§ 4. BÖYÜK BRİTANİYA QOŞUNLARININ
AZƏRBAYCANA GƏLMƏSİ
Mudros müqaviləsinin şərtlərinə əsasən Azərbaycan ərazisi ingilis
qoşunlarının işğal zonasına daxil edilmişdi. İngilis komandanlığının buradakı dövlətin
müstəqilliy i ideyasına necə yanaşacağı aydın deyildi. Azərbaycanın müstəqil
dövlət taleyi üçün ciddi narahat olan siyasi liderləri bunun naminə bütün mümkün
vasitələrdən istifadə edərək b ir sıra dip lo matik tədbirlər həyata keçirtd ilər
83
.
Noyabr ayının 10-da baş nazir F.X.Xoyski və xarici işlər naziri vəzifəsini
icra edən Adil xan Ziyadxan Birinci dünya müharibəsinin son mərhələsində həlled ici
dövlətə çevrilmiş ABŞ-ın prezidenti Vudro Vilsona teleqramla müraciət edərək,
ondan Azərbaycan Xalq Cü mhuriyyətinin müstəqilliyin in dünya dövlətləri
tərəfindən tanınması üçün kö mək göstərməsin i xah iş etdilər. Teleqramda deyi lirdi:
"Avropanın böyük dövlətlərinə müraciət etməzdən əvvəl, Azərbaycan xalqı və
hökuməti əzilən kiçik xalq ların müdafiəçisi kimi Sizin hu manist şəxsiyyətinizə
müraciət edib yard ım almağa və tanın mağa ü mid bəsləyir"
84
.
Ə.M.Topçubaşov hələ o zaman - oktyabr ayının 31-də Baş nazir
F.X.Xoyskiyə İstanbuldan yazdığı məktubda Rəşt və Ənzəlidə olan ingilislərlə təcili
surətdə danışıqlar aparılmasını məsləhət görürdü. Buna görə də 1918-ci il noyabrın
əvvəllərində N.Yusifbəyli, Ə.Ağayev və M.Rəfiyevdən ibarət nümayəndə heyəti
Böyük Britaniyanın Şimali İran ordusunun komandanlığ ı ilə görüşmək üçün
Ənzəliyə yola düşdü
85
.
İngilis ko mandanlığ ı danışıqların əvvəlində Azərbaycan hökuməti ilə
hesablaşmadı. Buna görə də ingilis ordusunun ko mandanı general To msona
Azərbaycan Respublikasın ın hüdudlarına daxil o lmazdan əvvəl onun müstəqilliy ini
tanımaq təklif olunanda o, "Azərbaycan Xalq Cü mhuriyyəti adı altında bizə y alnız
xalq kütlələri içərisində heç bir dayağı olmayan türklərin intriqaları ilə yaradılmış
hökumət məlu mdur"
86
- deyə diplomat ik bəhanə tapıb təklifi qəbul etmə kdən qəti
surətdə yayındı.
Danışıqların sonunda Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-
də səhər saat 10-dək Bakı həm Türkiyə, həm də Azərbaycan qoşunlarından
təmizlən məlidir. Bəyanatda Bakı və onun neft mədənlərinin ingilislərin nəzarətinə
keçməsi, ö lkən in qalan hissəsinin Azərbaycan hökuməti və ordusunun nəzarətində
qalması nəzərdə tutulur, eyni za manda deyilird i ki, A zərbaycan rəsmi surətdə
tanınmır, lakin İngiltərə, Fransa və A BŞ nümayəndələri Azərbaycan höku məti ilə
de-fakto əlaqə yaradacaqlar, V.M.To mson Bakının general-qubernatoru olacaq,
279
şəhər polisinə ingilis zabiti rəhbərlik edəcək, L.Biçeraxov və onun dəstələri
Britaniya ordusu ilə birlikdə Bakıya da xil o lacaq və nəhayət, silahlı ermənilər şə -
hərə buraxılmayacaqlar
87
.
Azərbaycan nümayəndələri ingilis hərbi ko mandanlığın ın bu planları
haqqında Bakıya Nazirlər Şurasının sədrinə teleqrafla mə lu mat verdilər.
Bu zaman F.X.Xoyski əsil diplo mat məharəti nü mayiş etdirdi, 1918-ci il
noyabrın 16-da V.M.To msona məktubla müraciət edərək, ingilis qoşunların ın
Bakıya girməsinin A zərbaycanın dövlət müstəqilliy i və ərazi bütövlüyünə xələl
gətirməyəcəyinə ü midvar o lduğunu bildirdi
88
.
Özünü şəhərin hərbi qubernatoru elan etmiş general Tomsonun başçılığı
ilə h indli əsgərlərdən ibarət İngiltərə qoşunları 1918-ci il noyabrın 17-də Bakıya
daxil oldu. Polkovnik F.P.Kokkere l Bakıda müttəfiq dövlətlərin polis ko missarı
təyin edildi. Bakıdakı ingilis qoşunlarının canlı qüvvəsi təxminən min nəfər
əsgərdən ibarət id i
89
.
Rəsmi qəbul mərasimində daxili işlər naziri B.X.Cavanşir, xarici işlər
nazirin i əvə z edən A.X.Ziyad xan, mü xtəlif milli təşkilat lardan nümayəndələr
iştirak edird ilər.
Elə həmin gün Bakıya daxil olan L.Biçeraxov ordusunu şəhərin xristian
əhalisi böyük rəğbətlə qarşıladı. Böyük əksəriyyətini ermənilər təşkil edən bu ordu
Bakıya da xil o lan kimi Azə rbaycanın dövlət rə mzlə rini təhqir edir, milli höku mət in
tezliklə dağılacağı barədə şayiələr yayırdılar. Bakıdakı rus və erməni milli şuraları
L.Biçeraxovun gəlişi ilə belə b ir qərar çıxard ılar ki, guya "heç bir Azərbaycan
yoxdur, yaln ız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o,
Biçeraxovun başçılıq etdiy i Xəzəryanı höku mətlə əvəz edilməlid ir"
90
.
Qoşunlar Bakıya daxil olan zaman ço x xoşagəlməz b ir hadisə baş vermiş,
general To mson limanda A zərbaycan Cü mhuriyyəti bayrağının İngiltərə, ABŞ,
Fransa, İtaliya bayraqları ilə yanaşı asıldığını görərək, onu dərhal götürmək əmrini
vermişdi
91
.
M.Ə.Rəsulzadə öz xatirələrində yazırdı: "17 təşrini-sanidə iki Bakı vardı.
Məhzun müsəlman Bakısı ilə məmnun xristian Bakısı... İki gün sonra komandanlığın
əhaliyi-islamiyyəni məyus edəcək bir bəyannaməsi nəşr olunuyordu. Bu bəyannamədə,
Biçeraxov bəyannaməsində olduğu kimi, "Qalib etilaf ordusunun məmləkətə dönmədən
əvvəl zəfəri-müştərəkə bunca xid mətləri dəyən fədakar rus xəlqinə ədai-dinşüküran
etmək vəzifələrində olduğu və bu vəzifənin ifası üçün Rusiyadan qoparılmış Qafqaziyanın
düşməndən təxliyəsi üçün Ufada təşəkkül edən rus hökuməti ilə biletilaf buraya gəlindiyi"
anladılıyordu. Böylə bir bəyannamənin təsirinə, bir də ingilis ordusu ilə bərabər gəlmiş
Biçeraxov qitəatı erməni məfrəzələrinin şəhərdə ehdas etməkdə olduqları hadisələr və
əhaliyi-islamiyyəyə qarşı takındıqları təhqiramiz hərəkətlər dəxi təsəvvür ediliyorsa, o
zaman nə kibi saətlər yaşanmaqda olduğu kəndi-kəndinə anlaşılır..."
92
.
Noyabrın 17-də axşam Rus Milli Şurasının üzvləri M.Podşibyakin, Y.Smirnov,
V.Baykov və A.Leontoviçin general Tomson tərəfindən qəbul edilməsi Azərbaycan
280
hökumətinin narahatçılığını daha da artırdı. Görüş zamanı Rus Milli Şurasının üzvləri
özlərini Azərbaycanın sahibi kimi apardılar. Onlar Tomsonun yaradılacaq koalision
hökumətə daxil olmaq haqqında təklifini həm öz adlarından, həm də Erməni Milli
Şurasının adından rədd etdilər. Onların fikrincə, xristianların Azərbaycan hökumətinə
daxil olması onun müttəfiqlər tərəfindən tanınmasını asanlaşdıra bilərdi. Bu adamlar
Azərbaycanın Rusiya müstəmləkəçiliyindən azad olub öz milli müqəddəratını təyin etməsi
əleyhinə idilər. Nəhayət, görüş zamanı Tomson onlara xatırlatmağa məcbur oldu ki,
hazırkı vəziyyətdə Rusiya, sadəcə olaraq, mövcud deyildir.
"Bu müşkülat məvacihəsində istiqamətlərin 360 dərəcə dəyişənlər vardı.
Milliyyətpərvərliklərinə şübhə edilməyən bəzi zəvati-möhtərəm belə hasil olan vəxaməti
anlamaq üçün "istiqlaldan istinkaf‖ təklifini tədqiq etmək zəfinə düşdülər", deyə M. Ə.
Rəsulzadə yazırdı
93
.
Lakin Antanta qoşunlarının Bakıya daxil olması ilə bağlı Azərbaycan
hökumətinin noyabr ayının 18-də verdiyi rəsmi məlumatlardan da aydın olur ki, o, heç də
gələcəyə bədbinliklə baxmırdı. Məlumatda deyilirdi ki, müvəqqəti olaraq Bakıya daxil
olan müttəfiq qoşunları öz əlində yalnız hərbi hakimiyyəti cəmləşdirir, əldə olunmuş
razılığa əsasən, ölkənin və onun paytaxtının daxili işlərinə müdaxilə edilməməlidir, bütün
hökumət idarələri əvvəlki qaydada fəaliyyət göstərməlidir, son nəticədə Rusiya xalqlarının
öz müqəddəratını müəyyən etməsi məsələsi beynəlxalq sülh konfransında həll
edilməlidir. Məlumatda həmçinin göstərildi ki, hazırkı çətin şərait Azərbaycanın siyasi
rəhbərliyindən ölkədə mövcud qayda-qanunu saxlamağı tələb edir. Hökumət Bakıya daxil
olmuş müttəfiq qoşunlarının Azərbaycan xalqının suveren hüquqlarını tapdalamayacağına
ümid bəslədiyini də bildirirdi
94
.
Lakin ingilis hərbi komandanlığı Bakıda yerləşdiyi vaxtdan ölkənin ictimai-siyasi
və iqtisadi həyatına aşkar müdaxilə etməyə başladı. General Tomsonun əmri ilə Bakıda
"milli hakimiyyət ordunu ictimai asayişin qorunması məsuliyyətindən azad edə biləcək
dərəcədə güclü olana qədər"
95
hərbi vəziyyət elan edildi. Onun 1918-ci il noyabrın 19-da
verdiyi əmr hərbi dövr qanunlarının pozulmasına görə cəzalar haqqında idi. Bu əmrdə
müttəfiq qoşunların hərbi rütbəli səxsləri və Rusiya hökumətinə xidmət edən şəxslər
(ağqvardiyaçı zabitlər nəzərdə tutulurdu) istisna olmaqla, xüsusi icazə olmadan silah
gəzdirmək, iclas və tətil keçirmək qadağan edilir, ağır cinayətlərə görə ölü m nəzərdə
tutulurdu
96
.
İngilis komandanlığı Bakıda hərbi vəziyyət elan etməklə, əslində şəhərdə və
Bakı quberniyasında inzibati hakimiyyəti ələ keçirib, bütün məhkəmə və icra orqanlarını
general Tomsonun ixtiyarına verdi.
Bundan sonra onlar şəhərin iqtisadi həyatına təsirlərini gücləndirməyə
başladılar. Belə ki, 1918-ci il noyabr ayının 29-dan Xəzər Donanmasının bütün ticarət
gəmiləri də ingilis komandanlığının sərəncamına keçdi
97
. Ticarət donanmasını idarə etmək
üçün başda mayor Braun olmaqla "İngiltərə Dəniz Nəqliyyatı" şirkəti təsis olundu.
Bununla da ingilislər "vahid, bölünməz Rusiya"nın bərpası işində Denikin ordusuna
kömək etmək məqsədilə bütün Xəzər dənizinə nəzarət etməyə başladılar.
281
Mudros sülhünün şərtlərinə görə, ingilislər Batumu da tutdular və Zaqafqaziya
Dəmir Yolunu öz nəzarəti altına götürdülər. Beləliklə, Qara dənizdən Xəzər dənizinə qədər
mühüm strateji əməliyyat meydanı onların əlinə keçd i.
Bununla əlaqədar olaraq Böyük Britaniyanm o zamankı hərbi dəniz naziri Uinstn
Çörçill yazırdı: "Britaniya qoşunları Batuma çıxarıldı və çox sürətlə Qara dənizdən Xəzər
dənizinə qədər, başqa sözlə, Bakıya qədər Qafqaz dəmir yolunu tutdu. Onlar tezliklə Xə-
zər dənizində üstünlüklərini təmin edən donanma yaratdılar. Britaniya qoşunları dünyanın
ən böyük strateji yollarından birinə sahib o ldu"
98
.
Neft sənayesini də nəzarətdə saxlamağa çalışan ingilislər bu məqsədlərinə nail
olmaq üçün tezliklə Britaniya Neft İdarəsini təsis etdilər. Britaniya "Bibiheybət" neft
şirkətinin sədri Herbert Alen 1918-ci ilin dekabr ayında Londonda bildirdi ki,
"Britaniyanın rəhbərliyi altında lazımi surətdə təşkil olunmuş və gen-bol maliyyə-
ləşdirilən Rusiya neft sənayesi Britaniya imperiyası üçün dəyərli gəlir mənbəyi ola
bilər"
99
.
Doqquz ay ərzində - 1918-ci ilin dekabrından 1919-cu ilin avqustuna qədər ingilislər
Bakıdan 113,5 milyon manatlıq, 30 milyon puda qədər neft aparmışdılar
100
. Onların
sərəncamı ilə Bakıdan daşınıb çıxarılan bütün neft məhsullarına heç bir aksiz rüsumları
qoyulmur və bütün yüklər yubandırılmadan buraxılırdı. Tomson Azərbaycan Cü mhuriyyəti
dəmir yolu işçilərinə ingilis zabitlərinin yükünü və qatarda gedən zaman sənədlərini
yoxlamağı qadağan etmişdi.
İngilislərin özbaşınalığı o yerə çatmışdı ki, hətta əllərində saxlayıb istədikləri
kimi sərəncam verdikləri Bakı ticarət limanını maliyyələşdirməyi Azərbaycan hökumətinin
öhdəsinə vermişdilər.
Bu dövrdə ingilislər mülki idarəetmə sahələrinə də müdaxilə edirdilər. Onlar pul
əsginaslarının buraxılışını öz nəzarətlərinə almış, əhalinin ərzaqla təminatı sistemini yenidən
qurmuş, neft hasilatı və dəmir yol sahələrində mövcud əmək münaqişələrini özləri həll etmək
üçün Əmək İdarəsi yaratmışdılar. İngilis komandanlığının əmri ilə Azərbaycanın Hərbi
Nazirliyi Gəncəyə köçürülmüşdü. Onun yerli hakimiyyət orqanlarının hətta cari işlərinə də
müdaxilə etməsi müşahidə olunurdu. Bütün bunlar milli hökumətin üzləşdiyi ağır vəziy-
yəti daha da çətinləşdirird i.
Lakin tezliklə hamıya aydın oldu ki, general Tomsonun həyata keçirdiyi
tədbirlərdən yaranmış ümidsizlik təəssüratı müvəqqətidir və Azərbaycan xalqı müstəqillik
yolunu seçməkdə yanılmamışdır. Bakıda mövqeyini möhkəmləndirib vəziyyəti nəzarətə
alan general-qubernator Tomson ölkədəki ictimai-siyasi reallıqlarla yaxından tanışlıqdan bir
neçə gün sonra bildirdi ki, F.X.Xoyskinin hökuməti ölkədə fəaliyyət göstərən yeganə
mülki hakimiyyət olaraq qalır. İngilislər Azərbaycan Cümhuriyyətinin baş nazirini "Bakıda
ən bacarıqlı adamlardan biri"
101
adlandırırdılar.
Beləliklə, general Tomsonun Azərbaycan hökumətini təqdir edən mövqeyi
düşmən qüvvələrin "vahid və bölünməz Rusiya"nın bərpa olunmasına bəslədiyi ümidi
puça çıxartdı, müttəfıq qoşunlarının Bakıya daxil olması ilə yaranmış dövlət müstəqilliyini
təhdid edən təhlükəli vəziyyət Azərbaycan Cümhuriyyəti rəhbərlərinin s əyləri nəticəsində
282
aradan qaldırıldı. Eyni zamanda Azərbaycanın demokrat liderləri uzaqgörən siyasət
yeritmələri sayəsində müttəfiq qoşunları komandanlığı tərəfindən de-fakto real hakim
qüvvə kimi tanına bildilər.
VII FƏSİL
AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN
BƏRQƏRAR OLMASI
§ 1. AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ DEMOKRATİK
DƏYİŞİKLİKLƏRİN BAŞLANMASI
Respublikanın
mürəkkəb
beynəlxalq
vəziyyəti
onun
Avropa
demokratiyası ilə sıx əlaqə yarada biləcək nü mayəndəli o rqanının sürətlə
formalaşdırılması zərurətini doğurur və bu istiqamətdə ciddi fəaliyyət
göstərilməsin i diktə edirdi.
Milli Şuranın ö zünü buraxması, altı ay müddətində Azərbaycan Xalq
Cü mhuriyyəti ali qanunvericilik orqanının ü mu mi, g izli və birbaşa səsvermə
əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması haqqında qətnamə hələ 1918-ci
il iyunun 17-də qəbul olun muşdu. Milli Şuran ın hə min qətnamədə irə li sürdüyü bu
vəzifələrin yerinə yetirilməsi üçün özünün müəyyən etdiyi möhlət 1918-ci il
dekabrın 16-dək id i.
1918-c i il sentyabrın 14-də höku mət Müəssislər Məclisinə seçkilər ü zrə
F.X.Xoyskin in sədrliyi ilə ko missiya yaratdı. Oktyabnn 21-də isə Müəssislər
Məclisinə seçkilər haqqında qanun hazırla maq üçün əvvəlkindən daha geniş təmsil
olunmuş bir ko missiya təsis olundu (M.Rəfiyevin sədrliyi ilə), amma mü xtəlif
səbəblərə görə bu ko missiyaların işi ciddi nəticə vermədi.
Birinci dünya müharibəsi qurtardıqdan sonra beynəlxalq müna sibətlərdə
yeni sistem yaratmalı olacaq sülh konfransının vaxtı yaxınlaşırdı. Bu və ziyyət tələb
edirdi ki, Azərbaycanın bu konfransda onu təmsil edə biləcək hansısa bir siyasi
orqanı olsun. "Kaspi" qəzetinin yazdığı kimi, "sülh konfransı və ümu miyyətlə
müharibə edən ölkələr tərəfindən siyasi məsələlərin həll edilməsi A zərbaycanın
Müəssislər Məclisinə seçkilər keçirməsini gözləməyəcək. Biz kənarda qala bilərik,
orada isə, məsələn, Bakı şəhərinin Azərbaycanın tərkibindən çıxarılması haqqında
və ya bundan da pis qərar qəbul edə bilərlər"
1
.
Müəssislər Məclisinə seçkilər ü zrə ko missiya bu nöqteyi-nəzərdən çıxış
edərək müvəqqəti parlament yaratmağ ı təklif etdi.
Noyabrın 5-də komissiya özünün ilk iclasında Milli Şuranın qeyri-mümkün
olduğunu, lakin siyasi şəraitin xalq nümayəndələrinin siyasi məsələlərin həll olunmasında
iştirakını tələb etdiyini nəzərə alıb "təcili olaraq sadələşdirilmiş şəkildə müvəqqəti
283
Azərbaycan parlamenti çağırılması" qənaətinə gəldi
2
.
Lakin əsas çətinlik bu parlamenti necə formalaşdırmaqda idi. Mürəkkəb siyasi
şəraitdə ümumxalq seçkiləri keçirməyin mümkün olmaması kooptasiya və ya təyinetmə
metodunun da bu dövrdə qabaqcıl ölkələrdə mövcud olan seçki prinsiplərinə uyğun
gəlməməsi göstərirdi ki, təşkil edilmiş parlamenti dünya ictimaiyyəti ümumxalq
mənafeyini təmsil edən qurum kimi tanımayacaq.
Ona görə də yeganə çıxış yolu üzvləri Ümumrusiya Müəssislər Məclisinə
ümumxalq seçkiləri əsasında seçilmiş Milli Şuranı əvvəlki tərkibdə bərpa etmək ola
bilərd i.
Bu yolu seçən respublika hökuməti 1918-ci il 9 noyabr tarixli qərarı ilə Milli
Şuranın çağırılmasını noyabrın 16-na təyin etdi. Seçki qanunu hazırlamaq üçün
M.Ə.Rəsulzadə, M.Rəfiyev və H.Ağayevdən ibarət xüsusi komissiya təşkil olundu.
Beş aylıq fasilədən sonra- 1918-ci il noyabrın 16-da yığışan Milli Şura hazırkı
fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar
özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq
komissiyanın təqdim etdiyi layihə - Azərbaycan parlamentinin yaradılması haqqında qanun Milli
Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi
3
.
Qanuna görə, birpalatalı parlamentə seçkilər gizli keçirilirdi. Azərbaycanın rəhbər
xadimləri, ingilislərin demokratiya ilə bağlı məsələlərə həssas münasibətini nəzərə alaraq,
seçkiləri milli təmsilçilik prinsipi əsasında keçirməyi məqsədəuyğun saydılar və bununla da
respublikada millətlərarası sülhün tam bərqərar edilməsi üçün real şərait yaratdılar.
1918-ci il noyabrın 29-da M. Ə. Rəsulzadənin imzası ilə Milli Şuranın "Bütün
Azərbaycan əhalisinə" müraciəti dərc olundu. Sənəddə ―sırf Azərbaycan müsəlmanlarına
məxsus olan Şurai-Millinin milli bir şəkildən çıxarılıb" "dövləti bir şəklə" salınacağı bəyan
edildi. Bununla da Milli Şuranın parlamentə çevrilməsi niyyəti açıqlandı. Parlamentin
Müəssislər Məclisinin yaranmasına qədər ölkə maraqlarının müdafiəsi, hökumətin
formalaşdırılması və qanunvericilik funksiyasının yerinə yetirilməsi ilə bağlı səlahiyyətləri öz
üzərinə götürəcəyi bildirildi. Müraciətnamədə Azərbaycan vətəndaşlarına xitabən deyilirdi ki,
bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafi bir tərəfə qoyaq.
Tarix, bizdən asılı olmayaraq, hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub.
"Bütün Azərbaycan vətəndaşları bila-fərqi millət və məzhəb, bir vətənin
övladlarıdırlar. Ümu mi Vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi
səadətlərini hazırlamaq üçün onlar bir-birlərinə əl u zatmalı və yardım etməlidirlər"
4
.
Gənc respublikan ın taley i həll edildiy i b ir vaxtda onun rəhbərlərin in
çağırışın ı müsbət qarşılayan əhali yüksək vətənpərvərlik nümay iş etdirərək,
Azərbaycanın istiqlalı şüarı ilə keçirilən seçkilərdə fəal iştirak etdi.
Bununla belə, A zərbaycan Xalq Cü mhuriyyətinin ali dövlət orqanı o lan
parlamentə münasibət heç də birmənalı olmadı.
Azərbaycan Milli Şurası noyabrın 25-də erməni və rus milli şuralarına öz
nümayəndələrin i parlamentə göndərmək təklifi ilə müraciət etdi, hər iki şuradan
əvvəlcədən mənfi cavab alındı. Ermənilər siyasi və milli-mədəni talelərindən
284
gileylənərək, öz şuralarının bütövlükdə ermən ilərin mənafeyini təmsil etmək
hüququ
olmadığın ı
bildirdilər
5
.
Cənubi
Qafqaz
respublikalarının
öz
müstəqilliklərini elan etmələrinə baxmayaraq, Rus Milli Şurası Ümu mrus iya
Müəssislər Məclisi və sülh konfransının qərarınadək bütün Zaqafqaziyanı Rusiya
dövlətinin bir hissəsi saydığı üçün "Rusiyanın iradəsini bilmədən b izim nə
Azərbaycan Xalq Cü mhuriyyətini, nə də onun parlamentini tanımağa haqqımız
var"
6
- cavabını verdi.
Lakin milli azlıq ların sabotajından əzmin i itirməyən Azərbaycan hökuməti
bəyan etdi ki, hətta milli azlıqlardan heç biri də parla mentdə iştirak etmək istəməsə,
yenə də o, parlamenti yaradacaq, çünki ölkənin taley inə görə məsuliyyət çoxluğun
üzərinə düşür. Bu ço xluq, əgər azlıqlar bundan imtina etsə belə, ö lkəni təklikdə
idarə etməlid ir
7
.
Yaln ız general To mson F.X.Xoyskinin yaratdığı və 1918-ci il dekabrın
26-da parla mentin təsdiq etdiyi höku mətə müttəfiqlə r ordusu ko mandanlığın ın
hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdikdən
8
sonra Ermən i M illi Şurası
və Slavyan-Rus Cəmiyyəti Şurası parlamentə daxil olmaq haqqında qərar qəbul
etdilər. Slavyan-Rus Cəmiyyəti Azərbaycan dövlətçiliy ini tanımasa da, rus
əhalisinin mənafeyi naminə, Ümu mrusiya Müəssislər Məclisi çağ ırılanadək
"cəmiyyət və onun tərkibinə daxil o lan təşkilatların üzv lərinin marağının müdafiəsi
üzrə birgə iş xatirinə"
9
Azərbaycan Parlamentinə daxil olmağı mü mkün saydı.
Azərbaycan parlamentinin müxalifətə münasibəti ondan ibarət idi ki, istiqlal bayrağı
qaldırmış bu qurumun sıralarına daxil olan şəxslər artıq özlərinin bu hərəkətilə Azərbaycan
dövlətçiliyinin mövcudluğu faktını tanımış olurlar. Eyni zamanda parlament Azərbaycanı
Rusiyanın tərkib hissəsi kimi qəbul edən müxalifətlə hesablaşmamaq hüququnda olduğunu da
bəyan etdi. Azərbaycan rəhbərliyi həmçinin rus demokratiyasına qarşı düşmənçilik
mövqeyində dayanmadığını bildirib qeyd etdi ki, Rusiyaya konkret münasibətin müəyyən
edilməsi yalnız Azərbaycan Müəssislər Məclisinin səlahiyyətindədir
10
.
Parlamentin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36
müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi. Dostları ilə paylaş: |