§ 2. RUSİYADA OKTYABR ÇEVRİLİŞİ
VƏ AZƏRBAYCAN
Bolşeviklərin Petroqradda hakimiyyəti ələ keçirməsi xəbəri alındıqdan
sonra 1917-ci il o ktyabrın 27-də Ba kı Fəhlə və Əsgər Deputatları Sovetin in
fövqəladə yığıncağı keçirildi. İclasın gündəliyində duran əsas məsələ hakimiyyət
məsələsi idi. Bolşeviklərin kəskin etirazına baxmayaraq, menşevik-eser-daşnak
bloku 168 səsə qarşı 246 səslə Bakıda ali hakimiyyət orqanı kimi İctimai
Təhlükəsizlik Ko mitəsinin (İTK) yarad ılması haqqında qərarın qəbul olun masına
müvəffəq oldu. Sovet səsvermədə qalib çıxmış həmin üç siyasi partiya (eserlər,
menşeviklər və daşnaklar) adından bəyan etdi ki, inqilabın müdafiəsi Petroqradda
başlanmış üsyanın qansız və dinc yolla ləğv olunmasın ı tələb edir, ölkəd ə bütün
hakimiyyət Müəssislər Məclisinə verilməli, o vaxta qədər mövcud hakimiyyətin
kifayət qədər inqilabi gücü olmadığı halda bütün hakimiyyət demokratiya daxilində
koalisiyaya verilməlidir
64
. Və qüvvələr bolşevik partiyasını sosialist partiyası kimi
qəbul etdiklərindən onun nümayəndələrinin nəzərdə tutulan koalisiyada iştirakına
etiraz etmir, "Müsavat" Partiyasını isə millətçi partiya adlandıraraq onunla hər hansı
bir bloka girməy i qəti rədd edird ilə r. Eyn i za manda onlar şəhərin ermən i əhalisini
Sovetdə təmsil edən millətçi "Daşnaksutyun" partiyasının Bakı təşkilatına ço x
loyal münasibət bəsləyirdilər. Sovetin oktyabr iclasların ın menşevik -eser
qətnamələri məhz daşnaklarla ittifaqda qəbul olunmuşdu.
Bolşeviklərin Sovetin qərarı ilə razılaş mayacaqları əvvəlcədən aydın idi.
Bolşevik mətbuatı iddia edird i ki, İctimai Təhlü kəsizlik Ko mitəsinin yaradılması
haqqında qərar "sağ eserlərdən hələ qəti şəkildə ayrılmamış və digər partiyadaşları"
ilə b irlikdə menşeviklərlə və daşnaklarla bloka g irmiş sol eserlərin tərəddüdləri
nəticəsində qəbul edilmişdir
65
.
Bakı Sovetinin 1917-ci il 27 oktyabr tarixli qərarı ilə razılaş mayan
bolşeviklər, mədən-zavod ko mitələri ü zvlərinin dəstəyinə arxalanaraq Sovetin
geniş iclasını çağırmaq taktikasına əl atdılar. Bolşeviklə r Bakı Sovetinin oktyabrın
31-də toplanan iclasına onları açıq şəkildə müdafiə edən mədən-zavod, alay və
donanma ko mitələrinin nü mayəndələrin i dəvət etdilər. Onlar Sovetin üzvlərindən
dəfələrlə çox idi. Bu cəhəti iclasın ilk dəqiqələrindən diqqət mərkəzinə çəkən eserlər və
menşeviklər həmin iclasın qeyri-qanuniliyi məsələsini qaldırdılar
66
.
İclas çox qızğın şəraitdə keçirdi. İclasın gündəliyində 30-a qədər müxtəlif
qətnamələrin qəbulu təklif edilmişdi. Birinci növbədə hərbi İnqilabi Komitənin ləğv olunması
haqqında qətnamə qəbul edildi. Bolşeviklər hələlik "Bütün hakimiyyət Sovetlərə!" tələbini
irəli sürməkdən çəkinərək, yalnız Sovetlərin səlahiyyətlərinin artırılmasına çalışırdılar. Onlar
Bakıda hakimiyyəti ələ almaq üçün hələ özlərini kifayət qədər güclü hesab etmirdilər. Yalnız
digər siyasi institutların ləğvi yolu ilə hakimiyyəti ələ keçirməyin mümkünlüyünü başa düşən-
dən sonra bolşeviklər qəti surətdə İctimai Təşkilatların İcraiyyə Komitəsinin buraxılması
238
məsələsini qaldırdılar.
Alay, batalyon, rota və gəmi komitələrinin onlan hərtərəfli müdafiə etdiklərini görən
bolşeviklər, Sovetlərin hakimiyyətini və Sovetlərdə öz üstünlüyünü bərqərar etmək
məqsədilə, Bakı Sovetinin yeni iclasının keçirilməsini təkidlə tələb etdilər. Hakimiyyətin
Sovetlərə keçməsi ilə razılaşmadıqlarını bildirən menşevik və eserlərin iclas zalından çıxıb
getməsi bolşeviklərə olduqca sərfəli idi. İclasda iştirak edən 468 deputat və nümayəndədən
344 nəfəri qaldı. Onların yalnız az bir hissəsinin səsvermə hüququ vardı, lakin bunun artıq elə
bir əhəmiyyəti yox idi, çünki bolşeviklərin öz qətnamələrini keçirmələri üçün istənilən qədər
səs toplamaqlarından ötrü kifayət idi.
İki gün sonra - 1917-ci il noyabrın 2-də bolşeviklər öz mövqelərini daha da
möhkəmləndirmək məqsədilə yenidən bütün hakimiyyətin Sovetə verilməsi məsələsini
qoydular. Bu zaman onlar yenə də Sovetin vaxtilə bəhrəsini gördükləri geniş iclasını
çağırmaq taktikasına əl atdılar. Siyasi qüvvələrin mövcud nisbəti də bolşeviklərin
xeyrinə idi.
Sovetin 1917-ci il 31 oktyabr tarixlı iclasında zəiflik göstərmiş eser-menşevik fraksiyası
bu dəfə də qəbul edilən qərarlara real təsir göstərmək iqtidarında olmadı və bolşeviklərsiz
yeni İcraiyyə Komitəsi yaradılmasının zəruriliyi qənaətinə gələrək hazırkı İcraiyyə Komitə-
sindən çıxd ığın ı elan etdi.
Bu dövrdə müsavatçıların bolşeviklərə tərəfdar çıxması da mühüm əhəmiyyət
kəsb edən amillərdən biri idi. Rusiyada baş vermiş Oktyabr çevrilişinə loyal münasibət
nümayiş etdirən "Müsavat‖ Partiyası bundan sonra xalqların öz müqəddəratını təyin etmək
hüququnun həyata keçiriləcəyinə ümid edirdi. Sovet hakimiyyətinin ilk sənədləri -
"Rusiya xalqlarının hüquq bəyannaməsi" və "Rusiyanın və bütün Şərqin müsəlmanlarına
müraciət"
67
bu ümidi daha da nıöhkəmləndirmişdi. Buna görə də yaranmış siyasi böhranı
dinc yolla aradan qaldırmağı zəruri hesab edən "Müsavat" Partiyası İctimai Təhlükəsizlik
Komitəsinin hərəkətlərinin barışıq və saziş siyasəti üçün ziyanlı olduğunu və buna görə də
özünün həmin qurumda iştirakın ı mü mkün saymadığ ını b ild ird i
68
.
"Müsavat"ın dəstəyini alan bolşeviklər Xəzər ticarət donanması, bir sıra
həmkarlar ittifaqı və şəhər qarnizonu nümayəndələrini öz tərəflərinə çəkə bildilər və
Sovetin 1917-ci il 2 noyabr tarixli iclasında onu Bakı şəhərinin ali hakimiyyət orqanı elan
edən qərar qəbul edilməsinə nail o ldular.
Bakı Soveti İcraiyyə Komitəsinin M.V.Basin, N.P.Vatsek, P.A.Caparidze,
İ.T.Fioletov, S.G.Şaumyan və b. ibarət yeni tərkibi seçildi. İcraiyyə Komitəsinin sədri
S.Şaumyan oldu
69
.
Beləliklə, bolşeviklər Sovetdə iştirak edən digər partiyalar-eserlər və
menşeviklərlə müsavatçılar arasındakı ziddiyyətlərdən istifadə edərək, Bakı Sovetində əsas
vəzifələri asanlıqla ələ keçirə bildilər. Bu zaman 1917-ci il noyabrın 2-dən etibarən
demokratik qüvvələr arasında hər iki düşərgənin səfərbər olması ilə müşayiət edilən
açıq parçalan ma prosesi başlandı.
Bakı və Yelizavetpol quberniyasında yerləşən qarnizonların əsgərləri Bakıda
hakimiyyətin Sovetlərin əlinə keçməsini razılıqla qarşıladılar. Bununla belə, 1917-ci il
239
noyabrın 2-dən etibarən bir çox müəssisə və təşkilatlarda keçirilən iclaslarda, o cümlədən
Bakı Dövlət Dəmir Yolu İdarəsi işçilərinin, Bibiheybət fəhlələrinin, Daşnaksutyun
partiyası üzvlərinin, bank işçilərinin, Mühəndis və Texniklər Şurasının və b. iclaslarında
bolşeviklərin hakimiyyəti bu yolla ələ almaları bəyənilməyib pislən ild i
70
.
Eser-menşevik blokunun Sovetdən çıxması mövcud vəziyyəti daha da
gərginləşdirdi. Məlumdur ki, eserlər və menşeviklər bolşevikləri tam təcrid etmək
məqsədilə birgə fəaliyyət göstərmək üçün onlara qoşulmaq təklifi ilə "Müsavat" Partiyasına
müraciət etmişdilər. "Müsavat" Partiyasının 1917-ci il noyabrın 7-də keçirilən konfransında
bu təklif barədə qəbul edilən qətnamədə bildirilmişdi: "Yerli demokratiya daxilində
yaranmış münaqişəni bolşevikləri inqilab i demokratiyanın digər h issəsindən təcrid
etmək yolu ilə həll etmək bütün demokratiyanın ü mu mi məqsədləri üçün zərərlidir.
Çünki inqilabın sol qanadının zəifləməsi, eyni zamanda əksinqilabi sağ qanadın
güclənməsi deməkdir"
71
.
Lakin bu siyasi münaqişəni dinc yolla aradan qaldırmaq mü mkün olmad ı.
Sovetin təkhakimiyyətliliyə nail o lmasına Bakın ın digər siyasi hakimiyyət
strukturları (İctimai Təşkilatların İcraiyyə Ko mitəsi, Şəhər Du ması) da mane
olurdu. Buna görə də Sovetin bolşeviklərdən ibarət İcraiyyə Ko mitəsi bu
hakimiyyət orqanlarının ləğvinə çalışırd ı. Nəhayət, 1917-ci il noyabrın 22-də
İctimai Təşkilatların İcraiyyə Ko mitəsi ləğv olundu və bolşeviklərin Sovetdə öz
hegemonluqlarını bərqərar et mək və diyarda təkpartiyalı sistem yaratmaq uğrunda
mübarizəsi başlandı.
Lakin F.X.Xoyskinin rəhbərliyi ilə fəaliyyət göstərən Şəhər Du ması
bolşevik Sovetinin yeganə mü mkün rəqibi kimi qaldı. Fev ral inqilabından sonra
Bakı Şəhər Dumasının statusunda dəyişiklik baş verdi. Bu hakimiyyət təsisatının
tədricən siyasi mübarizə səhnəsinə cəlb olunaraq demokratikləşməsi müşahidə
edilird i. Nəticədə onun yeni heyətinin seçkilərində iştirak etmək üçün 12 mü xtəlif
partiya və qrup qeydiyyata alındı
72
. İctimai həyatda baş verən demokratikləşmə
siyasi partiyaların proqram sənədlərində, hər şeydən öncə isə onların
proqramlarındakı bələdiyyə seçkiləri keçirilməsi qaydasına aid hissədə özünü
büruzə verirdi. Belə ki, bütün siyasi qüvvələr yerli idarəetmə orqanlarına seçkilərin
gizli səsvermə yolu ilə bərabər, b irbaşa keçirilməsinə tərəfdar çıxırdılar.
Bütövlükdə isə proqramlarda ço xlu prinsipial fərqlər var idi. Belə ki,
sosialist blo ku (eserlər və menşeviklər) və Müsəlman İctimai Təşkilatları Ko mitəsi
(Ko mitə ilə "Müsavat‖ın proqramları üst-üstə düşdüyündən, onlar seçkilərə vahid
siyahı ilə gedirdilər) ö z bələdiyyə proqramlarını mövcud quruluş şəraitində həyata
keçirməyi nəzərdə tuturdu, bolşeviklər isə bildirirdilər ki, onların bələdiyyə
proqramında ən mühüm məqsəd siyasi hakimiyyətin pro letariatın əlinə keçməsidir.
Hakimiyyət uğrunda qızğın mübarizə getdiyi oktyabr günlərində yalnız
şəhərdəki seçicilərin iştirakı ilə Du maya seçkilər keçirild i, şəhər idarə dairəsi
ərazisinə daxil edilməyən şəhərətrafı sənaye zonalarının əhalisi seçicilər siyahısına daxil
edilməmişdi. Bolşeviklər bir qədər artıq (cəmi 16%) səs toplasalar da, heç bir partiya həlledici
240
üstünlük qazana bilmədi. Digər təşkilatların birləşib siyasi bloklarda iştirak etdiyi bu
seçkilərdə müsəlman bloku isə 10 mindən çox səs aldı
73
.
Şəhər Dumasının sonrakı fəaliyyəti göstərdi ki, başlanmış demokratikləşmə prosesi
bu qurumun özü tərəfindən ləngidilir. Onda təmsil olunan fraksiya nümayəndələri Dumanın
köhnə rejimində işləməsinə tez-tez etirazlar edir, lakin vəziyyətdən çıxmaq üçün isə yalnız
Dumanın bağlanması təklifini irəli sürürdülər. Bu zaman hələ 1918-ci ilin əvvəllərində də
heç bir siyasi partiya, o cümlədən bolşeviklərin özləri belə 1918-ci ilin yazında şəhərdə
hakimiyyəti ələ keçirəcəklərin i gü man etmirdilər.
1917-ci il dekabrın 12-13-də bolşeviklərlə müsavatçılar arasında münasibətlərin
gərginləşməsi şəraitində dəyişdirilmiş seçki qaydası əsasında Bakı Sovetinə seçkilər keçirildi.
Nəticələr "Müsavat" Partiyası üçün ümidverici olmadı, bolşeviklərin 51 səsinə qarşı müsavat-
çılar 21, daşnaklar 41, sol eserlər 38, sağ eserlər 28, menşeviklər isə 11 səs almışdılar
74
.
Sovetin 1917-ci il 31 dekabr tarixli iclasında seçki ilə əlaqədar çıxış edən M.Ə.Rəsulzadə bəyan
etdi ki, "Sovet demokratik əsaslarla seçilmədiyinə və kəndlilər burada təmsil olunmadığına
görə, partiya hakimiyyətin bu Sovetə keçməsinə səs verməyəcək"
75
. Lakin iclasın sonunda
müsavatçılar bildirdilər ki, onlar tənəffüs zamanı bu məsələni əlavə müzakirə etdikdən sonra
hakimiyyəti Sovetə vermək və İcraiyyə Komitəsinə daxil olmaq qərarına gəlmişlər
76
.
Yeni İcraiyyə Komitəsinə 6 nəfər bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser, 2
müsavatçı daxil o ldu
77
.
Beləliklə, 1917-ci ilin sonu - 1918-ci ilin əvvəlində Zaqafqaziyada baş verən
hadisələr bütün diyardakı həm mövcud siyasi şəraitə, həm də siyasi partiyaların fəaliyyətinə
ciddi təsir göstərirdi. Bu dövrdə diyar şərti olaraq iki hissəyə parçalanmışdı: birincisi,
Rusiya bolşevizminin dayağına çevrilməkdə olan Bakı şəhəri; ikincisi, Zaqafqaziyanın
qalan ərazisi hakimiyyəti ələ keçirmiş bolşeviklər Azərbaycana muxtariyyət vermək
istiqamətində heç bir addım atmır, əksinə, inqilabi-demokratik qüvvələri V.İ.Leninin
başçılıq etdiyi Xalq Komissarları Soveti ətrafında daha sıx birləşməyə çağırırdılar.
1917-c i il dekabrın 18-də V.İ.Lenin S.Şau myanı Zaqafqaziya işləri üzrə
xüsusi komissar təyin etdi, Bakı Sovetinin sədri vəzifəsini isə ondan sonra
P.Caparid ze tutdu. Bu dövrdə müsavatçılar, xüsusilə Gəncə müsavatçıları Bakıdakı
öz fəaliyyət məkanını Rusiyadan getdikcə uzaqlaşan bütün Cənubi Qafqaz regionuna
keçirməyə başladılar.
RSFSR XKS-nə tabe olmaq istə məyən və diyarı anarxiyadan qorumağa
çalışan
Gürcüstan
Sosial-Demokrat
Partiyası
(menşeviklər),
"Müsavat",
Daşnaksutyun və sağ eserlərin nü mayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri
müşavirədə Rusiya bolşevik hökumətin in hakimiyyətin i tanımaqdan imtina
etdiklərin i b ild irib, "Müstəqil Zaqafqaziya hökuməti" yaratmaq haqqında qərar
çıxartdılar. Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. Onun tərkibinə
Gürcüstandan Y.Gegeçqori (sədr) və A.Çxenkeli, Azərbaycandan F.X.Xoyski,
M.Y.Cəfərov, X.Məlikaslanov, ermən ilərdən T.Ter-Qazaryan, X.Karçikyan,
A.Aqacanyan, sağ eserlərdən D.Donskoy daxil oldular
78
.
Milli Şu ralar vətənpərvər qüvvələri ö z ətrafında birləşdirir və yerlərdə
241
hakimiyyəti ə lə alırd ıla r. Bu cəhətdən Bakı Müsəlman Şurasının vəziyyəti çətin idi,
çünki onun qarşısını bolşeviklərin baş çılıq etdiyi Bakı Soveti kimi güclü b ir rəq ib
kəsmişdi.
Milli hərbi hissələrin yaradılması yerli milli şuraların əsas fəaliyyət
istiqamətlərindən biri idi. İlk milli dəstələrdən biri - əvvəllər çar ordusu
birləşmələrindən olan "Qafqaz yerli süvari diviziyasına" daxil o lan, Azərbaycan
türklərdən ibarət süvari alayı "Tatar süvari alayı" idi. Çar ordusu dağıldıqdan sonra
bu alay Azərbaycana qayıtdı və yaradılan milli silahlı qüvvələrin tərkibinə daxil o ldu.
Yeni silahlı dəstələr yaradılması üçün silah çatmırdı. Bunu nəzərə alan
Gəncə Müsəlman Şurası şəhərdə olan keçmiş çar ordusunun 219-cu alayını,
həmçin in Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərksilah
etməyə razı o ldu. Bu tədbirin həyata keçirilməsi nəticəsində 15 min tüfəng, 70-ə
yaxın pulemyot və 20 top əldə edildi
79
. Bu əməliyyat zamanı Gəncə Milli Şurasına
Zaqafqaziya Ko missarlığın ın göndərdiyi zirehli qatar kö mə k etdi.
Dövrün ən kəskin sosial-iqtisadi məsələlərindən biri - aqrar məsələnin
həlli üçün Zaqafqaziya Komissarlığı bir sıra addımlar atdı. Məsələn, 1917-ci il
dekabrın 16-da "Dövlət, keçmiş xanədan, kilsə, monastır, hüquqi şəxslər və
sahibkar torpaqların ın torpaq komitələrinə verilməsi haqqında" qanun qəbul etdi.
Bu qanuna görə, kəndlilərin alacağı torpaqlar torpaq ko mitələrin in sərəncamına
verilməli, kəndlilər isə torpağı hə min ko mitələ rdən icarəyə götürməli idilər.
Zaqafqaziya Ko missarlığın ın fəaliyyəti Antanta və ABŞ tərəfindən Sovet
Rusiyasına qarşı hərbi müda xilənin başladığı vaxta düşdü. İngiltərə, Fransa və
ABŞ höku mətləri Cənubi Qafqazda antibolşevik qüvvələrə kö mək etməyə xüsusi
diqqət yetirirdilər. On ların nümayəndələri (A BŞ konsulu Smit, ingilis generalı Şor,
fransız polkovniki Şardiny i və b.) 1917-ci il noyabrın 11-i və 15-də Zaqafqaziya
Ko missarlığının yaradılması ilə bağlı keçirilən iclaslarda o lmuşdular. A BŞ konsulu
Smit Vaşinqtona göndərdiyi məktubunda Zaqafqaziya Ko missarlığ ını de-fakto
tanımaq və antibolşevik qüvvələrə maliyyə yardımı göstərmək üçün Tiflisə 10
milyon dollar göndərməyi təklif edirdi
80
.
Xarici siyasət sahəsində Zaqafqaziya Ko missarlığ ının fəaliyyəti əslində
diyarı bolşevik Rusiyasından ayırmaq məqsədi daşıyırdı.
1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə
hərbi ko mandanlığı arasında barışıq sazişi bağlandı. 1918-ci il yanvarın 14-də isə
Türkiyə ko mandanlığ ı Zaqafqaziya Ko missarlığına tərəflər arasında sülh
müqaviləsi bağlamaq haqqında danışıqlara başlamaq təklifi ilə müraciət etdi
81
.
1917-c i ilin sonlarında A zərbaycanın və ü mu miyyətlə, Zaqafqa ziyanın
siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri Ümu mrusiya Müəssislər
Məclisinə seçkilər keçirilməsi oldu. Ona hazırlıq işlərinə hələ Oktyabr çevrilişindən
əvvəl başlanmış, Xüsusi Zaqafqaziya Ko mitəsi nəzdində Müəssislər Məclisinə
seçkilər üzrə Mərkəzi Zaqafqaziya Ko missiyası yaradılmışdı
82
. Azərbaycanda
Müəssislər Məclisinə seçkilər üzrə ko missiyaya F.X.Xoyski rəhbərlik edirdi.
242
Seçkilərə hazırlıq və onların keçirilməsi işində həm siyasi (seçkiqabağı
kampaniyanın gedişində siyasi partiyalar arasında aşkara çıxan ixtilaflar), həm də
sırf texniki xarakterli ço xlu çətinliklər var idi. Zaqafqaziya Ko missarlığın ın
Azərbaycanda seçkilərin təşkili üçün yerli orqanlara lazımi material və maliyyə
kö məyi göstərməməsi, on ları zəruri təlimatlarla təmin etməməsi seçicilərin si-
yahıya alın ması işinə c iddi maneə törədird i. Siyahıyaalın ma prosesi yerli əhali
arasında savadsızlığın yüksək səviyyədə olmasını aşkar etdi (Müəssislər Məclisinə
seçkilərdə iştirak etmək hüququna malik seçicilərin 50 faizindən çoxu savadsız idi, bu,
seçkilərin mütəşəkkil keçirilməsini çətin ləşdirən amillərdən idi)
83
.
Sentyabrın sonlarında seçkilərə hazırlıq işləri qəzalarda qaydaya düşsə də, Bakı
şəhəri və mədən-zavod rayonlarında vəziyyət mürəkkəb olaraq qalırd ı. Bolşeviklər
əhalinin tərkibində fəh lələrin ço xluğuna nail olmaq niyyətilə mədən-zavod
rayonlarının şəhərə birləşdirilməsi üçün geniş təbliğat aparırdılar. Bu tədbirin həyara
keçirilməsi həmin rayonların ərazilərindəki əhaliyə seçkilərdə iştirak etmək hüququ
verməliydi. Müsavatçılar bu tədbirin fəal tərəfdarları kimi çıxış edirdilər. Bütün bu
səylər nəticəsiz qalmadı və OZAKOM-un xüsusi göstərişi ilə mədən-zavod
rayonları ərazisi şəhər idarəsi dairəsinə qatıldı.
"Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə" öz dövrünün burjua dövlət
hüququ standartları baxımından demokratik sənəd idi. Qadınların, hərbi qulluqçuların
səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s.
buna dəlalət edirdi. Bu fakt da maraqlıdır ki, Müəssislər Məclisinə seçkilər üzrə
komissiya müsəlman qadınların seçki kampaniyasında iştirakını təmin etməyə çalışmış,
onların səs verməsi üçün 9 seçki dairəsində xüsusi binalar ayrılmasına icazə
vermişdi
84
.
Zaqafqaziyada, o cümlədən Azərbaycanda Müəssislər Məclisinə seçkilər 1917-ci
il noyabrın 26-da keçirildi
85
. Zaqafqaziya dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya
arasında menşeviklər, müsavatçılar və daşnaklar ümumilikdə səslərin 73 faizini
qazandılar. Bolşeviklər bütün Zaqafqaziya dairəsində səslərin cəmi 4,4 faizini yığa
bilmişdilər
86
. Bakıda isə onlara əhalinin 20 və qarnizon əsgərlərinin isə 70 faizindən çoxu
səs vermişdi. Eserlər seçicilərin 16,9 faizini menşeviklər isə cəmi 5,1 faizinin səsini
almışdılar
87
.
Seçkilərin nəticələri göstərdi ki, Zaqafqaziyada bolşeviklərin hakimiyyətə gələ
bildikləri Bakı şəhəri istisna olmaqla, "Müsavat" və "Daşnaksutyun" partiyaları daha
güclü nüfüza malikdir.
243
§ 3. AZƏRBAYCAN ZAQAFQAZİYA DÖVLƏTÇİLİYİ
SİSTEMİNDƏ
1918-c i ilin əvvəllərində Zaqafqaziyada vəziyyət son dərəcə mürə kkəb
olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqları boşa
çıxd ıqdan sonra 1917-ci il dekabrın 6-da al-man-türk qoşunlan hücuma
keçmişdilər. Türk qoşunlarının irəlilə məkdə davam etdiy ini görən Zaqafqaziya
Ko missarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin ko mandanı Vah ib paşaya
Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirən teleqram göndərməyə
məcbur oldu. Regionda heç bir nüfu zu və kifayət qədər güclü hakimiyyəti o lmayan
Zaqafqaziya Ko missarlığı ö zünü buraxmaq məcburiyyətində qaldı. 1918-ci il
fevralın 22-də Cənubi Qafqazdan Ümu mrusiya Müəssislər Məclisinə seçilmiş
deputatların yığıncağında Zaqafqaziya Seymin in yaradılması və yerli hakimiyyətin
bu orqana verilməsi haqqında qərar qəbul ed ild i
88
.
1918-c i
il
fevralın
23-də
üç
əsas
partiya
fraksiyaların ın
nümayəndələrindən ibarət olan Zaqafqaziya Sey mi öz işinə başladı. Sey mdə
Gü rcüstandan sosial-demo kratlar (menşeviklər) 32 nəfər, A zərbaycandan
müsavatçılar, onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər, ermənilərdən
Daşnaksütyun partiyasından olanlar 27 nəfər deputat iştirak edirdi
89
. Bundan əlavə,
sosial-inqilabç ıla r (eserlər), milli de mokratlar, Ermən i Xalq A zadl ıq Partiyası,
Müsəlman Sosialist Bloku 7 nəfər, Rusiyada müsəlmanlar fraksiyası ("İttihad") 3
nəfər və menşevik-hü mmətçilər partiyası 4 nəfər deputatla Seymdə təmsil
olunmuşdular
90
.
Zaqafqaziya Sey mində Azərbaycan siyasi partiyalarının 44 nü mayəndəsi
var idi. On lardan hümmətçi menşevik olanlar gürcü fraksiyasına daxil o lmuş,
qalanları isə müsəlman fraksiyası kimi birləş mişdilər, ancaq bu fraksiya gürcü və
erməni fraksiyalarından fərq li olaraq, ço x dağın ıq şəkildə fəaliyyət göstərirdi.
Zaqafqaziya Sey mi Y.H.Gegeçkori başda olmaqla Zaqafqaziya
hökumətin i təşkil etdi. Qafqaz cəbhəsində vəziyyət və Zaqafqaziyanın
müstəqilliy inin elan edilməsi məsələləri istər Sey min, istərsə də hökumətin
fəaliyyətində əsas yer tuturdu. Zaqafqaziya Sey mindən müsəlman fraksiyasının
lideri M .Ə.Rəsulzadə bu barədə yazırd ı: "Seymdə müsəlmanların bütün səyləri cəbhə
məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yö-
nəlmişdi. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də
Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlman ölkələrinin də mənafeyinə
uyğun idi"
91
.
Seymin qarşısında duran əsas məsələlərdən biri yaxınlaşan sülh danışıqları üçün
hüquqi baza yaratmaq idi. Lakin bu məsələ ilə əlaqədar qəbul edilmiş qərar ziddiyyətli
xarakter daşıyırdı: Zaqafqaziyanı müstəqil dövlət elan etməyən Seym özünün xarici
244
dövlətlərlə sülh bağlamaq səlahiyyəti olduğunu bildirir, Türkiyə ilə danışıqlara dair
proqramında göstərirdi ki, 1914-cü ildəki dövlətlərarası sərhəd bərpa olunmalıdır. Bundan
əlavə, Zaqafqaziya nümayəndə heyəti Şərqi Anadoluda Türkiyə dövləti tərkibində olmaqla
ermənilər üçün öz müqəddəratını təyin etmək hüququ əsasında muxtariyyət əldə etməyə
çalışırdı. Danışıqlar aparmaq üçün üç Cənubi Qafqaz millətinin parlament fraksiyalarını
təmsil edən siyasətçilər qrupundan nümayəndə heyəti təşkil olunmuşdu. Gürcü Akaki
Çxenkelinin başçılıq etdiyi nümayəndə heyətindəki azərbaycanlılar - müsavatçılar
M.H.Hacınski və X.Xasməmmədov, sosialist blokunun üzvü İ.Heydərov, ittihadçı Mir Yaqub
Mehdiyev və menşevik-hümmətçi Ələkbər Şeyxülislamovdan ibarət idi. Martın 12-də bütün
qrup üzvləri danışıqların başlanacağı Trabzona gəldilər
92
.
Zaqafqaziya Seymi hələ Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə
Rusiya ilə Almaniya arasında separat müqavilə imzalanmışdı və onun bir şərtinə görə
Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi. Zaqafqaziya Seymi Brest sülhünün bu
şərtini qəbul etmədi və Petroqrada XKS adına teleqram göndərərək bildirdi ki, "Brest sülhünü
tanımır, çünki Zaqafqaziya heç vaxt bolşeviklərin və Xalq Komissarları Sovetinin
hakimiyyətini qəbul etməmişdir". Türkiyə isə Brest sülhünün qərarlarına əsaslanaraq,
Zaqafqaziya Seyminə Qars, Batum və Ərdəhanı dərhal boşaltması haq qında ultimatum
verdi. Belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Zaqafqaziya
Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıld ı
93
.
Konfransda Türkiyə nümayəndəliyi mövqeyini açıqlayaraq bildirdi ki, əgər
Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz
müstəqilliyini elan etməlidir.
Seymdə mübahisələr getdiyi bir vaxtda Türkiyə tərəfi qətiyyətlə bəyan etdi ki,
Zaqafqaziya Seymi ilə sülh Brest-Litovsk müqaviləsinin məlu m şərti əsasında
bağlanacaq.
Mart ayının 25-də Seymin Rəyasət heyətinin və fraksiya nümayəndələrinin birgə
iclasında Azərbaycan deputatları Türkiyənin ultimatumunu qəbul etmək təklifi irəli sürdülər.
Fraksiya adından çıxış edən M.Y Mehdiyev bildirdi ki, Zaqafqaziya öz müstəqilliyini elan
etməsə, müsəlman fraksiyası sülh danışıqlarını müdafiə etməyəcək
94
. Çıxış edən
Azərbaycan nümayəndələri Türkiyə ilə müharibə aparılmasına razı olmadıqlarını bildirdilər.
Bununla belə, X.Xasməmmədov Türkiyəyə güzəştə gedilən ərazilərin siyahısından
Batumun çıxarılmasını təklif etdi. O, Bakı neft kəmərinin son məntəqəsi olan Batumun
Zaqafqaziyanın tərkibində saxlanmasını Azərbaycan neft sənayesinin mənafeyinə uyğun
hesab edirdi.
Müzakirələrin sonunda Trabzon danışıqlarında işi sürətləndirmək üçün
Zaqafqaziya nümayəndəliyinin başçısı A.Çxenkeliyə fövqəladə səlahiyyətlər verilməsi haqda
qərar qəbul edildi
95
.
Trabzon danışıqlarında iştirak edən Zaqafqaziya nümayəndəliyinin daxilində
Türkiyəyə güzəşt məsələsində yekdillik yox idi. Çünki ermənilər Qars vilayətinin böyük
bir hissəsini, gürcü nümayəndələri Ərdəhanın və Batumun Zaqafqaziya dövlətinin
tərkibində qalmasını istəyirdilər. Bu məsələyə münasibəti ilə neft sənayesinin mə-
245
nafeyini qoruyan Azərbaycan daha iki mühüm səbəbdən gürcüləri müdafiə edirdi:
birincisi, bütün Zaqafqaziya, o cümlədən Azərbaycan üçün Qars və Ərdəhan Dünya
Okeanına yeganə çıxış qapısı olan Batum qədər çox böyük əhəmiyyət daşımırdı; ikincisi,
yerli əhalinin əksəriyyəti türklər olan bu iki vilayət milli, coğrafi, tarixi amillərlə
Türkiyəyə bağlı idi.
Türkiyə tərəfinin güzəştə getmək və Zaqafqaziya rəhbərlərinin reallıqla
hesablaşmaq istəməmələri danışıqların pozulmasına gətirib çıxartdı.
Aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya nümayəndələrinə Brest-Litovsk
müqaviləsinin şərtlərini qəbul edib-etməmək barəsində 48 saat ərzində cavab verilməsini
tələb edən ultimatum təqdim etdi. Eyni zamanda danışıqlara yenidən başlamaq üçün
Cənubi Qafqazın müstəqilliyini elan etməsi barədə əvvəlki şərtini çıxardı.
Nümayəndə heyəti başçısı A. Çxenkeli Türkiyə tərəfinin ultimatumunu qəbul
etmək qərarına gəldi, lakin gec idi, çünki artıq Türkiyə qoşunları Batumdan başqa həmin
ərazilərin hamısını tutmuşdu.
Aprelin 13-də Seymin, hökumətin və fraksiya nümayəndələrinin birgə iclasında
danışıqların gedişi müzakirə olundu. Türkiyə ilə müharibə məsələsində hətta Azərbaycan
fraksiyası daxilində də yekdillik yo x idi. Hü mmətçilər əvvəlki mövqelərini dəyişərək
gürcü menşevikləri ilə birgə olacaqlarını bildirdilər. Müsəlman Sosialist Bloku isə tərəddüd
edirdi. Azərbaycanlı deputatlardan bir neçəsi (X.Xasməmmədov, Ş.Rüstəmbəyov
M.Y.Cəfərov) gürcülərlə münasibətləri korlamamaq üçün türkləri öz iddialarından çəkin-
məyə çağırdı.
"Müsavat", bitərəflər qrupu və "İttihad" məsələyə münasibətdə eyni mövqedən
çıxış edərək, müharibə əleyhinə birgə qətnamə qəbul etdilər. Qətnamədə deyilirdi ki, Türkiyə
ilə müharibənin Zaqafqaziya demokratiyası və onun daxili həyatı üçün ağır nəticələr verə
biləcəyini əsas tutan "Müsavat" Partiyası, bitərəflər qrup "İttihad" Partiyası bu məsuliyyəti
öz üzərinə götürməkdən imtina edir və müharibənin aparılmasına rəhbər partiyaların müsbət
münasibətini nəzərə alaraq, müharibənin əlverişli surətdə ləğv edilməsi üçün Zaqafqaziya
xalqlarına lazımi kömək göstərəcəklərini bildirirlər
96
.
Lakin Seym elə həmin iclasda Trabzon danışıqlarını dayandırmaq və Türkiyə ilə
müharibəyə hazırlaşmaq haqqında qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi və
Y.Gegeçkori, N.Ramişvili və X.Karçikyandan ibarət Ali Müdafiə Şurası yaradıldı
97
.
Azərbaycan nümayəndəsinin bu Şuraya daxil edilməməsinin əsas səbəbi müsəlman
fraksiyasının hadisələrin gedişinə təsir imkanlarını azaltmaq idi.
Lakin bu tədbirlər də Türkiyə qoşunlarının irəliləməsini dayandıra bilmədi və
onlar 1918-ci il aprelin 14-də Batumu tutdular.
Bu dövrdə Zaqafqaziyada erməni şovinist millətçi qüvvələr öz məkrli
siyasətlərini davam etdirirdilər. 1918-ci ilin yanvarından onlar Bakıda və Zaqafqaziyanın
digər bölgələrində müsəlman qırğını törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atır, Bakı
Sovetinin orqanlarına, şəhər idarəçiliyinin həlledici vəzifələrinə öz nümayəndələrini
soxurdular.
Azərbaycanın qabaqcıl xadimləri gözlənilən təhlükəni irəlicədən duyurdular.
246
Birinci dünya müharibəsinin sonlarında Qafqazın xristian əhalisi məqsədyönlü şəkildə
silahlandırılırdı. Mart qırğınları ərəfəsində Rus Milli Şurasının Cənubi Qafqazın xristian
əhalisinə müraciəti elan edildi. Müraciətdə mart ayının 11-dən 18-nə qədər 19-25
yaşında olan bütün rus gənclərinin hərbi səfərbərliyə alındığı bildirilirdi
98
. Qafqaz
cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus alaylarının əsgər və
zabitləri silah və sursatları dəyər-dəyməzinə ruslara (malakanlara) və daha çox
ermənilərə satırdılar. Müharibədən məğlub çıxan və Oktyabr çevrilişindən sonra xaraba-
zara dönmüş Rusiyada onları heç bir yaxşı şey gözləmədiyini bilən hərbçilər çox vaxt bir
qarın çörəyə görə Bakıda qalmağı üstün tuturdular. Sonralar S.Şaumyan və əlaltıları bu
qüvvələrdən çox məharətlə müsəlman əhalisinə qarşı istifadə etdi. Bakıda erməni və
rus şovinist siyasi qüvvələrinin silahlandığını görən yerli əhali 1918-ci ilin fevralında
şəhəri tərk etməyə başladı. Mart qətllərindən hələ bir həftə əvvəl Daşnaksutyun
partiyası, Bakıdakı vəziyyətdən guya "narahat" olaraq, hakimiyyəti ələ almağın
zəruriliyini bildirmişdi. Müsəlman cəmiyyətləri bu təhlükəni qabaqcadan gördükləri
üçün tezliklə özünümüdafiə qüvvələri yaradılmasını zəruri hesab edirdilər. Onların
təşəbbüsü ilə Gəncədə, Bakıda, Lənkəranda müsəlman hərbi hissələrinin yaradılması
və Bakı kadet məktəbində müsəlmanlardan zabit hazırlanmasına başlandı. Lakin bütün bu
işlər düşmən qüvvələrin qurduğu maneələrə rast gəldiyi üçün çox ləng gedirdi. Digər
tərəfdən isə Qafqazda xristian əhalinin silahlanmasına Antanta ölkələri də ciddi maraq
göstərirdilər. Çünki ingilislər Mesopotamiyadan Qafqaza gələnə qədər burada Türkiyə
ordusunım irəliləməsini dayandırmaq məqsədinə nail olmaq üçün yerli xristianlara böyük
ümid bəsləyirdilər. Rus imperiyası dağıldıqdan sonra erməni siyasətçiləri ingilispərəst
təbliğat aparır və onlardan müəyyən dəstək alırdılar. Buna görə də müsəlman qəzaları
fevral ayının axırlarında Zaqafqaziya Seyminə ingilis ordusunun Qafqaza müdaxiləsinin
əleyhinə olduğunu bildirir və ingilislərlə aparılan danışıqların kəsilməsini tələb
edirdilər".
Lakin Antanta qüvvələri nə qədər ki uzaqda idi, ermənilər ö z məqsədlərinə
bolşeviklərin əli ilə nail olmaq istəyirdilər. Onların dəyişkən mövqeyini tənqid edən
N.Nərimanov yazırdı ki, "böyük Ermənistan" xülyalarını həyata keçirmək üçün
daşnaklar hər cür maska geyməyə, hər sifətə girməyə hazırdılar. N.Qolitsın dövründə
onlar özlərini inqilabi partiya hesab edirdilər, sonra V.Vorontsov-Daşkovun ayaqlarını
öpüb qatı əksinqilab cəbhəsinə keçdilər, indi Qafqazda Sovet hakimiyyəti qurulsa,
daşnaklar о dəqiqə maskalarını dəyişib, bu dəfə kommunist maskasını geyəcəklər"
100
.
Uzun müddət bolşevik adı altında maskalanan və 20-ci illərdə sovetləşdirmə
adı altında Azərbaycanın müsəlman əhalisinə qarşı '"proletariat diktaturası"nın ən qatı
terror hərəkətlərinə fitva verən L.Mirzoyan sonralar yazırdı ki, bir çox yoldaşlar belə
fikirləşirlər ki, guya 1918-ci ildə Bakıda Sovet hakimiyyəti daşnaklara söykənib. Bu,
səhvdir. Əslində, Sovet hakimiyyəti daşnaklardan öz məqsədləri üçün istifadə edib. Belə
"səhvlərə" tez-tez S.Şaumyanın da yazılarında rast gəlmək mü mkündür
101
.
Azərbaycanda milli hərəkatın genişlənməsi, milli-azadlıq carçısı olan
"Müsavat"ın nüfuzunun artması "böyük Ermənistan" xülyası ilə yaşayan daşnakları ciddi
247
narahat edirdi. Daşnaklar mart qırğınını törətməklə "Müsavat"ın sosial bazasını, şəhərin
müsəlman əhalisini məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 5 min
erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Beləliklə, "Qırmızı qvardiya"
adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi erməni idi
102
. Əsasən ruslardan ibarət
olan Xəzər donanması içərisində xüsusi təbliğat işi aparılmışdı. Həmçinin, Şamaxı və
Muğanda ehtiyat rus-malakan silahlı dəstələri də yaradılmışdı. Bu hadisələrin fəal
iştirakçısı olan "bolşevik" N.Əsriyants sonralar öz xatirələrində yazırdı: "1918-ci ilin
fevralında T.Əmirov bizi yığıb bildirdi ki, S.Şaumyan və A.Caparidzenin tapşırıqlarını
yerinə yetirməliyik. S.Şaumyan əvvəlcədən bizə xəbər vermişdi ki, gecə saat 1-də siqnal
olacaq, bu xəbərdarlıq siqnalından sonra biz hücum edib "Müsavat"ın qərargahını tutmalı
idik və belə də oldu"
103
.
Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə "Evelina"
münaqişəsi törədildi. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda
xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş
nəticəsində həlak olmuşdu, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün
Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana
qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli
Şurası, Xəzər matrosları. eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki,
guya "Evelina" ilə gedən zabitlər tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi
dəstələri ilə birlikdə Muğandakı rus-malakan kəndlərini məhv etsinlər
104
. Bu təxribat
xarakterli şayiə öz nəticəsini verdi. Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi
qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-
da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Komitəyə
S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, S.Saakyan, M.Yolçiyan, N.Nərimanov
daxil edildi
105
. İnqilabi Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi
dayandırıldı və gəmidəki zabitlər tərksilah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq
silahların qaytarılmasını tələb etdi. Vəziyyətin çox ciddi xarakter aldığını görən
Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış
silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər.
Martın 30-da N.Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə
Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə,
silahların qaytarılması vədi verilməsinə baxmayaraq, "Hümmət‖ə о qədər də etibarı
olmayan bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi. Onlar həm də N.Nərimanovun
çoxluğu öz ətrafında birləşdirib "sağa meyil etməsindən" narazı idilər
106
. Beləliklə,
əvvəlcədən sövdələşmə əsasında bolşevik-erməni koalisiyası, S.Şaumyanın dediyi kimi,
"həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü və dərhal bütün cəbhə boyu hücuma başladı".
Martın 30-da axşam saat beşdə Bakıda ilk atəşlər açıldı. Aldatma siyasəti yeridib
özlərinin bitərəfliyini elan etmiş Daşnaksutyun və Erməni Milli Şurası bu ilk atəşlərdən
sonra Bakı Sovetini müdafiə etdilər. M.Ə.Rəsulzadə bu barədə yazmışdır: "Milli türk
təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzrə ikən sayğısız bir
taqım cahilin qərəzli fitnəkarlara alət olması ilə fitnə təkrar olunmuş, zatən günlərdən bəri
248
qətllərə hazırlanmış bulunan bolşevik-erməni qüvvəyi-müsəlləhəsi hərbi bir vəziyyət
alaraq şəhərin müsəlman məhəlləsini bombardman etməyə başlamışdır"
107
. Tarixə qanlı
faciə kimi daxil olan mart qətlləri üç gün davam etdi.
İlk atəşlərdən sonra həmin gün şəhər silahlı dəstələrlə doldu rulmuşdu.
Ermənilər cənub hissədə səngərlər qazıb, torpaq və daşlardan sədlər qurmağa başlamışdılar.
Erməni Milli Şurasının və Daşnaksutyun rəhbərlərinin müsəlman cəmiyyətləri ilə
apardığı danışıqlar təxribat xarakteri daşıyırdı. Belə təhlükəli məqamda Bakı
menşeviklərinin lideri Ayollo onların Soveti müdafiə edəcəklərini bəyan etdi. Eserlərin
başçısı S.Saakyan panislamizmə qarşı vuruşacaqlarını, hətta bolşeviklərə dərin nifrət
bəsləyən kadetlər də "rus işi" uğrunda mübarizə aparan bolşevikləri müdafiə
edəcəklərini bildirdilər
108
. Uzun müddət menşeviklərə qarşı mübarizə aparan bolşeviklərin
menşevik və eserlərlə, hətta kadet və daşnaklarla mart günlərində birləşməsi dini və milli
zəmində baş verdi. Lakin ermənilərin rəhbərlik etdiyi bolşevik və daşnaklardan başqa heç
kim hadisələrin belə qanlı xarakter alacağını, müsavatçılara qarşı birləşmiş qüvvələrdən
şəhərin bütün müsəlman əhalisini məhv etmək üçün istifadə ediləcəyini qabaqcadan
gözləmirdi. Martın 30-da axşam Bakı Soveti hərbi dəstələri başçılarının təcili iclası
keçirildi. Döyüşə başlamaq haqqında qərar çıxarıldı və Erməni Milli Şurasına, daşnak
liderlərinə müraciət edildi ki, öz hərbi dəstələrini hərəkətə gətirsinlər. Onların
fəaliyyətinə "Kazino" mehmanxanasında yerləşmiş təcili açılmış təlim qərargahından
rəhbərlik etmək A.Mikoyan və N.Anançenkoya tapşırılmışdı. Onların müsəlman silahlı
dəstələrinin toplandığı yerə qəfil hücumu qələbə ilə başa çatdı. Xəzər donanması
gəmilərindən müsəlman məhəllələrin in atəşə tutulması şəhərdə vahiməli vəziyyət
yaratdı. Hərbi gəmilərə göndərilmiş xüsusi təbliğatçılar buradakı heyətlərin çoxunun nə
ermənilərin, nə də bolşeviklərin təsiri altında olmadığını bildikləri üçün martın 30-da
onları aldadıb inandırdılar ki, guya müsəlmanlar şəhərdə rus əhalisini qırır. Bir neçə
saatlıq bombardmandan sonra ras matrosları bunun təxribat olduğunu, "Müsavat‖a qarşı
mübarizə bəhanəsi ilə rnüsəlman əhalisinin qırğına verildiyini bildikdə atəşi dayandırdılar.
Xeyli malakan-rus hərbi dəstələri də eyni qaydada aldadılaraq, Muğandan Bakıya
gətirilmişdi. Lakin onlar şəhərdə ayrı vəziyyət olduğunu görüb döyüşdən imtina etdilər və
buna görə Bakı Soveti və erməni qoşunları tərəfindən tərksilah olundular. Malakanlardan
alınan silahlar növbəyə durmuş erməni "könüllü"lərinə paylandı. Çıxılmaz vəziyyət
yarandığını görən "Müsavat" liderləri əhalini xilas etmək üçün daha çox hisslərin təsiri
altında hərəkət ed ib qırğına bəhanə verən "məhəllə qoçu dəstələri"nin əksinə
olaraq, İnqilabi Müdafiə Ko mitəsinin ultimatumunu qəbul etdilər. Martın 31-də
danışıqlar aparmaq üçün müsəlman nümayəndələri Sovetin İcraiyyə Ko mitəsinə
gəldilər, İnqilabi Müdafiə Ko mitəsinin u ltimatumunun qəbul edilməsinə
baxmayaraq, orada P.Caparid ze ilə aparılan danışıqlar nəinki heç bir müsbət nəticə
vermədi, hətta müsəlman heyətindən üç nəfər geri qayıdarkən yolda güllələndi
109
.
Martın 31-də səhərə yaxın bütün erməni hərb i dəstələrinin başçıları və
silahlan mış erməni ziyalıları İnqilab i Müdafiə Ko mitəsinin qərargahına gəldilər.
Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərild ilər. Yaxşı
249
silahlan mış və hazırlan mış erməni əsgərləri müsəlmanla rın evlə rinə soxu lur,
sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə
atır, кörpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalin i qorxudan dəhşətə
gətirib istədiklərinə nail o lmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni
cəllad ları müsəlman qadın larını daha ağır fo rmada qətlə yetirdilər: şəhərin təkcə b ir
yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının
meyiti tapılmışdı. Ço xlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını
qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində
əvvəlcədən pulemyotlar qoyulmuşdu
110
.
Bir ço x müsəlman məhəllələri məhv edildikdən sonra, martın 31 -də
axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bu qırğın əməliyyatında
N.Anançenko başda olmaq la, gənc Suren Şau myan, Ovçiyan, Qalstyan, Sarkis,
Qaber-Kori, Artak, Manuçarov, Akopov və başqa "qırmızı qvardiyaçıla r" fə al
iştirak etdilər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir
edilməsin in erməni ziya lıları və kilsə xadimləri tərəfindən törədildiyin i təsdiq edən
onlarca sənəd mövcuddur
1
''. Fövqəladə istintaq komissiyası sədrinin Əd liyyə
Nazirliyinə təqdim etdiyi məru zəsində aşağıdakı faktlar göstərilir: Nikolay (indiki
İstiqlaliyyət. - Red.) küçəsilə hücuma keç miş ermən i əsgərlərinə başlıca olaraq,
erməni ziyalıların ın nümayəndələri rəhbərlik ed iblər. Belə dəstələrdən biri evə
girib səkkiz qadın və uşağı güllələmişdir. Baş qa dəstə Fars küçəsində Bala Əh məd
Muxtarovun evinə girərə k doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında
güllələmişlər, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışlar...
112
.
Beləliklə, üç günün - 18-21 mart (30 mart-1 aprel) - qətl və qarətlərindən sonra,
Fövqəladə İstintaq Komissiyasının ümumiləşdirdiyı hesabatına görə, Bakıda "əksinqilabçı"
adı ilə 12 min nəfər azərbaycanlı əhalisi qətlə yetirilmişdi
113
. Menşevik qəzeti "Naş qolos"
mart qırğınından sonra şəhərdəki vəziyyəti belə təsvir edirdi: "Нər yerdə meyitlər qıc
olmuş, eybəcər hala salınmışdır. Təzə Pir məscidinin yanında ağır mənzərə var. Məscid
atəşdən zərər çəkmişdir. Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır, meyitlər onları
daha çox həyəcanlandırır... Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu
düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını
almaq üçün çox iş görmək lazım gələcək"
114
. Martın 31-də müxtəlif bəhanələrlə danışıqları
pozan İnqilabi Müdafiə Komitəsi aprelin 1-də artıq məsələnin həll edilmədiyini görüb
yenidən ultimatum verərək bildirdi ki, İMK-nın tələbləri gündüz saat 3-ə kimi qəbul
edilməsə, müharibə davam etdiriləcək.
Saat 4-də azərbaycanlı partiya və cəmiyyətlərin nümayəndələri A.Aşurov,
Ə.M.Topçubaşov, Molla Hacı Mir Möhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadə
danışıqlar aparmaq üçün "Astoriya" mehman xanasına getdilər. Bir saat sonra
P.Caparidzenin açdığı "sülh konfransı"nda Fioletov, Dudin, Suxartsev, Erməni Milli Şurası
tərəfindən L.Atabəyov, Тег-Mikaelyan və İranın Bakıdakı konsulu Həbibulla xan iştirak
edirdi.
Həmin iclasa sədrlik edən Caparidzenin elan etdiyi ultimatum bütövlükdə
250
"Müsavat" Partiyasına qarşı yönəlmişdi. Ə.Kazımzadə baş vermiş hadisələrə görə
"Müsavat"ın ittiham edilməsinə öz etirazını bildirdi və qeyd etdi ki, törədilən faciə üçün
"sovet qoşunları" və daşnak hərbi hissələri məsuliyyət daşıyır. Axşam saat 9-dək uzanan
mübahisələrdən sonra İMK-nın ultimatumu qəbul edildi. Ultimatumda göstərilirdi: "1.
Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin hakimiyyəti qəbul edilir; 2. Əksinqilabi
"Dikaya diviziya" (Qafqaz yerlilər korpusu) Bakı və onun rayonlarından çıxarılır, yerdə qalan
başqa müsəlman əsgəri hissələri, habelə erməni nıilli qoşun hissələri ya Bakıdan çıxarılır,
ya da tamamilə fəhlə, əsgər və matros deputatları Sovetinə tabe edilir, əhalinin bütün
silahlanma işi Sovetinin nəzarətinə keçirilir; 3. Bakıdan Tiflisə və Petrovska də mir
yolunun açılması üçün təcili tədbirlər görülür"
115
.
Atəşkəs haqqında saziş bağlanmasına baxmayaraq, erməni və sovet hərbi
dəstələri" hücu mları aprel ay ının 2-si axşamına qədər davam etdirdilər, hətta
tüstüsü ərşə qalxan "İsmailiyyə"dəki yanğını söndürməyə gələn müsəlman əhalisini
yenidən atəşə tutdular. Şəhərin sağ qalan azərbaycanlı əhalisi kütləvi surətdə şəhəri
tərk etməyə başladılar.
Aprelin 2-də Caparid ze Şau myana yazırdı ki, Daşkənddən və Şima ldan
bizə kö mək gəlir, artıq ind i müsəlman ları sakitləşdirmək üçün onlara mu xtariyyət
vəd etmək o lar. Üç gündən artıq davam edən faciəli hadisələrə inqilabi don
geyindirmək üçün M.Əzizboyov şəhərin onsuz da boş qalmış müsəlman hissəsinə
ko missar təyin edild i. O, müsəlman əhalisinin şəhərdən çıxmasını və
yerdəyişməsini qadağan etsə də, bunun elə bir əhəmiyyəti olmadı
116
. Yerli dinc
əhalinin q ırğ ınından və özünümüdafiə dəstələrinin ağır məğlubiyyətindən sonra
imzalan mış saziş haqqında Bakı Sovetinin y ığıncağına məlu mat verən İ.Su xartsev
riyakarcasına sevinc içərisində elan etdi ki, "Müsavat" firqəsi darmadağın edildi və
Türkiyənin Bakı cəbhəsi alındı..."
117
Əslində Mart qətlia mından sonra 1918-c i ilin
sentyabrına qədər mü xtə lif koa lisiyala rda o lan ermənilər Bakıda tüğyan edirdilər,
imkansızlıq ucbatından şəhəri tərk edə bilməyən və ətraf kəndlərdə yaşayan əhalini
əzabla q ırır, işgəncələr verirdilər. Bakıda törədilən türk-müsəlman soyqırımın ın
saxtalaşdırılmasına, ona "vətəndaş müharibəsi" donu geydirilməsinə, qətl
edilənlərin sayının azald ılmasına ilk cəhdi bu hadisələrin təşkilatçısı S.Şau myan
etmişdir. O, aprel ayın ın 13-də Moskvaya - XKS-yə göndərdiyi hesabatda
utanmadan həyasızcasına yazırdı: "Üç gün - 30, 31 mart və 1 apreldə Bakı
şəhərində şiddətli vuruşma olmuşdur. Bir tərəfdən Sovet Qırmızı Qvard iyası, bizim
təşkil etdiy imiz Beynəlmiləl Qızıl Ordu, Qırmızı Donanma və ermən i milli
hissələri, о b iri tərəfdən "Müsavat" partiyasının başçılıq etdiyi... müsəlman " Vəhşi
diviziya"sı və silah lı müsəlman quldur dəstələr vuruşdular. Bizə avia siya
məktəbinin hid roaeroplanları da kö mək etdi... Biz döyüşlərdə parlaq nəticələr əldə
etmişik. Düşmən tamamilə darmadağın edilmişdir... Hər iki tərəfdən öldürülən üç
mindən artıqdır... Onlar Bakıda üstün gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan
edər, bütün qeyri-müsəlman ünsürlər tərk-silah edilib qırılardı"
118
.
Mart qırğınından bir il sonra ermənilər bu hadisəni bolşeviklərlə müsəlmanlar
251
arasında baş vermiş hakimiyyət mübarizəsi kimi təqdim etməyə başladılar. 1919-cu ilin
payızında, Bakıya gəlmiş ABŞ missiyasının başçısı general Harborda təqdim etdiyi sənəddə
Bakıdakı erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını danıb gizlədir,
saxtakarlıqda S.Şaumyandan da irəli gedərək, Bakıda mart qırğını hadisələri vaxtı 1000
nəfərin - 300 nəfər erməni və rus, 700 nəfər müsəlmanın öldürüldüyünü həyasızcasına iddia
edirdi
119
.
Danılmaz tarixi fakt kimi məlumdur ki, Azərbaycan-müsəlman soyqırımı təkcə
Bakı ilə məhdudlaşmadı. Bakıda törədilmiş cinayətlər aprel ayının ilk günlərindən
etibarən eynilə Şamaxı, Quba. Xaçmazda törədildi. Azərbaycanın qəzalarına "sovet
qoşunları‖ adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni "hərbçiləri"
T.Əmiryan, H.Amazasp rəhbərlik edirdilər. Daşnak cəlladlarından ən ağır ziyan çəkən
Şamaxı qəzası oldu.
Şamaxı qəzasında baş verən hadisələr "Qanlı mart təqvimi"ndə xüsusi səhifə
təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət artıq müsavatçıların başçılıq etdikləri
yerli milli şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən
Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi
120
. Artıq
bu zamana qədər mövcud olmuş, ermənilər və malakanlardan ibarət hərbi qarnizon yerli milli
şura tərəfındən tərksilah edilmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni
qarnizonun təşkilinə başlanılmışdı
121
. Nəzərə almaq lazımdır ki, bolşevik və daşnakların
Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı
xüsusi strateji yer tuturdu.
Martın birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan Şamaxıya toplar,
pulemyotlar və böyük miqdarda hərbi sursatla iki mindən üç minədək erməni qoşun
dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayev başçılıq edirdi.
Lakin həmin dəstə gətirdiyi sursatı və silahı Şamaxı qarnizonuna verməkdən imtina
etmiş və bildirmişdi ki, "onların məqsədi Şamaxı qəzasını quldur dəstələrindən
təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyat bərpa etməkdir".
Martın 15-də sübh çağı S.Dalayevin dəstəsi Şamaxıya ilk dəfə hücum edərək,
şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali
arasında ço xlu sayda tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı
122
.
Martın 18-də Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar
tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bombalamağa başladılar.
Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkildilər.
Dəhşətli qarışıqlıq baş verdi. Ermənilər və malakanlar axşama yaxın şəhərin ən varlı
hissəsi "Piran-Şirvan"a daxil oldular. Evlər yandırılır, yanan evlərdən qaçan kişilər,
qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllələnirdi. Dəstənin quldur üzv-
ləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində türk-müsəlman
meyitləri üst-üstə qalaqlanmışdı
123
.
Bu vəhşiliklər Gəncədən silahlı türk-müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı
qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etmişdi. Gəncəlilərin gəlişindən
sonra ermənilər və malakanlar Şamaxıdan malakanlar yaşayan Qozlu kəndinə çəkildilər.
252
Müsəlman qoşunları onları təqib edərkən aydın oldu ki, ermənilər və malakanlar sayca
onlardan qat-qat üstündür və buna görə də onlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün
müsəlman əhalisini də özləri ilə aparıb Şamaxını tərk etməli o ldular.
Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və malakanlar
şəhəri ikinci dəfə zəbt etdilər.
Nəticədə Şamaxı şəhəri və qəzasının 72 kəndi Bakı Sovetinin bolşevik-daşnak
qoşunları tərəfindən dağıdıldı
124
. Şamaxı qırğınlarında 8 min nəfərə qədər azərbaycanlı
öldürüldü, onların 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Şamaxıda yerli əhaliyə dəyən maddi
ziyan о dövrün qiymətləri ilə bir milyard rubldan çox idi
125
.
1918-ci ilin mart qanlı hadisələrindən sonra Şamaxı şəhəri uzun müddət özünə
gələ bilmədi. Həmin hadisələr ərəfəsində 15 min əhalisinin 80 faizdən çoxu azərbaycanlılar
olan Şamaxıda 1921-ci ildə cəmisi 1700 nəfər yaşayırdı
126
.
Quba qəzasında qırğın törədən quldur cəza dəstəsinə S.Şaumyanın xüsusi
səlahiyyətlər verdiyi Hamazasp rəhbərlik edirdi. Aprel ayında qəzanın 122 müsəlman
kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı və dağlı, о cümlədən ləzgi məhv edilmişdi
127
.
Göyçay, Kürdəmir, Salyan və Lənkəran bölgələrinin əhalisi də erməni cəza
dəstələrindən ciddi ziyan çəkmişdi. 2 min nəfərlik sovet qoşununun Lənkəranda baş alıb
gedən qanlı terror və vəhşi soyğunçuluğunun qarşısını Zaqafqaziya Seyminin bu zaman
bölgədə olan gürcülərdən ibarət silahlı dəstələri almışdı.
1918-ci ilin mart-aprel aylarında kütləvi qanlı qırğınlar törətmək məqsədilə "Sovet
hakimiyyəti"nin daşnak-bolşevik dəstələri Bakı quberniyasından sonra Azərbaycanın digər
ərazilərini işğal etmək fikrində idi. Bakı, Şamaxı, Kürdəmir, Salyan, Quba, Lənkəran şə-
hərlərini zəbt edib hədəfi Yelizavetpolu (Gəncəni) ələ keçirmək idi. Bunu S.Şaumyan may
ayında Xalq Komissarları sovetinə məlumatında da etiraf etmişdi. Onun fikrincə, Sovet
qoşunları Yevlax körpüsünü ələ keçirib Kür boyunca müdafiə xətti tutduqdan sonra onları
tez Yelizavetpola (Gəncəyə) yeritmək lazımdır ki, orada, sonra isə başqa yerlərdə
ermənilər üsyan etsinlər.
Bakı hadisələri ilə əlaqədar olaraq, müsəlman fraksiyası Zaqafqaziya Seymindən
Bakıya müsəlman əhalisini müdafiə etmək üçün qoşun göndərməyi tələb etdi. 1918-ci il aprelin
3-də Zaqafqaziya Seyminin Bakı hadisələrinə həsr olunmuş iclasında Fətəli Xan Xoyski
bildirdi ki, "...müsəlman əhalini müdafiə etmək üçün tədbirlər görülməsə, müsəlman nazirlər
hökumətin tərkibindən çıxacaqlar"
128
.
1918-ci il aprelin 7-də Zaqafqaziya Seyminin iclasında müsəlman nazirlərin
hökumətin tərkibindən çıxması haqqında bəyanatı ilə əlaqədar olaraq, Fətəli Xan Xoyski
bildirirdi ki, "...müsəlman fraksiyası belə hesab edir ki, yaranmış ş əraitdə, xüsusilə Bakı
hadisələrilə əlaqədar, müsəlman nazirlər Bakının müsəlman əhalisini qorumaq üçün
hökumətdən heç bir şey əldə edə bilmirlər və bu, onların qərar qəbul etmək üçün əsaslarını
gücləndirir"
129
.
1918-ci il aprelin 17-də F.X.Xoyski Zaqafqaziya hökuməti qarşısında məruzə ilə
çıxış etdi. Məruzədə deyilirdi: "Bakı hadisələri Yelizavetpol quberniyasının hər yerində
müzakirə olunur və bütün qətnamələrdə osmanlı qoşunlarının Bakıya buraxılması haqqında
253
maddələr vardır, əgər hökumət Bakı məsələsini həll edə bilməsə, onda Yelizavetpol
quberniyası müsəlmanlarının bu tələbini dinləməli olacaqdır. Və elə bir an yetişə bilər ki,
xalq kütləsi özü hərəkət etməyə başlayar, bu da faciəvi vəziyyət yaradar, çünki Bakı
məsələsi respublikanın olum və ya ölüm məsələsidir"
130
.
1918-c i il aprelin 22-də müsəlman fra ksiyasının təzyiq i a ltında
Zaqafqaziya Sey minin geniş iclası keçirild i və müstəqil, demo kratik, federativ
Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul ed ild i. Aprelin
20-də Ba kı hadisələrilə bağlı məsələnin mü zakirəsi za man ı yaran mış höku mət
böhranının bir nəticəsi də bu oldu ki, Y.Gegeçkorinin başçılıq etdiyi Zaqafqaziya
hökuməti istefa verdi. Zaqafqaziya Sey mi həmin gün aşağıdakı tərkibdə yeni
Zaqafqaziya höku mətin i təsdiq etdi: 1. A.Çxenkeli - baş nazir və xarıci işlər naziri;
2. N.Ramişvili - daxili işlər naziri; 3. A.Xatisyan -maliyyə naziri; 4. X.Məlik-
aslanov - yollar na ziri; 5. Fətə li - Xan Xoyski ədliyyə naziri; 6. Q. Georqadze - hərbi
nazir; 7. N.Xo meriki –kənd təsərrüfatı na ziri; 8. N.Yusifbəyli - maarif naziri; 9.
M.H.Hacınski ticarət naziri; 10. A.Saakyan - ərzaq naziri; 11. R.Kazaçnuni -ictimai
məişət xid məti naziri; 12. A.Erzikyan - əmək naziri və 13. İ.Heydərov - dövlət
nəzarət naziri
131
.
Gö ründüyü kimi, güc nazirlikləri və Xarici İşlər Nazirliy i gürcülərin
əlində cəmləşdi. Bu isə onlara höku mətin siyasətinə ciddi təsir göstərmək imkanı
verird i.
Zaqafqaziya höku mətin in sədri A.İ.Çxen keli Qafqaz cəbhəsinin
ko mandanı Vahib paşaya teleqram göndərdi. Teleqramda deyilirdi: "Zaqafqaziya
artıq müstəqil federativ respublika elan edilmiş və bu barədə dövlətlərə məlu mat
verilmişdir, deməli, Osman lı nü mayəndə heyətinin 1918-ci il 18 mart tarixli
bəyanatının şərti də yerinə yetirilmişdir"
132
.
Mart hadisələri ilə əlaqədar, Azərbaycanda vəziyyət ço x gərgin ləşdi. Bir
sıra şəhərlərdə bolşeviklərə qarşı etiraz dalğası baş qaldırırdı. Hətta 1918 -ci il
aprelin 15-də Gəncədə Zaqafqaziya Sey mi üzvlə ri Xə lil bəy Xasmə mmədov və
Məmməd Yusif Cəfərovdan alın mış teleqramda xəbərdarlıq edilird i ki, Bakı
bolşeviklərinə qarşı cəza tədbirləri görməyən höku mətə (Zaqafqaziya höku mətinə -
Red.) qarşı müsəlman lar içərisində təbliğat aparılır
133
.
Yelizavetpol quberniyasında silahlı müdaxiləni və Bakı Xalq
Ko missarları Soveti ü zvlərin in həbs edilməsini tələb edən kütləvi mitinq və
yığıncaqlar başlandı.
Hələ 1918-ci il aprelin əvvəllərində Zaqafqaziya Sey minin knyaz
Maqalovun komandanlığı altında 2 min nəfərdən ço x əsgəri olan qoşunu Bakıya
doğru hərəkət etmiş, Nəcməddin Qotsinskinin dağlılardan ibarət dəstələri isə
Dağıstandan Bakı istiqamətində hücuma başlamışdı. Knyaz Maqalovun qüvvələri
Hacıqabul stansiyasına, Qotsinskinin qoşunu isə Bakın ın 10 kilo metrliyindəki
Xırdalan kəndinə çatmışdı
134
.
1918-c i il apre lin 10-da Qotsinskinin dəstəsi Ba kı Sovetinin qoşunları
254
tərəfindən məğlub edildi, knyaz Maqalov isə qüvvələrini ap relin 20-də Kürdəmirə
tərəf geri çəkməyə məcbur oldu.
1918-c i il aprelin 20-də Zaqafqaziya Sey mi sədrinin müavini
S.O.Tiqranyan və Seymin ü zvü İ.Heydərov Zaqafqaziya Sey minin ad ından Bakı
Soveti ilə danışıqlar aparmaq üçün Bakıya yola düş dülər. Bakıya çatandan dərhal
sonra İ.Heydərov bolşeviklər tərəfindən həbs edildi. Bununla əlaqədar olaraq,
Zaqafqaziya Seyminin üzvü Camo Hacınski İ.Heydərovun azad edilməsi üçün təcili
tədbirlər görməyi təklif etdi
135
.
S.Şau myanla
sövdələşməyə
girib,
separat
danışıqlar
aparmış
S.O.Tiqranyan isə Bakıdan yaln ız 1918-ci il mayın 3-də qayıtdı. O, Sey mdəki
çıxışında hökumətdən Bakıdakı hakimiyyətə qarşı yönəldilmiş hərbi əməliyyatları
dayandırmağı və iğtişaşların dinc yolla həll ed ilməsi üçün tədbirlər görməy i tələb
etdi
136
.
Bundan sonra "Bakı məsələsi"ni Zaqafqaziya Sey minin gücü ilə həll etmək
cəhdlərinin əbəs olduğunu görən Azərbaycan fraksiyası yeganə çıxış yolunu
Osmanlı qoşunlarının çağırılmasında gördü
137
.
Zaqafqaziyada müstəqil respublika yarandığının elan o lunması və Türkiyə
qoşunlarının sürətlə cəbhə boyu irəliləməsi ilə əlaqədar olaraq, A. İ.Çxen kelin in
başçılıq etdiy i Zaqafqaziya Respublikası höku məti Trabzon sülh danışıq larına
yenidən başlamaq üçün Türkiyə hökumətinə müraciət etdi
138
. Trabzonda
danışıqların yenidən başlanması ərəfəsində siyasi vəziyyət son dərəcə mürəkkəb
idi.
Zaqafqaziyada vəziyyət getdikcə pisləşirdi, çünki müstəqilliy ini e lan
etməsindən sonra Zaqafqaziya Federativ Respublikasın ın nə daxili, nə də xarici
siyasətində ciddi bir dəyişiklik baş verməmiş di. Siyasi partiyaların nü mayəndələri
Zaqafqaziya Sey mində ü mu mi d il tapa b ilmirdilər, onların ü mu mi fəaliyyət
proqramı yo x idi və fraksiyaların hər biri isə ö z siyasi xəttini həyata keçirməyə
çalışırdı.
1918-c i il mayın 11-də Batu mda Zaqafqaziya və Türkiyə arasında
nümayəndə heyətləri səviyyəsində danışıqlar davam etdirildi. Zaqafqaziya
hökumətin in sədri və xarici işlər naziri A.Çxenkelin in başçılıq etdiyi heyətin
danışıqlarında Azərbaycanı M.Ə.Rəsulzadə və M.H.Hacınski təmsil edirdilər. Türkiyə
tərəfin təmsilçilərinə xarici işlər naziri Xəlil paşa, Qafqaz cəbhəsi komandanı Vahib paşa
və hərbi nazir Ənvər paşa başçılıq edirdilər,
Batum konfransında müşahidəçi sifətində general Otto fon Lossovun başçılığı ilə
Almaniya nümayəndəliyi də iştirak edirdi. Lossov Batumda gürcü nümayəndələri ilə gizli
görüşlər keçirərək, onlara hərbi və iqtisadi yardım göstəriləcəyini vəd etmişdi
139
.
Batum konfransında Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars,
Ərdəhan və Batum əyalətləri haqqında tələblərini tamamilə tanıdı və bununla da Brest-
Litovsk müqaviləsinin müddəasını təsdiq etdi. Bundan əlavə, Türkiyə Axalsıx, A xalkələk,
Aleksandropol (Gümrü), Sürməli və Naxçıvan qəzalarının daxil olduğu ərazin i də tələb
255
edirdi
140
.
Batum konfransının gedişində general fon Kressin komandanlığı ilə 3 min nəfərlik
alman qoşunu Gürcüstanın Poti limanına çıxarıldı. Onlar yalnız Gürcüstanı tutmaq,
Azərbaycan və Ermənistanı isə Türkiyəyə saxlamaq niyyətində idilər. Eyni vaxtda hücumu
müvəffəqiyyətlə davam etdirən Türkiyə qoşunları 1918-ci il mayın 17-də Gümrünü
(Aleksandropolu) ələ keçirdilər və Culfa istiqamətinə çıxdılar. Almaniya və Türkiyə
tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Batum konfransında gürcülər,
azərbaycanlılar və ermənilər Türkiyə ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar.
Digər tərəfdən, Batum konfransında Almaniya nümayəndələri ilə separat
danışıqların gedişində və general Fon Kressin təzyiqi nəticəsində Seymin gürcü fraksiyası
Gürcüstanın Federativ Zaqafqaziya Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini
elan etməsini qərara aldı. Bununla əlaqədar olaraq, 1918-ci il mayın 25-də Zaqafqaziya
Seyminin müsəlman fraksiyasının iclası keçirildi. İclasda Cənubi Qafqazda siyasi
vəziyyətin dəyişilməsi ilə əlaqədar olaraq oxunmuş rəsmi bəyanatda deyilirdi ki,
Zaqafqaziya Seyminin gürcü fraksiyası, gürcü sülh nümayəndə heyəti üzvləri Batumda
gizli danışıqlar aparır, ayrılmağa və Gürcüstanın müstəqilliyini elan etməyə
hazırlaşırlar
141
.
Zaqafqaziya Seyminin sədri və üzvləri - K.Çxeidze, A.Sereteli və Y.Gegeçkori
gözlənilmədən 1918-ci il mayın 25-də Fətəlixan Xoyskinin sədrliy i ilə keçirilən axşam
iclasına gəldilər. A.Sereteli gürcü fraksiyası adından bəyanat verərək xüsusi qeyd
etdi ki, "...Zaqafqa ziya xalq larını müstəqillik ş üarı ətrafında birləşdirmə k mü mkün
olmadı və Zaqafqaziyanın (Respublika nəzərdə tutulur. - Red.) parçalanması faktı
göz önündədir. Seymin sabahkı iclasında biz Zaqafqaziya Respublikasın ın ləğv
olunması faktını təsdiq edəcəyik"
142
.
Cavab nitqində Fətəli xan Xoyski bildird i ki, "əgər gürcü xalqının iradəsi
belədirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni
vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır"
143
.
Gü rcüstan nümayəndə heyəti iclası tərk etdikdən sonra Zaqafqaziya
Seyminin müsəlman fraksiyası qətnamə qəbul etdi və orada bildirdi ki, Gürcüstan öz
müstəqilliyini elan etdiyi halda, biz də öz tərəfimizdən Azərbaycanın müstəqilliy ini
elan etməliyik
144
.
1918-c i il may ın 26-da Zaqafqaziya Sey minin son iclası oldu. Gürcü
fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman
fraksiyasının üstünə yıxdı. Onla rın fikrincə, müsəlman fra ksiyası türkpərəst mövqe
tutduğu üçün elə vəziyyət yaranmışdır ki, gürcülər on larla artıq əməkdaşlıq edə
bilməz
145
.
Zaqafqaziya Sey min in ü zvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyası
ünvanına kəskin tənqidlə çıxış edərək dedi: "...hesab edirik ki, Zaqafqaziyanın birgə
siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün
tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü xalqının nü mayəndələri
tərəfindən irəli sürülən amillər, fikrimizcə, az inandırıcıdır. Eyni zamanda gürcülər
256
Zaqafqaziya xa lqla rın ın birgə işlə məsini qeyri-mü mkün hesab edir və siyasi
cəhətdən ayrı yaşamağa can atırlarsa, belə halda Seymin mövcudluğıı üçün heç bir
əsas qalmır"
146
. Buna görə də müsəlman fraksiyası belə vəziyyətdə Sey min özünü
buraxmasına etiraz etməd i.
Uzun davam edən qarşılıq lı ittihamlardan sonra Zaqafqaziya Sey mi
Zaqafqaziya Respublikasının parçalan masını təsdiq edən qətnamə qəbul etdi
147
.
Beləliklə, hakim qüvvələrin təzyiqi altında yaradılmış Zaqafqaziya
Respublikası daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində dağıldı.
***
Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft-mədən rayonunda
Bakı Sovetinin hakimiyyəti gücləndi. Aprel ay ı ərzində Azərbaycanın şərq
qəzalarında - aprelin 14-də Lənkəranda, aprelin 21-də Salyanda, aprelin 23-də
Qubada və s. Sovet hakimiyyətinin yaradılması prosesi gedirdi. Bu reg ionu idarə
etmək üçün ali icra hakimiyyəti orqanı Bakı Xalq Ko missarları Soveti yaradılması
tələb olunurdu. Onun yaradılması ətrafında Bakı Sovetində kəskin mübarizə
başlandı.
1918-c i il aprelin əvvəllə rində o dövrdə Bakıda fəaliyyət gös tərən bütün
partiya ko mitələ ri nümayəndələrinin da xil o lduğu 308 nəfərdən ibarət Bakı Fəhlə,
Əsgər və Matros Deputatları Sovetin in köhnə tərkibi hələ qalırdı. Sovetin belə
çoxpartiyalı tərkibi bolşevikləri qane etmirdi. Onlar yaln ız sol eserlərlə koalisiyaya
üstünlük verird ilər. Doğrudur, əvvəlcə başda P.Caparidze o lmaqla bolşeviklərin
sağ qanadı sağ eserlər və daşnaklara 1-2 ko missar vəzifəsi verməklə onları
hökumətin tərkibinə daxil etməy i tələb edirdi. Lakin S.Şau myan və tərəfdarları
yalnız sol eserlərə və "beynəlmiləlçi" daşnaklara üstünlük verd ilər və bununla da
sağ partiyaların höku mətdə təmsil olun ması təklifi rədd edildi. Lakin bolşeviklər
bu partiyaları, xüsusən daşnakları siyasi həyatdan tam təcrid et mədilər. Məsələn,
əksinqilab ın əsas mənbələrindən biri kimi Ermən i Milli Şurasını ləğv etmək
haqqında mü xtəlif partiyaların bolşeviklərə müraciəti cavabsız qaldı. Bununla
yanaşı, Xalq Ko missarları Soveti digər ictimai və siyasi strukturlara münasibətdə
daha çox qətiyyət göstərirdi. Bo lşeviklərin fikrincə, mart hadisələri zamanı
qorxaq lıq göstərmiş Bakı hərb i donanmasının M K-sı yenidən seçild i.
Növbəti hücuma keçən bolşeviklər "Baku", "Kaspi", " Bakinets", "Naş
qolos" və s. qəzetləri bağladılar, Bakı q radonaçalnikliy ini ləğv etdilər, şəhərin
ko mendantı vəzifəsinə daşnak B. Avakyanı oturtdular. Şəhər Du masın ın
buraxılması, onun funksiyalarının xüsusi şəhər təsərrüfatı şöbəsinə verilməsi də
demokratik təsisatlara yönəlmiş həmin bo lşevik hücu munun təzahürü idi. Fəhlə-
kəndli milisi təşkil olunurdu. Ləğv olunmuş köhnə məhkəmə aparatı əvəzində " xalq
məh kəmələri" fəaliyyət göstərməyə başladı. 1918-ci ilin yayında bolşeviklərin
257
demokratik orqanlara qarşı mübarizəsi onlar üçün çox uğurlu oldu, belə ki, bolşevik
ideologiyasına yad olan bütün siyasi strukturlar ləğv edildi. Beləliklə, hakimiyyət uğrunda
yarımillik mübarizə başa çatdı və demokratik təşkilatların xarabalıqları üzərində
bolşeviklərin Bakı XKS yaradıldı.
1918-ci il mayın 1-də Bakı XKS gələcək funksiyaları və fəaliyyət proqramını
müəyyən edən deklarasiyasını dərc etdi. Deklarasiyada qeyd edilirdi ki, Bakı XKS RSFSR
XKS-nin bütün dekret ve sərəncamlarını həyata keçirməyə başlamış Ümumrusiya mərkəzi
hökuməti ilə sıx əlaqədə fəaliyyət göstərəcək
148
.
Beləliklə, Bakı Xalq Komissarları Soveti əslində Sovet Rusiyası hökumətinin
Azərbaycanda fəaliyyət göstərən yerli orqanına çevrildi və bilavasitə Moskvaya tabe oldu.
Buna görə də onun hər hansı sosial-iqtisadi dəyişiklik keçirmək cəhdi Rusiyanın
mənafelərinə cavab verməli idi.
"Bankların milliləşdirilməsi haqqında" Dekret Bakıda komissarların həyata
keçirdiyi ilk dekretlərdən biri sayılsa da, əslində heç bir milliləşdirmə həyata
keçirilməmişdi. Yalnız bankların bolşeviklər tərəfindən rekvizisiya edilməsindən söhbət
gedə bilərdi. Məsələn, 1918-ci il aprelin 29-da Bakı Xalq Komissarları Soveti A.Mikoyana
orada olan pul və zinət şeylərini ələ keçirmək üçün Rusiya Xarici Ticarət Bankını tutmaq
tapşırığı vermişdi
149
. Bundan əlavə, Rusiya Dövlət Bankı şöbəsinin pul vəsaiti Moskvaya
aparılmışdı
150
.
"Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında" 1918-ci il 2 aprel
tarixli dekretin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı da xüsusi qeyd etmək lazımdır. Bu
dekretin qəbul edilməsi onunla əlaqədar idi ki, vətəndaş müharibəsi və iqtisadi blokada şə-
raitində Sovet Rusiyasının neftə xüsusi ehtiyacı var idi və buna görə də Bakını hər vasitə ilə
öz əlində saxlamağa çalışırdı. RSFSR hökuməti, şəxsən Lenin Bakı XKS-dən neft təchizatını
təmin etməyi tələb edirdi. Məsələn, mayın 28-də Bakıda V.İ.Lenindən "ilk növbədə,
şübhəsiz, neft hasilatını təmin etmək" haqqında teleqram alınmışdı
151
. V.İ.Lenin iyunun 5-də
S.Şaumyana "nefti ilk sıraya qoymaq" tapşırığını 152, iki gün sonra göndərdiyi
teleqramda isə yenə "tezliklə Bakıdan neft göndərilməsi üçün tədbirlər görün" göstərişini
vermişdi
153
.
Dekretin belə tələsik həyata keçirilməsində yeganə məqsəd Bakıdan mümkün
qədər çox neft daşınmasına nail olmaqdan ibarət idi. Ümu miyyətlə, 408 neft istehsalı
müəssisəsi milliləşdirmə adı ilə zəbt ed ilmiş və onlar Bakı Xalq Ko missarları
Sovetinin orqanı olan Xalq Təsərrüfatı Şurasının ixtiy arına keçirilmişdi. Bakı neft
sənayeçiləri və beynəlxalq maliyyə inhisarları bu dekretin həyata keçirilməsinə
inadla müqavimət göstərirdilər. Böyük Britaniya və Fransa hökumətlərin in
təşəbbüsü ilə İspaniya, Hollandiya, Norveç, Danimarka, İsveçrə və İranın
Moskvadakı diplomatik nümayəndələri neft sənayesinin milliləşdirilməsinə qarşı
etiraz etdilər, lakin onların etirazı
―
RSFSR höku mət inin da xili işlərinə qarışmaq"
kimi səciyyələndirilərək rədd edildi.
"Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında" dekret də neft
sənayesinin milliləşdirilməsi siyasətinin tərkib hissəsi idi. 1918-ci il aprelin 5-də
258
gəmi sahiblərinin etirazlarına baxmayaraq, bu tədbir də zorakılıqla həyata
keçirilməyə başladı. Bütövlükdə 1918-ci ilin aprel-iyul ay ları ərzində Bakı Xalq
Ko missarları Sovetinin zo rakı tədbirləri nəticəsində Bakıdan Sovet Rusiyasına 1,3
milyon tona yaxın neft və neft məhsulları daşındı
154
.
İqtisadi proqramın həyata keçirilməsində yaran mış ərzaq böhranı ilə
üzləşən yeni hökumət ərzaq məsələsinə ciddi diqqət verməyə məcbur oldu. Əsas
ərzaq orqanlarına menşeviklər və eserlər nəzarət edirdilər. Ərzaq məsələsin in həlli
bilavasitə kənddəki vəziyyətdən, yəni kəndlinin kənd təsərrüfatı məhsulların ın əsas
istehsalçısının kimin tərəfində olmasından asılı idi. Süni surətdə yaradılmış qəza
kəndli sovetlərinin ço xsaylılığı haqqında məlu matlar nə kəndlilərin yeni hakimiyyəti
müdafiə etməsi demək idi, nə də ərzaq probleminin yaxşılaşdırı lması. 1918-ci ilin
may-iyun aylarında kəndli qurultayla rı keç irmək ka mpan iyası bu işə müvəffəqiyyət
gətirmədi. Bəzi yerlərdə kənd əhalisi şəhərə yardım etmək zəruriyyətinə
inandılarsa da, ərzaq təchizatın ı durğunluq vəziyyətindən çıxarmaq mü mkün
olmadı. Bundan əlavə, Bakı Ko mmunasının tarixi bolşeviklərin və onların
müttəfiqlərinin Azərbaycan kəndlilərini öz tərəflərinə çəkmək üçün göstərdikləri
bütün səylərin tam iflasa uğradığın ı göstərir.
Fəhlələrin vəziyyəti də Ko mmunanın xey rinə deyildi. Faktlar göstərirki,
artıq 1918-ci il aprelin 18-də Qaraşəhərdə ixtisaslı fəhlələr arasında izahat işlərini
gücləndirmək lazım gəlirdi
155
. Sonrakı həftələr ço xmin li fəhlə mitinqləri ilə
müşayiət olunurdu
156
.
Fəhlələrin irəli sürdükləri tələblər kifayət qədər sərt idi: Sovetin yenidən seçilməsi,
koalision hökumətin yaradılması, ərzaq məsələsinin tezliklə həll edilməsi, dərin böhranın
aradan qaldırılması. Tələblərin yerinə yetirilmədiyi halda fəhlələr son tədbir kimi sabotajla və
hətta Bakıdan çıxıb getməklə hökuməti hədələyirdilər. Söhbət ixtisaslı fəhlələrdən
getdiyinə görə onların şəhəri tərk etməsi neftin çıxarılması və daşınması işini dayandıra
bilərdi, bu da, öz növbəsində, sovet Rusiyasının iqtisadiyyatı üçün ciddi təhlükə yaradırdı.
Bununla əlaqədar olaraq, S.Şaumyan hətta dekret verdi. Dekretə görə, şəhəri tərk etməyin
zəruriliyi barədə tibbi arayış təqdim edənlərdən başqa bütün adamlara şəhərdən çıxmaq
qadağan olunurdu
157
. Fəhlə müxalifətini mövcud hakimiyyətə qarşı çıxış edən müxtəlif
həmkarlar ittifaqlarının üzvləri müdafiə edirdilər. Sovet hakimiyyətinə müqavimət
göstərən ən inadlı əhali qrupu müəllimlərin həmkarlar ittifaqları oldu. 1918-ci ilin may
ayında Bakı Sovetinin iclasında çıxış edən Maarif komissarı N.Kolesnikova müəllimlərin
həmkarlar ittifaqının onun bəyanatına cavab verməməsindən, onların yeni hakimiyyətlə
əməkdaşlığa hazır olmamasından şikayətlənirdi. N.Kolesnikovanın müəllimlər
kollektivilə görüşmək cəhdini müəllimlər sabotajla və komissarın çağırdığı yığıncağı poz-
maq la qarşıladılar
158
.
Beləliklə, yeni hökumətin siyasəti təkcə liberal ünsürləri və orta təbəqəni deyil,
həmçinin digər sosialist partiyalarını və onların arxasınca gedən fəhlələri ondan uzaqlaşdırdı.
Şəhərin müsəlman əhalisi isə yeni hakimiyyətdən üz döndərdi. Bakıda, Azərbaycanda
vəziyyət bolşeviklərin xeyrinə olmayan istiqamətdə dəyişdi və Bakı Ko mmunasının
259
süqutu ilə nəticələndi.
VI FƏSİL
Dostları ilə paylaş: |