AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
ELAN EDİLMƏSİ
§1. BİRİNCİ DÜNYA MÜHARİBƏSİNİN BAŞA ÇATMASI
DÖVRÜNDƏ AZƏRBAYCAN UĞRUNDA BÖYÜK
DÖVLƏTLƏRİN DİPLOMATİK MÜBARİZƏSİ
Zaqafqaziya Federativ Respublikasının süqutu Cənubi Qafqazda üç
müstəqil dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının
yaranması ilə nəticələndi.
1918-c i il may ayının 27-də a rtıq keç miş Zaqafqaziya Sey min in
Azərbaycan fraksiyası yaranmış siyasi vəziyyəti mü zakirə etmək üçün fövqəladə
iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq
qərara alındı. Müvəqqəti Milli Şu ranın sədri vəzifəsinə M .Ə.Rəsulzadə ("Müsavat"
Partiyası MK-nın sədri), İcraiyyə Ko mitəsinin sədri vəzifəsinə isə F.X.Xoyski
(bitərəf) seçild i.
1918-c i il mayın 28-də Tiflis şəhərində Azə rbaycan Milli Şurasın sədrin in
müavin i Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xə lil
bəy Xasmə mmədov, Nəs ib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy
Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy
Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa
Şey xülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy
Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinski, Firidun bəy Köçərli,
Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər bəy
Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla
Axundzadədən ibarət tərkibdə A zərbaycanın istiqlaliyyəti haqqında Akt (Əqdnamə)
qəbul etdi:
260
§ 2. AZƏRBAYCAN İSTİQLALINI MÜBƏYYİN
ƏQDNAMƏ
Böyük Rusiya inqilabının cərəyanı ilə, dövlət vücudunun ayrı-ayrı hissələrə
ayrılması ilə, Zaqafqaziyanın rus orduları tərəfindən tərkibinə mövcud bir
vəziyyəti-siyasiyyə hasil oldu. Kəndli qüvveyi-məxsusilərinə tərk olunan
Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq
Zaqafqaziya Qoşma Xalq Cü mhuriyyətini təsis etdilər. Vəqayi -siyasiyyənin inkişaf
etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cü mhuriyyəti cüzindən çıxıb
da müstəqil Gürcü Xalq Cü mhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Os manlı imperatorluğu arasında zühur edən müharibənin
təsviyyəsi üzündən hasil olan vəziyyəti-hazıreyi-siyasiyyə və məmləkət daxilində
bulunan misilsiz anarşi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana
dəxi bulunduğu xarici və
daxili müşkü latdan çıxmaq üçün xüsusi bir dövlət
təşkilatı qurmaq lü zu munu təlqin ediyor.
Buna binaən arayi-ü mu miyyə ilə intixab olunan Azərbaycan Şurayi-
Milliyyəyi-İslamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1.
Bu gündən etibarən Azərbaycan xəlq i hakimiyyət həqqinə malik
olduğu kibi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamiləl-hüquq
müstəqil b ir dövlətdir.
2.
Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cü mhuriyyəti
olaraq təqərrür ed iyor.
3.
Azərbaycan Xalq Cü mhuriyyəti bütün millətlər və bilxassə həmcüvar
olduğu millət və dövlətlərlə münasibati-həsəna təsisinə əzm edər.
4.
Azərbaycan Xalq Cü mhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərq i
gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və
vətəniyyə təmin eylər.
5. Azə rbaycan Xalq Cü mhuriyyəti ə ra zisi da xilində yaşaya n bilcümlə
millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
6. Məc lisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında
arayi-ümu miyyə
ilə
intixab
olunmuş
Şurayi-Milli
və
Şurayi-
Milliyə qarşı məsul höku məti-müvəqqətə durur"
1
.
Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı -İstiqlal
Aktının qəbulu ilə A zərbaycan dövlətçiliyi dünyada Xalq Cü mhuriyyəti
formasında elan olundu.
Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan
edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş,
həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. İstiqlal Aktında demokratik
261
dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və
siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların hər bir kəsin milli, dini, sinfi, silki
və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən
nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan
edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində
olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. İstiqlal Aktı bəyannaməsi Azərbaycan
millətinin Kulturnation (millət-mədəniyyət) statusundan tamamilə başqa siyasi-hüquqi və
mənəvi-psixoloji statusa - Statenation (millət-dövlət) statusuna qədəm qoyduğunu
göstərdi.
İstiqlal Aktının qəbul edildiyi Milli Şuranın elə həmin iclasında ilk A zərbaycan
hökumətini təşkil etmək tapşırığı almış Fətəli xan Xoyski Müvəqqəti hökumətin tərkibini
elan etdi: Nazirlər Şurasının sədri və daxili işlər naziri - Fətəli xan Xoyski (bitərəf);
maliyyə naziri və xalq maarifi naziri - Nəsib bəy Yusifbəyli ("Müsavat"); xarici işlər
naziri - Məmməd Həsən Hacınski ("Müsavat"); yollar naziri və poçt-teleqraf naziri -
Xudadat bəy Məlikaslanov (Müsəlman Sosialist Bloku); ədliyyə naziri - Xəlil bəy
Xasməmmədov ("Müsavat"); əkinçilik naziri - Əkbər Şeyxülislamov ("Hümmət"); hərbi
nazir - Xosrov-Paşa bəy Sultanov ("İttihad"); ticarət və sənaye naziri - Məmməd-Yusif
Cəfərov (bitərəf); dövlət nəzarəti naziri - Camo Hacınski (Müsəlman Sosialist Bloku)
2
. Elə
həmin gün Nazirlər Şurasının sədri F.X.Xoyski bir sıra dövlətlərin xarici işlər nazirliklərinə
müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılması haqqında radioqram göndərdi.
Radioqramda hökumətin müvəqqəti yerləşdiyi şəhərin Yelizavetpol (Gəncə) olduğu
göstərilirdi
3
.
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ölkədə ikihakimiyyətlilik
olması ilə səciyyələnirdi. Belə ki, Azərbaycanın şərq hissəsi (Bakı quberniyası) Bakıda
fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri, qərb hissəsi isə (Yelizavetpol
quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi.
1918-ci ilin yayında Azərbaycanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi.
Burada Böyük Britaniya, Almaniya və RSFSR kimi üç böyük dövlətin siyasi və iqtisadi
maraqları toqquşurdu. Onların hər biri Bakı neftinə yiyələnmək istəyir və bir-biri ilə
rəqabət aparırdı. Davam edən Birinci dünya müharibəsi şəraitində mübarizə
obyektlərindən biri də Azərbaycan, o cümlədən onun ayrılmaz hissəsi olan neft Bakısı
idi. Dünyanı yenidən bölüşdürmək istəyən böyük dövlətlər üçün həmçinin Xəzər dənizində
öz hökmranlığını bərqərar etmək cəhdləri səciyyəvi idi.
Yaxın Şərqdə böyük hərbi qüvvəyə malik olan və Sovet Rusiyasına qarşı hərbi
müdaxiləni başlayan İngiltərə Bakını onun əlindən almağa və Almaniyanı Bakıya yaxın
qoymamağa çalışırdı. İngiltərənin baş naziri D.Lloyd Corc öz memuarlarında yazırdı ki,
"Biz o vaxt əli qoynunda oturmamışdıq"
4
. Sonralar ingilislərin 1918-ci ildə Bakıdakı
hərəkətlərindən yazan İngiltərənin "Tayms" qəzeti bu cəhətin olduqca mühüm etirafı kimi
yazmışdı: "Biz gəlmişdik ki, Bakın ın neft mədənlərini zəbt edək"
5
.
İngiltərə rəhbərliyi Bakını işğal etmək əməliyyatını həyata keçirməyi İranın
Ənzəli limanında cəmlənmiş Britaniya hərbi dəstəsinin komandanı general Denstervillə
262
tapşırmışdı: Denstervill Bakıdakı eser, menşevik və daşnaklarla əlaqə yaratdi ki, şəhərin
işğalı planını hazırlamaqda və həyata keçirməkdə onlardan kömək alsın.
Daşnak, menşevik və eserlər cəbhədə və cəbhə arxasında intizamsızlıq
törətmək məqsədilə öz pozuculuq fəaliyyətlərini gücləndirir, şəhərdə vəziyyətin ağır
olmasından, mövcud ərzaq böhranının kəskinləşməsindən istifadə edərək, ingilis
ordusunun Bakıya dəvət edilməsi üçün geniş təbliğat aparırdılar. Onlar mətbuatda və
mitinqlərdə çıxış edib kütlələri inandırırdılar ki, ingilislər nəinki Ba kını qoruyub
saxlamağa kömək göstərəcək, həm də əhalini ərzaqla təmin edəcəklər. Əhalinin bir qismi
bu təbliğatın təsiri altına düşürdü.
İyun ayında İngiltərə konsulu Mak-Donnelin fəal iştirakı ilə Bakıda eserlər
tərəfindən sui-qəsdə cəhd edildi, lakin o, uğursuzluqla nəticələndi
6
.
Neft mənbələri olan regionların zəbt edilməsi o zaman yanacağa və digər neft
məhsullarına kəskin ehtiyac duyan Almaniya hökumətinin də planlarında böyük yer
tuturdu.
General Lüdendorf belə hesab edirdi ki, Qafqazı ələ keçirməklə iqtisadi
blokadanı yarmaq və Almaniyanı iqtisadi cəhətdən gücləndirmək, almanlarda qələbəyə
inam oyatmaq mümkün olacaq. Lakin bunun üçün, onun açıqcasına etiraf etdiyi kimi,
almanlara "Bakıya gəlib çıxmaq" lazım idi
7
.
Almaniyanın Qafqazı, o cümlədən Bakını ələ keçirmək cəhdlərinin ciddiliyi və ona
böyük əhəmiyyət verildiyini Almaniya Baş Qərargahının 1918-ci ilin iyul ayında
Belçikanın Spa şəhərində keçirilmiş məxfi müşavirəsi də aşkar şəkildə göstərirdi.
Müşavirədə kayzer II Vilhelm, Hindenburq, Lüdendorf və digər generallar iştirak
edirdilər.
Lüdendorfun çıxışında qeyd olunmuşdu ki, Almaniyanın strateji vəzifələrinin
həlli üçün neft məsələsi fövqəladə əhəmiyyət kəsb edir və buna görə də Bakını almaq
lazımdır. Donanma idarəsinin stats-katibi onun Bakını almaq barədə fikrini
dəstəkləyərək bildirmişdi ki, Almaniya donanmasının neftə olan tələbatı artır və sualtı
müharibənin sonrakı gedişi onun ödənilməsindən asılıdır
8
.
Lakin ordusu Qərb cəbhələrində olan Almaniya Bakını öz hərbi qüvvələri ilə
zəbt edə bilməzdi, o, bu işdə yalnız öz müttəfiqinə -qoşunları Qafqaz İslam Ordusu
tərkibində Bakıya hücum edən Türkiyəyə ü mid bəsləyə bilərd i.
Lakin Almaniyanın bu hücuma münasibəti ikili və olduqca ziddiyyətli mahiyyət
daşıyırdı: həm onu dəstəkləyir, həm də ondan ciddi ehtiyat edirdi.
Almaniyanın hakim dairələrində Qafqaz İslam Ordusunun Bakını ala biləcəyinə
inam yox idi, amma hərbi əməliyyatların gedişində neft mədənlərinin məhv edilə
biləcəyindən də narahat olurdular. Bu məsələ Almaniyanın İstanbuldakı konsulunun
1918-ci il iyul ayının əvvəlində təqdim etdiyi hesabatında öz əksini tapmışdı. Hesabatda
bolşeviklərin Bakını möhkəm mühafizə etdiyi göstərilir və onun alınmasının qeyri-
mümkün olduğu ifadə edilirdi
9
. Bu mülahizələrə əsaslanaraq, konsul Sovet Rusiyası ilə
"Bakı məsələsi" üzrə danışıqlar aparmağı təklif edərək yazırdı: "Əgər biz bolşeviklərlə
sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə
263
salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur
olsalar, mədənləri yandıracaqlar və onda nə biz, nə də türklər neft ehtiyatlarından
istifadə edə biləcəyik. Onlarsız isə Qafqaz dəmir yollarının istismarı te zliklə
dayanacaq"
10
.
1918-ci ilin iyul ayında Mərkəz ölkələrinin və Cənubi Qafqaz respublikalarının
qarşıdakı konfransında iştirak etmək üçün İstanbula göndərilmiş Azərbaycan diplomatik
nümayəndə heyəti belə mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyət şəraitində
işləməli o ldu. Heyətin başçısı M.Ə.Rəsulzadə, üzvləri isə X.Xas məmmədo v
başqaları idi". Nü mayəndə heyətinə konfransın digər iştirakçıları (Türkiy ə,
Almaniya, Avstriya-Macarıstan, Bo lqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar
Respublikası) ilə siyasət, iqtisadiyyat, ma liyyə məsələləri və hərbi problemlər
barəsində danışıqlar aparmaq tapşırılmışdı
12
.
Bundan başqa, nümayəndə heyəti üzvlərinə Türkiyə tərəfi ilə qapalı
danışıqlara getmək və mümkün ola bilən separat müqavilə bağlamaq üçün səlahiyyət
verilmişdi.
Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə özünü məharətli
diplomat kimi göstərərək, həmin vaxt RSFSR, Alman iya və Türkiyə arasında Bakı
neftindən istifadə et mə uğrunda gedən diplo matik da irə lərdə " Bakı məsələsi"
adlandırılan siyasi mübarizənin mərkəzində o ldu. A zərbaycan hökumətinə
ünvanladığı hesabatlarında o, yaran mış vəziyyətin dərin təhlilini verir və həyata
keçirilmə li konkret tədbirlə r tə klif edirdi. M.H.Hacınskiyə mə ktubunda o, qeyd
edirdi: "Sizə məlu mdur ki, neft haqqında məsələ Azərbaycandan çox Türkiyə-
Almaniya məsələsidir"
13
.
Almaniyanın İstanbuldakı səfiri Bernsdorf, öz ölkəsinin hakim
dairələrinin ehtiyatlandığını ifadə edərək, M.Ə.Rəsulzadədən Bakının bolşeviklər
tərəfindən dağıdılması təhlükəsi haqqında məlu mat verməsini xahiş etmişdi
14
.
İstanbul konfransının keçirilməsində Almaniya öz məqsədlərini güdürdü. Alman
qoşunlarının Gürcüstanda yerləşən məhdud kontingenti Türkiyəyə müqavimət
göstərmək və ya Bakını tutmaq üçün kifayət deyildi. Buna görə də Qafqaz
siyasətində Almaniya yalnız diplo matik kanallardan istifadə etməyə çalışırdı.
M.Ə.Rəsulzadə o günlərdə M.H.Hacınskiyə yazırd ı ki, Alman iya və
Türkiyə Bakı məsələsinə mü xtəlif cür yanaşır. Neft mədənlərinin bolşeviklər
tərəfindən dağıdılacağından ehtiyat edərək, almanlar onlarla razılığa gəlib neftin
alın ması haqqında saziş bağlamağa meyl göstərir. Daha sonra o, Türkiyə və
Almaniya tərəfləri arasında Qafqaz haqqında məsələyə aid ziddiyyətlərin olduğunu
da qeyd edirdi
15
.
İstanbuldan göndərdiyi digər məlu matında M.Ə.Rəsulzadə yazırd ı ki,
"neft məsələsində vasitəçilik edərək, türklər almanlardan is tifadə etmək istəyir,
halbuki a lman lar be lə sövdəyə razılıq vermir‖
16
.
Bakı nefti uğrunda mübarizən in fəal iştirakçısı olan Sovet Rusiyası isə
onu həm hərbi, həm də dip lo matik yolla ö z əlində saxla mağa çalışırd ı.
264
Lenin in rəhbərlik etdiyi RSFSR höku məti bölgəyə kifayət qədər qoşun
göndərmək imkan ı olmad ığına görə məqsədlərinə diplo matik xarakterli tədbirlər
vasitəsi ilə nail olmaq ü midində idi. O, b ir tərəfdən, A lmaniya və onun
müttəfiqlərindən Brest müqaviləsinin şərtlərinə əməl olun masını və Qafqaz İslam
Ordusunun Bakıya hücumunun dayandırılmasını tələb edir, d igər tərəfdən isə
Almaniyaya müəyyən iqtisadi güzəştlər et məyə, o cü mlədən Ba kıdan aldığ ı neft in
bir h issəsini ona verməyə razı olduğunu bildirird i.
Bu mü lahizələri müsbət qarşılayıb nəzərə alan Alman iya höku məti Sovet
Rusiyası ilə "Bakı məsələsi" barədə danışıqlardan imtina etmird i. Danışıqlar hələ
1918-c i ilin iyun ayında başlanmışdı. Onun gedişində Almaniya höku mət i Sovet
səfirin in nəzərinə çatdırmışdı ki, onların yalnız müəyyən həcmdə Bakı nefti
alacaqlarına təminat verildiy i halda, Türkiyə Bakıya hücumunu dayandır mağa
məcbur ed iləcək.
İyulun 7-də V.İ.Len in Saritsında olan İ.V.Stalinə göndərdiyi teleqramda
yazırdı ki, almanlara neftin bir hissəsini alacaqlarına təminat verildiyi halda, Türkiyə
qoşunlarının Bakıya hücumunu dayandırmalarına razı olduqları barədə Alman iya
hökumətin in Berlindəki rus səfirinə etdiyi təklifindən Şau myanı xəbərdar etsin.
Lenin : -deyirdi
17
"Əlbəttə ki, b iz razı o lacağıq".
Stalin Şau myana göndərdiyi məktubunda "Zaqafqaziya məsələsində bizim
ümu mi siyasətimiz ondan ibarətdir ki, biz alman ları gürcü, erməni və Azərbaycan
məsələlərinin Rusiyanın daxili işi olduqların ı rəs mən tanımağa məcbur etməliyik
18
- qeydindən sonra bild irird i ki, a lmanla r Ba kın ın RSFSR-də qa lması ilə razılaşaraq,
onlara müəyyən qədər neft ayrılmasın ı istəyirlə r və bu xahişi yerinə yetirmək
olar
19
.
Beləliklə, döyüşən Qafqaz İslam Ordusunun arxasında gizli sövdə aparan
Almaniya və RSFSR Bakının taleyin i həll etmək fikrində id ilər.
Yaran mış vəziyyətdə Azərbaycan hökumətinin Bakı üzərində qanuni
hüquqların ın təsbiq edilməsi olduqca çətin görünürdü. Türkiyə və Almaniyanın
maraqları ilə hesablaşmaq, onlarla ko mpro misə nail olmaq lazım gəlirdi.
Almaniya və Türkiyə ilə danışıqların aparılması haqqında məsələ
Azərbaycan hökumətin in üzv ləri ilə İstanbuldakı dip lo matik nü mayəndə heyətinin
başçısı arasında sonrakı məktublaş mada da əsas yer tuturdu. M.Ə.Rəsulzadənin
məktublarından birində deyilird i: " Görünür, b iz, alman lara Bakıda məlu m iqtisadi
güzəştlər təqdim etməli olacağıq"
20
.
Xarici işlər naziri M.H.Hacınskinin 1918-ci il iyul ayın ın əvvəlində
İstanbula göndərilmiş məktubunda M.Ə.Rəsulzadəyə təklif ed ilirdi ki, o, Alman iya
və Türkiyəni Azərbaycan hökumətinin onların maraqlarının ödənilməsinə hazır
olduğuna inandırsın: "Türkiyə, Azərbaycan və Almaniyanın maraqların ın
uzlaşdırılması üçün zə min tapın. Bu zəmin Bakı nefti haqqında iqtisadi
razılaş madan ibarətdir. Burada gü zəştlərə getmək o lar"
21
.
Azərbaycanın
ərazi
bütövlüyünün
təmin
olun ması
məqsədilə
265
M.Ə.Rəsulzadə Tü rkiyə höku mətin in rəhbərləri Ənvər Paşa, Tələt Paşa ilə,
həmçinin Almaniyanın səfiri Bernsdorfla xüsusi görüşlər keçirird i. Bu görüşlərin
birində söhbət zamanı bəhs edilən məsələyə yüksək maraq göstərən Bernsdorf
Rəsulzadədən soruşmuşdu: "Siz İstanbuldakı konfransda Azərbaycanın sərhədlərini
müəyyən etməy i lazım b ilirsinizmi?" Azərbaycanın daxili işlərinə bu cür
müdaxiləni arzuolun maz hesab edən M.Ə.Rəsulzadə ona cavab vermişdi ki,
Azərbaycan hökuməti bu məsələni müstəqil həll edəcək və öz qərarını müttəfiqlərə
bildirəcək
22
.
Azərbaycan Cü mhuriyyətin in qərb sərhədləri haqqında məsələ İstanbul
konfransında xüsusi müzakirə mövzusu olmuşdu. Müzakirə üçün əsas
M.H.Hacınskinin göndərdiyi xəritə idi. A zərbaycanın Tiflisdəki d iplo matik
nümayəndəsi M.Y.Cəfərovun Gürcüstandakı Almaniya qoşunlarının komandanı
general fon Kresslə görüşündə də qərb sərhədləri barədə söhbət getmişdi
23
.
Azərbaycanın şərq hissəsi respublikadan müvəqqəti təcrid vəziyyətində
olduğu üçün hökumət ciddi maliyyə çətinliyi çəkird i. 1918-ci ilin iyun ayında baş
nazir F.X.Xoyski İstanbulda olan M.Ə.Rəsulzadəyə bu barədə yazırdı ki,
hökumətimizin hazırda pula ço x böyük ehtiyacı var. İndi normal borc almaq ço x
çətindir. Əsasən ona görə ki, Bakı bizim əlimizdə deyil
24
. Onun sözlərinə görə, ssuda
kimi 3 milyon lirəyə qədər vəsait ayıra bilən Türkiyənin kö məyinə ü mid olmaq
lazım idi
25
.
Maliyyə məsələsi sonralar da kifayət qədər kəskin olaraq qalırdı. Baş
nazir F.X.Xoyski Türkiyəyə göndərdiyi digər məktubunda maliyyə vəsaitlərin in
olmamasını, göndərilən nü mayəndə heyəti ilə birlikdə bu istiqamətdə ən təcili v ə
təsirli tədbirlər görməyin vacibliyin i M.Ə.Rəsulzadənin diqqətinə çatdırır və ondan
borc əldə etməyə çalış masını, dərhal heç olmasa 1 milyon Türkiyə lirəsi gön-
dərməsin i xahiş edird i
26
.
§ 3. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
HAKİMİYYƏTİNİN ÖLKƏNİN BÜTÜN ƏRAZİSİNDƏ
BƏRQƏRAR EDİLMƏSİ
1918-c i ilin yazı və yayında Azərbaycanın mü xtəlif yerlərində, o
cümlədən Şimali-Şərq regionunda - Quba və Xaçmaz bölgələrində hərbi
əməliyyatlar gedirdi. Könüllü azərbaycanlı dəstələri " Bakı-Petrovsk" dəmir yol
xətti boyunca fəaliyyət göstərirdi. Korqanov etiraf etməyə məcbur o laraq demişdi
ki, müsavatçılar onlara qarşı partizan müharibəsi aparır, dəmir yol aramsız
266
dağıdılır
27
.
Azərbaycanlıların könüllü dəstələri və Bakı XKS-n in qoşunları arasında
Quba uğrunda gərgin döyüşlər gedirdi. Şəhər iki dəfə əldən -ələ keçmişdi. Əsasən
erməni qulduru Hamazaspın başçılıq etdiyi daşnaklardan ibarət sovet hökumət
orqanları yerli əhaliyə amansız divan tutur, Hamazaspın cinayətkar daşnak dəstəsi
Quba-Xaç ma z bölgəsində dəhşətli vəhşiliklə r törədirdi.
Bu hadisələr barədə Azərbaycan Cü mhuriyyəti höku mətinin yaratdığı
fövqəladə İstintaq Komissiyasının üzvü Novatskinin həmin ko missiyanın sədrinə
"Quba və Quba qəzası kəndlərinin dağıdılması və adı çəkilmiş şəhər və kəndlərin
sakinləri ü zərində edilmiş zorakılıq haqqında"
28
adlı məruzəsində təfərrüatı ilə
məlu mat verilmişdir.
Həmin sənəddə göstərilir ki, 1918-ci ilin aprel ayında, Bakı və Bakı
quberniyası bolşeviklərin əlində olan zaman, onların nü mayəndəsi David Gelovani
187 silahlı əsgərdən ibarət dəstə ilə Qubaya gəlir və özünü Quba qəza ko missarı
elan edərək, əhalidən dərha l sovetlərin hakimiyyətin i tanımağı tələb edir. Qubalılar
onun bu tələbini yerinə yetirməyə məcbur olurlar.
Lakin bolşeviklərin bu hərəkəti cavabsız qalmadı və az müddətdən sonra
ətraf kəndlərin əhalisi onlara qəfil hücu m etdi. Özünü itirmiş Gelovani dəstəsi ilə
şəhəri tərk etdi və buradakı bütün xris tian əhalini də zor gücünə özü ilə apardı.
Qəzəb lən miş əhali onları təqib edir və atəşə tuturdu. Atışma zamanı mülki əhalidən
bir neçə adam ö ldürüldü.
1918-c i il mayın 1-də daşnak qulduru Hama zaspın başçılıq etdiyi və
yalnız ermənilərdən ibarət o lan cinayətkar dəstə şəhəri mühasirə edib atəşə tutmağa
başladı. Şəhərin alın ması müsəlman əhalinin kütləvi surətdə öldürülməsi və hər cür
zorakılıqlara düçar edilməsi ilə müşayiət olunurdu. Ümu miyyətlə, iki minə qədər
kişi, qadın və uşaq öldürüldü.
Hamazaspın dəstəsi Qubaya gəlib çatana qədər hərəkət etdiyi yol boyunca
dəmir yo lun hər iki tərəfində yerləşmiş müsəlman kəndlərinə hücum edib onları
yandırmış, darmadağın edib əmlakını tala mış, nə qadın, nə də uşaqlara rəh m etmiş,
qaçıb gizlən məyə macal tapmayan sakinləri yerindəcə öldürmüşdü. Bu hadisələr
zamanı Quba qəzasında 122 kənd viran edilmişdi
29
.
Lakin cəbhənin ən mühüm hissəsi Kürdəmir istiqamətində idi. Bakı XKS-
nin əsas qüvvələrinin Gəncə istiqamətində hücumu məh z buradan keçirdi.
Azərbaycan hökumətinin hərb i qüvvələri sovet qoşunlarının hücumlarını
dayandırmaq və müdafiə olun maq üçün kifayət qədər deyildi. Belə şəraitdə
kənardan hərbi kö mək tələb olunurdu. M.Ə.Rəsulzadə yazırdı ki, o zaman
yaranmış şəraitdə yalnız Türkiyəyə ümid qalırdı və bu qardaş millət Azərbaycanı
düşmənlərin əlindən qoparıb almalı id i
30
.
Bir sıra mətbuat orqanlarında qeyd olunduğu kimi, A zərbaycan hökuməti
dərk edirdi ki, Azərbaycanın ö z qüvvəsi ilə hüquqi dövlət qurması, ölkədə qayda-
qanun yaratması mü mkün deyil. "Partiya mənsubiyyətindən asılı olmayaraq, Milli
267
Şuranın bütün üzvləri əmin id ilər ki, xalqı Bakıdakı bolşevik hərəkatından və
dağıdıcı anarxiyadan yalnız kənar qüvvə xilas edə bilər, bütün fikir və səylər
Bakın ı tez b ir za manda düşmən qüvvələrdən xilas etməyə yönəlmişdi; Milli
Şuranın bütün daxili imkanları tükən mişdi"
31
. N.Yusifbəyli yaran mış vəziyyəti
səciyyələndirərək deyird i: "Təkcə biz A zərbaycan türklərində deyil, həm də
Zaqafqaziyanın bütün ərazisində mövcud olan bu cür böyük miqyaslı anarxiya
bizim ö z qüvvələrimizlə aradan qaldırıla bilməz; şərqdən bolşeviklərin hücumu isə
vəziyyəti daha da ağırlaşdırır. Be lə bir vəziyyətdə, bizim acizliyimiz şəraitində
özü müzü qoru maq üçün xarici qüvvəyə müraciət etməkdən başqa çarəmiz qalmır.
Bu halda biz sevinə bilərik ki, buraya gəlməli olan xarici qüvvə dost və qardaş
Türkiyədir"
32
.
1918-c i il iyunun 4-də Osman lı imperiyası ilə Azə rbaycan Cü mhuriyyəti
arasında dostluq haqqında müqavilə imzalandı. Bu, A zərbaycan Xalq
Cü mhuriyyətinin hər hansı bir xarici dövlətlə bağlad ığı ilk müqavilə idi. Onun
müqəddiməsində deyilirdi: "Bir tərəfdən, Os manlı imperiyası və digər tərəfdən,
suverenliyin i e lan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti öz ölkə ləri arasında
siyasi, hüquqi, iqtisadi və intelle ktual əsasda səmimi dostluq münasibətlərin in
təsbit edilməsi üzrə qarşılıq lı sazişə gəlir"
33
.
Müqavilənin birinci maddəsi Os manlı imperiyası və Azərbaycan Xalq
Cü mhuriyyəti arasında daimi sülh və möhkəm dostluğun yaradılacağını təsdiq
edirdi. İkinci maddə Osman lı imperiyası və A zərbaycan, Gürcüstan, Ermən istan
arasında dövlət sərhəd xəttinin müəyyənləşdirilməsinə aid idi; burada həmçin in
Azərbaycan və Türkiyə arasında geniş dövlət sərhədi zolağı o lması nəzərdə tutu-
lurdu. Müqavilənin üçüncü maddəsinə əsasən, Azərbaycan, Gürcüstan və
Ermənistan dərhal öz aralarında sərhədləri müəyyənləşdirən və həmin müqavilən in
bir h issəsini təşkil edən protokollar imzalamalı və bu barədə Os manlı höku mətinə
məlu mat verməli idilər,
Azərbaycan üçün həmin vaxt ən ço x əhəmiyyəti olan dördüncü maddədə
göstərilird i ki, Osman lı höku məti, əgər zəruri olarsa, sülh və əmin-amanlığ ın
möhkəmləndirilməsi, ölkənin təhlü kəsizliyin in təmin edilməsi məqsədilə
Azərbaycan Cü mhuriyyətinə hərbi kö mək göstərməy i ö z ü zərinə götürür.
Müqavilənin beşinci maddəsinə əsasən, Azərbaycan hökuməti
Azərbaycan Xalq Cü mhuriyyətinin sərhədboyu ərazilərindəki mövcud quldur
dəstələrin in tərk-silah ed ilib zərərsizləşdirilməsini ö z öhdəsinə götürürdü.
Müqavilənin sonrakı beş maddəsində tərəflərin dəmir yol yüklərin in
daşınması ü zrə öhdəlikləri, konsulluqlar konvensiyası, ticarət müqaviləsi və digər
aktların hazırlan ması, ö lkələrə sərbəst gəlmə, Azərbaycan Beynəlxalq Poçt-Teleqraf
Birliy inə daxil olanadək qarşılıqlı poçt-teleqraf əlaqələri, tərəflərin arasında
bağlanan həmin müqaviləyə zidd olmayan Brest sülh müqaviləsin in qüvvədə
olması barədə razılaşmalar əksini tapmışdı. Sonuncu - on birinci maddədə göstərilirdi ki,
müqavilə bir ay ərzində ratifikasiya olunandan sonra mətnlərin mübadiləsi İstanbulda
268
həyata keçiriləcək
34
.
Osmanlı imperiyası ilə müqavilənin bağlanması Azərbaycan dövlətçiliyinin
beynəlxalq aləmdə təsdiq edilməsi və Azərbaycan türk millətinin müstəqilliyinin
saxlanılmasında zəruri addım idi.
Müstəqil Azərbaycanın həyatında mühüm əhəmiyyətə malik olan bu müqavilə
Azərbaycana osmanlı hərbi qoşun hissələrinin göndərilməsinin mümkünlüyünü də nəzərdə
tuturdu. Nuru Paşa Müsəlman Korpusunun vəziyyəti ilə tanışlıqdan sonra Türkiyə
qoşunlarının Baş komandanlığına göndərdiyi məktubunda bildirmişdi ki, osmanlı qoşun
hissələri Azərbaycana gəlməsə, burada genişlənən bolşevik təcavüzünün qarşısını almaq
mümkün olmayacaq. Bu qoşun hissələrinin Azərbaycana göndərilməsi hüquqi cəhətdən
məhz iyunun 4-də imzalanan həmin müqavilədə öz əksini tapdı. Müqaviləyə hərbi
kömək haqqında maddənin salınması əslində o demək idi ki, Qarabağın dağlıq hissəsində
azğınlıq edən erməni quldur dəstələri məhv ediləcək və xarici düşmənlərdən təmizlənmiş
Bakıda əmin-amanlıq və təhlükəsizlik bərqərar o lunacaq.
Beləliklə, bir hissəsi bolşevik diktaturasının əlinə keçmiş öz torpaqları üzərində
siyasi hakimiyyətini təsdiq və ərazi bütövlüyünü tam bərpa etməsi işində Azərbaycan Xalq
Cümhuriyyətinə kömək etməkdən ibarət tarixi missiyanı Türkiyə öz öhdəsinə götürürdü.
Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və
xarici işlər naziri M.H.Hacınski, Türkiyə tərəfindən isə xarici işlər naziri Xəlil bəy və Qafqaz
cəbhəsinin Baş komandanı Vah ib Paşa imzaladılar.
Batum konfransı son nəticə etibarilə Tiflis quberniyasının Axalkələk və Axalsıx
qəzalarını, Batum və Qars vilayətlərini, İrəvan quberniyasının 1 milyon 250 min nəfərlik
əhalisinin böyük əksəriyyəti yerli müsəlmanlar olan Sürməli qəzasını özünə birləşdirən Tür-
kiyənin xeyrinə başa çatdı
35
.
Batum müqaviləsinə əsasən, Türkiyə ordusunun hərbi kontingenti olan 5 və 15-ci
diviziya Azərbaycan Cümhuriyyətinə köməyə göndərildi. Əvvəlcə, Türkiyə ordusunda ən
yaxşı diviziyalardan sayılan 5-ci diviziya gəldi. Birinci dünya müharibəsi zamanı Dardaneli
müdafiə etdiyinə görə o, "Çanaqqala diviziyası" adını almışdı. Vahib Paşa Nuru Paşaya
göndərdiyi teleqramda xüsusilə qeyd etmişdi ki, ona ən yaxşı diviziyanı göndərmək lazımdır
36
.
Onun ardınca gəlmiş 15-ci diviziya da çox təcrübəli və ən döyüşkən hərbi hissələrdən
ibarət idi, 1914-1915-ci illərdə Süveyş cəbhəsindəki döyüşlərdə fəal iştirak etmişdi
37
.
Kö məyə gələn Türkiyə qoşunları Gəncə quberniyasına iyun ayında daxil
oldu. Başda Nuru Paşa olmaqla Qafqaz İslam ordusunun qərargahı Gəncə şəhərində
yerləşdirildi.
Azərbaycan əhalisi müttəfiq Türkiyə qoşunlarını böyük sevinclə qarşılayır və
onların gəlişini bayram edirdi. Yevlax və Gəncədə Nuru Paşaya duz-çörəklə ehtiram
göstərir, M.Ə.Rəsulzadənin sözlərinə görə, onu hər yerdə göydən enmiş xilaskar mələk
kimi alqışlayırdılar
38
.
Tiflisdəki 18 günlük fəaliyyətdən sonra Milli Şura və hökumət 1918-ci il
iyunun 16-da Gəncəyə köçdü. Lakin burada fəaliyyət göstərmək o qədər də sakit və
maneəsiz olmadı. Çünki Azərbaycanın hər yerindən Gəncəyə axışan burjua-mülkədar və
269
klerikal dairələrdən olan nümayəndələrin məhdud dünyagörüşlü mürtəce hissəsi Milli
Şura və hökumətin demokratik, inqilabi əhvali ruhiyyəli şəxslərdən təşkil olunmasını
istəmirdi. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya
qarşı fəal kampaniya aparırdı. Gəncədə yerləşən Qafqaz islam ordusunun bölmələri
komandanlığı ilə milli hökumət üzvləri arasındakı münasibətlər də çox gərgin idi. General
Nuru Paşanın müstəqil dövlətin daxili işlərinə qarışaraq, F.X.Xoyskinin başçılıq etdiyi
kabinetə etimadsızlıq göstərməsi siyasi böhranla nəticələndi. Milli Şuranın üzvlərindən
ibarət nümayəndə heyətinin Nuru Paşa ilə görüşmək cəhdləri uğursuz oldu. Onlar yalnız
Nuru Paşanın müşaviri Əhməd bəy Ağayevlə görüşə bildilər. Həmin görüşdə Ə.Ağayev Milli
Şuranın buraxılmasında və Nuru Paşa tərəfindən yeni hökumət kabinetin in təşkil
olunmasında israr edib, əks təqdirdə türklərin hökuməti dəstəkləməyəcəklərini b ild ird i
39
.
Türkiyə qoşunları komandanlığının hərəkətləri Milli Şuranın radikal cinahının
üzvləri N.Yusifbəyli, M.Y.Cəfərov və D.Vəkilovun etırazlarına səbəb oldu. Bu məsələdə
onları sosialistlər dəstəklədi. İttihadçılar isə türkiyəpərəst mövqe tutdu.
Milli Şuranın buraxılması ərəfəsində "Hümmət" fraksiyası etiraz əlaməti
olaraq onun tərkib indən çıxdığ ını elan etdi. Siyasi vəziyyət daha da gərginləşdi.
1918-ci il iyunun 17-də iclasını keçirən Milli Şura Türkiyə qoşun ları
ko mandanlığının təzyiqi nəticəsində yeni hökumət təşkil etməyə və özünün bütün
vəzifələrin i ona verməyə məcbur o ldu.
"Müsavat" partiyasının lideri M.Ə.Rəsulzadə yaranmış bu vəziyyəti
qiymətləndirərək demişdi ki, "...A zərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə
naqis də olsa milli hakimiyyəti təmsil edən b ir qurumun bu şəkildə meydandan
çəkilmək məcburiyyətində qalması, heç şübhəsiz, demokratiyanın "bir rişəti və
qəvayi-mürtəcenin b ir müvəffəqiyyətidir"
40
.
İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli
Şura öz tarixi missiyasını Azərbaycanın dövlət müstəqilliy ini ço x çətin və
mürəkkəb bir mərhələdə bütün çətinlikləri dəf edərək qoruyub saxlamaq vəzifəsini
yerinə yetirdi.
1918-c i il iyunun 17-də keçirilmiş ic lasda Milli Şuranın qalan ü zvlərin in
iştirakı ilə "Müsavat" fraksiyası, b itərəflər və ittihadçılardan ibarət yeni kab inetin
tərkib i təsdiq edild i
41
.
Kabinetin tərkibinə aşağıdakılar daxil o ldu: F.X.Xoyski - Nazirlər
Şurasının sədri və ədliyyə naziri; M.H.Hacınski - xarici işlər naziri; B.X.Cavanşir -
daxili işlər naziri; X.Məlikaslanov - yollar naziri; Ə.Ə.Əmircanov - maliyyə naziri;
X.P.Su ltanov - əkinçilik naziri; N.Yusifbəyli - xa lq maa rifi və etiqadlar na ziri;
A.Aşurov -ticarət və sənaye naziri; X.Rəfibəyov - xalq səhiyyəsi və himayədarlıq
naziri. Bundan əlavə, müvəqqəti olaraq Poçt və Teleqraf Na zirliyi
X.Məlikaslanova, Ərzaq Nazirliyi - A.Aşurova, Dövlət Nə zarəti Nazirliy i isə
M.H.Hacınskiyə tapşırıldı
42
.
Höku mət iyun ayın ın 23-də A zərbaycanda yaranmış gərgin vəziyyəti
nəzərə alaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi
4J
,
270
Yenidən təşkil edilən höku mət kabinetində hərb i nazir vəzifəsi yo x id i.
Hərbi Nazirliyin ləğv edilməsinə, heç şübhəsiz ki, tarixi şərait öz təsirin i göstərdi.
Müsəlman korpusu Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyunun
26-da Azərbaycan korpusu adlandırıld ı. Hə min il avqust ayının 13-də Qafqaz İslam
Ordusu komandanının əmri ilə Azərbaycan korpusu ləğv edildi və onun yenidən
qurulmasına başlandı. General-leytenant Ə.Şıxlinski yenidən qurulmasına başlanan
Azərbaycan korpusunun komandiri vəzifəsində saxlandı
44
.
Bu mərhələdə Azərbaycan rəhbərliyinin qarşısında duran ən mühüm vəzifə
əvvəlcə Bakını bolşevik-daşnak işğalından xilas etmək və sonra gənc müstəqil dövlətin
ərazi bütövlüyünün bərpasına nail olub müdafiəsini təşkil etmək idi. Buna görə də Qafqaz
İslam Ordusunun Komandanı Nuru Paşa öz qoşunlarına müraciətində: "Bizim
məqsədimiz - Bakıdır"
45
- demiş və onun düşmən qüvvələrindən təmizlənməsini ən vacib
həyati məsələ kimi məqsəd seçildiyini vurğulamışdı. Çünki Azərbaycanı Bakısız təsəvvür
etmək mümkün deyildi və hər şey onun azad edilməsindən başlanmalı idi.
Bütün Cənubi Qafqazı Sovetlərin bayrağı altında birləşdirmək istəyən
bolşeviklər yaxşı anlayırdılar ki, bu istiqamətdə əsas maneə müstəqil Azərbaycan
dövlətinin varlığıdır. Ona görə də Bakı XKS-nin rəhbərliyi, Sovet Rusiyasının hərbi
yardımına arxalanaraq, bütün mövcud qüvvələrini səfərbərliyə alıb Gəncəyə qəti hücuma
keçməyi və bununla da hərbi üstünlük qazanmaq niyyətini həyata keçirməyi qərarlaşdırdı.
Azərbaycan-Türkiyə birləşmiş qoşunları ilə XKS-nin qoşunları arasında ilk
döyüş iyunun 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi
yaxınlığında baş verdi. Burada Türkiyənin 10-cu alayı vuruşur, düşmənlər Qaraməryəm
kəndini ələ keçirə bilsə də, qızğın döyüş əməliyyatlarını davam etdirirdi.
İyunun 19-da xüsusi qatarla cəbhəyə gələn Nuru Paşa elə həmin gün Şərq
Ordular Qrupu qoşunlarının komandanına 5-ci diviziyanın sovet qoşunları hücumunu xeyli
itki bahasına dayandırdığı haqqında məlumat verdi. Lakin sonrakı günlərdə Bakı XKS-nin
qoşunları yenidən Göyçaya tərəf irəliləyə bilmişdi.
Cəbhədəki vəziyyətlə əlaqədar olaraq xarici işlər naziri M. H. Hacınski
M.Ə.Rəsulzadəyə yazırdı: "Cəbhədə vəziyyətimiz yaxşı deyil. İrəli gedə bilmirik''. Bundan
sonra o, Ənvər Paşa qarşısında tez bir zamanda Türkiyədən daha bir diviziya göndərilməsi
barədə təkidlə məsələ qaldırmağı xahiş edirdi
46
. Az sonra M.Ə.Rəsulzadə ona cavabında
bildirdi ki, Ənvər Paşanın sərəncamı ilə Azərbaycana yeni alaylar göndərilir və Nuru Paşa
artıq təsdiq edib ki, hücumu davam etdirmək üçün kifayət qədər qüvvə vardır
47
.
Qafqaz İslam Ordusu komandanlığının cəbhəyə göndərdiyi yeni qüvvələr dağ-
artilleriya divizionu və türk piyada alayı iyunun 19-da döyüş zonasına gəldi.
Bu çətin anda qızğın döyüşlərə atılmış yeni qüvvələr arasında Azərbaycan
xalqının övladlarından təşkil olunmuş bölmələr və könüllü dəstələr də var idi. Təkcə
iyunun 19-da 600 nəfərdən ibarət Azərbaycan dəstəsi
48
, onlardan sonra Dəllər və
Zəyəmdən olan könüllü lər cəbhəyə gəldi
49
.
Yeni qüvvələr aldıqdan sonra Qafqaz İslam Ordusunun komandanlığı hücum
planını hazırlamağa başladı. 5-ci Türk diviziyasının komandiri Mürsəl bəy bu barədə öz
271
mülahizələrini Nuru Paşaya bildirərək xahiş etdi ki, birbaşa cəbhəyə yollanmaq üçün ona
əlavə olaraq 5100 nəfər əsgər verilsin. Göyçay və Bərdədən olan dəstələri o, düşmən
cinahlarına zərbə endirməyi, Şəkidən olan hissələri isə 5-ci diviziyanın cəbhə arxası
təhlükəsizliyini təmin etmək üçün göndərməyi təklif edirdi
50
. Nuru Paşa bu planı bəyəndi.
Əsas zərbənin endirilməsi ilə eyni zamanda o, Şuşaya doğru irəliləməyi qərara aldı. Bu
şəhəri almaq üçün artilleriyalı piyada batalyonlarını yeritmək nəzərdə tutulurdu
51
. Ancaq
bu planı yalnız Bakı şəhəri azad edildikdən sonra həyata keçirmək mümkün oldu.
Döyüşlər əsasən Qaraməryəm-Ağsu şose və Müsüslü-Kürdəmir dəmir yolları
ətrafında gedirdi. Bu döyüşlərdəki uğurlar sabit deyildi. İyunun 30-da sovet qoşun hissələri
əvvəlki mövqelərinə - Qaraməryəmdən şərqə geri oturdulsa da, onlardan biri iyulun 1 -də
yenidən Göyçaya soxuldu, lakin orada qala bilmədi
2
. Türkiyə-Azərbaycan qoşun hissələri
onu sıxışdırıb yenidən Göyçayı azad etdi. Sovet qoşun hissələri geri mövqelərinə
çəkilməyə məcbur oldu.
Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı döyüşlərdə qələbəsi Azərbaycanın
şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı
şərəfli müharibədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı kommunası qoşunlarına,
sovet hərbi hissələrinə elə ağır zərbələr vuruldu ki, onlar bundan sonra bir daha özünə gələ
bilməd i.
Strateji təşəbbüsü ələ alması Qafqaz İslam Ordusu komandanlığına qazanılmış
müvəffəqiyyəti daha da artırmaq imkanı verdi. İyulun 7-dən Kürdəmir uğrunda başlanan
döyüşlər üç gün davam etdi. Bu döyüşlərin birində düşmən Moskvadan gəlmiş zirehli
avtomobillər dəstəsini hücuma göndərdi, la kin onla rdan ikisi hə lə döyüşə girmə miş
Türkiyə artilleriyasının sərrast atəşinə hədəf olub sıradan çıxarıld ı. Türkiyə və
Azərbaycan əsgərləri iyulun 10-da Kürdəmiri azad etdi, iyulun 14-də isə Karrar
stansiyasını ağır döyüşlə aldılar.
İyulda Qafqaz İslam Ordusu qüvvələrinin cəbhə xəttində mövqeyi və
fəaliyyət istiqaməti belə id i: sol cinahda (Şamaxı istiqamətində) və sağ cinahda
(Salyan istiqamət ində) Qafqa z İsla m ordusu hərbi hissələri ə mə liyyatlar aparır,
mərkəzdə (Kürdəmir istiqamətində) isə əsasən Azərbaycan qoşunları düşmənə
hücum edird i
53
.
Bu zaman Qafqaz İslam Ordusunun tərkibində Azərbaycan qoşunların ın
sayı xeyli artmaqda idi. 18-45 yaşında hərbi mükəlləfiyyətli şəxslərin yeni
səfərbərliyə alın ması nəticəsində
54
əsgərlərin sayı 5900 nəfərə çatmışdı
55
. Onlar
əsasən dəmir yolu boyunca hərəkət edən və azərbaycanlı polkovnik Həbib bəy
Səlimov tərəfindən rəhbərlik olunan Cənub qrupuna daxil id i
56
.
Məhəmməd Qaxinin ko mandiri olduğu 150 əsgərdən ibarət süvari dəstəsi
də cəbhənin qızğın döyüşlər gedən s ahəsində vuruşurdu
57
.
Kürdəmiri, sonra isə Hacıqabulu alarkən apardığ ı döyüşlərdə Azərbaycan
əsgərləri 6 top, 18 pulemyot, xey li silah və döyüş sursatı anbarı ələ keçirdilər
58
.
İyulun 7-dən başlayaraq Ağsu, Meysarı, Mədrəsə və Mərəzə kəndləri
yaxınlığında ağır döyüşlərə girən Qafqaz İslam Ordusu hissələri iyulun 20-də
272
Şamaxını azad etdi.
Cəbhənin cənub istiqamətində vuruşan mayor Həmid bəyin dəstəsi iyulun
18-də Bankə balıq vətəgələrini tutdu.
1918-c i il iyul ayın ın sonunda Bakı cəbhəsində vəziyyət belə idi:
Azərbaycanda bir növ yenidən ikihakimiyyətlilik yarandı - Xalq Ko missarları
Soveti, sonra isə Sentrokaspi Diktaturası Bakıda və M illi A zərbaycan höku məti
Gəncədə real hakimiyyət sahibi idi.
Milli Şuranın qanunvericilik səlahiyyətini ö z üzərinə götürmüş
Azərbaycan hökuməti dövlət hakimiyyətini həyata keçirməklə və dövlət
strukturların ı yaratmaq la məşğul idi. Bu istiqamətdə atılan ilk addımlar yeni
dövlətin xarici və da xili siyasətinə aid bir sıra qanunların qəbul ed ilməsindən ibarət
idi.
Höku mətin 1918-ci il 24 iyun tarixli qərarına əsasən, Azərbaycan
Cü mhuriyyətinin Dövlət Bayrağı kimi q ırmızı fonda ağ aypara və səkkizguşəli
ulduzun təsvir edildiy i qırmızı parçadan hazırlan mış bayraq qəbul olundu. Sentyabrın
9-da bu bayraq səthində ağ aypara və səkkizguşəli ulduz təsvir olunan, bərabər endə mavi,
qırmızı və
yaşıl zolaqlar rəngində bayraqla əvəz edildi. Azərbaycan Xalq Cümhuriyyətinin
Dövlət bayrağının bu üç rəngi rəmzi olaraq "türk milli mədəniyyətini, müasir Avropa
demokratiyasını və islam sivilizasiyasını təmsil ed irdi"
59
.
Qafqaz İslam Ordusunun əks-hücumu Bakıdakı siyasi və iqtisadi böhranı daha
da dərinləşdirdi. Fəhlələrin sovetdən uzaqlaşması günü-gündən artırdı. Qorxu və aclıq
onların loyal mövqeyini getdikcə dəyişdirirdi. Sovetin menşevik-eser-daşnak bloku Bakıya
general L.Denstervilin komandanlığı altında Böyük Britaniyanın hərbi ekspedisiya
qüvvələri yeridilməsinə nail olmaq üçün təşviqat aparmağa başladı. Britaniya qoşunları ilə
şəhərin müdafiəsini möhkəmləndirmək imkanı Bakıda bir müddət müzakirə edildi, lakin bu
təşəbbüs bolşeviklərin getdikcə kəskinləşən müxalifətçi mövqeyi ilə qarşılaşdı. Digər
varianta üstünlük verən Bakı Xalq Komissarları Soveti vaxtilə ingilislərlə birlikdə Kiçik
xana qarşı vuruşmuş keçmiş çar ordusunun kazak zabiti, polkovnik Lazar Biçeraxovun
xidmətlərindən istifadə etmək qərarına gəldi. Biçeraxov 1,5 min nəfərlik dəstənin başında
iyulun 7-də Bakının müdafiə xəttinin sağ cinah komandanlığını öz üzərinə götürdü. Şəhərdə
vəziyyətin getdikcə daha da ümidsiz olduğunu görən Biçeraxov iyulun sonunda öz dəstəsi ilə
cəbhəni tərk etdi və Petrovsk istiqamətində şimala doğru irəlilədi.
Şəhərdə siyasi şərait son həddə qədər gərginləşmişdi. 1918-ci il iyulun 25-də
Bakı Sovetinin iclası keçirildi və burada səsvermə ilə ingilis qoşunlarının Bakıya dəvət
olunması haqqında qərar qəbul edildi. Bu qərara tabe olmaqdan imtina edən Bakı Xalq
Komissarları Soveti iyulun 31-də öz səlahiyyətlərindən imtina etməli oldu. Bakıda
bolşevik-daşnak hakimiyyətinin uğursuzluğu bolşevizm ideyalarının burada yad olduğunu,
Azərbaycan xalqı içərisində heç bir real zəminə söykənmədiyini əyani şəkildə göstərən
faktdır.
Bakıda bolşeviklərin iflasından sonra hakimiyyət sağ eser-menşevik-daşnak
blokunun əlinə keçdi və həmin blok avqustun 1-də Sentrokaspi Diktaturası və Fəhlə, Əsgər
273
Deputatlarının Müvəqqəti İcra Komitəsinin Rəyasət Heyəti adlanan hökumət təşkil etdi.
Yeni hökumət Lenin rejiminə qarşı duran demokratik Rusiyaya düşmən münasibətində
olmadığını göstərmək üçün özünün loyal mövqedə durduğunu bəyan etdi. Elə həmin
gün Sentrokaspi Diktaturası öz nü mayəndələrin i ingilis ko mandanlığının İrandakı
qərargahına göndərdi. 1918-ci il avqustun 4-də Britaniya hərbi yardımının ilk təm-
silçiləri polkovnik Stoksun Ən zəlidən yola düşmüş dəstəsi Bakıya girdi. İngilislərin
yerli xırda burjua partiyaları ilə sıx bağlı olması heç bir şübhə doğurmurdu. Heç
ingilislər özləri də bu əlaqələ ri gizlət mirdilər. Bu barədə general Denstervil ya zırd ı:
"Mən proqramları məqsədlərimizə daha ço x müvafiq olan sosialist-inqilabçılarla
dəfələrlə danışıqlar aparmışam. Onlar b izdən kö mək, xüsusilə maliyyə yardımı
istəyirlər. On lar bilir ki, hakimiyyəti öz əllərinə alsalar, b ir ço x məsələlərdə bizə
arxalana bilərlər"
60
.
İngilislər avqustun 9-17-də Bakıya 3 batalyon, bir səhra artilleriyası
bölməsi və b ir neçə zirehli maşından ibarət qüvvə çıxardılar. Bu qüvv ələr
gözlənildiy indən çox az, hətta bolşeviklərin Bakıda sərəncamlarında olan Qızıl
Ordu h issələrindən də zəif idi. Bo lşevik ko mmunarların ın iflası, beynəlxalq
vəziyyətin mürəkkəbliyi, Sovet Rusiyasının özünün ağır vəziyyətdə olması,
mü xalifətin qətiyyəti eserlərə imkan verdi ki, Bakıda hakimiyyəti ço x q ısa müddətə
ələ keçirə bilsin. Lakin onların hakimiyyətə gəlməsi demokratik qüvvələrin
hakimiyyətə gəlməsi demək deyild i. Bakıda yeni rejimin yaradılmasına sağ
sosialist partiyalarının hakimiyyət uğrunda çox ağır, heç də həmişə aşkar olmayan
mübarizəsinin nəticəsi kimi baxmaq olar. Şübhəsiz, onlar da Azərbaycan xalqının
arzu və mənafeyinə qətiyyən cavab vermir və buna görə də Azərbaycan xalqın ın
müstəqillik uğrunda apardığı mübarizəsində hərəkətverici qüvvə ola bilməzd ilər.
Sentrokaspi Diktaturası ilə ingilis qoşunları ko mandanlığ ı a rasındakı
münasibətlər lap əvvəldən qarşılıq lı ittiha m və ina msızlıq əsasında qurulmuşdu.
Bakıda hakimiyyəti ələ keçirən yeni qüvvələr ingilislərdən ald ığı kö məy in
azlığ ından məyus olub narazılıq ed ir, ingilislər isə hər şeyi ordudakı intizamsızlığ ın
və yerli əsgərlərin düşkünləşməsinin ü zərinə atırdı. Şəhəri xilas etməy in mü mkün
olmadığın ı görən Denstervil a rtıq sentyabrın 1-də onu tərk et məyə hazırlaşırdı.
Lakin Sentrokaspi Diktaturası sahildən aralanan hər bir gəmini atəşə tutacağı ilə
hədələdi. Çarəsiz qalan ingilis generalı sonuncu hücumu gözləməkdən savayı ayrı
çıxış yolu tapmad ığını etiraf etməli oldu.
1918-ci il sentyabrın 6-da İstanbulda M.Ə.Rəsulzadə, X.Xasməmmədov və
A.Səfikürdskidən ibarət Azərbaycan nümayəndə heyətini Ənvər Paşa Türkiyədə yenicə
hakimiyyətə gəlmiş Sultan IV Məhəmmədə təqdim etdi. Nümayəndə heyəti adından
danışan M.Ə.Rəsulzadə sultanı Azərbaycan tərəfin Türkiyə və Sultana ən səmimi dostluq
münasibəti bəslədiyinə inandırdı və Azərbaycanın azad edilməsi işində Türkiyənin qardaşlıq
köməyini xüsusi minnətdarlıqla vurğuladı. Sultanla aparılan danışıqlar nəticəsində Türkiyə
hakimi ümu mi düşmənlə mübarizəni qələbə ilə başa çatdırmaq üçün Azərbaycan xalqına
lazımi kömək göstəriləcəyinə söz verdi"
274
Döyüş əməliyyatlarına bir qədər ara verildikdən sonra artıq bilavasitə Xəlil
Paşanın sərəncamına keçmiş 36-cı diviziya ilə qüvvtələndirilmiş Türkiyə qoşunları
avqustun 26-dan sonra xeyli fəallaşdı. Bakı şəhərinə həlledici hücum sentyabrın 15-də
səhər başlandı. Həmin günün sonunda Denstervilin dəstəsini göyərtəsinə almış, gəmilər
buxtanı tərk edirdi. Onların arxasınca Sentrokaspi Diktaturasının üzvləri və ermənilər də
qaçırdı. Türkiyə qoşunları sentyabrın 16-na qədər şəhərə daxil olmaqdan çəkindi. Yerli
müsəlman və partizanlara, Azərbaycanın digər bölgələrindən olan könüllülərə şəhərin
dünənədək türk-müsəlman qanına susamış ermənilərın yaşadığı yerlərində tam hərəkət
sərbəstliyi verildi
62
.
Mart faciəsini yaşamış azərbaycanlılarda qisas almaq arzusu ço.x qüvvətli idi. Lakin
sentyabrın 17-də Bakıya daxil olmuş Azərbaycan hökuməti kütləvi qırğın törədilməsinin
qarşısını aldı. Sonradan, Azərbaycan parlamentinin açılışı zamanı hesabat çıxışında həmin
məsələyə toxunan F.X.Xoyski aşağıdakıları qeyd etdi: "Düzdür. şəhər alınan zaman
yalnız ürəkağrısı və təəssüf doğuran bəzi hadisələr baş verirdi. Hökumət bunu gizlətmir və
kədərləndirici faktların gizlədilməsini şərəfsiz sayır. O da düzdür ki, bir çoxları ağır hiss lər
keçirib... Lakin hökumətin bu hadisələrin qarşısını tamamilə ala bilməsi mümkün idimi?
Bizə elə gəlir ki, onlara haqq-ədalət gözü ilə baxanlar etiraf edir ki, dünyada heç bir
hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qətlə yetirilmiş, onların
insan hüquqları tapdalanmışdı. Şəhər üç ay davam edən döyüşlərdən sonra alınmış və
əhalinin qəzəbi son zirvəyə çatmışdı, əlbəttə ki, əhalinin, hökumətin yox. Burada əsgər,
əfsus ki, heç nə edə bilməzdi. Həm də ki hökumət şəhərə yalnız üç gün keçəndən
sonra daxil olub. Nə olubsa, ondan sonra baş verməyib. Şəhərə daxil olan hökumət qəti
tədbirlər görüb və nəticədə əmin-amanlıq və təhlükəsizlik yaradılıb"
63
.
Bakıya daxil olandan sonra yayılmış hökumət məlumatında bildirilirdi ki,
cümhuriyyət paytaxtına daxil olmuş Azərbaycan hökuməti şəhər və onun ətrafının əhalisini
milliyyəti və dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların həyatı,
əmlakı və hüquqlarını eyni dərəcədə qoruyacaq. Qarətçi, cani və ümumiyyətlə, əmin-
amanlığı, ictimai qayda -qanunları pozan şəxslər, ölüm cəzası da daxil olmaqla, müharibə
dövrü qanunlarının bütün ağırlığı ilə cəzalandırılacaq
64
. F.X.Xoyskinin imzaladığı bu bəyanat
uzun müddət anarxiya və hərc-mərcliyin hökm sürdüyü, daxili çəkişmələr və bolşeviklərin,
onlardan sonra isə sentrokaspiçilərin avantürist siyasəti nəticəsində əldən düşmüş şəhərdə
qayda-qanunun bərpa edilməsində mühüm addım o ldu.
Sentyabrın 18-də türk qoşunları Bakıya daxil oldu. Şəhərin əsil sahibi olan
azərbaycanlı əhali onları ruh yüksəkliyi ilə, xilaskar kimi qarşıladı. Osmanlı qoşunlarının
komandanlığı bildirdi ki, onlar Bakının azad edilməsində Azərbaycan hökumətinin iradəsinə
uyğun olaraq iştirak ed ib.
1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm
hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsil paytaxtda
qərarlaşdı. Bu haqda Almaniyanın "Folkişer Beobaxter" özünün 1933-cü il 2 dekabr tarixli
nömrəsində Azərbaycana həsr etdiyi məqaləsində bu məsələdən bəhs edərək yazır:
"1918-ci il sentyabrın 15-i Azərbaycan tarixi üçün müstəsna dərəcədə əhəmiyyət kəsb
275
edir. Bu zaman Avropada Azərbaycan Cümhuriyyətinə kömək edilməsi və ona yaşamaq
imkanı verilməsinin zəruriliyi haqqında səslər ucalırdı. Lakin bu, Azərbaycana Bakısız
Azərbaycan bəxş etməkdən başqa bir şey deyildi... Bədənin başsız yaşayacağı mümkün
olmadığı kimi, Azərbaycan da Bakısız təsəvvür edilməzdir. Azərbaycanın süqutu və tə-
rəqqisi Bakının taleyi ilə bağlıdır"
65
.
Bakının azad olunması ilə Azərbaycan hökuməti respublika hüdudlarında öz
hakimiyyətini bərqərar etdi. Bu münasibətlə, hökumətin yerləşdiyi oğlanlar
gimnaziyasının qarşısında şəhər ictimaiyyətinin əzəmətli nümayişi keçirildi. Hökumət
üzvləri nümayişçilər qarşısında təbrik n itqi ilə çıxış etdilər.
Bakının ingilislərə söykənən mürtəce sentrokaspiçi qüvvələrindən qurtulması ilə
əlaqədar olaraq alovlu nitq söyləyən F.X.Xoyski baş vermiş hadisələri qiymətləndirərək
deyirdi: "Bizim də yaşamaq, azad yaşamaq haqqımız var. Nə zirehli maşın, hidroplan,
kanonerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə
də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların əlliminlik
orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib
Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa
çalışanlar üçün ibrət dərsi olmalıdır‖
66
.
Bakıya köçdükdən sonra Azərbaycan hökuməti Bakı Xalq Komissarları Sovetinin
bütün tədbirlərinin ləğv olunduğunu elan etdi və özü sosial islahatlar keçirməyə
başladı.
Azərbaycan hökumətinin respublikanın bütün ərazisində hakimiyyətini bərqərar
etməsi hələ onun tam müstəqil fəaliyyət gös tərməsinin təmin olunması demək deyildi. Türk
qoşunlarının burada olması vəziyyəti mürəkkəbləşdirirdi. Azərbaycan hökuməti ilə türk
hərbi komandanlığı arasındakı münasibətlərdə də mürəkkəblik var idi.
Real hərbi qüvvəyə malik olan Nuru Paşa ölkədə baş verən bütün hadisələri öz
nəzarəti altında saxlayırdı. Müxtəlif yaşayış məntəqələrində yerləşən türk qamizonlarının
rəisləri bir çox hallarda Azərbaycan məmurları ilə hesablaşmır və öz bildikləri kimi hərə-
kət edirdilər. Gəncə qubernatoru hökumətə məruzəsində bildirirdi ki, həmin zabitlər vəzifəli
şəxslərin sərəncamlarına müdaxilə edir və hətta onları özləri təyin edirdilər. Şuşa qəza
rəisinin 1918-ci ilin sentyabrında Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda Şuşanın
hərbi komendantının "bütün hakimiyyəti öz əlinə alaraq heç kimi tanımaq
istəməməsindən" şikayətlənirdi
67
.
Hərbi hakimiyyət nümayəndələrinin bu cür hərəkətləri respublika hökumətində
etiraz bildirən narazılıq doğururdu. 1918-ci il avqust ayının 23-də F.X.Xoyski
M.Ə.Rəsulzadəyə yazdığı məktubunda bu məsələyə toxunaraq qeyd edirdi: "Nuru Paşanın
siyasəti bizim daxili işlərimizə getdikcə daha çox qarışmağa meyil edir
Bir həftə bundan sonra F.X.Xoyski bu haqda Azərbaycan hökumətinin tələblərini
ifadə edərək yazırdı: "Bütün üsul-idarə Azərbaycan hökumətinin əlində cəmləşməlidir,
türk hərbi hissələri isə özünün bütün arzu və tələblərini hökumətə yönəltməli və onun vasi-
təsilə həyata keçirməlidir və hazırda baş verdiyi kimi, bilavasitə idarəetmə işlərinə
qarışmamalıdır"
69
.
276
Yaranmış vəziyyəti səciyyələndirən F.X.Xoyski Nuru Paşaya müraciətində də
Azərbaycan qəzalarında ikihakimiyyətlilik müşahidə olunduğunu, "son zamanlar Osmanlı
imperiyasının hərbi qulluqçularının Azərbaycanın daxili idarəetmə işlərinə qarışması və
Azərbaycan hökumət orqanları ilə tamamilə hesablaşmaması" hallarının getdikcə artdığını
70
diqqtət mərkəzinə çəkmişdi.
Türkiyə hərbi hakimiyyət nümayəndələrinin müntəzəm olaraq Dəmir Yol
İdarəsinin işlərinə qarışması və bununla da ona ziyan vurması da Azərbaycanın hökumət
dairələrində etirazlara səbəb olurdu
71
.
Birinci dünya müharibəsi illərində Türkiyənin iqtisadiyyatı ağır vəziyyətdə idi.
Onun neft və neft məhsullarına böyük ehtiyacı olduğu üçün Türkiyə hökuməti Bakı neft
mədənlərinə çox maraq göstərirdi. Bakı azad edildikdən sonra buradakı Türkiyə qoşunları
komandanlığının ilk sərəncamlarından biri onun bütün mədən işçilərinin dərhal işə
çıxması haqqında əmri oldu
72
. Türkiyə hökumətinin maliyyə müşaviri Həmid bəy
M.Ə.Rəsulzadə ilə söhbətində mədənlərin satılması və icarəyə verilməsinə qadağa qoyan
və əvvəllər baş vermiş bu cür sövdələri qüvvədən düşmüş elan edən qanun qəbul olun-
masını təklif etdi
73
. O, həm də bildirdi ki, tezliklə özü Bakıya gələcək.
Azərbaycan 1918-ci il sentyabrın 16-da Azərbaycan və Türkiyə hökumətləri
arasında bağlanmış müqaviləyə əsasən, Türkiyə hökuməti adından fəaliyyət göstərən
Kelcas Yolları Şirkəti İdarəsinə 2 milyon türk lirəsi həcmində mü xtəlif mallar, o cümlədən
ərzaq malları, Osmanlı Dəmir Yolları və Hərbi Limanlar İdarəsi ilə imzalanmış xüsusi
müqavilənin şərtlərinə görə isə 1 milyon türk lirəsi məbləğində neft, pambıq, yun və s.
məhsullar verməli idi
74
.
Türkiyə komandanlığı tərəfindən neft məhsullarının daşınması üçün Bakı-
Batum ağ neft kəmərinin təmiri üçün tədbirlər görülürdü. Eyni zamanda, Batumdan
keçməklə Bakıdan Türkiyə və Almaniya üçün gündə ən azı 23 neft sisternindən ibarət yük
qatarları yola salın mağa başlandı
75
.
Azərbaycandan neft gətirilməsi Türkiyə iqtisadiyyatının vəziyyətini bir qədər
yüngülləşdirməyə kömək etdi. Türk tarixçisi Əhməd Rəfiqin qeyd etdiyi kimi, o günlər
neftlə doldurulmuş gəmilər bir-birinin ardınca Batumdan İstanbula yola düşürdü
76
. Bakıdan
yetərincə neft və ağ neft gətirilməsi nəticəsində İstanbulda onların qiyməti 10 dəfə
azald ı
77
.
Türkiyə Azərbaycandan yalnız neft deyil, həm də pambıq və ipək də alırdı. 1918-ci il
sentyabr ayının sonuna qədər Batumdan təqribən 200000 pud Azərbaycan pambığı daşındı.
Bundan başqa, Qars-Ərzurum karvan yolu ilə böyük miqdarda pambıq çıxarıldı
78
.
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisindəki müttəfiq Türkiyə qoşunlarının
təchizatını təmin etməli idi ki, bu da xeyli maddi vəsait tələb edirdi. Hökumətin 1918-ci il 21
iyun tarixli qərarına görə, Azərbaycandakı Türkiyə Ordusunun saxlanılması üzrə bütün
xərclər yerli əhalinin ü zərinə qoyuldu.
1918-ci il sentyabrın 26-dan noyabrın 5-nə qədər Azərbaycan hökuməti ordu
komandanlığının sərəncamına 11 milyon manat ayırdı
79
.
Hökumətin gördüyü tədbirlərə baxmayaraq, Azərbaycanda siyasi vəziyyət getdikcə
277
kəskinləşir və bu, xeyli dərəcədə beynəlxalq şəraitin dəyişməsi ilə əlaqədar idi.
Almaniya və Türkiyənin Birinci dünya müharibəsi cəbhələrində düçar olduğu
məğlubiyyətlər Azərbaycan üçün əlavə çətinliklər doğurdu. Oktyabrın 30-da Türkiyə
Antanta ilə Mudrosda barışıq müqaviləsi imzaladı. Həmin müqavilənin 2-ci maddəsinə
əsasən Türkiyə öz qoşunlarını Cənubi Qafqazdan çıxarmalı, 14-cü maddəsinə görə isə
Antantanın hərbi qüvvələri Bakı və Batuma daxil olmalı, bu ərazinin bütün dəmir yol
xətləri, o cümlədən Azərbaycan dəmir yol şəbəkəsi onların nəzarətinə verilməli idi.
Mudros müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin xəbəri və razılığı
olmadan imzalandığı üçün onun tərəfindən müvafiq əks münasibət doğurmaya bilməzdi.
1918-ci il noyabrın 4-də Azərbaycanın fövqəladə səlahiyyətli naziri kimi Ə.M.Topçubaşov
Türkiyənin xarici işlər nazirinə Azərbaycanın hüquqlarının pozulması ilə bağlı etirazını
bildirdi. Onun fikrincə, müqavilə "Azərbaycanın işğalını asanlaşdırır və bu ölkəni təhlükə
qarşısında qoyurdu". Ə.M.Topçubaşov qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinə
məxsus olan dəmir yolun xarici dövlətin nəzarətinə verilməsi beynəlxalq hüquq normaları
ilə bir yerə sığınır. Azərbaycan və Türkiyə hökumətləri arasında bundan əvvəl
imzalanmış müqavilə yalnız türk qoşunlarının daşınmasına aid id i
80
.
Azərbaycan tərəfin bu etirazı mövcud beynəlxalq vəziyyət şəraitində elə bir ciddi
reaksiya doğurmadı. Türkiyə Xarici İşlər Nazirliyi cavab notasında bildirirdi ki, Antanta ilə
barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə
bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir
81
.
Türkiyənin arxasınca, 1918-ci ilin noyabrında Almaniya da Birinci dünya
müharibəsində məğlub oldu və kayzer II Vilhelm hökuməti devrildi. Antanta ilə bağlanan
sülhün şərtlərinə görə, Almaniya öz qoşunlarını Gürcüstandan çıxartmalı id i.
Mudros müqaviləsinin bağlanmasına baxmayaraq, Osmanlı imperiyasının dünya
müharibəsində məğlub dövlətlər sırasında olmasından ehtiyat etməyərək, Azərbaycan
xalqı Türkiyə ordusunu vaxtilə böyük hərarətlə qarşıladığı kimi, dərin hörmət və ehtiramla
da yola saldı. Noyabr ayının 10-da Azərbaycan hökuməti Nuru Paşa ilə vidalaşma
mərasimi təşkil edib, onun şərəfinə təntənəli ziyafət verdi. 400 nəfərdən çox tanınmış
ziyalı və siyasi xadim, sənayeçilərin nümayəndələri, siyasi partiya və ictimai təşkilatların
liderləri, Azərbaycan ordusunun rəhbərləri ziyafətdə iştirak edirdilər. Azərbaycan
hökumətinin sədri F.X.Xoyski, "Müsavat" partiyasının lideri M.Ə.Rəsulzadə və başqaları
çıxış edərək, Nuru Paşaya və onun komandanlıq etdiyi qoşunların əsgər və zabitlərinə
göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə Azərbaycan xalqının ehtiram və
minnətdarlığmı bildirən təşəkkürlərini yetirdilər
82
.
|