Kimyəvi silah zəhərləyici maddələr və onların tətbiq vəsaitləridir.
Zəhərləyici maddələr (ZM-lər) canlı qüvvəni sıradan çıxaran, məhv edən, müxtəlif təsir xarakterinə malik olan yüksək toksiki maddələrdir.
ZƏHƏRLƏYİCİ MADDƏLƏRİN TƏSNİFATI
ZM-lər fiziki, kimyəvi, toksiki xassələrinə, taktiki və tədris-metodiki cəhətlərinə görə təsnif olunurlar. ZM-lər insan orqanizminə toksioloji təsirinə görə altı qrupa bölünürlər:
Bu qrupa V-qazlar, zarin və zoman növlü fosfor-üzvi ZM-lər daxildirlər. Bunlar mərkəzi sinir sisteminə tez bir zamanda təsir edən, yüksək toksiki zəhərləyici maddələrdir. İnsanlara nəfəs və qida yolları ilə, dəridən keçməklə təsir edirlər. Bu ZM-lərin orqanizmə toksiki təsir mexanizmi onların hüceyrələrdə gedən reaksiyaya təsiri ilə, yəni onların xolinesterazın aktivliyini məhdudlaşdırması, onun asetilxolinlə reaksiyasına mane olması ilə izah olunur.
V-qazlar, zarin və zoman rəngsiz, iysiz mayedirlər.
Qaynama tempraturu: V-qazlar üçün 300 0S, zoman üçün 190 0S, zarin üçün isə 151 0S-dir.
Döyüşdə aerozol, yaxud damcı-maye halında tətbiq edilirlər.
yüngül zəhərlənmədə: göz bəbəyinin büzüşməsi (mioz), baş ağrısı, təngənəfəslik, sinə sıxıntısı, iştahın olmaması, tərləmə, narahatçılıq, yuxusuzluq, huşsuzluq;
orta ağırlıqlı zəhərlənmədə: yüngül zəhərlənmədə olan əlamətlər özlərini daha güclü şəkildə büruzə verir, bundan əlavə qıcolma, qusma, güclü öskürmə, cpazmalar müşahidə olunur;
ağır zəhərlənmədə: göz bəbəyinin reaksiyasının itməsi, bəbəklərdə güclü ağrılar, güclü baş ağrısı, qıcolma, boğulma. Ağır zəhərlənmə ölümlə nəticələnir.