Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar.
ÜMUMZƏHƏRLI TƏSİRLİ ZƏHƏRLƏYİCİ MADDƏLƏR
BOĞUCU TƏSIRLI ZƏHƏRLƏYICI MADDƏLƏR
Tipik nümayəndəsi fosgendir.
Fosgen (CG) rəngsiz, çürümüş ot yaxud çürümüş alma qoxusu verən qazdır. Qaynama temperaturu 8 0S, donma temperaturu (-126) 0S-dir. Böyük uçuculuq qabiliyyətinə malikdir.
Fosgen orqanizmə tənəffüs üzvləri vasitəsilə təsir edir. Zəhərlənmənin ilk əlamətləri 4-15 saatdan sonra (gizli dövr) görsənir. Fosgenin qatılığı 0,022 mq/l olan havada 30 dəq nəfəs almaq insan üçün ölümlə nəticələnir. Öldürücü toksodozası 3,3 mqdəq/l-dir.
Fosgenin dayanıqlığı yayda 15-20 dəq, qışda isə 1 saat və çox olur.
Zəhərlənmə əlamətləri: gözün qıcıqlanması, göz yaşının axması, ağızda şirin dad, baş gicəllənməsi, ümumi zəiflik, öskürmə, sinə sıxıntısı, ürək bulanması, qusma. Zəhərli havadan çıxdıqdan sonra zərərçəkmiş özünü yaxşı hiss edir. Daha sonra təngənəfəslik, güclü öskürək, baş ağrısı, nəbzin tezliyinin artması, dodaqların, üzün, burnun göyərməsi, zəiflik, ürək nahiyəsində ağrılar, boğulma baş verir. Bədənin temperaturu 38-39 0S-yə çatır. Ağ ciyərin şişməsi bir neçə gün davam edir və adətən, ölümlə nəticələnir.
İlk kömək:
zərərçəkmişə əleyhqaz geydirilir;
zəhərli atmosferdən çıxarılır;
isti çay verilir, sakitlik yaradılır, nəfəsalma yüngülləşdirilir;
tibbi məntəqəyə çatdırılır.
Mühafizə vasitələri: əleyhqazlar, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar.
PSIXOKIMYƏVI TƏSIRLI ZƏHƏRLƏYICI MADDƏLƏR
Tipik nümayəndəsi Bi-zet maddəsidir (şifri: BZ).
Bi-zet qoxusuz, ağ rəngli kristal maddədir. Suda pis, üzvi həlledicilərdə, turşulu suda yaxşı həll olur. Mərkəzi sinir sisteminə təsir edib psixoloji (qallusinasiya, qorxu, ruh düşkünlüyü), yaxud fiziki (korluq, karlıq, iflic) çatışmamazlıqlar törədir. Aerozol şəkilində tətbiq olunur. Qaynama temperaturu 322 0S, ərimə temperaturu 65 0S-dir. Uçucu deyil. Orqanizmə tənəffüs və qida yolları ilə təsir edir.