A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov


§ 6. QUYULARIN MƏNİMSƏNİLMƏSİ VƏ QUYUDİBİNƏ



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix29.10.2019
ölçüsü3,61 Mb.
#29455
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
§ 6. QUYULARIN MƏNİMSƏNİLMƏSİ VƏ QUYUDİBİNƏ 

 AXININ YARANMASI 

 

Quyunu işə salmaq üçün laydan quyudibinə axın yaratmaq  lazımdır. 



Bu şərait lay və quyudibi təzyiqləri fərqində və məhsuldar layı açarkən 

quyudibi zonasında əmələ gələn süni müqavimətləri azaltmaq nəticəsində 

yaradılır. Yuxarıda göstərildiyi kimi su və gilli məhlulun laya  keçməsi, quyu 

divarlarında gil qabıqlarının əmələ gəlməsi süzgəcin konstruksiyasından asılı 

olaraq süni müqavimət yaradır. 

Quyudibi zonasında yaradılan təzyiqlər fərqi və süni müqavimətlərin 

xarakteri bu və ya digər yatağın işlənmə mərhələsindən asılıdır. 

Yatağın işlənməsinin ilk mərhələsində (lay təzyiqinin böyük olduğu 

və lay drenajlanmadığı halda) gilli məhlulun laya keçməyə imkanı olmur. 

Odur ki, yatağa qazılmış quyular adətən  asanlıqla  mənimsənilir. 

Yataq işləndikcə lay təzyiqi xeyli düşür və lay drenajlanır. 

Məhsuldar layı açarkən süni müqavimətlər yaranır. Bu halda 

quyudibinə neft axını yaratmaq üçün təzyiqlər fərqi artıq olmalıdır ki, bu da 

mənimsəmədə çətinliklərə səbəb olur. İstismar kəmərinin sınması, qum 

tıxacının əmələ gəlməsi, daban və kənar suların quyuya gəlməsi bu 

çətinliklərdən hesab olunur. 

Çətin mənimsənilən quyuların ən səmərəli mənimsənilmə üsulu, süni 

müqavimətlərin mümkün qədər tam yox edilməsi və yalnız bundan sonra 

maye axını üçün təzyiqlər fərqi yaradılmasıdır. 

Süni müqavimətləri aradan qaldırma tədbirləri layı açmazdan qabaq 

və sonra görülə bilər. 

Lay açıldıqdan sonra süni müqavimətləri aradan qaldırmaq üçün 

görülən tədbirlərə turşu ilə işləmə, hidravlik yarma və torpedalama daxildir. 

ABŞ-da qazımadan sonra hidravlik yarılma tətbiq edilir. 

Mayenin quyudibinə axması üçün təzyiqlər fərqi müxtəlif üsullarla 

yaradılır. 

Aşağıdakı   mənimsəmə üsulları   vardır; 

1)

  neft və su ilə yuma; 



2)

  aerasiya edilmiş maye ilə yuma; 

3)

  kompressor üsulu və onun  müxtəlif növləri: 



a) ikiqat basma üsulu; 

b) boruarxasına maye vurmaqla kompressor üsulu; 

4)

  seyrəkləşdirmə və əlavə maye vurma üsulu; 



254

 

 

24-cü cədvəl 



Kumulyativ perforatorların texniki və ballistik xarakteristikası

 

 



 

Perforatorun xarakteristikası 

PK 

- 103 


PKR - 55 

PKS - 75 

PKS - 105 

PKS - 120 

PKS

- 160 


Xarici diametr, mm ilə 

Perforatorda güllələrin sayı 

Perforatorun   uzunluğu,  mm 

ilə 


103 

10-20 


1660-

2510 


55 

11 


1700 

75 


20 

1080 


105 

20 


1765 

120 


10 

1650 


160 

10 


2040 

Perforatorun çəkisi, kq ilə 

50-90 

Güllənin   sayından   asılı   olaraq 



Yükun çəkisi,  kq ilə 

Bir buraxılışda atımın 

maksimal miqdarı 

Qoruyucu kəmərin minimal 

diametri, düymə ilə 

Məhlulun təzyiqi, kq/sm



2

- ilə 


 

Mühitin temperaturu, °C ilə

istiliyə  davamsız    atım 

üçün 


yenə, odadavamlı üçün 

Doldurulan partladıcı 

maddənin çəkisi, q ilə 

Polad divarda açılan  deşiyin 

diametri, mm ilə 

Sementdə  açılan  deşiyin dia-

metri, mm ilə 

Möhkəm qumdaşılarda 

açılan deşiyin diametri, mm 

ilə 


Güllənin polada daxil olma 

dərinliyi, mm ilə 

Güllənin  bərk  sementə  daxil 

olma dərinliyi, mm ilə 

Güllənin möhkəm 

qumdaşılara daxil olma 

dərinliyi (12 mm qalınlığında 

D markalı poladdan 

keçdikdən sonra), mm ilə 

 

10-20 



 

500 



 

 

60 



160 

 

23 



 

8-10 


 

15-20 


 

15 


 

90 


 

280 


 

 

 



100 

20-40 


 

11 


 

300 



 

 

60 



100 

 

22 



 

8-10 


 

15-20 


 

15 


 

85 


 

250 


 

 

 



100 

30 


 

500 


 

500 



 

 

60 



100 

 

19 



 

10 


 

15 


 

12 


 

80 


 

200 


 

 

 



100 

40 


 

200 


 

500 



 

 

60 



100 

 

51 



 

20 


 

30 


 

25 


 

110 


 

250 


 

 

 



125 

50 


 

100 


 

500 



 

 

60 



100 

 

93 



 

30 


 

45 


 

37 


 

130 


 

300 


 

 

 



150 

80 


 

50 


 

500 



 

 

60 



100 

 

205 



 

40 


 

60 


 

50 


 

160 


 

500 


 

 

 



150 

 

 



 

 


255

 

 

5)



  mayenin yığılmasını gözləmə üsulu; 

6)

  svablama (porşenləmə); 



7) halqavarı fəzaya hava vurmaqla svablama (porşenləmə); 

8)

  dərinlik nasosu ilə mənimsəmə: 



9)

  jelonka ilə mənimsəmə; 

10) depressiya yaratma üsulu. 

Ən  səmərəli  mənimsəmə  üsulu  aşağıdakı  tələbləri  ödəməlidir: a) 

depressiyanı  səlis yaratma imkanı; b) yaradılan  depressiyanın  böyük 

sərhəddə  dəyişməsi; c) axın  başlanması momentinin bilmə  imkanı;  ç) 

quyudibinin təmizlənməsi; d) işin təhlükəsizliyi; e) sadəlik. 

Universal mənimsəmə  üsulu yoxdur. Ona görə  də  mənimsəmə  üsulu 

lay və quyunun konkret şəraitindən asılı olaraq seçilir. 

Lay  təzyiqi  böyük  olduqda  və fontan gözlənildikdə  ən  yaxşı 

mənimsəmə  üsulu su və ya neftlə yuma, yaxud kompressor üsulu  ilə 

mənimsəmədir. 

Bütün qalan hallarda mənimsəmə  üsulu quyunun xarakterindən  asılı 

olaraq seçilir. Aşağıda əsas mənimsəmə üsullarının  qısa təsviri verilmişdir. 

 

Neft və su ilə yuma 

 

İstismar kəmərini endirdikdən və sementlədikdən sonra quyunun 

konstruksiyasından asılı olaraq lazım gələrsə, onu yuyur və sonra kəməri 

perforasiya edirlər. Fontan borularını endirir, quyuağzını armaturla təchiz 

edir və maye dövranı yaradırlar. 

Dövran yaratmaq üçün nasos istismar kəməri ilə fontan boruları 

arasındakı halqavarı fəzaya birləşdirilir. Quyuda gilli məhlul olarsa, dövranı 

əvvəlcə su vasitəsilə yaradırlar. Xüsusi çəkisi 1,2 q/sm



3

 olan gilli məhlulu su 

ilə əvəz etdikdə quyudibinə olan təzyiq təxminən 16% aşağı düşür. 

Əgər dövran prosesində (bir neçə saat ərzində) quyu fontan etməzsə, 

onda dövranı  tədricən su əvəzinə neftlə edirlər. Bu halda quyudibinə düşən 

təzyiq getdikcə azalır. Belə ki, neftin xüsusi çəkisi 0,850 olduğu halda 

quyudibinə düşən təzyiq 29% aşağı düşür. 

Bəzi quyular üçün təzyiqin bu qədər düşməsi fontanın başlanması 

üçün kifayətdir. 

Bu üsulda depressiya səlis olaraq dəyişir. Bundan əlavə fontan 

boruları çox aşağı endirildikdə quyudibi daim yuyulur. Bu mənimsəmə üsulu  

təhlükəsizdir. 

 

Kompressor   üsulu 

 

Öz sadəliyinə görə bu üsul Bakı mədənlərində geniş tətbiq 

edilməkdədir. Bu mənimsəmə üsulunun tətbiqi sxemi belədir (110-cu şəkil). 


256

 

 

 



 

110-cu şəkil. Fontan-kompressor üsulu ilə quyuların mənimsənilmə 

sxemi: 

I-aqreqat xətti; II-kompressora gələn xətt; III-nəzarət xətti; 1-hava bağlayan 

xətt; 2-tənzimləyici ventil; 3-orta ventil; 4-su (neft) bağlayıcı ventil; 5-

boruarxası ventil; 6-mərkəzi basqı üçün ventil 

 

Quyuya fontan-kompressor boruları  endirirlər.  Sıxılmış  havanı  halqavarı 

fəzaya vururlar ki, o da mayeni yeraltı borulara qovur. Boruları 

kompressorun  təzyiqindən  asılı olaraq mayenin basıla  biləcəyi  dərinliyə 

qədər endirirlər. Mayeni buraxılan boruların başmağına qədər sıxışdırdıqdan 

sonra hava yeraltı borulara daxil olur və  oradakı mayeni qazlaşdırır. 

Mayenin  xüsusi  çəkisi  azalır,  qaldırıcı borularda onun səviyyəsi qalxır  və 

xaricə  atılmağa  başlayır. Bu halda quyudibinə  düşən  təzyiq  azalır.  Təzyiq 

düşküsü laydan maye axınının  başlanması üçün bəzən kifayət edir. Əks 

halda qaldırıcı boruların endirilməsini artırır və laydan maye  axını üçün 

depressiya alınana qədər maye basmasını davam etdirirlər.  Bu və ya digər 

səbəblərə görə boruların endirilməsini davam etdirmək mümkün olmadıqda, 

fontan-kompressor boruları kəmərində mənimsəmə prosesini asanlaşdıran 

buraxıcı klapan və işlək muftalar qoyulur. 

Buraxıcı klapan və işlək muftaların işi kompressor quyularının işə 

salınması bölməsində müfəssəl veriləcəkdir. 

Bu üsul, sadəliyinə baxmayaraq, həmişə kafi nəticə vermir. 

Bu üsulun əsas mənfi cəhəti, mayenin bayıra atılması momentində 

quyudibi təzyiqinin kəskin düşməsi nəticəsində güclü maye və qaz axınının 

yaranmasıdır. 

Layların kövrək qumlardan təşkil olunduğu şəraitdə quyuya külli 

miqdarda qumun daxil olmasına, quyudibində və borularda qalın qum 

tıxaclarının əmələ gəlməsinə, quyudibində uçmaya, istismar kəmərinin 

deformasiyasına və s. səbəb olur. 

Müxtəlif konstruksiyalı liftlərin buraxıldığı kompressor quyularına 

tətbiq edilən müxtəlif kompressor mənimsəmə üsullarına (həmçinin inkişaf 

tapmış aerasiya üsuluna) „Kompressor quyularının işə salınması" böl-

məsində baxılacaqdır. 

II

I

III



1

3

2



5

6

3



257

 

 

Porşenləmə   (svablama



 

 

Qabaqcadan fontan boruları və armaturla təchiz edilmiş quyuya kanatın 

ucunda porşen (svab) endirirlər. Svab (111-ci şəkil), üzərinə mufta və qıfın 

köməyi  ilə iki-üç manjet bərkidilən boruşəkilli çubuqlardan ibarətdir. 

Manjetlər, xaricdən   məftil karkasla örtülmüş və xüsusi 

rezindən hazırlanmış, manjetin deformasiyası zamanı 

məftilləri şaquli istiqamətdə sərbəst sürüşə bilən 

konusvarı səbətdən ibarətdir.

 

 

Karkas rezini əlavə sürtülmədən qoruyur.  Svabın 



aşağı hissəsində nizəsi olan boşqabvarı klapan, üst 

hissəsində isə perforasiya edilmiş qısa nippel vardır. 

Nippelə ötürücü vasitəsilə kanat bağlanır. 

Quyunun  porşenləmə ilə mənimsənilməsi maye 

səviyyəsinin  aşağı salınmasına və quyudibinə düşən 

depressiyanın azaldılmasına əsaslanır. 

Reys ərzində svabla  çıxarılan mayenin miqdarı 

boruların diametrindən və svabın səviyyə altına 

buraxılma dərinliyindən asılıdır. Sonuncu miqdar 

bucurqadı hərəkət etdirən mühərrikin gücündən və 

kanatın möhkəmliyindən asılıdır. 

Bu mənimsəmə üsulunun üstünlükləri 

depressiyanın dəyişməsinin səlisliyindən, axın 

başlanğıcının səviyyə vəziyyətinə görə asanlıqla təyin 

edilə bilməsindən ibarətdir. 

Mənfi cəhətləri isə fontan quyusunun  mə-

nimsənilməsi zamanı işlərin açıq quyuağzı şəraitində 

aparılması, mayenin səthdən götürülməsidir. 

Son   nöqsanı   asanlıqla aradan  qaldırmaq olar.  

Bunun   üçün  aşağı  klapan  və deşikləri olan üst qısa 

borunu kənar edirlər. Bunun əvəzinə bir və ya iki kiçik  

diametrli boru bağlayırlar. Bu cür svab mayeni  istənilən   

dərinlikdən qaldıra bilər, lakin çıxarılan mayenin miqdarı   

bağlanan boruların uzunluğu ilə məhdudlanır. Artıq maye 

bu borular vasitəsi ilə geri tökülür. 

Porşenləmə zamanı svab quyudibindən mütləq 

tədricən qaldırılmalıdır. 

Kövrək və zəif sementlənmiş qumlardan təşkil 

olunmuş məhsuldar layı  açan quyunun mənimsənilməsi və sonradan 

istismarı, çoxlu qum axınları, quyudibi zonasında uçmaların əmələ gəlməsi, 

kəmərin deformasiyası, suların basqısı ilə mürəkkəbləşir. Odur ki, belə 

quyuların mənimsənilməsində zəruri və mütləq şərt quyudibində səlis 

depressiyanın yaradılmasıdır, yəni quyu işə səlis buraxılmalıdır. 

1

2



3

4

 



111-ci şəkil. 

Porşen (sadə 

konstruksiyalı 

svab): 

1-kanat asqısı

2-yük ştanqı; 3-

işlənmiş dərinlik 

nasosunun plunjeri; 

4-rezinli qayışdan 

porşen-manjet 

258

 

 

Bu halda ancaq laydan maye axını deyil, həmçinin hasilatı tədricən 



verilən həddə qədər artırmaqla quyudibi zonasının maksimum uçulması 

nəzərdə tutulur. 

Bu növ quyuların mənimsənilməsi əsasən aerasiya  üsulu ilə aparılır. 

Bəzi quyuların aerasiyası eyni zamanda boruarxası fəzaya maye  tökməklə 

aparılır ki, bu da quyudibində qumun çökməsinin qarşısını   alır. 

Maye vurmaqla mənimsəmə prosesində quyunun məhsulundakı 

qumun faizini, quyunun verdiyi və vurulan mayelər fərqini daim  izləmək 

lazımdır. 

Layın işləməsindən asılı olaraq verilən maye  miqdarı ilə quyunun iş 

rejimini nizamlamaq lazımdır. 

Vurucu quyuların qazılmasından sonra olduğu kimi, onlara suyun 

vurulması prosesində də, quyudibi zonası keçiriciliyinin, deməli onun 

qəbulediciliyinin pisləşməsi baş verir. 

Keçiriciliyin belə aşağı düşməsi qazıma zamanı gilli məhlulun laya 

hopması, suvurma vaxtı mexaniki qarışıqların layda çökməsi və bir çox 

başqa səbəblər nəticəsində olur. 

Quyunun qəbulediciliyini bərpa etmək, eləcə də onu artırmaq üçün 

injeksiya quyularını vaxtaşırı mənimsəmək lazımdır. 

Vurucu quyuların mənimsənilmə üsullarına aşağıda adlarını 

çəkdiyimiz istismar quyularının quyudibi zonasına təsiretmə üsullarından 

əlavə, drenlənmə də aid edilir. 

Qabaqda təsvir olunan bütün üsullar drenlənməni də bura daxil 

etməklə, sulaşdırmada böyük rolu olan süzülmə səthini artırmaq  məqsədini   

güdür. 


Drenlənmə, quyudan maye ilə birlikdə mexaniki qarışıqlar çıxarmaq 

məqsədi güdən intensiv maye hasil etmə üsuludur. 

Laboratoriya  tədqiqatlarının və eləcə də mədən məlumatlarının 

göstərdiyi kimi, drenlənmə prosesində layın içərilərinə doğru gedən drenaj 

kanallarının əmələ gəlməsi baş verir. Bu kanalların olması vurucu quyuların 

qəbulediciliyinin artmasına səbəb olur. 

Drenlənmə zamanı maye  çıxarılmasını jelonka ilə dartaylama, 

svablama, dərinlik nasosu, kompressor üsulu və elektrik dalma nasosu ilə 

yerinə yetirirlər. Bu üsulların tətbiqi müxtəlif rayonlar üçün spesifikdir. 

Drenlənmənin davamı çıxarılan suyun tərkibindəki mexaniki 

qarışıqların faizindən asılıdır. 

Mədən təcrübəsinin göstərdiyi kimi, vurucu quyuların 

mənimsənilməsində xeyli effekt, eləcə də istismar quyularının quyudibi 

zonasına təsiretmədə olduğu kimi, kombinə edilmiş təsiretmə yolu ilə əldə 

edilir. Kombinə üsulu torpedləməni layın hidravlik yarılması ilə, hidravlik 

yarılmanı turşu işləməsi ilə, turşu ilə işlənməni drenləmə ilə 

birləşdirməkdən, hidroturşu yarılması və s. aparmaqdan ibarətdir. 


259

 

 

 



VIII FƏSİL 

 

QUYULARIN FONTAN ÜSULU İLƏ İSTİSMARI 

 

§ 1. QUYULARIN FONTAN VURMASININ ƏSASLARI 

 

Quyuların istismarı zamanı laydan maye ilə qaz, yaxud təkcə qaz 



çıxarılır. Laydakı neftdə, adətən, müəyyən miqdarda qaz həll olur ki, bu da 

istər layda, istərsə də quyuda neftin hərəkəti zamanı təzyiqin  düşməsi 

nəticəsində qismən neftdən ayrılır. Həmin qaz təzyiq  altında olduğundan 

müəyyən enerjiyə malik olur. Laydan quyuya içərisində qaz həll olmuş neft 

ilə yanaşı sərbəst qaz da gəlir; bu, şübhəsiz quyudibi təzyiqinin qazın neftdə 

tam həllolma təzyiqindən az olduğu hala aiddir. Sərbəst qaz da təzyiq altında 

olduğundan müəyyən enerjiyə malikdir. 

Qazın enerjisi bir sıra hallarda neftin quyudan yerin 

üstünə çıxarılması, yəni quyunun fontan vurması üçün istifadə olunur.   

Laydan quyunun dibinə hər bir ton neftlə daxil olan enerji: 

Ç



= 10



4

K







−





+ 

0





0

ln









0



M                            (VIII.1) 

ifadəsi ilə tapılır;  

burada p

q

-quzudibi təzyiqi, atm ilə; 

  p

0 

— atmosfer təzyiqi (p



0

=1 atm);  

 

γ —mayenin xüsusi çəkisi, kq/m



3

 ilə;  


  Q

0

—atmosfer təzyqindəki qaz amili, m



3

/t ilə.  

Quyuağzından   axan qazlı maye özu ilə 

Ç

.


= 10

4

K





 .


−

0

+ Q



0



0



ln



 .





0

M                                (VIII.2) 



qədər enerji aparır;  

burada p



q.a

-quyuağzı təzyiqidir, atm ilə. 

Beləliklə, laydan daxil olan enerjidən 

       


Ç = Ç



− Ç



 .

= 10


4

K







−

 .



+ Q

0





0

ln





 .



0



M             (VIII.3) 

qədəri quyuda mayenin qaldırılmasına sərf olunur 

Əgər quyunun dibinə qaz heç gəlməzsə, onda quyuya vurulacaq qazın 

sərfini tapmaq üçün son düsturda Q

0

 yerinə  R



0

  yazmalıyıq (R

0

- quyuya 



vurulacaq qazın sərfidir, m

3

/t ilə): 

             

Ç

% 


= 10

4

#







−



 .

+ ^


0



0



ln



B





 .


$,              (VIII.4) 

burada  p

qaz

 - quyuya vurulan qazın maye axınına qovuşduğu yerdə olan 



təziqdir, atm ilə.  

Quyu təkcə laydan gələn enerji hesabına fontan vurmaq üçün 

        

Ç ≥ Ç


vur

                                           (VIII.5) 



260

 

 

şərti  ödənilməlidir.   (VIII.3)   və   (VIII.4) düsturlarını nəzərə almaqla son 



bərabərsizlik belə yazılar: 

Q

0



ln









 .


≥ ^

0

ln





B




 .


                           (VIII.6) 

Aydındır ki, quyuya vurulacaq qazın sərfi (R



0

)  bir sıra amildən, o 

cümlədən qaldırıcının uzunluğundan (L), diametrindən (d),  başmaq 

təzyiqindən (p

baş

) asılıdır; onda son ifadə əslində belə yazılmalıdır: 



Q

0

ln











 .

≥ ^


0

 , N, 


 ş

, 


 .

 ln




 ş




 .


                     (VIII.7) 

Bu ifadədən görünür ki, quyunun fontan vurması laydan gələn qazlı 

mayenin və qaldırıcının parametrlərindən asılıdır. 

Layda və  quyuda qazlı mayenin hərəkət qanunları başqa-başqa 

olduğuna baxmayaraq, qərarlaşmış axında hər iki hərəkət tənliyində mayenin 

və qazın sərfi eyni və quyudibi təzyiq qaldırıcının başmağındakı təzyiqə 

bərabər olmalıdır (qaldırıcının quyudibinədək endirildiyi nəzərdə tutulur). 

„Lay-qaldırıcı" hidrodinamik sistemın bir üzvünun işində dəyişiklik olan 

kimi, bu dəyişiklik o biri üzvün də işinə təsir göstərir və bu təsir, qərarlaşmış 

axın əmələ gələnədək davam edəcəkdir. 

Quyunun fontan vurması ehtimalı çox olmaq üçün elə şərait yaratmaq 

lazımdır ki, R



0

-ın qiyməti kiçik olsun. Bu isə qaldırıcının optimal rejimdə və 

daha çox dalma dərinliyində işlədiyi vaxt mümkündur.  Qaldırıcının  optimal 

rejim-boruların lazımi diametrdə olması; ən çox dalma  dərinliyi isə-

boruların quyudibinədək   endirilməsi ilə  əldə edilir. Beləliklə qaldırıcının 

başmağındakı təzyiqin quyudibi təzyiqinə bərabərliyini nəzərə alsaq, (VIII.6) 

düsturuna əsasən fontanvurma ehtimalı üçün 

Q

0



 

≥^

0





                                     (VIII.8) 

şərtini yaza bilərik. Qaldırıcı optimal rejimdə  işlədikdə  qazın xüsusi sərfi 

A.P. Krılova görə belə tapılır: 

^

0





=

0,0077   «    −10

 ş

−

 .



N

0,5





 ş


−

 .




                      (VIII.9) 

burada  - qaldırıcının diametridir, düymə ilə. 

 

Bu düsturla qaldırıcının quyudibinədək endirildiyi, yəni  L=H



həmçinin başmaqdakı təzyiqin quyudibi təzyqinə bərabər olduğu güman 

edilir (burada L—quyunun ağzından süzgəcin üst dəliyinədək məsafədir,  m 

ilə). Şübhəsiz ki, 

Ê

d



Ëa„

-ın az olması və quyunun uzun müddət fontan 

vurması üçün p

q.a

  mümkün qədər az götürülməlidir. Deməli, quyuağzı 

təzyiq, qazlı mayeni quyunun atqı xəttinə axıtmaq üçün lazım olan minimal 

təzyiq qədər qəbul edilməlidir. 

(VIII.9)  düsturuna bir də qaldırıcının diametri daxildir ki, bu haqda 

gələcək paraqraflarda bəhs edəcəyik. 



261

 

 

Yuxarıdakı düsturlarda qazın neftdə həll olması nəzərə alınmayıbdır, 



halbuki neftdə qaz təzyiqə  mütənasib olaraq həll olur və beləliklə mayenin 

qaldırılmasında qaz amilinin (Q

0

-ın) yalnız müəyyən  hissəsi iştirak edir. 



p

baş

 və p



q.a 

təzyiqlər arasında 1 t neftdə həll olan qazın həcmi 

                        

Q

p.q



°

=

D





 ş


+

 .


2

                                      (VIII.10) 

ifadəsi ilə tapılır; 

burada 


α - qazın neftdə həll olma əmsalıdır; α ≠ const, lakin hesablamalarda 

adətən 


α - nın qiyməti sabit qəbul edilir. 

Deməli, mayeni qaldırmaqda laydan gələn qazın orta hesabla 

e

a.Œ


°

 

qədəri iştirak etmir, onda mayeni qaldırmaqda iştirak edən qazın sərfi (bunu 



qazın effektli sərfi adlandırırlar) belə tapılır: 

    


Q

ef

= Q



0

+

D



− Q

p.q


°

= Q


0

D



K



 ş



+

 .


2

M                  (VIII.11) 

Neftlə birlikdə su verən quyularda qaz amilini adətən neftə nəzərən 

hesablayır, yəni qaz amilini tapmaq üçün quyudan  çıxan gündəlik qaz 

hasilatını gündəlik neft hasilatına bölürlər. Fontanvurma ehtimalından 

danışarkən hər bir ton neftə deyil, hər bir ton mayeyə  düşən qaz amili 

nəzərdə tutulmalıdır: 

                        

Q

üm

= Q



0

K1 −




100


M                                     (VIII.12) 

burada Q


üm

—mayenin   ümumi   hasilatına düşən  qaz  amili, m



3

/t ilə 

 n

su

 - suyun bütün mayeyə nisbətən faizlə miqdarıdır.  

Quyu neftlə bərabər su verəndə hər 1 t qaldırılan mayedə həll olunmuş 

qazın orta miqdarı 

Q

h.q


= Q

h.q


0

K1 −




100


M =

D





 ş

+

 .



2

K1 −




100


M            (VIII.13) 

olar, bu halda effektli qaz amili: 

Q

üm .ef


= Q

0



D

K





 ş

+

 .



2

− 1M K1 −



100


M             (VIII.14) 

ifadəsindən tapılır. 

Beləliklə, quyunun fontan vurması ehtimalını müəyyən etmək üçün 

(VIII.8) bərabərsizliyini aydınlaşdırmaq lazımdır. Həmin bərabərsizliyin sol 

tərəfinə (VIII.11), yaxud (VIII.14) ifadəsini, sağ tərəfinə isə (VIII.9) 

ifadəsini yazmaq lazımdır. Deməli, quyunun fontan vurması aşağıdakı 

bərabərsizlik zamanı mümkündur: 

&Q

0



+

D

#





 ş


+ 

 .


2

− 1$' K1 −



100


M ≥ 

0,0077    «  −10



 ş

−

 .



N

0,5





 ş


−

 .


 lg

  ş


 .

                             (VIII.15) 

Yuxarıda şərtləşdiyimiz kimi bu ifadə qaldırıcının quyunun  dibinə 

endirildiyi, yəni p



baş



p



q

 halı üçün yazılmışdır. 



262

 

 

Bir sıra halda, xüsusən yenicə istismara verilmiş yataqlarda quyudibi 



təzyiqi qazın neftdə tamamilə həllolma təzyiqindən (p

d

)  yüksək olur. Bu 

halda qaz neftdən layda deyil, quyuda, daha doğrusu,  quyudibindən 

müəyyən qədər yuxarıda ayrılmağa başlayır. Quyunun fontan vurması 

ehtimalını müəyyən etmək üçün belə hallarda da (VIII.15) ifadəsindən 

istifadə etmək olar, bu şərtlə ki, həmin ifadədə p

baş

  əvəzinə  p



d

  yazılmalıdır, 

qaldırıcının uzunluğunu isə quyunun ağzından təzyiqin p

d

 qiymətinə bərabər 



yerədək götürmək lazımdır, yəni 

 =  −


10



−



N



                            (VIII.16) 



Fontan zamanı neftdən qazın ayrılması nəticəsində neft və mayenin 

xüsusi çəkisi dəyişəcəkdir. Bunu nəzərə almaq və hesablamanın dəqiqliyini 

artırmaq üçün yuxarıdakı düsturlarda neftin və  qazın xüsusi çəkisinin orta 

qiymətini yazmaq lazımdır. 

(VIII.15) bərabərsizliyinin sol tərəfi effektli təsir edən qaz amili (Q

ef



adlanır, sağ tərəfi isə 

^

0





-dır, onda həmin bərabərsizlikdən aşağıdakı 

ifadəni yaza bilərik: 

Q

ef



=

0,77   ( −ℎ )

N

0,5


ℎ lg

 


 .

                              (VIII.17) 

burada  L-qaldırıcının dərinliyi, daha doğrusu,  quyunun ağzından doyma 

təzyiqinə müvafiq səviyyəyədək olan məsafədir, m ilə 

 = 10 −



N



−







                           (VIII.18) 

γ

op



- qaldırıcı boruda hərəkət edən mayenin orta xüsusi çəkisidir, q/sm

3

 ilə 




=

 .



(100 



)+



.

 





100

      ;                (VIII.19) 

 .

=

+



 .

2

              ,                             (VIII.20) 



burada 

γ

n



- qazsız neftin nisbi xüsusi çəkisi;  

 

γ



n.l

 - lay şəraitində neftin nisbi xüsusi çəkisi;  

 

γ - lay şəraitində suyun nisbi xüsusi çəkisi; 



 

n

su



 - quyudan çıxarılan mayedə suyun faizidir. 

(VIII. 18) tənliyini L-ə nəzərən həll etsək, 

 =



2



+ ÒK

2



M

2

+



Q

ef

N



0,5

0,77


ℎ lg



N





 ş


                          (VIII.21) 

ifadəsini alarıq.

 

 

Aydındır ki, bu halda quyunun fontan vurması üçün minimal quyudibi 



təzyiq 







=

(− )


10

+ 


N

                            (VIII.22)                  

ilə tapılır. 


263

 

 

(VIII.15) ifadəsi ilə  hesablamanı sürətləndirmək məqsədi ilə  həmin 



ifadənin sağ tərəfi d=2½″, p

q.a


=2 atm və 

γ= 0,9 halı üçün nomoqram şəklində 

ifadə  olunmuşdur (112-ci şəkil). Başqa diametrlər üçün xüsusi sərfin 

qiymətini tapmaqdan ötrü həmin nomoqramdan tapılmış qiyməti müvafiq 

sabit kəmiyyətlərə vurmaq lazımdır:                                    

                                       

1″ qaldırıcı üçün 1,58-ə 

1¼ qaldırıcı üçün 1,41-ə 

1½ qaldırıcı üçün 1,29-a 

 2″ qaldırıcı üçün 1,12-yə 

 3″qaldırıcı üçün 0,912-yə 

4″ qaldırıcı üçün 0,8-a 

 

Yuxarıda, qaldırıcının 



optimal rejimdə işlədikdə qazın 

xüsusi sərfinin (VIII.9) ifadəsi 

ilə tapıldığını qeyd etmişdik. 

Həmin rejimdə qaldırıcıdan 

keçən mayenin optimal hasilatı 

isə: 


Q

opt


2500  N

3





 ş

−

 .





1.5


«    −10

 ş


−

 .


1,5


2,5

               (VIII.23) 

ifadəsilə tapılır. 

Qaldırıcının maksimal hasilatı və qazın buna təvafüq edən xüsusi sərfi 

isə belə hesablanır: 

          






=

2500  N


3

 


 ş

−

 .





1.5


0,5

1,5


 ,                        (VIII.24) 

Q

maks



=

0,0077     

2

N

0,5





 ş


−

 .


 lg

  ş


 .

 .                    (VIII.25) 

(VIII.23) ilə (VIII.24), həmçinin (VIII.9) ilə (VIII.25) ifadələrinin 

müqayisəsindən görünür ki, 






= 




   −10

 ş


−

 .




0,5


 

1,5


  ;               (VIII.26) 

Q

opt



= Q

maks


   −10

 ş


−

 .




0,5


 

1,5


                              (VIII.27) 

Aydındır ki, qaldırıcının diametrini seçərkən, onun maksimal maye 

hasilatını buraxa biləcəyini (VIII.24) ifadəsi ilə yoxlamaq olar. 

 

 



 

10              20              40      60  80  100           200           400    600       1000

200

300


400

500


600

700


800

900


100

0

120



0

150


0

200


0

L =


 250

0

R  m / t

0

3

4

6



8

10

20



30

40

60



80

P  , at

q

112-ci şəkil. 2½″ qaldırıcı üçün 

başmaq təzyiqi ilə qazın xüsusi  

sərfi arasında asılılıq 

264

 

 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin