Adiak imtahan suallarinin cavablari


  Elan, vəkalətnamə, əmr, hesabat



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix21.06.2023
ölçüsü0,6 Mb.
#133708
1   ...   34   35   36   37   38   39   40   41   42
ADİAK - İMTAHAN SUALLARININ CAVABLARI

58. 
Elan, vəkalətnamə, əmr, hesabat. 
Elan çap olunmuş xəbərdir – müəyyən məlumatın əvvəlcədən 
çatdırılması nəzərdə tutulur. Elana verilən tələblər: 
– Məzmunu aydın qeyd olunmalıdır; 
– Vaxtı dəqiq göstərilməlidir; 
– Tədbirin keçiriləcəyi yer yazılmalıdır; 
– Tədbirin təşkilatçısı qeyd olunmalıdır. 
Elanın aşağıdakı növləri vardır: reklam, afişa, anons. Reklam latın 
dilində “qışqırmaq” mənasındadır; Afişa fransızca “tamaşa, konsert, 
idman yarışı haqqında elan” deməkdir; Anons fransızca “müəyyən bir 
məsələ ilə bağlı radioda, televiziyada və mətbuatda əvvəlcədən 
verilən elan”dır. 
Vəkalətnamə ərəb-fars kompozitidir, “vəkillik kağızı” deməkdir. 
Vəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün 
lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. 
Əmr müəyyən ictimai münasibətləri nizama salan hüquqi normalar 
aktıdır. Əmrlər xüsusi formada verilir. Vərəqin birinci sətrində əmr 
verilən müəssisənin adı qeyd edilir, sonrakı sətirdə əmr sözü yazılır. 
Üçüncü sətirdə sol tərəfdə əmrin verildiyi tarix, əmrin nömrəsi, sağ 
tərəfdə əmrin verildiyi şəhərin adı yazılır. Aşağıda əmrin verilmə 
səbəbi və məqsədi göstərilir. Ondan aşağıdakı sətirdə vərəqin 
ortasında ƏMR sözü yazılır. Sonra əmrin məzmunu verilir; əgər əmr 
müəyyən şəxsə və ya şəxslərə aiddirsə, onda şəxsin adı, soyadı və 
atasının adı qeyd edilir. Onun qarşısında isə əmrin ona aid olan hissəsi 
verilir. Sonda əmr verən məsul şəxsin vəzifəsi, titulu, adı və soyadı 
göstərilir. Rəhbərin imzasından sonra əmri hazırlayan şəxsin imzası 
verilir, möhürlə təsdiq edilir.
Hesabat ərəb dilində hesab sözünün cəmidir, verilən tapşırığın 
yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, 
kollektivə, təşkilata, ictimaiyyətə yazılı və ya şifahi şəkildə verilən 
rəsmi məlumatdır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin