AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI


Qafqaz tarixinə dair salnamə xarakterli əsərlər



Yüklə 440,25 Kb.
səhifə16/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Qafqaz tarixinə dair salnamə xarakterli əsərlər. Qeyd etmək lazımdır ki, XVII-XVIII əsrlər Qafqaz tarixinin ən mürəkkəb bir dövrüdür. Bu dövrdə Səfəvilər dövləti dağılmış, onun ayrı-ayrı vilayətlərində müstəqillik tendensiyası güclənmişdi. Cənubi Qafqazın siyasi vəziyyəti xarici ölkələrin bu regionu nəzarətə almaq şansını gücləndirdi. Öz müstəqilliyini elan etmiş xanlıqlar hakimiyyətlərini təsdiqləmək üçün yerli, lokal salnamələrin yaradılmasına təkan verdilər. Qafqazın Rusiya tərəfindən işğalından əvvəl bu regionda mövcud olan güclü xanlıqlar mərkəzləşdirilmiş dövlət yaratmağa can atsalar da, müəyyən səbəblər üzündən bu reallaşa bilmədi. Bu dövrdə yaranan tarixi salnamələr siyasi prosesləri izləmək baxımından böyük maraq doğurur. Regional salnamələrin əksəriyyəti Qarabağda yaradıldığından bu salnamələr şərti olaraq «Qarabağnamələr» adlandırılır.
Bu dövr tarixçiləri orta əsr xronikaçı tarixçilərinin ənənələrini davam etdirmiş, ölkəni bütövlükdə deyil, yalnız bu və ya digər dövrlərin tarixini şərh etməklə kifayətlənmişlər. Belə əsərlər içərisində öncül yeri Mirzə Adıgözəlbəyin Azərbaycan dilində yazdığı 1736-1828-ci illər Qarabağ tarixini əhatə edən «Qarabağnamə» əsəridir. Əsər 1845-ci ildə yazılmışdır. Əsər 1813-cü ildən sonrakı dövr hadisələrini təsvir edən ilk əsər hesab edilir və sifarişlə yazılmışdır. Əsərin polkovnik Kalyubakinin göstərişi ilə yazılması bir daha onu sübut edir ki, müəllif çar hakimiyyət orqanından asılı vəziyyətdə olmuşdur. Əsər strukturuna görə 13 fəsildən ibarətdir. 8 fəsli Qarabağın XVIII əsr tarixinə həsr olunub. Əsərin sonunda müəllifin tərcümeyi-halı verilir.
Digər Qarabağnamə Mirzə Camal Cavanşir tərəfindən yazılmış «Qarabağ tarixi» adlı əsərdir. Əsər1847-ci ildə yazılmışdı. Əsər strukturuna görə M.Adıgözəlbəyin əsərini xatırladır. Əsər Qafqaz canişini Vorontsovun tapşırığı ilə yazılmışdır. Əsərin ilk iki fəsli Qarabağ vilayətinə həsr olunub. 3-4 fəsillər Pənahəli xanın fəaliyyətinə həsr edilmişdir. V-VI fəsillərdə XVIII əsrin 60-cı illəri şərh edilmişdir. Əsər orijinallığı ilə seçilir. Əsərdə 1813-cü ilə qədər baş verən hadisələrdən bəhs olunur və yalnız əsərin sonunda ikinci Rusiya-Qacarlar İranı müharibəsinin başlanması qeyd edilir.
XIX əsrin I yarısında yazılmış digər xroniki əsər Şəki xanlığının tarixinə həsr olunmuş, Kərim ağa Fateh tərəfindən yazılmış «Şəki xanlarının müxtəsər tarixi» adlı əsərdir. Əsər 1829-cu ildə yazılmışdı. Əsərdə bəzi faktlar təhrif edilir. Məsələn, 1806-cı ildə Şəkidə baş verən üsyana mənfi qiymət verilir.
Şəki xanlığının tarixinə həsr olunmuş digər əsər Hacı Seyid Əbdülhəmidin «Şəki xanları və onların nəsilləri» əsəridir. Əsərdə XV-XVIII əsrə qədər olan dövrdə Şəki xanlığının qısa icmalı verilmişdir.
XIX əsrin I yarısında yazılmış digər əsər A.A.Bakıxanov tərəfindən 1841-ci ildə farsca yazılmış Gülüstani-İrəm» əsəridir. Əsər ən qədim zamanlardan 1813-cü ilə qədərki dövrü əhatə edir. Əsər strukturuna görə giriş, 5 fəsil, nəticədən ibarətdir və 1926, 1951-ci illərdə nəşr edilmişdir.
XIX əsrin II yarısında bu ənənə davam etmiş və bunların içərisində Mir Mehdi Xəzaninin «Kitabi tarixi Qarabağ» əsəri mühüm yer tutur. Əsər 1747-1828-ci illəri əhatə edir və əsərin 1866-cı ildə yazıldığı qeyd edilir. Əsər giriş, müqəddimə, 24 fəsil və son sözdən ibarətdir. Kürəkçay müqaviləsinin tam mətni əsərdə verilir.
Bu dövrün digər əsəri 1877-ci ildə milliyyətcə erməni olan Mirzə Yusif Nersesov (Qarabaği) tərəfindən yazılan «Tarixi Safi» əsəridir. Əsər ən qədim zamanlardan 1828-ci ilə qədərki dövrü əhatə edir və 44 hissədən ibarətdir. Əsər Orbelianinin yardımı ilə yazılıb.
Qarabağ xanlığının siyasi vəziyyətinə dair digər əsər 1883-cü ildə Əhmədbəy Cavanşir tərəfindən yazılmış «Qarabağ xanlığının siyasi vəziyyətinə dair» (1747-1805-ci illəri əhatə edir) əsəridir. Əsər strukturuna görə 5 fəsildən ibarətdir.
Rzaqulubəy Mirzə Camal oğlunun «Qarabağnamə» əsəri Mirzə Camalın əsərini təkrar etsə də, burada Qarabağ xanlığının iqtisadi, təsərrüfat həyatı təsvir edilmişdir. Əsər 1855-ci ildə yazılmış və 24 fəsildən ibarətdir.
Yerli mənbələrdən biri də Həsənəli xan Qaradağının 1880-ci ildə yazdığı «Qarabağ vilayətinin qədim və cədidi keyfiyyət və əvzaları» adlanır.
1888-ci ildə yazılmış 12 fəsildən ibarət «Əhvalati Qarabağ» əsərinin müəllifi Məhəmmədhəsən Baharlıdır.
Talış və Lənkəran xanlığının tarixinə aid Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun «Lənkəran və Talış ölkəsinə məxsus Əxbərnamə» adlı əsərini də göstərmək olar (əsərin əlyazması Azərbaycan Milli EA Tarix İnstitutunda, Elmi Arxivdə № 3622-də saxlanılır).
Seyid Əli Kazımbəy oğlunun «Cəvahirnameyi-Lənkəran» əsəri 43 vərəqdən ibarətdir və 1869-cu ildə fars dilində yazılmışdır. Əsər müqəddimə, 6 fəsil, son sözdən ibarətdir.
İsgərdər bəy Hacınskinin «Qubalı Fətəli xan» əsəri 1847-ci ildə nəşr olunub. Əsərdə Fətəli xanın gənclik illəri və Quba ətrafında torpaqların birləşdirilməsindən bəhs edilir.
XIX əsrin həm birinci, həm də ikinci yarısında Qafqazın iqtisadi, siyasi, mədəni həyatının öyrənilməsində M.Kazımbəy, M.F.Axundov, S.Ə.Şirvani, H.Zərdabinin əsərlərinin öyrənilməsi də əhəmiyyətlidir.
Qeyd olunan dövrdə Şimali Qafqaz üzrə də bir sıra tarixi əsərlər yazılıb. Bunlardan biri Məhəmməd Rəfinin «Tarixi Dağıstan» əsəridir. Bu əsərin 16 nüsxəsi müəyyənləşib və ilk dəfə M.Kazımbəy tərəfindən 1851-ci ildə çap edilib.
Digər bir abidə Məhəmməd Ağabi Ağdaşinin «Dənbəndnamə»sidir. Əsərdə V-XI əsr tarixi əks edilib. 1064-cü ilədək hadisələrdən bəhs olunur. Əsərin 2 versiyası və siyahısı mövcuddur, türk və fars versiyası var. Türk versiyasının 6 siyahısı və fars versiyasının 2 siyahısı var. “Dərbəndnamə” əsərinin 3 tam çapı var: 1) 1829-cu il fransızca; 2) 1851-ci il ingiliscə; 3) 1898-ci il. Səfərəlibəy Vəlibəyovun rusca çapı.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin