AdigöZƏl bəy qarabağnamə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix31.01.2017
ölçüsü1,85 Mb.
#7198
1   ...   8   9   10   11   12   13   14   15   16

 

 
Qarabağ xanlığının gələcəkdə müstəqil qalması  məsələsini fikrə  gətirmək 
belə mümkün olmadığına görə Şuşada xanın qocalığından istifadə edən əyanlar 
bütün idarə  işlərini öz əllərinə alaraq biri-birinə düşmən olan iki dəstəyə 
bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziyanın işlərinə qarışmasını 
gözləyərək heç bir vəchlə İrana tabe olmaq istəmir, digəri isə əksinə, Məhəmməd 
bəy kimi bir düşmənin aradan çıxmasından sevinərək, İran hökmdarını hər vasitə 
ilə razı salmağa çalışır. Bu dəfə İran tərəfdarları xanı da 
                                                 
1  Məlum olduğu üzrə, bütün Şərq işğalçıları, etibarlı oturaq yerləri olmadığına görə, qiymətli  şeylərini həmişə öz 
yanlarında saxlayırdılar. Buna görədir ki,  Məhəmməd bəy Ağa Məhəmmed xanın iqamətgahını elə keçirərək oradan hədsiz-
hesabsız sərvət, o cümlədən qiymətli daş-qaş, qızıl, gümüş, şal, silah və s. tapmışdı. Öz qardaşlarına, bacılarına və İbrahim 
xana verdiklərindən başqa, qalan qiymətli şeylər Şuşada, şəhərin kənarında, Kirs dağında basdırılmışdı, qalanları isə onun 
yanında idi; gözü ilə görənlərdən eşitdiyimə görə o, Kələntərliyə 80 yüklə gəlmişdi. Məhəmməd bəyin bu sərvəti basdırması 
barəsində xalq arasında deyirlər ki, o bu işi ermənilərə gördürür və sonra da onları öldürürdü. 
Biz onu şəxsən tanıyan qocalardan bu barədə soruşduqda, onlar bu deyilən böhtanlardan acınacaqlı halda 
şikayətlənərək cavab verdilər ki, o doğrudan da bu işi gözübağlı ermənilərə  və iranlı  əsirlərə gördürürdü. Lakin o qədər 
ehtiyatlı  hərəkət edirdi ki, onlardan heç biri sərvətin hansı  tərəfdə basdırıldığını müəyyən edə bilməzdi. Lakin o, həmin 
adamlardan bir nəfərini belə öldürməyi fikrinə də gətirməmişdi. 
2 Onun kədərli ölümü barəsində yaranmış çoxlu xalq mahnılarından, Valeh təxəllüslü gülablı Molla Səfinin ən mühüm 
hadisələr haqqında söylədiklərindən aşağıdakı parçanı misal göstərək: 
 
Məhəmməd bəy kimi cəllad xunfəşan 
Görməmişdi hər güzidə bir cahan. 
Heyif ki, başadək sürmədi dövran, 
Getdi ürəyində arzuman hanı! 
 
203 

öz tərəflərinə  çəkərək üstünlük əldə etdilər. Bu dəstənin nümayəndələrindən 
Mirzəli bəy, Feyzi bəy və başqaları  Fətəli  şahın iradəsini yerinə yetirərək 
pişxidmət Səfərəlini Nuxa xanımdan tələb edib
1
, onu at kimi nallayaraq, habelə 
Ağa Məhəmməd xanın tikə-tikə olmuş  nəşini zər-zibaya bükərək, bunların 
hamısını müti bir itaətkarlıqla Tehrana göndərdilər. Bir müddətdən sonra, yenə 
də Fətəli şahın arzusuna görə, daha böyük bir ixlas ilə xanın oğlu Əbülfət xanı 
ona girov göndərdilər, xan qızı Ağabəyim ağanı (30) isə onu ərə verdilər. Şaha 
tam itaətkarlıq göstərmək  əlaməti olaraq, Şuşada onun adına 30 qəpik 
qiymətində olan gümüş pul (1 sahib-qran) kəsməyə başladılar. 
Fətəli  şah onun ən böyük arzularını yerinə yetirməkdə belə canfəşanlıq 
göstərilməsi müqabilində mükafat olaraq, xana Qarabağ xanlığının gəlirindən 
başqa, Qaradağ xanlığının gəlirindən də istifadə etmək hüququ verdi. 
1804-cü ilədək vaxt Qarabağda heç bir diqqətəlayiq dəyişiklik olmadan 
keçdi. Lakin bir müddət  ərzində qonşuluqda baş verən çox mühüm hadisələr 
Qarabağ xanı və onun əyanlarını təfəkkür tərzinə bilavasitə təsir göstərdi. 
Çoxdan bəri qonşu dövlət və xalqların basqınlarından əzab çəkən Gürcüstan, 
hər dəfə münasib fürsət düşdükdə, ona həmməzhəb olan Rusiya ilə birləşmək 
istəyirdi. O vaxtadək Gürcüstanın bu arzusu ona görə yerinə yetməmişdi ki, 
Rusiya ilə Gürcüstan arasında müstəqil və hərbçi çərkəz tayfaları yerləşmişdi və 
rusların onların  ərazisindən keçib gürcülərə kömək  əli uzatması asan deyildi. 
Lakin rus qoşunları Qafqaz dağlarının şimal ətəklərini tutduqdan sonra, onların 
Qafqaz sıra dağlarından keçməsi asanlaşdı. Buna görə də  Ağa Məhəmməd xan 
axırıncı  dəfə gürcülərin paytaxtını dağıtdıqdan sonra, onlar qüdrətli Rusiya 
imperatorunun təbəəliyini qəbul etdilər. Rus qoşunları Tiflisi tutdu və onların 
sərkərdələri Gürcüstan sərhədlərini düşmən hücumlarından qorumaq haqqında 
sərəncam aldılar. 
Dağıstandakı  ləzgilərin,  İsveçrədəki kantonlar kimi, federativ cəmiyyət 
qurmaları  və onların bərabərlik  əsasında müstəqil olmaları yadların hücumunu 
ümumi qüvvələrlə, birlikdə  dəf etməyə kömək edirdi. Buna görə  də  nə Çingiz 
xanın, nə Teymurun, nə osmanlıların və  nə  də Nadirin qoşunları onları öz 
zülmünə tabe edə         
 
                                                 
1 Səfərəlinin bir dustaq kimi Nuxadan aparıldığını, bizə bunu gözü ilə görmüş köçəri  İmamqulubəyli Haqverdi kişi 
söyləmişdir. 
 
 
204 

bilməmişdilər. Bu rəvayətə  və qonşu xalqlara nisbətən onların yuxarıda 
göstərilən daxili üstünlüklərinə görə, ləzgilər bütün Qafqaz ölkəsində üstünlüyü 
öz  əllərinə almışdılar. Buna görə  də onlar rus qoşunlarının Tiflisi tutması 
xəbərini aldıqda avarlı Ümmə xanın başçılığı ilə çoxlu adam toplayıb Gürcüstan 
sərhədlərinə soxularaq, rusları tamamilə qovmaq və ya qırmaq istəyirdilər. 
Bundan xəbər tutan general Lazarev ləzgilərin qarşısına çıxdı  və sayca üstün 
olmalarına baxmayaraq, qanlı döyüşdə onları geri oturtdu (31). Sonra rus 
qoşunlarının baş komandam knyaz Sisianov
1
 ikinci dəfə  ləzgiləri cəzalandırıb 
onların dayağı olan Balakəni dağıtdı (32). İndi növbə ləzgi yırtıcılarına sığınacaq 
verən gəncəli Cavad xanın idi. Bu vaxta qədər o, rus təbəəliyini qəbul etməyə 
hazır olduğunu bildirmişdisə  də, sonralar İrandan ona tezliklə kömək 
göstəriləcəyini vəd etmiş  İran agentləri tərəfindən  şirnikləndirilərək müqavimət 
göstərməyə hazırlaşırdı. Knyaz Sisianov onu Gəncə qalasında (Yelizavetpol) 
mühasirəyə aldı və bir ay davam edən mühasirədən sonra, 1804-cü il yanvarın 3-
də hücum edib qalanı tutdu. Bədbəxt xanın özü öldürüldü. Bu vaxtlar İrəvan və 
Naxçıvan hakimləri - Məhəmməd xan və Kalbah xan İran hökmdarı qarşısında 
nə üçünsə müqəssir olduqlarına görə,  İrəvan qalasında möhkəmlənərək, knyaz 
Sisianovdan tezliklə köməyə  gəlməsini xahiş etdilər. Lakin həmin ilin yazında 
knyaz Sisianov çoxlu qoşunla  İrəvana yaxınlaşdıqda, onlar nədənsə öz 
vədlərindən döndülər və İran vəliəhdi şahzadə Abbas Mirzəni köməyə çağırdılar. 
Fətəli  şah, görünür, hökmən qazanılacaq qələbənin  şərəfini öz oğluna vermək 
istəməyərək, çoxlu qoşunla Abbas Mirzənin ardınca gəldi. Knyaz Sisianov 
hadisələrin belə bir şəkil alacağını irəlicədən görə bilməzdi; rus qoşunları üçün 
ərzaq gətirilməsi məsələsi böyük çətinliklərlə əlaqədar olduğuna görə, o bir neçə 
qanlı vuruşmadan sonra Gürcüstana çəkildi. Lakin rusların iranlılarla bu ilk 
toqquşmasında bütün ölkə üçün belə bir fakt aydın oldu ki, şah və onun vəliəhdi 
İranın bütün qüvvələri ilə sayca nisbətən az olan rus dəstəsinin öhdəsindən gələ 
bilmədilər. Rus dəstələri isə nəinki döyüşə-döyüşə onların düşərgəsini tutmuşdu, 
hətta onların gözləri qarşısında uzun müddət İrəvanı mühasirədə saxlamışdı. Belə 
bir  şəraitdə, Qarabağda ruslara hüsn-rəğbət bəsləyən Məhəmmədhəsən ağanın 
dəstəsi üstün gəldi. Həm də qeyd etmək 
                                                 
1 Bizim xalq arasında ona Şıpıxtur, yəni "inspektor" deyirlər. 
 
205 

lazımdır ki, o zamankı İran sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə 
görə, alınmaz qala olan Şuşa  şəhəri iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar 
üçün isə İranın qapısı hesab edilirdi. Fətəli şah İbrahim xanla qohum olmaqdan 
başqa onun oğlu  Əbülfəti öz yanında böyük hörmətlə girov saxlamasına, xana 
hər cür hörmət göstərməsinə baxmayaraq, Şuşanın  İran qarnizonu tərəfindən 
tutulmasına təkid edə bilmirdi. Buna görə də onun yeganə çarəsi Əbülfətin əli ilə 
fitnə-fəsad törədib, belə bir mühüm məntəqəni ələ keçirmək idi. Fətəli şah belə 
də  hərəkət etdi. O, İrəvandan, knyaz Sisianova qarşı yürüşdən geri qayıdarkən 
Əbülfət xanı güclü qoşun dəstəsi ilə orada saxladı ki, o həm Qarabağ xanlığının 
özünə irsən çatan hissəsini  ələ keçirsin, həm də bu iş baş tutarsa, yeni 
əməliyyatla asanlıqla gəlib, indiki Zəngəzur qəzasının bir hissəsini ələ keçirsin. 
Bundan bir az sonra o, xanın Məhəmmədhəsən ağa və başqaları ilə birlikdə Tuğ 
kəndində olmasından xəbər tutub, güclü dəstə ilə xanı və Məhəmmədhəsən ağanı 
həbsə almağa cəhd etdi. Lakin bədbəxtlikdən gecə xanın oğlanları Mehdiqulu 
xan və Xanlar ağa güclü süvari və piyada dəstələri ilə özlərini xana yetirdilər. 
Bunların heç birindən xəbəri olmayan Əbülfət xan öz iranlı dəstələri ilə Tuğa 
yaxınlaşır və onu hər tərəfdən mühasirəyə almaq haqqında  əmr verdi. Lakin 
döyüş başlanarkən iranlılar hər tərəfdən qəti müqavimətə rast gəldilər və geri 
çəkilməyə başladdar; həm də elə bir nizamsızlıqla geri çəkildilər ki, Əbülfət xan 
on-on beş atlı ilə birlikdə çətinliklə Arazın o tayına keçə bildi. Onun düşərgəsi və 
yükləri isə çoxlu əsirlə birlikdə qaliblərin əlinə keçdi. 
Bu hadisədən sonra Məhəmmədhəsən ağa öz tərəfdarları ilə birlikdə  qəti 
qələbə çaldı. Onun təkidi ilə bir neçə  nəfər adlı-sanlı  bəy adından knyaz 
Sisianova məktub apardılar. Həmin məktubda xan iranlıların pis niyyətlərindən 
şikayətlənib, rus imperatorunun təbəəliyinə daxil olmaq haqqında özünün, öz 
əyanları  və  təbəələrinin qəti arzusunu bildirirdi. Məktubun cavabını bir nəfər 
qərargah zabiti gətirdi; haman cavabda müqavilə bağlanmasının vaxtı  və yeri 
haqqında əvvəlcədən razılığa gəlmək təklif edilirdi. 
Beləliklə, 1805-ci ilin mayında, xanlığın sərhədində, Kürəkçay sahilindəki 
düşərgədə, Yelizavetpolun (20 verstliyində) knyaz Sisianov Qarabağ xanlığının 
rus imperatoruna sədaqəti haqqında andını qəbul etdi. Bağlanan şərtlərə görə: 
 
 
206 

1.  Şuşalı və qarabağlı İbrahim xan iranlı və hər hansı bir başqa dövlətdən hər 
cür vassallıq və asılılıqdan həmişəlik imtina edir və yalnız rus imperatorunun 
hakimiyyətini qəbul edir. 
2. Xan qonşu hakimlərlə heç bir əlaqə saxlamamağı öz üzərinə götürür. 
Onlardan alınan məktublardan öz məzmunu etibarı ilə daha mühüm olanları baş 
komandanın həllinə göndərilməli, az mühüm olanları haqqında isə 
Gürcüstandakı baş hakimin İbrahim xanın yanındakı nümayəndəsinə  xəbər 
verilməli və bu barədə ondan məsləhət alınmalıdır. 
3. Onun  ərazisində saxlanılan rus qoşunları üçün baş komandan tərəfindən 
təsdiq edilən qiymətlərlə ərzaq tədarük edilməlidir. 
4. Qoşunlar üçün bina ayrılmalı və odun verilməlidir. 
5. Yelizavetpoldan Şuşaya gedən yol arabaların rahat getməsi üçün qaydaya 
salınmalıdır. 
6. Sədaqət  əlaməti olaraq, xan böyük oğlandan olan nəvəsini həmişəlik 
Tiflisdə yaşamaq üçün girov verməlidir. 
7. Xan hər il 8 min çervon bac verməli və bunu iki müddətdə: fevralın 1 -də, 
sentyabrın 1 -də ödəməlidir. 
Bunun müqabilində xana aşağıdakılar vəd edilmişdir: 
1. Onun mülki salamat saxlanılır, xanlığın idarəsi irsi, böyüklüyə görə 
nəsildən-nəslə keçir və bunu rus imperatoru təsdiq edir; məhkəmə  işləri, cəza 
vermək və vergi toplamaq xanın ixtiyarında saxlamlır. 
2. Xanın evində daimi saxlamaq üçün üzərində rus gerbi olan bayraq 
bağışlanır, xanın əmanət təyin edilən nəvəsinin gündəlik xərci 10 manat gümüş 
pul ilə müəyyən edilir (33). 
İbrahim xanın təkidi ilə həmin yerə, bir qədər bundan əvvəl Nuxa xanlığını 
idarə etməyə təyin edilmiş kürəkəni Səlim xan da gəlir. O da həmin şərtlərlə və 
öz himayəsindəki camaatla birlikdə rus imperatorunun təbəəliyini qəbul edir. 
Həmin il oktyabrın 25-də  şuragəlli Budaq-Sultan və dekabrın 25-də  şirvanlı 
Mustafa xan da rus təbəəliyini qəbul edirlər. Bundan sonra Arazın o tayındakı 
xanların elçiləri bir-birinin ardınca baş komandanın yanına gəlib, eyni şərtlərlə 
rus təbəəliyinə daxil olmağı təklif etdilər. 
Şuşa şəhəri, 1883-cü il  
Əhməd bəy Cavanşir 
 
207 

QEYDLƏR 
1. Keçən əsrin sonları dedikdə, XVIII əsrin sonu nəzərdə tutulur. 
2. Mirzə Camal (1773-1774-1853) fars dilində yazılmış "Qarabağ tarixi" adlı 
əsərin müəllifidir. 
Mirzə Camalın həyat və  fəaliyyəti tarix ədəbiyyatında az işıqlandırılmışdır. 
XIX  əsrin ortalarında məşhur qafqazşünas Adolf Berje "Tarixi-Qarabağ tarixi" 
əsərini rus dilinə  tərcümə edərkən Mirzə  Fətəli Axundzadəyə müraciət edərək, 
Mirzə Camalın bioqrafiyası haqqında məlumat verməsini ondan xahiş etmişdi. 
Mirzə Camalı  şəxsən tanıyan M.F Axundzadə onun oğlu ilə  məktublaşıb, atası 
haqqında məlumat toplayaraq, nəşr olunmaq üçün A.Berjeyə verir (bax: 
"Kavkaz" qəzeti, 1855-ci il, № 61). 
Bu məlumatdan aydın olur ki, Mirzə Camal Cavanşir nahiyəsinin Xocalı 
kəndində, xan xidmətçilərindən olan Məhəmmədxan bəyin ailəsində anadan 
olmuşdur. Müəllifin atası  Məhəmmədxan bəy öz atası minbaşı  Səlif bəyin 
ölümündən sonra Cavanşir tayfasının başçısı, sonra da Şuşanın qalabəyisi 
(komendantı) olmuşdur. Mirzə Camal müəyyən təhsil aldıqdan sonra İbrahim 
xanın arvadı Bikəxanımın işlər müdiri vəzifəsinə təyin olunur və həmin vəzifədə 
ikən təhsil almaq üçün Dağıstanın Xunzax kəndinə göndərilir. O, burada 6 il 
qalaraq ərəb dilini öyrənir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Mirzə 
Camal Dağıstandan qayıdır və Bikəxanımın zəmanəti üzrə xanın etimadını 
qazanır.  İbrahim xan onun atasının xidmətini nəzərə alaraq, Mirzə Camalı 
Qarabağ xanlığının vəzir-katibi təyin edir. Mirzə Camal bu vəzifədə  İbrahim 
xanın ölümünə qədər (1806) qahr və sonralar J.L.Nebolsinə bilavasitə tabe olan 
Məhəmmədhəsən ağanın yanında xidmət edir. 
1822-ci ildə Qarabağ xanı Mehdiqulu xan İrana qaçdıqdan sonra o, 
A.P.Yermolovun göstərişi ilə dəftərxana katibi təyin olunaraq P.İ.Magilevskinin, 
Madatovun, Reuttun və başqalarının yanında xidmət edir. Mirzə Camal 1840-cı 
ilə qədər qulluq etdikdən sonra istefaya çıxmış və 1853-cü il aprelin 8-də vəfat 
etmişdir. 
Mirzə Camalın "Qarabağ tarixi" əsərində Qarabağın 1813-cü ilə, yəni 
Gülüstan sülh müqaviləsi bağlanana qədər tarixi əhatə edilir. Bu əsər qiymətli 
tarixi faktlarla çox zəngindir. 
Mirzə Camalın əsərinin bir hissəsinin rus dilinə tərcüməsi "Kavkaz" qəzetinin 
1855-ci il 61, 62, 63, 67 və 69-cu nömrələrində Camal Cavanşir Qarabaği adı ilə 
dərc edilmişdir. Əsərin çap olunmuş həmin hissələri yeni- 
 
208 

dən 1884-cü ildə "Kavkaz" qəzetinin 139, 150, 154, 167-ci nömrələrində  dərc 
edilmişdir. 
3. Mirzə Adıgözəl bəy (1770-1848) Haqverdiyev oğlu Qarabağ  bəy- 
ləri nəslindən olub, öz dövrünün savadlı adamlarından biri idi. 20 yaşında 
Tiflisdə gürcü çarının sarayında olan Rusiya naziri Kovalenskinin yanında 
qulluğa girən Mirzə Adıgözəl bəy sonralar müxtəlif vəzifələrdə çalışmış  və 
rus ordusu kapitanı rütbəsinə  qədər yüksəlmişdi. Öz əlinə böyük var-dövlət 
keçirmiş Mirzə Adıgözəl bəy 1830-cu ildə istefaya çıxır. O, ömrünün son 
illərində Qarabağ  məhkəməsində iclasçı  vəzifəsində olmuş  və xanlığın 
bütün siyasi işlərinə qarışmışdı. 1845-ci ildə Mirzə Adıgözəl bəy Tiflisin 
vitse-qubernatoru podpolkovnik Mixail Petroviç Kolyubakinin tapşırığı üzrə 
Qarabağın tarixini yazmış  və "Qarabağnamə" adlanan bu əsərdə xanlığın 
1736-cı ildən 1828-ci ilə qədər siyasi tarixini əks etdirməyə çalışmışdır. 
Müqəddimə, on iki fəsil və müəllifin öz yazdığı  tərcümeyi-halından ibarət 
olan bu əlyazması ilk dəfə Azərbaycan və rus dillərində 1950-ci ildə Azərbaycan 
SSR EA Tarix İnstitutu tərəfindən nəşr olunmuşdur. 
4. Mir Mehdi Xəzani (1811-1893) Axund Seyid Mir Mehdi Həşim 
bəy oğlu Müsəvi Qarabaği "Kitabi-tarixi Qarabağ"  əsərinin müəllifidir. 
O, Zəngəzur qəzasının Mamırlı  kəndində anadan olmuş, sonralar isə Tuğ 
kəndinə köçmüşdür.  Ərəb və fars dillərində  təhsil alınış Mir Mehdi "Xəzani" 
təxəllüsü ilə bir şair kimi məşhur idi. 
Onun Azərbaycan dilində yazılmış "Kitabi-tarixi Qarabağ"  əsəri bu vaxta 
qədər çap olunmamışdır. Müəllif bu əsərində Mirzə Camaldan və Mirzə 
Adıgözəl bəydən fərqli olaraq bəzi iqtisadi məsələlərə  və Qarabağın xanlıq 
dövründəki inzibati bölgü məsələlərinə toxunur. Bu əsərdə  Şuşa  şəhərinin 
binasının qoyulması, Vaqifin həbs olunması, öldürülməsi və bir neçə mühüm 
məsələlər yuxarıda adları  çəkilən müəlliflərə nisbətən daha ətraflı  şərh 
olunmuşdur. "Kitabi-tarixi Qarabağ" Azərbaycan SSR Elmlər Akademiyasının 
Respublika Əlyazmalan Fondunda saxlanılır (inv. № 14). 
5. Pənah xanın Hülakü xanın (1256-1265) nəvəsi Arqun xanın (1284- 
1291) nəslindən olması haqqında müəllifin ehtimalını  mənbələr təsdiq 
etmir. Bəzi tədqiqatçılar Cavanşir tayfalarının mənşəyini aydınlaşdırarkən 
Rzaqulu xan Hidayətin "Rövzətüs-cəfa"  əsərinə istinad edirlər. Bu əsərdə 
deyilir ki, Oşirxan tayfasına mənsub olan Cavanşir elatı Türküstandan gəlmişdir. 
Oşirxan  İldız xanın oğlu, o da Uğuz xanın dördüncü oğludur. Onlar 
ovşarlar və ya əfşarlar adlamrdılar. Cavanşir tayfası Hülakü xanın 120 minlik 
ordusunun tərkibinə daxil olmuşdu. Onlar Əmir Teymurun hökmranlığı 
dövründə ikinci dəfə Rumdan geri qayıdaraq Türküstan, Qəndəhar, Kabul 
və İrana dağılırlar. Bu tayfanın bir qolu Səfəvilər dövründə (I Şah Abbas) 
 
209 

İbrahim Xəlilağanın başçılığı ilə Qarabağda və Aranda qalmışdı. Nadir şahın 
hökmranlığı dövründə bu qolun başçısı İbrahimxəlil xan idi. Şah onları Sərəxsə 
köçürmüşdü. Nadir şahın öldürülməsindən sonra Cavanşir tayfasının bir hissəsi 
Sərəxsdən Qoryana köçərək həmişəlik orada qaldı. Abdallı  Əhməd xan 
müstəqillik alan kimi Cavanşir  əhlini Qoryandan Kabula köçürür. Nəhayət, 
Pənah xan Kabuldan Qarabağa köçərək Şuşa qalasının bünövrəsini qoyur (bax: 
"Rövzətüs-səfa", 1270, hicri). 
Lakin başqa mötəbər mənbələrdə Cavanşir tayfasının adı monqol 
hökmranlığı dövründəki tayfalar içərisində  çəkilmir. I Şah Abbasın saray 
tarixçisi  İskəndər bəy Münşir tayfa başçılarının adını  əsla çəkmir və onları 
qızılbaş tayfalarına mənsub olmayan müxtəlif tayfa əmirləri sırasına daxil edir 
(bax: "Tarixi-aləmarayi-Abbasi", litoqrafik nəşr, Tehran, 1314 hicri, səh.762). 
XVI  əsrdən başlayaraq yerli hakimlər Qarabağda, xüsusən Bərdənin 
cənubunda yerləşən Azərbaycanın yerli köçəri tayfalarını  məcburi olaraq 
birləşdirirlər. Bu müxtəlif tayfaların süni birləşməsi tarixə "Otuziki" adı ilə daxil 
olmuşdur. Bu tayfalar içərisində Cavanşir tayfası sayca və qüdrətcə digər 
tayfalardan seçilirdi. Onun başçısı isə eyni zamanda bütün otuz iki tayfanın 
başçısı hesab olunurdu. Hazırda İmişli rayonunda "Otuziki" adlı balaca bir kənd 
də qalmışdır. 
6. Bu zərb-məsəlin müxtəlif mənbələrdə müxtəlif variantları vardır. Mirzə 
Adıgözəl bəy yazır: "Hacı Çələbi qayıdarkən demişdi: Pənah xan bu vaxtacan bir 
sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq" (bax: bu kitabda, 
səh.41). 
7. Bu məlikin adını Mirzə Adıgözəl bəy Məlik Hüsü yazmışdır (bax: bu 
kitabda, səh.42). 
8. Bu haqda Mirzə Adıgözəl bəy yazır: Nadir şahla osmanlı  sərəskəri 
Köprülü oğlu Abdullah paşa arasında olan müharibədə  Məlik Allahqulu çox 
şücaət və igidlik göstərdi. Nadir şah da məliklik xələtini onun qabiliyyətli 
vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi və xələti verdi. O (Nadir şah) əmr 
etdi ki, bundan sonra xas və avam camaat ona məlik deyil, sultan desin. (Bax: bu 
kitabda, səh.44). 
9. Bu məliklər sonralar Gülüstan məlikləri adlandırıldılar. Çünki feodal ara 
müharibələri zamanı onlar öz iqamətgahını  Gəncədən 25 verst cənub-şərqdə 
yerləşən İnciçayın yuxarısındakı Gülüstan qalasına köçürmüşdülər. 
10. Cırmıx - Cıraberdin ixtisar edilmiş adıdır. 
11. Əmiraslan xan Nadir şahın qardaşı  oğlu, həm də onun hərbi 
sərkərdələrindən biridir. Təbriz hakimi və Azərbaycan valisi olmuşdur (bax: 
П.Г.Бутков.  Материалы  для  новой  истории  Кавказа, I hissə, SPb, 1896, 
səh.235-236). 
 
210 

12. Əfqanlı Azad xan olmalıdır. Nadir şahın xidmətində olub, uzun müddət 
Cənubi Azərbaycanda olmuş  və Nadir şahın ölümündən (1747) sonra şahlıq 
uğrunda gedən feodal müharibələrində  iştirak etmişdir. Azad xan 1751-ci ildə 
Təbrizi tutaraq İrəvan üzərinə  hərəkət edir, lakin İrəvan xanına köməyə  gələn 
gürcü çarı II İraklinin müqavimətinə rast gələrək (bax: Г.Кикодзе.  Ираклий 
второй. Tbilisi, 1945, səh.35-37) geriyə dönür. 1756-cı ildə Azad xan 
Mazandaran yaxınlığındakı vuruşmada Məhəmmədhəsən xan Qacar tərəfindən 
məğlub edilərək Rəştə çəkilir və 1757-ci il yanvarın 31-də baş vermiş vuruşmada 
ikinci dəfə  məğlub olaraq Kürdüstana qaçır. Sonralar Azad xan hərbi ittifaq 
bağlamaq üçün II İraklinin yanına gəlir, II İrakli isə onu tutub, İran hökmdarı 
Kərim xan Zəndə verir. Azad xan Şirazda həbsxanada qoca yaşlarında vəfat 
etmişdir. 
12. Müəllif səhv edir, qarabağlı Pənah xan, qaradağlı Kazım xan, naxçıvanlı 
Heydərqulu xan və gəncəli Şahverdi xan arasında bağlanan ittifaq gürcü çarı II 
İrakliyə qarşı yox, nuxah Hacı  Çələbiyə qarşı çevrilmişdi. Belə ki, Mirzə 
Adıgözəl bəyin dili ilə desək, bütün Şirvan ölkəsinin hakimi və həmişəlik sahibi-
ixtiyarı olan Hacı Çələbi onlarla hesablaşmır və dostluq yolunu düzlüklə getmir 
(bax: "Qarabağnamə", səh.58). 
Müttəfiqlər Gəncə  şəhərindən bir qədər yuxarı  Qızıl Qaya adlanan yerdə 
toplaşaraq Hacı  Çələbiyə qarşı birgə  hərəkət etmək üçün plan tərtib etməyə 
başladılar. Lakin gürcü çan öz əshabələrinin məsləhəti ilə onları aldadıb yanına 
gətirdi və dördünü də tutub həbs etdi (Bu hadisə 1752-ci il martın 21 -də 
olmuşdur. B a x: Описание  событий  ананимной  грузинской  хроники. 
E.S.Tokaysvilinin tərcüməsi. Сборник материалов для описания местностей и 
племен Кавказа. 21-ci buraxılış, səh.37). Bu xəbəri eşidən Hacı Çələbi II İrakli 
üzərinə  hərəkət edərək Nizami məqbərəsi yanında onu məğlub etdi, yuxarıda 
adları göstərilən xanları isə əsirlikdən azad etdi. 
14.  Şuşa qalasının bünövrəsinin 1754-cü ildə qoyulması haqqındakı 
fikir səhvdir. Bu səhvi birinci dəfə Mirzə Camal buraxaraq, Şuşanın  əsasının 
qoyulmasını 1170-ci il hicri göstərmişdir (bax: Camal Cavanşir. "Qarabağ". 
A.Berjenin tərcüməsi, "Kavkaz" qəzeti, 1855, N° 61-62). Həmin 
tarixi Mirzə Adıgözəl bəy də göstərir (b a x: bu kitabda, səh. 131). 1170-ci il 
hicri, 1756-cı il avqustun 26-da başlanıb 1757-ci il avqustun 14-də 
qurtarmışdır. Lakin əldə olan faktlar aydın göstərir ki, həmin illərdə  Şuşa 
qalası Qarabağdan çox-çox uzaqlarda məşhur idi, yadelli işğalçılar isə 
bir-birinin dalınca bu alınmaz qalanın qapılarını döyürdülər. Hal-hazırda 
əldə etibarlı  mənbə olmadığından bu suala cavab vermək çətindir. Hər 
halda 1751 -ci ildə  əfqanlı Azadxan, İrəvanı mühasirə edərkən  Şuşa qalası 
nəinki var idi, hətta orada "Pənahabad" adında pul da kəsilirdi. 
 
211 

15. Kərim xan Zəndin (1658-1779) Mehrəli bəyə, onun Qarabağ xanlığına 
hakim təyin olunması haqqında fərman verməsi, başqa mənbələrdə  təsdiq 
olunmur. Biz bu fərmanın olması haqqında məlumata, ötəri də olsa, heç bir yerdə 
rast gəlməmişik.  Əksinə, mövcud faktların çoxu göstərir ki, Kərim xan Zənd 
İbrahim xana fərman verərək onu Qarabağa hakim göndərmişdi (bax: 
A.Bakıxanov, Gülüstani-İrəm, Bakı, 1926, səh.131). Mirzə Adıgözəl bəy bu 
haqda yazır: "O, (Kərim xan Zənd - Ş.Ə.) İbrahimxəlil ağanı hüzuruna çağıraraq 
ona qiymətli xələt, cavahiratla bəzədilmiş bir qılınc, qızıl yəhər və yaraqlı bir at 
bağışladı. Qarabağ vilayətinin xanlıq fərmanını ona verib, evə qayıtmasına izn 
verdi" (bax: bu kitabda, səh.55). 
16. 1174-cü il hicri 1760-1761-ci illərə mütabiqdir. Bu vaxtlar Pənah xan sağ 
deyildi. Görünür, müəllif bu ili başqa mənbələrdən götürmüşdür. Bizə məlumdur 
ki, Pənah xanın ölüm tarixi onun Ağdamda olan İmarət adlanan yerdəki qəbrinin 
mərmər daşı üzərində şeirlə əbcəd hesabı ilə həkk olunmuşdur.
1
 
Bu kitabənin axırıncı sətrində (şerin axırı) Pənah xanın ölüm ili (1172) hicri 
verilir. 
Əldə olan məlumata görə, Pənah xan 1172-ci hicri ilinin yayında ölmüşdür. 
Ona görə də onun 1759-cu ildə ölməsi düzgün hesab edilməlidir. Belə ki, 1172-ci 
ilə 1758-ci il sentyabrın 4-də başlanmış  və 1759-cu il avqustun 24-də 
qurtarmışdır. Deməli, Pənah xan 1759-cu ilin iyul və ya avqust aylarında 
ölmüşdür, çünki həmin ilin iyun ayında İrəvan xanı Hüseynəli xan Şuşaya, onun 
yanına gəlməyə hazırlaşırdı. Eçmiədzin monastırının məxaric kitablarında 
yazılmışdır ki, Hüseynəli xan Pənah xanın yanına getməyə hazırlaşarkən 
müqəddəs keşişdən 100 tümən tələb etmişdi. "Lakin biz ona yalvarıb (dedik ki) 
yoxumuzdur, bizə güzəşt edib 50 tümən aldı.  İyun, 1759-cu il" (bax: 
Б.М.Арутюнян. Крупные монастырские хозяйства в Армении в XVII-XVIII 
вв., 1940, səh. 12). 
17. A.Bakıxanovun verdiyi məlumat daha mötəbərdir: "1199 (1785)-cu 
ildə  Fətəli xan Şirvanda Ağası xan və onun müttəfiqi Məhəmməd xanla 
müharibə edərkən İbrahim xan qarabağlının yanından qaçan qardaşı Mehrəli bəy 
onun (Fətəli xanın - Ş.Ə.)  yanında idi. O (Mehrəli bəy), gecə 
Bakıdan çıxaraq Fətəli xanın qərargahına gedərkən Ağası xanın oğlu 
Əhməd bəylə qabaqlaşır və bu vuruşmada öldürülür. Fətəli xan bu hadisədən 
istifadə edərək onun nəşini böyük ehtiramla Qarabağa göndərir" 
(bax: A.Bakıxanov. Gülüstani-İrəm, Bakı, 1926, səh.136). 
                                                 
1 Qələm rəhmət dəftərinə onun tarixini belə yazdı: "Onun dost və  aşnaları xalqın pənahı oldu". (B a x: "Известия 
Азкомстариса", 3-cü buraxılış, Bakı, 1927) 
 
212 

18. Ağa Məhəmməd xanın  şirazlı Seyid Məhəmməd Ürfi təxəllüslü  şairin 
qəsidəsindən seçdiyi bu beyt belə yazılır: 
 
Zi məncəniqi-fələk səngi-fitnə mibarəd,  
To əbləhanə girifti miyani-şişə qərar.  
 
19. Bu beytin düzgün tərcüməsi belədir:  
 
Fələkin mancağından fitnə daşı yağır,  
Sən axmaqcasına şişə içərisinə sığınmısan. 
20.  İbrahim xan bu beyti alan kimi vəziri Molla Pənah Vaqifə müraciət edir. 
O da şaha belə cavab yazır: 
 
Gər nigahdari-mən anəst ki, mən midanəm,  
Şişəra dər bağəli-səng nigəh midarəd. 
21.  Bu beytin düzgün tərcüməsi belədir: 
 
Əgər məni qoruyan mənim bildiyimdirsə,  
O, şişəni daşın qoltuğunda mühafizə edər. 
22. Şuşanın İran qoşunları tərəfindən mühasirəsi 33 gün davam etmişdir (bax: 
Грамоты и другие исторические документы XVIII столетия, относящиеся к 
Грузии. II cild, II buraxılış, 1769-cu ildən 1801-ci ilə qədər. SPb, 1902, sənəd 
37, səh. 93). 
23. Ağa Məhəmməd  şahın qoşunları Tiflisə 1795-ci il sentyabrın 12-də 
soxulmuşdur (b ax: П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 
по 1803 г., II hissə, SPb, 1869, səh. 339). 
24. İran işğalçıları Gürcüstan şahzadəsi Davidə görə 3000 əsir (bax: Царевич 
Давид. Краткие истории о Грузии со времен первого в ней населения. SPb, 
1805, səh. 137), P.Q.Butkova görə 10 minəsir (bax: П.Г.Бутков. Материалы для 
новой истории Кавказа 1722 по 1803 г ., II hissə, səh. 340) və Dubrovinə görə 
30000 əsir (bax: Qeorqiy XII) aparmışdılar. 
25. Zubov Valerian Aleksandroviç (1771-1804) general-mayor rütbəsində 
1794-cü il Polşa üsyanının yatırılmasında iştirak etmiş  və çöldə  hərbi xəritə 
çəkərkən ayağından yaralanmışdı. Onun həmin ayağını sonralar kəsmişdilər. 
26. II Yekaterina 1796-cı il noyabrın 6-da ölmüşdür. 
27. Sodom-İordan çayının yuxarısındakı Siddim vadisində yerləşən 
beş  şəhərdən biridir. Rəvayətə görə, bu şəhərin  əhalisi  əxlaq cəhətdən 
çox düşkün olduğundan, o biri dörd şəhərin  əhalisi ilə birlikdə Allahm 
qəzəbinə keçmişdi. Göydən düşən od parçası  şəhəri yandırmış  və onu 
batırmışdı. 
 
213 

28. Hamarra - qədim Fələstində Ölü dənizin yaxınlığında yerləşən  şəhərdir. 
Əfsanəyə görə, bu şəhərin də əhalisi əxlaq cəhətdən də çox pozğun olduğu üçün 
Allahın qəzəbinə keçmişdi. Göydən düşən bir od parçası bu şəhəri də yandırıb 
Yer üzündən silmişdi. 
29. Ağa Məhəmməd  şah 1797-ci il iyun ayının 11-də öldürülmüşdür (bax: 
П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по 1803 г., II hissə, 
səh. 430). 
30. Ağabəyim ağa - İbrahim xanın gəncəli Cavad xanın qızı Tuti Bəyimdən 
olan qızıdır. Azərbaycan və fars dillərində yazılmış  və çap edilmiş  şeirlərin 
müəllifidir. 1834-cü ildə  Fətəlişah Qacarın ölümündən sonra məscidə girərək 
özünü tərkidünya elan edir və  İranın Qum şəhərində ölür. Çar hökuməti onu 
Rusiya və İran arasında ziddiyyətlər törətməkdə təqsirləndirirdi. 
31. Bu döyüş 1800-cü il noyabrın 7-də  İora çayının sahilindəki Kakabetu 
kəndinin yaxınlığında baş vermişdir. Rus ordusuna general-mayor Lazarev 
komandanlıq edirdi. Ümmə xan (Ömər xan) ordusunun tərkibində, ləzgilərdən 
başqa, şahzadə İoannanın qəddar düşməni olan şahzadə Aleksandrın başçılığı ilə 
Ümmə xan tərəfə keçən gürcülər də var idi (bax: General-mayor Lazarevin 1800-
cü il noyabrın 8 və 14-də general-leytenant Knorrinkə raportu. Aktı Кафказской 
Археографической ко миссии,
 
I cild, sənəd 109 və 111, səh. 168, 170-175). 
32. Rusiya qoşunlarının Car-Balakənə  hərbi səfəri 1803-cü ilin aprelində 
general-mayor Qulyakovun komandası altında olmuşdur (bax: Knyaz Sisianovun 
1803-cü il aprelin 17-də yazdığı raport. AKAK, II cild, sənəd 1387, səh. 685). 
33. Н.Дубровин. Закавказье от 1803 г., SPb, 1866. 
 
 
214 

MÜNDƏRİCAT 
Tərtibçidən ................................................................................................       5  
Mirzə Adıgözəl bəy 
Qarabağnamə ............................................................................................       7 
Mirzə Camal Cavanşir Qarabaği 
Qarabağ tarixi.............................................................................................117 
Əhməd bəy Cavanşir 
Qarabağ xanlığının 1747-1805-ci illərdə 
siyasi vəziyyətinə dair.................................................................................167 
 
 
 
 
215 

Buraxılışa məsul: 
Əziz Güləliyev 
 
Texniki redaktor: 
Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam: Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi: Rəvan Mürsəlov 
 
Korrektor: Pərinaz Səmədova 
Yığılmağa verilmişdir 08.07.2006. Çapa imzalanmışdır 06.12.2006. 
Formatı 60x90  
16
1
. Fiziki çap vərəqi 13,5. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 189. 
DÜST 5773-90, DÜST 4.482-87 
 Tel/Fax:4477504, Tel.:4477505 
 
Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur. 
Bakı, Şərifzadə küçəsi, 3. 
 
 
 
216 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin