Nüvə partlayışı nəticəsində insanların, bitkilərin, heyvanların kütləvi məhvi, zədələnməsi, bina və qurğuların zədələnməsi, dağılması, yanğınların, radioaktiv zəhərlənmənin baş verdiyi ərazi nüvə zədələnmə ocağı (NZO) adlanır.
NZO məhv olanların (zədələnənlərin) sayı, zədələnmə ocağının ölçüləri, müxtəlif radiasiya səviyyələrinə malik olan radioaktiv zəhərlənmə, yanğın, subasma, dağılma zonaları və s. ilə xarakterizə olunur.
NZO-nun yer səthindəki xarici sərhəddi kimi izafi təzyiqinin qiyməti 0,1 kqq/sm2 (10 kPa) olan xətt götürülür, belə ki, izafi təzyiqin 0,1 kqq/sm2 (10 kPa) qiyməti mühafizə olunmayan insanlar üçün təhlükəsiz hesab olunur.
Dağıntıların xarakterini və QXDTİ-nin həcmini müəyyən etmək üçün NZO-nu şərti olaraq 4 zonaya bölürlər:
Tam dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti Pf = 0,5 kqq/sm2 təşkil edir.
Güclü dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti Pf = 0,3 kqq/sm2 təşkil edir.
Orta dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti Pf = 0,2 kqq/sm2 olur.
Zəif dağılma zonasının xarici sərhəddində izafi təzyiqin qiyməti Pf = 0,1 kqq/sm2 təşkil edir.