AdigöZƏl bəy qarabağnamə


QIZILBAŞLARIN ÖZ ƏHDLƏRİNİ DÜBARƏ SINDIRIB



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix31.01.2017
ölçüsü1,85 Mb.
#7198
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

QIZILBAŞLARIN ÖZ ƏHDLƏRİNİ DÜBARƏ SINDIRIB 
ƏZƏMƏTLİ DÖVLƏTƏ QARŞI ƏDAVƏT VƏ İNAD 
GÖSTƏRMƏLƏRİ HAQQINDADIR 
İki uca və  işıqlı dövlət arasında lazımi  əsaslar üzrə sülh bağlandı. Keçmişdə 
olduğu kimi, əlaqə və münasibət davam edirdi. Məsihi (miladi) 1826-cı ildə xas və 
avam camaatın arasında belə bir şayiə yayıldı:  İranın dövlət adamları sülhü və 
müahidəni pozub ədavət fikrinə düşmüşlər. Rusiyanın dövlət başçıları buna 
inanmadılar. Onlar bu şayiələri yalan hesab etdilər. Bu əsnada, uca mərtəbə sahibi 
böyük imperator və  əziz  şahənşah tərəfindən knyaz Menşikov səlahiyyətli səfir 
sifətilə İrana gedirdi. O, Qarabağa gəlib Xudafərin körpüsündən keçdi və İrana getdi
4

Bu iş xas adamları və 
                                                 
1 Şirvanlı Mustafa xan 1820-ci il avqustun 19-da İrana qaçmışdır. B a x: General-mayor Vlasovun Səlyan kəndindən 
general Yermolova göndərdiyi 1820-ci il 19 avqust tarixli 43 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1212, səh. 810). 
Qarabağlı Mehdiqulu xan 1822-ci il noyabrın 21-də  İrana qaçmışdır. B a x: Knyaz Madatovun general-leytenant 
Velyaminova yazdığı 1822-ci il 21 noyabr tarixli 916 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1293, səh. 848). 
2  Şəkili  İsmayıl xan 1819-cu il iyulun 24-də  vəfat etmişdir. B a x: 9-cu Yeger
 
polku mayoru 2-ci fon-Disterlonun 
general-leytenant Velyaminova yazdığı 1819-cu il 24 iyul tarixli 81 nömrəli raport (AKAK, c. VI, h. I, səh. 738). 
3 Divanbəyilər komendantların sədrliyi altında iclas edərdilər və vilayəti idarə etmək işində müşavir və müavin sifətilə 
işləyirdilər. 
4 Knyaz Menşikov 1826-cı il mayın 23-də Xudafərin körpüsü yanında, iyunun əvvəllərində isə Təbrizdə idi. B a x: 
General-mayor knyaz Menşikovun Arazın sol kənarı Xudafərin körpüsü yanında general-leytenant Velyaminova yazdığı 
1826-cı il 23 may tarixli raport (AKAK, c. VI, h. II, sənəd 620, səh. 344).
 
90 

avam camaatı arxayın etdi. Mən özüm üç il olardı ki, İrəvan tərəfində  sərhəd 
qarovulçuluğuna təyin edilmişdim. Hər gün qarapapaqlardan
1
 doğru xəbərlər və 
səhih əhvalat bilib naçalnikə yazırdım. Axırda o böyük cənab (naçalnik) məni başa 
saldı ki, bundan sonra mənə bu qorxulu xəbərləri yazmayın; çünki mən də labüd 
qalıb bu xəbərləri dövlət başçılarına yazıram. Onlardan isə məzəmmətdən başqa bir 
cavab almıram. Sən öz tədarükündə hazır ol və öz işlərinə ehtiyatla yanaş. 
Müxtəsər, yuxarıda adı  çəkilən elçi Təbrizdən və Qoçandan keçdiyi zaman 
qızılbaş qoşunu ilə görüşüb vəziyyətlə tanış oldu. Bu barədə dövlət adamlarına və 
qüdrət sahibi olan səltənət başçılarına xəbərdarlıq edə bilmədi
2
. Qızılbaşlar gəlib 
Araz çayından keçdikləri zaman
3
 çayda çimən bir neçə qazağı öldürdülər. 
Qarabağlıların məsləhət və  məşvərətilə oradan Gorusdakı batalyon üzərinə 
yeridilər. Batalyona da hökm olunmuşdu ki, durmadan və ləngimədən təcili surətdə 
Qalaya (Şuşaya) hərəkət etsin. O zaman naib (mənsəbində) olan poruçik Səfərli bəy 
də  bələdçi idi. Yol ilə gedərkən Korunzor yaxınlığında (qızılbaş) qoşununa rast 
gəldilər. Orada müharibə oldu. Günəş hərarətindən qoşuna bərk susuzluq üz verdi. 
Özlərini Həkəri çayına yetirməyə çalışdılar. Kapitan Hacı Ağalar bəy (əhvalatdan) 
xəbərdar oldu. Bir neçə  nəfər bəyzadə ilə  əlbir olaraq kürdlərin piyada və 
süvarisini topladı. Gəlib çayın bu tərəfini kəsdi. Soldatlara hər iki tərəfdən keçməyə 
macal vermədilər. Bəzisini iti qılıncdan keçirdilər, bəzisini də əsirlik kəməndinə 
                                                 
1 Qarapapaqlar - Zaqafqaziyanın müxtəlif yerlərinə səpələnmiş bir Azərbaycan tayfasıdır. 
2 Knyaz Menşikov İran hökumətinin Rusiyaya qarşı müharibə etmək niyyətində olduğunu göstərən faktlar haqqında 
general-leytenant Velyaminova xəbər vermişdi. B a x: General-mayor knyaz Menşikovun Xoca Qiyas kəndi yanındakı 
düşərgədən general-leytenant Velyaminova yazdığı 1826-cı il 23 iyun tarixli raport (AKAK, c. VI, h. II, sənəd 628, səh. 
347). Həmçinin bax: Knyaz Menşikovun general-leytenant Velyaminova verdiyi 1826-cı il 2 iyul tarixli məlumat (AKAK, c. 
VI, h. II, sənəd 633, səh. 349). 
3  İran qoşunlarının böyük qüvvələrlə Qarabağa daxil olması haqqında bax: Çara I 1826-cı il 30 iyul tarixində 
göndərilən raport (AKAK, c. VI, h. II, sənəd 651, səh. I 357). İran qoşunlarının ilk destələri 1826-cı il iyunun 15-də sərhədi 
bir neçə yerdə keçmişdilər. B a x: N.Dubrovin " История войны и владичество pyccких на Kaвкaзe", c. VI, səh. 617, SPb 
capı,
 
1888-ci il
  
 
91 

saldılar
1
. Kimsə nicat tapa bilmədi, heç kəsin qaçıb qurtarmağa macalı olmadı. 
Sonra, bu əsirləri götürüb Korunzora Hacı Ağalar bəyə qonaq getdilər. Oradan bir 
fəthnamə yazıb polkovnik Nazimkanı  və mayor Kovalenskini, sair zabitlər və  əsir 
edilən soldatlarla Fətəli  şahın hüzuruna göndərdilər. O zaman şah, qoşunu ilə 
birlikdə Ərdəbildə idi. Qarabağlı Mehdiqulu xan və sərdar Əmir xan Naxçıvandan 
yola düşüb gəldilər. Korunzorda şahzadəyə yetişdilər. Səhər vaxtı köçərək, Mehdiqulu 
xanı dağlıq yerlərdən, kürd obaları içindən yola saldılar. Şahzadə Çanaxçıda olan rus 
qoşununu məhv etmək üçün oraya getməyi qərara aldı. 
Araz kənarında qazaqlar öldürüldüyü zaman Mehdiqulu xanın Vərəndə 
mahalında sakin olan qardaşı Süleyman bəy, sair əqrəbası ilə dönüklük və xəyanət 
etdi. Bu zaman polk komandiri general Reutt cəld tərpənib qoşunu Qalaya (Şuşaya) 
daxil etdi
2

Zərgər, Darağoz və sair ətrafda olan Cavanşir elatı, ağruq
3
  gətirənlərə macal 
verməyib Ağoğlanı, qoşunun vəsait və ləvazimatını talan etdilər. O zaman mən də 
qoşun üçün azuqə göndərmişdim. Onlar azuqə aparanların yüklü ulaqlarını da çal-çap 
edib apardılar. 
Şahzadə oradan Gorus yolu ilə Çanaqçıya getmək fikrində idi. Bu əhvalatı eşidib 
Qalaya tərəf hərəkət etdi. Bir mənzil qalmış yürüşə başladı. Qalanın bir güllə 
mənzilliyinə, hətta barısı  və hasarı altına yetişmiş olduğu halda, yenə  məqsədinə 
çatmayıb geri qayıtdı; çünki polkovnik və komendantın möhkəm tədbirləri onu 
naümid edib, (geri) qayıtmağa məcbur etdi. Bir para ermənilər də  şuşa-kəndli Səfər 
yüzbaşını görürüb, Qalanın cənub tərəfində olan Xəzinə qayasında səngər qayırıb 
oturdular. (Şahzadənin  əsgərləri) onların səngərini almaqdan aciz qaldılar. Lakin 
şəhərdən başqa Qarabağ əhalisi, 
                                                 
1
 
Gorusdan  Şuşaya gedən Rusiya qoşunları  dəstəsinə vurulan zərbə haqqında
 
bax: Abbas Mirzə  tərəfindən 
göndərilmiş  və 1926-cı il 25 iyulda Təbrizdə elan
 
edilmiş  məlumat (AKAK, cild VI, h. II, sənəd 650, səh. 356-357). 
Müqayisə et:
 
N.Dubrovinin yuxanda göstərilən əsəri, c. VI, səh. 624. 

 
42-ci Yeger polkunun komandiri polkovnik Reutt doqquz rotadan ibarət olan Qarabağdakı polkunun beş rotası ilə 
Şuşa qalasında sığınaq etmişdi. Bu qala bir az sonra, 1826-cı il iyulun 25-dən başlayaraq İran qoşunlarının əsas qüvvələri 
tərəfindən mühasirəyə alınmışdı. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 iyul tarixli raport (AKAK, c. VI, 
h. II, sənəd 651, səh. 357). Müqayisə et: N.Dubrovinin yuxarıda göstərilən əsəri, c. VI, səh. 635. 

  
Ağruq - qoşunun çadır, azuqə və sair ləvazimatı deməkdir. 
 
92 

bütün bəylər, sultanlar və  məliklər xanın yanına və Naibüssəltənənin hüzuruna 
gedib, əmr və nəhyini yerinə yetirdilər
1
. Gözəl xələtlər aldılar və bollu nemətlərlə başı 
uca oldular. Qızılbaş və Qarabağ qoşunlarını götürüb şəhəri üzük qaşı kimi ortaya 
aldılar. Hər gün dava və müharibə (ilə  məşğul olub) bir saat müqavimət və 
çarpışmadan əl çəkmirdilər. Bu zaman rus qoşunu Talış vilayətindən çıxdığı üçün 
Talış xanları itaət boyunduruğunu öz boyunlarından atdılar
2
. Talış hakimi Mir Həsən 
xan öz qardaşlarını buraya, şahzadənin
3
 hüzuruna göndərmişdi.  Şirvanlı Mustafa 
xan da Şirvana getdi. Şirvan əhalisi onun hiyləsinə aldanıb itaətini qəbul etdi. Üsyan 
havası ilə dönüklük nağarasının səsini ucaltdılar
4
. Rus qoşunu ilə dəfələrlə müharibə 
etdi. Axırda ruslar Şirvan kəndlərində olan əsgər və  tərəfdarlarını toplayıb, Quba 
tərəfinə getdilər. Mustafa xan da müstəqil olaraq xanlıq taxtına təkyə etdi və köhnə 
Şamaxıda oturdu. Şəkidəki rus böyükləri də Şəkini boşaldıb Tiflisə getdilər
5
. Səlim 
xanın oğlu Hüseyn xan da gedib Şəkidə xanlıq taxtında müstəqil oldu. Zurnabadda 
olan qoşun gəncəlilərdən xahiş etdi ki, onlara izn versinlər Gəncədən keçib Tiflisə 
getsinlər. Gəncə əhalisi əhva-  
                                                 
1 Öz rahatlıqlarını xan hökmranlığının bərpası ilə  əlaqədar etmiş  bəylərin bir hissəsi  İran qoşunları  tərəfinə keçdi. 
İrana tərəf keçən bəylərin bu hissəsinə onlara bağlı olan nökərlər və maafların bir hissəsi də qoşulmuşdu. Kəndlilərin əsas 
kütləsi isə İran qoşunlarına düşmən idi. 
Yerli əhalinin Rusiya qoşunlarına olan xeyirxahlığını şişirtməyə heç də mail olmayan A.P.Yermolov general Paskeviçə 
göndərdiyi öz əmrlərinin birində qeyd etmişdir: Tatarlardan (azərbaycanlılardan - V.L.) bir çoxları ya xəyanətdə  iştirak 
etmirlər, ya da məcburi olaraq bu xəyanətə sövq edilirlər. Onların hamısı cidd-cəhdlə qulluq edəcəklər, yaxud heç olmasa 
ərzaq toplanışı  işində yardım göstərəcəklər". General Yermolovun general-adyutant Paskeviçə göndərdiyi 1826-cı il 4 
sentyabr tarixli məktub (AKAK, c. VI, h. II, sənəd 676, səh. 373). 
2 Talış xanı Talış xanlığında olan Kaspi dəniz batalyonu postları üzərinə hücum etmiş və onlara olduqca böyük tələfat 
vermişdi. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 iyul tarixli raport (AKAK, c. VI, h. II, sənəd 651, səh. 
357). 
3  Burada Abbas Mirzə nəzərdə tutulmuşdur. 
4 Mustafa xanın Şirvana girməsi haqqında bax: AKAK, c. VI, h. II, sənəd 651, səh. 357. Şirvanda Rusiya qoşunlarına 
qarşı olan üsyanda iştirak edənlər, öz rahatlıqlarını xanlar hökmranlığında görən ayrı-ayrı əhali qrupları idi. Kəndli kütlələri 
isə nə Mustafa xana və nə də onunla gələn İran qoşunlarına yardım edirdilər. 
5 Şəki rayonunda yerləşən iki rotanın geri qaytarılması haqqında b a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 
13 avqust tarixli məktub (AKAK, c. VI, h. II, sənəd 661,səh. 362). 
 
 
93 

latdan xəbər tutan kimi, onlara mane oldu. Rus qoşunu geri qayıtdı. Uğurlu xan da 
gəlib Gəncədə xan oldu. Knyaz Səvirzə mirzə (Savarsamidze) Pənbək
1
 və Şoragildən 
çıxdıqdan sonra, Hüseyn xan
2
  və  Həsən xan
3
  İrəvan tərəfindən gəlib, Rusiya 
hökumətinə aid dam-daşı  yıxıb od vurdular və oralara yiyələndilər
4
. Hətta Həsən 
xan gedib Borçalı mahalında Künçik altında yaşayan nemesləri soyub çox əsirlər 
gətirdi. Qızılbaşlar hər gün yalan şayiələr çıxarıb deyirdilər ki, sərdar general 
Yermolov Tiflisi boşaldıb Rusiyaya getmək istəyir, Madatovdan da bir xəbər 
yoxdur. 
Mənim qasidim gəlincəyə qədər belə keçdi. Sonra o, gəlib xəbər gətirdi: "Sərdar 
Yermolov Tiflisdə çox vüqar və arxayınlıqla oturmuş, Madatov da külli qoşunla 
Rusiyadan gəlmişdir. Deyirlər ki, onun ixtiyarında olan əsgərlər padşahın öz xüsusi 
alaylarındandır". 
Bu xəbərləri eşitdikdən sonra, qızılbaşlar qəflət yuxusundan ayıldılar. 
Naibüssəltənə  vəliəhd Məhəmməd Mirzəni, dayısı  Əmir xan sərdarı  və  Nəzərəli 
xanı külli qoşunla göndərdi ki, gedib Gəncədə dursunlar. Tam ehtiyatla qalanı 
möhkəmləndirib hüdudları qorumaqla məşğul olsunlar. 
Burada, əvvəla, Qala (Şuşa) mühasirə olunduqdan bir neçə gün sonra, vəliəhd öz 
hüzuruna yaxın olan adamlardan Bicən xanı ümid, müjdə və nəvazişlər vədilə Qalaya 
(Şuşaya) göndərdi ki, şəhəri təslim etsinlər. Ondan sonra mayor Qlukini 
(Klugenaunu)
5
 Qaladan göndərdilər. Xülasə, çox müşavirə və hədsiz danışıqlardan 
sonra belə  qərara gəldilər ki, komendant mayor Çilyayevi bir kapitanla girov 
versinlər. Mayor Klugenaunu bir yüzbaşı ilə birlikdə sərdar Yermolovun hüzuruna 
göndərdilər ki, qalanı  təslim etməyə razı olsun. Sərdar Yermolov da cavabında 
yazdı: "Rus dilində kapi- 
                                                 
1 Polkovnik knyaz Savarsamidze Pənbək və  Şoragil distansiyalarının rəisi idi. İran ordusunun böyük qüvvələrinin 
1826-cı il iyul ayında etdikləri hücum zamanında rus dəstələri sərhəd postlarını tərk etməyə məcbur oldular.
 
  
2 Hüseyn xan İrəvan sərdarı idi. 
  
3 Həsən xan sərdar Hüseyn xanın qardaşı idi. 
4 Rus qoşunlarının Penbək və  Şoragildən Gəncəyə (Yelizavetpola) geri çəkilmələri və  İran sərdarı Hüseyn xanın 
hərəkatı haqqında b a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 12 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 
681, səh. 375).
 
  5 Mayor Klugenaynun Abbas Mirzə ilə etdiyi müzakiratın müfəssəl mətni N.Dubrovinin "История  войны  и 
владичество pyccких на Kaвкaзe" adlı əsərində dərc edilmişdir (c.I, SPb, 1888 səh. 637-639). 
 
 
94 

tulyasiya yoxdur; çünki kapitulyasiya fransız dilində qalanı təslim etməyə deyilir". 
Mayor özü orada qalıb kağızı İbrahim adlı bir yasavulla göndərdi. Burada kağızı 
tutub vermədilər. Bu əsnada Allahyar xan çoxlu əsgərlə gəlib şahzadənin qoşunu ilə 
birləşdi. Yenə yürüş binası qoydular. Lakin bir nəticə hasil olmadı. Şəhərin ətrafında 
düşdülər. Bu əsnada, Əmir xan sərdarın Madatovla müharibə etməsi, öldürülməsi və 
qoşununun sınması (xəbəri)
1
  şahzadəyə çatdı. Köç edib Ağdama yetişdi. Oradan 
komendantı
2
 və məni Təbrizə göndərdi. Mehdiqulu xanı Qarabağda qoyub özü Gəncə 
tərəfinə getdi. Madatov Əmir xan sərdan öldürüb Gəncəyə girdi
3
. Ardınca sərdar 
Paskeviç öz qoşunu ilə gəlib, onlara yetişdi. Qızılbaşlar çəkilə-çəkilə gəlib Gəncə 
torpağına girdilər. Yük və çadırlarını Kürək çayında qoydular. Yalnız atlı  və 
serbazları götürüb Gəncə vilayətində olan Zazalı çayının üstündə gecəni keçirdilər. 
Səhər vaxtı sərdar Paskeviç və general Madatov qoşunlarına nizam verib Şeyx 
Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük, 
sultani bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar basıldılar
4
. Məğlubiyyətin 
qabağını almaq     
                                                 
1 Mirzə Adıgözəl beyin qeyd etdiyi vuruşma rus qoşunları ilə  İran qoşunları arasında 1826-cı il sentyabrın 2-də 
Şamxor çayının sağ  tərəfində baş vermişdir. Abbas Mirzənin oğlu Məhəmməd Mirzənin və  sərdar  Əmir xanın başçılığı 
altında olan qoşunlar 2 min mütəşəkkil piyadadan və 8 min atlıdan ibarət idi. Bu qoşunlar general-mayor Madatovun 
komandası altında olan min beş yüz nəfər rus əsgəri tərəfindən darmadağın edildilər.  İntizamsız bir halda qaçan İran 
qoşunlarının təqibində Qazax rayonunun atlıları da iştirak edirdilər. Bu atlılar  İran qoşunlarına böyük tələfat verib çoxlu 
qənimət aldılar. B a x: General Yermolovun çara yazdığı 1826-cı il 7 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 677, 
səh. 373, 374). 
2 Yuxarıda adı çəkilən mayor Çilyayev. 
3 İran qoşunları Şamxor yaxınlığında məğlub olandan sonra Gəncəni tərk etdilər. General Madatov sentyabrın 4-də bir 
güllə belə atmadan Gəncəni işğal etdi. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 7 sentyabr tarixli raport 
(AKAK, c VI, h. II, sənəd 678, səh. 374). 
4 Şahzadə Abbas Mirzənin riyasəti altında olan İran qoşunları və general Paskeviçin komandanlıq etdiyi rus qoşunları 
arasında vaqe olan şiddətli vuruşma 1826-cı il sentyabrın 13-də  Gəncənin yaxınlığında Nizami məqbərəsi yanında baş 
vermişdir. Bu müharibədə qırx min nəfərlik İran ordusu on min nəfərlik rus dəstələri tərəfindən məğlub edildi. İran ordusu 
bu məğlubiyyətdən sonra Şuşanın mühasirəsindən əl çəkib Araz çayının o tərəfinə qaçdı. B a x: General Yermolovun çara 
göndərdiyi 1826-cı il 30 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 690, səh. 380). 
 
 
95 

mümkün olmayıb qaçdılar. Bir gün bir gecədə Arazdan keçdilər. (Onların) iki topu 
Tərtər çayı ilə  İncə çayı arasında qalmışdı. Arazdan keçdikdən sonra, yenə tab 
gətirməyib dağıldılar.  Şah o zaman Ərdəbildən köçüb gəlmiş  və  Əhərin 
yaxınlığında olan Təviləyi-Şam adlı yerdə durmuşdu. Naibüssəltənə  şahın 
hüzuruna getdi. Sərdar Paskeviç də  gəlib bir müddət Təxti-Tavusda qaldı  və 
istirahətlə məşğul oldu. Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn 
xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir 
obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib 
Qaradağa öz evinə getdi
1
. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar bu tərəfdən 
qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə 
taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı
2
. Sərdar Paskeviç də 
Arazdan keçdi, gedib Qaradağ ölkəsini qarət edərək çoxlu əsir gətirdi
3
. Qarabağda 
xalqı yerbəyer və sakit etdi. Artıq qoşununu götürüb Tiflisə yola düşdü. Sonra 
Madatov Qaradağ
4
  və  Şirvanat qoşununu cəm etdi və soldatlarını götürüb 
Mişkinədək getdi
5
. Çoxlu qarət edib Şahsevən xanlarını          
                                                 
1 Gəncə yaxınlığında müharibədə məğlub olmuş və Araz çayının o tayına qaçmış İran ordusu özünün Quba və Şirvan 
vilayətlərində olan dəstələrinə kömək etmək üçün bir daha bu tərəfə gəlməyə cəsarət etmədi. Quba vilayətində olan şahzadə 
Şeyx  Əlimirzə  və  şirvanlı Mustafa xan, yolların ruslar tərəfindən kəsiləcəyindən qorxaraq sentyabrın 24-də Quba 
torpaqlarını tərk edərək İrana qaçdılar. B a x: General Yermolovun çara yazdığı 1826-cı il 21 oktyabr tarixli raport (AKAK, 
c. VI, h. II, sənəd 694, səh. 383). 
2 General Yermolov Kaxetiyadan toplanmış rus qoşunları ilə Alazan çayından keçərək 1826-cı il oktyabrın 19-da 
Nuxa şəhərinə daxil oldu. Rus qoşunlarının yaxınlaşmasını eşidən Nuxa xanı İrana qaçdı. B a x: General Yermolovun çara 
yazdığı 1826-cı il 21 oktyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 694, səh. 383). General Yermolov bu raportunda Şəki 
vilayəti  əhalisinin  İran qoşunlarına qarşı münasibətindən bəhs edərək belə yazır: "Şəki vilayətində  bəylərin çox hissəsi 
alçaqcasına xəyanət etməkdə müqəssirdirlər. Lakin qara camaat (Abbas Mirzə  tərəfindən göndərilmiş - V.L.) xanın 
qovulmasından sevinirlər. Əhalinin əhval-ruhiyyəsi başqa vilayətlərdə də belədir". 
3 Abbas Mirzənin qoşunlarını Araz çayından uzaqlaşdırmaq məqsədilə general Paskeviç oktyabrın 25-də Arazın sağ 
tərəfinə keçdi. Rus qoşunları altı gündən sonra, yəni oktyabrın 31-də Arazın sol tərəfinə qayıtdılar. B a x: General 
Yermolovun çara göndərdiyi 1826-cı il 14 noyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 698, səh. 385). 
4 Mətndə səhv getmişdir, "Qarabağ" olmalıdır. 
5 M i ş k i n - İran Azərbaycanı şəhərlərindən birinin adıdır. 
 
 
96 

itaətə gətirdi. Xəyanət fikrinə düşməmək üçün onlara and içdirdi
1
. İran məmləkətinə 
bir vəlvələ düşdü. Təbriz şəhərində müdafiə işləri görüldü
2
. "Rus qoşunu gəlir" sözü 
ağızlarda söylənməyə başladı. 
Bu zaman biz Təbrizdə dustaq idik. Şəhərin vəziyyətindən və əhalisinin hal və 
hərəkətindən anlaşılırdı ki, əgər general Madatov gəlsə idi, qorxu və davasız Təbrizi 
ala bilərdi. Bu halda Madatovun qayıtmaq xəbəri onlara çatdı. O camaata çox şadlıq 
üz verdi. Madatov qayıdıb Tiflisə  hərəkət etdi. O, tədarük və hazırlıq görürdü ki, 
bahar fəsli İran tərəfinə getsin. Sərdar Yermolov da lazımi tədarüklərlə Madatovu 
İran səfərinə yola saldı. Madatov Xudafərin körpüsünə qədər gəlmişdi. Qızılbaşlar 
da (onu) qarşılamış və dava qızışmışdı. Bu zaman Yermolov sərdarlıqdan götürüldü. 
Paskeviç

müstəqil olaraq sərdarlıq taxtında oturdu. Polkovnik knyaz Abxazovu
4
 bu 
şəhərlərə hakim təyin etdi. General Madatov isə, hökmü altında olan ordunu general 
Pankratiyevə
5
 tapşırdı. Abxazovu ştab naçalniki təyin etdi. Tiflisdən (çıxıb) beş 
günə Xudafərin körpüsündə orduya yetişdi. O gecəni qalıb işləri Madatovdan 
(təhvil) aldı. Səhəri Madatovu Tiflisə yola saldı. Qoşunu köçürüb qayıtdı. Gəlib 
Qozluçay adlı yerə çatdı. Sərdar Paskeviç isə lazımi təda-       
                                                 
1 1826-cı il dekabrın 28-də rus qoşunlarının bir dəstəsi general-leytenant Madatovun komandanlığı ilə Araz çayını 
keçdi. Bu dəstənin içində Qarabağ və Şirvan atlıları da var idi. Bu qoşun Mişkin qəzasında olduğu zaman Mişkin qəzasənən 
hakimi  şahsevənli  Əta xan, Şeqaqi xalqının nümayəndələri, Qarabağ xanlığının hörmətli ağsaqqalları  və qaraqoyunlu 
Məhəmməd xanın Qaradağda yaşayan oğlu knyaz Madatovun yanına gələrək rus himayəsi altma alınmalarını xahiş etdilər. 
Rus qoşunlarının bu dəstəsi 1827-ci il yanvarın 16-na qədər Qaradağ xanlığında qaldı  və sonra Arazı keçərək Qarabağa 
qayıtdı. B a x: General Yermolovun çara yazdığı 1827-ci il 12, 20 və 26 yanvar tarixli raportlar (AKAK, c. VI, h. II, sənəd 
703-705, səh. 387-389). 
2 Yenə orada. 
3 General İ.F.Paskeviç 1827-ci il mart tarixli fərman üzrə əhaliddə Qafqaz korpusu komandanı, Gürcüstan, Astraxan 
və Qafqaz vilayətləri mülki və sərhəd işləri idarəsi rəisi vəzifəsinə təyin edilmişdir. B a x: Çarın dövlət senatına göndərdiyi 
1827-ci il 28 mart tarixli fərman. SPb (AKAK, c. VII, sənəd 2, səh. 1). 
4 Knyaz Abxazov general Madatovun yerinə Qarabağ, Şəki və Şirvan vilayətləri idarəsi rəisliyinə 1827-ci ilin aprel 
ayında təyin edilmişdir. 
 
5  General-mayor Pankratiyev artıq 1827-ci ilin may ayında Qarabağ qoşunları
 
komandanı idi. B a x: General 
Paskeviçin Ağzıböyük postundan çara yazdığı 1827-ci il 17 may tarixli 17 nömrəli raport (AKAK, c. VII, sənəd 507, səh. 
542). 
 
97 

rüklərlə İrəvan torpağına hərəkət etdi
1
. İrəvan sərdarı bütün elatı köçürtdü. Yalnız 
qardaşı Həsən xanı Sərdarabad
2
 və İrəvan qalalarını mühafizə etməkdən ötrü qalada 
qoydu. Özü isə  ətrafda dolanmaqda idi. Bu əsnada, Dəralagözdə olan Qarabağ 
hakimi həmail sahibi general-mayor cənab Mehdiqulu xanla Paskeviç arasında gəliş-
gediş oldu. Mehdiqulu xan İran dövlətindən üz çevirib bu işıqlı dövlətin itaətinə 
gəlmək istəyirdi. Knyaz Abxazov Pankratiyevlə müşavirə etdi. İki batalyon qoşun 
götürüb Mehdiqulu xanın yanına getdi. İki dövlətin sərhədində olan Ağ karvansarada 
görüşdülər. Knyaz onu xatircəm etdi. Ona qoşulan və tabe olan adamları köçürməklə 
məşğul oldu
3
. O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. 
Mənim orada olduğumu bilib yanıma bir qasid göndərdi. O mənə  xəbər verdi: 
"Knyaza bildirin ki, bu tərəfə  hərəkət etsin, buraya gələn kimi qalanı ona təslim 
edərəm". 
Bunlar da (məsələni) ətraflı surətdə müzakirə etdilər. Sərdarın izni olmadığından 
cəsarət etməyib keyfiyyəti sərdarın hüzuruna ərz etdilər. Özləri Qarabağa gəldilər. 
Uca nəsilli sərdar bu xəbəri eşidən kimi İrəvandan  əl çəkib Abbasabad tərəfinə 
hərəkət etdi. Bu xəbər Qızılbaş dövləti başçılarının qulağına çatdı. Qacar 
Məhəmmədəmin xanı neçə min nəfər qoşun, Bəxtiyari
4
 sərbazları və bir neçə nəfər 
xanla Abbasabad qalasına
5
 göndərdilər. Abbasabad qalasının ixtiyarı Ehsan xandan 
alındı. Sərdar gəlib Abbasabadı mühasirə etdi. Bir neçə gündən sonra 
Naibüssəltənə çoxlu əsgərlə o   
                                                 
1 General Paskeviç artıq 1827-ci ilin iyun ayında öz qoşunları ilə  İrəvanın yaxınlığına çatmışdı. B a x: General 
Paskeviçin Eçmiədzindən qraf Nesselroda yazdığı 1827-ci il 18 iyun tarixli 90 nömrəli təliqə (AKAK, c. VII, sənəd 511, səh. 
548). 
2 Sərdarabad qalasının müdafiəsi və qalanın 1827-ci il 19 sentyabrda rus qoşunları tərəfindən alınması haqqında. B a 
x: General Paskeviçin təliqəsi (AKAK, c. VII, sənəd 1518, səh. 561). 
3 Mehdiqulu xanın Qarabağa qayıtması  və Mirzə Adıgözəl bəyin bu işdə olan xidməti haqqında. B a x: General 
Paskeviçin Eçmiədzindən qraf Dibiçe yazdığı 1827-ci il 12 iyun tarixli 62 nömrəli raport (AKAK, c. VII, sənəd 402, səh. 
453, 454). 
4 Bəxtiyari - İranda yaşayan tayfalardan birinin adıdır. 
5 Abbasabad qalası Araz çayının kənarında Naxçıvanın 10 verstliyində idi. Naxçıvanlı Ehsan xanın və  təbrizli 
Məhəmmədrza xanın komandası altında olan 3 min nəfərlik qarnizon bu qalanı müdafiə edirdi. Onların hər ikisi şahın 
kürəkəni baş komandan Məhəmmədəmin xana tabe idilər. B a x: General Paskeviçin Abbasabaddan çara göndərdiyi 1827-ci 
il 4 aprel tarixli raport (AKAK, c. VII, sənəd 513, səh. 550). 
 
 
98 

tərəfdən görünməyə başladı
1
. Sərdarın əmrinə görə, əvvəl süvari qazaqlar, sonra da 
soldatlar Arazdan keçdilər. Düşmənlə müharibə etdilər, Abbas Mirzə basıldı
2
. Rusiya 
qoşunu qayıdıb qalanın dörd tərəfindən yürüş etdi. Xəndəklər qazıyıb lağımlar atdılar. 
Qala  əhalisi  şahzadənin köməyindən məyus oldu. Onlar lağımların yaxınlaşdığını 
görüb Ehsan xanı da özlərinə xain hesab etdiklərindən, qalanı təslimə razı oldular. 
Sərdar Paskeviç qalanı aldıqdan sonra toplarını və sair hərbi sursatını öz ixtiyarına 
aldı
3
. Qalada olan Məhəmmədəmin xanı, sair xanlar və  sərbazlar ilə  əsir edib 
Qarabağ yolu ilə Tiflisə göndərdi. Ehsan xana da xidmətinin müqabilində, Naxçıvan 
qalasının naibliyini mərhəmət etdi. Hava həddindən artıq isti olduğundan qalada kutval 
(qalabəyi) qoyub özü Qarababa yaylağına köçdü və orada yerləşib oturdu. 
Sonra Abbas Mirzə  eşitdi ki, qalaları kökündən yıxmaq üçün böyük toplar 
gətirirlər. Məktublar yazdı, Araz çayının o tərəfindən yürüş edib, çaydan keçdi. 
Avaran adlı yerdə Rusiya qoşunu ilə sultani bir müharibə oldu
4
. Hər iki tərəfdən 
igidlik və rəşadət göstərildi. Susuzluq soldata çox əziyyət verdi. (Bu vuruşmada) 
hətta general Krasovskiyə  də bir neçə güllə  dəydi.  Şahzadə bununla kifayətləndi, 
şadlıq və sevinclə (geri) qayıtdı. Seyr və səfa yeri olan Xoy şəhərinə yola düşdü. 
Bu zaman sərdar Paskeviç Qarababa yaylağında bu qorxunc hadisəni eşitdi. Öz 
zəfər nişanəli əsgərlərinin ağır yüklərini və ava-        
                                                 
1 İran ordusunun mühüm bir hissəsi Araz çayının sağ tərəfində Abbasabad qalasının
 
qabağında 1827-ci il aprelin 5-də 
göründü. B a x: General Paskeviçin Abbasabaddan çara göndərdiyi 1827-ci il 7 iyul tarixli raport (AKAK, c. VII, sənəd 515, 
səh. 551). 
2 Vuruşma Araz çayının sağ tərəfində Cavan bulağı yaxınlığında əmələ geldi. Abbas Mirzənin komandanlığı altında 
olan 16 min nəfərlik İran ath qüvvələri məğlub oldular. B a x: General Paskeviçin Abbasabaddan çara yazdığı 1827-ci il 7 
iyul tarixli raport (AKAK, c. VII, sənəd 515, səh. 551). 
3 Abbasabad qalası 1827-ci il iyulun 7-də rus qoşunlarına teslim edildi. Qalada olan 18 top rusların əlinə keçdi. B a x: 
General Paskeviçin yuxarıda göstərilən raportu (AKAK, c. VII, sənəd 515, səh. 552). 
4 General-leytenant Krasovskinin dəstəsi ilə Abbas Mirzənin qoşunları arasında vuruşma 1827-ci il avqustun 17-də, 
Krasovskinin dəstəsi Eçmiədzinə getdiyi zaman, yolun Abaran çayına yaxınlaşdığı yerdə baş vermişdir. Bu vuruşmada 
Krasovskinin dəstəsi çoxlu tələfat vermişdi. B a x: General Paskeviçin 1827-ci il avqust ayında çara yazdığı raport (AKAK, 
c. VII, sənəd 517, səh. 560).
 
 
99 

danlığını orada qoyub dava meydanına hərəkət etdi. Sərdar yetişincəyə  qədər 
şahzadə  hərəkət cilovunu çevirib (getmişdi). Sərdar oradan topları götürüb əvvəl 
Sərdarabad tərəfinə üz qoydu. Od yağdıran topların zərbəsilə onun bürc və barılarını 
tar-mar edib qalanı aldı. Sərdarabadda hədsiz ərzaq, pambıq və sair hərbi sursat ələ 
keçdi
1
. Oradan asudə olduqdan sonra, İrəvan tərəfinə hərəkət etdi. Keçmiş qayda ilə, 
bir neçə gün atəş püskürən toplar ildırım yağdırdılar. Şəhərin divarını alt-üst edib bir 
ovuc külə çevirdilər. Şəhər əhalisi çox çalışıb-çapaladı, bir fayda vermədi. Axırda 
Həsən xan və sair İran əmirləri tutuldular
2
. İrəvan işlərini yoluna qoyduqdan sonra
qoşunu toplayıb yeriyən atlarını yel kimi Xoy tərəfinə sürdülər. Knyaz Eristovun 
komandanlığı altında olan Qarababa yaylağındakı qoşuna, icrası vacib və lazım 
olan bir hökm verdi ki, tər tökərək at başı salıb təcili surətdə  Təbriz tərəfinə 
getsinlər
3

Özü gedib Xoy vilayətini aldı. Bu zaman knyaz Eristov da davasız-döyüşsüz və qan 
tökmədən Təbriz sahəsini zəfər bayrağının mahçəsi       
                                                 
1 Rus qoşunları  Sərdarabad qalasını mühasirə etdikləri zaman mühasirə toplarından istifadə etmişdilər. Bu toplar 
vasitəsilə qalanın dördguşəli orta bürcünü dağıtmış və qala divarını zədələmişdilər. İran qarnizonu sentyabrın 19-da qaçmaq 
fikrinə düşdü, lakin rus qoşunlarının hücumuna məruz qalaraq bir hissəsi qırıldı, qalanları da əsir düşdü. Sərdarabad 
qalasında 13 top, içində 14 min çetvert buğda olan bir anbar, çoxlu pambıq və külli miqdarda bant və güllə rus qoşununun 
əlinə keçdi. B a x: General Paskeviçin Sərdarabaddan çara göndərdiyi 1827-ci il 21 sentyabr tarixli raport (AKAK, c. VII, 
sənəd 521, səh. 563). 
2  İrəvan qalasının mühasirəsi və  ələ keçirilməsində  əsas rolu rus mühasirə topları oynamışdır. Bu topların atəşi 
nəticəsində qalanın divarları bir neçə yerdən sökülmüş  və  şəhərin içində mühüm təxribat  əmələ  gəlmişdi.  İrəvan  əhalisi 
şəhəri müdafiə etmək istəmirdi, ilk dəfə ağ yaylıqları qala divarları üstündə yerli əhali qaldırdı. İrəvan 1827-ci il oktyabrın 1 
-də alındı. Qalada 48 müxtəlif top, əlliyə yaxın falkozer (kiçik top) ələ keçirildi. B a x: General Paskeviçin İrəvandan çara 
yazdığı 1827-ci il 3 oktyabr tarixli raport (AKAK, c. VII, sənəd 523, səh. 564). 
3 Knyaz Eristovun dəstəsi 1827-ci il sentyabrın 11-də  Mərənddən çıxıb Təbrizə  tərəf yola düşdü. Knyaz Eristov 
Azərbaycan  əhalisinin rus qoşunlarına bəslədikləri münasibət haqqında belə yazmışdrr: "Hər yerdə  əhali bizim qoşunları 
düşmən deyil, öz himayəçisi kimi qarşılayırdı. Onlar böyük dəstələrlə bizim qoşunu pişvaz edir və adətləri üzrə öküzləri 
qurban kəsirdilər". B a x: General Paskeviçin Mərənddən çara göndərdiyi 1827-ci il 16 oktyabr tarixli raport (AKAK, c. VII, 
sənəd 526, səh. 568). 
 
 
100 

(ayparası) ilə işıqlandırdı
1
. Abbas Mirzənin qoşunu dağıldı. Özü isə çox xəcalətli bir 
halda Marağa hüdudunda vaxt keçirməkdə idi. 
Sərdar Paskeviç (artıq) Dehxarqana daxil olmuşdu. Abbas Mirzə hərçənd bir çox 
tədbirlər düşündü, lakin bundan başqa bir çarə taprnadı: bir neçə adamla sərdarın 
hüzuruna getdi. Sərdar da ona böyük izzət və hörmət göstərdi. Uzun müddət bir yerdə 
qaldılar. Sərhəd, barışıq və təzminat barəsində aralarında danışıq və müşavirələr 
oldu. Şah vaxtı uzatmaq məqsədilə bəzi təkliflərə razı olmadı. Axırda bunlar bir-birindən 
ayrıldılar. Sərdar Təbrizə daxil oldu. Abbas Mirzə də öz məmləkətinə getdi. Aralarında 
möhkəm bir əlaqə var idi. Sərdara da məlum idi ki, sülhün binasını yıxan ancaq şahdır. 
Bundan sonra sərdar vilayətlərə, özünün qalib və  sədaqətli qoşunlarına məktublar 
yazıb onları yığdı (digər tərəfdən də), səs saldı ki, mən Tehrana - paytaxt olan bu 
şəhəri fəth etməyə gedəcəyəm. Naibüssəltənə  də öz atasına məktub yazıb,  əhvalatı 
bildirdi. Məlum etdi ki, sərdar nagəhan bir bəla kimi üstünə gəlir. Axırda şah çarəsiz 
qalıb sülhə razı oldu. Türkmənçay adlı yerdə sülh oldu. Araz çayını iki uca dövlət 
arasında sərhəd təyin etdilər. (İran dövləti) yeddi kürur

dava xərci verməyə razı 
oldu. Bir neçə şərtnamə və əhdnamələr bağladılar. Dava xərci ödənincəyə qədər, 
Xoy vilayətini rəhn və girov saxladılar
3
. Təyin edilmiş dava xərci alındıqdan sonra, 
seyr və             
                                                 
1 Təbriz  əhalisi  şəhərin ahnmasında rus qoşunlarına kömək edirdi. Rus qoşun hissəsi komandanı knyaz Eristov, 
təbrizlilərin ruslara qarşı müqavimət göstərmədikləri və şəhəri müdafiə etmək istəmədikləri haqqında belə yazmışdır: "Şəhəri 
idarə etmək üçün göndərilmiş şahın birinci vəziri və kürəkəni olan Allahyar xan əhalini və orada olan iki batalyon sərbazı 
müdafiəyə  məcbur etmək məqsədilə bütün vasitələrə  əl atırdı. Nəhayət, camaata zülm etməyə başladı. O, xalqın burun-
qulağını kəsirdi, gözlərini çıxartdırırdı. Lakin onun bütün səyi boşa çıxdı. Rus qoşunları 1827-ci il oktyabrın 13-də döyüşsüz 
Təbriz şəhərinə girdi və çoxlu qənimət aldı, o cümlədən 40 müxtəlif top, mindən artıq tüfəng, on mindən artıq qumbara və 
çoxlu top gülləsi  ələ keçirdi. B a x: General Paskeviçin Mərənddən çara göndərdiyi 1827-ci il 16 oktyabr tarixli məktub 
(AKAK, c. VII, sənəd 526, səh. 568, 569).
2 Kürur - rus gümüş pulu hesabı ilə 2 milyon manata bərabərdir. 
3 Türkmənçay müahidəsində müəyyən edilmiş təzminatın ödənilməsini təmin etmək üçün Urmu və Xoy şəhərinin rus 
qoşunları  tərəfindən girov götürüldüyü haqqında qraf Paskeviçin Abbas Mirzəyə yazdığı 1827-ci il 16 aprel tarixli 17 
nömrəli məktubuna bax (AKAK, c. VII, sənəd 579, səh. 614). Yenə o barədə qraf Paskeviçin Abbas Mirzəyə yazdığı 1828-ci 
il 29 may tarixli 54 nömrəli məktubuna bax.
 
 
101 

səfa yeri olan Xoy vilayətini  İran dövləti mübaşirlərinə (məmurlarına) tapşırdılar. 
Uca nəsilli, şan-şərəf və iqtidar sahibi sərdar qoşununu götürüb, Darüssürura (Tiflisə) 
hərəkət etdi
1
. Bu zaman osmanlı dövləti tərəfindən dava başlandı
2
. Sərdar onlara qarşı 
tədarük görməklə məşğul oldu. 
Allah qoysa, bu Dağıstan hadisələri, əzəmətli və əbədi dövlət adamlarının arzu 
etdikləri kimi yazılıb qurtarar. Sonra osmanlı  əhvalatı  və hadisələri haqqında  ənbər 
qoxan qələmimin ahusu kağızın geniş sahəsində müşklər səpməyə başlayar və bu 
(mövzunu) ayrı bir cilddə müfəssəl surətdə qələmə alar...
3
SONUNCU FƏSİL 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin