A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

ELAN EDİLMƏSİ 

 

§1. BİRİNCİ DÜNYA MÜHARİBƏSİNİN BAŞA ÇATMASI 



DÖVRÜNDƏ AZƏRBAYCAN UĞRUNDA BÖYÜK 

DÖVLƏTLƏRİN DİPLOMATİK MÜBARİZƏSİ 

 

Zaqafqaziya  Federativ   Respublikasının  süqutu  Cənubi  Qafqazda   üç 



müstəqil  dövlətin  -  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  respublikalarının 

yaranması ilə nəticələndi. 

1918-c i  il  may   ayının   27-də  a rtıq  keç miş  Zaqafqaziya  Sey min in 

Azərbaycan  fraksiyası  yaranmış  siyasi  vəziyyəti  mü zakirə  etmək   üçün  fövqəladə 

iclas  çağırdı.  Uzun  sürən  müzakirələrdən  sonra  Müvəqqəti  Milli  Şura  yaratmaq 

qərara alındı. Müvəqqəti Milli Şu ranın sədri vəzifəsinə M .Ə.Rəsulzadə ("Müsavat" 

Partiyası  MK-nın  sədri),  İcraiyyə  Ko mitəsinin  sədri  vəzifəsinə  isə  F.X.Xoyski 

(bitərəf) seçild i. 

1918-c i il mayın 28-də  Tiflis şəhərində Azə rbaycan Milli Şurasın sədrin in 

müavin i  Həsən  bəy  Ağayev,  katib  Mustafa  Mahmudov,  Fətəli  Xan  Xoyski,  Xə lil 

bəy  Xasmə mmədov,  Nəs ib  bəy  Yusifbəyli,  Mir  Hidayət  Seyidov,  Nəriman  bəy 

Nərimanbəyov,  Heybətqulu  Məmmədbəyov,  Mehdi  bəy  Hacınski,  Əliəsgər  bəy 

Mahmudbəyov,  Aslan  bəy  Qardaşov,  Sultan  Məcid  Qənizadə,  Əkbər  Ağa 

Şey xülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd  Yusif Cəfərov, Xudadat bəy 

Məlikaslanov,  Rəhim bəy  Vəkilov,  Həmid bəy Şaxtaxtinski, Firidun bəy  Köçərli,   

Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər bəy 

Axundov,  Məhəmməd  Məhərrəmov,  Cavad  Məlik-Yeqanov  və  Hacı  Molla 

Axundzadədən ibarət  tərkibdə A zərbaycanın istiqlaliyyəti haqqında Akt (Əqdnamə) 

qəbul etdi: 

 

 



 

 

 



 

 

 



 

 

260 



 

 

 



§ 2. AZƏRBAYCAN İSTİQLALINI MÜBƏYYİN  

ƏQDNAMƏ 

 

Böyük  Rusiya  inqilabının  cərəyanı  ilə,  dövlət  vücudunun ayrı-ayrı  hissələrə 



ayrılması  ilə,  Zaqafqaziyanın  rus  orduları  tərəfindən  tərkibinə  mövcud  bir 

vəziyyəti-siyasiyyə  hasil  oldu.  Kəndli  qüvveyi-məxsusilərinə  tərk  olunan 

Zaqafqaziya  millətləri  müqəddəratlarının  idarəsini  bizzat  kəndi  əllərinə  alaraq 

Zaqafqaziya Qoşma Xalq Cü mhuriyyətini təsis etdilər. Vəqayi -siyasiyyənin inkişaf 

etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cü mhuriyyəti cüzindən çıxıb 

da müstəqil Gürcü Xalq Cü mhuriyyəti təsisini səlah gördü. 

Rusiya  ilə  Os manlı  imperatorluğu  arasında  zühur  edən  müharibənin 

təsviyyəsi  üzündən hasil  olan  vəziyyəti-hazıreyi-siyasiyyə  və  məmləkət  daxilində 

bulunan misilsiz anarşi  Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana 

dəxi  bulunduğu  xarici  və

 

daxili  müşkü latdan  çıxmaq   üçün  xüsusi  bir  dövlət 



təşkilatı qurmaq lü zu munu təlqin ediyor. 

Buna  binaən  arayi-ü mu miyyə  ilə  intixab  olunan  Azərbaycan  Şurayi-

Milliyyəyi-İslamiyyəsi bütün cəmaətə elan ediyor ki: 

1.

 



Bu  gündən  etibarən  Azərbaycan  xəlq i  hakimiyyət  həqqinə  malik 

olduğu  kibi,  Cənubi-Şərqi  Zaqafqaziyadan  ibarət  Azərbaycan  dəxi  kamiləl-hüquq 

müstəqil b ir dövlətdir. 

2.

 



Müstəqil  Azərbaycan  dövlətinin  şəkli-idarəsi  Xalq  Cü mhuriyyəti 

olaraq təqərrür ed iyor. 

3.

 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  bütün  millətlər  və  bilxassə  həmcüvar 



olduğu millət və dövlətlərlə münasibati-həsəna təsisinə əzm edər. 

4.

 



Azərbaycan Xalq Cü mhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərq i 

gözləmədən  qələmrəvində  yaşayan  bütün  vətəndaşlarına  hüquqi-siyasiyyə  və 

vətəniyyə təmin eylər. 

5.  Azə rbaycan  Xalq   Cü mhuriyyəti  ə ra zisi  da xilində  yaşaya n  bilcümlə  

millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır. 

6.  Məc lisi-Müəssisan  toplanıncaya  qədər  Azərbaycan  idarəsinin  başında 

arayi-ümu miyyə 

ilə 


intixab 

olunmuş 


Şurayi-Milli 

və 


Şurayi- 

Milliyə qarşı məsul höku məti-müvəqqətə durur"

1



Beləliklə,  Azərbaycan  dövlətçiliyi  tarixində  ilk  konstitusiya  aktı  -İstiqlal 



Aktının  qəbulu  ilə  A zərbaycan  dövlətçiliyi  dünyada  Xalq  Cü mhuriyyəti 

formasında elan olundu. 

Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin  yarandığı bəyan 

edilmiş,  onun  hakimiyyətinin  şamil  olunduğu  ərazinin  hüdudları  müəyyənləşdirilmiş, 

həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. İstiqlal Aktında demokratik 


 

 

261 



dövlətə  məxsus atributların  - hakimiyyətin  xalqa  mənsub olması, vətəndaşların  mülki  və 

siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların hər bir kəsin milli, dini, sinfi, silki 

və  cinsi  mənsubiyyətindən  asılı  olmayaraq  azad  inkişafı  üçün  şərait  yaradılması,  ən 

nəhayət,  hakimiyyətin  bölünməsi  kimi  prinsiplərin  dövlət  fəaliyyətinin  əsası  kimi  bəyan 

edilməsi  Azərbaycan  xalqının  suveren,  demokratik,  hüquqi  dövlət  yaratmaq  əzmində 

olduğunu  bütün  bəşəriyyətə  nümayiş  etdirdi.  İstiqlal  Aktı  bəyannaməsi  Azərbaycan 

millətinin  Kulturnation  (millət-mədəniyyət) statusundan tamamilə başqa siyasi-hüquqi və 

mənəvi-psixoloji  statusa  -  Statenation  (millət-dövlət)  statusuna  qədəm  qoyduğunu 

göstərdi. 

İstiqlal Aktının qəbul edildiyi  Milli  Şuranın elə həmin  iclasında  ilk A zərbaycan 

hökumətini təşkil etmək tapşırığı almış Fətəli xan Xoyski Müvəqqəti hökumətin tərkibini 

elan  etdi:  Nazirlər  Şurasının  sədri  və  daxili  işlər  naziri  -  Fətəli  xan  Xoyski  (bitərəf); 

maliyyə  naziri  və  xalq  maarifi  naziri  -  Nəsib  bəy  Yusifbəyli  ("Müsavat");  xarici  işlər 

naziri  -  Məmməd  Həsən  Hacınski  ("Müsavat");  yollar  naziri  və  poçt-teleqraf  naziri  - 

Xudadat  bəy  Məlikaslanov  (Müsəlman  Sosialist  Bloku);  ədliyyə  naziri  -  Xəlil  bəy 

Xasməmmədov ("Müsavat"); əkinçilik naziri - Əkbər Şeyxülislamov ("Hümmət"); hərbi 

nazir - Xosrov-Paşa bəy Sultanov ("İttihad"); ticarət və sənaye naziri - Məmməd-Yusif 

Cəfərov (bitərəf); dövlət nəzarəti naziri - Camo Hacınski (Müsəlman Sosialist Bloku)

2

. Elə 


həmin gün Nazirlər Şurasının sədri F.X.Xoyski bir sıra dövlətlərin xarici işlər nazirliklərinə 

müstəqil  Azərbaycan  Cümhuriyyətinin  yaradılması  haqqında  radioqram  göndərdi. 

Radioqramda  hökumətin  müvəqqəti  yerləşdiyi  şəhərin  Yelizavetpol  (Gəncə)  olduğu 

göstərilirdi

3



1918-ci  ilin  yayında  Azərbaycanda siyasi  vəziyyət ölkədə  ikihakimiyyətlilik 



olması ilə səciyyələnirdi. Belə ki, Azərbaycanın şərq hissəsi (Bakı quberniyası) Bakıda 

fəaliyyət  göstərən  Xalq  Komissarları  Sovetinin  təsiri,  qərb  hissəsi  isə  (Yelizavetpol 

quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti  hökumətinin  hakimiyyəti  altında  idi. 

1918-ci  ilin yayında Azərbaycanın beynəlxalq vəziyyəti olduqca  mürəkkəb  idi. 

Burada Böyük Britaniya, Almaniya və RSFSR kimi üç böyük dövlətin siyasi və iqtisadi 

maraqları  toqquşurdu.  Onların  hər biri  Bakı  neftinə yiyələnmək  istəyir  və bir-biri  ilə 

rəqabət  aparırdı.  Davam  edən  Birinci  dünya  müharibəsi  şəraitində  mübarizə 

obyektlərindən biri də Azərbaycan, o cümlədən onun ayrılmaz hissəsi olan neft  Bakısı 

idi. Dünyanı yenidən bölüşdürmək istəyən böyük dövlətlər üçün həmçinin Xəzər dənizində 

öz hökmranlığını bərqərar etmək cəhdləri səciyyəvi idi. 

Yaxın Şərqdə böyük hərbi qüvvəyə malik olan və Sovet Rusiyasına qarşı hərbi 

müdaxiləni başlayan İngiltərə Bakını onun əlindən almağa və Almaniyanı Bakıya yaxın 

qoymamağa çalışırdı. İngiltərənin baş naziri D.Lloyd Corc öz memuarlarında yazırdı ki, 

"Biz  o  vaxt  əli  qoynunda oturmamışdıq"

4

.  Sonralar  ingilislərin  1918-ci  ildə  Bakıdakı 



hərəkətlərindən yazan İngiltərənin "Tayms" qəzeti bu cəhətin olduqca mühüm etirafı kimi 

yazmışdı: "Biz gəlmişdik ki, Bakın ın neft mədənlərini zəbt edək"

5



İngiltərə  rəhbərliyi  Bakını  işğal  etmək  əməliyyatını  həyata  keçirməyi  İranın 



Ənzəli limanında cəmlənmiş Britaniya hərbi dəstəsinin komandanı general Denstervillə 

 

 

262 



tapşırmışdı: Denstervill Bakıdakı eser, menşevik və daşnaklarla əlaqə yaratdi ki, şəhərin 

işğalı planını hazırlamaqda və həyata keçirməkdə onlardan kömək alsın. 

Daşnak,  menşevik  və  eserlər  cəbhədə  və  cəbhə  arxasında  intizamsızlıq 

törətmək  məqsədilə  öz  pozuculuq  fəaliyyətlərini  gücləndirir,  şəhərdə  vəziyyətin  ağır 

olmasından,  mövcud  ərzaq  böhranının  kəskinləşməsindən  istifadə  edərək,  ingilis 

ordusunun Bakıya dəvət edilməsi üçün geniş təbliğat aparırdılar. Onlar  mətbuatda və 

mitinqlərdə  çıxış  edib  kütlələri  inandırırdılar  ki,  ingilislər  nəinki  Ba kını  qoruyub 

saxlamağa kömək göstərəcək, həm də əhalini ərzaqla  təmin edəcəklər. Əhalinin bir qismi 

bu təbliğatın təsiri altına düşürdü. 

İyun ayında İngiltərə konsulu Mak-Donnelin fəal  iştirakı  ilə  Bakıda eserlər 

tərəfindən sui-qəsdə cəhd edildi, lakin o, uğursuzluqla nəticələndi

6



Neft  mənbələri olan  regionların  zəbt edilməsi o  zaman yanacağa və digər neft 

məhsullarına  kəskin ehtiyac  duyan Almaniya  hökumətinin  də  planlarında  böyük  yer 

tuturdu. 

General  Lüdendorf  belə  hesab  edirdi  ki,  Qafqazı  ələ  keçirməklə  iqtisadi 

blokadanı yarmaq və Almaniyanı iqtisadi cəhətdən gücləndirmək, almanlarda qələbəyə 

inam  oyatmaq  mümkün  olacaq.  Lakin  bunun  üçün,  onun  açıqcasına  etiraf  etdiyi  kimi, 

almanlara "Bakıya gəlib çıxmaq" lazım idi

7



Almaniyanın Qafqazı, o cümlədən Bakını ələ keçirmək cəhdlərinin ciddiliyi və ona 

böyük  əhəmiyyət  verildiyini  Almaniya  Baş  Qərargahının  1918-ci  ilin  iyul  ayında 

Belçikanın  Spa  şəhərində  keçirilmiş  məxfi  müşavirəsi  də  aşkar  şəkildə  göstərirdi. 

Müşavirədə  kayzer  II  Vilhelm,  Hindenburq,  Lüdendorf  və  digər  generallar  iştirak 

edirdilər. 

Lüdendorfun  çıxışında  qeyd  olunmuşdu  ki,  Almaniyanın  strateji  vəzifələrinin 

həlli üçün neft məsələsi fövqəladə əhəmiyyət kəsb  edir və buna görə də Bakını almaq 

lazımdır.  Donanma  idarəsinin  stats-katibi  onun  Bakını  almaq  barədə  fikrini 

dəstəkləyərək  bildirmişdi  ki,  Almaniya  donanmasının  neftə  olan  tələbatı  artır  və  sualtı 

müharibənin sonrakı gedişi onun ödənilməsindən asılıdır

8



Lakin  ordusu  Qərb  cəbhələrində olan Almaniya  Bakını  öz hərbi  qüvvələri  ilə 



zəbt  edə  bilməzdi,  o,  bu  işdə  yalnız  öz  müttəfiqinə  -qoşunları  Qafqaz  İslam  Ordusu 

tərkibində Bakıya hücum edən Türkiyəyə ü mid bəsləyə bilərd i. 

Lakin Almaniyanın bu hücuma münasibəti ikili və olduqca ziddiyyətli mahiyyət 

daşıyırdı: həm onu dəstəkləyir, həm də ondan ciddi ehtiyat edirdi. 

Almaniyanın hakim  dairələrində  Qafqaz İslam  Ordusunun  Bakını ala  biləcəyinə 

inam  yox  idi,  amma  hərbi  əməliyyatların  gedişində  neft  mədənlərinin  məhv  edilə 

biləcəyindən  də  narahat  olurdular.  Bu  məsələ  Almaniyanın  İstanbuldakı  konsulunun 

1918-ci il iyul ayının əvvəlində təqdim etdiyi hesabatında öz  əksini tapmışdı. Hesabatda 

bolşeviklərin  Bakını  möhkəm  mühafizə  etdiyi  göstərilir  və  onun  alınmasının  qeyri-

mümkün olduğu  ifadə edilirdi

9

.  Bu  mülahizələrə əsaslanaraq, konsul Sovet Rusiyası ilə 



"Bakı  məsələsi" üzrə danışıqlar aparmağı təklif  edərək yazırdı: "Əgər biz  bolşeviklərlə 

sazişə gələ bilsək, onda  Bakının neft  mədənləri  və  neft  ehtiyatları  bütövlükdə əlimizə 



 

 

263 



salamat  keçəcək.  Əgər  bunun  əksinə  olaraq,  bolşeviklər  şəhəri  tərk  etməyə  məcbur 

olsalar,  mədənləri  yandıracaqlar  və  onda  nə  biz,  nə  də  türklər  neft  ehtiyatlarından 

istifadə  edə  biləcəyik.  Onlarsız  isə  Qafqaz  dəmir  yollarının  istismarı  te zliklə  

dayanacaq"

10



1918-ci ilin iyul ayında Mərkəz ölkələrinin və Cənubi Qafqaz respublikalarının 



qarşıdakı konfransında iştirak etmək üçün İstanbula göndərilmiş Azərbaycan diplomatik 

nümayəndə  heyəti  belə  mürəkkəb  və  ziddiyyətli  beynəlxalq   vəziyyət  şəraitində 

işləməli  o ldu.  Heyətin  başçısı  M.Ə.Rəsulzadə,  üzvləri  isə  X.Xas məmmədo v 

başqaları  idi".  Nü mayəndə  heyətinə  konfransın  digər  iştirakçıları  (Türkiy ə, 

Almaniya,  Avstriya-Macarıstan,  Bo lqarıstan,  Gürcüstan,  Ermənistan  və  Dağlılar 

Respublikası)  ilə  siyasət,  iqtisadiyyat,  ma liyyə  məsələləri  və  hərbi  problemlər 

barəsində danışıqlar aparmaq tapşırılmışdı

12



Bundan  başqa,  nümayəndə  heyəti  üzvlərinə  Türkiyə  tərəfi  ilə  qapalı 

danışıqlara getmək və mümkün ola bilən separat müqavilə bağlamaq üçün səlahiyyət 

verilmişdi. 

Azərbaycan  nümayəndə  heyətinin  başçısı  M.Ə.Rəsulzadə  özünü  məharətli 

diplomat  kimi göstərərək, həmin vaxt  RSFSR, Alman iya  və Türkiyə arasında Bakı 

neftindən  istifadə  et mə   uğrunda  gedən   diplo matik  da irə lərdə  " Bakı  məsələsi" 

adlandırılan  siyasi  mübarizənin   mərkəzində  o ldu.  A zərbaycan  hökumətinə 

ünvanladığı  hesabatlarında  o,  yaran mış  vəziyyətin  dərin  təhlilini  verir  və  həyata 

keçirilmə li  konkret   tədbirlə r  tə klif  edirdi.  M.H.Hacınskiyə  mə ktubunda  o,  qeyd 

edirdi:  "Sizə  məlu mdur  ki,  neft  haqqında  məsələ  Azərbaycandan  çox  Türkiyə-

Almaniya məsələsidir"

13



Almaniyanın  İstanbuldakı  səfiri  Bernsdorf,  öz  ölkəsinin  hakim 

dairələrinin  ehtiyatlandığını  ifadə  edərək,  M.Ə.Rəsulzadədən  Bakının  bolşeviklər 

tərəfindən  dağıdılması  təhlükəsi  haqqında  məlu mat  verməsini  xahiş  etmişdi

14



İstanbul  konfransının  keçirilməsində  Almaniya  öz  məqsədlərini  güdürdü.  Alman 

qoşunlarının  Gürcüstanda  yerləşən  məhdud  kontingenti  Türkiyəyə  müqavimət 

göstərmək  və  ya  Bakını  tutmaq  üçün  kifayət  deyildi.  Buna  görə  də  Qafqaz 

siyasətində Almaniya yalnız diplo matik kanallardan istifadə etməyə çalışırdı.  

M.Ə.Rəsulzadə  o  günlərdə  M.H.Hacınskiyə  yazırd ı  ki,  Alman iya  və 

Türkiyə  Bakı  məsələsinə  mü xtəlif  cür  yanaşır.  Neft  mədənlərinin  bolşeviklər 

tərəfindən  dağıdılacağından  ehtiyat  edərək,  almanlar  onlarla  razılığa  gəlib  neftin 

alın ması  haqqında  saziş  bağlamağa  meyl  göstərir.  Daha  sonra  o,  Türkiyə  və 

Almaniya tərəfləri arasında Qafqaz  haqqında  məsələyə  aid  ziddiyyətlərin  olduğunu 

da qeyd edirdi

15



İstanbuldan  göndərdiyi  digər  məlu matında  M.Ə.Rəsulzadə  yazırd ı  ki, 



"neft  məsələsində  vasitəçilik  edərək,  türklər  almanlardan  is tifadə  etmək  istəyir, 

halbuki a lman lar be lə sövdəyə razılıq vermir‖

16



Bakı  nefti  uğrunda  mübarizən in  fəal  iştirakçısı  olan  Sovet  Rusiyası  isə 



onu həm hərbi, həm də dip lo matik yolla ö z əlində saxla mağa çalışırd ı. 

 

 

264 



Lenin in  rəhbərlik  etdiyi  RSFSR  höku məti  bölgəyə  kifayət  qədər  qoşun 

göndərmək  imkan ı  olmad ığına  görə  məqsədlərinə  diplo matik  xarakterli  tədbirlər 

vasitəsi  ilə  nail  olmaq  ü midində  idi.  O,  b ir  tərəfdən,  A lmaniya  və  onun 

müttəfiqlərindən  Brest  müqaviləsinin  şərtlərinə əməl olun masını və  Qafqaz İslam 

Ordusunun  Bakıya  hücumunun  dayandırılmasını  tələb  edir,  d igər  tərəfdən  isə 

Almaniyaya müəyyən iqtisadi güzəştlər et məyə, o cü mlədən Ba kıdan aldığ ı neft in 

bir h issəsini ona verməyə razı olduğunu bildirird i.  

Bu  mü lahizələri  müsbət qarşılayıb nəzərə alan Alman iya höku məti Sovet 

Rusiyası  ilə  "Bakı  məsələsi"  barədə  danışıqlardan  imtina  etmird i.  Danışıqlar  hələ 

1918-c i  ilin  iyun  ayında  başlanmışdı.  Onun  gedişində  Almaniya  höku mət i  Sovet 

səfirin in  nəzərinə  çatdırmışdı  ki,  onların  yalnız  müəyyən  həcmdə  Bakı  nefti 

alacaqlarına  təminat  verildiy i  halda,  Türkiyə  Bakıya  hücumunu  dayandır mağa 

məcbur ed iləcək. 

İyulun  7-də  V.İ.Len in  Saritsında  olan  İ.V.Stalinə  göndərdiyi  teleqramda 

yazırdı ki, almanlara neftin bir hissəsini alacaqlarına təminat  verildiyi halda, Türkiyə 

qoşunlarının  Bakıya  hücumunu  dayandırmalarına  razı  olduqları  barədə  Alman iya 

hökumətin in  Berlindəki  rus  səfirinə  etdiyi  təklifindən  Şau myanı  xəbərdar  etsin. 

Lenin : -deyirdi

17

 "Əlbəttə ki, b iz razı o lacağıq". 



Stalin  Şau myana göndərdiyi məktubunda "Zaqafqaziya məsələsində bizim 

ümu mi siyasətimiz ondan ibarətdir  ki, biz alman ları gürcü, erməni və Azərbaycan 

məsələlərinin  Rusiyanın daxili  işi olduqların ı rəs mən tanımağa  məcbur etməliyik

18

 



- qeydindən sonra bild irird i ki, a lmanla r Ba kın ın RSFSR-də qa lması ilə razılaşaraq, 

onlara  müəyyən  qədər  neft   ayrılmasın ı  istəyirlə r  və  bu  xahişi  yerinə   yetirmək 

olar

19



Beləliklə, döyüşən Qafqaz  İslam  Ordusunun arxasında gizli sövdə aparan 

Almaniya və RSFSR Bakının taleyin i həll etmək fikrində id ilər. 

Yaran mış  vəziyyətdə  Azərbaycan  hökumətinin  Bakı  üzərində  qanuni 

hüquqların ın  təsbiq  edilməsi  olduqca  çətin  görünürdü.  Türkiyə  və  Almaniyanın 

maraqları ilə hesablaşmaq, onlarla ko mpro misə nail olmaq lazım gəlirdi. 

Almaniya  və  Türkiyə  ilə  danışıqların  aparılması  haqqında  məsələ 

Azərbaycan hökumətin in üzv ləri  ilə İstanbuldakı dip lo matik nü mayəndə heyətinin 

başçısı  arasında  sonrakı  məktublaş mada  da  əsas  yer  tuturdu.  M.Ə.Rəsulzadənin 

məktublarından birində deyilird i: " Görünür, b iz, alman lara  Bakıda  məlu m  iqtisadi 

güzəştlər təqdim etməli olacağıq"

20



Xarici  işlər  naziri  M.H.Hacınskinin  1918-ci  il  iyul  ayın ın  əvvəlində 



İstanbula göndərilmiş məktubunda M.Ə.Rəsulzadəyə təklif ed ilirdi ki, o, Alman iya 

və  Türkiyəni  Azərbaycan  hökumətinin  onların  maraqlarının  ödənilməsinə  hazır 

olduğuna  inandırsın:  "Türkiyə,  Azərbaycan  və  Almaniyanın  maraqların ın 

uzlaşdırılması  üçün  zə min  tapın.  Bu  zəmin  Bakı  nefti  haqqında  iqtisadi 

razılaş madan ibarətdir. Burada gü zəştlərə getmək o lar"

21



Azərbaycanın 

ərazi 


bütövlüyünün 

təmin 


olun ması 

məqsədilə 



 

 

265 



M.Ə.Rəsulzadə  Tü rkiyə  höku mətin in  rəhbərləri  Ənvər  Paşa,  Tələt  Paşa  ilə, 

həmçinin  Almaniyanın  səfiri  Bernsdorfla  xüsusi  görüşlər  keçirird i.  Bu  görüşlərin 

birində  söhbət  zamanı  bəhs  edilən  məsələyə  yüksək  maraq  göstərən  Bernsdorf 

Rəsulzadədən soruşmuşdu: "Siz İstanbuldakı konfransda Azərbaycanın sərhədlərini 

müəyyən  etməy i  lazım  b ilirsinizmi?"  Azərbaycanın  daxili  işlərinə  bu  cür 

müdaxiləni  arzuolun maz  hesab  edən  M.Ə.Rəsulzadə  ona  cavab  vermişdi  ki, 

Azərbaycan hökuməti bu məsələni  müstəqil həll edəcək  və öz qərarını  müttəfiqlərə 

bildirəcək

22



Azərbaycan  Cü mhuriyyətin in  qərb  sərhədləri  haqqında  məsələ  İstanbul 



konfransında  xüsusi  müzakirə  mövzusu  olmuşdu.  Müzakirə  üçün  əsas 

M.H.Hacınskinin  göndərdiyi  xəritə  idi.  A zərbaycanın  Tiflisdəki  d iplo matik 

nümayəndəsi  M.Y.Cəfərovun  Gürcüstandakı  Almaniya  qoşunlarının  komandanı 

general fon Kresslə görüşündə də qərb sərhədləri barədə söhbət getmişdi

23



Azərbaycanın  şərq  hissəsi  respublikadan  müvəqqəti  təcrid  vəziyyətində 



olduğu üçün hökumət ciddi  maliyyə çətinliyi çəkird i.  1918-ci  ilin iyun ayında baş 

nazir  F.X.Xoyski  İstanbulda  olan  M.Ə.Rəsulzadəyə  bu  barədə  yazırdı  ki, 

hökumətimizin  hazırda  pula  ço x  böyük  ehtiyacı  var.  İndi  normal  borc  almaq  ço x 

çətindir. Əsasən ona görə ki, Bakı bizim əlimizdə deyil

24

. Onun sözlərinə görə, ssuda 



kimi  3  milyon  lirəyə  qədər  vəsait  ayıra  bilən  Türkiyənin  kö məyinə  ü mid  olmaq 

lazım idi

25



Maliyyə  məsələsi  sonralar  da  kifayət  qədər  kəskin   olaraq  qalırdı.  Baş 



nazir  F.X.Xoyski  Türkiyəyə  göndərdiyi  digər  məktubunda  maliyyə  vəsaitlərin in 

olmamasını, göndərilən nü mayəndə heyəti  ilə birlikdə bu  istiqamətdə ən təcili v ə 

təsirli tədbirlər görməyin  vacibliyin i M.Ə.Rəsulzadənin diqqətinə çatdırır və ondan 

borc  əldə  etməyə  çalış masını,  dərhal  heç  olmasa  1  milyon  Türkiyə  lirəsi  gön-

dərməsin i xahiş edird i

26



 

 

 

 

 

 

§ 3. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ 

HAKİMİYYƏTİNİN ÖLKƏNİN BÜTÜN ƏRAZİSİNDƏ 

BƏRQƏRAR EDİLMƏSİ 

 

1918-c i  ilin  yazı  və  yayında  Azərbaycanın  mü xtəlif  yerlərində,  o 



cümlədən  Şimali-Şərq  regionunda  -  Quba  və  Xaçmaz  bölgələrində  hərbi 

əməliyyatlar  gedirdi.  Könüllü   azərbaycanlı  dəstələri  " Bakı-Petrovsk"  dəmir  yol 

xətti boyunca fəaliyyət göstərirdi.  Korqanov etiraf etməyə  məcbur o laraq demişdi 

ki,  müsavatçılar  onlara  qarşı  partizan  müharibəsi  aparır,  dəmir  yol  aramsız 



 

 

266 



dağıdılır

27



Azərbaycanlıların  könüllü  dəstələri  və  Bakı  XKS-n in  qoşunları  arasında 

Quba  uğrunda  gərgin  döyüşlər  gedirdi.  Şəhər  iki  dəfə  əldən -ələ  keçmişdi.  Əsasən 

erməni  qulduru  Hamazaspın  başçılıq  etdiyi  daşnaklardan  ibarət  sovet  hökumət 

orqanları yerli əhaliyə amansız divan tutur, Hamazaspın cinayətkar daşnak dəstəsi 

Quba-Xaç ma z bölgəsində dəhşətli vəhşiliklə r törədirdi.  

Bu  hadisələr  barədə  Azərbaycan  Cü mhuriyyəti  höku mətinin  yaratdığı 

fövqəladə  İstintaq  Komissiyasının  üzvü  Novatskinin  həmin  ko missiyanın  sədrinə 

"Quba və Quba qəzası kəndlərinin dağıdılması  və adı çəkilmiş şəhər və  kəndlərin 

sakinləri  ü zərində  edilmiş  zorakılıq  haqqında"

28

  adlı  məruzəsində  təfərrüatı  ilə 



məlu mat verilmişdir. 

Həmin  sənəddə  göstərilir  ki,  1918-ci  ilin  aprel  ayında,  Bakı  və  Bakı 

quberniyası bolşeviklərin əlində olan zaman, onların nü mayəndəsi David  Gelovani 

187  silahlı  əsgərdən  ibarət  dəstə  ilə  Qubaya  gəlir  və  özünü  Quba  qəza  ko missarı 

elan edərək, əhalidən dərha l sovetlərin hakimiyyətin i tanımağı tələb edir. Qubalılar 

onun bu tələbini yerinə yetirməyə məcbur olurlar. 

Lakin  bolşeviklərin  bu hərəkəti cavabsız qalmadı və az  müddətdən sonra 

ətraf  kəndlərin əhalisi onlara qəfil hücu m etdi.  Özünü itirmiş  Gelovani dəstəsi ilə 

şəhəri  tərk  etdi  və  buradakı  bütün  xris tian  əhalini  də  zor  gücünə  özü  ilə   apardı. 

Qəzəb lən miş əhali onları təqib edir və atəşə tuturdu. Atışma zamanı mülki əhalidən 

bir neçə adam ö ldürüldü. 

1918-c i  il  mayın  1-də  daşnak  qulduru  Hama zaspın  başçılıq  etdiyi  və 

yalnız ermənilərdən ibarət o lan cinayətkar dəstə şəhəri mühasirə edib atəşə tutmağa 

başladı. Şəhərin alın ması müsəlman əhalinin kütləvi surətdə öldürülməsi və hər cür 

zorakılıqlara  düçar  edilməsi  ilə  müşayiət  olunurdu.  Ümu miyyətlə,  iki  minə  qədər 

kişi, qadın və uşaq öldürüldü. 

Hamazaspın dəstəsi Qubaya gəlib çatana qədər hərəkət etdiyi yol  boyunca 

dəmir  yo lun  hər  iki  tərəfində  yerləşmiş  müsəlman  kəndlərinə  hücum  edib  onları 

yandırmış, darmadağın edib  əmlakını tala mış, nə qadın, nə də uşaqlara rəh m etmiş, 

qaçıb  gizlən məyə  macal  tapmayan  sakinləri  yerindəcə  öldürmüşdü.  Bu  hadisələr 

zamanı Quba qəzasında 122 kənd viran edilmişdi

29



Lakin  cəbhənin ən mühüm hissəsi Kürdəmir istiqamətində idi. Bakı XKS-

nin əsas qüvvələrinin Gəncə istiqamətində hücumu məh z buradan keçirdi.  

Azərbaycan  hökumətinin  hərb i  qüvvələri  sovet  qoşunlarının  hücumlarını 

dayandırmaq  və  müdafiə  olun maq  üçün  kifayət  qədər  deyildi.  Belə  şəraitdə 

kənardan  hərbi  kö mək  tələb  olunurdu.  M.Ə.Rəsulzadə  yazırdı  ki,  o  zaman 

yaranmış  şəraitdə  yalnız  Türkiyəyə  ümid  qalırdı  və  bu  qardaş  millət  Azərbaycanı 

düşmənlərin əlindən qoparıb almalı id i

30



Bir sıra  mətbuat orqanlarında qeyd olunduğu kimi, A zərbaycan hökuməti 

dərk edirdi  ki, Azərbaycanın ö z qüvvəsi ilə hüquqi dövlət qurması, ölkədə qayda-

qanun yaratması  mü mkün deyil. "Partiya  mənsubiyyətindən asılı olmayaraq, Milli 


 

 

267 



Şuranın  bütün  üzvləri  əmin  id ilər  ki,  xalqı  Bakıdakı  bolşevik  hərəkatından  və 

dağıdıcı  anarxiyadan  yalnız  kənar  qüvvə  xilas  edə  bilər,  bütün  fikir  və  səylər 

Bakın ı  tez  b ir  za manda  düşmən  qüvvələrdən  xilas  etməyə  yönəlmişdi;  Milli 

Şuranın  bütün  daxili  imkanları  tükən mişdi"

31

.  N.Yusifbəyli  yaran mış  vəziyyəti 



səciyyələndirərək  deyird i:  "Təkcə  biz  A zərbaycan  türklərində  deyil,  həm  də 

Zaqafqaziyanın  bütün  ərazisində  mövcud  olan  bu  cür  böyük  miqyaslı  anarxiya  

bizim ö z qüvvələrimizlə aradan qaldırıla bilməz; şərqdən bolşeviklərin  hücumu  isə 

vəziyyəti  daha  da  ağırlaşdırır.  Be lə  bir  vəziyyətdə,  bizim  acizliyimiz  şəraitində 

özü müzü  qoru maq  üçün  xarici  qüvvəyə  müraciət  etməkdən  başqa çarəmiz  qalmır. 

Bu  halda  biz  sevinə  bilərik  ki,  buraya  gəlməli  olan  xarici  qüvvə  dost  və  qardaş 

Türkiyədir"

32



1918-c i  il  iyunun 4-də  Osman lı  imperiyası  ilə  Azə rbaycan Cü mhuriyyəti 

arasında  dostluq  haqqında  müqavilə  imzalandı.  Bu,  A zərbaycan  Xalq 

Cü mhuriyyətinin  hər  hansı  bir  xarici  dövlətlə  bağlad ığı  ilk  müqavilə  idi.  Onun 

müqəddiməsində  deyilirdi:  "Bir  tərəfdən,  Os manlı  imperiyası  və  digər  tərəfdən, 

suverenliyin i  e lan  etmiş  Azərbaycan  Cümhuriyyəti  hökuməti  öz  ölkə ləri  arasında 

siyasi,  hüquqi,  iqtisadi  və  intelle ktual  əsasda  səmimi  dostluq  münasibətlərin in 

təsbit edilməsi üzrə qarşılıq lı sazişə gəlir"

33



Müqavilənin  birinci  maddəsi  Os manlı  imperiyası  və  Azərbaycan  Xalq 

Cü mhuriyyəti  arasında  daimi  sülh  və  möhkəm  dostluğun  yaradılacağını  təsdiq 

edirdi.  İkinci  maddə  Osman lı  imperiyası  və  A zərbaycan,  Gürcüstan,  Ermən istan 

arasında  dövlət  sərhəd  xəttinin  müəyyənləşdirilməsinə  aid  idi;  burada  həmçin in 

Azərbaycan  və  Türkiyə  arasında  geniş  dövlət  sərhədi  zolağı  o lması  nəzərdə  tutu-

lurdu.  Müqavilənin  üçüncü  maddəsinə  əsasən,  Azərbaycan,  Gürcüstan  və 

Ermənistan dərhal öz aralarında sərhədləri müəyyənləşdirən və həmin  müqavilən in 

bir h issəsini təşkil edən protokollar imzalamalı və bu barədə Os manlı höku mətinə 

məlu mat verməli idilər, 

Azərbaycan üçün həmin vaxt ən ço x əhəmiyyəti olan dördüncü maddədə 

göstərilird i  ki,  Osman lı  höku məti,  əgər  zəruri  olarsa,  sülh  və  əmin-amanlığ ın 

möhkəmləndirilməsi,  ölkənin  təhlü kəsizliyin in  təmin  edilməsi  məqsədilə 

Azərbaycan Cü mhuriyyətinə hərbi kö mək göstərməy i ö z ü zərinə götürür. 

Müqavilənin  beşinci  maddəsinə  əsasən,  Azərbaycan  hökuməti 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  sərhədboyu  ərazilərindəki  mövcud  quldur 

dəstələrin in tərk-silah ed ilib zərərsizləşdirilməsini ö z öhdəsinə götürürdü. 

Müqavilənin  sonrakı  beş  maddəsində  tərəflərin  dəmir  yol  yüklərin in 

daşınması ü zrə öhdəlikləri,  konsulluqlar  konvensiyası, ticarət  müqaviləsi  və  digər 

aktların hazırlan ması, ö lkələrə sərbəst gəlmə, Azərbaycan Beynəlxalq Poçt-Teleqraf 

Birliy inə  daxil  olanadək  qarşılıqlı  poçt-teleqraf  əlaqələri,  tərəflərin  arasında 

bağlanan  həmin  müqaviləyə  zidd  olmayan  Brest  sülh  müqaviləsin in  qüvvədə 

olması barədə razılaşmalar əksini tapmışdı. Sonuncu - on birinci maddədə göstərilirdi ki, 

müqavilə  bir  ay  ərzində  ratifikasiya olunandan sonra  mətnlərin  mübadiləsi  İstanbulda 


 

 

268 



həyata keçiriləcək

34



Osmanlı  imperiyası  ilə  müqavilənin  bağlanması  Azərbaycan  dövlətçiliyinin 

beynəlxalq  aləmdə  təsdiq  edilməsi  və  Azərbaycan  türk  millətinin  müstəqilliyinin 

saxlanılmasında zəruri addım idi. 

Müstəqil  Azərbaycanın  həyatında  mühüm  əhəmiyyətə  malik  olan  bu  müqavilə 

Azərbaycana osmanlı hərbi qoşun hissələrinin göndərilməsinin  mümkünlüyünü də nəzərdə 

tuturdu.  Nuru  Paşa  Müsəlman  Korpusunun  vəziyyəti  ilə  tanışlıqdan  sonra  Türkiyə 

qoşunlarının  Baş  komandanlığına  göndərdiyi  məktubunda  bildirmişdi  ki,  osmanlı  qoşun 

hissələri  Azərbaycana  gəlməsə,  burada  genişlənən  bolşevik  təcavüzünün  qarşısını  almaq 

mümkün  olmayacaq.  Bu  qoşun  hissələrinin  Azərbaycana  göndərilməsi  hüquqi  cəhətdən 

məhz  iyunun  4-də  imzalanan  həmin  müqavilədə  öz  əksini  tapdı.  Müqaviləyə  hərbi 

kömək haqqında maddənin salınması əslində o demək idi ki, Qarabağın dağlıq hissəsində 

azğınlıq edən erməni quldur dəstələri məhv ediləcək və xarici düşmənlərdən təmizlənmiş 

Bakıda əmin-amanlıq və təhlükəsizlik bərqərar o lunacaq. 

Beləliklə,  bir  hissəsi  bolşevik  diktaturasının əlinə  keçmiş öz  torpaqları üzərində 

siyasi hakimiyyətini təsdiq və ərazi bütövlüyünü tam bərpa etməsi işində Azərbaycan Xalq 

Cümhuriyyətinə kömək etməkdən ibarət tarixi missiyanı Türkiyə öz öhdəsinə götürürdü. 

Müqaviləni  Azərbaycan  tərəfindən  Milli  Şuranın  sədri  M.Ə.Rəsulzadə  və 

xarici işlər naziri M.H.Hacınski, Türkiyə tərəfindən isə xarici işlər naziri Xəlil bəy və Qafqaz 

cəbhəsinin Baş komandanı Vah ib Paşa imzaladılar. 

Batum  konfransı son nəticə  etibarilə  Tiflis quberniyasının Axalkələk  və  Axalsıx 

qəzalarını, Batum və Qars vilayətlərini, İrəvan quberniyasının 1 milyon 250 min nəfərlik 

əhalisinin böyük əksəriyyəti yerli müsəlmanlar olan Sürməli qəzasını özünə birləşdirən Tür-

kiyənin xeyrinə başa çatdı

35



Batum müqaviləsinə əsasən, Türkiyə ordusunun hərbi kontingenti olan 5 və 15-ci 

diviziya Azərbaycan Cümhuriyyətinə köməyə göndərildi.  Əvvəlcə,  Türkiyə ordusunda ən 

yaxşı diviziyalardan sayılan  5-ci diviziya gəldi.  Birinci dünya  müharibəsi  zamanı  Dardaneli 

müdafiə etdiyinə görə o, "Çanaqqala diviziyası"  adını  almışdı.  Vahib  Paşa  Nuru  Paşaya 

göndərdiyi teleqramda xüsusilə qeyd etmişdi ki, ona ən yaxşı diviziyanı göndərmək lazımdır

36



Onun  ardınca gəlmiş  15-ci  diviziya da  çox  təcrübəli  və ən döyüşkən hərbi  hissələrdən 

ibarət idi, 1914-1915-ci illərdə Süveyş cəbhəsindəki döyüşlərdə fəal iştirak etmişdi

37



Kö məyə  gələn   Türkiyə  qoşunları  Gəncə  quberniyasına  iyun  ayında  daxil 



oldu.  Başda  Nuru  Paşa  olmaqla  Qafqaz  İslam  ordusunun  qərargahı  Gəncə  şəhərində 

yerləşdirildi. 

Azərbaycan  əhalisi  müttəfiq  Türkiyə  qoşunlarını  böyük  sevinclə  qarşılayır  və 

onların  gəlişini  bayram  edirdi.  Yevlax  və  Gəncədə  Nuru  Paşaya  duz-çörəklə  ehtiram 

göstərir,  M.Ə.Rəsulzadənin sözlərinə  görə,  onu hər yerdə göydən enmiş  xilaskar  mələk 

kimi alqışlayırdılar

38



Tiflisdəki  18  günlük  fəaliyyətdən  sonra  Milli  Şura  və  hökumət  1918-ci  il 



iyunun  16-da  Gəncəyə  köçdü.  Lakin  burada  fəaliyyət  göstərmək  o  qədər  də  sakit  və 

maneəsiz  olmadı.  Çünki Azərbaycanın hər yerindən  Gəncəyə axışan burjua-mülkədar və 



 

 

269 



klerikal  dairələrdən  olan  nümayəndələrin  məhdud  dünyagörüşlü  mürtəce  hissəsi  Milli 

Şura  və  hökumətin  demokratik,  inqilabi  əhvali  ruhiyyəli  şəxslərdən  təşkil  olunmasını 

istəmirdi. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya 

qarşı  fəal  kampaniya  aparırdı.  Gəncədə  yerləşən  Qafqaz  islam  ordusunun  bölmələri 

komandanlığı ilə milli hökumət üzvləri arasındakı münasibətlər də çox gərgin idi. General 

Nuru  Paşanın  müstəqil  dövlətin  daxili  işlərinə  qarışaraq,  F.X.Xoyskinin  başçılıq  etdiyi 

kabinetə  etimadsızlıq  göstərməsi  siyasi  böhranla  nəticələndi.  Milli  Şuranın  üzvlərindən 

ibarət nümayəndə heyətinin  Nuru  Paşa  ilə görüşmək  cəhdləri uğursuz oldu.  Onlar yalnız 

Nuru Paşanın müşaviri Əhməd bəy Ağayevlə görüşə bildilər. Həmin görüşdə Ə.Ağayev Milli 

Şuranın   buraxılmasında  və  Nuru  Paşa  tərəfindən  yeni  hökumət  kabinetin in   təşkil 

olunmasında israr edib, əks təqdirdə türklərin hökuməti dəstəkləməyəcəklərini b ild ird i

39



Türkiyə  qoşunları  komandanlığının  hərəkətləri  Milli  Şuranın  radikal  cinahının 

üzvləri N.Yusifbəyli, M.Y.Cəfərov və D.Vəkilovun etırazlarına səbəb oldu. Bu məsələdə 

onları sosialistlər dəstəklədi. İttihadçılar isə türkiyəpərəst mövqe tutdu. 

Milli  Şuranın  buraxılması  ərəfəsində  "Hümmət"  fraksiyası  etiraz  əlaməti 

olaraq onun tərkib indən çıxdığ ını elan etdi. Siyasi vəziyyət daha da gərginləşdi. 

1918-ci  il  iyunun  17-də  iclasını  keçirən  Milli  Şura  Türkiyə  qoşun ları 

ko mandanlığının  təzyiqi  nəticəsində  yeni  hökumət  təşkil  etməyə  və  özünün  bütün 

vəzifələrin i ona verməyə məcbur o ldu. 

"Müsavat"  partiyasının  lideri  M.Ə.Rəsulzadə  yaranmış  bu  vəziyyəti 

qiymətləndirərək  demişdi  ki,  "...A zərbaycanın  müvəqqəti  paytaxtı  olan   Gəncədə 

naqis  də  olsa  milli  hakimiyyəti  təmsil  edən  b ir  qurumun  bu  şəkildə  meydandan 

çəkilmək  məcburiyyətində  qalması,  heç  şübhəsiz,  demokratiyanın  "bir  rişəti  və 

qəvayi-mürtəcenin b ir müvəffəqiyyətidir"

40



İyun  böhranı  nəticəsində  fəaliyyətini  müvəqqəti  olaraq  dayandıran  Milli 

Şura  öz  tarixi  missiyasını  Azərbaycanın  dövlət  müstəqilliy ini  ço x  çətin  və 

mürəkkəb bir  mərhələdə bütün çətinlikləri dəf edərək qoruyub saxlamaq vəzifəsini 

yerinə yetirdi. 

1918-c i  il  iyunun 17-də  keçirilmiş ic lasda Milli Şuranın  qalan ü zvlərin in 

iştirakı ilə "Müsavat" fraksiyası, b itərəflər və  ittihadçılardan  ibarət yeni kab inetin 

tərkib i təsdiq edild i

41



Kabinetin  tərkibinə  aşağıdakılar  daxil  o ldu:  F.X.Xoyski  -  Nazirlər 

Şurasının sədri və ədliyyə naziri; M.H.Hacınski -  xarici işlər naziri; B.X.Cavanşir - 

daxili işlər naziri; X.Məlikaslanov - yollar naziri;  Ə.Ə.Əmircanov -  maliyyə naziri; 

X.P.Su ltanov  -  əkinçilik  naziri;  N.Yusifbəyli  -  xa lq  maa rifi  və  etiqadlar  na ziri; 

A.Aşurov -ticarət və sənaye naziri;  X.Rəfibəyov -  xalq səhiyyəsi və himayədarlıq 

naziri.  Bundan  əlavə,  müvəqqəti  olaraq  Poçt  və  Teleqraf  Na zirliyi 

X.Məlikaslanova,  Ərzaq  Nazirliyi  -  A.Aşurova,  Dövlət  Nə zarəti  Nazirliy i  isə 

M.H.Hacınskiyə tapşırıldı

42



Höku mət  iyun  ayın ın  23-də  A zərbaycanda  yaranmış  gərgin   vəziyyəti 



nəzərə alaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi

4J



 

 

270 



Yenidən  təşkil  edilən  höku mət  kabinetində  hərb i  nazir  vəzifəsi  yo x  id i. 

Hərbi Nazirliyin ləğv edilməsinə, heç şübhəsiz ki, tarixi şərait öz təsirin i göstərdi. 

Müsəlman  korpusu Azərbaycan  hökumətinin  qərarı  ilə  1918-ci  il  iyunun 

26-da Azərbaycan korpusu adlandırıld ı.  Hə min il avqust ayının 13-də Qafqaz İslam 

Ordusu  komandanının  əmri  ilə  Azərbaycan  korpusu  ləğv  edildi  və  onun  yenidən 

qurulmasına  başlandı.  General-leytenant  Ə.Şıxlinski  yenidən  qurulmasına  başlanan 

Azərbaycan korpusunun komandiri vəzifəsində saxlandı

44



Bu  mərhələdə  Azərbaycan  rəhbərliyinin  qarşısında  duran  ən  mühüm  vəzifə 

əvvəlcə  Bakını bolşevik-daşnak  işğalından  xilas  etmək və sonra  gənc  müstəqil dövlətin 

ərazi bütövlüyünün bərpasına nail olub müdafiəsini təşkil etmək idi. Buna görə də Qafqaz 

İslam  Ordusunun  Komandanı  Nuru  Paşa  öz  qoşunlarına  müraciətində:  "Bizim 

məqsədimiz - Bakıdır"

45

 - demiş və onun düşmən qüvvələrindən təmizlənməsini ən vacib 



həyati məsələ kimi məqsəd seçildiyini vurğulamışdı. Çünki Azərbaycanı Bakısız təsəvvür 

etmək mümkün deyildi və hər şey onun azad edilməsindən başlanmalı idi. 

Bütün  Cənubi  Qafqazı  Sovetlərin  bayrağı  altında  birləşdirmək  istəyən 

bolşeviklər  yaxşı  anlayırdılar  ki,  bu  istiqamətdə  əsas  maneə  müstəqil  Azərbaycan 

dövlətinin  varlığıdır.  Ona  görə  də  Bakı  XKS-nin  rəhbərliyi,  Sovet  Rusiyasının  hərbi 

yardımına  arxalanaraq, bütün  mövcud qüvvələrini səfərbərliyə  alıb  Gəncəyə qəti hücuma 

keçməyi və bununla da hərbi üstünlük qazanmaq niyyətini həyata keçirməyi qərarlaşdırdı. 

Azərbaycan-Türkiyə  birləşmiş  qoşunları  ilə  XKS-nin  qoşunları  arasında  ilk 

döyüş  iyunun  16-18-də  Göyçaydan  20  verst  şərqdə  yerləşən  Qaraməryəm  kəndi 

yaxınlığında  baş  verdi.  Burada  Türkiyənin  10-cu  alayı  vuruşur,  düşmənlər  Qaraməryəm 

kəndini ələ keçirə bilsə də, qızğın döyüş əməliyyatlarını davam etdirirdi. 

İyunun  19-da  xüsusi  qatarla  cəbhəyə  gələn  Nuru  Paşa  elə  həmin  gün  Şərq 

Ordular  Qrupu qoşunlarının  komandanına  5-ci diviziyanın sovet qoşunları hücumunu  xeyli 

itki bahasına dayandırdığı haqqında məlumat verdi. Lakin sonrakı günlərdə Bakı XKS-nin 

qoşunları yenidən Göyçaya tərəf irəliləyə bilmişdi. 

Cəbhədəki  vəziyyətlə  əlaqədar  olaraq  xarici  işlər  naziri  M.  H.  Hacınski 

M.Ə.Rəsulzadəyə yazırdı: "Cəbhədə vəziyyətimiz  yaxşı deyil.  İrəli gedə bilmirik''.  Bundan 

sonra o, Ənvər Paşa qarşısında tez bir zamanda Türkiyədən daha bir diviziya göndərilməsi 

barədə təkidlə  məsələ qaldırmağı  xahiş  edirdi

46

. Az sonra M.Ə.Rəsulzadə ona cavabında 



bildirdi ki, Ənvər Paşanın sərəncamı ilə Azərbaycana yeni alaylar göndərilir və Nuru Paşa 

artıq təsdiq edib ki, hücumu davam etdirmək üçün kifayət qədər qüvvə vardır

47



Qafqaz  İslam  Ordusu  komandanlığının  cəbhəyə  göndərdiyi  yeni  qüvvələr  dağ-



artilleriya divizionu və türk piyada alayı iyunun 19-da döyüş zonasına gəldi. 

Bu  çətin  anda  qızğın  döyüşlərə  atılmış  yeni  qüvvələr  arasında  Azərbaycan 

xalqının  övladlarından  təşkil  olunmuş  bölmələr  və  könüllü  dəstələr  də  var  idi.  Təkcə 

iyunun  19-da  600  nəfərdən  ibarət  Azərbaycan  dəstəsi

48

,  onlardan  sonra  Dəllər  və 



Zəyəmdən olan könüllü lər cəbhəyə gəldi

49



Yeni  qüvvələr  aldıqdan  sonra  Qafqaz  İslam  Ordusunun  komandanlığı  hücum 

planını hazırlamağa  başladı.  5-ci Türk  diviziyasının  komandiri  Mürsəl bəy bu  barədə öz 



 

 

271 



mülahizələrini Nuru Paşaya bildirərək xahiş etdi ki, birbaşa cəbhəyə yollanmaq üçün ona 

əlavə  olaraq  5100  nəfər  əsgər  verilsin.  Göyçay  və  Bərdədən  olan  dəstələri  o,  düşmən 

cinahlarına  zərbə  endirməyi,  Şəkidən  olan  hissələri  isə  5-ci  diviziyanın  cəbhə  arxası 

təhlükəsizliyini təmin etmək üçün göndərməyi təklif edirdi

50

. Nuru Paşa bu planı bəyəndi. 



Əsas  zərbənin endirilməsi  ilə  eyni  zamanda o,  Şuşaya  doğru  irəliləməyi  qərara  aldı.  Bu 

şəhəri  almaq üçün artilleriyalı piyada batalyonlarını yeritmək  nəzərdə tutulurdu

51

.  Ancaq 



bu planı yalnız Bakı şəhəri azad edildikdən sonra həyata keçirmək mümkün oldu. 

Döyüşlər  əsasən  Qaraməryəm-Ağsu  şose  və  Müsüslü-Kürdəmir  dəmir  yolları 

ətrafında gedirdi. Bu döyüşlərdəki uğurlar sabit deyildi. İyunun 30-da sovet qoşun hissələri 

əvvəlki mövqelərinə - Qaraməryəmdən şərqə geri oturdulsa da, onlardan biri iyulun 1 -də 

yenidən Göyçaya soxuldu, lakin orada qala bilmədi

2

. Türkiyə-Azərbaycan qoşun hissələri 



onu  sıxışdırıb  yenidən  Göyçayı  azad  etdi.  Sovet  qoşun  hissələri  geri  mövqelərinə 

çəkilməyə məcbur oldu. 

Qafqaz  İslam  Ordusunun  Göyçay  ətrafındakı  döyüşlərdə qələbəsi Azərbaycanın 

şərq hissəsini, o cümlədən  Bakını bolşevik-daşnak  işğalından azad etmək uğrunda apardığı 

şərəfli  müharibədə  dönüş  nöqtəsi  oldu.  Bu  döyüşlərdə  Bakı  kommunası  qoşunlarına, 

sovet hərbi hissələrinə elə ağır zərbələr vuruldu ki, onlar bundan sonra bir daha özünə gələ  

bilməd i. 

Strateji  təşəbbüsü  ələ  alması  Qafqaz  İslam  Ordusu  komandanlığına qazanılmış 

müvəffəqiyyəti daha da artırmaq  imkanı verdi.  İyulun  7-dən  Kürdəmir  uğrunda başlanan 

döyüşlər üç gün davam  etdi.  Bu döyüşlərin birində düşmən  Moskvadan gəlmiş  zirehli 

avtomobillər dəstəsini hücuma göndərdi, la kin onla rdan ikisi hə lə döyüşə girmə miş 

Türkiyə  artilleriyasının  sərrast  atəşinə  hədəf  olub  sıradan  çıxarıld ı.  Türkiyə  və 

Azərbaycan  əsgərləri  iyulun  10-da  Kürdəmiri  azad  etdi,  iyulun  14-də  isə  Karrar 

stansiyasını ağır döyüşlə aldılar. 

İyulda  Qafqaz  İslam  Ordusu  qüvvələrinin  cəbhə  xəttində  mövqeyi  və 

fəaliyyət  istiqaməti  belə  id i:  sol  cinahda  (Şamaxı  istiqamətində)  və  sağ  cinahda 

(Salyan  istiqamət ində)  Qafqa z  İsla m  ordusu  hərbi  hissələri  ə mə liyyatlar  aparır, 

mərkəzdə  (Kürdəmir  istiqamətində)  isə  əsasən  Azərbaycan  qoşunları  düşmənə 

hücum edird i

53



Bu  zaman  Qafqaz  İslam  Ordusunun  tərkibində  Azərbaycan  qoşunların ın 

sayı  xeyli  artmaqda  idi.  18-45  yaşında  hərbi  mükəlləfiyyətli  şəxslərin  yeni 

səfərbərliyə  alın ması  nəticəsində

54

  əsgərlərin  sayı  5900  nəfərə   çatmışdı



55

.  Onlar 

əsasən  dəmir  yolu  boyunca  hərəkət  edən  və  azərbaycanlı  polkovnik  Həbib  bəy 

Səlimov tərəfindən rəhbərlik olunan Cənub qrupuna daxil id i

56



Məhəmməd  Qaxinin  ko mandiri olduğu 150 əsgərdən ibarət süvari dəstəsi 



də cəbhənin qızğın döyüşlər gedən s ahəsində vuruşurdu

57



Kürdəmiri, sonra isə Hacıqabulu alarkən apardığ ı döyüşlərdə Azərbaycan 

əsgərləri 6 top, 18 pulemyot, xey li silah və döyüş sursatı anbarı ələ keçirdilər

58



İyulun  7-dən  başlayaraq  Ağsu,  Meysarı,  Mədrəsə  və  Mərəzə  kəndləri 



yaxınlığında  ağır  döyüşlərə  girən  Qafqaz  İslam  Ordusu  hissələri  iyulun  20-də 

 

 

272 



Şamaxını azad etdi. 

Cəbhənin cənub istiqamətində vuruşan mayor Həmid bəyin dəstəsi iyulun 

18-də Bankə balıq vətəgələrini tutdu. 

1918-c i  il  iyul  ayın ın  sonunda  Bakı  cəbhəsində  vəziyyət   belə  idi: 

Azərbaycanda  bir  növ  yenidən  ikihakimiyyətlilik  yarandı  -  Xalq  Ko missarları 

Soveti,  sonra  isə  Sentrokaspi  Diktaturası  Bakıda  və  M illi  A zərbaycan  höku məti 

Gəncədə real hakimiyyət sahibi idi. 

Milli  Şuranın   qanunvericilik  səlahiyyətini  ö z  üzərinə  götürmüş 

Azərbaycan  hökuməti  dövlət  hakimiyyətini  həyata  keçirməklə  və  dövlət 

strukturların ı  yaratmaq la  məşğul  idi.  Bu  istiqamətdə  atılan  ilk  addımlar  yeni 

dövlətin xarici və da xili siyasətinə aid bir sıra qanunların qəbul ed ilməsindən ibarət 

idi. 


Höku mətin  1918-ci  il  24  iyun  tarixli  qərarına  əsasən,  Azərbaycan 

Cü mhuriyyətinin  Dövlət  Bayrağı  kimi  q ırmızı  fonda  ağ  aypara  və  səkkizguşəli 

ulduzun təsvir edildiy i qırmızı parçadan hazırlan mış  bayraq qəbul olundu. Sentyabrın 

9-da bu bayraq səthində ağ aypara və səkkizguşəli ulduz təsvir olunan, bərabər endə mavi, 

qırmızı  və

 

yaşıl  zolaqlar  rəngində bayraqla əvəz edildi. Azərbaycan  Xalq  Cümhuriyyətinin 



Dövlət  bayrağının  bu  üç  rəngi  rəmzi  olaraq  "türk  milli  mədəniyyətini,  müasir  Avropa 

demokratiyasını və islam sivilizasiyasını təmsil ed irdi"

59



Qafqaz  İslam  Ordusunun  əks-hücumu  Bakıdakı siyasi və  iqtisadi böhranı daha 



da  dərinləşdirdi.  Fəhlələrin  sovetdən  uzaqlaşması  günü-gündən  artırdı.  Qorxu  və  aclıq 

onların  loyal  mövqeyini getdikcə  dəyişdirirdi.  Sovetin  menşevik-eser-daşnak bloku  Bakıya 

general  L.Denstervilin  komandanlığı  altında  Böyük  Britaniyanın  hərbi  ekspedisiya 

qüvvələri yeridilməsinə nail olmaq üçün təşviqat aparmağa başladı. Britaniya qoşunları ilə 

şəhərin müdafiəsini möhkəmləndirmək imkanı Bakıda bir müddət müzakirə edildi, lakin bu 

təşəbbüs  bolşeviklərin  getdikcə  kəskinləşən  müxalifətçi  mövqeyi  ilə  qarşılaşdı.  Digər 

varianta  üstünlük  verən  Bakı  Xalq  Komissarları  Soveti vaxtilə  ingilislərlə birlikdə  Kiçik 

xana  qarşı  vuruşmuş  keçmiş  çar  ordusunun  kazak  zabiti,  polkovnik  Lazar  Biçeraxovun 

xidmətlərindən istifadə etmək qərarına gəldi. Biçeraxov 1,5 min nəfərlik dəstənin başında 

iyulun 7-də Bakının müdafiə xəttinin sağ cinah komandanlığını öz üzərinə götürdü. Şəhərdə 

vəziyyətin getdikcə daha da ümidsiz olduğunu görən Biçeraxov iyulun sonunda öz dəstəsi ilə 

cəbhəni tərk etdi və Petrovsk istiqamətində şimala doğru irəlilədi. 

Şəhərdə siyasi şərait son həddə qədər  gərginləşmişdi.  1918-ci  il  iyulun  25-də 

Bakı Sovetinin iclası keçirildi və burada səsvermə ilə  ingilis qoşunlarının Bakıya dəvət 

olunması  haqqında qərar  qəbul  edildi.  Bu qərara tabe olmaqdan  imtina edən  Bakı  Xalq 

Komissarları  Soveti  iyulun  31-də  öz  səlahiyyətlərindən  imtina  etməli  oldu.  Bakıda 

bolşevik-daşnak hakimiyyətinin uğursuzluğu bolşevizm ideyalarının burada yad olduğunu, 

Azərbaycan xalqı içərisində heç bir real  zəminə söykənmədiyini əyani şəkildə göstərən 

faktdır. 

Bakıda  bolşeviklərin  iflasından  sonra  hakimiyyət  sağ  eser-menşevik-daşnak 

blokunun əlinə keçdi və həmin blok avqustun 1-də Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər 


 

 

273 



Deputatlarının Müvəqqəti  İcra  Komitəsinin  Rəyasət  Heyəti adlanan hökumət təşkil  etdi. 

Yeni hökumət  Lenin  rejiminə  qarşı duran demokratik  Rusiyaya düşmən  münasibətində 

olmadığını göstərmək üçün özünün loyal mövqedə durduğunu bəyan etdi.  Elə həmin 

gün Sentrokaspi Diktaturası öz nü mayəndələrin i  ingilis ko mandanlığının  İrandakı 

qərargahına göndərdi. 1918-ci  il avqustun 4-də Britaniya hərbi yardımının  ilk təm-

silçiləri polkovnik Stoksun Ən zəlidən yola düşmüş dəstəsi Bakıya girdi. İngilislərin 

yerli  xırda  burjua  partiyaları  ilə  sıx  bağlı  olması  heç  bir  şübhə  doğurmurdu.  Heç  

ingilislər özləri də bu əlaqələ ri gizlət mirdilər. Bu barədə general Denstervil ya zırd ı: 

"Mən  proqramları  məqsədlərimizə  daha  ço x  müvafiq  olan  sosialist-inqilabçılarla 

dəfələrlə  danışıqlar  aparmışam.  Onlar  b izdən  kö mək,  xüsusilə  maliyyə  yardımı 

istəyirlər.  On lar  bilir  ki,  hakimiyyəti  öz  əllərinə  alsalar,  b ir  ço x  məsələlərdə  bizə 

arxalana bilərlər"

60



İngilislər  avqustun  9-17-də  Bakıya  3  batalyon,  bir  səhra  artilleriyası 



bölməsi  və  b ir  neçə  zirehli  maşından  ibarət  qüvvə  çıxardılar.  Bu   qüvv ələr 

gözlənildiy indən  çox  az,  hətta  bolşeviklərin  Bakıda  sərəncamlarında  olan   Qızıl 

Ordu  h issələrindən  də  zəif  idi.  Bo lşevik  ko mmunarların ın  iflası,  beynəlxalq 

vəziyyətin  mürəkkəbliyi,  Sovet  Rusiyasının  özünün  ağır  vəziyyətdə  olması, 

mü xalifətin qətiyyəti eserlərə imkan verdi ki, Bakıda hakimiyyəti ço x q ısa müddətə 

ələ  keçirə  bilsin.  Lakin  onların  hakimiyyətə  gəlməsi  demokratik  qüvvələrin 

hakimiyyətə  gəlməsi  demək  deyild i.  Bakıda  yeni  rejimin  yaradılmasına  sağ 

sosialist partiyalarının hakimiyyət uğrunda çox ağır, heç də həmişə aşkar olmayan 

mübarizəsinin  nəticəsi  kimi  baxmaq  olar.  Şübhəsiz,  onlar  da  Azərbaycan  xalqının 

arzu  və  mənafeyinə  qətiyyən  cavab  vermir  və  buna  görə  də  Azərbaycan  xalqın ın 

müstəqillik uğrunda apardığı mübarizəsində hərəkətverici qüvvə ola bilməzd ilər. 

Sentrokaspi  Diktaturası  ilə  ingilis  qoşunları  ko mandanlığ ı  a rasındakı 

münasibətlər  lap  əvvəldən  qarşılıq lı  ittiha m  və  ina msızlıq  əsasında  qurulmuşdu. 

Bakıda  hakimiyyəti  ələ  keçirən   yeni  qüvvələr  ingilislərdən  ald ığı  kö məy in 

azlığ ından məyus olub narazılıq ed ir, ingilislər isə hər şeyi ordudakı intizamsızlığ ın 

və yerli əsgərlərin düşkünləşməsinin ü zərinə atırdı. Şəhəri  xilas etməy in  mü mkün 

olmadığın ı  görən  Denstervil  a rtıq  sentyabrın  1-də  onu  tərk  et məyə  hazırlaşırdı. 

Lakin  Sentrokaspi  Diktaturası  sahildən  aralanan  hər  bir  gəmini  atəşə  tutacağı  ilə 

hədələdi.  Çarəsiz qalan ingilis generalı sonuncu hücumu gözləməkdən savayı ayrı 

çıxış yolu tapmad ığını etiraf etməli oldu. 

1918-ci  il  sentyabrın  6-da  İstanbulda  M.Ə.Rəsulzadə,  X.Xasməmmədov  və 

A.Səfikürdskidən  ibarət  Azərbaycan  nümayəndə  heyətini  Ənvər  Paşa  Türkiyədə  yenicə 

hakimiyyətə  gəlmiş  Sultan  IV  Məhəmmədə  təqdim  etdi.  Nümayəndə  heyəti  adından 

danışan M.Ə.Rəsulzadə sultanı Azərbaycan tərəfin Türkiyə və Sultana ən səmimi dostluq 

münasibəti bəslədiyinə inandırdı və Azərbaycanın azad edilməsi işində Türkiyənin qardaşlıq  

köməyini xüsusi minnətdarlıqla vurğuladı. Sultanla aparılan danışıqlar nəticəsində Türkiyə 

hakimi ümu mi düşmənlə mübarizəni qələbə ilə başa çatdırmaq üçün Azərbaycan xalqına 

lazımi kömək göstəriləcəyinə söz verdi" 



 

 

274 



Döyüş  əməliyyatlarına  bir  qədər  ara  verildikdən  sonra  artıq  bilavasitə  Xəlil 

Paşanın  sərəncamına  keçmiş  36-cı  diviziya  ilə  qüvvtələndirilmiş  Türkiyə  qoşunları 

avqustun  26-dan  sonra  xeyli  fəallaşdı.  Bakı  şəhərinə  həlledici  hücum  sentyabrın  15-də 

səhər başlandı.  Həmin günün sonunda  Denstervilin dəstəsini göyərtəsinə almış,  gəmilər 

buxtanı tərk  edirdi.  Onların arxasınca  Sentrokaspi  Diktaturasının üzvləri  və ermənilər də 

qaçırdı. Türkiyə qoşunları sentyabrın  16-na qədər şəhərə daxil  olmaqdan  çəkindi.  Yerli 

müsəlman və partizanlara,  Azərbaycanın  digər  bölgələrindən olan  könüllülərə şəhərin 

dünənədək türk-müsəlman qanına susamış ermənilərın yaşadığı yerlərində tam hərəkət 

sərbəstliyi verildi

62



Mart faciəsini yaşamış azərbaycanlılarda qisas almaq arzusu ço.x qüvvətli idi. Lakin 

sentyabrın  17-də  Bakıya daxil  olmuş  Azərbaycan hökuməti  kütləvi  qırğın törədilməsinin 

qarşısını aldı. Sonradan, Azərbaycan parlamentinin açılışı zamanı hesabat çıxışında həmin 

məsələyə  toxunan  F.X.Xoyski  aşağıdakıları  qeyd  etdi:  "Düzdür.  şəhər  alınan  zaman 

yalnız ürəkağrısı və təəssüf doğuran bəzi hadisələr baş verirdi. Hökumət bunu gizlətmir və 

kədərləndirici faktların gizlədilməsini şərəfsiz sayır. O da düzdür ki, bir çoxları ağır hiss lər 

keçirib... Lakin hökumətin bu hadisələrin qarşısını tamamilə ala bilməsi mümkün idimi? 

Bizə  elə  gəlir  ki,  onlara  haqq-ədalət  gözü  ilə  baxanlar  etiraf  edir  ki,  dünyada  heç  bir 

hökumət  onların  qarşısını  ala  bilməzdi.  Axı  burada  müsəlmanlar  qətlə  yetirilmiş,  onların 

insan hüquqları tapdalanmışdı. Şəhər üç ay davam edən döyüşlərdən sonra alınmış və 

əhalinin qəzəbi son zirvəyə çatmışdı, əlbəttə ki, əhalinin, hökumətin yox. Burada əsgər, 

əfsus  ki,  heç  nə  edə bilməzdi.  Həm  də  ki  hökumət  şəhərə  yalnız  üç  gün  keçəndən 

sonra daxil olub.  Nə  olubsa, ondan sonra baş verməyib.  Şəhərə daxil olan  hökumət qəti 

tədbirlər görüb və nəticədə əmin-amanlıq və təhlükəsizlik yaradılıb"

63



Bakıya  daxil  olandan  sonra  yayılmış  hökumət  məlumatında  bildirilirdi  ki, 



cümhuriyyət paytaxtına daxil olmuş Azərbaycan hökuməti şəhər və onun ətrafının əhalisini 

milliyyəti və dinindən asılı  olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların həyatı, 

əmlakı  və  hüquqlarını  eyni  dərəcədə  qoruyacaq.  Qarətçi,  cani  və  ümumiyyətlə,  əmin-

amanlığı, ictimai qayda -qanunları pozan şəxslər, ölüm cəzası da daxil olmaqla, müharibə 

dövrü qanunlarının bütün ağırlığı ilə cəzalandırılacaq

64

. F.X.Xoyskinin imzaladığı bu bəyanat 



uzun müddət anarxiya və hərc-mərcliyin hökm sürdüyü, daxili çəkişmələr və bolşeviklərin, 

onlardan sonra isə sentrokaspiçilərin avantürist siyasəti nəticəsində əldən düşmüş şəhərdə 

qayda-qanunun bərpa edilməsində mühüm addım o ldu. 

Sentyabrın  18-də  türk  qoşunları  Bakıya  daxil  oldu.  Şəhərin  əsil  sahibi  olan 

azərbaycanlı əhali onları ruh yüksəkliyi ilə, xilaskar kimi qarşıladı. Osmanlı qoşunlarının 

komandanlığı bildirdi ki, onlar Bakının azad edilməsində Azərbaycan hökumətinin iradəsinə 

uyğun olaraq iştirak ed ib. 

1918-ci  il  mayın  28-dən sonrakı dövrdə Azərbaycanın  həyatında  ikinci  mühüm 

hadisə  baş  verdi:  Bakı  azad  edildi  və  Azərbaycan  hökuməti  tam  heyətdə  əsil  paytaxtda 

qərarlaşdı. Bu haqda Almaniyanın "Folkişer Beobaxter" özünün 1933-cü il 2 dekabr tarixli 

nömrəsində  Azərbaycana  həsr  etdiyi  məqaləsində  bu  məsələdən  bəhs  edərək  yazır: 

"1918-ci  il  sentyabrın  15-i  Azərbaycan tarixi  üçün  müstəsna  dərəcədə  əhəmiyyət  kəsb 



 

 

275 



edir. Bu zaman Avropada Azərbaycan Cümhuriyyətinə kömək edilməsi və ona yaşamaq 

imkanı  verilməsinin  zəruriliyi  haqqında  səslər  ucalırdı.  Lakin  bu,  Azərbaycana  Bakısız 

Azərbaycan bəxş etməkdən başqa bir şey deyildi...  Bədənin başsız yaşayacağı  mümkün 

olmadığı  kimi, Azərbaycan da  Bakısız  təsəvvür edilməzdir.  Azərbaycanın süqutu və tə-

rəqqisi Bakının taleyi ilə bağlıdır"

65



Bakının  azad  olunması  ilə  Azərbaycan  hökuməti  respublika  hüdudlarında  öz 

hakimiyyətini  bərqərar  etdi.  Bu  münasibətlə,  hökumətin  yerləşdiyi  oğlanlar 

gimnaziyasının  qarşısında  şəhər  ictimaiyyətinin  əzəmətli  nümayişi  keçirildi.  Hökumət 

üzvləri nümayişçilər qarşısında təbrik n itqi ilə çıxış etdilər. 

Bakının  ingilislərə söykənən  mürtəce sentrokaspiçi qüvvələrindən  qurtulması  ilə 

əlaqədar  olaraq  alovlu  nitq  söyləyən  F.X.Xoyski  baş  vermiş  hadisələri  qiymətləndirərək 

deyirdi:  "Bizim  də  yaşamaq,  azad  yaşamaq  haqqımız  var.  Nə  zirehli  maşın,  hidroplan, 

kanonerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə 

də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların əlliminlik 

orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib 

Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa 

çalışanlar üçün ibrət dərsi olmalıdır‖

66



Bakıya köçdükdən sonra Azərbaycan hökuməti Bakı Xalq Komissarları Sovetinin 



bütün  tədbirlərinin  ləğv  olunduğunu  elan  etdi  və  özü  sosial  islahatlar  keçirməyə 

başladı. 

Azərbaycan hökumətinin  respublikanın bütün ərazisində hakimiyyətini bərqərar 

etməsi hələ onun tam müstəqil fəaliyyət gös tərməsinin təmin olunması demək deyildi. Türk 

qoşunlarının  burada  olması  vəziyyəti  mürəkkəbləşdirirdi.  Azərbaycan  hökuməti  ilə  türk 

hərbi komandanlığı arasındakı münasibətlərdə də mürəkkəblik var idi. 

Real hərbi qüvvəyə  malik olan  Nuru Paşa ölkədə baş verən bütün hadisələri  öz 

nəzarəti altında saxlayırdı. Müxtəlif yaşayış məntəqələrində yerləşən türk qamizonlarının 

rəisləri bir çox hallarda Azərbaycan məmurları ilə hesablaşmır və öz bildikləri kimi hərə-

kət edirdilər. Gəncə qubernatoru hökumətə məruzəsində bildirirdi ki, həmin zabitlər vəzifəli 

şəxslərin sərəncamlarına  müdaxilə  edir  və hətta onları özləri  təyin  edirdilər.  Şuşa qəza 

rəisinin 1918-ci ilin sentyabrında Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda  Şuşanın 

hərbi  komendantının  "bütün  hakimiyyəti  öz  əlinə  alaraq  heç  kimi  tanımaq 

istəməməsindən" şikayətlənirdi

67



Hərbi hakimiyyət nümayəndələrinin bu cür hərəkətləri respublika hökumətində 



etiraz  bildirən  narazılıq  doğururdu.  1918-ci  il  avqust  ayının  23-də  F.X.Xoyski 

M.Ə.Rəsulzadəyə yazdığı məktubunda bu məsələyə toxunaraq qeyd edirdi: "Nuru Paşanın 

siyasəti bizim daxili işlərimizə getdikcə daha çox qarışmağa meyil edir 

Bir həftə bundan sonra F.X.Xoyski bu haqda Azərbaycan hökumətinin tələblərini 

ifadə edərək yazırdı: "Bütün üsul-idarə Azərbaycan hökumətinin əlində cəmləşməlidir, 

türk hərbi hissələri isə özünün bütün arzu və tələblərini hökumətə yönəltməli və onun vasi-

təsilə  həyata  keçirməlidir  və  hazırda  baş  verdiyi  kimi,  bilavasitə  idarəetmə  işlərinə 

qarışmamalıdır"

69



 

 

276 



Yaranmış vəziyyəti səciyyələndirən F.X.Xoyski Nuru Paşaya  müraciətində də 

Azərbaycan qəzalarında ikihakimiyyətlilik müşahidə olunduğunu, "son zamanlar Osmanlı 

imperiyasının hərbi qulluqçularının  Azərbaycanın  daxili  idarəetmə  işlərinə  qarışması  və 

Azərbaycan hökumət orqanları ilə tamamilə hesablaşmaması" hallarının getdikcə artdığını

70

 

diqqtət mərkəzinə çəkmişdi. 



Türkiyə  hərbi  hakimiyyət  nümayəndələrinin  müntəzəm  olaraq  Dəmir  Yol 

İdarəsinin işlərinə qarışması və bununla da ona ziyan vurması da Azərbaycanın hökumət 

dairələrində etirazlara səbəb olurdu

71



Birinci  dünya  müharibəsi  illərində  Türkiyənin  iqtisadiyyatı  ağır  vəziyyətdə  idi. 

Onun  neft  və  neft  məhsullarına  böyük  ehtiyacı  olduğu  üçün  Türkiyə  hökuməti  Bakı  neft 

mədənlərinə çox  maraq göstərirdi.  Bakı  azad edildikdən sonra buradakı Türkiyə  qoşunları 

komandanlığının  ilk  sərəncamlarından  biri  onun  bütün  mədən  işçilərinin  dərhal  işə 

çıxması  haqqında  əmri  oldu

72

.  Türkiyə  hökumətinin  maliyyə  müşaviri  Həmid  bəy 



M.Ə.Rəsulzadə ilə söhbətində mədənlərin satılması və icarəyə verilməsinə qadağa qoyan 

və əvvəllər  baş vermiş  bu  cür sövdələri qüvvədən düşmüş  elan edən qanun qəbul olun-

masını təklif etdi

73

. O, həm də bildirdi ki, tezliklə özü Bakıya gələcək. 



Azərbaycan  1918-ci  il  sentyabrın  16-da  Azərbaycan  və  Türkiyə  hökumətləri 

arasında  bağlanmış  müqaviləyə  əsasən,  Türkiyə  hökuməti  adından  fəaliyyət  göstərən 

Kelcas Yolları Şirkəti İdarəsinə 2 milyon türk lirəsi həcmində mü xtəlif mallar, o cümlədən 

ərzaq  malları,  Osmanlı  Dəmir  Yolları  və  Hərbi  Limanlar  İdarəsi  ilə  imzalanmış  xüsusi 

müqavilənin şərtlərinə görə isə 1 milyon türk lirəsi  məbləğində neft, pambıq, yun və s. 

məhsullar verməli idi

74



Türkiyə  komandanlığı  tərəfindən  neft  məhsullarının  daşınması  üçün  Bakı-



Batum  ağ  neft  kəmərinin  təmiri  üçün  tədbirlər  görülürdü.  Eyni  zamanda,  Batumdan 

keçməklə Bakıdan Türkiyə və Almaniya üçün gündə ən azı 23 neft sisternindən ibarət yük 

qatarları yola salın mağa başlandı

75



Azərbaycandan  neft  gətirilməsi  Türkiyə  iqtisadiyyatının  vəziyyətini  bir  qədər 

yüngülləşdirməyə  kömək  etdi.  Türk tarixçisi  Əhməd  Rəfiqin  qeyd  etdiyi  kimi, o günlər 

neftlə doldurulmuş gəmilər bir-birinin ardınca Batumdan İstanbula yola düşürdü

76

. Bakıdan 



yetərincə  neft  və  ağ  neft  gətirilməsi  nəticəsində  İstanbulda  onların  qiyməti  10  dəfə  

azald ı


77

Türkiyə Azərbaycandan yalnız neft deyil, həm də pambıq və ipək də alırdı. 1918-ci il 



sentyabr ayının sonuna qədər  Batumdan təqribən  200000 pud Azərbaycan pambığı daşındı. 

Bundan başqa, Qars-Ərzurum karvan yolu ilə böyük miqdarda pambıq çıxarıldı

78



Azərbaycan  Xalq  Cümhuriyyəti  öz  ərazisindəki  müttəfiq  Türkiyə  qoşunlarının 



təchizatını təmin etməli idi ki, bu da xeyli maddi vəsait tələb edirdi. Hökumətin 1918-ci il 21 

iyun  tarixli  qərarına  görə,  Azərbaycandakı  Türkiyə  Ordusunun  saxlanılması  üzrə  bütün 

xərclər yerli əhalinin ü zərinə qoyuldu. 

1918-ci  il  sentyabrın  26-dan noyabrın  5-nə qədər  Azərbaycan hökuməti  ordu 

komandanlığının sərəncamına 11 milyon manat ayırdı

79



Hökumətin gördüyü tədbirlərə baxmayaraq, Azərbaycanda siyasi vəziyyət getdikcə 

 

 

277 



kəskinləşir və bu, xeyli dərəcədə beynəlxalq şəraitin dəyişməsi ilə əlaqədar idi. 

Almaniya və Türkiyənin  Birinci dünya  müharibəsi cəbhələrində düçar olduğu 

məğlubiyyətlər  Azərbaycan  üçün  əlavə  çətinliklər  doğurdu.  Oktyabrın  30-da  Türkiyə 

Antanta  ilə Mudrosda  barışıq  müqaviləsi  imzaladı.  Həmin  müqavilənin  2-ci  maddəsinə 

əsasən  Türkiyə  öz  qoşunlarını  Cənubi  Qafqazdan  çıxarmalı,  14-cü  maddəsinə  görə  isə 

Antantanın  hərbi  qüvvələri  Bakı  və  Batuma  daxil  olmalı,  bu  ərazinin  bütün  dəmir  yol 

xətləri, o cümlədən Azərbaycan dəmir yol şəbəkəsi onların nəzarətinə verilməli idi. 

Mudros  müqaviləsi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  xəbəri  və  razılığı 

olmadan  imzalandığı üçün onun tərəfindən  müvafiq əks  münasibət doğurmaya bilməzdi. 

1918-ci il noyabrın 4-də Azərbaycanın fövqəladə səlahiyyətli naziri kimi Ə.M.Topçubaşov 

Türkiyənin  xarici  işlər nazirinə  Azərbaycanın  hüquqlarının pozulması  ilə bağlı  etirazını 

bildirdi. Onun fikrincə, müqavilə "Azərbaycanın işğalını asanlaşdırır və bu ölkəni təhlükə 

qarşısında qoyurdu".  Ə.M.Topçubaşov qeyd  edirdi  ki, Azərbaycan  Xalq  Cümhuriyyətinə 

məxsus olan dəmir yolun xarici dövlətin nəzarətinə verilməsi beynəlxalq hüquq normaları 

ilə  bir  yerə  sığınır.  Azərbaycan  və  Türkiyə  hökumətləri  arasında  bundan  əvvəl 

imzalanmış müqavilə yalnız türk qoşunlarının daşınmasına aid id i

80



Azərbaycan tərəfin bu etirazı mövcud beynəlxalq vəziyyət şəraitində elə bir ciddi 



reaksiya doğurmadı. Türkiyə Xarici İşlər Nazirliyi cavab notasında bildirirdi ki, Antanta ilə 

barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə 

bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir

81



Türkiyənin  arxasınca,  1918-ci  ilin  noyabrında  Almaniya  da  Birinci  dünya 

müharibəsində məğlub oldu və kayzer II Vilhelm hökuməti devrildi. Antanta ilə bağlanan 

sülhün şərtlərinə görə, Almaniya öz qoşunlarını Gürcüstandan çıxartmalı id i. 

Mudros  müqaviləsinin bağlanmasına baxmayaraq,  Osmanlı  imperiyasının dünya 

müharibəsində  məğlub  dövlətlər  sırasında  olmasından  ehtiyat  etməyərək,  Azərbaycan 

xalqı Türkiyə ordusunu vaxtilə böyük hərarətlə qarşıladığı kimi, dərin hörmət və ehtiramla 

da  yola  saldı.  Noyabr  ayının  10-da  Azərbaycan  hökuməti  Nuru  Paşa  ilə  vidalaşma 

mərasimi  təşkil  edib, onun şərəfinə  təntənəli  ziyafət verdi.  400  nəfərdən  çox  tanınmış 

ziyalı və siyasi xadim, sənayeçilərin nümayəndələri, siyasi partiya və ictimai təşkilatların 

liderləri,  Azərbaycan  ordusunun  rəhbərləri  ziyafətdə  iştirak  edirdilər.  Azərbaycan 

hökumətinin  sədri  F.X.Xoyski,  "Müsavat"  partiyasının  lideri  M.Ə.Rəsulzadə  və  başqaları 

çıxış  edərək,  Nuru  Paşaya  və onun  komandanlıq  etdiyi  qoşunların  əsgər və  zabitlərinə 

göstərdikləri  qəhrəmanlıq  və  fədakarlığa  görə  Azərbaycan  xalqının  ehtiram  və 

minnətdarlığmı bildirən təşəkkürlərini yetirdilər

82



 



 

 

 



 

 

 



 

 

278 



 

 

 



 

 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin