§ 3. QAZ-KONDENSAT YATAQLARININ İSTİSMARI
Qaz-kondensat yataqlarının istismarında qarşılıqlı əlaqədar texnoloji
əməliyyat—istismar quyularından yağlı qazın çıxarılması, onun emalı və adi
qazın laya vurulması dəqiq yerinə yetirilməlidir. Yuxarıda qeyd edilən
əməliyyatın hər biri ayrılıqda xüsusi avadanlıq tələb edir.
İstismar quyularının avadanlığı və rejimin tənzim edilməsi qaz
yataqlarında olan quyulardakı kimidir.
İstismar prosesində təzyiq, temperatur, sərf, xüsusi çəki, qaz və
kondensatın tərkibi diqqətli nəzarət altında olur. Quyuda quru qazın
təzahürünü aşkar etmək üçün quyunun məhsulu arası kəsilmədən analiz
edilməlidir.
Quyu məhsulundan maksimum kondensat almaq üçün trapdakı təzyiq,
maksimal kondensləşmə təzyiqinə bərabər olmalıdır.
İstismar quyularının maksimum mümkün debiti kollektorun
xüsusiyyətini və karbohidrogenlərin əks kondensləşmə şəraitini nəzərə
almaqla müəyyən edilir. Bu isə bufer təzyiqi vasitəsilə quyunun iş rejimini
tənzim etmək imkanını məhdudlaşdırır. Tənzimləmə həm də kondensatı
emal etməkdən ötrü, avadanlığın tam istifadə edilməsini təmin etmək üçün
lazımdır.
225
Quyuda karbohidrogenlərin kondensləşməsi quyudibində maye
yığılmasına, məsamələrin tutulmasına, hidravlik təzyiqin çoxalmasına,
təzyiq itkisinin artmasına və debitin azalmasına səbəb olur. Bu çətinliklərin
qarşısını almaq üçün quyu qazla vaxtaşırı təmizlənməlidir.
İnjeksiya quyularının dibinin vaxtaşırı təmizlənməsi çox vacibdir.
Quyunun vaxtında təmizlənməsi quyuağzı təzyiqin artmasının qarşısını alır,
vurulan qaz həcminin azalmasını təmin edir, qazın əlavə sıxılma xərclərini
azaldır, qaz kəmərləri və kompressorlarda baş verə biləcək təhlükələrin
qarşısını alır. Təmizləmə qaz və ya su ilə yuma üsulu ilə aparılır.
İnjeksiya quyularında ağız təzyiqinin həddindən artıq artmasının
qarşısını qabaqcadan almaq üçün qoruyucu klapanlar və təzyiq
tənzimləyicilərindən istifadə edilir. Əgər qazın analizinə əsasən bəzi istismar
quyularında quru qaz təzahüru vaxtından əvvəl müəyyənləşdirilərsə, bu
quyuların hasilatı məhdudlaşdırılır. Bəzi hallarda isə quru qazın müntəzəm
irəliləməsini təmin etmək üçün ayrı-ayrı istismar quyularını saxlayırlar.
Əksər istismar quyularında quru qaz təzahür etdikdən sonra dövri proses
bitir, layın təbii tükənməsi başlanır, yəni yataq, adi qaz yatağı kimi istismar
edilir.
Tükənmə dövründə çıxarılan qazın emalı prosesi ağır karbohidrogen
almaq məqsədi ilə dayandırılmır.
Lay təzyiqi xeyli aşağı düşdükdən sonra kompressor stansiyasından
qazın nəql edilməsi üçün istifadə etmək olar.
Tükənmə dövründə istehlakçılara kondensatla birlikdə quru qaz da
göndərilir. Yüksək təzyiq altında olan bu qaz təbii enerji hesabına uzaq
məsafəyə göndərilə bilər. Qaz çıxarılmasında injeksiya quyularından da
istifadə etmək olar. Deməli, tükənmə prosesində qaz hasilatının aşağı
düşməsinin qarşısını almaq üçün imkan vardır.
Tamamilə tükənmiş qaz-kondensat yatağından təbii qaz rezervuarı kimi
istifadə edilə bilər.
226
VII FƏSİL
NEFT VƏ QAZ LAYLARININ AÇILMASI VƏ QUYULARIN
MƏNİMSƏNİLMƏSİ
Neft və qaz laylarının açılması qazıma prosesinin axırıncı mərhələsidir.
Bu, quyuların istismar üçün hazırlanmasında yerinə yetirilən tədbirlər
içərisində ən mühüm mərhələdir.
Neft və qaz laylarının açılması işləri iki dövrə ayrılır: a) qazıma
prosesində görülən işlər; b) quyunun mənimsənilməsində görülən işlər.
Hər iki halda qəzaya yol vermədən layın etibarlı surətdə açılması üçün
texniki vəsaitin seçilməsinə, layın açılma texnologiyası qaydalarının yerinə
yetirilməsinə xüsusi fikir verilməlidir. Qazıma və quyuların mənimsənilməsi
işlərinin müvəffəqiyyətlə başa çatdırılması, həmin quyulardan layihədə
nəzərdə tutulmuş hasilatın alınması, injeksiya quyularının hesablama ilə
müəyyən edilmiş udma qabiliyyətinin əldə edilməsi həmin şərtlərə düzgün
və mütləq əməl edilməsindən asılıdır.
Layların açılması texnikası və texnologiyası, qazılmış konkret quyular
vasitəsilə açılan intervallarda həmin layların geoloji və fiziki-texniki
xarakteristikaları ilə sıx əlaqələndirilməlidir. Bu halda quyu vasitəsilə
aşağıdakı yataqlar açıla bilər:
1) başlanğıc lay təzyiqi yüksək olan çox məhsuldar yataq;
2) başlanğıc lay təzyiqi yüksək olmayan az məhsuldar (zəif) yataq.
Birinci növ yataqlarda layı, quyunun ya qazılması, ya da mənimsənilməsi
prosesində açdıqda lazımi tədbirlər görlməzsə, şiddətli təzahür (tullanış, açıq
fontan), süxurun uçulması və qazıma alətinin tutulması, kənar suların quyuya
soxulması, yanğın və digər mürəkkəbləşmə halları baş verə bilər.
İkinci növ yataqlarda, əksinə, lay yuma mayesini udar, layın quyudibi
zonası gilləşər ki, bu da sonradan quyunun mənimsənilmə prosesinin xeyli
ləngiməsinə səbəb olar.
Nəzərə almaq lazımdır ki, quyunun mənimsənilmə müddətini azaldılması,
yüksək hasilat əldə edilməsi və injeksiya quyularının tələb olunan qədər
udma qabiliyyətinin olması üçün qazıma və mənimsəmə prosesləri arasında
sıx əlaqə yaradılmalıdır.
Neft və qaz yatağının açılması prosesinə aşağıdakı tələblər verilir:
a) tullanış, açıq fontan və digər mürəkkəbləşmə hallarının qarşısının
alınması;
b) yuma mayesinin lay tərəfindən udulmasının (bu isə əsasən quyudibi
zonasının gilləşməsinə səbəb olur) qarşısının alınması;
c) quyuların uzun müddət susuz istismarını təmin etmək
üçün layın, qalınlıq və yatım istiqaməti üzrə açılması;
227
ç) laydan quyudibinə maye axınının mümkün qədər sürətləndirilməsi və
asanlaşdırılması.
Neft və ya qaz quyusu dəyəri bir neçə yüz mindən bir neçə milyon
manata qədər olan çox mürəkkəb quruluşlu tikilidir. Neft və qaz quyuları
vasitəsilə neftli və ya qazlı lay yer səthi ilə əlaqələndirilir; texnoloji rejimlə
müəyyən edilmiş miqdarda neft və ya qaz hasil edilir; yatağa süni təsir
edildikdə laya su və ya sıxılmış qaz (hava) vurulur; layın və quyunun
parametrlərini və vaxta görə bunların dinamikasını öyrənmək üçün dərinlik
ölçmələri; müxtəlif (cari və əsaslı) təmir işləri aparılır.
Neft (qaz) quyusu illərlə, çoxlaylı yataqlarda isə on illərlə xidmət
etdiyindən quyunu qazıdıqda, layı açdıqda və quyunu mənimsədikdə qazıma,
layın açılması, istismar kəmərinin endirilməsi, sementlənməsi və
mənimsəmədən əvvəl dəlinməsinin texniki və texnoloji şərtlərinə əməl
olunmalıdır. Həmin işləri yerinə yetirərkən azacıq etinasızlığa yol verilməsi,
habelə texniki və texnoloji şərtlərə azacıq riayət olunmaması quyunun
yararsız olması ilə nəticələnə bilər ki, bu da bəzi hallarda bütün yatağın
işlənməsinə çox mənfi təsir edər.
Quyunun qazılması, layın açılması, kəmərin endirilib sementlənməsi,
deşiklər açılması və quyunun mənimsənilməsi üçün görülən tədbirlər
nəzəriyyə və təcrübəyə, yatağın geoloji-texniki xarakteristikasının, habelə
baş verə biləcək mürəkkəbləşmə hallarının diqqətlə öyrənilməsinə
əsaslanmalıdır.
Neftli və qazlı layların açılması məsələləri kompleksində aşağıdakılar
xüsusi əhəmiyyətə malikdir: yuma mayesinin seçilməsi, quyudibinin
(qoruyucu kəmərin aşağı hissəsinin) konstruksiyası, deşik açma üsulları,
quyuağzı avadanlığı (qazıma prosesində, deşiklər açdıqda, mənimsəmədən
əvvəl).
Aşağıda həmin amillər, habelə qazıma və mənimsəmə zamanı neft və
qaz laylarının açılmasına bunların təsiri nəzərdən keçirilir.
§ 1. YUMA MAYESİNİN SEÇİLMƏSİ
Həm qazıma, həm də mənimsəmə prosesində yuma mayesinin düzgün
seçilməsi quyunun mənimsənilməsi və istismara verilməsində həlledici
əhəmiyyətə malikdir. Buna görə də hər bir ayrıca halda yuma mayesinin
seçilməsi, qazıma prosesində, xüsusilə neft-qazla doymuş məhsuldar layları
qazıb keçdikdə mayenin keyfiyyəti üzərində arası kəsilmədən nəzarət
edilməsinə xüsusi fikir verilməlidir.
Qazıma zamanı əsas (işlək) yuma mayesi olaraq gilli məhluldan istifadə
edirlər. Lakin, bir sıra hallarda, mədən işi təcrübəsində təmiz su, xarici
ölkələrdə isə sıxılmış qaz (hava) və aerasiya edilmiş (havalandırılmış)
məhlul da tətbiq olunur.
228
Unutmamaq lazımdır ki, quyunun qazılmasından istismara verilməsinə
qədər olan bütün mərhələlərdə yuma mayesi aşağıdakı tələbləri ödəməlidir:
1)
məhsuldar layı açmazdan əvvəl qazıma prosesində süxurların
ovulması və uçulmasının, gövdənin daralması və yuyulmasının, oyuqlar,
tullanışlar əmələ gəlməsinin, quyuya su və qaz keçməsinin qarşısı alınmalı,
qazılmış süxurun hamısının yer səthinə çıxarılması təmin edilməli;
2)
neftli-qazlı məhsuldar layları keçərkən tullanış baş verməməsi,
məhlul dövranının pozulmaması və tutulma halları cəhətdən təhlükəsizlik
təmin edilməli, həmin zonaların təbii keçiriciliyi saxlanılmalı;
3)
sementləmə işlərində yuma mayeləri sement məhlullarına qarşı
neytral olmalı və məhsuldar horizontların təbii keçiriciliyi saxlanmalı;
4)
quyuda deşiklər açdıqda yuma mayesinin laya çoxlu miqdarda
keçməsinə, quyudibi zonasının gilləşməsinə və layların təbii keçiriciliyinin
pisləşməsinə imkan verilməməlidir.
Turbin üsulu ilə qazımada isə bu tələblərdən əlavə enerji mənbəyi olan
(turboburu hərəkətə gətirən) yuma mayesi həm də bu məqsəd üçün lazımi
xassələrə malik olmalıdır.
Dediklərimizdən aydın olur ki, yuma mayesinə qoyulan keyfiyyət
tələbləri layların təbii keçiriciliyinin saxlanmasını, habelə layın çoxlu yuma
mayesi udmasını, quyudibi zonasının gilləşməsi qarşısının alınmasını və layı
açdıqda tullanış hallarının aradan qaldırılmasınının təmin etməkdən
ibarətdir.
Təcrübədən məlum olduğu kimi, gilli məhlulların keyfiyyətinə və
reseptinə lazımınca fikir verilməməsi quyudibi zonasının vəziyyətinə çox pis
təsir edir, laya xeyli miqdarda gilli məhlul və su keçməsinə, layın
gilləşməsinə səbəb olur, bunların nəticəsində isə quyuların işə salınması və
mənimsənilməsi xeyli çətinləşir.
Ayrı-ayrı hallarda, laya gilli məhlul çox keçdikdə və quyudibi zonası
gilləşdikdə quyuları heç mənimsəmək olmur, ya da istismara verilən belə
quyuların hasilatı çox az olur.
Bu halda gilli məhlulun suvermə qabiliyyətinə, yəni gilli məhlullardan
suyun ayrılıb laya keçməsi xassəsinə fikir verilməlidir.
Su, məsaməli mühitə süzülərək layın quyudibi zonasına keçir, bir sıra
hallarda (köhnə neft rayonları olan Leninneft və Stalinneft NMİ-lərinin
drenajlanmış sahələrində) isə layın uzaq (50—100 m) zonalarına keçə bilir.
Kənar suyun laya keçməsi neft üçün faza keçiriciliyinin azalmasına
səbəb olur. Bu su, kvars qumuna (neft laylarının çoxu belə qumdan təşkil
olunmuşdur) görə isladıcı faza hesab olunur. Neft layına keçən kənar su,
quyunun gövdəsi ətrafında nefti qumdan sıxışdırıb çıxardır.
Suyun laya süzülməsi lay keçiriciliyinin xeyli pisləşməsinə, quyuların
mənimsənilmə müddətinin uzanmasına, ya da bu quyuların az hasilatla
istismara verilməsinə səbəb olur. Müəyyən edilmişdir ki, məhsuldar zonanı
229
qazıb keçdikdə, quyudibi zonasına bir neçə saat və ya bir neçə gün ərzində
keçmiş suyu və gilli məhlulu çıxartmaq üçün bəzən aylarca vaxt sərf etmək
lazım gəlir.
Quyunun işə salınmasına kənar suyun etdiyi bir mənfi təsiri də bilmək
lazımdır. Bu da suyun təsiri altında süxurun fiziki cəhətdən dəyişməsindən
(gilin şişməsindən) ibarətdir. Bildiyimiz kimi, neftli layların çoxu
növbələşən gil və qum qatlarından təşkil olunmuşdur. Bəzi hallarda neftli
lay, qatışıq gil-qum fasiyasından ibarət olur. Laya keçmiş kənar su gil
hissəcikləri ilə qarşılıqlı əlaqəyə girib, bunların şişməsinə və nəticədə
laydakı məsamələrin tutulmasına, kanalların daralmasına və layın
keçiriciliyinin pisləşməsinə səbəb olur.
Neftli-qazlı məhsuldar layları açdıqda yuma mayesi konkret şəraitə
uyğun olaraq çıxarılmalıdır.
Yuxarıda göstərilmişdi ki, açılan neftli laylar iki qrupa bölünür:
1)
lay təzyiqi yüksək olan yüksək məhsuldar laylar;
2) lay təzyiqi yüksək olmayan çox drenajlanmış laylar.
Hər iki halda layı açarkən, kimyəvi işlənmiş gilli məhlulları tətbiq
etmək lazım gəldiyindən bu qruplar üçün məhlulların keyfiyyətindən edilən
tələbləri nəzərdən keçirək.
Birinci halda gözlənilən lay təzyiqindən asılı olaraq ya adi (xüsusi
çəkisi 1,15—1,21 olan) gilli məhlullardan, ya da xüsusi olaraq
ağırlaşdırılmış (xüsusi çəkisi 1,85—2,3 olan) məhlullardan istifadə edirlər.
Gilli məhlulları ağırlaşdırmaq üçün ona xırdalanmış inert materiallar
(hematit, barium, koloks və s.) əlavə edirlər.
İkinci hal üçün gilli məhlulları işlədikdə məhlulu hazırlamaq üçün
istifadə olunan suyun keyfiyyətinə, məhlulun kimyəvi işlənməsinə xüsusi
fikir verilməlidir. Bu halda gilli məhlulun suvermə qabiliyyəti çox az
(„QrozETİ" qurğusunda 30 dəq. ərzində 3—5 sm
3
), neft-su sərhədində
filtratın səthi gərilməsi mümkün qədər az (1—3 dn/sm) olmalıdır. Bu
məqsədlə qələvi lay suyu ilə neft sərhədi arasında səthi gərilmə əmsalı
1,42—6,1 dn/sm olduğuna görə bu sudan istifadə edilməsini məsləhət
görmək lazımdır. Lakin bir çox hallarda gilli məhlul hazırlamaq üçün
yaxınlıqdakı su hövzələrinin (dəniz, çay və s.) suyundan istifadə edirlər. Cod
suların süzülməsinin layların neftvermə qabiliyyətinə mənfi təsirinə yol
verməmək üçün gilli məhlulu səthi aktiv maddələrlə (sulfanol,
neytrallaşdırılmış qara kontakt, azolyat, sovet detergenti və s.) işləmək
tövsiyə olunur.
Gilli məhlul suyunun laya keçməsinə imkan verməmək məqsədilə
kolloidal məhlullardan istifadə olunması məsləhət görülür. Belə məhlulları
hazırlamaq üçün gilli məhlula xüsusi bentonit maddələr—xüsusi gillər
(gilabı, akvagel və s.) qatırlar.
230
Layı açarkən gilli məhlul suyunun laya keçməsi ilə mübarizə üçün bir
çox hallarda yuma mayesi olaraq neftdən və ya neft əsaslı məhluldan istifadə
edirlər.
Təcrübədən məlum olduğu kimi, bu halda neftli və qazlı layı nisbətən
daha keyfiyyətli açmaq və layın məhsuldar zonasından kerni daha yaxşı
çıxartmaq olur.
Neft əsaslı belə məhlulun ən sadə reseptini veririk: gil—40%, əhəng-
15%, neft—45%.
Qubkin adına Moskva Neft-qaz İnstitutunun resepti ilə hazırlanmış neft
əsaslı məhlul yaxşı struktur-mexaniki xassələrə və lazımi qədər axarlılığa
malikdir. Həmin resept belədir:
İ. Oksidləşdirilmiş petrelatumla sabitləşdirilən məhlul:
dizel yanacağı
70—82,5%
rubreks
5—18%
oksidləşdirilmiş petrelatum 2—3%
natrium-hidroksid məhlulu 1 — 1,5%
II. Oksidləşdirilmiş parafinlə sabitləşdirilən məhlul:
dizel yanacağı 78,5—85,8%
oksidləşdirilmiş bitum
12—18%
oksidləşdirilmiş parafin 1,2—1,5%
natrium-hidroksid məhlulu 1,2—1,5%.
Belə məhlulların xüsusi çəkisi 0,9 q/sm
3
, SPV-5 cihazı ilə ölçülmüş
özlülüyü isə 200—400 san. olur.
Tatarıstanın və Başqırdıstanın bəzi sahələrində yuma mayesi olaraq adi
sudan istifadə edirlər. Lakin təcrübənin göstərdiyi kimi, laya qədər qazıdıqda
və layı açdıqda laya su keçdiyindən gil hissəcikləri şişir, gil araqatları
yuyulduğundan layın məsamələrini tutur, habelə başqa mürəkkəbləşmə
halları baş verir.
Əldə edilən məlumatın müqayisəsi göstərir ki, quyuların açılmasında
gilli məhlulun tətbiqi nəticəsində hasilat suya nisbətən 5,6 dəfə artır.
Bununla bərabər yuma mayesi olaraq sudan istifadə edildikdə
qazımanın texniki (qazıma sürəti) və iqtisadi göstəriciləri xeyli yüksəlir (gilə
və kimyəvi reagentlərə daha az vəsait sərf edilir).
Buna görə də işlək maye olaraq sudan istifadə etdikdə, ona səthi aktiv
maddə (sulfanol, neytrallaşdırılmış qara kontakt, azolyatlar, detorgent və s.)
qatmaq lazımdır.
Xarici ölkə təcrübəsində, neftli-qazlı layları açdıqda sıxılmış hava ilə
qazıma üsulundan da istifadə edirlər.
ABŞ-da bu sahədə alınmış məlumatın təhlili göstərir ki, bu halda
mexaniki sürət xeyli artır, balta sərfi azalır, qazımanın texniki-iqtisadi
göstəriciləri yaxşılaşır.
231
Burada əsas məsələ layın təbii keçiriciliyini saxlamaq, quyudibi
zonasını gilləşməkdən qorumaq və layın məsamələrinə su keçməsinə imkan
verməməkdən ibarətdir. Lakin, sıxılmış hava vasitəsilə qazıma üçün xüsusi
texniki avadanlıq (kompressorlar, fırlanan preventerlər, rotor-preventerlər və
s.) olmalıdır.
Bir çox hallarda quyuların aerasiya edilmiş maye (gilli məhlul və ya
suyun sıxılmış hava ilə qatışığı) ilə qazılması üsulundan da istifadə edirlər.
§ 2. QORUYUCU KƏMƏRİN SEÇİLMƏSİ
Qazılıb qurtarmış quyunun müvəffəqiyyətlə açılması və
mənimsənilməsində quyu konstruksiyasının və qoruyucu kəmərin
seçilməsinin çox böyük əhəmiyəti vardır.
Elə də ola bilər ki, qazıma zamanı lay müvəffəqiyyətlə açılır, lakin
quyunun konstruksiyası lazımi qədər düzgün seçilmədiyindən və axırıncı
istismar kəmərinin tip-ölçüləri düzgün götürülmədiyindən layı istismar
məqsədilə açmaq mümkün olmur.
Quyu konstruksiyası və istismar kəmərinin seçilməsi və
sementlənməsi işləri elə aparılmalıdır ki, aşağıdakılar təmin edilsin:
a) lay mövcud üsullardan biri ilə açılsın, kənar suların axmasına yol
vermədən quyu etibarlı mənimsənilsin, gündəlik və yekun nefq-qaz hasilatı
təmin edilsin;
b) istismar kəmərinin diametri maye və qazın planla müəyyən edilmiş
miqdarda çıxarılmasına, nəzərdə tutulmuş üsulla istismara, yeraltı layihə
avadanlığın edilən xarici ölçulərinə uyğun gəlsin;
c) quyunun gövdəsi lazımi qədər möhkəmləndirilməklə ucuz başa
gəlsin (metal, sement və s. materiallar daha az sərf edilsin);
ç) bütün dövr ərzində quyunun istismar edilməsi (mənimsənilməsi, işə
salınması, normal işləməsi, yeraltı və əsaslı təmir aparılması) mümkün
olsun;
d) yatağın geoloji kəsilişi hesaba alına bilsin, qazlı-sulu və uçulan
araqatlar aralıq kəmərlərlə örtülsün;
e) istismar üçün quyunu alt horizontlardan üstdə yatan horizontlara
qaytarmaq lazım gəldikdə həmin horizontda quyunu dərinləşdirmək
mümkün olsun.
Axırıncı istismar kəmərinin uzunluğu, adətən quyunun dərinliyi qədər
olur; diametri isə yuxarıdakı şərtlərə görə götürülməlidir.
Quyunun konstruksiyası, adətən:
a) diametri 16, 18 və ya 20", uzunluğu isə 15—100 m olan
yönəldicidən;
232
b) diametri 10 — 18"-dən (stasionar qazıma qurğusu ilə işlədikdə) 8"-
yə qədər (səyyar qazıma qurğusu ilə işlədikdə), uzunluğu isə 30—600 m
olan konduktordan;
c) diametri 8, 10, 11, 12" olan və sulu horizontların şərti yatım
dərinliyinə endirilən aralıq texniki və su bağlama kəmərlərindən;
ç) diametri 3
1
/
2
; 4; 5; 6; 7", bəzən isə 8" olan istismar kəmərindən
ibarət olur.
Son vaxtlarda bir çox hallarda quyunun qazılmasında birkəmərli
konstruksiyadan, çox dərində (3500 m-dən dərində) yatan layları qazıdıqda
isə ikikəmərli konstruksiyadan istifadə edirlər.
SSRİ-nin bir çox neft rayonlarının neft və qaz quyularında tətbiq edilən
tipik konstruksiyalar aşağıda verilir:
Başqırdıstanda
1) 16
3
/
4
50 m
4) 16
8
/."
70 m
12
3
/
4
"
250 m 12
3
/
4
"
350 m
6
5
/
8
"
1850 m 6
5
/
8
"
1200 m
2) 12
3
/
4
"
1500 m 5) 12"
350 m
6
5
/
8
"
1850 m
5
/
8
"
350 m
3)
3
/
4
"
350 m 6) 12
3
/
4
"
300 m
8
5
/
8
"
1200 m 5
3
/
4
"
1500 m
Samara vilayətində
1) 16
3
/
4
"
100 m 3) 18
: 3
/
4
"
25 m
12
3
/
4
"
300 m 12
3
/
4
"
250 m
6
5
/
8
"
1760 m 6
5
/
8
"
I650 m
2) 12
3
/
4
"
350 m 4) 10
3
/
4
"
350 m
6
5
/
8
"
İ840 m 5
3
/
4
"
800 m
Tatarıstanda
12
3
/
4
"
300 m 6
5
/
8
"
1800 m
Azərbaycan SSR-də
Dayaz quyular
1) 10
3
/
4
" 70 m 4) 12
3
/
4
" 100 m
4
1
/
2
'
/
700 m 6
5
/
8
" 2200 m
233
2) 14
3
/
4
"
200 m 5) 14
3
/
4
"
150 m
10
3
/
4
"
2000 m
6
5
/
8
"
2800 m
6
5
/
8
"
3300 m 6) 16
3
/
4
"
100 m
3) 18
3
/
4
"
200 m 12
3
/
4
"
800-1000 m
14
3
/
4
"
1000 m 6
5
/
8
"
2200-2400 m
10
3
/
4
"
2000 m
6
5
/
8
"
2000 m
Dərin quyular
1) 18
3
/
4
"
İ50 m
12
3
/
4
1500 m
8
5
/
8
"
2400 m
2) 16
3
/
4
"
150 m
10
3
/
4
"
2400 m
6
5
/
8
"
4000 m
Bəzi hallarda 11
3
/
4
" texniki kəmərlə 6
5
/
8
" istismar kəməri arasında 8
5
/
8
"
aralıq kəməri endirirlər ki, bu da məhsuldar layın açılmasını
asanlaşdırmaqla, uçulma, kənar suların soxulması, alətin tutulması və s.
halların aradan qaldırılmasına imkan verir.
Aydındır ki, seçilmiş konstruksiyadan asılı olmayaraq sementləməni elə
hesabla aparırlar ki, sementi lazımi hündürlüyə qaldırmaq, kənar suların
qarşısını etibarlı surətdə almaq və mürəkkəbləşmə halları baş vermədən layı
açmaq mümkun olsun. Onu da nəzərə almaq lazımdır ki, quyunun
təyinatından (kəşfiyyat, istismar, neft və ya qaz quyusu, injeksiya,
qiymətləndirmə, müşahidə quyuları və s.) asılı olaraq onun konstruksiyası da
dəyişir.
Dostları ilə paylaş: |