§ 4. AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ SİYASİ FƏALLIĞIN
ARTMASI
XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskin ləşməsi, fəh lələrin
kütləvi inqilabi çıxışları, Azərbaycan kəndlilərinin daha tez-tez baş verən etiraz
hərəkatı bütün Azərbaycan cəmiyyətinin həm siyasi və həm də ideoloji cəhətdən
fəallaşması üçün obyektiv şərait yaratdı.
1905-ci ilin yazı və yayında Rusiya imperiyasında, onun ucqarlarında
azadlıq mübarizəsin in yüksəlişi bütün Azərbaycan xalq ının tələb, arzu və
istəklərini əhatə edən ümu mmilli proqramın işlənib hazırlan ması üçün
perspektivlər açdı.
Çar höku mətinin böyük dövlətçilik siyasəti, milli zülmün güclənməsi,
111
ucqarlarda yaşayan xalq ların hüquqlarının hər cür tapdalanması milli məsələn in
tezliklə həllində maraq lı o lan bütün ictimai təbəqələri bu məsələ ətrafında
birləşməyə sövq edirdi. Bu dövrdə ictimai-siyasi həyat səhnəsinə Avropa və
Rusiyanın ali təhsil müəssisələrində kamil peşə hazırlığına yiyələn miş yüksək
təhsilli parlaq şəxsiyyətlər nəsli gəlird i. Onlar millətin taleyi ilə bağlı məsələlərə
görə güclü həyəcan hissi keçirir, hüquqi məhdudiyyətlərin ləğvi məsələsini
getdikcə daha inadla ortaya qoyur, islahatların keçirilməsini ehtirasla tələb
edirdilər.
1905-c i ilin ya zı və yayında mövcud quruluşun yeniləşdirildiy ini bəyan
edən bir sıra hökumət fərmanları və sərəncamların ın elan edilməsindən sonra,
Azərbaycanda petisiya kampaniyası geniş ləndi. Rus imperiyasının tərkib inə
qatıldıqdan sonra siyasi hüquqsuzluq və zü lm şəraitində ilk dəfə idi ki,
Azərbaycana, eləcə də digər milli ucqarlara ö z arzu və istəklərini çar hakimiyyətinə
çatdırmaq imkanı verilirdi. Bu nəcib vəzifəni ziyalıların nümayəndələri öz
üzərlərinə götürürdülər. Həqiqətən yüksək peşəkarlıq və dərin siyasi-hüquqi
biliklər tələb edən məsul işdə xüsusi rol görkəmli ictimai xad im Əlimərdan bəy
Topçubaşova mənsub idi. Bütün petisiyalar - xahişnamələr, mü raciətlər və i.a.
onun bilavasitə iştirakı ilə tərtib və təqdim edilirdi. 1905 -ci ilin aprelində Cənubi
Qafqaz müsəlman ları adından Nazirlər Kabinetinə təqdim o lun muş petisiyaları da
o tərtib etmişdi
76
.
Ali höku mət idarələrinə petisiya ilə müraciət etmək qərarı Azərbaycan
burjuaziyası və ziyalıları nümayəndələrinin 1905-ci il aprelin 15-də H.Z.Tağ ıyevin
sarayında keçirilən, Qafqaz diyarında is lahatların keçirilməsi zərurəti mü zakirə
olunan müşavirədə qəbul edilmişdi
77
. Yu xarı sosial təbəqələrin nümayəndələri
Ş.Əsədullayev, R.Şirvanski, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Ziyad xanov, Q.B.Zülqə-
dərov və b. tərəfindən imzalan mış bu petisiya onunla əlaqədar id i ki, o,
Azərbaycandan çar hökumətinə təqdim olunan ilk p roqram sənədi idi. Sonralar bu
sənəd digər inzibati idarələrə ünvanlanan mü xtəlif müraciətlər, izahatlar üçün bir
növ platforma, istinad nöqtəsi oldu. Bu zaman onun ayrı-ayrı müddəaları daha
konkret məzmunla zənginləşdirildi. Azərbaycan cəmiyyətinin nümayəndələri
petisiyada məhdudiyyətlərin ləğvi məsələsini qoyaraq, ―imperiyada yaradılacaq
bütün məşvərətçi, qanunverici və bütün digər nümayəndəli təsisatlar"da
müsəlman ların təmsil olun masına, müsəlman lara aid qanunvericilik təşəbbüsü
göstərmək, məhdudiy-yətsiz olaraq dovlət və ictimai vəzifələri tutmaq hüquqlarına
xüsusi maraq göstərirdilər. Petisiya onların həmçinin Qafqazın müsəlman əhalisi
nümayəndələrinə 18 fevral reskriptinə əsasən çağırılan " xalq nü mayəndələri
müşavirəsinə" buraxılmasın ı da nəzərdə tuturdu.
Qafqa zda in zibati hakimiyyət orqanların müda xiləsi olmadan tam
özünüidarəçilik prinsipinə əsas lanan zemstvo idarələrin in yaradılması, habelə
zemstvo və şəhər özünüidarəsində müsəlman ların hər hansı məhdudiyyət
qoyulmadan iştira kının tə min edilməsi zəru rət inin əsaslandırılması petisiyada
112
əhəmiyyətli yer tuturdu. Petisiya müəllifləri belə hesab edirdilər ki, Qafqazda,
eləcə də Rusiyanın daxili quberniyalarında "tam ö zünüidarə ideyası"nın həyata
keçirilməsi bütün məhdudlaşdırıcı qanunların ləğvi, normal mü lki idarəçilik
təşkilatının yaradılması, idarəçilikdə qanunçuluğun təmin olun ması, şəxsiyyət və
mü lkiyyətin toxunulmazlığı, v icdan, söz, mətbuat (rus və ana dillərində), yığ ıncaq,
ittifaq azadlıqları, ana dilində ümu mi icbari və pulsuz ibtidai təhsilin tətbiq
edilməsi şəraitində mü mkündür. Petisiya əhalinin bütün təbəqələrinin mənafeyini
əks etdirir, ü mu mdemokratik xarakter daşıyırdı və hər cür hüquq məh-
dudiyyətlərinə qarşı yönəldilmişdi. Pet isiyanın mə zmununun ətraflı təhlili onu
milli-azad lıq və cə miyyətin demo krat ikcəsinə yenidən qurulması uğrunda
mübarizənin ü mu mmilli p roqramı hesab etməyə əsas verir. Petisiya Azərbaycan
xalq ının milli özünüdərkinin in kişafı üçün mühüm əhəmiyyətə malik idi və bütün
milli qüvvələrin sıxlaşması və birləşməsi prosesində böyük rol oynadı.
Yelizavetpol quberniyası Zaqatala dairəsinin də müsəlmanları adından
Nazirlər Kabinetinə petisiyalar 1905-ci ilin iyununda Qafqaz canişinin dəftərxanasına
təqdim olundu
78
. 1905-ci ilin payızında elə həmin idarəyə Salyan və Cavad qəzalarının
sakinləri adından təqdimat
79
, Nuxa şəhəri müsəlman əhalisi nümayəndələrinin xa-
hişnaməsi də təqdim olundu
80
. Bütün bu sənədlər əsasən aprel petisiyasını təkrar edirdi,
ancaq bəzilərinə yerli məsələlər də daxil edilmişdi. Lakin çar hökumətinin yerli və ali
idarələrinə ünvanlanmış petisiyalar, xahişnamələr və müraciətlərə baxılmırdı. Bütün
cəhdlər əbəs idi. Heç bir tələb yerinə yetirilmədi, heç bir təklif həyata keçirilmədi.
Çarizm məqsədyönlü şəkildə müstəmləkəçilik siyasəti - vaxtilə istila etdiyi ucqarların
xalqlarına heç bir hüquq, heç bir imtiyaz verməmək siyasəti yürüdürdü.
Azərbaycan xalqının siyasi özünüdərkinin formalaşması prosesində o illərin
publisistikası böyük rol oynayırdı. Çoxsaylı məqalələrin və informasiya məlumatlarının
müəllifləri öz yazılarında təkcə siyasi hadisələri işıqlandırmaqla kifayətlənmirdilər. Onlar
bu hadisələrin hər birini Azərbaycan əhalisinə sübutlu-dəlilli şərhlərlə izah edir, bununla
da milli özünüdərkin inkişafı işində mühüm vəzifəni - xalqın siyasi mədəniyyətinin
yüksəldilməsi, xalqda baş verən hadisələrlə bağlılıq hissinin, millətin taleyi üçün
məsuliyyət daşımağa qadirlik hissinin oyadılması vəzifəsini yerinə yetirirdi. Ə. Ağayev
"Müsəlmanların petisiyasına zəruri izahatlar" adlı xüsusi məqalədə yazırdı: "Bütün rus
cəmiyyətinin yaşadığı axınlar rus müsəlmanlarını da əhatə etdi. Çoxəsrlik və sonu
görünməyən yuxu və mürgünün əsəri, deyəsən, aradan qalxır. Deyəsən biz də, nəhayət ki,
başa düşdük ki, həyat yuxu və mürgüdə deyil, enerjidədir, həyatın sorğularına, insan
təbiətinin əqli və ənənəvi inkişafının tələblərinə qərəzsiz hazır olmaqdadır... Tayı-
bərabəri olmayan, görünməmiş mənzərə də bundan irəli gəlir: Rusiyanın müsəlman
əhalisinin hər tərəfindən nümayəndələr göndərilir, gedirlər ki... müvafiq idarələrdə və
yerlərdə öz ehtiyac və tələbatlarından danışsınlar, özləri üçün rus vətəndaşı olmaq, rus
cəmiyyətinə qovuşmaq, öz sevinc və kədərini, bütün hüquq və vəzifələrini bu cəmiyyətlə
bölüşmək hüququ xahiş etsinlər ki, əvvəlki tək onları kənarda qoymasınlar. Bu,
müsəlman ların bütün xahişlərinin məhək daşıdır. On lar u zun, əsrlik təcrübəyə
113
əsasən bilirlər ki, unudulmaq, kənarda qoyulmaq nə deməkd ir"
81
.
Azərbaycanın ictimai xadimləri milli qüvvələrin birləşdirilməsi işində
mətbuatın sözünə böyük əhəmiyyət verərək, yerli əhalinin ana dilində qəzet nəşri
və senzura əngəllərinin yu mşaldılması məsələsinin zəruriliy ini çar hakimiyyəti
orqanları qarşısında dəfələrlə qaldırmışdılar. 1905-ci ilin iyununda "Həyat" qəzeti
çıxmağa başladı. Onun birinci nömrəsində Azərbaycanda nəşr edilən, demək o lar
ki, bütün mətbuat orqanları üçün əsas olan aşağıdakı prinsiplər elan ed ilirdi: " Biz
müsəlman və Rusiyanın təbəələri olduğumu z üçün rus dövlətinin siyasi və iqtisadi
şəraiti çərçivəsində tərəqqi istəyirik. Biz müsəlmanlarıq və ona görə də bütün din
qardaşlarımıza tərəqqi arzu edirik, dünyanın hansı guşəsində olurlarsa - olsunlar,
onların yüksəlməsini ürəkdən alq ışlayırıq. Biz türkü k və ona görə də, hər yerdə,
hər yanda bütün türklərə tərəqqi və çiçəklən mə arzulayırıq"
82
.
1905-c i ilin payızında Ba kıda, Gəncədə, Şuşada, Azərbaycanın digər
şəhərlərində rejimin özbaşınalıqlarını, milli məhdudiyyətləri ləğv etmək, çar
məmu rlarını işdən uzaqlaşdırmaq tələbləri ilə zəh mətkeşlərin kütləvi siyasi
nümayişləri və mitinqləri baş verird i
83
.
Azərbaycan
ziyalıların ın
görkəmli
nü mayəndələri
H.Zərdabi,
C.Məmmədquluzadə, M.Ə.Sab ir, N.Nərimanov, M.Rəsulzadə, Ə.Ağayev,
M.S.Ordubadi, Ü.Hacıbəyov, Ə.Qəmküsar, Ə.Haqverdiyev, F.Köçərli və b. xalq
kütlələrin i çarizmin müstəmləkə siyasətinə və istismarçılara qarşı mübarizəyə
çağırırdılar. "Molla Nəsrəddin" jurnalı elə ilk saylarından çarizmin müstəmləkə
siyasətini qəzəblə ifşa edirdi. Jurnal xalqın gücü, onun mənəvi zənginlikləri barə-
sində materiallara xey li yer verərək cəsarətlə bəyan edird i ki, onun arxalandığı və
rəğbət bəslədiyi ictimai qüvvələr - fəhlələr, "beli əyilmiş, kimi toz-torpaq içində,
çoxu ayaqyalın olan "cır-cındırlı" kəndlilər, şəhər yoxsulları, "rus təhsili" almış və
həyata yenicə qədəm basmış gənclər, Rusiyada despotik rejimə qarşı çıxış
etdiklərinə görə "Saxalin adasına göndərilənlərdir
84
".
"Molla Nəsrəddin" "xalq ın düşmənləri kimlərdir?", "kimlərə qarşı
mübarizə aparmaq lazımd ır?" məsələsini dəfələrlə ö z səhifələrində qaldıraraq,
çarizmin milli-müstəmləkə əsarətinə qarşı çıxır, Azərbaycan xalqı üçün siyasi
azadlıqlar və milli hüquq bərabərliyi tələb edirdi. Jurnal çar hökuməti və mürtəce dairələri
tərəfindən xalqları qızışdırıb bir-birinin üstünə qaldırması siyasətinin ifşasına ciddi diqqət
yetirir, birinci sayında yazırdı: "Bu nə sirdir? Erməni-müsəlman qırğını başlayan kimi
hökumət qoşunları elə bir mərəzə mübtəla olurlar ki, həkimlər onların küçəyə çıxmalarını
məsləhət bilmirlər"
85
.
Ziyalıların nümayəndələri "Molla Nəsrəddin" jurnalının səhifələrində milli hüquq
bərabərsizliyinə qarşı çıxır, xalqı birliyə, dostluğa və birgə mübarizəyə çağırırdılar.
Ü.Hacıbəyov yazırdı: "Bizim xilasımız birlikdədir. Milli və dini fərqlər bizim birliyimizə
maneə törətməməlidir"
86
. Onlar orta əsr qalıqlarını, fanatizmi, xurafatı və avamlığı məhvedici
tənqid atəşinə tutmaqla xalq kütlələrinin milli və siyasi özünüdərkinin oyanışına və
yüksəlişinə təkan verir, Azərbaycan xalqının milli-azadlıq mübarizəsinə kömək
114
edirdilər.
1905-ci ildə petisiya və xahişnamələrdən biri də Qafqazda zemstvo idarələrinin
tətbiq edilməsi idi. Qafqaz canişini də diyarı köhnə qaydalarla idarə etməyin qeyri-mümkün
olduğunu başa düşərək, zemstvonun yaradılmasına tərəfdar çıxırdı. Ona görə də "sülh və
əmin-amanlıq yaratmaq" üçün canişin Tiflisdə bütün şəhərlilərin və silklərin müşavirəsini
keçirməyi vəd etdi. 1905-ci il iyulun 16-da keçirilən həmin müşavirədə Qafqazdakı çar
idarələrinin məmurları, mülkədarlar və kapitalistlər, burjua ziyalıları, ən iri yerli qəzetlərin
redaktorları iştirak ed irdi
87
.
Müşavirədən az sonra canişinin göstərişi ilə "Zemstvo əsasnaməsi" dərc olundu.
Bu sənəd 1864-cü il "Əsasnaməsi" əsasında hazırlanmışdı. "Zemstvo əsasnaməsi"ndə
bütün silklərin iştirak etdikləri sahə zemstvo idarəsinin ən aşağı inzibati vahid olduğu gös-
tərilirdi. Rusiyadan fərqli olaraq, Zaqafqaziyada daha kiçik, cəmisi bir neçə kənd
cəmiyyətindən ibarət zemstvo vahidlərinin yaradılması nəzərdə tutulurdu. Növbəti həlqə
zemstvo idarəsi olmalı idi. Onun qlasnıları (üzvləri) xüsusi sahə yığıncaqlarında və ən çox
zemstvo rüsumları ödəyənlərin xüsusi seçki yığıncaqlarında seçilməli idi. Qəza
qlasnılarının ümumi miqdarı iri torpaq sahibləri və qalan iştirakçıları arasında yarıbayarı
bölünməli idi. Əslində bu, o demək idi ki, onlarla torpaq sahibi minlərlə və ya on minlərlə
zəhmətkeşin seçdiyi qədər qlasnıya malik olacaqdı.
Hər b ir qəzadan iki q lasnısı olan dairə zemstvosu diyarda ən ali zemstvo
idarəsi kimi təklif o lunurdu
88
. Dairə zemstvolarının hüquqları Rusiyanın daxili
quberniyalarındakı quberniya ze mstvolarının hüquqları ilə eyniləşdirilirdi.
Layihədə nəzə rdə tutulan zemstvo idarələri ü zərində inzibati nə zarəti qə za rə isləri,
quberniyalar və canişin Şurasının daxili işlər nazirliyindən olan üzv ləri həyata ke-
çirməli id ilər və bu ciddilik də çarizmin müstəmləkə siyasətinin məqsədlərinə
qulluq etməli idi.
Canişinin göstərişinə görə, qəza və quberniya müşavirələri 1905-ci ilin
sentyabrınadək keçirilməli, on ların protokolları sentyabrın 15-də canişin
dəftərxanasına təqdim o lun malı idi
89
.
Avqustun sonunda Bakı quberniyasının Quba, Cavad, Göyçay, Lə nkə ran
və Şamaxı qəzalarında müşavirələr keçirild i. Onlarda quberniya müşavirəsinə və
canişinlik şurasına seçilən nümayəndələr torpaq sahibləri silkinə mənsub idilər
90
.
Bakı qəza müşavirəsinə gəldikdə isə, onun keçirilməsi avqust hadisələri
ilə əlaqədar o laraq təxirə salındı.
Sentyabrın 27-də Bakı şəhərində quberniya müşavirəsi açıldı. Burada
cəmisi 33 müvəkkil iştirak edirdi. A zacıq istisna ilə onların hamısı burjuaziya və
mü lkədarların nü mayəndələri id ilər
91
.
Müşavirədə sədrlik edən M.Hacınski bildirdi ki, "bütün əhali idarəçilikd ə
şəxsən iştirak etmək hüququ alır. Bununla birlikdə isə həm də müstəqil iş və şəxsi
təşəbbüsü inkişaf etdirmək imkanı qazan ır"
92
. Lakin elə bu müşavirədə təhsil senzi
müəyyənləşdirildi: ancaq orta təhsili olanlar q lasnı seçilə bilərdilər.
Qəza müşavirələrinin arzu larına əlavə o laraq, quberniya müşav irəs i
115
"Qafqazın bütün zemstvo işləri"nin qəti həlli üçün canişinin yanında qəza və
quberniya müşavirələrində seçilmiş nü mayəndələrdən ibarət xüsusi şura
yaradılması təklifinə tərəfdar çıxd ı. Yu xarı sosial təbəqələr d iyara aid problemlə rin
mü zakirəsi və həllində ö z iştirakların ı onun vasitəsilə fəallaşdırmaq istəyirdilər.
Yelizavetpol quberniyasında kəndli hərə katı gündən-günə gücləndiyi üçün
qəza müşavirələrin i keçirmək mü mkün olmadı və quberniya müşavirəsinin işi
pozuldu
93
. 1905-ci il avqustun sonunda Zaqatala dairəsində də ze mstvoların
yaradılması üzrə müşavirələr keçirild i.
Zemstvo ka mpaniyası kəndlilə r tərəfindən müdafiə o lunmad ı. Bakı
quberniyasının kəndli nümayəndələri quberniya müşavirəsində iştirakdan imtina
etdilər, Lənkəran qəzasının kəndliləri isə bu müşavirədə zemstvo seçkilərinin əleyhinə
çıxdılar
94
.
1905-ci ilin zemstvo kampaniyası uğurla nəticələnmədi və bunu canişin də etiraf
etməyə məcbur o ldu
95
.
1905-ci ilin sonunda inqilabi hərəkatın yüksəlişi, ümumoktyabr tətili mübarizə
aparan qüvvələrin elə bir müvəqqəti tarazlığına gətirib çıxardı ki, bu zaman "çarizm artıq
inqilabı boğmağa", "inqilab isə hələlik çarizmi əzməyə" qadir deyildi
96
. Çar vaxt
qazanmaq və mütləqiyyətin iflasının qarşısını almaq niyyəti ilə oktyabrın 17-də manifest
imza ladı. Burada qanunverici dövlət dumasını çağırmaq dumaya seçkilərə əhalinin
bütün təbəqələrini cəlb etmək, ―əhaliyə vətəndaş azadlığının sarsılmaz əsaslarını" bəxş
etmək vədi verilirdi. Azərbaycanda çar manifestinə münasibət çox mü xtəlif olsa da. onun
nəşri Azərbaycan cəmiyyətinin siyasi həyatı üçün müəyyən əhəmiyyət kəsb etdi.
Manifestdə demokratik azadlıqların bəyan edilməsi Azərbaycanda siyasi partiyalar və
təşkilatların yaradılması üçün bir növ qanuni əsas oldu.
Manifestin elan edilməsi münasibəti ilə oktyabrın 19-da Bakı şəhər dumasının
təcili iclası çağırıldı. Qlasnılar çara ünvanlanmış təbrik-müraciətdə qeyd etmişdilər ki, duma
"bu möhtəşəm dövlət zəkası aktını coşqunluqla qəbul etdi və inanır ki, 17 Oktyabr Mani-
festi ölkəyə asayişi əldə etmək üçün bütün imkanları verir".
Manifestdə söz və mətbuat azadlığının elan edilməsinin ardınca Qafqaz canişini
tərəfindən "birgə həmlə ilə mətbuat sözü üzərində ona mane olan senzura zəncirləri və
qandallarının götürülməsi"
97
xəbəri də ictimaiyyət tərəfindən ruh yüksəkliyi ilə qarşılandı.
Azərbaycan ictimaiyyəti ümid edirdi ki, senzuranın ləğvi ona öz mənafelərini daha uğurla
qorumaq, özünün hüquq bərabərliyi məsələsini mətbuat səhifələrində daha geniş şəkildə
işıqlandırmaq imkanı verəcək, senzuranın ləğvi "ictimai bəla və ağrıları azad tənqid etmək,
bəlaların bütün növlərinə qarşı azad mətbuat mübarizəsi aparmaq imkanları
yaradacaqdır"
98
.
Çar manifesti münasibətilə Bakıda "vətənpərvərlik" manifestasiyaları təşkil
olundu. Oktyabrın 18-də və 19-da şəhərdə keçirilən yürüşlərə şəhər özünüidarə
orqanlarının nümayəndələri başçılıq edirdilər
99
.
17 Oktyabr Manifesti Azərbaycanın digər şəhərlərində də rəğbət ifadə edən
təntənə ilə qarşılandı.
116
Çar manifestinin çıxması ilə nəticələnən 1905-ci ilin inqilabi hərəkatı
cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, s iyasi partiyaların və təşkilatların
yaranmasına təkan verdi. Həmin ildə Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli,
heç bir ümumrusiya təşkilatının filialı və ya şöbəsi olmayan partiyalar meydana çıxdı.
1905-ci ilin fevralında Gəncədə "Sosial-federalistlərin türk inqilabi komitəsi" yarandı.
Siyasi partiyanın rüşeymi olan bu komitə 1905-ci ilin fevralında iki vərəqə buraxdı
100
. Bu
vərəqələrdə çar hökuməti müsəlmanların hüquqlarını məhdudlaşdırmaqda, Bakıda
millətlərarası toqquşmalar təşkil etməkdə, Qafqazda köçürmə siyasətini həyata keçirməkdə
ittiham olunurdu. Vərəqələrdə sosial-federalist ideyaları, "əsarətin" aradan götürülməsinə,
Qafqaz xalqlarını birliyə, Qafqazın federal quruluşuna can atan bütün təşkilatlarla birgə
fəaliyyətə və bu fəaliyyəti əsas düşmənə - rus hökumətinə qarşı yönəltməyə çağırış öz
əksini tap mışdı.
Beləliklə, Sosial-federalistlərin Türk İnqilabi Komitəsi Azərbaycanda
muxtariyyət və Rusiyanın federativ quruluşu haqqında ideya irəli sürmüş ilk milli təşkilat
idi.
1905-ci ilin yayında Gəncədə "Qeyrət" adlı qrup yaradıldı
101
. O, Şuşada da
müəyyən nüfuza malik idi
102
. Aşkar olunmuş sənədlərə əsasən bu nəticəyə gəlmək olar ki,
məhz bu qrup 1905-ci ilin yayında Gəncədə (Yelizavetpolda) formalaşan ilk milli siyasi
qurum olan
u
Qeyrət" partiyasının əsasını qoymuşdu. Bu partiyada müxtəlif təbəqələr təmsil
olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. Onların sırasında
Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy
Xasməmmədov
103
, bəzi mənbələrə görə, türk ədəmi-mərkəziyyət partiyasının başçısı Nəsib
bəy Yusifbəyli də var idi
104
.
"Qeyrət" partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda
gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən
biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində
müsəlman əhaliyə mu xtariyyət vermək id i
105
.
"Qeyrət‖in üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Həlilov və b. əhali arasında
federalizm ideyalarını yaymaqla yanaşı, sosial-demokrat və digər partiya
nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası savaşa son qoymaq çağırışı ilə
iştirak edirdilər. "Qeyrət" partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi
sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər
fəallaşmaqda id ilər.
Siyasi səhnədə isə "Qeyrət" yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni
liderlər, yeni "Türk ədəmi-mərkəziyyət partiyası" adı və yeni proqramı ilə parlaq
fəaliyyətə başladı.
1905-ci ilin yazı və yayında Rusiya imperiyasının müstəmləkə ucqarlarında
müsəlman xalqlarının siyasi qüvvələrinin birləşməsi prosesi davam edirdi. Azərbaycan
nümayəndələri "Ümumrusiya müsəlman ittifaqı"nın ("İttifaqi-müslimin"in) yaradılmasında
fəal iştirak etmişdilər. Ə.Topçubaşov bu təşkilatın 1905-ci ilin avqustunda Nijni
Novqorodda I (təsis) qurultayının çağırılmasında, proqram sənədlərinin hazırlanmasında və
117
fəaliyyətində bilavasitə iştirak etmiş. 1906-cı ilin avqustunda onun Mərkəzi Komitəsinin III
qurultayında təsis edilmiş daimi bürosuna daxil olmuşdu. Azərbaycan nümayəndələri İttifaqın
komissiyalarına üzv seçilir, onun qurultay, müşavirə və yığıncaqlarında iştirak edirdilər.
"İttifaqi-müslimin" Rusiya müsəlmanları siyasi qüvvələrinin sonralar Rusiya dövlət
dumalarının bütün çağırışlarında müsəlman parlament fraksiyasının fəaliyyətində özünü
göstərmiş birliyin bünövrəsi idi. Fraksiya qanun layihələrinin işlənməsində, sorğuların
hazırlanmasında ümumrusiya müsəlman qurultayının qərar və qətnamələrini rəhbər
tuturdu.
Bakıda 1905-ci ilin noyabrında 17 Oktyabr Manifestinin verilməsindən sonra
ölkədə yaranmış siyasi vəziyyəti müzakirə edən mitinqlər keçirildi. Mitinq iştirakçıları belə
bir məsələdə yekdil idilər ki, manifestin vədləri həyata keçirilməli və ümumi seçki hüququ.
müsəlmanların Rusiya dövlət dumasında mütənasib sayda nümayəndələrlə təmsil
olunması və b. tələblər yerinə yetirilməlidir.
Azərbaycanda burjua xadimlərinin kadetlərə rəğbət bəsləyən bir hissəsi 1905-ci
il dekabrın 4-də Konstitusion Demokratlar Partiyasının Bakı şöbəsinin təşkilində iştirak
etdi. Azərbaycan cəmiyyətinin nümayəndələri İ.Hacınski, İ.Hacıyev, Ə.Topçubaşov,
K.Səfərəliyev şöbənin daimi bürosuna seçildilər. Şöbənin 300 nəfər üzvü var idi. Dövlət
dumasına seçki kampaniyasının gedişində şöbənin fəaliyyəti nəzərə çarpacaq dərəcədə
canlandı. Seçkilərin nəticələri kadet partiyasının populyarlığını bir daha nümayiş etdirdi.
Azərbaycandan olan bütün deputatlar duma fəaliyyəti dövründə daim özlərinin bu partiyaya
mənsubiyyətlərini unutmurdular. 1912-ci ilin yanvarında Yelizavetpol qubernatoru polis
departamentinə bildirdi ki, "ziyalılar başdan-başa kadetçilik eləyirlər: ayrı-ayrı, müstəsna
hallarda ciddi surətdə öz daxili inamlarına görə, əksəriyyəti isə nəyə görəsə, belə hesab
edir ki, kadet platforması hər bir ziyalı üçün mütləq lazımd ır"
106
.
1905-ci ilin payızında "Müsəlman əyanları, ziyalıları və yuxarı təbəqələrin
ittifaqı və müdafiə cəmiyyəti" meydana çıxdı
107
. Cəmiyyət "Bakı şəhərinin məşhur və
hörmətli adamlarına müraciət" nəşr etdirdi. Müraciətdə müəlliflər hökumətə qarşı
yönəlmiş azadlıq hərəkatına rəğbət bildirir
108
, eyni zamanda qeyd edirdilər ki, bu hərəkatdan
müsəlmanlara qarşı istifadə edilməsinə cəhd göstərildiyi təqdirdə cəmiyyətdə birləşmiş
qüvvələr qətiyyətli cavab verəcəkdir...
1906-cı ilin avqust-sentyabr aylarında Bakı və Yelizavetpol qubern iyalarında
"Difa i" partiyası meydana çıxd ı.
Vahid milli siyasi təşkilatın yaradılması məqsədə uyğunluğunun meydana
çıxmasında 1905-ci ildə erməni-müsəlman ziddiyyətlərinin kəskinləşməsi az rol oynamadı.
1906-cı ildə Tiflisdə keçirilmiş barışdırıcı qurultayın siyasi yekunlarından biri
"Daşnaksutyun" və onun silahlı qüvvələrinə qarşı Azərbaycan tərəfindən özünə siyasi
partiya və döyüş drujinaları yaratmaq zərurəti qarşısında qalmasını etiraf etməsi o ldu
109
.
"Difai"nin banisi partiyanın Bakıda yerləşən MK-sına başçılıq edən Ə.Ağayev
idi
110
. Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Qarsda, Naxçıvanda,
Vladiqafqazda və b. yerlərdə partiyanın şöbələri yaradılmışdı
111
.
Partiyanın 1906-cı ilin oktyabrında "İrşad" qəzetində dərc olunmuş proqramında
112
118
bölgədə yaranmış, Azərbaycan xalqını təqiblərə və məhv olmağa məruz qoyan siyasi
şəraitin səciyyəsi verilirdi. Milltlərarası toqquşmalar və kütlələrin avamlığı yaranmış vəziy-
yətin başlıca səbəbləri sayılırdı. Partiyanın proqramı aşağıdakı əsas məqsədi
müəyyənləşdirirdi: "Qafqazın bütün digər xalqları ilə hətta öz proqramını elan edib bütün
xalqların hüquq və üstünlükləri, Qafqazın nəcib əməlləri ilə razılaşması" şərtilə
"Daşnaksutyun"la belə, birlikdə əməl qardaşlığı ortaya çıxarmaq"
113
.
Partiya maarifi və əhalinin mənafeyinin müdafiəsini məqsəda çatmaq üçün
zəruri şərt sayırdı və bu, partiyanın möhüründə də əks olunmuşdu. Möhürün
üzərində altıguşəli u lduzla aypara, çarpazlaşmış iki q ılınc təsvir edilmiş və "Difai"-
"Mübariz milli firqəsi"sözləri həkk olunmuşdu
114
. "Difai" - nin vərəqələrində hər bir
əkinçinin əbədi arzusu - 'Torpaq zəhmətkeş s in fə məxsus olmalıdır": öz əksini
tapırdı
115
.
Partiyanın sosial dayağını əsasən cəmiyyətin orta təbəqələri-tacirlər,
ziyalılar, kəndlilər, şagirdlər vo onları təmsil edən şəxslar təşkil edirdi.
Partiyanın təşkilatçıları qarşıya qoyduqları siyasi məqsəd və vəzifələri kütlələrin
dərk edib həyata keçirmələri üçün onlarda müəyyən şüur və siyasi mədəniyyət
səviyyəsi olmasının zəruriliyin i ço x düzgün anlayırdı. Buna görə də əhali içərisində
geniş maarifçilik işi aparır, mədəni-maarif cəmiyyətinin imkanlarından istifadə edir,
siyasi ədəbiyyat yayırdılar
116
.
"Difai"nin şöbələri əhali içərisində geniş şöhrətə malik idi. Çar məmurları öz ali
rəislərinin nəzərinə çatdırırdılar ki, bu partiyanın mövcud olduğu müddətdə yerli əhalinin
ictimai işlərə marağı xeyli artmışdır, indi əhali onun komitələrinə hökumət idarələrindən
çox müraciət edir
117
. Həmçinin qeyd edirdilər ki, təbliğat nəticəsində "müsəlmanlar
birləşəcək, əqli cəhətdən inkişaf edəcək və şüurlu olacaqlar, partiya, şübhəsiz ki,
hökumət əleyhinə olan məqsədləri də təbliğ etməyə başlayacaqdır"
118
.
Partiyanın ən iri şöbəsi "Qarabağ birlik məclisi"
119
idi. Onun fəaliyyəti bütün
Qarabağı - Yelizavetpol quberniyasının Cavanşir-Qaryagin və Şuşa qəzalarını əhatə
edirdi. Məclisin təşkilatçıları tacirlər, ziyalılar, varlı və kasıb kəndlilərdən ibarət idi.
Məclisin baş komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi.
Təşkilatın 400 nəfərlik döyüş drujinası var idi
120
. Məclisin 1907-ci ilin oktyabr ayında
qəbul olunmuş proqramında həm siyasi tələblər, həm də əxlaqi normalar əks olunmuşdu.
Bu proqram müsəlmanları birliyə, milli özünüdərki inkişaf etdirməyə çağırır, millətlər
arasındakı münasibətləri müəyyənləşdirir, milli düşmənçiliyi qızışdırmağa görə
məsuliyyət məsələsini qaldırır, rüşvətxorluğa, hakimiyyətdən sui-istifadəyə, böhtana,
əsassız surətdə qiymətlərin qaldırılmasına və s. görə cərimələr nəzərdə tuturdu
121
.
"Qarabağ birlik məclisi" qanunçuluq və hüquqi qaydaların cəmiyyətin həyatına
daxil edilməsi sahəsində ilk kövrək addımlar atırdı. Proqram qadın təhsili də daxil
olmaqla məktəblər şəbəkəsinin yarad ılmasını nəzərdə tuturdu. Bu sənəddə ticarət,
istehsalat və məhsul satışında qayda-qanun və sabitlik yaratmaq, həmçin in
cəmiyyətin iqtisadi, siyasi və mənəvi həyatı ilə bağlı məsələlərin həllini partiyanın
əlində cəmləşdirmək barədə də müddəa var idi
122
. O, bir növ cə miyyətin əmin-
119
aman lıq və qanunçuluq prinsipləri əsasında yenidən qurulması proqramı idi və
kütlələrin siyasi oyanışına kö mək ed irdi.
1907-c i ilin may ında "Müdafiə" təşkilat ı meydana çıxd ı. Ona böyük
ictimai-siyasi xadim İsmayıl xan Ziyad xanov başçılıq edirdi
123
. ―Müdafiə"nin
fəaliyyəti, başlıca olaraq, Yelizavetpol quberniyasının qərb hissəsini və Tiflis
quberniyası qəzalarının bir hissəsini əhatə edirdi. Onun siyasi dayağını əhalin in
imtiyazlı təbəqələrin in, mü lkədar-bəylərin, kənd ziyalılarının nü mayəndələri təşkil
edirdi. Təşkilat müsəlman lar içərisində maarif və mədəniyyət işlərinin qayğısına
qalmağı, onların hüquq və mənafelərinin müdafiəsin i, habelə kəndli məişətinin
yaxşılaşdırılmasını və s. özünün zəruri məqsəd və vəzifəsi hesab edirdi.
Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində Müsəlman
Demokratik Müsavat ("Bərabərlik") Partiyası mühüm rol oynadı. "Müsavat"
Partiyası 1911-ci ilin oktyabrında Bakıda meydana çıxmışdı. Bu təşkilata
Azərbaycanın artıq xalq mənafey i uğrunda müəyyən mübarizə təcrübəsinə malik,
milli-azad lıq hərə katın ın həm ya xın illər, hə m də perspektiv üçün məqsəd və
vəzifələrin i müəyyənləşdirməyə qadir olan bir sıra ictimai xadimi başçılıq ed irdi.
"Müsavat", onun lideri M.Rəsulzadə və nəşr etdiyi "Açıq söz" qəzeti
Azərbaycanın siyasi həyatında öz fəallıqları ilə seçilirdi.
1912-c i ildə part iyanın manifesti - proqra mı nəşr edildi. Proqra mda
qarşıya həyati məsələlər qoyulurdu: bütün müsəlman xalq ları üçün bərabərlik əldə
olunması, müsəlman ların dövlət müstəqilliy inin qorunması, müstəqilliy ini bərqərar
edən və onu qorumaq uğrunda mübarizə aparan müsəlman dövlətlərinə maddi və
mənəvi yardım göstərilməsi. Partiya həm müsəlman lar, həm də bütün bəşəriyyətə
münasibətdə ali demokratik amallara əsaslanaraq, bütün partiyalarla əməkdaşlıq
etmək niyyətində idi
124
. Proqramın xüsusi maddəsi ilə partiya üzvlərinin bütün
iqtisadi həyatın inkişafına kömək göstərməsi b ir vəzifə kimi qoyulurdu.
Ço x tezliklə partiya ziyalıları, xırda burjua, kəndli, fəhlə və qulluqçuların
nümayəndələrini öz sıralarına cəlb etdi. Partiyanın Bakıda yerləşən Mərkəzi Ko mitəsi
yerlərdə mərkəzin təyin və ya təsdiq etdiyi ən azı üç nəfərdən ibarət şöbələrə malik
idi. Partiyanın təşkilat əsasları g izli iş şəraitində fəaliyyət üçün nəzərdə tutulmuşdu.
Bunun səbəbi panislamist adlandırılanla rın kütləv i təqiblərə , Balkan müharibəsi
başlandıqdan sonra isə xüsusilə güclənən cəza tədbirlərinə məru z qaldıq ları şərait
idi.
1913-cü ildə Ro manovlar sülaləsinin 300 illiy i münasibətilə ve rilmiş
amn istiya (əfvi-ü mu mi) nəticəsində İstanbuldan Bakıya qayıda bilən
M.Ə.Rəsulzadə həmin vaxtdan etibarən "Müsavat" partiyasının şəriksiz liderinə
çevrild i.
|