Abal abal dərviş, pulla bitər hər iş



Yüklə 1,3 Mb.
səhifə20/24
tarix28.12.2021
ölçüsü1,3 Mb.
#17074
1   ...   16   17   18   19   20   21   22   23   24
yaranıda: yaxşısıda. faydalısıda)

yalanla, qorxu bir kisədə olar.

yalaşılığı bilməyən, doğrunu itirər.

yalın (tək) barmaqla, birədə tutulmaz. {yalınız (tək başına) iş tutubən umma uzluq (bacarıq) } .

yalqız atlı yarışcaq, yaman qadın uruşçaq. (tək atlı kimsə yarışı sevər. kötü qadın qavqayı).

yalqız əldən səsi çıxmaz, səs çıxsada, ad çıxmaz.

yalqız qaz ötməz.

yalqız quş, yuva salma.

yalqun alı içdən, yılxı alı dışdan. (yalqun: insan). (yılxı: heyvan).

yalqun bənqu dirilməz, sınqa girmiş gerilməz. (insan əbədi diri qalmaz, qəbrə girən geri dönməz).

yalquzun qıl yardımın, olsun yarın, .

yalnız ağac yelə düşsə, budaqları ilşilər (birbirinə ilişidi) .

yalnız qalan öz ışığın özü söndrər. (yalnız yatan öz yerini özü yığar. ). (yalnız qalan özü danışar özü eşidər. ). (yalnız yeyən süfrasını kəndi qaldırar. ) .

yaltaq özünə sayqu (tə'zim) gözlər.

yalvarma, çalış.

yalvarmaqla, qurdun ağzı bağlanmaz.

yamaq üsdə yamaq gələndə, yamaqlar sevinər.

yamalı ata min, yamalı ada yox. (yamalı: borc alınmış).

yaman arvad, tez kişini qocaldar, əsil arvad dərdlərini azaldar.

yaman dil el dağıdar, yaman yol ayağ.

yaman dil, dünya yıxar, oxşayı əl ellər yığar. (oxşayı: yumşaq. mehriban. məhəbbətli) .

yaman gəlsə qaçın, yaxşı gəlsə yaxın (yaxınlaşın) .

yaman qohum, varın olsa, görə bilməz, yoxun olsa verə bilməz.

yaman oldun demə azsan, iyi oldun demə çoxsan.

yamana aş versəndə, iş vermə.

yamana gündə qaradır, tün də.

yamana kisə tikmə, yalana ambar.

yamana uyan, yalana düşər.

yamana verdin aşın, o yerdən daşın.

yamanda keçər, dumanda.

yamanın düz olduğundansa, yalan olmağı yeğdir.

yamanın sözü gəlsin, özü yox.

yamanın yaxşısı olunca, yaxcının yaxşısı ol.

yamanın yaxşıya verəsi nə, axmağın, ağıllıdan alası nə.

yamanla cənnətə girməkdənsə, yaxci ilə, cəhənnəmə gir.

yamanla yalan əkiz doğmuş.

yamanların yaxşısı olmaqdansa, yaxşıların yamanı ol.

yamanlaşsa iki kişi, ən alçağı zor gəlir, savaş sada iki kişi, ən qanmazı zor gəlir.

yamanlığın azı olmaz, yaxcılığın çoxu.

yamanlıq sanma bir kişi işinə, sonunda yamanlıq gəlir peşinə (başına).

yamanlıq yaxın, yaxcılıq uzaq.

yamanlıq, daşa yazılır, yaxxılıq, quma.

yamansız yaxşı görmədim, köhnəsiz yeni.

yanğına körüklə gedməzlər.

yanğından çıxdıq, alova düşdük.

yanığın nəyi varki yoluğa verə.

yanılma kişidən, tüstü odundan.

yanılmasa, qul olmaz. (kişi (adam) öz ayağından yıxılır).

yanmayanda yanmaz, ha yellə ha ətəklə.

yapdal ata (yabı) minincə, bəy olduğun sanlayır.

yapığlı göycə çimən, güzə qalmaz.

yapıtsız (əsərsiz) bilgin (alim) , yağışsız bulut.

yaprağı qoyun yesə qığ olur, ilan yesə ağı.

yapru (namus) gedər, dönməz geri, yoxdur onun bəlli yeri.

yara sağalar, yeri qalar.

yara var bağlallar, yara var dağlallar. (yara var bağlayasan, yara var dağlayasan).

yaradınsa, yaramazdan sakın (sağın).

yarağdan iyi arxadaş yox, kötü yoldaş yox.

yarağın gör, bilirlər bunu hamu, ki olur yaz uçmaq (cənnət) , qışın tamu (cəhənnəm).

yarasaya gecə gündüz aydın.

yaraşır igidə örü durmaq, qoca durmaz bulmayınca dayaq.

yarını uy (xiyal ed) , dünəni qoy, bu günü gör.

yarmaq yığın dar günə, qara gecə ağ günə.

yarpaqsız ağacdan, kölgə umma.

yaş var yaşında, yaş var, qırx yaşında. (xam var gənc çağında, xam var qırx yaşında).

yaş yetmiş, iş bitmiş.

yaşa yaşa, gəlmədən başa.

yaşa yaşa, gör tamaşa. (yaşamda başa gəlməz nərsə olmaz).

yaşam bir oyuncaq, kimi oynayacaq, kimi oynadacaq.

yaşam üçün yeyəndə var, yemək üçün yaşayanda.

yaşamda axmaq oduki, öz inandığın qoyub, özgələrin dediklərinə inanır.

yaşamda seçənlər, zirəklərdən irəli gedir.

yaşamın dadın, bir qıçı burda, bir qıçı gorda olandan soruş.

yaşamın yaşıda var qurusuda, könül ki var, övüşüdə var, öküşüdə (


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin