Adiak imtahan suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   34   35   36   37   38   39   40   41   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

53. 
Rəsmi-işgüzar üslub. 
Rəsmi-işgüzar üslub uzun illər ərzində təşəkkül tapan ənənəvi 
formullar sistemi, standart nümunə və təlimatlarda möhkəmlənən 
sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün 
istifadə olunan qayda və vasitələrin məcmusudur.
Rəsmi-işgüzar üslubun mətnlərinə konstitusiyanın maddələri, 
qanunları, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin 
qərarları, diplomatik sənədlər, rəsmi yazışmalar, təhsilə və tibbə aid 
sənədlər, məhkəmə, rabitə sənədləri, ticarət müqavilələri, hərbi 
sənədlər, kənd təsərrüfatı, sahə nizamnamə və əsasnamələri, 
qaydalar, göstəriş və təlimatlar, müxtəlif idarə və nazirliklərin 
yazışmaları, tövsiyələr, məktublar, ərizə, əmr, protokol, aktlar, 
tərcümeyi-hal, etibarnamə, arayış, təqdimat, müqavilə və s. Sənədlər 
daxildir. 
Rəsmi-işgüzar üslubun spesifik leksik və qrammatik xüsusiyyətləri 
vardır. Əsasən, ali, standart ifadələrdən, qəliblərdən, ştamplanmış 
sözlərdən, sabit söz birləşmələrindən və terminlərdən istifadə olunur.
Bu üslubun qrammatik xüsusiyyətlərinə görə, xüsusi isimlər, rəsmi 
sənədlərdə tarix, vaxt, nömrə dəqiqlik tələb etdiyi üçün saylar çox, 
sifətlər az işlənir. Təlimatların, protokolların, aktların və s. 
hazırlanmasında hadisə və proseslərin zamanına, təzahür formalarına 
uyğun olaraq, feilin müxtəlif şəkilləri (əmr, vacib, xəbər, lazım, arzu) 
və zamanlarından geniş istifadə olunur. Məzmunun dəqiqliyinə və 
aydınlığına xələl gətirə bildiyi üçün əvəzlik, demək olar ki, işlənmir. 
Sintaktik xüsusiyyətlərindən düzgün istifadə edilməsi sənədlərin 
forma və məzmununun, habelə məqsəd və vəzifələrinin aydın ifadə 
olunmasında mühüm rol oynayır. Xüsusilə mübtəda və xəbərin 
düzgün uzlaşdırılması işgüzar sənədlərdə fikrin düzgün dərk edilməsi 
üçün ən vacib şərtlərdən biridir. Rəsmi-işgüzar mətnlərdə mürəkkəb 
konstruksiyalara, tabeli mürəkkəb cümlələrə üstünlük verilir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin