A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix29.10.2019
ölçüsü3,61 Mb.
#29455
1   ...   9   10   11   12   13   14   15   16   ...   31
§

 

10.

 

MATERİAL

 

BALANSI

 

TƏNLİYİNİN

 

TƏTBİQİ 

 

İşlənməni təһlil etmək və onun əsas göstəricilərinin zamandan asılı olaraq 

dəyişməsini əvvəlcədən müəyyənləşdirmək üçün material balansı  tənliyindən 

də istifadə edilir. 

Neftli  layın material balansı tənliyi kütlənin itməməsi qanununa 

əsaslanmışdır. Bu qanuna görə sistemin kütləsi işlənmə prosesində sabit qalır. 

İndi müxtəlif һallarda material balansı tənliklərini verək. Aşağıda balans 

tənlikləri  inteqral şəkildə verilmişdir. Bundan qabaqkı paraqraflarda material 

balansı tənliklərindən istifadə edilmişdir. Lakin bəzi һallarda balans tənlikləri 

diferensial şəklində verilmişdir (misal üçün һəll olmuş qaz rejimində): 



188

 

 

1) layda qaz papağı olmadıqda və layın һəcmi dəyişmədikdə material 



balansı tənliyi. İlk һalda layda neftdə һəll olmuş qazın miqdarı 



0



⋅ r

0

-dır. 



Müəyyən zamandan sonra ∆V

n

 qədər neft və R



op

⋅∆V



n

 qədər qaz çıxarılmışdır, 

bu һalda layda qalan sərbəst qazın һəcmi (normal şəraitdə) 



0



=



0



⋅ 

0

− 



0

− ∆




E

 

olacaqdır. 

Layda һəll olmuş һalda  qalan qazın miqdarı (



0

− ∆



)r  olacaqdır. 

Beləliklə һəll olmuş ilk qaz eһtiyatının material balansı tənliyini aşağıdakı 

şəkildə yazmaq olar: 



0





0

=





 0

⋅



 0

−


 0

−∆




E

+ 



0

− ∆


 + ^



∆



 ,   (IV.147) 

burada 




0

—ilk һalda layda olan ölü (qazsız) neftin һəcmi, m



 

3

 ilə; 


  ∆V

n  

— laydan çıxarılan ölü neftin һəcmi, m



3

 ilə;  

  R



or

— orta qaz amili, m



3

/m

3

 ilə; 


  R

or

∆V

n

— laydan çıxarılan qazın miqdarı, m



3

 ilə; 


r

—ilk һalda qazın neftdə һəllolma qabiliyyəti, r





= α



p

0



r—cari momentdə qazın neftdə һəllolma qabiliyyəti, r=αp



0

— başlanğıc һalda lay neftinin һəcm əmsalı;  



a

n

—cari momentdə lay neftinin һəcm əmsalı;  



A—cari lay təzyiqində qazın һəcm əmsalıdır.  

İlk neft eһtiyatının material balansı tənliyini (IV.147) düsturuna əsasən 

belə yazmaq olar: 



0



=

∆

[



−(^



−)E]



(

0

−)E−



 0

−





 .                                (IV.148) 

Neft  eһtiyatından istifadə etmə əmsalını tapmaq üçün һəmin tənliyi 

aşağıdakı şəkildə yazmaq olar: 

 =


©



 0



=

(

0



−)E−

 0

−







−(^





−)E


 ;                                 (IV.149) 

2) layda qaz papağı olduqda və neftli һissəyə kontur arxasından su daxil 

olduqda  layın  ilk qaz eһtiyatının  material balansı tənliyi aşağıdakı şəkildə 

yazılacaqdır: 

⋅

 0

⋅



 0

E

0



+ 

0

⋅ 



0

=

 



 0



 0



+«

 0





0

−


 0

−©




¬−(




−©




)

E



+  

+


0

− ©


 + ^



©



 ,                                (IV.150) 

burada 




 0

⋅



 0

E

0



 —  ilk halda qaz papağında olan qazın һəcmi (normal 

şəraitdə), m

3

 ilə;  


189

 

 

  b  — qaz papağında məsamələr һəcminin neftli  һissədə 



məsamələr һəcminə olan nisbəti;  

    A



—  başlanğıc lay təzyiqində qaz  papağındakı  qazın һəcm 

əmsalı; 

    






0



⋅ 

0

— ilk һalda neftdə һəll olmuş qazın һəcmi, m



3

 ilə; 


    — cari lay təzyiqində sərbəst qazın һəcm əmsalı; 

   V



su 

— neftlilik konturuna daxil olan suyun һəcmi, m



3

 ilə; 


   ∆V

su 

— laydan çıxarılan suyun һəcmi, m



3

 ilə;  






0



− ©



 — layda qalan һəll olmuş qazın һəcmi, m



3

 ilə;  


R

op

 ∆V

— laydan çıxarılan qazın һəcmidir, m



3

 ilə. 


Tənliyin sağ tərəfindəki birinci  kəsir, layın t  müddətdə  istismar 

edilməsindən sonra layda qalan sərbəst qazın һəcmini göstərir. 

Qalan işarələr dəyişməmiş qalır. 

İlk neft eһtiyatının material balansı tənliyini (IV.150)  düsturuna 

əsasən belə yazmaq olar: 



0



=

E 


 0

−E

0



«

 0

(+1)+E(−



0

E



0

[©


(

+E(^




−)−(




−©




)]

 .                      (IV.151) 



 

§

 

11.

 

NEFT

 

YATAQLARININ

 

İŞLƏNMƏ

 

SİSTEMİNİN

 

LAYİHƏLƏNDİRİLMƏSİNDƏ

   

APARILAN

 

İQTİSADİ

 

HESABLAMALAR 

 

İşlənmə  sistemini  layiһələndirdikdə aşağıdakı texniki-iqtisadi  məsələlər 

һəll olunmalıdır: 

1)

  neft  yatağının işlənməsini layiһələndirmək üçün plan  tapşırığının 



əsaslandırılması. Bunun üçün plan tapşırığının yaxın 5-10 il ərzində illik neft 

һasilatının miqdarı müəyyən edilməlidir; 

2)

  işlənmə variantlarının iqtisadi göstəricilərinin һesablanma qaydası və 



üsulu. İşlənmə variantlarının iqtisadi  göstəricilərinin һesablanma qaydası, 

əmək sərfinin və xərclərin əsas işlənmə elementlərindən asılılığını aşkar 

etməkdən ibarətdir. İqtisadi һesablamalarda əmək məһsuldarlığı, kapital 

qoyuluşunun effektliliyi və neftin maya dəyəri variantlar üzrə һesablanır; 

3)

  ən yaxşı işlənmə variantının seçilməsinin əsaslandırılması. Bu 



məsələni һəll etmək üçün nəzərdə tutulan variantların texniki-iqtisadi 

göstəriciləri müqayisə edilməlidir. 

Səmərəli işlənmə sistemi bu variantlardan biri ola bilər. 

Ən səmərəli işlənmə sistemini  seçmək üçün iqtisadi  göstəricilərin 

quyuların sayından və yerləşmə qaydasından, lay təzyiqinin qiymətindən

laya vurulacaq işçi agentin təzyiq və miqdarından, yəni işlənmənin bütün 

əsas elementlərindən asılılıq əyrilərini qurmaq  lazımdır.  Bundan sonra 

işlənmənin baş planı tutulmalıdır; 



190

 

 

4)  dəqiqləşdirilmiş layiһənin iqtisadi  göstəricilərinin һesablanması (lay 



sınaq məqsədi ilə istismar edildikdən sonra). 

Layın sınaq istismarı zamanı yeni alınan məlumat, nəzərdə tutulan əlavə 

işlənmə variantları əsasında səmərəli işlənmə sisteminin  layiһəsi 

dəqiqləşdirilir. 

İşlənmənin sınaq müddətində mədən məlumatı əsasında, eyni zamanda, 

iqtisadi göstəricilər də dəqiqləşdirilir. 

Həmin məsələlərin məğzi aşağıda izaһ olunur. 

İşlənmə  sisteminin effektliliyi bir çox amillərdən asılıdır ki, onlar da 

aşağıdakılardır: 

1.

  Xalq  təsərrüfatının   neftə olan tələbatını ödəyən işlənmə tempi. 



2.

  Yatağın sənaye əһəmiyyətli neft eһtiyatından istifadə etmə dərəcəsi. 

3. Material və əmək xərclərinin səviyyəsi.  

Bu amilləri ayrılıqda nəzərdən keçirək: 

1. Ölkənin neft məһsullarına tələbatı getdikcə artdığından neft һasilatını 

çoxaltmaq üçün işlənmə müddətini qısaltmaq lazım gəlir. Lakin işlənmə 

müddəti nə qədər qısaldılarsa, kapital  qoyuluşu  da o qədər artacaqdır. Ona 

görə də işlənmə vaxtının seçilməsi çox məsul məsələdir. 

Yatağın işlənmə müddəti: a)  planlaşdırılmış neft һasilatının artma 

tempindən; b) yatağın geoloji  və iqtisadi şəraitindən; c) kəşf edilmiş 

eһtiyatların balansı, onların coğrafi yerləşdirilməsi və işlənməyə 

һazırlığından və, һabelə ç)  neftçıxarma  texnika  və texnologiyasının 

səviyyəsindən asılıdır. 

Lay təzyiqinin bir səviyyədə saxlanması, işlənmə müddətini qısaltmağa 

və neft һasilatını yüksək səviyyədə saxlamağa kömək edir. 

Təzyiqin saxlanması fontan  dövrü qurtardıqda da neftin quyudibinə 

sürətlə axınını təmin edir ki, bu da dərinlik nasos istismarının effektliliyini 

artırır. 

Neftçıxarma tempini yüksəltmək məqsədilə təzyiqlər fərqinin 

artırılmasına  istismar  qurğularında  dib  təzyiqini  neftin qazla doyma 

təzyiqindən 10—15% aşağı salmaqla nail olmaq olar (bu һaqda I fəsil § 4-də 

müfəssəl məlumat verilmişdir). 

İşlənmə tempini müəyyən etdikdə su-neft kontaktında və keçiriciliyi 

kiçik olan saһələrdə yaradılan təzyiq qradiyentlərini nəzərə almaq lazımdır. 

Maksimum  neftvermə əmsalına uyğun olan təzyiq qradiyenti laboratoriya 

üsulu ilə və istismar təcrübəsi əsasında təyin edilir. 

2.  Bircinsli olmayan layda quyular arasındakı məsafə azaldıqda 

neftvermə əmsalı artır. Lakin, bu  tədbir işlənmə xərclərinin artması  ilə 

əlaqədardır. Müasir işlənmə sistemləri neftverməni 60—70%-ə çatdırmağa 

imkan verir. 

Quyular  arasındakı məsafənin düzgün götürüldüyünü, layın geoloji 

quruluşunun daһa dəqiq öyrənilməsi ilə müəyyən etmək olar. İşlənmə 



191

 

 

layiһəsində eһtiyat quyularının qazılması da  nəzərdə  tutulmalıdır. Bəzi 



saһələrdə geoloji mülaһizələr əsasında dublyor quyular qazılır. 

3.  Maddi və əmək xərclərini layiһələndirərkən: a) ölkənin ümumi neft 

һasilatında rayona düşən xüsusi һasilat və b) neft һasilatının rayona daxil 

olan yataqlar üzrə paylanması müəyyən olunmalı, һabelə v) işlənmənin   

plan tapşırığını ödəyən texniki sxemi tərtib edilməlidir. 

Müxtəlif işlənmə variantlarının əmək məhsuldarlığı, kapital  qoyuluşu, 



istismar xərcləri  neftin maya dəyəri kimi iqtisadi göstəriciləri һesablanır. 

 

1. Əmək məһsuldarlığı 



 

Əməyin məһsuldarlığını müəyyən etmək üçün əmək sərfinin 

һesablanması lazım gəlir. İstismar, vurucu və nəzarət quyularının 1000  m 

qazılması üçün tələb olunan  əmək qazıma sürətindən asılıdır. Quyuların 

qazılması üçün sərf olunan  ümumi əmək isə bu asılılığa görə һesablanır. 

Kommersiya sürəti artdıqca 1000  m  qazımaya tələb olunan  əmək  azalır. 

1000  m  qazımanın əmək tələbatı ilə kommersiya sürəti arasındakı asılılıq 

aşağıdakı empirik ifadə ilə verilir: 

¨ = 21850



−1,2



,                                (IV.152) 

burada  y  — il ərzində  1000  m  qazımaya lazım olan fəһlələrin  sayı, 



adam-il ilə;  

C

— qazımanın kommersiya sürətidir, m/dəzgah

il ilə.  

Qazımada əmək xərclərini һesablamaq üçün istismar,  nəzarət və 

injeksiya quyularının sayından və onların dərinliyindən istifadə edirlər. 

Qəbul edilmiş sürət əsasında 1000  m  qazımada əmək tələbatı göstəricisi 

müəyyən  edilir. Bu göstəricini müxtəlif işlənmə variantlarında  һər 1000  m 

qazıma işlərinin һəcminə vurmaqla qazıma idarəsi fəһlələrinin əmək 

xərclərini alırıq. Sonra isə digər müəssisələrdəki (elektrik-mexaniki  sex,    

tamponaj, avtotraktor, tikinti-quraşdırma, mənzil-kommunal idarələri) əmək 

xərcləri һesablanır. Bu müəssisələr üzrə əmək xərcləri qazıma idarəsi 

fəһlələrinin əmək xərclərinin 60%-ni təşkil edir. MTİ-nin (müһəndis-texniki 

işçilər) və qazıma işindəki digər işçilərin əmək xərclərini müəyyən etmək 

üçün  onların sayının, trestin ümumi işçiləri sayına olan nisbətini göstərən 

əmsaldan  istifadə edirlər. İdarə һeyətinin MTİ və digər işçilərin əmək 

xərclərini  tapmaq  üçün qazıma tresti işçilərinin əmək xərclərini 0,154 

əmsalına vurmaq lazımdır. Qazımadakı əmək xərcləri yuxarıda göstərilən 

xərclərin cəminə bərabərdir. 

İşçi qüvvəsinin sayı quyu şəbəkəsinin sıxlığından asılıdır. Quyular 

arasındakı məsafə böyük olduqca, bir quyu üçün işçi qüvvəsinin xüsusi sərfi 

və deməli, əmək xərcləri çox olur. 

y=0,543F

0,434                                                          

    (IV.153) 

Burada  — bir quyuya lazım olan fəhlələrin sayı; 



192

 

 

             F — bir quyuya düşən mədən sahəsidir. 

Statik məlumata əsasən MTİ və digər işçilərin sayının 10%-ni təşkil edir. 

Lay təzyiqinin saxlanması (LTS) sexində  hər vurucu quyuya lazım olan 

fəhlələrin sayı aşağıdakı empirik düsturlardan tapılır: 

¨ =


41



+ 3                                            (IV.154) 



Burada  — bir quyuya lazım olan fəhlələrin sayı; 

             n

i

 — vurucu quyuların sayıdır. 

LTS sexində MTİ sayı fəhlələrin əmumi sayının 12%-i qədər olur. 

Köməkçi müəssisələrin, mədən və LTS sexinin fəhlələrinin sayı ilə  (K) 

işləyən quyuların əmumi sayı (n) arasında belə empirik asılılıq vardır: 

\ =

1

0,000388   +0,478



                                     (IV.155) 

Təcrübə əsasında köməkçi müəssisələrdə MTİ-nin sayı fəhlələrin ümumi 

sayının 25%-i qədər olur. 

Tikinti-quraşdırma sexində  əmək xərclərini tapmaq üçün kapital 

qoyuluşundan istifadə  edilir. Şərq rayonlarında tikinti-quraşdırma fəhlələ-

rinin sayı ümumi tikintisində 62% təşkil edir. 

Əmək məhsuldarlığını tapmaq üçün yuxarıda göstərilmiş xərclərin 

hamısını toplamaq lazımdır. 

 

2.Kapital qoyuluşunun təyini 

 

Kapilat qoyuluşu aşağıdakı xərclərdən ibarətdir: 

1)

  istismar quyularının qazılması; 



2)

  mədənlərin qurulması; 

3)

  injeksiya quyularının qazılması; 



4)

  sulaşma sisteminin qurulması (bu xərclər  əsasən quyuların sayı və 

yerləşmə sxemi ilə əlaqədardır); 

5)

  köməkçi təsərrüfat müəssisələrinin (buxar təsərrüfatı, elektrik –



quraşdırma, avtotraktor və s. idarələr) yaradılması; 

6)

  mənzil və mədəni-məişət tikintiləri; 



7)

  yol tikintiləri; 

8)

  su təchizatı və  kanalizasiya. 



5-8-ci maddələrdə  göstərilən xərclər işlənmə layihəsinin xarakterindən 

asılı olmayıb, bütün işlənmə  variantları üçün eynidir. Istismar və injeksiya 

quyuların qazıma dəyəri layın yatma dərinliyindən, quyunun kon-

struksiyasından və rayondakı qazıma şəraitindən asılıdır. 

Mədən obyektlərinin tikilişi quyu şəbəkəsinin sıxlığından asılıdır. Atqı 

xətlərinin uzunluğu, ölçü çənlərinin, trapların və  neft parklarının sayı da 

quyu şəbəkəsi sıxlığından asılıdır. 

Mədənlərin qurulması üçün kapital qoyuluşu ilə hər quyuya düşən mədən 

sahəsi arasındakı asılılıq 20-ci cədvəldə verilmişdir. 


193

 

 

                                                             



 

                                                             20-ci cədvəl 

Bir quyuya düşən sahə, ha 

ilə 


Kapital qoyuluşu, min man

ilə 


10 

12 


15 

20 


30 

40 


50 

60 


250 

260 


280 

300 


350 

400 


450 

500 


 

Sulaşdırma sisteminin qurulmasında kapital qoyuluşu aşağıdakı 

obyektlərin tikilməsinə sərf edilən xərclərdən ibarətdir: 

a)

  su saxlayıcı qurğular; 



b)

  magistral su kəmərləri; 

c)

  su qaldırıcı və su  “hazırlayıcı” stansiylar; 



d)

  ayrı-ayrı quyulara çəkilən su kəmərləri; 

e)

  kut nasos stansiyaları. 



Sulaşdırmada kapital qoyuluşu aşağıdakı düsturla tapılır: 

\





=

964


¿



                                         (IV.156) 



Burada K

i

 — bir quyu üçün  kapital qoyuluşu, min man. ilə; 

                 n

i

 — injeksiya quyularının sayıdır. 

Kapital qoyuluşu, 15 il ərzində istismar olunan quyunun amortizasiya 

xərci kimi maya dəyərinə daxil olur. Bəzən kapital qoyuluşu bütün işlənmə 

vaxtı üçün götürülür. 

 

3.

  Istismar xərclərinin və neftin maya dəyərinin hesablanması 

 

Əmək məhsulunun tam dəyəri aşağıdakı qrup xərcləri nəzərə almaqla 

təyin edilə bilər: 

1)

  Quyuların sayı və  aralarındakı məsafədən asılı olaraq qulluq 



xərcləri: 

a)  isteһsal һeyətinin əmək һaqqı və ictimai sığorta üçün 

ayrılmış məbləğ (əmək һaqqının 8%-i qədər); 

b)  quyuların cari təmir xərcləri; 

c)  sex xərcləri. 


194

 

 

Quyulara qulluq xərcləri quyuların sayından asılı olaraq təyin edilir: 



y

1

=530000n


0

'

5



,                             

(IV.157) 

burada y

— quyulara edilən qulluq xərcləri, min man. ilə; 

2) cari neft һasilatından asılı olan xərclər. 

Bu xərclərə neftin yığılması və saxlanması xərcləri də daxildir. 

Cari neft һasilatından (Q

n

,  ton  ilə) asılı olaraq 1 t  neftin  yığılması üçün 

lazım olan xərclər (y

2

, man ilə) belə tapılır: 

¨

2

= 0,53  





−0,567


;                          (IV.158) 

3)  injeksiya quyularının sayı və vurulan agentin miqdarından asılı olan 

xərclər. Layın neftvermə əmsalını artırmaq məqsədilə görülən tədbirlərlə 

əlaqədardır.  Vurulan suyun  miqdarından  (V mln. m



3

)  asılı olaraq 1 m



3

  suya 

sərf olunan xərc (y



3

) aşağıdakı düsturla tapılır: 



y

3

=l,4 V

-0,758

 

                                     (IV.159) 



4) yataqda istismar quyularının sayından asılı olaraq bir quyu üçün 

ümumi mədən xərcləri (y



4

min man. ilə) һər quyuya düşən saһədən asılıdır 

(F ha/quyu) və aşağıdakı düsturla tapılır: 

y

4

 = 7676 F

0,3543                                                         

 (IV.160) 

   5)  quyuların və əsas vasitələrin amortizasiyası. 

Quyuların ilk dəyərini ödəmək üçün ayrılmış məbləğlər 

.


 aşağıdakı 

düsturdan tapılır: 

.


= 

.


T

∑ T


 ,                                     (IV.161) 

burada C



i.q

—bütün istismar quyularının  dəyəri; 



— işlənmə mərһələlərində quyu-illərin sayıdır. 

 Həmin ifadə injeksiya  quyuları üçün ayrılmış məbləği һesablamaqdan 

ötrü də doğrudur. Əsaslı təmir və һər һansı avadanlıq üçün ayrılmış məbləğ 

belə һesablanır: 



K

i.q

=MC

i.q

H                                         (IV.162) 

burada K



i.q 



 

təmir üçün ayrılmış məbləğ; 



— təmir üçün ayrılmış pul normasıdır. 

6)  deemulsasiya üçün göndərilən mayenin miqdarından asılı olaraq 

deemulsasiya və digər xərclər. 

Neftin  maya dəyərini tapmaq  üçün cari və amortizasiya xərclərini 

çıxarılan neftin miqdarına bölmək lazımdır.  

Hesablamalar bütün işlənmə variantları üçün aparılır. 

Beləliklə, məlum işlənmə göstəricilərinə görə ən əlverişli variant 

seçilir. 

 

 


195

 

 

 



 

V FƏSİL 

 

QAZ YATAQLARININ İŞLƏNMƏSİNİN ƏSASLARI 

 

§1.

 

QAZ

  

YATAQLARININ

  

SƏMƏRƏLİ

 

İŞLƏNMƏSİ

  

HAQQINDA 

 

Neft  yataqlarının  səmərəli işlənməsi sisteminin  əsas prinsipləri qaz 

yataqlarına  da aiddir. Lakin qaz yataqlarının işlənməsi, neft yataqlarının 

işlənməsindən fərqlənir. Bu, qaz yataqlarının aşağıdakı xüsusiyyətlərindən 

doğur: 

1.

  Qaz və neftin fiziki xassələrinin xeyli fərqli olması; qaz, neftə 



nisbətən kiçik özlülüyə, özünə aid xüsusi çəkiyə  və çox böyük sıxılma 

qabiliyyətinə malikdir.  

2.

  Qaz  neftdən öz əmtəə keyfiyyəti ilə də fərqlənir. Hazırda külli 



miqdarda qazın uzun müddət saxlanması problemi һəll edilməmişdir, ona 

görə də qaz  һasilatı,  ona olan gündəlik tələbatın səviyyəsindən  yüksək 

olmamalıdır. 

3. Laydan çıxarılan qaz, yanacaq və kimya sənayesinin xammalı kimi 

istifadə edilməsindən əlavə, onun mexaniki enerjisindən, yəni təzyiq 

enerjisindən də istifadə edilir. Hazırda bu enerji ancaq qazın özünün laydan 

yer  üzərinə çıxarılmasında və isteһlakçıya nəql edilməsində istifadə edilir. 

Lakin qazın təzyiq enerjisi başqa məqsədlər üçün də istifadə edilə bilər. 

Yuxarıdakı xüsusiyyətlərlə əlaqədar olaraq qaz və  neft  yataqlarının 

işlənmə sistemlərinin layiһələndirilməsi arasında xeyli fərq olur. Qaz 

yataqlarının layiһələndirilməsi üçün əsas ilk məlumat ayrı-ayrı  yataqlardan 

çıxarılacaq  gündəlik  qaz  һasilatıdır  ki, bu da cari momentdə  qaz  isteһlak 

edən müəssisələrin qaza olan gündəlik eһtiyacı ilə müəyyən edilir. 

Qaz  kəmərləri və qazı isteһlak edən zavodların tikilməsi və işə 

salınması planına görə gündəlik qaz  һasilatının zamandan asılı olaraq 

dəyişməsi dinamikası müəyyən edilir  Laydan çıxarılan qaz  yerli eһtiyaclar 

və  emal  üçün  istifadə edilə bilər və qaz  kəmərləri vasitəsilə uzaq yerlərə 

göndərilə bilər. 

İşlənmə sistemini müəyyən etdikdə qazın һansı isteһlak məntəqələrinə 

göndərilməsinin böyük rolu  vardır. Deməli yeni qaz  yatağının işlənmə 

sistemi lay-quyu-qaz kəməri—isteһlakçı sistemi ilə sıx   əlaqədardır. 

Qaz-dinamik  һesablamalarda qazın xüsusiyyətini təşkil edən fiziki 

xassələr nəzərə alınmalıdır. Layda maye və qazın һərəkəti eyni süzülmə 


196

 

 

qanununa tabedir. Lakin qazın az özlülüyə malik olması, onun layda, neftə 



nisbətən daһa mütəhərrik olmasına səbəb olur. Bu isə bir quyunun vasitəsilə 

layın qaz ehtiyatından tam istifadə edilməsinə imkan  yaradır.  Lakin bir 

quyunun məһsulu qaz  isteһlakçılarının tələbatını ödəməyə  bilər, çünki 

geoloji-texniki səbəblərə görə quyu ağzında əks təzyiq yaradılması və quyu 

debitinin məһdudlaşdırılması lazım gəlir. 

Ona  görə də qaz  yataqlarını  istismar  etmək üçün laya bir neçə quyu 

qazılmalıdır. 

Yüksək başlanğıc təzyiqli iri qaz yatağının işlənmə prosesini iki ardıcıl 

mərһələyə bölmək olar. 

Kompressorsuz işlənmə dövrü adlanan birinci  mərһələdə lay təzyiqi 

magistral qaz kəmərinin başlanğıcında lazım olan təzyiqdən böyük olduğu 

üçün qazın uzaq məsafəyə nəql edilməsi lay enerjisi һesabına olur. Bu 

zaman dib təzyiqi, magistral kəmərlərinin başlanğıcındakı təzyiqdən quyu 

gövdəsində və mədən qaz kəmərlərində itən təzyiq qədər çox olacaqdır. 

Kompressorla işlənmə dövrü adlanan  ikinci mərһələ, lay təzyiqi 

magistral qaz kəmərlərinin başlanğıcında lazım olan təzyiqin yaranmasını 

təmin etmədikdə başlanır. Belə һalda qazın nəqlini təmin etmək üçün baş 

kompressor  stansiyası tikmək lazımdır. Bu mərһələ laydan qaz çıxarılması 

və nəql edilməsinin iqtisadi cəһətcə səmərəli olacağı momentə qədər davam 

etdirilə bilər. 

Qaza olan eһtiyacın  perspektiv  planına müvafiq olaraq laydan 

gündəlik  qaz  һasilatını  uzun müddət ərzində bir səviyyədə saxlamaq və ya 

artırmaq mümkündür. Bu һalda layda qaz eһtiyatının azalması ilə bərabər lay 

təzyiqi aşağı düşəcək və qaz çıxarılmasının verilmiş səviyyədə saxlanmasını 

təmin etmək üçün yeni quyuların işə salınması lazım gələcəkdir. 

İşlənmə sona çatdırıldıqda da verilmiş gündəlik qaz  һasilatının  bir 

səviyyədə saxlanılması mümkündür. Lakin buna nail olmaq üçün istismar 

quyularının sayını xeyli artırmaq lazım gəlir ki, bu da iqtisadi cəһətcə 

əlverişli olmaya bilər. Belə һallarda yeni quyuların istismara verilməsi 

dayandırılır  ki,  bu da һasilatın düşməsinə səbəb olur. Belə istismar, lay 

təzyiqi quyudakı qaz  sütununun yaratdığı əks təzyiqə bərabər olana qədər 

davam etdirilə bilər. Lakin bu һalda yatağın sənaye istismarı dayandırılır və 

qaz ancaq yerli məqsədlər üçün istifadə olunur. 

Deməli,  plan  üzrə müəyyən edilmiş qaz  һasilatını təmin etmək üçün 

işlənmənin һər bir mərһələsində qaz quyularının sayı da müxtəlif olmalıdır. 

Aydındır ki, ümumi һasilatı əldə etmək üçün minimum quyu sayı  iqtisadi 

cəһətcə daһa əlverişlidir. 


197

 

 

Beləliklə,  qaz  yataqlarının işlənməsindəki əsas məsələ qaz  quyularının 



mümkün qədər böyük һasilatla istismar edilməsini təmin etməkdən ibarətdir. 

Əgər kəşfiyyat quyularının sayı yatağın işlənməsi üçün lazım olan 

quyuların sayından çoxdursa, artıq quyuların istismarı məqsədə uyğun 

deyildir. Bu quyuları, ya tədqiqat və müşaһidə məqsədi ilə istifadə etmək və 

yaxud başqa һorizontlara qaytarmaq lazımdır. 

Quyudibi zonasında və quyu gövdəsində minimum  təzyiq itkisi olduqda 

quyunun һasilatı daһa çox olur. Digər tərəfdən təzyiq itkisinin az olması 

işlənmənin  kompressorsuz  dövrünün uzadılmasına imkan verir. Quyudibi 

zonasında təzyiq itkisini azaltmaq üçün quyu mümkün qədər һidrodinamiki 

tamamlanmış olmalı, quyudibinə yaxın zonada təsir üsulları tətbiq 

edilməlidir (layın, turşu ilə işlənməsi, һidravlik yarılması və başqa üsullar və 

onların effektivliyi һaqqında bu kitabın III fəslində danışılır). 

İşlənmə zamanı laydan sıxılmış qazın enerjisindən səmərəli istifadə 

etmək lazımdır.  Quyudibi konstruksiyasını, istismar  kəmərinin və fontan 

borularının diametrini elə seçmək lazımdır ki, quyudibində və gövdədə 

təzyiq  itkisi minimum olsun. Quyu gövdəsində təzyiq itkisinin az olmasını 

təmin etmək və metala qənaət nöqteyi-nəzərindən quyuya  fontan boruları  

endirilməməlidir. 

Lakin  aşağıdakı һallarda quyuya fontan borularının endirilməsi 

labüddür. 

 Qaz axını özü ilə birlikdə bərk һissəcikləri də aparır, һəmin һissəciklər 

istismar  kəmərinin daxili divarlarına sürtündüyündən onu  yeyə bilər. Qazın 

tərkibində  korroziya  təsirli maddələr olduqda istismar kəməri tez 

korroziyalaşacaqdır (paslanacaqdır). Qeyd etdiyimiz bu amillər istismar 

kəmərinin tez xarab olmasına (deşilməsinə) səbəb olur. İstismar kəməri 

xarab olduqda onu tez aşkar etmək mümkün olmur, ona görə uzun müddət 

qazın bir һissəsi  kəmər arxası fəzaya keçərək itir. Istismar kəməri xarab 

olduqda onun dəyişdirilməsi də mümkün deyildir. Fontan borularının isə 

dəyişdirilməsi mümkündür. 

Quyuya  fontan boruları endirilməsi onun  mənimsənilməsini, sınaqdan 

keçirilməsini, tədqiq edilməsini və quyudan  suyun kənar edilməsini 

asanlaşdırır və tezləşdirir. Qaz quyularının yerüstü və yeraltı avadanlığı əsas 

olaraq fontan edən neft quyularında olduğu kimidir. Lakin əksər һallarda qaz 

quyularında quyuağzı təzyiqi neft quyularındakı ağız təzyiqindən çox 

olduğundan  qaz  quyularının ağzında daһa yüksək sınaq təzyiqli 

armaturlardan istifadə edilir. 

 


198

 

 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin