Zəhərlənmədən 0,5-1 saat sonra ilk əlamətlər görsənir: ürək döyüntüsü, dəridə və ağızda quruluq, bəbəklərin genişlənməsi, fikrin dolaşması, görmənin pisləşməsi, qusma müşahidə olunur. 8 saatdan sonra insan danışıq qabiliyyətini itirir, keyləşmə başlayır, «donmuş» vəziyyətdə olur və ətrafda olan dəyişiklərə reaksiya vermir. Daha sonra xəstəliyin həyəcanlanma dövrü adlanan ikinci dövrü başlayır. 4 gün davam edən bu dövrə boş-boşuna vurnuxma, fəaliyyətin qaydasızlığı, çox danışmaq xasdır, xəstə ilə kontakta girmək mümkün olmur. 2-4 gündən sonra xəstə tədricən normal vəziyyətə qayıtmağa başlayır.
Bu qrupa xlorpikrin, xlorasetofenon, adamsit, Si-Es, Si-Ar və digər ZM-lər aiddirlər.
Xlorpikrin (PS)
Texniki xlorpikrin azca sarı-qəhveyi rəngli və kəskin iyli mayedir. Qaynama temperaturu 112 0S, donma temperaturası (-64) 0S-dir. Dayanıqlığı kiçikdir, yayda açıq yerdə bir neçə dəqiqə qalır.
Xlorpikrin güclü lakrimatordur (gözün selikli qişasına təsir edən). Dözülməz qatılığı 0,05 mq/l-dir.
Böyük qatılıqda xlorpikrin boğucu təsirə malikdir və ağ ciyərin şişməsinə səbəb olur. Havada qatılığı 0,8 mq/l olduqda 3 dəqiqə ərzində nəfəsalma ölümlə nəticələnir.
Xlorasetofenon(CN) açıq sarı rəngli, meşə gilası iyini verən kristal maddədir. Qaynama temperaturu 247 0S, ərimə temperaturu 52 0S-dir. Uçuculuğu azdır.