıb  isladacaqmıĢ,  bununla  da  kənd  camaatı 

özlərinin  yağıĢ  arzusunda  olduqlarını  bildirərmiĢlər.  Əksinə,  günəĢ  arzulandıqda 

isə daĢlar ocağa qoyulardı. 

Muğan, ġirvan və AbĢeron kəndlərində müsəlla zamanı onun iĢtirakçıları 

mərasimin sonunda çaydaĢlarını dua oxuya-oxuya kisələrə yığıb kəndə gətirərdilər. 



 

 

162 



YağıĢdan  sonra  isə  həmin  daĢları  aparıb  çaya  tökərdilər  [206].  Qusar  rayonunun 

Piral kəndinin yaxınlığında iri mengir daĢ vardır. Həmin daĢın dikinə duruĢu kənd 

sakinlərinin dediyinə görə, yağıĢın kəsilməsinə köməklik edir. Əgər yağıĢ aramsız 

gələrək,  əkinlərə  zərər  verirdisə,  kənd  camaatı  həmin  daĢı  yerə  yıxardı  ki,  yağıĢ 

kəsilsin [207]. Yaxud Hil kəndinin yaxınlığında olan Seyidnohur adlanan nohurun 

kənarındakı daĢı quraqlıq zamanı suya salardılar ki, yağıĢ yağsın [208]. 

XII  əsr  ərəb  coğrafiyaĢünas  səyyahı  Əbu  Həmid  əl-Əndəlusi  əl-Qərnati 

özünün  "Tuhfət  əl-Əlbab  və  Nuxbat  əl-Əcab"  (Ağıllara  töhfə  və  möcüzələrin 

seçilməsi) əsərində göstərir ki, "Ərdəbilin (Ģəhər) meydanında bir qara daĢ gördüm. 

Onun səsi polad səsi verirdi. Özü qurğuĢun qalayı kimi idi. (Bu daĢ) inəyin böyrəyi 

Ģəklində  idi.  Çəkisi  200  manndan  (bir  mann  təxminən  3  kq-a  bərabərdir)  çoxdur 

[209]. 


DaĢın  (belə  bir)  xüsusiyyəti  var:  yağıĢ  yağmadıqda  onu  (daĢı)  arabaya 

qoyub Ərdəbil Ģəhərinə gətirirlər. (Bu vaxt) yağıĢ yağmağa baĢlayır; daĢı meydana 

gətirənəcən yağıĢ yağmaqda davam edir, apardıqda yağıĢ ara verir. Bu, isə dünya 

möcüzələrindəndir.  (Bunun  düzlüyünü)  Allah  bilir  [210].  Səyyah  çox,  düzgün 

olaraq  bu  daĢın  yağıĢ  əhvalatını  həqiqətə  uyğun  olduğuna  Ģübhə  ilə  yanaĢaraq, 

onun  doğruluğuna  inamı  olmadığı  üçün  "bunun  düzlüyünü  Allah  bilir",  ifadəsini 

iĢlətmiĢdir. Lakin çox maraqlıdır ki, səyyahın qeyd etdiyi "müqəddəs daĢ" bəlkə də 

səmadan yerə düĢmüĢ meteorit parçasıdır. 

Məhz  ona  görə  də  əhali  belə  bir  fövqəlbəĢər  daĢı  müqəddəsləĢdirmiĢdir. 

Çünki müəllif tərəfindən daĢın verilən təsviri, onun "polad səsi çıxarması, özünün 

qurğuĢun  qalayına  oxĢaması",  həmin  daĢın  meteoritin  kiçik  bir  hissəsi  olmasını 

güman  etməyə  imkan  verir.  Maraqlıdır  ki,  məĢhur  tarixçi  Zəkəriyyə  əl-Qəzvini 

özünün  "Asar  əl-bilad  və  axbar  əl-Ġbad"  adlı  əsərində  Ərdəbil  Ģəhəri  haqqında 

danıĢarkən  Ģəhər  yaxınlığındakı  həmin  "yağıĢ  daĢı‖nın  məqsəd  və  təsvirini 

verməklə onu da xatırlayır [211]. 

Əkinçilərin yağıĢ və günəĢ arzusu ilə, həm də baĢqa təbii fəlakətlərə qarĢı 

keçirdikləri mərasim, ayin və etiqadlar, təbiət hadisələrini və bu hadisələri doğuran 

səbəblərin  dərk  edilib  baĢa  düĢülməməsi  nəticəsində  meydana  gələrək,  onlar 

tərəfindən əsrlər boyu bu və ya baĢqa Ģəkildə icra edilmiĢdir. 

XX  əsrin  20-30-cu  illərindən  etibarən  elmin  və  mədəniyyətin  inkiĢafı, 

təbiət hadisələrinin və onların sirlərinin elmi surətdə öyrənilməsi və geniĢ izahı ilə 

xalq bu mövhumu və dini mərasimlərin əsl mahiyyətini düzgün baĢa düĢə bilmiĢ və 

beləliklə  də  onların  Ģüurlarından,  məiĢət  və  təsərrüfat  həyatından belə  bir dini  və 

mövhumu görüĢlərin tədricən silinməsi ilə nəticələnmiĢdir. 




 

 

163 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

164 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin