§ 3. AZƏRBAYCANIN XALQ TƏSƏRRUFATI MÜHARİBƏ
İLLƏRİNDƏ
Sənayenin səfərbər edilməsi və nizamlanması üzrə tədbirlər. Dövlət-
inhisarçı meyillərinin güclənməsi Birinci dünya müharibəsi Rusiyanın bütün xalq
təsərrüfatının yenidən qurulması zərurətini meydana çıxardı. Müharibənin geniş
miqyası, ordunun hərbi və maddi təchizatı, lazımi əşyalara çox böyük tələbat ölkənin
sənaye istehsalında ciddi struktur dəyişikliklərini şərtləndirdi. Bu dəyişiklərin
mah iyyəti ondan ibarət idi ki, ağ ırlıq mərkəzi hərbi ehtiyacları ödəyən sahələrə
keçirildi. Dinc bazarın, yəni geniş əhali kütlələri və mü lki təsərrüfat sahələrin in
tələbatına yönələn istehsal isə getdikcə daha ço x tənəzzülə uğrayırdı
23
.
Cəbhəyanı bölgəyə çevrilmiş Azərbaycan sənayesi Rus digər arxa
rayonlarına nisbətən müharibənin dağıdıcı təsirinə daha güclü şəkildə məru z qalırdı.
Müharibə əmtəə dövriyyəsinin, nəqliyyatın işini pozmuş, xammal və avadanlıq
idxalını məhdudlaşdırmış, həm Rusiyanın sənaye rayonları, hə m də Zaqafqa ziyanın
ayrı-ayrı bölgələri ilə əlaqələri qırmış, minlərlə fəhlə o rduya çağırılmışdı.
Bütün Rusiya sənayesinin işinə mənfi təsir göstərən amillər-istehsalın
məhdudlaşması, sənayenin hərbi məqsədlər üçün səfərbər olun ması Azərbaycanda
144
da sənayenin vəziyyətini ağırlaşdırırd ı. İstehsalın ən çox ixtisara düşməsi kənardan
gətirilən xarici xammalla işləyən müəssisələrdə müşahidə olunurdu (məsələn,
toxuculuq müəssisələri yerli pa mbığa keç mə li oldu). İşçi qüvvəsinin çatışma ması və
xarici bazarla əlaqələrin kəsilməsi balıqçılıq sənayesini ö z istehsalını azaltmaq
məcburiyyətində qoydu. Xəzər dənizinin limanlarında ixrac edilməyən çoxlu
miqdarda mal yığ ılıb qaldı. Spirt zavodları ö z istehsalını dayandırdı.
Müharibə davam etdikcə günü-gündən genişlənən xə zinə tə ləbatı ayrı-ayrı
sənaye sahələrin in işinə müsbət təsir göstərdi. 1905-ci ilin payızında baş vermiş
sənaye səfərbərliy i, yəni onun dövlət müdafiəsi işinə cəlb edilməsi bunun təzahürü
idi. Səfərbər olunan sahələr sırasına Azərbaycanın neft, toxuculuq və balıq sə -
nayesi də daxil edildi. Məsələn, neft sənayesi həm hərbi istehlakçıları bütünlüklə
təchiz etməyə, həm də yeni məhsullar – toluol, benzol və ksilol istehsal etməyə
başladı. Əvvəllər istehsalı dayanmış spirtçəkən zavodlar partlayıcı maddələr
istehsalına başladı. Gön-dəri sənayesi ordu üçün ayaqqabı tikişi işinə keçd i. Yağ
zavodları da əvvəlcə işi məhdudlaşdırdılar, sonra isə ordu üçün məhsul tədarükünə
başladılar. Sənayenin səfərbər olunması mərmi və silah istehsal etməyə başlayan
külli miqdarda xırda və orta müəssisələrin inkişafına, həmç inin yenidən
qurulmasına güclü təkan verdi
24
.
Müharibə illərində neft sənayesinin inhisarlaşması o vaxtadək
gorünməmiş miqyasa çatdı. Bunun səbəbi digər sənaye sahələri ilə müqayisədə bu
sənayenin istehsal, ticarət-satış və nəqliyyat hissələrinin daha yüksək səviyyədə
təmərküzləşməsi idi. Hələ müharibənin baş lanması ərəfəsində ölkədə bütün səhm
kapitalının 87 faizi və bütün neft hasilatının 60%-i üç möhtəşəm trestin ("Oyl",
"Nobel" və "Şell") payına düşürdü
25
. Müharibə illərində Bakı rayonunda özəyi rus
"Neft" şirkəti olan yeni trest birliyi formalaşdı. 1917-c i il ərəfəsində "Neft" qrupu
firma larının çıxard ığı neft Rusiyada ümu mi neft hasilatın ın 9% -ni təşkil edirdi
26
.
Bu dörd inhisar q rupu əslində neft sənayesinin bütün istehsal hissəsinə sahiblik
edirdi.
Azərbaycan neft sənayesində dövlətin inhisarçı mey illərinin güclənməsi
Birinci dünya müharibəsi illərində baş verdi
27
. Bu proses müxtəlif formalarda gedirdi.
Bunlardan əsasları inhisarlarla hökumət arasında şəxsi uniyanın (ittifaqın)
möhkəmlən məsi və neft sənayesinin nizamlanması idi.
Müharibə illərində ölkənin ən iri bankları və beynəlxalq kapitalla sıx
surətdə əlaqədar olan inhisarlar qrupu neft sənayesini nəzarət altına almaqda davam
edirdi.
İnhisarlar
iqtisadiyyatda
hökmranlıqlarını
möhkəmləndirdikcə
və
hökumətlə daha da yaxınlaşdıqca, onların siyasəti bir ço x cəhətdən dövlət siyasəti
ilə "üst-üstə düşməyə" başladı.
Birinci dünya müharibəsi illərində çar mütləqiyyəti ilk dəfə olaraq ölkənin
iqtisadiyyatını planlaşdırmaqla idarə etməyə başladı. Lakin çarizm burjuaziyanın "şəxsi
kapitalist təşəbbüsü" azadlığını məhdudlaşdıra bilmədi. Burjuaziya müharibədən
145
qazanc götürmək üçün öz müəssisələrini tezliklə hərbi məhsul istehsalına keçirməyə
can atırdı.
Məsələn, neft sahəsində vəziyyət belə idi. Neftə tələbatın ödənilməsi
birinci dərəcəli vəzifə id i və 1915-ci ilin iyulunda müdafiə ü zrə xüsusi müşavirə
neft sənayesinin böyük dövlət əhəmiyyəti olduğunu etiraf etdi. Lakin
Azərbaycandakı neft sənayeçiləri bazar konyunkturasından məharətlə istifadə
edərək, bütün müharibə illərində neftin qiymətini artırır, eyni zamanda onun
istehsalını məhdudlaşdırırd ılar.
Neftdən partlayıcı maddələr (toluol, benzol), habelə yağlar, aviasiya benzini
və digər məhsullar alınması məsələsi xüsusi yer tuturd. Hökumət toluol zavodların ın
tikilməsi və avadanlıqla təchiz edilməsi üçün 1 mln rubl vəsait bura xdı. Ne ft
sənayeçiləri kifayət qədər operativ şəkildə zavodların tikintisinə başladı. Artıq 1916-
cı ilin əvvəlində "Nobel qardaşları" şirkəti aylıq istehsal gücü 5-6 min pud olan
birinci toluol zavodunu istismara verdi. Sentyabrdan isə "Benkendorf ticarət ev i"nin
istehsal gücü 6 min pud olan toluol, benzo l və ksilol zavodu işə düşdü. 1916-c ı ilin
əvvəlində Bakıda Baş artilleriya idarəsinə tabe olan, istehsal gücü 2-3 min puda
çatan xəzinə toluol zavodu da tikildi
28
.
Artıq 1915-ci ilin əvvəllərində Bakı hərbi-sənaye komitəsinin çuqun
mərmilər, fuqas qumbaraları və mina hazırlayan zavodu, "Nobel qardaşları" şirkətin in
benzin istehsalı zavodu, habelə H.Z.Tağıyevin bez və parusin istehsalı səhmdar
cəmiyyəti cəbhəyə işləyən ilk növbədə cəbhəni təmin edən müəssisələr sırasına
daxil edildi. Hərbi na zirliyin 3 mln partladıc ı hazırla maq kimi böyük sifarişinin
yerinə yetirilməsi üçün Xəzər maşınqayırma və qazan zavodları səhmdar cəmiyyəti
müəssisələrinin yenidən qurulması məsələsi qaldırıldı
29
. Bakının digər 30-a yaxın
müəssisəsi də hərbi sifarişləri yerinə yetirirdi.
1916-cı ilin iyulunda Bakı quberniyası üzrə hərbi idarələrin sifarişlərin in
ümu mi məb ləği 3354 min rubl təşkil edird i.
Cəbhə üçün işləyən müəssisələrdə çalışan fəhlələrin sayına görə
Zaqafqaziyada b irinci yeri xüsusilə iri hərbi sifarişlərin yerinə yetirild iyi Bakı
tutdu. Belə ki, Bakı quberniyasında belə müəssisələrdə çalışan fəhlələrin sayı
65524 nəfər, Yelizavetpol quberniyasında isə 2523 nəfər idi.
Dövlət aparatının kapitalist inhisarları ilə qovuşması nəticəsində 1915-ci
ilin avqustunda "Xüsusi müşavirələr" meydana çıxdı. Bunlar təsərrüfatın əsas
sahələrini - sənaye, nəqliyyat, yanacaq sahələrini və ərzaq məsələlərin i idarə edən
ali höku mət idarələri idi
30
. "Xüsusi müşavirələr" sisteminin yaradılması ilə dövlət
aparatının mü xtəlif həlqələ rinə burjuaziyanın müda xiləsi gücləndi.
Höku mətin uğurlu müharibə aparmağa qadir olmaması, habelə bütün
iqtisadi məsələlərin həllində rəhbər ro l oynamaq istəyi burjuaziyanı yeni
Ümu mrusiya orqanı - Hərb i-Sənaye Ko mitələrini yaratmağa təhrik etdi.
1915-c i il may ın 26-da sənaye və ticarət nümayəndələrinin 9-cu
Ümu mrusiya qurultayı tərəfindən Mərkəzi Hərb i-Sənaye Ko mitəsinin təsis
146
olunması barəsində qərar qəbul edildi. HSK-nın yaradılmasının rəsmi amili
sənayenin müharibə ehtiyacları üçün səfərbər edilməsinə kö mək göstərilməsi idi.
Bütün iri sənaye mərkəzlərində yerli və vilayət hərbi-sənaye ko mitələrinin təşkil
edilməsi qərara alındı.
Bakı vilayət HSK-nın təşkilatca formalaşdırılması 1915-ci il iyunun 15-də
BHSK-nın ilk təşkilat yığ ıncağında baş verdi. Ko mitənin tə rkibinə iri sənayeçilər
və burjua-texniki ziyalıların onlarla bağlı olan nü mayəndələri daxil oldular.
Bakı HSK təkcə bu ko mitənin təşkili və fəaliyyətində yaxından iştirak
etməklə kifayətlən məyən və sonradan ona maddi yardım da göstərən Bakı neft
sənayeçiləri qurultayı şurasının fəal iştirakı ilə yaradıld ı. BHSK-nın fəaliyyəti bütün
Bakı quberniyasını əhatə edirdi və Yelizavetpol ko mitəsinin də da xil o lduğu
Zaqafqaziya v ilayət HSK-dan asılı deyild i. Bakı HSK-na 9, Yelizavetpol HSK-na
isə 7 müəssisə daxil id i
31
.
BHSK yanında mərmi, tikinti və nəqliyyat bölmələri fəaliyyət göstərirdi.
İlk dövrlərdə ko mitə şəhərin bir sıra müəssisələrinin, ilk növbədə, metal emalı
zavodları və emalatxanaların hərb i cəhətdən yenidən qurulmasında müəyyən rol
oynadı. Ko mitə ö zünün 900 fəhlənin işlədiyi mərmi zavodunu tikdirdi, partlayıcı
maddələr istehsalını təşkil etdi. HSK xətti ilə artilleriya idarəsi və hərbi nazirlik-
lərdən bir neçə əlverişli sifariş alındı (məsələn, 200 min mərmi, 40 min bomba, 20
min əl qu mbarası və s. hazırlan ması barəsində sifariş və i.a.). BHSK-nın təkcə
mərmi zavodunun payına düşən sifarişlərin ü mu mi məb ləği 2 mln. rubla bərabər
idi
32
.
Bütövlükdə isə BHSK-nın iqtisadi fəaliyyəti o qədər də genişlən mədi.
Hərbi idarənin sifarişlərinin müntəzəm o laraq yerinə yetirilməməsi onların xey li
ixtisar olun masına gətirib çıxardı. 1916-cı ilin sonuna yaxın hökumət hərbi-sənaye
ko mitələrinin işini məhdudlaşdırmaq siyasəti yürütməyə başlayanda BHSK-n ın
fəaliyyəti daha da zəiflədi, hərb i-sənaye ko mitələri nəin ki hərbi sifarişlərin
paylanmasında inhisarçı olmadı, heç hökumət orqanlarının funksiyalarını belə əvəz edə
bilmədi, hətta özləri çox güclü şəkildə hökumətdən asılı qa ldılar.
Digər yeni Ümumrusiya burjua-mülkədar təşkilatı müharibənin lap əvvəllərində
yaradılmış Ümumrusiya Şəhərlər İttifaqı (birliyi) oldu. Şəhərlər birliyin in vəzifəsinə
yaralı döyüşçülərin müalicəsi və arxaya köçürülməsi, yeməkxana məntəqələri və
camaşırxanaların açılması, ordunun isti paltarlarla təmin edilməsi, şəhərlərdən keçən
hərbi hissələrə qulluq göstərilməsi və s. daxil idi.
1914-cü ilin sentyabrında Şəhərlər Birliyinin Bakı və Yelizavetpol komitələri
fəaliyyətə başladı. Onlar şəhər özünüidarəsi xadimlərinin, burjua ziyalılarının və xırda
burjuaziyanın bir hissəsinin cəmləşdiyi mərkəzlərə çevrildilər, Bakı komitəsininin sədri
şəhər qlavası L.L.Bıç, Gəncə komitəsinin sədri isə şəhər qlavası Xəlil bəy Xas məmmədov
idi
33
.
Əvvəllər Bakı komitəsinin fəaliyyəti lazaret işi ilə məhdudlaşırdı. Bakıda 9 min
çarpayılıq hospitallar açıldı, Qafqaz cəbhəsində hərbi əməliyyatlar genişləndikcə, komitə
147
öz üzərinə yeni vəzifələr (xəstə və yaralı döyüşçülərin arxaya köçürülməsi, qaçqınlara
tibbi-sanitar yardımı göstərilməsi) götürürdü. Bunlara müvafiq olaraq Culfa, Gəncə,
Gədəbəy, Annenfeld, Yelenendorf və b. yerlərdə qaçqın lara yard ım şöbələri açıld ı
34
.
Bu orqan ordunun böyük ehtiyac hiss etdiyi hər cür nəqliyyat, əşya və intendent
təchizatı üzrə hərbi sifarişlərin yerinə yetirilməsi işini qaydaya saldı. Azərbaycan
şəhərlərində yəhər, xəncər, alt paltarı və şinel hazırlanması üzrə emalatxanalar təşkil olundu,
infeksiya barakları, həkim və yeməkxana məntəqələri yaradıldı.
Müharibə illərində Bakı neft sənayeçiləri qurultayı şurasının əhəmiyyəti əsaslı
şəkildə artdı. Şura Bakı neft sənayesinin zəruri metallar və nəqliyyat vasitələri ilə tam
təchizatını, materialların firmalar arasında bölüşdürülməsini öz əlində cəmləşdirdi. Eyni
zamanda Şura Bakı proletariatının güclənən tətil hərəkatı ilə mübarizədə fəal ro l oynayırdı.
İri sənaye-ticarət və maliyyə burjuaziyasını birləşdirən sahibkarlıq təşkilatlarından
biri - Bakı birja cəmiyyəti və onun seçkili orqanı -Birja Komitəsi idi. O, neft
sənayeçilərini, gəmi sahiblərini, balıq sənayeçilərini, bank, ticarət müəssisələrini,
metallurgiya, şəkər zavodlarının nümayəndələrini və b. birləşdirirdi
35
.
Müharibə illərində Bakı Birja Komitəsi şəhərin sənaye və ticarət həyatının
nizamlanması ilə bağlı bütün tədbirlərin həyata keçirilməsində coşqun fəaliyyət
göstərmişdi.
Bakı neft sənayesi firmaları nümayəndələrinin Petroqraddakı müşavirəsi
müharibə illərində böyük əhəmiyyət kəsb edirdi. Bu müşavirənin məqsədi iri neft
sənayeçilərinin mənafelərini müdafiə etmək, hökumətə təzyiq üçün vahid taktikanı işləyib
hazırlamaq, fəhlə hərəkatına qarşı neft sənayesi burjuaziyasının qüvvələrini bir-
ləşdirməkdən ibarət idi. Müşavirənin əsası Azərbaycan neft sənayesində sanballı qüvvəni
təşkil edən 9-12 sayda Bakı firmasından ibarət idi. Belə ki, 9 iri firmanın mədənlərində
12780 fəhlə (bütün fəhlə və qulluqçuların 46%-i) çalışırdı, bunlardan 8-nin payına isə Bakı
rayonundakı ümumi neft hasilatının 46,8% düşürdü
36
. Lakin müşavirədə əsas mövqe
"Nobel qardaşları" şirkətinin əlində idi.
1916-cı ilin noyabrında müşavirə sənaye və ticarət nümayəndələri qurultayının
şurası yanında neft bölməsinə çevrildi. Ölkənin neft sənayesi və yanacaq təchizatı
barəsində hökumətin hər bir tədbirini diqqət mərkəzində saxlayan həmin bölmə neft
inhisarlarının əsas iqtisadi siyasətini işləyib hazırlayan baş qərargahı idi.
Hökumətin və burjuaziyanın bütün sahələrdə göstərdiyi cəhdlərə baxmayaraq,
möhkəm hərbi təsərrüfat yaratmaq, əmək məhsuldarlığının aşağı düşməsi və bahalaşma
prosesinin qarşısını alıb dayandırmaq mümkün olmadı. Bu, iqtisadiyyatın ən mühüm sahə-
lərində dərinləşən böhrana gətirib çıxardı.
Azərbaycan neft sənayesi bütün müharibə illəri ərzində ciddi çətinliklərlə
üzləşirdi. Kəskin neft böhranının başlıca səbəbi təkcə metal aclığı və nəqliyyatın
pozulmasını doğuran müharibə dövrü amilləri, hökumətin istehsalı nizamlamağa və neft
yanacağını ən mühüm istehsalçılar arasında planauyğun bölüşdürməyə qadir olmaması
deyil, həm də neft inhisarlarının istehsalı məhdudlaşdırmağa yönəlmiş siyasəti idi.
Neft və neft məhsulları ixracının dayandırılması ilə əlaqədar olaraq, müharibə
148
illərində kəskin pul qıtlığı meydana çıxır və neft sənayesinin fəaliyyətin i daha da
məhdudlaşdırırdı.
Texniki vasitələrin çatışmaması, xaricdən neft avadanlığı alınmasındakı çətinliklər,
mədən-zavod təsərrüfatında əsaslı təmir işlərinin aparılmaması qazıma işlərinin də
azalmasına, emal olunan məhsulların kəskin surətdə aşağı düşməsinə səbəb olurdu.
Metal məmulatlarının bahalaşması qazıma işlərinin maya dəyərini yüksəldir və
onları xeyli məhdudlaşdırırdı. Odur ki, 1914-cü ildə 51987 sajen, 1917-ci ildə isə cəmi
23845 sajen quyu qazılmışdı.
Qazıma işləri miqyasının ixtisara düşməsi (1913-cü ildən 1917-ci ilədək qazımanın
həcmi 63,5 faiz azalmışdı) Bakı neft sənayesinda ümumi tənəzzülün ilk əlaməti idi.
Qazımanın azalmasının mənfi nəticələri neft hasilatına da təsir göstərdi. 1913-cü ildə 449,4
mln pud, 1914-cü ildə 431,7 mln pud, 1917-ci ildə isə cəmi 402,2 mln pud neft
çıxarılmışdı.
Texniki vasitələrin bahalaşması, neft məhsulları ixracının kəsilməsi, habelə ölkə
bazarlarında neft yanacağına tələbatın artması emal olunan məhsulların keyfiyyətinin xeyli
pisləşməsinə, neft qalıqları buraxılmasına şərait yaradır, bu isə Azərbaycan neftayırma
sənayesində texniki tənəzzülün davam etməsini şərtləndirirdi. Neft məhsulları emalının
ümumi miqdarı 1917-ci ildə 1913-cü ildəki 320 mln puddan 225,3 mln. puda düşdü.
Müharibə illərində Bakı emal zavodlarında yüksək keyfiyyətli neft məhsulları buraxılışı
38,2 faizdən 23 faizə endi.
Meydana çıxmış nəqliyyat çətinlikləri ilə əlaqədar olaraq, neft məhsullarının ixrac
yolları arasındakı nisbət də dəyişdi. Dənizlə neft daşınması 1917-ci ildə 1913-cü ildəki
80,1 faizdən 87 faizə qalxdı. Lakin dəmir yolları neft məhsulları daşımalarının öhdəsin-
dən qətiyyən gələ bilmirdi. Bu məhsulların Zaqafqaziya dəmiryolu ilə aparılmasının
ümumi həcmi 1913-cü ilə nisbətən 1914-cü ildə 38,9 faiz, 1915-ci ildə isə 61,3 faiz
azalmışdı.
Ümumi təsərrüfat dağınıqlığı Azərbaycan iqtisadiyyatının digər sahələrində də
(dağ-mədən, ipəkçilik və i.a.) özünü göstərirdi. Gədəbəydə mis filizinin çıxarılması 1913-
cü ildəki 1,8 mln puddan 1914-cü ildə 892,9 min puda, 1915-ci ildə isə 105 min puda
enmişdi. Mis əridilməsi 1914-cü ildəki 49,2 min puddan 1915-ci ildə 2,5 min pudadək
azaldı. Zəylik zəy zavodu tamamilə dayanıb istifadəsiz qalmış, Tovuzdakı sement zavodu
bərbad hala düşmüşdü.
Nu xa və Şuşanın ipəksarıma fabriklərinin yarısından çoxu barama
çatışmazlığı ü zündən işləmirdi. Əgər müharibə ərəfəsində A zərbaycanda hər il
yetişdirilən barama təqribən 250-260 min pud idisə, 1915-ci ildə cəmisi 139 min
pud olmuşdu. 1916-1917-ci illər ərzində ipəkçilik sənayesi və xammal bazasın ın
bərbad hala düşməsi yüngül sənaye müəssisələrində işləri tənəzzü lə uğratmışdı.
Bir ço x digər sahələrdə istehsal məhdudlaşmaqda davam edird i ki,
pambıq-parça istehsalı xeyli azalmışdı, 1917-ci il ərəfəsində Azərbaycanın tənbəki
fabrikləri isə öz gücünün ancaq 30 faizi ilə işləy irdi, balıqçılıq sənayesi də
tənəzzüldə idi. 1913-1915-ci illərdə balıq tutulması və kürü alın ması 1910-1912-ci
149
illərdəki 11,6 min puda enmişdi.
Müharibə illərində Azərbaycan kənd təsərrüfatı da ciddi böhran keçirird i.
Dənli və xüsusən də texniki b itkilər əkini kəskin surətdə azalmışdı. Bakı və
Yelizavetpol quberniyalarında taxıl əkini sahəsi 1914-cü ildə 958 min desyatin,
1915-ci ildə isə 556 min desyatin olmuş, yəni müharibənin bir ilində 42 faiz
azalmışdı. Sonralar da davam edən bu tənəzzül nəticəsində dənli bitkilər səpilən
sahələr Yelizavetpol quberniyasında 1913-cü ilə nisbətən 1916-cı ildə 70 faiz, Şuşa
qəzasında isə 80 faiz daralmış, Azərbaycandakı taxıl məhsulunun həcmi 1914-cü
ildəki 50,5 mln puddan 1917-ci ildə 26 min puda düşmüşdü.
Təsərrüfat dağınıqlığ ı pambıqçılıqda da hakim id i. Bakı və Ye lizavetpol
quberniyalarında pambıq əkini sahəsi 1914-cü ildə 93 min, 1916-cı ildə isə 33,7 min
desyatin olmuş, təxminən üç dəfə, ü mu mi illik pambıq yığımı 1914-cü ildən 1917-
ci ilədək 1305 min puddan 61 min puda en miş, təxminən 21,3 dəfə əksilmişdi.
Hələ müharibənin lap əvvəlində biyan kökü çıxarılması kəskin surətdə
aşağı düşmüş, 1914-cü ildə 525 min pud, 1915-ni ildə isə cəmi 194 min pud biyan
kökü çıxarılmışdı. Müharibənin təkcə birinci ilində tütün əkinlərinin sahəsi 31 faiz
aşağı düşmüşdü.
Birinci dünya müharibəsi Azə rbaycanın iqtisadi həyatında mü hü m yer
tutan üzümçülüyü də bərbad hala salmışdı. A zərbaycanda üzüm yığımı (Naxçıvan
qəzası istisna edilməklə) 1913-cü ildə 5369 min pud, 1915-ci ildə isə cəmisi 806
min pud olmuş, təxminən 7 dəfə azalmışdı. Xammal çatışmaması ü zündən 1914-
1915-c i illə rdə 849 şərabçılıq müəssisəsi işi dayandırmışdı.
Azərbaycanın meyvə bağlarına da böyük zərər dəymişdi. Artıq müharibənin
birinci ilində Azərbaycandan Həştərxana, Rostov, Odessa, Peterburq və digər şəhərlərə
bağçılıq məhsullarının aparılması iki dəfə azalmış, 1920-ci ilin əvvəllərinə qədər isə
meyvə bağlarının 15 faizi məhv edilmiş, təxminən bu qədəri isə məhv olmaq üzrə idi.
Müharibəyə qədər hər il Rusiyaya və xaricə aparılan 40-50 mln manatlıq ən müxtəlif kənd
təsərrüfatı məhsulu 1915-ci ildə iki dəfədən çox azalmış, 1916-cı ildə isə onun ixracı
tamamilə kəsilmişdi.
Heyvandarlıq da ağır vəziyyətdə idi. Mal-qaranın sayı kəskin surətdə azalmışdı. Əgər
1913-cü ildə Azərbaycanda 200 minə yaxın at, 1900 min baş iribuynuzlu və 2500 min baş
xırdabuynuzlu mal-qara qalmışdısa, mal-qaranın sayı sonrakı illərdə azalaraq, 1916-cı ildə
Yelizavetpol quberniyasında mal-qaranın sayı 1913-cü ilə nisbətən 50 faiz aşağı düşmüşdü.
Əgər 1913-cü ildə Cənubi Qafqazdakı iribuynuzlu mal-qaranın 43 faizi, xırdabuynuzlu
mal-qaranın 45 faizi və atların 51 faizi Azərbaycanın payına düşürdüsə, 1916-cı ildə bu
göstəricilər müvafiq olaraq 29, 30 və 44 faiz idi.
Mal-qaranın, xüsusən də at, camış və öküzlərin hərbi məqsədlər üçün yığılması ilə
əlaqədar olaraq, müharibənin birinci iki ilində iş heyvanlarının sayı təxminən 50 faiz ixtisar
olunmuş, 1916-cı ilin sonunda isə Azərbaycanda kəndli təsərrüfatlarının 60 faizdən çoxu
150
ümumiyyətlə iş heyvanlarından məhrum edilmişdi.
Cəbhəyə və xüsusən də arxa işlərinə səfərbərliklər kənd təsərrüfatını işçi qüvvəsindən
xeyli dərəcədə məhrum edirdi. 1915-ci il iyunun 15-də müvafiq çar fərmanı verildikdən
sonra Azərbaycan kəndinin də kişi əhalisinin 30 faizi - ən yararlı işçi qismi arxa işlərinə
cəlb edilmişdi. 1916-cı ildə Yelizavetpol quberniyasında kəndli təsərrüfatlarının 80,6
faizi, Bakı quberniyasında 75,4 faizi işçi qüvvəsi çatışmazlığından ziyan görürdü, bir çox
kəndlərdə isə ancaq qoca, uşaq və qadınlar qalmışdı.
Güclənməkdə olan təsərrüfat dağınıqlığının ən mühüm səbəblərindən biri
nəqliyyatın böhran vəziyyətinə düşməsi idi.
Qafqazı Avropa Rusiyası ilə bağlayan ən başlıca yol Vladiqafqaz və Cənubi Qafqaz
dəmir yolu xətləri idi. Lakin bütün Rusiyada olduğu kimi, Cənubi Qafqazda dəmir
yollarının müharibə dövrü daşımalarına hazır olmadığı bəlli oldu. Parovozlar yeniləri
ilə əvəz olun mur, dəmir yollarının texniki təchizatı Qərb i Avropa dövlətlərində
olduğundan xeyli geri qalırd ı. Qeyd etmək lazımdır ki, dəmir yollar
Zaqafqaziyanın ayrı-ayrı h issələri arasında qeyri-bərabər şəkildə bölün müşdü.
Məsələn, diyarın iqtisadi həyatında daha mühüm rol oynayan Azərbaycanda hər
100 kv.km-ə 1,6 km, Gü rcüstanda isə 1,25 km də mir yol düşürdü. Cənubi Qafqaz
dəmir yolu birxətli idi ki, bu da onun yükburaxma q abiliyyətini xey li məhdud-
laşdırırdı. Bakı istiqamətində yüklərin kifayət qədər çox vurulması, hə m ərzaq,
həm də digər yüklərin daşın masında ağır vəziyyət yaradırdı. Biləcəri stansiyası
çox vaxt vaqonlarla tıxan mış olurdu.
Buna görə 1916-cı il iyulun 4-dən etibarən şəxsi yüklər üçün Bakı ilə
birbaşa əlaqə bağlanmışdı.
Dəniz nəqliyyatında vəziyyət nisbətən bir qədər yaxşı id i. Lakin Bakı
limanı yükvurma-yükboşaltma şəraiti və
imkanların ın ciddi surətdə
yaxşılaşdırılmasına möhtac idi. Müharibə illərində teplo xodlar, neft barjları və digər
gəmilərin sayı təzələri hesabına artmışdı, mövcud gəmilərsə təmir tələb edird i.
Nəqliyyat və təsərrüfat dağınıqlığı Azərbaycanda ərzaq təminatını xeyli
kəskin ləşdirdi. Zaqafqaziya dəmir yolunun orduya xid mətə keçirilməsindən sonra
Rusiyanın əsas ərzaq rayonları ilə iqtisadi əlaqələr xey li çətinləşdi. Ərzaq böhranı
Bakıda, xüsusilə qaçqınlar axın ı və şəhərdə iri hərbi birləş mələrin məskunlaşması
üzündən, daha da kəskinləşdi. Məsələn, 1916-cı ilin yanvarında Bakıya lazım o lan
750 min pud əvəzinə, cəmisi 321 min pud buğda və un gətirilmişdi. Zəruri tələbat
mallarından ibarət yüklərin, özü də hərb i idarələrə lazım olandan xey li artıq
miqdarda müsadirə edilməsi şəhərin ehtiyatlarını tükəndirirdi. Bakı ə rzaq
müşavirəsinin 2 mln manat məbləğində hökumət borcu - ssudası verilməsi barəsində
vəsatəti də təmin o lunmad ı.
Müharibənin ilk günlərindən ərzaq məhsullarının qiy mətləri hədsiz
151
dərəcədə sürətlə artırd ı. Bakı şəhər idarəsinin məlu matına görə, çörəyin q iy məti
1914-cü illə müqayisədə 1916-c ı ilin sentyabrında 266 faiz, 1917-ci ilin yanvarında
isə 300 faiz artmışdı. Müharibə illərində Bakıda süd 305 faiz, mal əti isə 327 faiz,
düyü 355 faiz, yumurta 392 faiz günəbaxan yağı 450 faiz, ərin miş yağ isə 520 faiz
bahalaşmışdı.
Ərzaq böhranı Azərbaycanın qəzalarında qeyri-adi dərəcədə dərinləşmişdi, Gəncə,
Nuxa, Şuşa, Lənkəran və Qazaxdan ərzaq məhsulları çatışmazlığı və onların xeyli
bahalaşması xəbərləri gəlirdi. Taxıl, ət, qənd və digər ərzaq məhsulları kəskin surətdə
bahalaşdı. Məsələn, 1916-cı ildə taxılın qiyməti müharibə ərəfəsindəki dövrlə müqayisədə 7-
8 dəfə artmışdı. Ərzağın qıtlığı və qiymətlərin fasiləsiz artması üzündən kənd əhalisi aclığa və
müflis olmağa məhkum idi.
Müharibə əməklə kapital arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi, zəhmətkeş
kütlələrin iqtisadi və siyasi vəziyyətini daha da ağırlaşdırdı. İlkin tələbat mallarının bahalığı,
müharibədən yüksək gəlirlər götürən mülkədar və kapitalistlərin amansız istismarı, ərzaq
çətinlikləri bütün Rusiya, o cümlədən Azərbaycan zəhmətkeşlərini də amansız
məhru miyyətlərə düçar ed ird i.
Neft sənayesi fəhlələrinin həyat və iş şəraiti son dərəcə çətinləşmişdi. Bütün
müharibə illəri ərzində neft sənayesi fəhlələrinin əməyi Rusiya xalq təsərrüfatında ən ağır
işlərdən biri olaraq qalırdı. Hərbi əlavələr hesabına nominal əmək haqqının artmasına
baxmayaraq, qiymətlərin artması fəhlələrin real əmək haqqını kəskin surətdə aşağı
salmışdı. Əgər müharibəyə qədərki dövrlə müqayisədə ilkin tələbat mallarının qiyməti 4-5
dəfə artmışdısa, neft sənayesi fəhlələrinin orta aylıq əmək haqqı 1913-cü ildən 1916-cı
ilədək 43 rubl 75 qəpikdən cəmisi 74 rubla qalxmış, yəni onların real əmək haqqı 2-3 dəfə
azalmışdı.
Ən adi tibbi xidmət belə olmayan mədənlərdə iş günü 12-14 saatadək uzadılmışdı.
Əzablı və üzücü iş günləri ona gətirib çıxardırdı ki, fəhlələr bir neçə ildən sonra xəstələnir,
əmək qabiliyyətini itirir, əlil olurdular. İş vaxtından sonrakı əlavə işlər də onları üzüb əldən
salırdı.
Neft sənayeçilərinin 34-cü qurultayına fəhlələrin "Müraciət‖ində iqtisadi
vəziyyətin yaxşılaşdırılması barəsində tələblər irəli sürülmüşdü. Fəhlələrin ağır vəziyyəti
məsələsi təkcə neft sənayeçilərinin qurultaylarında deyil, həm də Bakı neft firmalarının
Peterburqdakı xüsusi müşavirəsində müzakirə edilmiş, lakin heç bir əməli tədbirlər
görülməmişdi.
İpək sənayesi müəssisələrində də dözülməz vəziyyət yaranmışdı. Rəsmi
statistikanın məlumatlarına görə, mövcud antisanitariya, adi əmək şəraitinin yaradılmaması,
14-15 saatdan uzun iş günü və müntə zə m aclıq nəticəsində fəh lələ r ə mə k qabiliyyətini
vaxtından əvvəl itirirdilər; 1915-ci ildə fəhlələrin 50 faizdən çoxu vərəm
xəstəliyinə tutulmuşdu. Azərbaycan ipək sənayesi müəssisələrində fəhlələr cü zi
əmək haqqı: kişilər gündə 40 qəpikdən 75 qəpiyədək, yeniyetmələr 30 qəpikdən 45
qəpiyədək, qadınlar isə 15 qəpikdən 25 qəpiyədək haqq alırdılar.
Gədəbəyin mis mədənlərində, Tovuz sement zavodunda da fəhlələrin
152
vəziyyəti beləcə dəhşətli idi. Dö zülməz şəraitdə 12 saatlıq işin müqabilində
fəhlələr d ilənçi payı qədər məvacib alırdılar. Sah ibkar lar və müdiriyyət onlarla
kobud davranır, yüksək cərimələr, işdən qovulma təhlükəsi onları daim izləyirdi.
Müharibə zəh mətkeş kəndlilərin yoxsullaşması və müflisləşməsinə gətirib
çıxardı. Müharibənin ağırlıqları - kənd təsərrüfatının dağınıqlığı, arxa işlərinə
səfərbərliklər, mütəmadi müsadirələr (rekv izisiyalar), bahalıq və möhtəkirlik
Azərbaycan kəndlilərinin onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirirdi.
Artırılmış vergi və mükəlləfiyyətlər kəndlilərin üzərində ağır yük idi. 1914-cü il 24
dekabr qanununa görə, torpaq vergisinin məbləği 50 faiz artırıldı. Dövlət kənd -
lilərindən yığılan zemstvo vergisi bu illərdə 20 faiz, hərbi vergi isə 50 faiz artdı.
Yerquruculuğu və mərzləmə işləri adı ilə hakimiyyət orqan ları bir ço x dövlət
kəndlisini pay torpaqlarından məhrum ed ir, kəndli torpaqlarını mülkədarların
tutması halları ço xalırdı.
1916-cı ilin martında məşhur Rusiya sənayeçisi A.İ.Putilov 42 mln. manata
Lənkəran qəzasında 12 kənd, Moskva və Bakının bir neçə kapitalisti də Yelizavetpol
qəzasında iri torpaq sahələri satın aldılar və i.a. Çar məmurları müharibə illərində
hökm sürən qayda-qanunsuzluq şəraitində özbaşınalıq edərək, mü xtəlif bəhanə ilə
kəndlilərin taxılını, mal-qarasını və s. zorla əllərindən alırdılar.
Bu illərdə sələmçilik xüsusən eybəcər şəkil almışdı. Sələmçilər kənd
yerlərində istədiklərini edirdilər. 1916-cı ildə "Açıq söz" qəzeti onların
Azərbaycanda baş alıb gedən özbaşınalığından yazırd ı.
Müharibə kənddəki sosial təbəqələşmə prosesini gücləndirmişdi. Bakı və
Yelizavetpol quberniyalarında tamamilə torpaqsız kəndlilərin sayı 1916-cı ildə 50
min, 1917-ci ildə isə 76 min nəfər idi. Yo xsul təbəqənin xüsusi çəkisi artırdı. 1917-ci
ildə Azərbaycanda bütün kəndli təsərrüfatlarının 54,4 faizini yoxsul, 34 faizini
ortabab, 8,6 faizini isə varlı və qolço maq təsərrüfatları təşkil edirdi.
|