A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov


§ 3. QAZ-KONDENSAT YATAQLARININ İSTİSMARI



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix29.10.2019
ölçüsü3,61 Mb.
#29455
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
§ 3. QAZ-KONDENSAT YATAQLARININ İSTİSMARI 

 

Qaz-kondensat yataqlarının istismarında qarşılıqlı əlaqədar texnoloji 

əməliyyat—istismar quyularından yağlı qazın çıxarılması, onun emalı və adi 

qazın laya vurulması dəqiq yerinə yetirilməlidir. Yuxarıda qeyd edilən 

əməliyyatın hər biri ayrılıqda xüsusi avadanlıq tələb edir. 

İstismar quyularının avadanlığı və rejimin tənzim edilməsi qaz 

yataqlarında olan quyulardakı kimidir. 

İstismar prosesində təzyiq,  temperatur, sərf, xüsusi çəki, qaz və 

kondensatın tərkibi diqqətli nəzarət altında olur. Quyuda quru qazın 

təzahürünü aşkar etmək üçün quyunun məhsulu arası kəsilmədən analiz 

edilməlidir. 

Quyu məhsulundan maksimum kondensat almaq üçün trapdakı təzyiq, 

maksimal kondensləşmə təzyiqinə bərabər olmalıdır. 

İstismar quyularının maksimum mümkün debiti kollektorun 

xüsusiyyətini və karbohidrogenlərin əks kondensləşmə şəraitini nəzərə 

almaqla müəyyən edilir. Bu isə bufer təzyiqi vasitəsilə quyunun  iş rejimini 

tənzim etmək imkanını məhdudlaşdırır. Tənzimləmə həm də kondensatı 

emal etməkdən ötrü, avadanlığın tam istifadə edilməsini təmin etmək üçün 

lazımdır. 


225

 

 

Quyuda karbohidrogenlərin kondensləşməsi quyudibində maye 



yığılmasına, məsamələrin tutulmasına, hidravlik təzyiqin çoxalmasına, 

təzyiq itkisinin artmasına və debitin azalmasına səbəb olur. Bu çətinliklərin 

qarşısını almaq üçün quyu qazla vaxtaşırı təmizlənməlidir. 

İnjeksiya quyularının dibinin vaxtaşırı təmizlənməsi çox vacibdir. 

Quyunun vaxtında təmizlənməsi quyuağzı təzyiqin artmasının qarşısını alır, 

vurulan qaz həcminin azalmasını təmin edir, qazın əlavə sıxılma xərclərini 

azaldır, qaz kəmərləri və kompressorlarda baş verə biləcək təhlükələrin 

qarşısını alır. Təmizləmə qaz və ya su ilə yuma üsulu ilə aparılır. 

İnjeksiya quyularında ağız təzyiqinin həddindən artıq artmasının 

qarşısını qabaqcadan almaq üçün qoruyucu klapanlar və təzyiq 

tənzimləyicilərindən istifadə edilir. Əgər qazın analizinə əsasən bəzi istismar 

quyularında quru qaz təzahüru vaxtından əvvəl müəyyənləşdirilərsə, bu 

quyuların hasilatı məhdudlaşdırılır. Bəzi hallarda isə quru qazın müntəzəm 

irəliləməsini təmin etmək üçün ayrı-ayrı istismar quyularını saxlayırlar. 

Əksər istismar quyularında quru qaz təzahür etdikdən sonra dövri proses 

bitir, layın təbii tükənməsi başlanır, yəni yataq, adi qaz yatağı kimi istismar 

edilir. 

Tükənmə dövründə çıxarılan qazın emalı prosesi ağır karbohidrogen 

almaq məqsədi   ilə dayandırılmır. 

Lay təzyiqi xeyli aşağı düşdükdən sonra kompressor stansiyasından 

qazın nəql edilməsi üçün istifadə etmək olar. 

Tükənmə dövründə istehlakçılara kondensatla birlikdə quru qaz da 

göndərilir. Yüksək təzyiq altında olan bu qaz təbii enerji hesabına uzaq 

məsafəyə göndərilə bilər. Qaz çıxarılmasında injeksiya quyularından da 

istifadə etmək olar. Deməli, tükənmə prosesində qaz hasilatının aşağı 

düşməsinin qarşısını almaq üçün imkan vardır. 

Tamamilə  tükənmiş qaz-kondensat yatağından təbii qaz rezervuarı kimi 

istifadə edilə bilər. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

226

 

 

VII FƏSİL 



 

NEFT VƏ QAZ LAYLARININ AÇILMASI VƏ QUYULARIN 

MƏNİMSƏNİLMƏSİ 

 

Neft və qaz laylarının açılması qazıma prosesinin axırıncı mərhələsidir. 



Bu, quyuların istismar üçün hazırlanmasında yerinə yetirilən tədbirlər 

içərisində ən mühüm mərhələdir. 

Neft və qaz laylarının açılması işləri iki dövrə ayrılır: a) qazıma 

prosesində görülən işlər; b) quyunun mənimsənilməsində görülən işlər. 

Hər iki halda qəzaya  yol vermədən layın etibarlı surətdə açılması üçün 

texniki vəsaitin seçilməsinə, layın açılma texnologiyası qaydalarının yerinə 

yetirilməsinə xüsusi fikir verilməlidir. Qazıma və quyuların mənimsənilməsi 

işlərinin müvəffəqiyyətlə başa çatdırılması, həmin quyulardan layihədə 

nəzərdə tutulmuş hasilatın alınması, injeksiya quyularının hesablama ilə 

müəyyən edilmiş udma qabiliyyətinin əldə edilməsi həmin şərtlərə düzgün 

və mütləq əməl edilməsindən asılıdır. 

Layların açılması texnikası və texnologiyası, qazılmış konkret quyular 

vasitəsilə açılan intervallarda həmin layların geoloji və fiziki-texniki 

xarakteristikaları ilə sıx əlaqələndirilməlidir. Bu halda quyu vasitəsilə 

aşağıdakı yataqlar açıla bilər: 

1)  başlanğıc lay təzyiqi yüksək olan çox məhsuldar yataq; 

2)  başlanğıc lay təzyiqi yüksək olmayan az məhsuldar (zəif) yataq. 

Birinci növ yataqlarda layı, quyunun ya qazılması, ya da mənimsənilməsi 

prosesində açdıqda lazımi tədbirlər görlməzsə, şiddətli təzahür (tullanış, açıq 

fontan), süxurun uçulması və qazıma alətinin tutulması, kənar suların quyuya 

soxulması, yanğın və digər mürəkkəbləşmə halları baş verə bilər. 

İkinci növ yataqlarda, əksinə, lay yuma mayesini udar, layın quyudibi 

zonası gilləşər ki, bu da sonradan quyunun mənimsənilmə prosesinin xeyli 

ləngiməsinə səbəb olar. 

Nəzərə almaq lazımdır ki, quyunun mənimsənilmə müddətini azaldılması, 

yüksək  hasilat əldə edilməsi və injeksiya quyularının tələb olunan qədər 

udma qabiliyyətinin olması üçün qazıma və mənimsəmə prosesləri arasında 

sıx əlaqə yaradılmalıdır. 

Neft və qaz yatağının açılması prosesinə aşağıdakı tələblər verilir: 

a) tullanış, açıq fontan və digər mürəkkəbləşmə hallarının qarşısının 

alınması; 

b) yuma mayesinin lay tərəfindən udulmasının (bu isə əsasən quyudibi 

zonasının gilləşməsinə səbəb olur) qarşısının alınması; 

c) quyuların uzun müddət susuz istismarını təmin etmək 

üçün layın, qalınlıq və yatım istiqaməti üzrə açılması; 


227

 

 

ç)  laydan quyudibinə maye  axınının mümkün qədər sürətləndirilməsi və 



asanlaşdırılması. 

Neft və ya  qaz quyusu dəyəri bir neçə yüz  mindən bir neçə milyon 

manata qədər olan çox mürəkkəb quruluşlu tikilidir. Neft və qaz quyuları 

vasitəsilə neftli və ya qazlı lay yer səthi ilə əlaqələndirilir; texnoloji rejimlə 

müəyyən edilmiş miqdarda neft və ya qaz hasil edilir; yatağa süni təsir 

edildikdə laya su və ya sıxılmış qaz (hava) vurulur; layın və quyunun 

parametrlərini və vaxta görə bunların dinamikasını öyrənmək üçün dərinlik 

ölçmələri; müxtəlif (cari və əsaslı) təmir işləri aparılır. 

Neft (qaz) quyusu illərlə, çoxlaylı yataqlarda isə on illərlə xidmət 

etdiyindən quyunu qazıdıqda, layı açdıqda və quyunu mənimsədikdə qazıma, 

layın açılması, istismar kəmərinin endirilməsi, sementlənməsi və 

mənimsəmədən əvvəl dəlinməsinin texniki və texnoloji şərtlərinə əməl 

olunmalıdır. Həmin işləri yerinə yetirərkən azacıq etinasızlığa yol verilməsi, 

habelə texniki və texnoloji şərtlərə azacıq riayət olunmaması quyunun 

yararsız olması ilə nəticələnə bilər ki, bu da bəzi hallarda bütün yatağın 

işlənməsinə çox mənfi təsir edər. 

   Quyunun qazılması, layın açılması, kəmərin endirilib sementlənməsi, 

deşiklər açılması və quyunun mənimsənilməsi üçün görülən tədbirlər 

nəzəriyyə və təcrübəyə, yatağın geoloji-texniki  xarakteristikasının, habelə 

baş verə biləcək mürəkkəbləşmə hallarının diqqətlə öyrənilməsinə 

əsaslanmalıdır. 

    Neftli  və  qazlı layların açılması məsələləri kompleksində  aşağıdakılar 

xüsusi əhəmiyyətə  malikdir: yuma mayesinin seçilməsi, quyudibinin 

(qoruyucu kəmərin aşağı hissəsinin) konstruksiyası, deşik açma üsulları, 

quyuağzı avadanlığı (qazıma prosesində, deşiklər açdıqda, mənimsəmədən 

əvvəl). 


Aşağıda həmin amillər, habelə qazıma və mənimsəmə zamanı neft və 

qaz laylarının açılmasına bunların təsiri nəzərdən keçirilir. 

 

§ 1. YUMA MAYESİNİN SEÇİLMƏSİ 

 

Həm qazıma, həm də mənimsəmə prosesində yuma mayesinin düzgün 

seçilməsi quyunun mənimsənilməsi və istismara verilməsində həlledici 

əhəmiyyətə malikdir. Buna görə də hər bir ayrıca halda yuma mayesinin 

seçilməsi, qazıma prosesində, xüsusilə neft-qazla doymuş məhsuldar layları 

qazıb keçdikdə mayenin keyfiyyəti üzərində arası kəsilmədən nəzarət 

edilməsinə xüsusi fikir verilməlidir. 

Qazıma zamanı əsas (işlək) yuma  mayesi olaraq gilli məhluldan istifadə 

edirlər. Lakin, bir sıra hallarda, mədən işi təcrübəsində təmiz su, xarici 

ölkələrdə isə sıxılmış qaz (hava) və aerasiya edilmiş (havalandırılmış) 

məhlul da tətbiq olunur. 


228

 

 

Unutmamaq lazımdır ki, quyunun qazılmasından istismara verilməsinə 



qədər olan bütün mərhələlərdə yuma mayesi aşağıdakı tələbləri ödəməlidir: 

1)

  məhsuldar layı açmazdan əvvəl qazıma prosesində süxurların 



ovulması və uçulmasının, gövdənin daralması və yuyulmasının, oyuqlar, 

tullanışlar əmələ gəlməsinin, quyuya su və qaz keçməsinin qarşısı alınmalı, 

qazılmış süxurun hamısının yer səthinə çıxarılması təmin edilməli; 

2)

  neftli-qazlı məhsuldar layları keçərkən tullanış baş verməməsi, 



məhlul dövranının pozulmaması və tutulma halları cəhətdən təhlükəsizlik 

təmin edilməli, həmin zonaların təbii keçiriciliyi saxlanılmalı; 

3)

  sementləmə işlərində yuma  mayeləri sement məhlullarına qarşı 



neytral olmalı və məhsuldar horizontların təbii keçiriciliyi saxlanmalı; 

4)

  quyuda deşiklər açdıqda yuma mayesinin laya çoxlu miqdarda 



keçməsinə, quyudibi zonasının gilləşməsinə və layların təbii keçiriciliyinin 

pisləşməsinə imkan verilməməlidir. 

Turbin üsulu ilə qazımada isə bu tələblərdən əlavə enerji mənbəyi olan 

(turboburu hərəkətə gətirən) yuma mayesi  həm də bu məqsəd üçün lazımi 

xassələrə malik olmalıdır. 

Dediklərimizdən aydın olur  ki, yuma mayesinə qoyulan keyfiyyət 

tələbləri layların təbii keçiriciliyinin saxlanmasını, habelə layın çoxlu yuma 

mayesi udmasını, quyudibi zonasının gilləşməsi qarşısının alınmasını və layı 

açdıqda tullanış hallarının aradan qaldırılmasınının təmin etməkdən 

ibarətdir. 

Təcrübədən məlum olduğu kimi, gilli məhlulların keyfiyyətinə və 

reseptinə lazımınca fikir verilməməsi quyudibi zonasının vəziyyətinə çox pis 

təsir edir, laya xeyli miqdarda gilli məhlul və su keçməsinə, layın 

gilləşməsinə səbəb olur, bunların nəticəsində isə quyuların işə salınması və 

mənimsənilməsi xeyli çətinləşir. 

Ayrı-ayrı hallarda, laya gilli məhlul çox keçdikdə və quyudibi zonası 

gilləşdikdə quyuları heç mənimsəmək olmur, ya da istismara verilən belə 

quyuların hasilatı çox az olur. 

Bu  halda gilli məhlulun suvermə qabiliyyətinə, yəni  gilli məhlullardan 

suyun ayrılıb laya keçməsi xassəsinə fikir verilməlidir. 

Su, məsaməli mühitə süzülərək layın quyudibi zonasına keçir, bir sıra 

hallarda (köhnə neft rayonları olan Leninneft və Stalinneft NMİ-lərinin 

drenajlanmış sahələrində) isə layın uzaq (50—100 m) zonalarına keçə bilir. 

Kənar suyun laya keçməsi neft üçün faza keçiriciliyinin azalmasına 

səbəb olur. Bu su, kvars qumuna (neft laylarının çoxu belə qumdan təşkil 

olunmuşdur) görə isladıcı faza hesab olunur. Neft layına keçən kənar su, 

quyunun gövdəsi ətrafında nefti qumdan sıxışdırıb çıxardır. 

Suyun laya süzülməsi lay keçiriciliyinin xeyli pisləşməsinə, quyuların 

mənimsənilmə müddətinin uzanmasına, ya da bu quyuların az hasilatla 

istismara verilməsinə səbəb olur. Müəyyən edilmişdir ki, məhsuldar zonanı 



229

 

 

qazıb keçdikdə, quyudibi zonasına bir neçə saat və ya bir neçə gün ərzində 



keçmiş suyu və gilli məhlulu çıxartmaq üçün bəzən aylarca vaxt sərf etmək 

lazım gəlir. 

Quyunun işə salınmasına kənar suyun etdiyi bir mənfi təsiri də bilmək 

lazımdır. Bu da suyun təsiri altında süxurun fiziki cəhətdən dəyişməsindən 

(gilin şişməsindən) ibarətdir. Bildiyimiz kimi, neftli layların çoxu 

növbələşən gil və qum qatlarından təşkil olunmuşdur. Bəzi hallarda neftli 

lay, qatışıq gil-qum fasiyasından ibarət olur. Laya keçmiş kənar su gil 

hissəcikləri ilə qarşılıqlı əlaqəyə girib, bunların şişməsinə və nəticədə 

laydakı məsamələrin tutulmasına, kanalların daralmasına və layın 

keçiriciliyinin pisləşməsinə səbəb olur. 

Neftli-qazlı məhsuldar layları açdıqda  yuma   mayesi konkret şəraitə 

uyğun olaraq çıxarılmalıdır. 

Yuxarıda  göstərilmişdi ki, açılan neftli laylar iki qrupa bölünür: 

1)

  lay təzyiqi yüksək olan yüksək məhsuldar laylar; 



2) lay təzyiqi yüksək olmayan çox drenajlanmış laylar.  

Hər iki halda layı açarkən,  kimyəvi işlənmiş gilli məhlulları tətbiq 

etmək lazım gəldiyindən bu qruplar üçün məhlulların keyfiyyətindən edilən 

tələbləri nəzərdən keçirək. 

Birinci halda gözlənilən lay təzyiqindən asılı olaraq ya adi (xüsusi 

çəkisi 1,15—1,21 olan) gilli məhlullardan, ya da xüsusi olaraq 

ağırlaşdırılmış (xüsusi çəkisi 1,85—2,3 olan) məhlullardan istifadə edirlər. 

Gilli məhlulları ağırlaşdırmaq üçün ona xırdalanmış inert materiallar 

(hematit, barium, koloks və s.) əlavə edirlər. 

İkinci hal üçün gilli məhlulları işlədikdə məhlulu hazırlamaq üçün 

istifadə olunan suyun  keyfiyyətinə, məhlulun kimyəvi  işlənməsinə xüsusi 

fikir verilməlidir. Bu halda gilli məhlulun suvermə qabiliyyəti çox az 

(„QrozETİ" qurğusunda 30  dəq. ərzində 3—5  sm

3

), neft-su sərhədində 

filtratın səthi gərilməsi mümkün qədər az (1—3  dn/sm)  olmalıdır. Bu 

məqsədlə qələvi lay suyu  ilə neft sərhədi arasında səthi gərilmə əmsalı 

1,42—6,1  dn/sm  olduğuna görə bu sudan istifadə edilməsini məsləhət 

görmək lazımdır. Lakin bir  çox hallarda gilli məhlul hazırlamaq üçün 

yaxınlıqdakı su hövzələrinin (dəniz, çay və s.) suyundan istifadə edirlər. Cod 

suların süzülməsinin layların neftvermə qabiliyyətinə mənfi təsirinə yol 

verməmək üçün gilli məhlulu səthi aktiv maddələrlə (sulfanol, 

neytrallaşdırılmış qara kontakt, azolyat, sovet detergenti və s.) işləmək 

tövsiyə olunur. 

Gilli məhlul suyunun laya keçməsinə imkan verməmək məqsədilə 

kolloidal məhlullardan istifadə olunması məsləhət görülür. Belə məhlulları 

hazırlamaq üçün gilli məhlula  xüsusi bentonit maddələr—xüsusi gillər 

(gilabı, akvagel və s.) qatırlar. 


230

 

 

Layı açarkən gilli məhlul suyunun laya keçməsi ilə mübarizə üçün bir 



çox hallarda yuma mayesi olaraq neftdən və ya neft əsaslı məhluldan istifadə 

edirlər. 

Təcrübədən məlum olduğu kimi, bu halda neftli və qazlı layı nisbətən 

daha keyfiyyətli açmaq və layın məhsuldar zonasından kerni daha yaxşı 

çıxartmaq olur. 

Neft əsaslı belə məhlulun ən sadə reseptini veririk: gil—40%, əhəng-

15%, neft—45%. 

Qubkin adına Moskva Neft-qaz İnstitutunun resepti ilə hazırlanmış neft 

əsaslı məhlul yaxşı struktur-mexaniki xassələrə və lazımi qədər axarlılığa 

malikdir. Həmin resept belədir: 

İ. Oksidləşdirilmiş petrelatumla sabitləşdirilən məhlul: 

           dizel yanacağı 

          70—82,5% 

           rubreks 

        5—18% 

           oksidləşdirilmiş petrelatum                                   2—3%  

           natrium-hidroksid məhlulu                                    1 — 1,5% 

II. Oksidləşdirilmiş parafinlə sabitləşdirilən məhlul: 

           dizel yanacağı                                                        78,5—85,8% 

          oksidləşdirilmiş bitum 

        12—18% 

          oksidləşdirilmiş parafin                                  1,2—1,5%  

          natrium-hidroksid məhlulu                            1,2—1,5%. 

Belə məhlulların xüsusi çəkisi 0,9  q/sm



3

, SPV-5 cihazı ilə ölçülmüş 

özlülüyü isə 200—400 san. olur. 

Tatarıstanın və Başqırdıstanın bəzi sahələrində yuma mayesi olaraq adi 

sudan istifadə edirlər. Lakin təcrübənin göstərdiyi kimi, laya qədər qazıdıqda 

və layı açdıqda laya su keçdiyindən gil hissəcikləri şişir, gil araqatları 

yuyulduğundan layın məsamələrini tutur, habelə başqa mürəkkəbləşmə 

halları baş verir. 

Əldə edilən məlumatın müqayisəsi göstərir ki, quyuların açılmasında 

gilli məhlulun tətbiqi nəticəsində hasilat suya nisbətən 5,6 dəfə artır. 

Bununla bərabər yuma mayesi olaraq sudan istifadə edildikdə 

qazımanın texniki (qazıma sürəti) və iqtisadi göstəriciləri xeyli yüksəlir (gilə 

və kimyəvi reagentlərə daha az vəsait sərf edilir). 

Buna görə də işlək maye olaraq sudan istifadə etdikdə, ona səthi aktiv 

maddə (sulfanol, neytrallaşdırılmış qara kontakt, azolyatlar, detorgent və s.) 

qatmaq lazımdır. 

Xarici ölkə təcrübəsində, neftli-qazlı layları açdıqda sıxılmış hava ilə 

qazıma üsulundan da istifadə edirlər. 

ABŞ-da bu sahədə alınmış məlumatın təhlili göstərir ki, bu halda 

mexaniki sürət xeyli artır, balta sərfi azalır, qazımanın texniki-iqtisadi 

göstəriciləri yaxşılaşır. 


231

 

 

Burada əsas məsələ layın təbii keçiriciliyini saxlamaq, quyudibi 



zonasını gilləşməkdən qorumaq və layın məsamələrinə su keçməsinə imkan 

verməməkdən ibarətdir. Lakin, sıxılmış hava vasitəsilə qazıma üçün xüsusi 

texniki avadanlıq (kompressorlar, fırlanan preventerlər, rotor-preventerlər və 

s.) olmalıdır. 

Bir çox hallarda quyuların aerasiya edilmiş maye (gilli məhlul və ya 

suyun sıxılmış hava ilə qatışığı) ilə qazılması üsulundan da istifadə edirlər. 

 

§ 2. QORUYUCU KƏMƏRİN SEÇİLMƏSİ 

 

Qazılıb qurtarmış quyunun müvəffəqiyyətlə açılması və 

mənimsənilməsində quyu konstruksiyasının və qoruyucu kəmərin 

seçilməsinin çox böyük əhəmiyəti vardır. 

Elə  də ola bilər ki, qazıma zamanı lay  müvəffəqiyyətlə  açılır, lakin 

quyunun konstruksiyası lazımi qədər düzgün seçilmədiyindən və  axırıncı 

istismar kəmərinin tip-ölçüləri düzgün götürülmədiyindən layı istismar 

məqsədilə açmaq mümkün olmur. 

Quyu konstruksiyası və istismar kəmərinin seçilməsi və 

sementlənməsi işləri elə aparılmalıdır ki, aşağıdakılar təmin edilsin: 

a) lay mövcud üsullardan biri ilə açılsın, kənar suların axmasına yol 

vermədən quyu etibarlı mənimsənilsin, gündəlik və yekun nefq-qaz hasilatı 

təmin edilsin; 

b) istismar kəmərinin diametri maye və qazın planla müəyyən edilmiş 

miqdarda çıxarılmasına, nəzərdə tutulmuş üsulla istismara, yeraltı  layihə 

avadanlığın edilən xarici ölçulərinə uyğun gəlsin; 

c) quyunun gövdəsi lazımi qədər möhkəmləndirilməklə ucuz başa 

gəlsin (metal, sement və s. materiallar daha az sərf edilsin); 

ç) bütün dövr ərzində quyunun istismar edilməsi (mənimsənilməsi, işə 

salınması, normal işləməsi, yeraltı və əsaslı təmir aparılması) mümkün 

olsun; 

d) yatağın geoloji kəsilişi hesaba alına bilsin, qazlı-sulu və uçulan 



araqatlar aralıq kəmərlərlə örtülsün; 

e) istismar üçün quyunu alt horizontlardan üstdə yatan horizontlara 

qaytarmaq lazım gəldikdə həmin horizontda quyunu  dərinləşdirmək 

mümkün olsun. 

Axırıncı istismar kəmərinin  uzunluğu, adətən quyunun dərinliyi qədər 

olur; diametri isə yuxarıdakı şərtlərə görə götürülməlidir. 

Quyunun konstruksiyası, adətən: 

a) diametri 16, 18 və ya 20", uzunluğu isə 15—100  m olan 

yönəldicidən; 


232

 

 

b) diametri 10 — 18"-dən (stasionar qazıma qurğusu ilə işlədikdə) 8"-



yə qədər (səyyar qazıma qurğusu ilə işlədikdə), uzunluğu isə 30—600  m 

olan konduktordan; 

c) diametri 8, 10, 11, 12" olan və sulu horizontların şərti yatım 

dərinliyinə endirilən aralıq texniki və su bağlama kəmərlərindən

ç) diametri 3

1

/



2

; 4; 5; 6; 7", bəzən isə 8" olan istismar kəmərindən 

ibarət olur. 

Son vaxtlarda bir çox hallarda quyunun qazılmasında birkəmərli 

konstruksiyadan, çox dərində (3500 m-dən dərində) yatan layları qazıdıqda 

isə ikikəmərli konstruksiyadan istifadə edirlər. 

SSRİ-nin bir çox neft rayonlarının neft və qaz quyularında tətbiq edilən 

tipik konstruksiyalar aşağıda verilir: 

 

Başqırdıstanda 

     1)  16

3

/

4





50 m 

             4) 16

8

/."





70 m 

          12

3

/



4

"





250 m                         12

3

/



4

"





350 m 

           6

5

/

8



"



1850 m                         6



5

/

8



"



1200 m 



     2) 12

3

/



4

"





1500 m                  5)  12"



350 m 



           6

5

/



8

"





1850                         

5

/



8

"





350 m 

              3)  

3

/

4



"



350 m                       6) 12



3

/

4



"



300 m 



          8

5

/



8

"





1200                          5

3

/



4

"





1500 m 

    


Samara   vilayətində 

      


1) 16

3

/



4

"





100 m                     3) 18

: 3


/

4

"





25 m      

         12

3

/



4

"





300                          12

3

/



4

"





250 m 

           6

5

/

8



"



1760 m                         6



5

/

8



"



I650 m 



     2) 12

3

/



4

"





350 m                     4) 10

3

/



4

"





350 

           6

5

/

8



"



İ840                          5



3

/

4



"



800 m  



     

Tatarıstanda 

                               

                           12

3

/



4

"





300 m 6

5

/



8

"





1800 m 

 

 



 

Azərbaycan SSR-də 

Dayaz quyular 

 

1) 10



3

/

4



" 70 m                               4) 12

3

/



4

" 100 

       4

1

/



2

'

/



700 m                                   6

5

/



8

" 2200 m 



233

 

 

2) 14



3

/

4



"



200 m                              5) 14



3

/

4



"



150 m



  10

3

/



4

"





2000                           

6

5



/

8

"





2800 m

6

5

/



8

"





3300 m                           6) 16

3

/



4

"





100 m

3) 18


3

/

4



"



200 m                            12



3

/

4



"



800-1000 m



14

3

/



4

"





1000                          6

5

/



8

"





2200-2400 m

10

3



/

4

"





2000 m

6

5

/



8

"





2000 m

     


Dərin  quyular

1) 18


3

/

4



"



İ50 m



12

3

/



4



1500 m



8

5

/



8

"





2400 m

2) 16


3

/

4



"



150 m



10

3

/



4

"





2400 m

6

5



/

8

"





4000 m

Bəzi hallarda 11

3

/



4

" texniki kəmərlə 6

5

/

8



" istismar kəməri arasında 8

5

/



8

"

aralıq kəməri endirirlər ki, bu da məhsuldar layın açılmasını 



asanlaşdırmaqla, uçulma, kənar suların soxulması, alətin tutulması və s. 

halların aradan qaldırılmasına imkan  verir. 

Aydındır ki, seçilmiş konstruksiyadan asılı olmayaraq sementləməni elə 

hesabla aparırlar ki, sementi lazımi hündürlüyə qaldırmaq, kənar suların 

qarşısını etibarlı surətdə almaq və mürəkkəbləşmə halları baş vermədən layı 

açmaq mümkun olsun. Onu da nəzərə almaq lazımdır ki, quyunun 

təyinatından (kəşfiyyat, istismar, neft və ya qaz quyusu, injeksiya, 

qiymətləndirmə, müşahidə quyuları və s.) asılı olaraq onun konstruksiyası da 

dəyişir.


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin