Si-Es (CS) ağ rəngli, az uçucu, bibər iyi verən kristal maddədir. Ərimə temperaturu 95 0S-dir Tüstü halında tətbiq olunur. Kiçik qatılıqda gözlərə və yuxarı nəfəs yollarına qıcıqlandırıcı təsir göstərir, böyük qatılıqda isə dərinin açıq hissələrini yandırır, bəzi hallarda nəfəs və ürək iflici, ölüm baş verir.
Havada 0,002 mq/l qatılığında ilkin əlamətlər görsənir.
Zəhərlənmə əlamətləri: sinədə, gözlərdə güclü acışma və ağrılar, göz yaşı, ağızda, yuxarı nəfəs yollarında ağrılı acışma, öskürmə.
İlk kömək:
zəhərlənənə əleyhqaz geyindirmək;
tüstüyə qarşı olan ampulanı şlem-maskanın altına keçirib əzmək;
zəhərli zonadan çıxdıqdan sonra ağzı, burun yollarını yemək sodasının suda 2%-li məhlulu, yaxud təmiz su ilə yumaq;
ZM-i paltardan və ləvazimatlardan çırpmaqla, yaxud silməklə təmizləmək. Зяhяrlяnmя яlamяtlяri, ilk kюmяk тядбирляри Si-Es-dя olduьu kimidir.
QICIQLANDIRICI TƏSIRLI ZƏHƏRLƏYICI MADDƏLƏR
Si-Ar (CR) bərk kristal maddədir. Si-Ar suda pis, üzvi həlledicilərdə yaxşı həll olur. Toksikiliyinə görə Si-Es-dən güclüdür. Zəhərlənmə əlamətləri, ilk kömək tədbirləri Si-Es-də olduğu kimidir.
Adamsit (DM) tünd yaşıl rəngli toz, yaxud ərimiş kütlədir. Qaynama temperaturu 410 0S, ərimə temperaturu isə 190 0S-dir.
Uçuculuğu, demək olar ki, yoxdur. Adamsit sternitlər qrupuna (yuxarı nəfəs yollarına təsir edən ZM-lər) aiddir.
Zəhərlənmə əlamətləri xlorpikrində olduğu kimidir.
Binar sursatı bir-biri ilə qarışdıqda güclü toksiki maddə əmələ gətirən iki toksiki olmayan, yaxud az toksiki maddələrlə doldurulmuş sursatdır. Binar sursatında zəhərləyici maddəni əmələ gətirən komponentlər bir-birindən ayrı yerləşdirilirlər.
Binar sursatlarında komponentlərin bir-birlərindən izolyasiyası üçün silindr formalı konteynerlərdən istifadə olunur. Konteynerlərin arasında arakəsmə yerləşdirilir. Arakəsmənin dağılması atəş zamanı sursata təsir edən dinamik yükün təsirindən baş verir. Uçuş zamanı sursatın fırlanması isə komponentlərin intensiv qarışmasını təmin edir.
Hal-hazırda əsəb-iflic təsirli zəhərləyici maddələr bilavasitə binar sursatlarında alınır.