A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


 BAŞQA XALQLARLA QARŞILIQLI MƏDƏNİ



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
§ 5. BAŞQA XALQLARLA QARŞILIQLI MƏDƏNİ 

ƏLAQƏLƏR 

 

XX əsrin başlanğıcında əsası hələ əvvəlki əsrlərdə qoyulmuş Azərbaycan 



mədəniyyətinin   başqa  xalq ların  mədəniyyəti  ilə  əlaqədə  olması  ənənəsi  daha  da 

inkişaf  edərək,  mənəvi  dəyərlər  mübadiləsin in,  qarşılıqlı  faydalanmaya  əsaslanan 

mədəni əlaqələrin yeni formaların ı meydana çıxartdı. 

1904-cü  ildə  şərqşünas  Lüsyen  Buva  ilk  dəfə  M.F.A xundovun  "Hacı 

Qara"  ko mediyasını  fransız  d ilinə  tərcümə  edərək,  Azərbaycan  türkcəsində  mətni 

ilə giriş və lüğətlə "Aziatik" ju rnalında çap etdirdi. 

1901-c i  ildə  Parisdə  fransalı  coğrafiyaşünas baron  de  Beyin  Azərbaycan 

barəsində kitabı çıxdı. Kitab müəllifin bu ö lkə, onun tarixi abidələri, xalqın  adət və 

ənənələri,  Bakın ın  mədəni  həyatı  barəsində  ö z  təəssüratlarından  ibarət  idi. 

M.F.A xundovun  pərəstişkarı  və  onun  irsinin   alovlu  təbliğatçısı  L. Buva  fransız 

dilində  çıxan  şərqşünaslıq  jurnalların ın  səhifələrində  Azərbaycan  mədəniyyətinə 

dair  çap  olunan  əksər  məqalələrin  müəllifidir.  O,  Y.V.Çəmənzəmin lin in  1919-cu 

ildə  İstanbulda  nəşr  olunmuş  "Azərbaycan  ədəbiyyatına  baxış"  əsərini  fransız 

dilinə tərcü mə etmişdi. 

L.Buva  "Şərqi-Rus"  qəzeti  ilə  sıx  əlaqə  saxlay ır,  onun  işini  "Aziatik" 

jurnalında işıqlandırırdı.  Bu  jurnal  klassik  irsin nü munələrini, o cü mlədən "Kitabi-

Dədə Qorqud"u, Nizamin in, Fü zulinin,  Xətayinin, Sab irin əsərlərindən tərcümələri 

dərc  edirdi.  Həmin  jurnalla  M.Şahtaxtinski  də  əməkdaşlıq  edirdi.  Onun  Fransada 

elmi-pedaqoji fəaliyyətinin ikinci mərhələsi (1898-1902) Parislə bağlı olmuşdu. 

Paris  mətbuatı  səhifələrində  C.Hacıbəyov  da  çıxış  edird i.  "Müsəlman 

dünyası"  jurnalında  onun "Azərbaycan  gülləri"  oçerki  dərc  o lunmuşdu.  Bu  oçerk 

XIX əsrdə Qarabağın qadın şairləri Ağabəyim Ağa, Aşıq Pəri,  Gövhər ağa, Fatma 

xanım  Kəminə,  Xurşidbanu  Natəvan,  həmçin in  Qubalı  Banuya  həs r  olun muşdu. 

Oçerkin  fransız  dilinə  tərcü məsinə  şairələrin  əsərlərindən  nümunələr  əlavə 

olunmuşdu. 1914-cü ildə bu əsər Parisdə ayrıca kitab kimi nəşr edildi. 

1909-cu  ilin  sonunda  Bakı  mətbuatı  mə lu mat  verirdi  ki,  Paris  Siyasi 

Elmlər  Məktəbində  təhsil  alan  şuşalı  Səlim  bəy  Behbudov "Sultanın  süqutu"  adlı 

pyesini  fransız  d ilində  yazıb  nəşr  etdirmiş,  onun  teatrların  birində  tamaşaya 

qoyulması nəzərdə tutulmuşdu. 

1901-1909-cu  illərdə  XIX əsrin görkə mli A zərbaycan yazıçıs ı və  ictima i 

xadimi  Rzaxan  Daneşin  "Haaqa  sülh  gözəlliyin in  tərənnümü"  poeması  15  d ilə 

tərcümə o lun muşdu. Bu əsər human ist yazıçının  dünya sülh tərəfdarları hərəkatın ın 

meydana  çıxmasına  cavabı  idi.  Poema  ilk  dəfə  kitab  halında  1904-cü  ildə 

İstanbulda nəşr olunmuşdur. 

1903-cü  ildə "Fərhad və Şirin" poeması, 1908 -c i  ildə  isə şeir nü munələri 

məcmuəsi  gürcü  dilində  nəşr  olundu.  Gürcüstanda  ədəbi  yaradıcılığ ın  bəzi 

cəhətlərinə aşıq folklorunun təsiri hiss olunurdu. 


 

 

214 



XX  əsrin  əvvəllərində  (1912)  şair  David  Kio işvili  A zərbaycan  dastanı 

əsasında yazdığı dörd h issədən ibarət "Koroğlu" poemasının nəşrin i başa çatdırdı. 

A.Sereteli A zərbaycan  xalq ının  mədəniyyətinə əvv əlki  kimi yenə də böyük diqqət 

yetirirdi. 

Rus  şərqşünaslığının  görkəmli  nü mayəndələrindən  biri  A.Y.  Krimski 

Nizami irsinin tədqiqinə həyatının u zun illərin i həsr etmişdi.  

Rusiyada,  eləcə  də  İran,  Türkiyə  və  başqa  Şərq  ölkələrində  qabaqcıl 

ictimaiyyətin diqqətini M.Ə.Sab irin yaradıcılığ ı daha ço x cəlb edirdi. Onun əsərlə ri 

tatar, fars və başqa dillərə tərcü mə olun muşdu. 

Azərbaycan  ziyalıların ı  L.N.Tolstoyla  və  Qafqazın  b ir  ço x  mədəniyyət 

xadimləri  ilə  ənənəvi  dostluq  telləri  bağlayırdı.  Qonşu  xalq ların  mədəniyyətinin 

təbliği  formalarından  biri  həmin  xalq ların  görkəmli  mədəniyyət  xadimlərin in 

yubiley və xatirə günlərinin qeyd edilməsi idi. 

1902-c i  ildə Ba kıda  V.Hüqonun 80  illiy i,  N.V.Qoqolun  xatirə günü qey d 

olundu.  Gəncə  Kişi  Gimnaziyasında  "Müfəttiş"  pyesi  tamaşaya  qoyuldu  və 

rollardan  birini  N.Usubbəyov  ifa  etdi.  1904-1906-cı  illərdə  Bakıda  M.İ.Qlinkanın, 

V.A.Jukovskinin,  T.Q.Şevçenkonun  xatirə  gecələri  keçirildi.  1908-ci  ildə 

L.N.Tolstoyun  80  illiyi  qeyd  olundu.  1908 -ci  ilin  dekabrında  A.Serete lin in  ədəbi 

fəaliyyətinin  Bakıda  qeyd  olunması  iki  Cənubi  Qafqaz  xalqın ın  dostluğunun  əsil 

nümayişinə  çevrildi.  Həmin  il  dekabrın  7-də  "Zakafkazskoye  obozreniye" 

qəzetində  Q.Qabulov-Şirvanskinin  gürcü  xalqına  təbrik  məktubu  dərc  olundu. 

C.Məmmədquluzadə, Tiflisdə keçirilmiş təntənələrə qatılmış F.Köçərli  Seretelin in 

yubileyinə  məqalələr  həsr  etmişdi.  1909-cu  ilin  başlanğıcında  Bakıda  Seretelin in 

iştirakı  ilə  təntənəli  gecə  keçirildi.  1911-ci  ildə  isə  Tiflis  şəhərində 

M.F.A xundovun anadan olmasının yü zilliy i qeyd olundu.  Həmin  ilin   mart ayında 

Tiflis  qəzetlərində,  Rusiyanın  bir  sıra  mətbuat  orqanlarında,  həmçinin  Parisdə 

çıxan  jurnalda  bu  hadisəyə  dair  məqalələr  dərc  olundu  və  o,  böyü k  ədəbi  hadisə 

kimi  qiy mətləndirild i.  Azərbaycan  və  gürcü  ədəbiyyatının  yaxın lığ ını,  qarşılıq lı 

əlaqəsini  göstərən dəlillərdən  biri  də  1916-cı  ildə  A zərbaycanda  N.Barataşvilin in 

yubileyinin  keçirilməsi  o ldu.  A.Səhhət  bu  tədbiri  Barataşvilinin  şeirlərindən 

tərcüməsilə əlamətdar etdi. 

XX  əsrin  əvvəllərində  M.Ə.Sab irin  "Hophopnamə"si,  N.Vəzirov, 

C.Məmmədquluzadə,  N.Nərimanov  və  Ə.Haqverdiyevin  əsərləri  ö zbək  xalqı 

arasında geniş yayılmışdı. 

1906-c ı ildən başlayaraq Daşkənddə, Kokandda və Sə mərqənddə çıxan b ir 

çox  qəzetlərdə  Vaqifin,  Had inin  və  başqa  Azərbaycan  şairlərinin  şeirləri  dərc 

olunmuşdu.  1907-ci  ildə  Xarəzmdə  tərtib  edilmiş  "Divan"a  Sabir,  Hadi  və  Şaiq in 

şeirləri  daxil  edilmişdi.  Türküstanda  "Molla  Nəsrəddin"  və  "Dəbistan"  jurnalları 

böyük  şöhrət  tapmışdı.  Azərbaycan  ədəbiyyatı  Həmzənin,  Sufizadənin,  Acinin, 

Övlanin in və başqalarının yaradıcılığına qüvvətli təsir etmişdi. 

Sabir  poeziyasının  başqa  türklərin,  həmçinin  farsdilli  xalqların  ədəbiyyatına,  o 


 

 

215 



cümlədən  Q.Tuqayın,  A.Lahutinin,  S.A.Gilaninin,  M.A.Dehhudun  yaradıcılığına  təsiri 

aydın seçilir. 

Sabirin mübariz satirası Şərqin bir çox əsarət altında olan xalqlarının oyanışında 

mühüm  rol oynamışdı. A.Səhhət yazırdı  ki,  Sabirin əsərləri  İran  inqilabı üçün böyük bir 

ordudan çox iş görmüşdür. 

"Molla Nəsrəddin" jurnalının təsiri altında Volqa boyunda ("Ukmar", "Yaşen"), 

Türküstanda  ("Tokmaq"),  İranda  ("Suri-İsrafil",  "Azərbaycan",  "Nəsimi-Şimal"), 

Türkiyədə  ("Cam") satirik  jurnalları  yarandı,  ancaq  onların heç biri  "Molla  Nəsrəddin" 

səviyyəsinə yüksələ bilmədi. 

Qarşılıqlı mədəni əlaqələr mətbuat orqanları arasında, onların səhifələrində, müxtəlif 

xalqların  nümayəndələrinin  çıxışlarında  da  öz  əksini tapırdı. "Molla  Nəsrəddin" tatar və 

başqa xalqların satirik jurnalları ilə sıx əlaqə saxlayırdı. "Həyat" qəzetində vaxtaşırı çıxış edən 

məşhur  tatar  şairi  Q.Tukay  "Molla  Nəsrəddin"  jurnalı  ilə  də  sıx  əlaqədə  idi.  "Molla 

Nəsrəddin" jurnalı qabaqcıl tatar ictimai-siyasi fikrinin formalaşması və inkişafında mühüm 

rol oynamışdı. Q.Tukay M.Ə.Sabirin bəzi şeirlərini tatar dilinə tərcümə etmişdi. 

XX əsrin əvvəllərində Azərbaycanın bəzi mətbuat orqanlarında Krım tatarlarının 

məşhur  ictimai  xadimi  İ.B.Qaspralının yazıları  nəşr olunmuşdu. Azərbaycan  ziyalılarının 

Həştərxanda nəşr etdikləri qəzetlər öz ətrafında tatar millətindən olan mətbuat işçilərinin bir 

çoxunu birləşdirmişdi.  Onların  arasında  Q.A.Baybulatov,  F.Bekayev,  M.Qafuri,  N.Qəsri, 

Q.A.Murasov,  Y.  Tanayev  də var  idi. Türkiyə  yazıçıları, şairləri  və  ictimai  xadimləri  - 

Mustafa Sübhi, Tofiq Fikrət və b. Bakı mətbuatı ilə əməkdaşlıq edir, əsərlərini onlarda 

dərc etdirirdilər. 

Bakı  rus-müsəlman  məktəblərinin təcrübəsini yaymaq  kimi əlaqə növü də var  idi. 

Orta  Asiyada  və  Dağıstanda  bu  təhsil  ocaqlarının  ictimaiyyətin  himayəsinə  keçirilməsi 

təcrübəsindən də istifadə edirdilər. 

Azərbaycan müəllimlərinin tədris vəsaitləri hazırlamaq sahəsində əldə etdikləri 

nailiyyətlər də diqqəti cəlb edirdi. 1914-cü ildə R.B.Əfəndiyevin "Ana dili" kitabı qaraçay 

dilinə tərcümə olunaraq Tiflisdə nəşr edilmişdi. Bu, həmin kitabın digər türk xalqları üçün 

də faydalı olmasını, onun geniş şöhrət qazanmasını sübut edir. 

Başqa  xalqların   mədəniyyətinə, ədəbiyyatına və  incəsənətinə olan  maraq 

əməkdaşlığa,  mədəniyyətlərin  qarşılıqlı  təsir  və  qarşılıqlı  zənginləş məsinə  kö mək 

edirdi. 


Qabaqcıl  ziyalıların  nümayəndələri  Azərbaycan  ədəbi  mühitinə  təkcə 

Şərqin  klassik  irsin i deyil, həmçin in rus və Qərbi Avropa ədəbiyyatının  mütərəqqi 

ənənələrini  gətirir,  milli  ədəbi-bədii  fikrin  canlan masına  kö mək  edirdilər.  Zəngin 

ənənələrin bu  istiqamətdə  inkişafında Azərbaycan mətbuatı  mühü m  rol oynayırdı. 

Bu  mətbu orqanlar  içərisində "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Tərəqqi", "İqbal" 

və b. daha ço x  iş görürdü.  Onlarda Firdovsinin, İbn  Sinanın,  Xəyyamın,  Hafizin, 

Sədinin,  Caminin,  Prudonun,  Şekspirin,  İbsenin,  Hötenin,  Şillerin,  Mirabonun, 

Heynenin,  Hüqonun,  N.Kamalın,  T.Fikrətin  və  başqalarının  əsərlərindən 

nümunələr  çap  olunur,  Puşkin,  Lermontov,  Nekrasov,  Turgenev,  Tolstoy,  Krılov, 


 

 

216 



Qoqol,  Çexov,  Pleşşeyev, Çavçavadze, Sereteli, Tukay, Məhtimqulu və b.  məşhur 

sənətkarların əsərləri təbliğ edilirdi. 

Ümu mbəşəri  mədəni  dəyərlərin  Azərbaycanda  təbliğində  "Kaspi" 

qəzetinin,  xüsusən  onun  redaktoru  Ə.Topçubaşovun,  qəzetin  aparıcı  əməkdaşı  Ə. 

Ağayevin çox böyük rolu o lmuşdu. 

Azərbaycan ziyalıları  Rusiyanın və  xarici ö lkələrin  mətbuat orqanlarında 

çıxış edir, öz növbəsində həmin ölkələrin ictimaiyyətini  xalq ımızın  mədəni irsi  ilə 

tanış etməyə çalışırdılar. 

XX  əsrin  əvvəllərində  Fransa  mətbuatı,  xüsusən  1906-cı  ildə  Parisdə 

çıxan  "Müsəlman  dünyası"  jurnalı  A zərbaycan  dövri  mətbuatının  məzmununu 

işıqlandırır,  ö z  o xucularına  Azərbaycanın  teatr  və  ədəbi  həyatı  barədə  məlu mat 

verird i. 

Azərbaycan  ziyalıların ın  da  Fransa  ədəbiyyatına  marağ ı  güclənirdi.  Bu 

maraq  N.Vəzirovun,  Azərbaycan  romantizmin in  nü mayəndələri  Ə.Hüseynzadə, 

A.Səhhət,  M.Hadi,  H.Cavid in  və  başqalarının  əsərlərində  öz  əksin i  tapırd ı.  On lar 

XVIII  əsrin   ro mantiklə ri  kimi  belə  hesab  edirdilər  ki,  bütün  mövcud  olanların 

yeganə  meyarı  ağ ıld ır,  insan  təfəkkürüdür,  ədəbi  həqiqəti,  ədaləti  axtarmaqdır. 

Onlardan A.Səhhətin yaradıcılığı Fransa təmsilçisi  Lafontenin yaradıcılığına yaxın 

idi. 

C.Hacıbəyov  ədəbi  əlaqələri  yarad ıcı  p landa  nəzərdən  keçirir  və  hesab 



edirdi  ki, bütün  xalqlar b iri digərindən öyrənə, görüb-götürə bilərlər.  O  yazırdı  ki, 

XIX-XX əsrin əvvəllərinin əsas ədəbi istiqamətləri olan romantizm və realizmin əsasını 

ingilislər və almanlar qoymuşlar. Lakin bununla bərabər, C.Hacıbəyov Qərbə hədsiz də-

rəcədə meyllənməyin, onu təqlidin əleyhinə idi. 

M.A.Şahtaxtinski,  Ə.Ağayev,  Ə.Hüseynzadə,  Ö.F.Nemanzadə, A.Sur,  M.Hadi, 

Y.V.Çəmənzəminli  yeni  rus-türk,  Azərbaycan-Türkiyə  mədəni  əlaqələrinin, 

C.Hacıbəyov  və  Ə.Topçubaşov  isə  Azərbaycan-Fransa  əlaqələrinin  təşəkkülünün 

beşiyi  başında  durmuşdular.  Azərbaycan  ziyalılarının  yaradıcılıq  fəaliyyətində  mühüm 

istiqamətlərdən olan tərcümə işi qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayırdı. 

Ə.Hüseynzadə həm də Şərq və Qərb ədəbiyyatından nümunələri Azərbaycan 

dilinə  tərcümə  edən  böyük  tərcüməçi  idi.  O,  Xəyyamı,  Şekspiri,  Höteni,  Şilleri, 

Bayronu,  Heyneni,  Hüqonu  Azərbaycan  türkcəsinə  tərcümə  etmişdi.  Onun  əməyi 

sayəsində Azərbaycan oxucusu ilk dəfə öz ana dilində "Faust" və "Hamlet‖lə, eləcə də 

F.Bodenştedt və başqalarının əsərlərilə tanış ola bilmişdi, 

1901-ci  ildə  Bakıda  Şekspirin "Otello"  faciəsi  çap  olundu.  Onu  Azərbaycan 

dilinə  ilk  dəfə  Haşım  bəy  Vəzirov  tərcümə  etmişdi.  Şillerin  "Qaçaqlar"  pyesi 

M.B.Hacınski tərəfindən tərcümə olunmuşdu. Ə.Ağayev hər iki tərcüməni Azərbaycan 

ədəbiyyatı tarixində çox görkəmli hadisə kimi qiymətləndirmişdi. Mehdi bəy Hacınski 

Heynenin  "Əlmənzor"  pyesini  də  tərcümə  etmiş  və  pyes  1907-ci  ildə  tamaşaya 

qoyulmuşdu. 

Ə.Hüseynzadədən  sonra  Şekspirin  "Hamlet"  əsərini  Ə.Haqverdiyev  ana 


 

 

217 



dilimizə  tərcümə  etdi.  Müsəlman  Şərqinin  ədəbiyyat  abidələrinin  nümunələrini 

ictimaiyyətə M.Ə.Sabir ("Şahnamə"), R.Əfəndiyev ("Rüstəm və Söhrab", Tiflis, 1906) 

və başqaları çatdırırdılar. 

Qərb  yazıçılarının  əsərlərinin  tərcüməsi  ilə  A.Səhhət  və  M.Şahtaxtinski  də 

məşğul olurdular. 

Gəncə  gimnaziyasının  müəllimi  M.M.Axundov  Türkiyə  yazıçısı  N.Kamalın 

"Vətən" dramını  Azərbaycan  türkcəsinə  çevirmişdi.  N.Kamalın, Saminin  əsərlərin in 

tərcüməsi ilə S.S.A xundov, C.A.Şərifov və S.X.Axundova da məşğul olmuşdular. Ərəb 

yazıçısı Corci Zeydanın pyesi də Azərbaycan dilinə tərcümə olunmuşdu. 

Rus  klassik  ədəbiyyatına  münasibət  müxtəlif  formada  öz  əksini  tapır,  onun 

qabaqcıl  ənənələrinin  mətbuat  vasitəsilə  təbliği  zamanı  rus  klassik  ədəbiyyatının 

xəlqiliyindən, ictimai bəlaların ifşası, inkişafa mane olan hər cür köhnəliyə, eybəcərliklərə 

qarşı mübarizə kimi ədəbi üsullardan istifadə edilirdi. 

Ə.Ağayev, M.Sidqi, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov,  Ü.Hacıbəyov, 

Ə.Hüseynzadə, 

F.Köçərli, 

H.Minasazov, 

Ə.Topçubaşov, 

M.Şahtaxtinski, 

C.Məmmədquluzadə,  N.Nərimanov,  A.Səhhət  və  başqaları  rus  ədəbiyyatını  yüksək 

qiymətləndirird ilər. Ə.Ağayev onu ədalətliliyinə və bədii keyfiyyətinə görə "böyük 

ədəbiyyat" adlandırmışdı. 1917-ci ildə o, İstanbulda nəşr olunan "Yeni jurnal"da rus 

ədəbiyyatı  barəsində  bir  sıra  oçerklər  çap  etdirərək,  onun  qədim  dövrdən  XX  əsrə 

qədər  keçdiyi  yolu  nəzərdən  keçirmiş  və  yazmışdı  ki,  dünyanın  heç  bir  ölkəsində 

ədəbiyyat həyatla belə ayaqlaşıb, onu belə yaxşı əks etdirməyib.  

Azərbaycan-rus mədəni əlaqələrinin ən geniş yayılmış forması bədii tərcümə 

idi, xüsusən 1905-ci ildən sonra o, çox güclü ədəbi axına çevrilmişdi. 

Çarizmə  qarşı  birgə  mübarizə  iki  xalqın  mənəvi  həyatını  bir-birinə 

yaxınlaşdırırdı. Rus ədəbiyyatının tərcüməsi və nəşri geniş vüsət almışdı. İ.V.Krılovun 

əsərlərindən  tərcümələr  dərsliklərə  daxil  edilir,  "Molla  Nəsrəddin"  jurnalında  geniş 

istifadə olunurdu. A.  S.  Puşkinin  iyirmidən  çox  əsəri  1912-ci  ilə  qədər  Azərbaycan 

dilinə tərcü mə edilib nəşr olunmuşdu. 

Əvvəllərdə olduğu kimi, M.Y.Lermontov yenə də Azərbaycanda məşhur idi. 

N.V.Qoqol,  N.A.Nekrasov,  L.N.Tolstoy,  A.M.Qorki  və  başqalarının  əsərləri 

Azərbaycan  (türk)  dilinə  tərcümə  edilirdi.  Bu  işlə  milli  ziyalıların  həm  yaşlı,  həm  də 

cavan  nəslinin  nümayəndələri  -  F.Köçərli,  C.Məmmədquluzadə,  Ü.Hacıbəyov, 

M.Ə.Sabir,  M.Rəsulzadə,  Q.Rəşad,  A.Səhhət,  B.Talıblı,  A.Şaiq,  R.Əfəndiyev  və 

başqaları məşğul idilər. 

Poetik  tərcümə  sahəsində  peşəkar  tərcüməçi  A.Səhhətin  adı  xüsusilə  qeyd 

olunmalıdır. Puşkin, Lermontov, Krılov şeirlərindən doğma dilə tərcümələr onun xüsusi 

xid mətidir. A.Səhhətin tərcümələri yüksək bədii keyfiyyəti ilə fərqlənərək, Azərbaycan 

dilinin  poetik  imkanlarının  sərhədlərini  xeyli  genişləndirmişdi.  A.  Səhhət 

A.N.Ostrovskinin  və  M.Qorkinin  əsərlərini,  həmçinin  gürcü  və  digər  xalqların 

ədəbiyyatından  nümunələri  də  tərcümə  etmişdi.  Şairin  rus  və  Qərbi  Avropa 

ədəbiyyatından  etdiyi  tərcümələr  "Məğrib  günəşləri"  adlanan  iki  külliyyatda 


 

 

218 



toplanmışdı.  Bu  istiqamətdə  F.Köçərli,  R.Əfəndiyev və A.Şaiqin də  xid mətləri  qeyd 

edilməlidir.  Əsrin  əvvəllərində  Ə.Haqverdiyev,  H.İ.Qasımov,  S.Mənsur  da  rus 

ədəbiyyatından tərcümələr  etmişdilər.  H.İ.Qasımov  polyak  yazıçısı  St.  Pşibışevskinin 

"Ana" dramını da ana dilinə çevirmişdi. 

Azərbaycan ziyalıları gürcü, tatar dramaturgiyası nümunələrinə maraq göstərir, 

A.Şaiq,  M.Camalov,  H.Bünyadzadə  və  başqaları  bu  xalqların   ədəbiyyatından 

tərcümələr ed irdilər. 

XX əsrin əvvəllərində incəsənət sahəsində qarşılıqlı əlaqələr daha da inkişaf 

etdi.  Bu  istiqamətdə  teatr,  onun  truppalarının  qastrol  səfərləri  mühüm  əhəmiyyət  kəsb 

edirdi. Bu qastrolların coğrafiyası çox geniş idi, bütün Qafqazı, Volqaboyunu, Türküstanı, 

Krımı, İranı (o cümlədən Cənubi Azərbaycanı) əhatə edirdi. 1909-cu ildə S.Ruhulla, 

C.Zeynalov və H.Ərəblinskin in iştirakı ilə Təbrizdə teatr təşkil olunmuşdu. Görkəmli 

teatr  xadimləri  həmin  il  həvəskarlardan  ibarət  "Azərbaycan  artistləri  dəstəsi"  təşkil 

etdilər.  Uzun  illər  boyu  Təbriz  və  Tehranın  yaradıcı  kollektivləri  öz  repertuarlarını 

Azərbaycan dramaturqlarının əsərlərindən təşkil edirdilər.  

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri başqa regionlarda da teatr 

işinə  kömək  edirdilər.  Məsələn,  N.Nərimanov  tatar teatrının  təşkilinə  mühüm  yardım 

göstərmiş, Həştərxana sürgün illərində teatr dərnəyi yaratmış, səhnə əsərləri hazırlamış, 

həvəskar gənclərə lazımi kömək etmişdi. N.Nərimanovun əsərləri (xüsusən "Nadir şah" 

dramı) milli truppaların qastrol tamaşaları repertuarında geniş yer tuturdu. 

Azərbaycan  teatrının  rus,  Qərbi  Avropa  dramaturgiyasından  ən  yaxşı 

nümunələrə,  həmçinin  türk,  ərəb  yazıçılarının  əsərlərinə  müraciəti  beynəlmiləl 

xarakter  daşıyırdı.  Məsələn,  H.Heynenin  "Əlmənzor"  pyesinin  xoşbəxt  taleyi 

Azərbaycan səhnəsi və  H.Ərəblinskinin  adı  ilə  bağlı  idi.  1909-cu  ildə  "Kaspi" qəzeti 

yazırdı  ki,  əgər Avropa səhnəsi "Əlmənzor"u səhnəyə  qoymaqda  çətinlik  çəkmişdisə, 

Heyne  təsəvvür  edə  bilərdimi  ki,  səksən  ildən sonra  onun  lirik  faciəsini  müsəlman 

artistləri teatr səhnəsinə çıxaracaqlar?! 

Azərbaycan və tatar truppalarının birgə səhnələşdirmə təcrübələri həyata vəsiqə 

alırdı.  Belə  səhnələşdirmələr  1908-ci  ildə  H.Ərəblinskinin  rəhbərliyi  altında 

Tiflisdə,  Gəncədə,  Petrovskidə,  Həştər xanda  həyata  keçirilmişdi.  N.Və zirovun 

Tiflisdə tamaşaya qoyulmuş "Müsibəti-Fəxrəddin" faciəsində Səadət  xanım  rolunu 

tatar aktrisası  Vo ljskaya,  Həştərxanda göstərilmiş "Nadir şah" tamaşasında isə baş 

rolu  S.D.İzzatulina  oynamışdılar.  1917-ci  ilin  yanvarında  tatar  səhnəsində  "Nadir 

şah" tamaşası göstərilmiş və Nadir şah rolunu Kariyev ifa et mişdi. 

Yaradıcılıq  əlaqələri  Zaqafqaziyanın,  Rusiyanın  digər  ərazilə rindəki 

xalq ların səhnə xadimlərini bir-b irinə yaxın laşdırırdı.  H.Ərəb linski yazırd ı: "Səhnə 

artistləri  qardaşlaşdırır.  Ümid  edirəm  ki,  o,  xalqlar  dostluğunu  möhkəmləndirən 

sement olacaq". 

Mədəniyyət sahəsində əlaqələrin genişlən məsinin  göstəricilərindən biri də 

Rusiyanın məşhur Malı teatrın ın Bakıdakı qastrolu oldu. Hələ 1900-1901-ci illərdə 

bakılılar  Y.D.Tu rçeninova  və  M.Q.  Savinanın,  bir  qədər  sonra  isə 


 

 

219 



V.F.Komissarjevskayanın yaradıcılığ ı ilə tanış olmuşdular. 

Azərbaycan  teatrı  haqqında  tənqidi  fikrin  coğrafiyası  da  ö lkən in 

sərhədlərindən  çox-ço x  kənara  çıxmışdı.  Moskva  və  Peterburqda,  Krımda, 

Vo lqaboyu  və  Orta  Asiyada,  Hindistan,  İstanbul  və  Tehranda  çap  olunan 

mətbuatda  Azərbaycan  teatrı,  onun  tarixi,  başqa  milli  teatrlara  təsiri  barəsində 

yazılarda aktyorların səhnə ustalığına yüksək qiy mət verilirdi.  

Qafqazın  və  digər  reg ionların  şəhərlərində  məşhur  xalq  xanəndələrin in 

təşkil  etdikləri  "Şərq  konsertləri",  Riqada,  Moskvada,  Varşavada  və  başqa 

şəhərlərdə istedadlı xanəndələrin  ifasında xalq melodiyalarının qrammofon yazıları 

mədəni  ə laqələ rin  yeni  forması  o laraq,  başqa  xa lqla ra  Azə rbaycan  xa lqın ın 

özunəməxsusluğu və milli xüsusiyyətləri ilə tanış olmaq imkanı verirdi.  

Xalq 


musiqiçilərinin 

xarici  ö lkə  səfərləri 

mədəni  əlaqələrin 

möhkəmlən məsində  mühüm  ro l  oynayırdı.  Qarabağ  sazəndələrinə  təkcə  Qafqazın 

mü xtəlif  yerlərində  deyil,  Orta  Asiya,  İran  və  Türkiyədə  də  rast  gəlmək  olu rdu. 

Onların  sənətkarlığ ı  dəfələrlə  bu  yerlərdə  yüksək  mükafatlara  layiq  görülmüşdü. 

H.Sarabski  İranda  da  qastrol  səfərlərində  olmuş,  onun  ictimaiyyətini 

Ü.Hacıbəyovun  operaları  ilə  tanış  etmişdi.  Qafqaz  qastrollarında  olan  Türkiyə 

müğənniləri  Nübar  əfəndi  və  Mələk  xanım  1910-cu  ildə  Bakıda  konsertlər 

vermişdilə r. 

XX əsrin əvvəllərində Azə rbaycan və rus musiqi  mədəniyyətlərində yeni 

qarşılıq lı əlaqə meylləri ö zünü göstərirdi. Bu nöqteyi-nəzərdən F.Şalyapin in (1910-

1915),  L.V.Sab inovun (1912-1914), S.V.Ra xman inovun (1911-1915) və b. Ba kıya 

qastrol səfərləri  mühü m əhəmiyyət kəsb edirdi.  Onlar rus və Qərbi Avropa klassik 

opera  sənəti  nümunələrinin  quru luşunu  verir,  Qlin ka,  Çay kovski,  Motsart, 

Bethoven, Vaqner, Rims ki-Korsakovun simfonik əsərlə rin i ifa ed ird ilə r.  

Bakıda 

məşhur 


musiqiçilərdən 

A.V.Verjbiloviç, 

İ. Qolfman, 

V.Landovskaya,  Peterburq  və  çex  kvartetləri  çıxış  edir,  tərkibində  Y.Qeltser, 

M.Kşesinskaya, M.Fokin kimi məşhur balet ustaları olan balet qruppaları tamaşalar 

göstərirdilər. 

Beləliklə,  A zərbaycanda  zəngin  milli  xalq  musiqisi  ilə  yanaşı,  rus  və 

dünya musiqi klassiklərin in əsərlərindən ən gözəl nü munələr də səslənirdi.  

İdarə heyəti Moskvada yerləşən "Rus dram yazıçıları və opera bəstəkarları 

cəmiyyəti"nin  hələ  keçən  əsrin  sonlarından  Bakı,  Gəncə,  Şəki  və  Şuşa 

nümayəndələri  var  idi.  Bu  cəmiyyətin  Bakıda  vitse-qubernatoru,  digər  şəhərlərdə 

isə  müfəttişləri,  təhsil  müəssisələri  var  id i.  Əsrin  əvvəllərində  Bakıda  "Rus  dram 

həvəskarları şirkəti", "Rus musiqisi cəmiyyəti"nin şöbəsi fəaliyyət göstərirdi.  

Musiqi  yaradıcılığı  zirvəsini  fəth  etmək  arzusu  Azərbaycan  milli  opera 

sənətinin  banisi  Ü.Hacıbəyovu  1912-1913-cü  illərdə  əvvəlcə  Moskva,  sonra  isə 

Peterburq  konservatoriyalarına  gətird i,  bu  zaman  rus  musiqisinin  görkəmli 

xadimləri - Rimski - Korsakov və Qlazunov orada çalışırdılar. Ü.Hacıbəyov burada 

özünün məşhur "Arşın mal alan" musiqili ko mediyasını yaratdı.  



 

 

220 



1913-1915-c i 

illərdə 


Ü.Hacıbəyovun 

operalarından 

Moskvada, 

Peterburqda səhnələr göstərilird i. Onun "O o lmasın, bu olsun" musiqili ko med iyası 

Tiflis  artistləri  və  yerli  həvəskarların   iştira kı  ilə  1914-cü   ildə  Təbriz  səhnəsində 

göstərildi.  Ü.Hacıbəyovun  əsərləri  başqa  dillərə  də  tərcü mə  o lunurdu.  Belə  ki, 

"Əsli  və  Kərəm"  Bakıda  ermən i  dilində  göstərild i,  rus,  gürcü,   ermən i,  Dağ ıstan 

dillərinə  tərcü mə  olunan  "Arşın  mal  alan",  demək  olar  ki,  Zaqafqaziyanın   bütün 

şəhərlərində böyük müvəffəqiyyətlə tamaşaya qoyuldu. 

1920-c i  ildə  Ceyhun Hacıbəyov "Arşın  mal a lan"ı  fransız d ilinə tərcü mə  

edərək Parisdə tamaşaya qoydu. 

Azərbaycan  milli  operalarının  Azərbaycan  artistlərinin  köməyi  ilə  Daşkənddə 

tamaşaya  qoyulması  özbək  musiqi  mədəniyyətinə  müsbət  təsir  göstərdi.  1916-cı  ildə 

Orta Asiyanın bir çox şəhərlərində həvəskarlar tərəfindən "Əsli və Kərəm", "Məşədi 

İbad", "Arşın mal alan" və s. opera və operettalar tamaşaya qoyulmuşdu. 

Əlaqələrin  səmərəli  nəticələri  ö zünü  başqa  sahələrdə  də  göstərirdi. 

Azərbaycanın  böyük  realist  rəssamı  Ə.Əzimzadənin  bir  rəssam  kimi  formalaşmasında 

məşhur rus rəssamı Maslovun böyük rolu olmuşdu. Rus klassik təsviri sənəti Azərbaycanın 

ilk  peşəkar  rəssamı  Bəhruz  Kəngərliyə  böyük  təsir  göstərmişdi.  Müxtəlif  vaxtlarda 

Bakıda yaşayıb-yaratmış O.Şmerlinq, M.Gerasimov, A.Kasatkin, Y.Samorodov və başqa 

rəssamlar  təsviri  sənət  tarixində  əhəmiyyətli  iz  qoymuşdular.  N.Nərimanov  və 

Azərbaycanın  digər  görkəmli  nümayəndələri  xalqlar  dostluğu  yolunda  yorulmadan 

önəmli işlər görürdülər. 

Başqa millətlərin nümayəndələri də bu istiqamətdə az iş görməmişdilər. XX 

əsrin  əvvəllərində  Bakıda  və  Azərbaycanın  digər  yerlərində  latış  yazıçıları 

E.Birzniyek-Upit,  S.Edjus,  A.Berde,  Dağıstan  xalq  şairi  S.Stalski,  istedadlı  Litva  şairi 

Mitskeviç  yaşayıb  yaratmışdılar.  Öz  yazılarını  Azərbaycan  həqiqətlərinə  həsr  etmiş 

humanist yazıçılar  xalqlar  arasıda  qarşılıqlı  əlaqələrin  və dostluğun  möhkəmlənməsi 

üçün xeyli əmək sərf etmişdilər. 

Mənəvi  dəyərlərlə  mübadilə  Azərbaycan  xalqının  özünəməxsus  zəngin 

mədəniyyətinə  göstərilən  qanunauyğun  marağı  eyni  zamanda  milli  ziyalıların  mənəvi 

yaxınlaşmaya, millətlərarası mədəni əməkdaşlığa can atmasını, Azərbaycan ədəbiyyatı 

və incəsənətinin beynəlmiləl və human ist ənənələrini əks etdirirdi.  

 

 



 

 

 



 

 

 



 

 


 

 

221 



V FƏSİL 

 

MÜSTƏQİLLİK ƏRƏFƏSİNDƏ AZƏRBAYCANDA 

SİYASİ VƏZİYYƏT 

 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin