TARĠXĠ OÇERK
Azərbaycan bəĢər sivilizasiyasının çox qədim mərkəzlərindən biridir. Xalqı-
mız minilliklər boyu bu bərəkətli diyarda davamlı yaĢamıĢ, olduqca zəngin maddi və
mənəvi irs yaratmıĢdır. Yurdumuzun əlveriĢli təbii-coğrafı Ģəraiti, bitki və heyvan
aləminin zənginliyi milyon illər öncədən insanların burada davamlı məskən salmasına
imkan vermiĢdir.
Son dövrlərdə aparılan elmi araĢdırmalar Qafqazın, о cümlədən Azərbaycanın
ilk insanların yaĢadığı bölgələrdən biri olduğunu sübut edir. Mütəxəssislərin fikrincə,
3-3,5 milyon il əvvəl ġərqi Afrikada, Ön və Cənubi Asiyada, Cənubi Avropada fiziki
quruluĢu və həyat tərzi gələcək insanların formalaĢması üçün əsas olan driopitek,
ramapitek və s. avstraliopitek tipli məxluqlar yaĢayırdılar. Bu tip paleoantropoloji
tapıntıların biri də Gürcüstanın Azərbaycanla sərhədi yaxınlığında, Udabno adlı yerdə
aĢkar edilmiĢdir [1]. Bu məxluqların çoxu, о cümlədən udabnopitek insan təkamülündə
barsız budaq olsa da, bu fakt insanabənzər məxluqların ən qədim çağlardan Qafqazda
yaĢadığını göstərən ilk maddi dəlil kimi qiymətlidir.
Təkamül prosesində insanabənzər varlıqların çox az bir qismi ət yemək, ov
etmək qabiliyyətini inkiĢaf etdirmiĢ, iki ayaqla yerimək, ən sadə əmək alətləri
düzəltmək vərdiĢlərini tədricən möhkəmlətmiĢlər. Son elmi tədqiqatlara görə, Yer
üzərində ilk insanlar 2,5-3 milyon il öncədən yaĢamağa baĢlamıĢlar. ġərqi Afrika və
ġərqi Aralıq dənizi hövzəsi ilə birlikdə Cənubi Qafqaz da ən qədim insanların ilkin
yaĢadıqları regionlardan biri olmuĢdur. XX əsrin 90-cı illərində Borçalıda (müasir
Gürcüstanın Dmanisi bölgəsində) alınan və gürcü alimlərinin arxeoloji araĢdırmaları
zamanı 1,8-2 milyon il əvvələ aid 6 mindən çox daĢ alət, heyvan sümükləri və ən
baĢlıcası, həmin dövrdə yaĢamıĢ insanın qalıqları: alt çənəsi, ayaq darağı, qafa tası aĢkar
edilmiĢdir [2]. Mütəxəssislərin Homo erektus adı verdiyi bu varlıqlar onlarla bir
dövrdə yaĢamıĢ Homo habilislərdən düzqamətli və beyin tutumlarının daha böyük
olması ilə fərqlənmiĢlər.
Azərbaycan arxeoloqlarının tədqiqatları da müasir Azərbaycan ərazisində ilk
insanların çox qədim çağlardan - 1,5 milyon il öncədən davamlı yaĢadığını göstərir.
Qarabağın cənub-Ģərqində Quruçay dərəsindən, çaydan soldakı yamacda yerləĢən Azıx
mağarasının alt qatlarından adi çay daĢından hazırlanmıĢ kobud çapma alətləri, ərsinlər,
qaĢovlar, 4-5 kq ağırlığında nəhəng çoppervari alətlər tapılmıĢdır [3]. Bu əmək alətləri
formasına və hazırlanma texnikasına görə ġərqi Afrikadakı Olduvey düĢərgəsindən
aĢkarlanmıĢ əmək alətləri ilə müqayisə edilmiĢ və qismən uzlaĢma müəyyənləĢdirilsə də,
buradakı əmək alətlərinin daha çox özünəməxsus xüsusiyyətlər daĢıdığı aydın olmuĢdur.
Alimlərin "Quruçay mədəniyyəti" adı verdiyi həmin maddi mədəniyyət nümunələrini
yaradan insanların təxminən 1,2-1,5 milyon il öncədən yaĢaması müəyyən edilmiĢdir. Bu
insanlar ilk öncə Quruçay dərəsində yaĢamıĢ, Azıx mağarasına köçdükdən sonra da
həmin ərazi ilə sıx bağlı olmuĢlar. Dərədən götürdükləri daĢlardan əmək alətləri
19
hazırlamıĢ, orada yığıcılıqla məĢğul olmuĢ, ova çıxmıĢlar. Azıx mağarasının VII-X
təbəqələrindən aĢkar edilmiĢ əmək alətləri Quruçay mədəniyyətinin 700 min il
əvvələ kimi davam etdiyini təsdiqləyir. Bu mədəniyyətin daĢıyıcıları ovçuluq və
yığıcılıqla məĢğul olmuĢ, oddan istifadə etməyi bacarmıĢlar. Alt qatlardakı sümük
yanıqları və kömür qırıntıları Azıx sakinlərinin təbii oddan istifadə etdiklərindən
xəbər verir [4].
Azıx mağarasının VI təbəqəsindən 2 mindən çox daĢ alət, çoxlu heyvan sümük-
ləri aĢkar edilmiĢdir. Erkən AĢel dövrünə (700 min - 500 min il əvvəl) aid edilən bu
təbəqədən tapılan alətlər tipoloji cəhətdən alt təbəqələrin alətləri ilə uzlaĢsa da, daha
təkmil olmaları ilə seçilirlər. Bu dövrdə yeni alətlər: əl çapacaqları, diĢli-gəzli alətlər
meydana çıxmıĢ, ovlanan heyvanların çeĢidi geniĢlənmiĢdir. Quruçay mədəniyyəti
təbəqələrindən yalnız məhdud sayda maral, antilop, qaban sümükləri aĢkar edildiyi
halda, Erkən AĢel dövründə mağara ayısı, ibtidai at, kərgədan, bizon və s. iri heyvanlar
ovlanması geniĢ miqyas almıĢdı. Azıx mağarasında aĢkar edilmiĢ bu heyvanların
sümüklərinin çoxu iliyi çıxarılması üçün qırılmıĢdır, həm də çoxunun üzərində yanıq
izi vardır.
Azıx sakinlərinin uzun müddət ərzində davamlı surətdə oddan istifadə
etmələri AĢel qatlarında 4 ocaq yerinin üzə çıxarılması ilə təsdiqlənir. Ən qədim ocağın
yaĢı 700 min ilə yaxındır və bu, elmə məlum olan ilkin ocaq yerlərindən biridir.
Mağaranın V təbəqəsi Orta AĢel dövrünə (400 min - 200 min il əvvəl) aiddir.
Bu təbəqədən tapılan alətlərin çeĢidi daha geniĢ, hazırlanma texnikası daha
yüksəkdir. Bu təbəqədən 45 növ müxtəlif heyvanın və quĢun, о cümlədən sürətlə
qaçan ceyran, cüyür, dağ keçisi sümüklərinin aĢkar edilməsi ovçuluğun daha da inkiĢaf
etdiyini əyani göstərir.
Azıx mağarasının V
təbəqəsindən aĢkar edilən çox
qiymətli tapıntı ibtidai insanın alt
çənəsidir. Çənə sümüyü 350 min
- 400 min il öncə yaĢamıĢ 18-22
yaĢlı qadına aiddir [5]. Tədqi-
qatçıların Azıxantrop - Azıx
adamı adı verdikləri bu çox qə-
dim insanın çənəsinin qurulu-
Ģundakı spesifik cəhətlərə görə
Fransanın Araqo mağarasından
aĢkar edilmiĢ preneandertallara
yaxındır. Həmin təbəqədə divar-
ların arasında xəlvəti yer qeydə alınmıĢ və ayı kəllələri aĢkar edilmiĢdir.
Kəllələrin biri üzərində 8 xətt cızılmıĢdır ki, bu da ibtidai dini təsəvvürlərlə bağlı
ola bilər.
Azıxantropun öz sələflərinə nisbətən daha bacarıqlı və düĢüncəli olmasını
20
baĢqa dəlillər də göstərir. Bu baxımdan, V təbəqədəki ocaq yerinin yanında əhəngdaĢı
parçaları və maral buynuzları ilə hörülmüĢ divar qalıqları [6] diqqəti cəlb edir.
Orta Paleolit - Mustye mədəniyyəti (100 min - 40 min il əvvəl) dövründə
insanların daha geniĢ ərazidə yaĢaması Kiçik Qafqazın bütün Ģərq dağətəyi
bölgələrində, Kür və Araz çayları vadilərində yayılmıĢ mağara düĢərgələrindən
aĢkar edilmiĢ maddi mədəniyyət nümunələri ilə təsdiqlənir. Azıx mağarasının III
təbəqəsindən, onun yaxınlığındakı Tağlar mağarasından, Qazax ərazisində Damcılı və
DaĢsalahlı mağaralarından, Qazma (Naxçıvan), Zar (Kəlbəcər) və Buzeyir (Lerik)
düĢərgələrindən Mustye mədəniyyətinə aid minlərlə əmək alətləri, heyvan sümükləri
aĢkar edilmiĢdir. Bu abidələr içərisində ən möhtəĢəmi Tağlar düĢərgəsidir. Burada
ibtidai insanlar davamlı yaĢamıĢ, yeni, daha təkmil əmək alətləri düzəltməyi bacarmıĢlar
[7]. Tağlar sakinləri çaxmaqdaĢı və dəvəgözü (obsidian) qəlpələrindən itiuclu, diĢli,
gəzli ərsinlər, lövhəvari bıçaqlar hazırlamıĢlar. Ġtiuclulardan nizə ucluğu kimi istifadə
edilmiĢdir.
Arxeoloji tədqiqatlar nəticəsində Tağlar düĢərgəsinin çox böyük areal üçün
mühüm maddi mədəniyyət mərkəzi
olması, burada hazırlanmıĢ əmək
alətlərinin hələ orta paleolit dövründə
Yaxın ġərq ölkələri ərazisində yayılması
müəyyən olunmuĢdur.
Orta
Paleolit
dövründə
Dostları ilə paylaş: |