TAXILÇILIQ
Azərbaycan əlveriĢli təbii-coğrafi Ģəraitə malik bir ölkədir. Bu münasib
Ģərait çox qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin yaranması və
inkiĢafına xüsusi təsir göstərmiĢ və əsaslı zəmin yaratmıĢdır. Hələ ibtidai icma
quruluĢunda, məhsuldar qüvvələrin aĢağı səviyyədə olması dövründə insanlar
təbiət qüvvələrindən daha çox asılı olmuĢlar. Buna görədir ki, yerli əhali öz
təsərrüfat sahələrini coğrafi Ģəraitin, yaĢayıĢ vasitələrinin daha münasib olduğu
ərazidə inkiĢaf etdirməyə məcbur olmuĢlar. ƏlveriĢli coğrafi mühitdə istehsalın
inkiĢafı sürətlənir, təsərrüfatın geniĢlənməsi üçün daha çox imkanlar yaranır.
Heç Ģübhəsiz, Neolit-Yeni DaĢ dövrünün ən mühüm yeniliklərindən biri
əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsi olmuĢdur. Bu yenilik məhsuldar
qüvvələrin inkiĢafı ilə üzvi surətdə bağlı idi. Oturaq həyat tərzi keçirən yerli
tayfalar əsasən yığım iĢi və əkinçiliklə daha çox məĢğul olurdular.
Azərbaycanın dağ və dağətəyi ərazisində dəmyə əkinçiliyin təĢəkkül
tapması və inkiĢafı üçün hər cür münasib coğrafi Ģərait olmuĢdur.
Azərbaycanda Eneolit dövrü təxminən e.ə. VI-IV minillikləri əhatə edir.
Bu dövrdə ilk dəfə olaraq misdən istifadə edilsə də, əkinçilikdə yenə də daĢ alətlər
əsas mövqeyə malik olmuĢlar. Əkinçilik və maldarlıq aparıcı sahə olmaqla yerli
əhalinin baĢlıca məĢğuliyyəti sayılmıĢ və onun iqtisadi həyatının əsasını təĢkil
etmiĢdir. Bu dövrdə taxılın əkilib-becərilməsi, döyülüb yığılmasında ağac, daĢ və
qismən də sümük alətlərdən istifadə edilmiĢdir.
Tədricən əmək alətlərinin təkmilləĢdirilməsi və məhsuldar qüvvələrin
nisbətən inkiĢafı yeni tarixi dövrün-Tunc dövrünün baĢlanmasına səbəb olmuĢdur.
Yeni bərqərar olan Tunc dövrü tarixdə metal dövrünün ikinci mərhələsi kimi
qiymətləndirilir. F.Engels tunca xüsusi qiymət verərək yazrrdı ki, mis və qalay və
bunların əridilib qarıĢdırılmasından əmələ gələn tunc ən mühüm metallar idi;
tuncdan yararlı alət və silah hazırlanırdı, lakin o, daĢ alətləri sıxıĢdırıb aradan
çıxara bilmirdi... [1]
Azərbaycanda təxminən e.ə. IV minillikdən baĢlayaraq Eneolit dövrünü
Tunc dövrü əvəz edir. Bu dövr təxminən iki min il davam edərək e.ə. I minilliyin
baĢlanğıcında sona çatır, həmin dövr təkcə tuncun geniĢ istehsalı ilə deyil, eyni
zamanda ictimai münasibətlərin və kənd təsərrüfatının inkiĢafı ilə də səciyyə-
lənirdi.
Tunc dövründən etibarən toxa əkinçiliyindən cüt əkinçiliyinə keçid
baĢlanmıĢdı. Bununla da əkinçilik təsərrüfatında aparıcı-üstün rol kiĢilərin əlinə
keçmiĢ, belə ki, təsərrüfatın xarakterində baĢ verən dəyiĢiklik bu sahədə qadın
əməyinin rolunun gözə çarpacaq dərəcədə azalmasına səbəb olmuĢdur.
Cütün meydana gəlməsi əkin sahələrinin daha geniĢ istifadə edilməsinə
əlveriĢli imkan yaratdı, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəldi və
inkiĢaf etdi. Əkinçilikdə iĢlədilən tunc alətlər xeyli təkmilləĢdi və çoxaldı. Lakin
64
F.Engelsin dediyi kimi, tunc daĢ alətləri tamamilə sıxıĢdırıb aradan çıxara bilmədi.
Bu iĢi dəmir həyata keçirdi.
Azərbaycanda hələ e.ə. II minilliyin sonlarından dəmirdən istifadə
edilmiĢdir. Bu dəmirdən istifadə əkinçiliyin geniĢ Ģəkildə inkiĢaf etməsinə zəmin
yaratmıĢdı. Bu münasibətlə F.Engels yazır: "Dəmir daha böyük sahələrdə tarlaçılıq
üçün, geniĢ meĢə sahələrini təmizləyib əkin yerinə çevirmək üçün imkan yaratdı;
dəmir sənətkara elə möhkəm və kəskin alətlər verdi ki, bunlann qarĢısına heç bir
daĢ, o zaman məlum olan metallardan heç biri çıxa bilmədi" [2].
Azərbaycanda dəmirin meydana çıxması və geniĢ inkiĢafı təkcə iqtisadi
həyatda deyil, ictimai quruluĢun özündə də köklü dəyiĢikliklərə səbəb olmuĢdu.
Azərbaycan ərazisində hələ e.ə. I minillikdə Manna və Midiya kimi qədim
dövlətlər təĢəkkül tapmıĢ və inkiĢaf etmiĢdi. Dövrünə görə iqtisadi və mədəni
cəhətdən inkiĢaf edən bu dövlətlər zəngin əkinçilik mədəniyyətinə də malik
olmuĢlar. Manna ərazisində e.ə. IX əsrə aid üç tunc cüt modelinin tapılması diqqəti
cəlb edir. Modeldə öküzün xıĢa qoĢulduğu aydın nəzərə çarpır [3].
Bir qədər sonra Atropaten və Albaniya ərazisi bol məhsul verən geniĢ
zəmiləri və təbii otlaqları ilə seçilmiĢdir. Məhsuldar qüvvələrin durmadan inkiĢafı
öz növbəsində əkinçiliyin intensiv surətdə irəliləməsinə səbəb olmuĢdu.
Azərbaycanda yaĢayan yerli əhali əsasən yumĢaq və bərk buğda, qismən darı və bir
neçə növ arpa becərmiĢlər. Bu dövrdə süni suvarma sistemlərinin geniĢ Ģəkil
alması əkinçilik mədəniyyətinin daha yüksək səviyyəyə qədəm qoymasına gətirib
çıxarmıĢdı.
Əkin sahəsində məhsul artımı üçün əsas Ģərt torpağın nisbətən keyfiyyətli
Ģumlanmasından asılı olmuĢdur. Azərbaycanda Ģumlamada xıĢların qoĢqu
heyvanlar vasitəsilə iĢlədilməsi və taxıl döyümündə vəllərin geniĢ istifadəsi bu
baxımdan böyük əhəmiyyət kəsb edir.
Yunan coğrafiyaĢünası Strabon xəbər verir ki, "Albaniyada çox vaxt bir
dəfə əkilmiĢ torpaqdan iki və hətta üç dəfə məhsul götürülür. Birinci dəfə, hətta
dincə qoyulmadan və sadə xıĢla becərilən torpaq birə əlli məhsul verir" [4].
Azərbaycanda eramızın əvvəllərindən baĢlayaraq ictimai-iqtisadi və
mədəni həyatda bir sıra mühüm dəyiĢiklər baĢ verir. Məhsuldar qüvvələrin inkiĢafı
köhnə istehsal münasibətlərinə uyğun gəlmir və nəticə etibarilə yeni, daha
mütərəqqi istehsal münasibətləri yaranır və tədricən formalaĢır.
Eramızm təxminən III əsrindən etibarən Azərbaycanda feodalizmin
yaranması və inkiĢafı ilə əlaqədar taxılçılıq inkiĢaf etmiĢ, məhsuldarlıq xeyli
artmıĢdır. Bu dövrdə metal gavahınlı xıĢlardan Ģumlamada geniĢ istifadə edilməklə
bu alət daha da təkmilləĢdirilmiĢdi.
Orta əsrlərdə ağır və ya qara kotan deyilən daha təkmil Ģum alətinin
Azərbaycanda istifadə edilməsi dövrünə görə ən mühüm ixtiralardan sayılır. XII
əsrin sonu və XIII əsrin əvvəllərinə aid irihəcmli gavahının Beyləqandan tapılması
qara kotanın tarixinin öyrənilməsində mühüm rol oynayır.
65
Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında taxıl zəmilərinin
becərilməsi o qədər də zəhmət tələb etmirdi. Ona elə böyük ehtiyac da
duyulmurdu. Bu, hər Ģeydən əvvəl, torpağın məhsuldarlığı ilə əlaqədardır. Bu
baxımdan böyük Nizami Gəncəvinin fikri maraqlı və daha xarakterikdir:
Biz əkin zamanı səpib zəmini,
Həqqə tapĢırırıq sonra əkini,
Altı ay olarıq əkindən uzaq,
Bir də biçin vaxtı biçirik ancaq,
Belə əkdiyimiz zəmilərdən düz
Bol məhsul alırıq birə yeddi yüz [5].
Orta əsrlərdə taxılın döyülməsində həlledici alət ağac, daĢ vəllər və
qismən də carcarlar olmuĢdur. Bu alətlər döyüm prosesində biri digərini
tamamlamıĢ və prosesi sürətləndirməyə zəmin yaratmıĢdır. Carcar öz quruluĢu
etibarilə daha təkmilləĢmiĢ döyüm aləti olmuĢdur.
Orta əsrlərdə taxılın saxlanılmasında iri səbətlər, godlar, torpaq quyular və
təsərrüfat küplərilə yanaĢı, çuval, kisə, ağac və çubuqdan hazırlanmıĢ anbarlardan
da geniĢ istifadə edilmiĢdir. Heç Ģübhəsiz, taxılın saxlanılmasında çuval və
anbarlar daha münasib olmuĢdur. Bu dövrdə taxılçılığın inkiĢafı ilə əlaqədar iri
anbarlardan daha geniĢ istifadə edilmiĢ və taxılın yaxĢı saxlanılmasına Ģərait
yaranmıĢdır.
Azərbaycanda eramızın II-VII əsrlərinə aid abidələrindən arpa, buğda, un
və darı qalıqları aĢkar edilmiĢdir. Eramızın VII əsrinə aid olan bir mənbədə
Albaniya ərazisində çoxlu arpanın becərildiyi xəbər verilir [6]. Moisey
Kalankatuklu Azərbaycanda baĢqa bitkilərlə yanaĢı, Kür çayı boyunca çoxlu taxıl
bitkilərinin də becərildiyini qeyd edir [7].
Ġran tarixçisi Həmdullah Qəzvininin "Nüzhətül-qülub" əsərində
Azərbaycanın müxtəlif yerlərində bol taxıl məhsulunun götürüldüyü xəbər verilir
[8]. Həmin əsərdə TalıĢda, Təbriz ətrafında, Naxçıvan və Ordubad torpaqlarında
taxıl bitkilərinin becərildiyi qeyd edilir.
ġübhəsiz, Azərbaycan ərazisində baĢ verən müharibələr ölkənin təsərrüfat
həyatına, o cümlədən əkinçiliyə də böyük zərər verirdi. Taxıl zəmiləri və toplanan
məhsul qarətçilərin əlinə keçir və beləliklə də yerli əhaliyə olmazın ziyan dəyirdi.
Bundan əlavə, bəzi vaxtlarda, xüsusilə quraqlıq və nəmiĢlik illəri, əkinlərə çəyirtkə
basqını və digər səbəblər taxılçılıqda məhsuldarlığa pis təsir edirdi. Bütün bu amillər
orta əsrlərdə Azərbaycanda taxılçılığın ümumi inkiĢafını ləngidirsə də, lakin onun
tənəzzülünə səbəb ola bilmirdi. Xalqın empirik biliyi, bu sahədə mövcud sadə əmək
alətlərindən daha bacarıq və ustalıqla istifadə, həmçinin süni suvarmanın tətbiqi
taxılçılıqda məhsuldarlığın artmasına səbəb olmuĢ və onun əkin sahəsi əsrlərdən-əsrlərə
geniĢlənmiĢdir.
XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın taxılçılıqla məĢğul olan
66
bütün rayonlarında dənli bitkilərin əkin sahəsi xeyli geniĢləndirilmiĢ və bununla da
taxıl məhsulunun ümumi yığımı artmıĢdır. Buğda və arpa dənli bitkilər içərisində öz əkin
sahəsinə və məhsul yığımına görə yenə də əsas yeri tuturdu.
Həmin dövrdən Azərbaycanda becərilməyə baĢlayan qarğıdalı bitkisi ilk vaxtlar
əsasən bostan bitkiləri ilə birlikdə qarıĢıq əkilərdi. Lakin daha sonralar bu bitki geniĢ
sahələrdə ayrılıqda becərilmiĢdir. Qarğıdalı bitkisi taxılçılıq təsərrüfatında öz əkin
sahəsinə görə geniĢ yayıla bilməmiĢdir, lakin yerli əhali onu az və ya çox halda kiçik və
ya böyük sahələrdə becərərək yüksək məhsuldarlığına görə həmiĢə qiymətlən-.
dirmiĢdir. Ona görə də bu bitki xalq arasında "peyğəmbər buğdası" adlanmıĢdır.
Taxılçılıq təsərrüfatında darı bitkisi qədimdən belə əkilib-becərilmiĢdir. Darı
tez yetiĢməsinə və məhsuldarlığına görə baĢqa dənli bitkilərdən fərqlənmiĢsə də,
özünün keyfiyyət tutumuna və sərfəliliyinə görə bir o qədər də əlveriĢli bitki sayıl-
madığı üçün onun əkin sahəsi dənli bitkilər içərisində axırıncı yeri tutmuĢdur.
Bundan əlavə, ənənəvi taxıl bitkilərindən hesab olunan çovdar, pərinc,
mərci və baĢqa bitkilər də becərilmiĢdir. Lakin bu bitkilər ölkənin ayrı-ayrı rayonlarında
az miqdarda əkilib-becərilmiĢsə də alınan məhsul kəndli ailəsinin ancaq daxili ehti-
yacını ödəmiĢdir. Bəzi hallarda artıq məhsul bazara-satıĢa da çıxarılmıĢdır.
Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra bir çox baĢqa mühüm sahə-
lərlə yanaĢı, ölkənin təsərrüfatında, onun iqtisadi həyatında böyük canlanma yarandı.
Kənd təsərrüfatında isə əsas aparıcı rolu yenə də taxılçılıq tuturdu.
Taxılçılıq XIX əsrdə də azərbaycanlıların baĢlıca məĢğuliyyəti olmuĢdur.
XIX əsrin 30-50-ci illərində öz bol taxılı ilə fərqlənən Qarabağ, ġirvan, Quba
əyalətlərindən çoxlu taxıl toplanmıĢdır. Belə ki, 1830-1832-ci illərdə ġirvandan
2770770 pud, Qubadan 2392500 pud, Qarabağdan 2090000 pud buğda məhsulu
yığılmıĢdı [9]. Taxıl əkini sahələri ildən-ilə geniĢləndikcə, məhsul yığımı da artırdı,
1845-ci ildə Azərbaycanın ayrı-ayrı əyalətlərindən toplanan buğda məhsulu
17617042 puda, arpa isə 6919386 puda çatmıĢdı [10]. Həmin dövrlərdə toplanan belə
bol məhsul nəinki əhalinin ehtiyac və tələbatını ödəyir, hətta onun xeyli hissəsi ölkə
daxili və xarici bazarlara satıĢa göndərilirdi.
XIX əsrin ikinci yarısı və sonlarında da ölkənin kənd təsərrüfatında taxılçılıq
yenə aparıcı rol oynayırdı. Əkin sahəsi geniĢləndiyi kimi, məhsul istehsalı da artmıĢdı.
Xüsusi ilə Cənubi Qafqaz dəmir yolunun (1883) çəkilməsinin Azərbaycanda taxıl
istehsalının sürətlə artımına böyük təsiri olmuĢdur. Bakı quberniyası üzrə 1884-1889-
cu illərdə ümumi taxıl məhsulu 2279277 çətvər (11) olduğu halda, 1896-1899-cu
illərdə 4127403 çətvərə çatmıĢdı. Yelizavetpol quberniyası üzrə də məhsul
artmıĢdır. 1884-1889-cu illərdə quberniyada 2770086 çətvər, 1896-1899-cu illərdə
isə 3238236 çətvər məhsul yığılmıĢdı. Deməli, XIX əsrin son onilliklərində Bakı
quberniyasında taxıl məhsullarının artımı iki dəfə çox, Yelizavetpol
quberniyasında isə 85,5 faiz olmuĢdur [12]. Hər iki quberniyada toplanmıĢ dənli
bitkilər içərisində öz istehsalına görə birinci yer (3/5 hissə) yenə də buğdanın
payına düĢürdü.
67
Ümumiyyətlə, XIX əsrin son onilliklərində Azərbaycanda istehsal olunan
taxıl məhsulları yerli əhalinin çörəyə olan ehtiyacını tam ödəyirdi. Həmin illərdə
baĢqa yerlərdən ölkəyə satıĢ üçün heç vaxt taxıl gətirilməmiĢdir. Əksinə, həmin
dövrdə ölkədə istehsal olunan taxıl satıĢa çıxarılaraq Ġrana, Gürcüstana, Rusiyaya
və hətta Avropa ölkələrinə də göndərilirdi.
Azərbaycandan Rusiya və xarici ölkə bazarlarına taxıl satıĢı XIX əsrin 80-
ci illərindən etibarən daha geniĢ Ģəkil alır. 1881-ci ildə Bakı quberniyasından dörd
yüz min puddan artıq taxıl satıĢa çıxarılmıĢdı. Daha sonra 1886-cı ildə
quberniyadan 2160 min pud buğda, 32 min pud arpa satıĢa çıxarılmıĢdır [13].
Həmin illərdə Yelizavetpol quberniyasında da satıĢa çoxlu məhsul çıxarılmıĢdı.
1893-cü ildə quberniyada bazara 795896 pud taxıl və 47032 pud buğda unu
göndərilmiĢdi [14].
Taxılın ölkənin daxili Ģəhər və həftə bazarlarındakı alıcıları əsasən
Ģəhərlilər, maldarlar, dağ kəndlərində yaĢayanlar, həmçinin qonĢu Dağıstandan
buraya gələn əhalidən ibarət idi.
Azərbaycanda istehsal olunan taxılı, xüsusilə buğdanı xarici bazarlarda
daha həvəslə alırdılar. Ölkədə becərilən sarı buğda növü özünün yüksək keyfiyyəti,
dadı və artımına görə daha geniĢ tanınaraq xüsusi Ģöhrət qazanmıĢdı.
Azərbaycan taxılı, ümumiyyətlə Cənubi Qafqaz taxılı, əsasən Batumi və
Poti limanları ilə Ġtaliya, Yunanıstan, Fransa, Türkiyə, Hollandiya, Almaniya və
baĢqa Avropa ölkələrinə aparılırdı. ġübhəsiz ki, Cənubi Qafqazdan xaricə satıĢa
göndərilən taxıl məhsullarının çox hissəsi Azərbaycanın payına düĢürdü [15].
1885-1887-ci illər ərzində Azərbaycandan Qara dəniz limanları - Batum
və Potiyə, oradan isə xarici bazarlara 11 milyon pud buğda və arpa aparılmıĢdı
[16].
Bütün bunlar XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda
əmtəə taxılçılığının mövcudluğunu və ayrı-ayrı quberniya və qəzalarda istehsal
olunan taxılın xeyli hissəsinin satıĢa göndərildiyini göstərir. 1901-ci ildə Cənubi
Qafqazda istehsal edilmiĢ 82633712 pud taxılın 30 milyon puddan çoxu, yəni 35
faizi Azərbaycanın payına düĢürdü. Bu dövrdə hər adambaĢına düĢən 37 puddan
çox taxılın bir hissəsi satıĢa gedirdi [17].
XX əsrin əvvəllərində də ölkədə taxılçılıq əhalinin məĢğul olduğu baĢlıca
sahə olaraq qalırdı. Taxıl məhsulunun ümumi həcmi 1900-cü ildə 35732688 pud, 1910-cu
ildə 38091088, 1914-cü ildə 52215512 pud olmuĢdur [18].
Artıq XIX əsrin sonu - XX əsrin əvvəllərindən etibarən Azərbaycanda pambıq-
çılığın və baĢqa bitkilərin əkin sahələrinin geniĢləndirilməsi taxıl əkinlərinin ixti-
sarına səbəb olmuĢdur. Bu da özlüyündə taxıl məhsulunun ümumi istehsalına və onun
satıĢına təsir etmiĢdi. Lakin bu illərdə Azərbaycandan Gürcüstan, Dağıstan və taxıla
ehtiyacı hiss olunan baĢqa yerlərə taxıl göndərilməsinə baxmayaraq, buraya hələ də
Mərkəzi Rusiyadan çoxlu miqdarda taxıl məhsulları gətirilirdi [19]. XX əsrin
əvvəllərində Azərbaycan Ģəhərlərində əhalinin sayı xeyli artmıĢdı. Bu əhali isə
68
Azərbaycan qəzalarından, ġimali Qafqazdan və baĢqa yerlərdən gətirilən taxılla təmin
olunurdu [20].
Azərbaycanda taxıl məhsulunun ümumi artımı olmuĢdursa da, bu artım əkin
sahəsinin məhsuldarlığına görə deyil, onun ildən-ilə geniĢləndirilməsi hesabına idi. Belə
ki, əkinçi sərf etdiyi əməyin müqabilində sahədən istədiyi məhsulu ala bilmirdi.
ġübhəsiz ki, bunun da bir sıra səbəbləri olmuĢdur. Bu, hər Ģeydən əvvəl,
taxılçılıqda iĢlədilən əmək alətlərinin sadəliyi ilə əlaqədar idi. Torpaq sahibləri onun
məhsuldarlığını artırmaq üçün demək olar ki, heç bir tədbir görmürdülər. Onlar
yalnız torpağı becərmək üçün yoxsul kəndliyə icarəyə verir və hazır məhsuldan özünə
daha çox pay götürməklə kifayətlənərək baĢqa iĢlə maraqlanmırdılar. Bundan əlavə,
kəndlilərin çoxunun qoĢqu qüvvəsi və əmək alətlərindən məhrum olması da öz mənfi
təsirini göstərirdi. 1910-cu ilin məlumatına görə Azərbaycanda 76270 ədəd xıĢ, 24840
kustar üsulla hazırlanmıĢ qara kotan, 3250 fabrik kotanı, 21730 taxta mala, 775 səpin
maĢını olmuĢdur. Əgər həmin ildə Azərbaycanda 300 mindən çox kəndli təsərrüfatının
olduğunu nəzərə alsaq, onda kəndlilərin çoxunun ibtidai alətlərə belə malik olmadığını
görə bilərik [21]. Taxıl əkinlərinin aĢağı məhsuldarlığına səbəb olan əsas amillər
suvarma təsərrüfatının qaydaya salınmaması, xüsusilə suvarma suyunun çatıĢmaması
idi. Bundan əlavə, quraqlıqların, çəyirtkə basqınının, sel və çay daĢqınlarının da təsiri
olurdu.
XIX əsrin sonu və XX əsrin əvvəllərindən etibarən Azərbaycanın taxılçılıq
təsərrüfatında, az da olsa, dövrü üçün daha təkmil sayılan kənd təsərrüfatı alətlərindən-
fabrik kotanları, taxıldöyən və sovuran alətlər, dəmir malalardan və s. istifadə edil-
miĢdir. 1897-ci ildə Yelizavetpol quberniyasında 565 təkmil kotan, 10 taxıldöyən
maĢın (o cümlədən ikisi buxarla, səkkizi əl ilə iĢləyən), iki ədəd küləĢdoğrayan, Bakı
quberniyasında 53 taxılbiçən maĢın olmuĢdur [22]. Quba qəzasının düzənlik
sahələrində, Yelizavetpol quberniyasının dağətəyi ərazisində müxtəlif sistemli yerli
Ukrayna və ingilis-bolqar kotanlarından da istifadə edilmiĢdir [23].
Dövrü üçün daha təkmil hesab edilən belə maĢınlar (taxıldöyən, taxılsəpən, taxıl-
sovuran, dərz bağlayan) az olduğundan qiymətləri də çox baha idi. Ona görə də həmin
maĢınların yoxsul kəndlilər tərəfindən alınması mümkün olan iĢ deyildi. "MaĢın tətbiqi...
çoxlu kapital tələb edir, buna görə də yalnız böyük sahibkarlara müyəssərdir" [24]. MaĢın
və alətləri əsas etibarilə varlı kəndlilər - iri icarədar qolçomaqlar və mülkədar-bəylər
alırdılar. Mülkədar-bəylər tərəfindən az da olsa dövrü üçün müasir əkinçilik
texnikasının tətbiq edilməsi Azərbaycan kəndində kapitalist münasibətlərinin inkiĢafını
sübut edirdi [25]. Lakin yeni maĢın və alətlərin ayrı-ayrı təsərrüfatlarda tətbiqi azlıq
təĢkil edirdi. Bununla belə ayrı-ayrı bölgələrdə yeni maĢınlar gətirilir və onların sayı
ildən-ilə artırdı.
Zəngin və çoxəsrlik təcrübəyə malik olan Azərbaycan taxılçıları özlərinin ənə-
nəvi əmək vərdiĢlərini davam etdirməklə, onu nəsillərdən-nəsillərə verirdilər. Onlar
əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə səbəb olan amil və səbəbləri öyrənməklə
belə, öz bilik və vərdiĢlərini artıraraq sabit məhsul almağa çalıĢırdılar. Hətta onların
69
nümayəndələri ölkə və ümumdünya kənd təsərrüfatı sərgilərində cəsarətlə iĢtirak edərək
mükafata layiq fəxri yerləri də tuturdular.
1860,1861, 1862-ci illərdə Cənubi Qafqaz və Qafqaz miqyasında Tiflisdə keçi-
rilən sərgilərin iĢtirakçıları və Qazağın Ağköynək kəndinin sakini Abdulla Əlikənd
oğlunun və Qaraqoyunlu kəndindən Rəhim Cəfər oğlunun adlarına mükafatçılar
siyahısında rast gəlirik. Onlar sərgiyə göndərdikləri darıya görə mükafata layiq
görülmüĢdülər. Yenə də həmin sərgilərdə iĢtirak edən Lənkəranın Qızılağac kəndindən
ġükür Kərim oğlu, Quba qəzasının Hülövlü kənd sakini Mirzə Məmməd Bayram oğlu
və həmin qəzanın Siyəzən kənd sakini Yunus Ağası oğlu sərgidə nümayiĢ etdirdikləri və
yüksək qiymətləndirilən buğdaya görə sərginin mükafatına layiq görülmüĢdülər.
1862-ci ildə Londonda təĢkil edilən Ümumdünya sərgisində Azərbaycan əkin-
çilərinin də məhsulları nümayiĢ etdirilmiĢ və mükafata layiq görülmüĢdü. Onlardan
Lənkəran qəzasının sakini Nəsirqulu Nəsrulla oğlu sərgiyə göndərdiyi buğda üçün medal
ilə təltif olunmuĢdur.
1867-ci ildə Paris sərgisində Azərbaycandan kənd təsərrüfatı məhsulları, o cüm-
lədən taxıl nümunələri də nümayiĢ etdirilmiĢdi. 1882-ci ildə Moskva sərgisinə
Lənkəran qəzasından göndərilən eksponatların içərisində əkinçilikdə iĢlədilən əmək
alətləri - bel, belsapı, yaba və s. olmuĢdur. Həmin sərgiyə göndərmək üçün Yelizavetpol
(Gəncə) Ģəhərinin sakini Hacı Məmməd Hacı oğlu qırmızı və sarı buğda, sarı və qara arpa,
darı, Xan qızı ləqəbi ilə tanınan Ģairə XurĢid Banu Natəvan isə buğda, darı, arpa və b.
dənli bitkilərin nümunələrini hazırlamıĢdılar [26].
1889-cu ildə Tiflis Ģəhərində təĢkil olunmuĢ Qafqaz sərgisində Azərbaycan
əkinçilərinin əkib-becərdiyi 58 buğda, 27 arpa nümunəsi nümayiĢ etdirilmiĢ və bunların bir
neçəsi mükafata layiq yerləri tutmuĢdur. Quba Ģəhər sakini Ġskəndər bəy Balabəy oğlu
yaxĢı keyfiyyətli arpa və buğdaya görə kiçik gümüĢ medal və ikinci dərəcəli diplom,
Zaqatala dairəsi, Mosul kənd sakini Əmirəli Hacı Rəhim oğlu və Naxçıvan qəzasının
Qahab kənd sakini Qocalı bəy Nəcəfəlibəy oğlu yüksək keyfiyyətli arpaya görə kiçik
gümüĢ medal və ikinci dərəcəli diplom almıĢlar [27]. Ölkə və Ümumdünya sərgilərində
Azərbaycan əkinçilərinin fəal iĢtirakı və mükafata layiq görülməsi əkinçiliyin ümumi
səviyyəsinə görə nailiyyət sayılsa belə onun mövcud geriliyinin qarĢısını almağa
qadir olmamıĢdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda ticarət əkinçiliyi (xüsusilə
taxılçılıqda), yəni əmtəə istehsalı geniĢ inkiĢaf etmiĢ, ölkədə feodal münasibətlərinin
qalmasına baxmayaraq, Azərbaycan kəndlərində əmtəə-kapitalist istehsalı, yəni
kapitalist münasibətləri də inkiĢaf edirdi. Azərbaycanın taxıl istehsalında iĢləyib ödəmə ilə
yanaĢı olaraq, baĢqasının əməyinin ağır istismarına, yəni muzdlu əməyə əsaslanan
kapitalist təsərrüfatını da görürük [28].
Lakin əkinçilikdə yenə də əsas əmək aləti - xıĢ, qara kotan, ağac mala, bel, çin,
oraq, dəryaz, yaba, vəl, Ģana, kürək və s. kimi sadə alətlərdən istifadə edilirdi. Qeyd etmək
lazımdır ki, qara kotan kimi nisbətən təkmil Ģum alətindən kəndlilərin çox hissəsi
istifadə etmək imkanına malik olmamıĢdır. Beləliklə də taxılçılıqda əsas istehsalçı
70
olan yoxsul kəndlilər yenə də torpaq sahələrini köhnə dədə-baba qaydaları və ənənəvi
üsullarla əkib becərirdilər.
Taxılçılıq təsərrüfatında yerli taxıl növləri və ənənəvi əkinçilik üsulları üstün-
lük təĢkil edirdi. Azərbaycanda sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə,
Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda topbaĢbuğda, ağ arpa, qara arpa,
ĢeĢəri arpa, qılıcı arpa növləri əkilib becərilirdi.
Səpilmə və yetiĢmə vaxtına görə buğda və arpa payızlıq və yazlıq olurdu.
Payızlıq buğda və arpa əkinləri Azərbaycanın taxılçılıq təsərrüfatında daha üstün yer
tutmuĢdur.
Azərbaycan əkinçiləri uzun illərin xalq təcrübəsinə əsaslanaraq torpaq-iqlim
Ģəraitinə cavab verən bir sıra buğda və arpa növləri yaratmıĢlar ki, bunların da əsasını
xalq seleksiyası təĢkil edirdi. Təcrübəli əkinçilər torpağın xüsusiyyətini, əkinə yararlı
olduğunu, məhsuldarlığını asanlıqla müəyyən etməklə yanaĢı, hansı sahədə nə kimi taxıl
növü və ya baĢqa bitkilərin əkib-becərilməsini də düzgün müəyyən edə bilmiĢlər. Hər
bir rəncbər torpağı torpaqdan seçməyi bacarmalı idi.
Əkinçilərimiz ayrı-ayrı bitkilərin bir-biri üçün sələf rolu oynadığını müəyyən
etmiĢ və buna "toxumdəyiĢdirmə" adı vermiĢlər. Əgər buğda, arpa kimi taxıl bitkiləri
yonca, pambıq və baĢqa bitkilərin əvvəlki ildə becərilmiĢ yerində əkilərdisə, onların
məhsuldarlığı daha çox olardı.
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda bir-birindən fərqli çala,
tala, dincəqoyma, herik və baĢqa əkinçilik sistemləri yayılmıĢdır. Ta qədimlərdən məlum
olan çala əkinçiliyi Kür, Araz, Alazan, habelə baĢqa çayların sahil boyu ərazisində
yayılmıĢdır. ġərq əkinçilik mədəniyyəti üçün səciyyəvi olan çala əkinçiliyi çay-basar,
xalq arasında "çala", "axmaz" adlandırılan torpaqların əkilib-becərilməsi əsasında
inkiĢaf etmiĢdir. Azərbaycanda çala torpaqlarda əsasən yazlıq taxıl və bostan
bitkiləri əkilmiĢdir. Kür çayının daĢması nəticəsində sahil torpaqlarının bccəril-
məsilə bu yerlərin məhsuldarlığı daha da artırdı. Muğanda çala əkinçiliyi üçün
Araz çayının böyük rolu olmuĢdur. Belə ki, Nil çayı çöküntüləri Misir əhalisinin
təsərrüfatında nə kimi əhəmiyyət kəsb edirsə, Araz da, Muğanda həmin rolu
oynayırdı [29]. Çala torpaqlarında heç bir becərmə iĢi olmadan yüksək məhsul
alınırdı. Çay daĢdıqdan bir həftə sonra sahədə əmələ gələn lil çatlama verir. Buraya
toxum səpib Ģax mala ilə malalanır və nəticədə belə sahələrdən daha bol məhsul
götürmək olurdu.
Kür və Araz çayları boyunca yerləĢən, Mahmudçala, Axtaçi, ġəkər,
Əbilçala və baĢqa çala adları ilə məlum olan axmazlar buğda və arpa əkilməsi üçün
əlveriĢli sahələr olub, yüksək məhsul verirdilər.
Azərbaycanda geniĢ yayılan əkinçilik sistemlərindən biri də tala
əkinçiliyidir. Bu sistem Azərbaycanın meĢəlik bölgələrində yayılmıĢdır. Tala
əkinçiliyi meĢə yerlərinin açılıb (qırılıb, yandırılıb) əkin sahəsi üçün yararlı hala
salmaq deməkdir. Quba-Xaçmaz zonasında meĢədən təmizlənmiĢ yer kiləvaxt
(küləvaxt, kolavaxt), kötüklük, baltalıq, tala, Lənkəran-Astara bölgələrində kolat
71
(külət), abad, qıran, ġəki-Zaqatalada tala, tomarlıq, axu, Qarabağ bölgəsində tala,
kolabat kimi müxtəlif istilahlarla məlum olsa da hər yerdə eyni məzmun
daĢımıĢdır. Lakin bir xüsusiyyəti qeyd etməliyik ki, Azərbaycanın əksər
bölgələrində meĢədən təmizlənib, əkin məqsədi üçün istifadə edilən torpaqlar tala
istilahı ilə məlum olmuĢdur. Odur ki, həmin əkinçilik sistemini xalq tala əkinçiliyi
adlandırmıĢdır.
MeĢə yerlərinin açılması üçün məngəl, düsər, bel, balta və s. kimi əl əmək
alətlərindən istifadə edilirdi. Xalq arasında mövcud olan adətə görə, tala yeri onu
meĢəlikdən və ya kol-kosdan təmizləyən, abad edən Ģəxsin adı ilə adlanırdı. Böyük
zəhmət tələb edən bu iĢdə elin köməyindən də istifadə edilirdi.
MeĢədən təmizlənmiĢ sahələrdə əvvəlcə bostan bitkiləri və yaxud çəltik
əkilərdi. Demək lazımdır ki, tala əkinçiliyinin inkiĢafı Azərbaycanda xeyli meĢə
sahələrinin qırılmasına səbəb olmuĢdur. XIX əsrin sonu - XX əsrin əvvəllərində
təkcə Quba qəzasının MüĢkür mahalında 25 min desyatin meĢə qırılaraq [30] əkin
sahəsi üçün istifadə edilmiĢdir.
Əkinçilikdə geniĢ yayılan sistemlərdən biri də "dincə qoyma" sistemi
olmuĢdur. Bu sistem torpağın məhsuldarlığını saxlamaq və ya yüksəltmək
məqsədilə tətbiq edilirdi. Bir neçə il fasiləsiz becərilərək yorğun düĢmüĢ torpaq
sahəsini əkinçilər dincə qoyurdular. YorulmuĢ, məhsuldarlığı azalmıĢ belə torpaq
sahəsi bir - iki il və bəzən daha uzun müddətə dincə qoyulduqdan sonra onun
münbitliyi bərpa olunurdu. Hər bir bölgənin torpaq-iqlim Ģəraitindən, habelə
ictimai-iqtisadi amillərdən asılı olaraq torpağın dincə qoyulma müddəti də müxtəlif
olurdu.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan əkinçiliyində
kapitalist münasibətlərinin inkiĢafı taxıl, bostan, tərəvəz və texniki bitkilərin əkin
sahələrinin geniĢləndirilməsini tələb edirdi. Belə bir zəruriyyət isə əkin üçün istifadə
edilməsi mümkün olan torpaq sahələrinin dincə qoyulması sistemini tədricən aradan
çıxarırdı. Beləliklə taxıl əkinləri altında yorğun düĢən torpaq sahələrində bostan və
baĢqa texniki bitkilər becərilirdi ki, bu da herik əkinçilik sisteminə keçid hesab
olunurdu. Bu sistemdə isə bitkilər biri digəri ilə növbələĢdirilirdi.
Bu sistem iki, üç və çoxtarlalı olub, Azərbaycanın əkinçilik rayonlarında geniĢ
yayılmıĢdır. Ġkitarlalı əkinçilikdə tarlada bir il taxıl əkilir, ikinci il sahə heriyə bura-
xılırdı. Heriyə qoyulmuĢ sahədən isə otlaq və ya biçənək kimi istifadə olunurdu.
Pambıq, çəltik, yonca kimi bitkilərin əkildiyi sahələr növbəti səpin ilində buğda və arpa
üçün ən münasib torpaqlar sayılırdı. Əgər əkinçi bir sahədə üç il ardıcıl olaraq pambıq
əkirdisə, sonra onu bir il müddətində heriyə qoyurdu. Bir ildən sonra həmin sahədə darı,
bostan bitkiləri və ya qarğıdalı əkilirdi, daha sonrakı illərdə isə həmin sahədə yenidən
pambıq əkilərdi [31].
Azərbaycanın qədim əkinçilik ölkələrindən olmasını təsdiq edən amillərdən biri
də onun zəngin və müxtəlif əkinçilik əmək alətlərinin mövcudluğudur. "Ġqtisadi
dövrlərin fərqi bu dövrlərdə nə istehsal edilməsi ilə deyil, necə və hansı əmək
72
vasitələri ilə istehsal edilməsi" ilə ölçülür [32].
XIX əsr və XX əsrin birinci rübündə Azərbaycanın taxılçılıq təsərrüfatında müx-
təlif forma və quruluĢa malik olan əkinçilik alət və vasitələri kompleksi tətbiq
edilmiĢdir. Həmin alətlərin böyük bir qismi ta qədim dövrlərdən bu təsərrüfatda istifadə
edilən alətlərlə xeyli oxĢarlıq və eynilik təĢkil edir. Bu da əkinçilikdə mövcud olmuĢ
əmək alətlərinin təkamülünü izləməyə imkan verir. XX əsrin əvvəllərinə qədər
Azərbaycan kəndliləri əkinçilikdə əsasən özlərinin ənənəvi əmək alətlərindən
istifadə etmiĢlər.
Azərbaycan ərazisində əkinçilikdə müxtəlif forma və quruluĢlu əl əmək aləti
olan yerli bellərdən istifadə edildiyi müəyyənləĢdirilmiĢdir. Bu baxımdan Quba-
Xaçmaz bölgəsində qazqır bel, Quba beli, Dərbənd beli, ləzgi beli, ġirvanda Navahı beli,
ġəki-Zaqatala bölgəsində Gülüstan beli, Qarabağ beli, Naxçıvanda ġərur beli, Naxçıvan
beli, Lənkəran-Astara bölgəsində Ģuxm beli, əyribel, xiling və baĢqa adlarla məlum
olan bellər iĢlədilmiĢdir.
ġumlamada istifadə edilən toxalar da müxtəlif forma və quruluĢda olmuĢdur.
XIX əsrdə də toxalar kəndli təsərrüfatında bostan və tərəvəz sahələri üçün Ģumun
hazırlanmasında istifadə edilmiĢdir.
Bir qayda olaraq, nəzərdə tutulan əkin sahəsi əvvəlcədən daĢdan, kol-kosdan
təmizlənib Ģumlama üçün yararlı hala gətirilirdi. Bu cəhətdən "Avesta"da verilən
nəsihətamiz fikir daha böyük maraq doğurur. "Ey məni sağ əli və sol əlilə, sol əli və
sağ əlilə becərən insan, inan, yorulmadan, usanmadan sənə keyfiyyətli və bol məhsul
verməkdən doymayacağam" [33]. Əsrlər boyu bol məhsulun əsasını ilk növbədə
Ģumlama təĢkil etmiĢdir. Hələ vaxtilə antik müəllif Katon bu münasibətlə əlaqədar
yazırdı: "Əkin sahəsini yaxĢılaĢdırmaq nə deməkdir? Sahəni yaxĢı Ģumlamaq. Bəs
ikincisi? ġumlamaq, üçüncüsü? Peyinləmək" [34].
Taxılçılıqda qoĢqu qüvvəsi ilə istifadəsi mümkün olan bir sıra Ģum alətləri möv-
cud olmuĢdur. Azərbaycanda bir-birini tamamlayan xıĢ, ulamalı xıĢ və qara kotan kimi
Ģum alətləri daha geniĢ yayılmıĢdır.
XıĢlar torpağı üzdən Ģumlayır və onu az çevirir, xıĢ önsüz və laydırsız olur.
Gavahını simmetrikdir. Kotanlar isə önlü və bir tərəfi laydırlı olub, torpağı daha dərin
Ģumlayır və laylıyır.
Azərbaycanın ayrı-ayn bölgələrində torpaq örtüyünün müxtəlifliyi, həmçinin
məhəlli xüsusiyyətlər Ģum alətlərinin özlərinin də növ müxtəlifliyinə səbəb olmuĢdur.
XıĢ və ya cüt ağacdan düzəldilən ən qədim Ģum alətidir. Sadə quruluĢlu bu Ģum
aləti Azərbaycanın bütün əkinçilik rayonlarında geniĢ yayılmıĢ və kəndli təsərrüfatında
əsas rol oynamıĢdır. Azərbaycanda ən qədim Ģum aləti kimi istifadə edilən xıĢ torpağı
cızmaq üçün qolu olan təbii ağacdan düzəldilirdi. Sonrakı dövrlərdə isə bu alət
təkmilləĢdirilərək bir neçə ağac hissədən düzəldilmiĢdir. Həmin alət daha meĢədən
hazır halda tapılmır, onu yerli ustalar düzəldirdi. Bunun üçün ağac kəsilir, yonulur,
quraĢdırılaraq istənilən formaya salmırdı. Belə xıĢlar qollarının formasına (əyri və
ya düz olmasına), habelə ayrı-ayrı hissələrinin birləĢmə qaydalarına görə bir-
73
birindən fərqlənmiĢlər.
Azərbaycanda istər bütöv, istərsə də geydirmə kötüklü xıĢlar əsasən bir cüt
qoĢqu heyvanı ilə iĢlədilmiĢdir.
Sadə Ģum aləti hesab olunan xıĢların hamısında gavahın olmuĢdur. Lakin
xıĢın hansı forma və ya sahədə, hansı növ bitkinin becəriləcəyindən asılı olaraq,
onun gavahını iri və ya kiçik, ucunun oval və yaxud iti olması ilə fərqlənirdi. XıĢın
qolunda xüsusi deĢiklər (gözlər) olurdu ki, buraya da "güc ağacı" adlanan ağac
keçirilərdi. Torpağın dərin və dayaz Ģumlanması xıĢın qolunda olan deĢiklərə keçirilən
güc ağacı ilə, yaxud "ulama" ilə tənzimlənirdi.
Azərbaycanda geniĢ yayılmıĢ xıĢlar quruluĢ və formalarına görə məhəlli
xüsusiyyətlərə malik olmuĢlar. Daha təkmil hesab olunan xıĢlar ulamalı xıĢ, qollu xıĢ,
çatma xıĢ, iĢgilli xıĢ və baĢqa adlarla tanınmıĢdır. Belə xıĢlara demək olar ki,
Azərbaycanın bütün etnoqrafik bölgələrində rast gəlmək mümkündür. Ulamalı
xıĢların bazasına əlavə edilən qol (ulama) torpağın Ģumlanmasında xüsusi əhəmiyyət
74
kəsb etdiyi üçün o, möhkəm və münasib ağacdan düzəldilirdi. Ulamalı xıĢlar da öz
quruluĢ və formalarına görə fərqlənmiĢlər.
Ulamalı xıĢlar əsasən ġəki-Zaqatala, Qarabağ, Naxçıvan etnoqrafik
zonalarında və həmçinin bir sıra rayonlarda yayılmıĢdır. Ulamalı xıĢların qolu
(bazısı) bütöv olmayıb, calaq əlavə etməklə düzəldilirdi. Azərbaycanın ayrı-ayrı
bölgələrində, ona "ulama", "çilə", "çatma", "məsənə" deyilirdi. Ulamalı xıĢların
kötüyünün forma və ölçüsü də sadə xıĢların kötüyündən öz iriliyinə görə fərqlənirdi.
Bu Ģum aləti əsasən kotük, bazı, dəstə, qılınc və məsən adlanan hissələrdən ibarət olur.
Ulamalı xıĢlar kötüyünün arxadan qulaqlı, dəstənin ikiəlcəkli düzəldilməsi və qılınca
malik olması ilə də fərqlənirdilər. XıĢın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını
çevirmək, qoĢa dəstə isə alətin ağırlığını tənzimləmək üçün münasib idi. Ulamalı xıĢlar
həm quruluĢ, həm də funksiyasına görə xeyli təkmilləĢmiĢ alət olub, torpağı daha
keyfiyyətli Ģumlaması ilə fərqlənmiĢdir. Belə xıĢlardan xam, dağavar, dəmyə
torpaqların Ģumlanmasında daha geniĢ istifadə edilməsinə görə ona iki-üç, hətta dörd
boyun öküz qoĢulardı [35].
Cütə qoĢulan dib öküzləri gücü, iĢləkliyi və xamıĢlığı ilə baĢqalarından
seçilməli idi.
75
Azərbaycanda Ģum aləti kimi "diyircəkli kotanlar"dan da istifadə
edilmiĢdir. Diyircəkli kotanlar xıĢ ilə qara kotan arasında bir növ keçid mərhələsi
təĢkil edir.
Onun qolu "xəmsə" və "məsən" adlanmaqla iki hissədən ibarət idi. "Xəmsə"nin bir
ucu kotanın binəsinə (küpünə), digər ucu ilə "məsənə" birləĢdirilir. QuraĢdırma qol
eyni ölçülü təkərləri olan oxa bərkidilir. Diyircəkli kotan kötük (topal, binə), xəmsə -
məsən, dəstə (mac-məc), batar, gavahın, qılınc və bir cüt eyni ölçülü təkərdən ibarət olub,
3-4 boyun qoĢqu heyvanı ilə iĢlədilmiĢdir. Bu Ģum aləti Azərbaycanın Kiçik Qafqaz
ərazisində yayılmıĢ və təkamül baxımından ulamalı xıĢdan qara kotana keçid rolunu
oynamıĢdır [36].
Azərbaycanda Ģum alətlərinin daha geniĢ yayılmıĢ tipini ənənəvi ağac kotanlar
təĢkil edir ki, xalq arasında qara kotan, ağır kotan, əyribazı kotan, kəl kotanı adı ilə
məlumdur. Lakin "qara" sözü böyük, iri mənasında da iĢlənmiĢdir. Ona gorə də bu Ģum
aləti qara kotan adı ilə geniĢ tanınmıĢdır.
Qara kotan XX əsrin əvvəllərinə qədər Azərbaycanın əkinçiliklə məĢğul olan
bir sıra rayonlarında geniĢ yayılmıĢdı. Əkinçilər belə təkmilləĢmiĢ alət vasitəsilə
nisbətən geniĢ sahəni keyfiyyətlə Ģumlamaq imkanına malik olmuĢlar. Görkəmli
təbiətĢünas alim Həsənbəy Zərdabi qara kotana yüksək qiymət verərək yazmıĢdı:
"Kotan yaxĢı olduqca yeri yaxĢı narın edir. Onu iĢlətməyin zəhməti az və yerin bəhrəsi
çox olur. YaxĢı kotan gərək Ģumu bir qalınlıqla kəsib, qalxızıb, çevirib əzsin" [37].
Adətən qara kotanla bir gündə yarım hektardan çox sahəni keyfiyyətli Ģumlamaq
76
mümkün olurdu. Lakin ayrı-ayrı bölgələrdə isə bu ölçü, torpağın tərkibindən asılı
olaraq, çox və ya az da ola bilərdi.
Qara kotanların Cənubi Qafqazda təxminən VIII-IX əsrlərdən Ģumlamada
iĢlədildiyi ehtimal olunur [38].
Azı min illik tarixi olan qara kotanların forma və quruluĢlarında təbii-
coğrafi Ģəraitlə və baĢqa amillərlə əlaqədar olaraq bir sıra fərqli cəhətlər də
olmuĢdur. Lakin bununla yanaĢı onlarda ümumi oxĢarlıq daha çox nəzərə çarpır.
Bu da onu göstərir ki, qara kotanlardan kiçik bir ərazidə deyil, bütün Cənubi
Qafqaz xalqları əsrlər boyu istifadə etmiĢlər.
Qara kotanın ən mühüm hissələrindən biri nisbətən davamlı ağacdan
(xüsusilə qara ağacdan) düzəldilən əyribazdır. Onun uzunluğu təxminən 2-2 m 20
Dostları ilə paylaş: |