A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

Şəhər  özünüidarəsi  və  milli  komitələri  olmayan  qəzalarda  deputatlar  kənd  icmaları 

nümayəndələrinin qurultayı tərəfindən seçilə bilərdilər

11

. Nəzərdə tutulan 120 deputatdan 



80  nəfəri  müsəlman əhalini,  21  nəfəri erməni,  10  nəfəri  rus  milli  azlıqlarını,  4 nəfər də 

alman, yəhudi, gürcü və polyak azlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, 

Neft  Sənayeçiləri  Şurası  və  Ticarət-Sənaye  İttifaqına  2  yer  ayrılmışdı.  Qanunda  ərazi 

proporsiyası müəyyənləşdirilird i: 

a)

 

Türk-müsəlman  əhalisindən  80  nəfər,  o  cümlədən  Bakı  5,  Göyçay  2,  Cavad 



qəzası 2, Quba qəzası 2, Lənkəran qəzası 2, Şamaxı qəzası 2, Gəncə qəzası 2, Ərəş qəzası 2, 

Cavanşir qəzası 1, Zəngəzur qəzası 2, Qazax qəzası 1, Cəbrayıl qəzası 1, Nuxa qəzası 2, 

Şuşa  qəzası  2,  Zaqatala  qəzası  2,  İrəvan  quberniyasının  türk-müsəlman hissəsi  3  və 


 

 

285 



Tiflis quberniyasının türk-müsəlman hissəsindən-1 nəfər. 

b)

 



erməni  əhalisindən  21  nəfər;  Gəncə  və  Şuşanın  hərəsindən  8  nəfər,  Bakı 

Erməni Milli Komitəsindən 5 nəfər; 

c)

 

Bakı Rus Milli Şurasından 10 nəfər;  



ç) Alman milli təşkilatından 1 nəfər; 

d)

 



Yəhudi Milli Şurasından 1 nəfər; 

e)

 



Gürcü Milli Şurasından 1 nəfər; 

ə) Polyak Milli Komitəsindən 1 nəfər; 

f)  Bakı həmkarlar ittifaqlarından 3 nəfər; 

g)  Bakı  Neft  Sənayeçiləri  Şurası  və  Ticarət-Sənaye  İttifaqından  2  nəfər  

(müştərək)

12



Əvvəlcə  Milli  Şura,  sonra  da  Azərbaycan  parlamenti  bütün  siyasi 

partiyaları parlamentin işində iştira k etməyə dəvət etdi. Siyasi partiyaların gələcək 

parlamentə  münasibəti  1918-ci  il  dekabrın   6-14-də  keçirilən  və  bolşeviklərdən 

başqa bütün partiyaların  iştirak etdiy i demokratik  müşavirədə aydınlaşdı. Eserlərin 

tələbi  ilə  müşavirə "vahid və bölünməz Rusiya" haqqında məsələni  mü zakirə etdi. 

Rus partiyalarının əksəriyyəti - kadetlər,  menşeviklər "vahid və bölünməz  Rusiya" 

ideyasını  müdafiə  edir,  yeni  yaran mış  dövləti  tanımaqdan  və  yerli  höku mətd ə 

iştirakdan  imtina  etməyə  çağırırdılar.  Azərbaycanın  milli  partiyaları  -  "Müsavat", 

"İttihad",  "Hümmət"  və  Müsəlman  Sosialist  Bloku  isə  Rusiya  ilə  yenidən  birləş-

mək  ideyası  əleyhinə  çıxış  edirdilər.  " Bund"un  mövqeyi  Azərbaycan  milli 

partiyalarının  mövqeyinə yaxın  idi, yəni o da parlament və hö kumətin yalnız  milli 

təmsilçilik prinsipi əsasında təşkil edilməsi təklifini irəli sürürdü. Bolşeviklər  fəal 

boykot taktikasına keçmişdilər. Menşeviklərin idarə etdikləri  Həmkarlar İttifaqları 

Şurası  da  parlamentə  qarşı  mü xalifətdə  id i.  Şura  ü zvlərindən  6  nəfər  b itərəf 

qalmaq la parlamentdə iştirak etməmək haqqında qərar çıxarmışdı

13

. Menşevikpərəst 



hümmətçilər  parlamentin  açılmasına  kö mək  edir,  amma  hakimiyyəti  ələ  almağa 

hazır  olmadıqları  üçün  bunun  könüllü  olmadığ ını  b ild irir,  parlamentdəki 

fəaliyyətlərin i ö zlərinə məxsus inqilab i təbliğat forması kimi təqdim ed ird ilər

14



Parlamentdə  iştirak  etməyin  mü mkünlüyünü  nəzərdən  keçirən  eserlər 

partiyasının  Bakı  Ko mitəsi  Azərbaycanın  öz  müqəddəratını  təyin  etməsin i  yalnız 

vahid Federativ  Rusiya tərkibində  mü mkün s ayırdı.  Bu partiyanın qənaətinə görə, 

Azərbaycan  Cümhuriyyəti  Rusiya  Federasiyasının  bərabərhüquqlu  üzvü  olmaqla 

zəh mətkeş  xalq ın  normal  in kişafını  təmin  edər,  parlament  isə  yalnız  demokratik 

seçkilər keçirilməsi əsasında nüfuzlu orqan ola bilərdi

15

. De mokratik seçkilərin əsası 



kimi  onlar  milli  təmsilçiliyi  deyil,  yalnız  partiya  təmsilçiliyi  prinsipini  qəbul 

edirdilər. 

1919-cu  il yanvarın 25-də parla ment eser partiyası  Ba kı Ko mitəsinin ona 

5 yer ayrılması haqqında  xahişin i  mü zakirə etdi. "Əhrar" fraksiyası və "bitərəflər" 

bu xah işi o şərtlə qəbul etdilər ki, onlar sosialist fraksiyasına daxil olsunlar, çünki 


 

 

286 



bu  yerlər  milli  azlıqlar  üçün  ayrılmışdır.  Eserlər  ö zlərini  beynəlmiləlçi  partiya 

hesab  etdiklə rindən  heç  bir  milli  ko mitəyə  daxil  olma mışdılar.  A mma  parla ment 

partiya  prinsipi  ilə  deyil,  milli  əsas  üzrə  yaradıld ığı  üçün  qərara  alında  ki,  milli 

azlıq lar hesabına eserlərə yer ayrılsın

16



Eserlərin  parlamentdə  iştirakını  müdafiə  edən  M.Ə.Rəsulzadə  mü xalif 



qüvvənin  orada  olmasının  zəru riliyini  b ildird i.  " Bizim  fəalliyyətimizin  tənqid 

olunması və bizim  mövqeyimizə qarşı etiraz parlament binasından kənarda deyil, 

parlament  tribunasından  bildirilmə li  və  həmin   tribunadan  da  ona  cavab 

alın malıdır"

17

.  Bununla  belə,  eserlər  parla mentin  fəa liyyətində  iştirak  et mədilər. 



Parla mentin  işə  başlaması  ə rəfəsində  Azərbaycanda  siyasi  qüvvələrin  ümu mi 

düzümü belə idi. 

Azərbaycan  parlamentinin  açılışı  dekabrın  3-də  nəzərdə  tutulmuşdu. 

Parlamentin  açılmasın ın  ləngiməsi  ing ilis  ko mandanlığ ının  A zərbaycan 

hökumətinə  etdiyi  təzyiqlərlə  bağlı  idi.  Britaniya  ordusu  Baş  qərargahının  rəisi  S. 

Stoksun  mayor  Ro lansona  göndərdiyi  məktubunda  ona  tapşırılırdı  ki,  koalision 

hökumət  müttəfiqlər  ko mandanlığı  tərəfindən  tanınmayınca  parlamentin  açılmasına 

imkan verməsin

18



1918-c i  il  dekabrın  7-də   müsəlman  Şərqi  tarixində  ilk  dəfə   ola raq 



parlament Azərbaycan Xalq  Cü mhuriyyətinin  müvəqqəti ali  qanunverici orqanı öz 

işinə  başladı  və  hər  hansı  bir  dövlət  tərəfindən  belə  tanın mamış  respublika  öz 

varlığ ını  və  de mokratiya  prinsiplə rinə  bağlılığ ını  bütün  dünyaya nümayiş  etdirdi. 

Həmin gün "Azərbaycan" qəzeti iftixarla yazmışdı: "Tarixi hadisələrin gedişilə b iz-

lər  dövlətçiliy imizin  baniləri  və  xalqların  öz  müqəddəratını  təyin  etməsi  şüarı  ilə 

yayılan yeni siyasi hərəkatın pionerləri olduq"

19



Parlamentin açılışı böyük təntənə ilə keçdi. Bakı şəhəri bayram içində id i, 



insanlar  bir-b irini  təbrik  edirdilər.  Müvəqqəti  olaraq  Hacı  Zeynalabdin  Tağıyevin 

Nikolayev  küçəsində  yerləşən  keçmiş  qız  məktəbinin  binasında  toplaşmış 

parlament  xüsusi  sayıqlıqla  mühafizəyə  alın mışdı.  Gündüz  saat  1-ə  yaxın 

deputatlar  öz  yerlərində  əyləşdilər:  mərkəzdə  -  müsavatçılar  və  milli  azlıqların 

nümayəndələri,  sol  cinahı  sosialist  bloku   və  hümmətçilər,  sağ  cinahı  isə  ittihad -

çılarla bitərəflər tutdular, lojada dip lo matik dairələrin nümayəndələri yerləşdilər

20



Parlamentdə 3 fraksiya və qrup təmsil o lunmuşdu.  1919-cu ilin əvvəlində 



parlamentin cəmi 79 üzvü var id i. "Müsavat" fraksiyasını 11 "İttihad"ı 11, "Əhrar"ı 

9,  "Hü mmət"i  5,  "Müsəlman  Sosia listlər  Bloku"nu  5,  "bitərəflə r"i  15,  "milli 

azlıq lar"ı  4, "Rus-Slavyan  Cə miyyəti"ni  3, "erməni  fraksiyası‖nı  4 deputat təmsil 

edirdi


21

Parlamentin  birinci  iclasını  Milli  Şuranın  və  "Müsavat"  fraksiyasının  sədri 



M.Ə.Rəsulzadə açaraq, hərarətli  nitqində Azərbaycan Cü mhuriyyəti qarşısında duran  ən 

mühüm məsələlər barəsində fikirlərini söyləyib, başlıca milli qayənin azadlıq və müstəqillik 

ideyalarını gerçəkləşdirmək və təsdiq etmək olduğunu vurğuladı. 

Öz  xalqının  milli  ideallara  sədaqətini  heç  vaxt  itirməyəcəyinə,  azadlıq  və 



 

 

287 



müstəqillik  yolunu  tutaraq  dönmədən  irəliləyəcəyinə  sarsılmaz  inam  ifadə  edən 

M.Ə.Rəsulzadə  Azərbaycan  xalqının  bütün  millətlərə,  o  cümlədən  Rusiya  xalqlarına  da 

azadlıq  və  demokratiya  arzuladığını  bildirərək,  eyni  zamanda  qeyd  etdi  ki,  "Qafqaziya 

dağlarının şimalında təşəkkül  edən  müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala 

bilməriz"

22



Cənubi  Qafqaz  xalqlarının  birliyi,  yəni  onların  mehriban  qonşular  kimi  əl-ələ 

verərək azad və müstəqil yaşamağa qadir olmaları M.Ə.Rəsulzadənin bu tarixi nitqində 

toxunulan mühüm məsələlərdən biri idi və onun həlli konkret tarixi şəraitə uyğun olaraq 

qoyulurdu. Əsas fikir ondan ibarət idi ki, burada yaşayan millətlər öz  müqəddəratlarını 

özləri təyin etməlidir. 

Bir dövlət olaraq dünya birliyi ölkələri tərəfindən tanınması və onun tamhüquqlu 

bir  tərəf  kimi  beynəlxalq  aləmə  çıxması  gənc  Azərbaycan  Xalq  Cümhuriyyəti  üçün  çox 

mühüm  əhəmiyyət  kəsb edirdi. M.Ə.Rəsulzadə  milli  səviyyədə  fikir  və  əməl  birliyini, 

fəaliyyət yekdilliyini bu mühüm məsələnin uğurlu həlli üçün əsas şərt hesab etmiş və buna 

görə də öz tarixi nitqini yekunlaşdıraraq demişdi: "Azərbaycan bir atəş mənbəyidir... Bu 

atəş sönməmək üçün əl-ələ verib müttəhidən çalışalım, əfəndilər! Mən sizi belə bir ittihada 

dəvət ed irəm"

23



M.Ə.Rəsulzadənin parlamentin sədrini və onun müavinini seçmək təklifindən sonra 



"Müsavat"  fraksiyası  adından  çıxış  edən  Ş.Rüstəmbəyov  sədrliyə  Əli  Mərdan 

Topçubaşovun, onun müavini vəzifəsinə isə Həsən bəy Ağayevin namizədliyini irəli sürdü. 

Səsvermədən  sonra  artıq parlament sədrinin  müavini seçilən  H.Ağayevin  təklifi  ilə  ən 

gənc deputat,  Rəhim  bəy  Vəkilov  parlamentin  katibi  seçildi.  Ə.M.Topçubaşov  Bakıda 

olmadığmdan  sədr  vəzifəsinin  icrası  müvəqqəti  olaraq  H.Ağayevə  həvalə  olundu. 

Parlamentin  cari  işlərinin  nizama  salınması  məqsədilə  parlament  sədri,  onun  müavini  və 

fraksiyaların nümayəndələrindən ibarət ağsaqqallar şurası (senyorkonvent) yaradıldı. 

Sonra  parlament  baş  nazir  F.X.Xoyski  höku mətinin  daxili  və  xarici 

siyasəti haqqında hesabat məruzəsini din lədi.  

Höku mətin 

hesabatında  Azərbaycanın  məlu m  səbəblər  üzündən 

xarabazarlığı  xatırladan  bir  ölkəyə  çevrilməsi  şəraitində,  ilk  növbədə,  Türkiyənin 

qonşuluq  köməyi  və  onunla  bağlanmış  sülh  müqaviləsi  sayəsində  çətinlikləri 

qismən  aradan  qaldıraraq  dövlət  müstəqilliy inin  qaydaya  salınmasından  danışılır, 

daxildə  baş  alıb  gedən  hərc-mərcliyə  son  qoymağın  vacibliyini  nəzərə  alıb  polis 

işlərinə  önəm  verild iyi  və  onun  artıq  ölkə  ərazisinin  ço x  hissəs inə  nəzarət  etdiyi, 

dəmir  yolların,  poçt  və  teleqrafın  fəaliyyət  göstərdiyi  bildirilird i.  Hesabat 

məruzəsində  həmçinin  A zərbaycanın  Gü rcüstan  və  Ermən istanla  şərikli  pul 

buraxmasının məcburiyyət nəticəsində baş verdiyi və tezliklə milli pul buraxılacağı 

bəyan edilird i. 

Bakı şəhəri və quberniyasında yerli türk-müsəlman əhalin in S.Şau myanın 

rəhbərliy i  ilə  bolşevik-daşnak  qüvvələrin in  həyata  keçirdikləri  soyqırımı 

hadisələrinin  qarşısını  almaq,  ölkənin  baş  şəhərini  düşmən  işğalından  azad  etmək 

üçün  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Osmanlı  höku mətindən  hərbi  yard ım 



 

 

288 



almağa  məcbur  olduğunu  bild irən  baş  nazir  F.X.Xoyski  hesabat  məruzəsində 

həmçinin  höku mət  rəhbərliy inin  bir  müddət  Osman lı  ordusu  komandan lığı 

tərəfindən  göstərilən  təzyiqlər  altında  olduğunu  etiraf  edir  və  bu nu  onunla 

əlaqələndirird i  ki, höku mət bir tərəfdən, ö z dövlət suverenliy inin pozu lmamasına, 

digər  tərəfdən  isə  hərbçilərin  kö məyinə  ehtiyac  duyduğu  üçün  onların  xətrinə 

dəyməməyə çalışırd ı. 

Höku mətin  hesabat  məruzəsində  müttəfiq lərin  Azərbaycan  dövləti  ilə 

əlaqədar  yürütdükləri  siyasətə  böyük  ü mid   bəslənir  və  bildirilird i  ki,  İngiltərə, 

Fransa, Ame rika  kimi böyük dövlətlər A zərbaycan xa lqın ın öz müqəddəratın ı təyin 

edib azad yaşamaq haqqından məhru m o lmasın ı istə məyəcək, onun öz istiqla liyyəti 

yolunda gördüyü işlərə və apardığı mübarizəyə kö mək göstərəcəklər. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilk  höku mət  kabinetin in  qarşılaşdığı, 

mütləq   həll  etməli  olduğu  ço x  mühüm  məsələlərdən  b iri  də  Cənubi  Qafqazda 

yaranmış  respublikalarla,  həmçinin  digər  qonşu  ölkələrlə  dostluq  əlaqə  və 

münasibətləri  qurmaq  vəzifəsi  idi.  Gürcüstanla  daim  qarşılıqlı  anlamda  olan 

Azərbaycan hökuməti hər hansı bir mübahisəni onunla dinc yollarla - tərəflərin  bir-

birinə etimad ına əsaslanan danışıqlarla həll edə b ilmişdi. Şimali Qafqaz xalqları ilə  

münasibətlər  daha  asan  qurulmuş,  heç  bir  mübahisəli  məsələ  ya ranmamış, hər  iki 

tərəf  bir-birinə  mümkün  yardımını  əsirgəməmişdi.  Bütün  bunlar  hökumətin  hesabat 

məruzəsində nəzərdən  keçirilir  və qeyd  edilirdi  ki, qonşu  Ermənistanla normal  ikitərəfli 

münasibətlər qurulması milli zəmində baş vermiş qırğınlar və müharibə  nəticəsində yoluna 

qoyulmamışdı. Bu məsələ ilə bağlı olaraq xüsusilə vurğulanırdı ki, səbəbkar axtarmaq, kimin 

daha çox qan tökdüyünü,  zülm  etdiyini tərəziyə qoymaq  indinin  yox, gələcəyin  iş idir,  in-

dilikdə  isə  qonşu  respublika  ilə  sülhə  və  normal  qonşuluq  münasibətlərinə  nail 

olunmalıd ır. 

Hökumətin  hesabat  məruzəsində  ayrı-ayrı  nazirliklərin  fəaliyyətindən 

ümumiyyətlə  danışılarkən  məktəb  və  ədliyyə  sisteminin  qurulması  və  işlək  hala 

gətirilməsi, bir çox dövlət idarələrində Azərbaycan "türk dili bilən adamlar"ın vəzifələrə 

təyin edilməsi ciddi irəliləyişlər kimi qeyd edilir və hökumətin həmişə "Millətin  hüququ, 

istiqlalı, hürriyyəti!" şüarını bir prinsip kimi rəhbər tutdugu vurğulanırdı. 

Baş nazir F.X.Xoyski hökumət kabinetinin fəaliyyəti haqqında hesabat məruzəsini 

yekunlaşdırarkən hökumətə başçılıq edən bir kabinetin parlamentdə seçilib təyin edilməsinin 

vacibliyini səbəb göstərərək, əvvəlki heyətdən ibarət hökumət kabinetinin istefa verdiyini 

elan etdi

24



Parlamentin  mandat,  reqlament  və  təsərrüfat  komissiyalarını  seçməklə  davam 



etdirdiyi birinci iş gününün əlamətdar məqamlarından biri də, "İttihad" partiyasının təklifinə 

uyğun  olaraq,  ali  dövlət  orqanının  fəaliyyətə  başlaması  münasibətilə  siyasi  məhbuslara 

amnistiya e lan edilməsi o ldu. 

Parlamentin 1918-ci il 10 dekabr tarixli ikinci iclasında fraksiyalar fəaliyyətlərinin 

əsas prinsip və  məqsədlərini əks etdirən bəyannamələrini  açıqladılar.  Bütün  fraksiyaların 

Azərbaycanın müstəqilliyini qorumaq və ölkədə demokratik quruluşu bərqərar etmək kimi 



 

 

289 



niyyətləri səslənsə də,  qarşıya qoyulmuş  məqsədlərə  nail  olmağın  yolları  və  vasitələri 

mü xtəlif cür başa düşülürdü. 

"Müsavat‖ın  bəyannaməsi  ilə  çıxış  edən  M.Ə.Rəsulzadə  başçılıq  etdiyi  siyasi 

qüvvənin  ilk  olaraq  Azərbaycan  istiqlalının  bayrağının  qaldırılmasını  xatırladaraq 

yaşadıqları tarixi dövrü partiyanın daşıdığı ideyaların təntənəsi dövrü kimi dəyərləndirdi. O, 

Azərbaycanın bütün partiyalarını artıq  müstəqillik  ideyasının təbliğatına deyil,  mövcud 

tarixi  faktın  siyasi,  hüquqi  və  diplomatik  cəhətlərdən  təs bit  edilməsinə  yönəlmiş 

fəaliyyətə çağırdı.  Bəyannamədə "Müsavat‖ın  milli  demokratiya  mövqeyində dayanması 

vurğulanırdı,  yeni  formalaşacaq  hökumətin  xarici  siyasət  sahəsində  əsas  vəzifələri  kimi 

Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması və Qafqaz xalqlarının birliyinə nail 

olması göstərilirdi. "Müsavat" fraksiyasının bəyannaməsində xüsusi olaraq Azərbaycanda 

yaşayan  bütün  xalqların  bərabərliyi  amalı  ifadə  olunurdu:  "Azərbaycan  Cümhuriyyəti 

övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və sair azlıqda 

qalan  millətlər  Azərbaycan  vətəndaşı  olmaqla  bərabər,  milli-mədəni  muxtariyyətə  malik 

olub kəndi ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini kəndiləri (özləri  -Red.) idarə 

etməlidirlər".  Bəyannamədə  partiyanın  torpaq  və  fəhlə  məsələlərinə  dair  mövqeyini 

açıqlamağa mühüm yer ayrılmışdı. 

Aqrar  məsələ  ilə  bağlı  bildirilirdi  ki,  bütün  torpaqların  kəndlilərə  pulsuz 

verilməsi, torpağın kəndlilərin tam mülkiyyətinə çevrilməsi nəzərdə tutulur, eyni zamanda 

qeyd olunurdu ki, kəndlilərə yalnız yerin üstü verilməli, yerin təki isə dövlətin mülkiyyətində 

saxlan malıdır. Meşələr, göllər, şoranlıq və sular ümumxa lq sərvəti  elan edilirdi.  Fəhlə 

məsələsi  ilə  bağlı  tədbirlərdə  8  saatlıq  iş  gününə  keçilməsi,  sığortanın  tətbiq  edilməsi, 

barışdırıcı komissiyaların, əmək birjasının təşkili, bütün müəssisələrdə fabrik müfəttişlərinin 

təyin  edilməsi,  gecə  qulluğunun,  16  yaşına  qədər  uşaqları  işlətməyin  qadağan  olunması, 

qadınların  səhhətlərinə  zərərli  işlərdən  azad  edilməsi  kimi  mühü m  vəzifələr  nəzərdə 

tutulurdu. 

Bəyannamədə  həmçinin  xalq  təhsilinin  inkişafı,  Azərbaycan  dilinin  dövlət 

idarələrində işlədilməsi, ərzaq probleminin həlli, ordunun təşkili məsələlərinə toxunulur, 

yeni hökumətin təşkilinə gəldikdə isə, onun koalisiya şəklində qurulması istəyi ifadə olunurdu. 

Bu koalisiyanın həm millətlərarası, həm də partiyalararası zəmində formalaşmasının vacibliyi 

bildirilir,  parlament  qarşısında  cavabdeh  olan  hökumətin  bərqərar  edilməsi  xüsusi 

vurğulanırdı

25



Sosialist  fraksiyasının  (Müsəlman  Sosialistlər  Bloku  və  "Hümmət‖in ) 



A.Səfikürdski,  Ə.Şeyxülislamov  və  Ə.C.Pepinovun  açıqladıqları  bəyannaməsində  yeni 

hökumətin  koalision  olması  və  demokratik  prinsiplərə  əsaslanması  tələbi  qoyulurdu. 

Burada Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi 

hökumətin  ümdə  vəzifəsi  kimi  müəyyənləşdirilir,  Müəssislər  Məclisinin  tezliklə 

çağırılması,  parlament  üzvlərindən  ibarət  mart  və  sentyabr  hadisələri  ilə  bağlı  xüsusi 

istintaq komissiyasının təşkili israrla tələb edilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş 

gününün  tətbiqi,  inqilab  dövründə  fəhlələrlə bağlanmış  müqavilələrin qüvvədə qalması, 

fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi 



 

 

290 



təklif  edilirdi.  Aqrar  məsələyə  gəldikdə  isə,  hələ  Zaqafqaziya  Seyminın  müsəlman 

fraksiyalarının  iştirakı  ilə  qəbul  etdiyi  qanunun  həyata  keçirilməsi  məqsədilə  torpaq 

komitələri  yaradılması  nəzərdə  tutulurdu.  Bəyannamədə  "müdafiə  edəcəyimiz 

məsələlərdən biri  də-qadınlarımızın  haqq  və səlahiyyəti  kişilər  ilə  bərabər olmaqdır"  -

fikri  xüsusi vurğulanırdı.  Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa  ilə  ən geniş 

əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi.

26

 

"İttihad" partiyasının  Q.Qarabəyov tərəfindən  təqdim  edilmiş  bəyannaməsində 



hakimiyyətin  millətə  məxsus  olması  ideyasının  gerçəkləşməsi  müsəlmanların  azadlıq 

uğrunda  apardığı  mübarizənin  son  məqsədi  sayılırdı.  Ona  görə  də  partiya  bu  ideyanın 

qismən  də  olsa  həyata  keçməsinə  şaddır  və  var  qüvvəsilə  Azərbaycan  xalqı  tərəfindən 

hakimiyyətin tam ələ alınması üçün iş aparacağını bəyan edir. Bəyannamədə Azərbaycanda 

yaşayan bütün xalqların sülh şəraitində birgə yaşamalarına imkan yaradılması tələb edilirdi. 

Fəhlə məsələsində "İttihad" menşeviklərin proqramı ilə çıxış edərək, fəhlələrin səadətini 

təmin  etməyə  səy  göstərəcəyini  vəd  edir,  aqrar  məsələdə  isə  torpağın  pulsuz  olaraq 

kəndlilərə paylanılması təklifini irəli sürürdü. Maliyyə sahəsinə gəldikdə o, mütərəqqi gə-

lir vergisinin tətbiqini tələb edərək digər vergilərin ləğvini israr edirdi. Maarif sistemində isə bu 

partiya  ibtidai  məktəblərdə  ümumi  və  icbari  təhsilin  bərqərar  edilməsinə,  məktəblərin 

milliləşdirilməsinə tərəfdar çıxd ığın ı bildirirdi

27



Çıxış  edən  milli  azlıqların  təmsilçiləri  -  Slavyan-Rus  Cəmiyyətindən 

M.İ.Vinoqradov, gürcülərin nümayəndəsi  Q.İ.Texakaya, polyak  S.A.Vansoviç, almanların 

nümayəndəsi  L.Y.Kun,  Yəhudi  Milli  Şurasından M.A.Quxman Azərbaycan parlamentini 

işə başlaması münasibətilə təbrik edərək, əmin olduqlarını bildirdilər ki, Azərbaycan onun 

ərazisində yaşayan bütün xalqların birgə səyi nəticəsində azad və demokratik dövləti qura və 

möhkəmləndirə biləcək. Amma rusların nümayəndəsi çıxışında "Yaşasın vahid və bölünməz 

Rusiya"! - şüarını səsləndirməkdən yan keçə bilmədi. Bir yəhudi nümayəndə isə arzu etdi ki, 

"...sona  yetən  1918-ci  il  Azərbaycan  tarixində yeni  parlaq dövrü  açsın  və  Azərbaycan 

türkləri bərabərhüquqlu  və bərabərdəyərli  üzv  kimi  gələcək  Ümumrusiya siyasi ailəsinə, 

Rusiya  Federativ  Respublikasının  tərkibinə  daxil  olsunlar".  Bu  fikrin  əksinə  olaraq, 

Azərbaycanda yaşayan polyakları təmsil edən natiq Azərbaycanın Avropa xalqlarının ailəsinə 

daxil olacağına inandığın ı söylədi

28



"Əhrar"  Partiyasının  bəyannaməsi  bir  qədər  sonra,  dekabrın  26-da  keçirilmiş 



parlament  iclasında  Abdulla  bəy  Əfəndizadə  tərəfindən  açıqlandı.  Azərbaycan 

Cümhuriyyətinin  qurulmasını  alqışladığını  bildirən  "Əhrar"  eyni  zamanda  hökuməti 

yarımillik  fəaliyyətinin  kifayət  qədər  qənaətbəxş  olmadığına  görə  tənqid  etdi.  Onun  bə-

yannaməsində  tələb  edilirdi  ki,  hər  bir  nazirliyin  başında  müvafiq  sahənin  mütəxəssisi 

dursun.  Aqrar  islahatlarla bağlı "Əhrar"  iri  mülkədar torpaqlarının özgəninkiləşdirilərək 

kəndlilər arasında bölünməsini düzgün sayırdı. Fəhlə məsələsində bu partiya 8 saatlıq iş 

günü,  əməyin  mühafizəsi  tələblərinə  tərəfdar  çıxırdı.  Xarici  siyasət  sahəsində  qonşu 

respublikalarla dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsinə üstünlük verən 

"Əhrar"  sülh  konfransında  təkcə  Azərbaycan  xalqının  yox,  bütün  Qafqaz  xalqlarının 

ınüstəqilliyinin  və  onların  hüquqlarının  müdafiə  edilməsinin  vacibliyinə  xüsusi  diqqət 



 

 

291 



yetirirdi

29



Parlamentin  işə  başlaması  ilə  bağlı  olaraq,  hökumətin  həmin  gün  istefa 

verməsindən sonra dərhal yeni Nazirlər Şurasınm təşkilinə başlandı. 

1918-ci il dekabrın 13-də qüvvətli hökumətin yaradılması, onun  həm daxili, həm 

də  xarici  siyasət  sahəsində  məhsuldar  fəaliyyət  göstərməsi  parlamentdə  təmsil  olunmuş 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin