AdigöZƏl bəy qarabağnamə


BU VİLAYƏTLƏRİN KƏRAMƏTLİ ƏLAHƏZRƏT



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix31.01.2017
ölçüsü1,85 Mb.
#7198
1   ...   8   9   10   11   12   13   14   15   16

BU VİLAYƏTLƏRİN KƏRAMƏTLİ ƏLAHƏZRƏT 
İMPERATOR BƏNDƏLƏRİNİN HÖKMÜ VƏ 
MÜHAFİZƏSİ ALTINA KEÇƏN GÜNDƏN 
BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA 
İran
1
 dövlətinə düşmənçilik edilən zaman böyük zərərlər çəkilmələrinə 
baxmayaraq,  İran dövlətinin kargüzarları ondan sonra da daimi olan Rusiya 
dövləti ilə bağladıqları  əhdnaməni, dostluq və ittifaq şərtlərini 1826-cı ildə 
pozdular. Səfir sifətilə  İrana getmiş  nəcabətli knyaz Menşikovu geri qaytarıb, 
qəflətən, Rusiya dövlətinə aid olan vilayətlərə soxuldular. Həqiqətdə isə onlar 
səhv edirdilər. Onlar, padşahın  əsgərləri qarşısında tab gətirə bilməyəcəklərini, 
rus qoşunu dəryasının dalğaları  təlatümə  gəldiyi zaman, çör-çöp kimi məhv 
olacaqların düşünməmişdilər. 
Birinci mərhələdə, mərhum naibüssəltənə bütün qoşunu ilə  Şuşa qalasının 
üstünə  gəlib, ay yarıma qədər oranı mühasirə etdi. General Reuttun qoşunu az 
olduğuna, azuqəsi, barıtı, gülləsi və toplu olmadığına baxmayaraq, o 
(naibüssəltənə), Şuşa qalasının divarlarına yaxınlaşa bilmədi. Sərdar Əmir xanın, 
Şəmkirdə  (Şamxorda) general knyaz Madatovun qoşunları  tərəfindən məğlub 
edildiyini eşitdikdə  əlacsız qalıb, oradan köçdü və möhtərəm knyaz, qraf 
Paskeviç-Yerivanskinin hökmü altında olan qoşunla müharibə etmək  əzmilə 
Yelizavetpolun yaxınlığına qədər gəldi. Lakin bir saatdan artıq tab gətirməyib 
məğlub oldu. İki günün içərisində Arazı keçib Qaradağa getdi. Böyük sərdar 
Çərəkən mənzilinə qədər onun ardınca getdi, lakin bir nəfər belə Qızılbaş əsgəri 
tapmadı. 
Padşahın müzəffər qoşununun gücü, həqiqətdə bütün xalqlar arasında şöhrət 
tapıb dillərdə söyləndiyinə baxmayaraq, böyük və  kəramətli imperatorun 
əsgərlərinin gücü xüsusilə haman 31-ci ildə, yüksək knyaz, möhtərəm qraf 
Paskeviç-Yerivanskinin bu vilayətlərdə sərdarlıq və salarlıq etdiyi zamanda İran 
və Rum dövlətləri  əhalisinə göstərildi. O, böyük Rus dövlətinə daxil olan 
vilayətlərin çaşqın və  pərişan qalmış  əhalisini aram etdi. Böyük imperatorun 
mərhəmət dəryasından ümidini üzmüş, ev-eşiklərindən əl çəkərək 
                                                 
1 Burada "İran" səhv yazılmışdır, "Rusiya" olmalıdır. 
 
 
159 

qaçqın və pərakəndə qalmış şəxslər və bu vilayətlərdə ocaq sahibi olan adamlar, 
günahları bağışlandığına görə öz vətənlərinə qayıtdılar. İmperatorun dərya qədər 
olan mərhəməti qarşısında onların günahını zərrə qədər xırda sanıb təqsirlərindən 
keçdi, mərhəmət və  əfv ilə ümidvar edib, öz yerlərinə qaytardı. Allaha şükür, 
bütün onlar və başqaları öz mülklərinə sahib olaraq, rahatlıq və asayişlə ömür 
sürürlər. (Bu nemətə)  şükürlər edib, böyük dövlətin çağırışını gözləyirlər ki, 
onun əsgərləri ilə birlikdə qulluq göstərib canlarından keçsinlər. Çünki padşahın 
müzəffər qoşunu ilə birlikdə İran, Rum və Dağıstan müharibəsində iştirak edən 
Qarabağ camaatı  mənsəb və  məvacib sahibi olmuş, heç biri bəhrəsiz 
qalmamışdır. 
* * * 
Müsəlman tarixi ilə 1205 (1790-179l)-ci ildən 1260 (1844)-cı ilə qədər xanlar 
xidmətində  və Qarabağ vilayətində qulluq edib, kargüzar olmuşam və bir çox 
hadisə və müharibələrdə iştirak etmişəm. Ümidvaram ki, bu yazdıqlarım knyaz 
Namestnikin işıqlı  nəzərinə çatacaq və onun mənə qarşı lütfü və  mərhəməti 
artacaqdır. Ümidvaram ki, belə böyük əmir və yüksək canişin hər vaxt məni 
xoşhal etdiyi kimi, indi də  mənə  mərhəmət göstərər və mübarək xatirindən 
çıxarmaz. Həqiqətdə də o cənaba xeyirxah olub, xidmət etmək hər bir kəsə vacib 
və lazımdır. O, bütün səmimi dostlarına və xidmətçilərinə lütf etmişdir. 
Xeyirxahlardan həmişə razı olan yeganə Allah onu daima xoş hal və xoştale 
etsin. Amin, ey kömək edən (Allah). 
Yaxşı ad qoyub getmək, 
Qızıl saray qoyub getməkdən yaxşıdır. 
SON SÖZ 
Qarabağ vilayətinin torpağı,  əyalətləri və  mərhum Pənah xanın və  İbrahim 
xanın hökmdarlığından bəhs edən bu bir neçə vərəqi kəramət və ehsan mənbəyi 
olan rəhmli, böyük əmir, yüksək imperatorun canişini qraf və knyaz Mixail 
Semyonoviç Voronsovun mübarək adına yazdığım üçün onun nəcabəti və 
əzəməti haqqında  Şuşa qalasında dediyim bu qitəni də xeyir-dua olsun deyə 
buraya yazdım və sözümü bununla qurtardım. 
 
160 

Qitə 
Lütfdə məruz olan adamın adına yazdım 
Həm qrafdır, həm knyaz Voronsov, 
Böyük xaqanın xidmətində 
Bütün vaxtını sərf etmişdir. 
Ümidlə qapısına gələn hər kəsi 
Lütflə geri qaytarmışdır. 
İlahi! Onun dövləti və bəxti artıq olsun. 
O, dünyada həmişə şad və sevincək olsun. 
Hadisələrin yazılışı 1294 (1875)-cü ildə qurtardı.
1
FƏSİL 
XANLARIN HAKİMİYYƏTİ HAQQINDA 
Mərhum Pənah xanın Qarabağ vilayətində hökmranlıq müddəti mərhum 
Nadir şahın qardaşı oğlu Adil şahdan xanlıq adı, hökumət fərmanı və hakimlik 
ləqəbi çatdıqdan sonra, on iki il davam etmişdir. Mərhum  İbrahim xanın 
hökmranlığı isə qırx ildən artıq olmuşdur. 
Mərhum Mehdiqulu xan böyük imperatorun fərmanı ilə Qarabağda on yeddi 
il neçə ay hakim olmuşdur. 
FƏSİL 
MƏRHUM PƏNAH XANIN QARABAĞDA TİKDİRDİYİ BİNA VƏ 
İMARƏTLƏR 
Birinci, Bayat qalasıdır ki, orada bişmiş  kərpicdən hasar, bazar, hamam və 
imarətlər tikdirmişdir. İndi xarabadır, yalnız xırda-para qalıqları görünür. 
İkinci, Şahbulağı qalasıdır. (Burada) bulaq başından daş və əhənglə məscid, 
hamam (tikilmiş), şəhər və bazar (salınmışdır). 
Üçüncü, Şuşa qalasının sabiq divarı və indi qoşunun taxıl anbarı olan bina. 
                                                 
1 Bu tarix ehtimala görə əsərin köçürülmə tarixidir. 
 
 
161 

MƏRHUM İBRAHİM XANDAN QALMIŞ 
BİNA VƏ İMARƏTLƏR 
Birinci, müsəlman tarixi ilə 1182 (1768-1769)-ci ildə tikilmiş böyük camaat 
məscididir. Bu məscid köhnəldikdən sonra onu möhtərəm qızı rəhmətlik Gövhər 
ağa təmir edib, əvvəlkindən daha gözəl (şəklə salmışdır). 
İkinci,  Şuşa qalasının hasar divarıdır ki, müsəlman tarixi ilə 1198 (1783-
1784)-ci ildə binası qoyulmuş  və üç il ərzində tikilib qurtarmışdır.  İndi dövlət 
məmurları divarlan yenidən tikdirmişlər və xanın tikdirdiyindən yalnız bəzi 
yerdə əsər görünür. 
Üçüncü, Əsgəranın hər iki qalasıdır ki, müsəlman tarixilə 1203 (1788-1789)-
cü ildə  Şuşa qalasının üç ağaclığında Qarqarçayın keçdiyi iki dağın arasında 
tikilmişdir. Müharibə zamanı bu qalalarda azacıq piyada qoşun olsa, düşmən 
oradan keçib Şuşa qalasına gedə bilməz. 
Dördüncü, Dağdaş arasında olan Xəzinə  dərəsinin imarət və otaqlarıdır ki, 
mağaranın içərisində daş və əhənglə tikilmişdir. Oranın yalnız bircə yolu vardır. 
Beşinci, (Şuşa) qalasının bir ağaclığında olan Xan bağının tikintiləri. 
Altıncı, Ağdam bağının hasarı, mərhum Pənah xanla başqa övladlarının 
qəbirləri üstündə tikilmiş uca günbəzlər və o (yerin) arxları. 
FƏSİL 
İBRAHİM XANIN NİZAM-İNTİZAMI VƏ 
HAKİMİYYƏTİ ZAMANINDA OLAN 
QAYDALAR HAQQINDA 
Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət 
idi. Zərurət zamanında mahalların və  kəndlərin piyada tüfəngliləri mahal 
məlikləri ilə birlikdə qoşun sıralarına hazır olurdular. Hərdənbir Dağıstandan 
ləzgi qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş 
və ya ölmüş atının  əvəzini vermək üçün ellərdən də tövcü pulu, sursat, taxıl, 
qoyun və mal alınardı. Adları nökər və qoşun dəftərində qeyd olunmayan 
ailələrin nökər və qoşun əhlindən, habelə adları dəftərdə qeyd olunmuş nökər və 
qoşun əhlindən heç bir şey alınmazdı. Onlar 
 
162 

məaf
1
 idilər. Onların taxılı, atı və başqa ehtiyacı xanın öhdəsində idi. Qoşunun 
hər bir nökəri (nəfəri) bir evə  təhkim olunmuşdu. O ev həmin nökər və atlının 
ehtiyacını təmin etməli idi. 
F Ə S İ L  
Hər il Novruz bayramı günündə  mərhum xan, qoşunun bütün adlı-sanlı 
sərkərdələrinə  və minbaşılarına xələt,  ənam, at və  qılınc bağışlayardı. 
Azərbaycan vilayətləri, mahallar, habelə  məliklər hər kəs öz rütbəsinə görə 
peşkəş gətirərdi. 
FƏSİL 
Mərhum  İbrahim xan, səfərdə olduğu və ya bir yerdə ordu qurduğu zaman, 
xidmətində olan minbaşıların, yüzbaşıların, Azərbaycan bəyləri, ağaları  və 
xanlarının səhər, günorta, axşam xörəyi və atlarının arpası, habelə qoşun əhlinin 
bir parasının,  əmələnin, mirzələrin, eşikağalarının, keşikçilərin və yasavulların 
bütün məxarici mərhum xanın xəzinəsindən verilərdi. Bir çox gecələr, 
minbaşılara və başqalarına buraxılan diri qoyunlardan başqa, qırx puda yaxın 
düyü və otuz qoyun sərf olunardı. Bu hesabla sərf olunan çörəyin, arpanın, yağın 
və şirniyyatın miqdarını təsəvvür etmək olar. 
 
FƏSİL 
MƏRHUM İBRAHİM XANIN GƏLİRİ 
(İbrahim xanın) gəliri mahalların və  kəndlərin taxıl və ipəyindən alınan 
malcahatdan və əkin yerlərində xana məxsus olan kotanlardan (istifadə olunması 
üçün alınan vergidən) ibarət idi. Hətta yadımdadır, bir dəfə  mərhum  İbrahim 
xanın özünəməxsus olan cütləri və kotanları hesab edirdilər. Məlum oldu ki, 
xanın cüt və kotanı bütün Qarabağ əhlinin cüt və kotanı qədərdir; hətta onlardan 
iki cüt də artıqdır. Bütün bu qədər taxıl və mal-qara qoşuna, saraya, 
hərəmxanaya, nökərlərə, əmələlərə və qonaqlara sərf olunardı. Bunlar- 
 
                                                 
1 "Vergidən azad" deməkdir.
 
163 

dan əlavə, (xanın) icarə, peşkəş, Qarabağ ixracatı və sikkəxanadan gəliri olurdu 
və (ona) Azərbaycan vilayətlərindən cinslə, pulla çoxlu peşkəş göndərirdilər. 
FƏSİL 
MƏRHUM XANIN ƏXLAQI VƏ RƏFTARI 
Mərhum  İbrahim xan qərib sevən, qonaqpərəst, yetimlərə baxan, 
rəiyyətpərvər, qeyrətli, ürəkli, çörəkli, ehsan sahibi və ənam paylayan bir adam 
idi. Böyük seyidlərə  və fağırlara çoxlu sədəqə  və  nəzir verərdi. Alimlərə, 
seyidlərə hörmət edərdi.  Ətraf (mahalların) Azərbaycan,  Şirvan və başqa 
vilayətlərin xanları, bəyzadələri ona pənah gətirib, kömək istədikləri zaman 
onlara hörmət edər və arzularına çatdırmaq uğrunda olduqca səy göstərər və 
onları arzularına çatdırardı. Gözəl qadınların məclis və söhbətinə çox meyli 
vardı. 
F Ə S İ L    
XANIN İLXISI 
Xanın yaxşı atları, heyvanı və çoxlu ilxısı var idi. Xanın ilxısı İran və Rum 
vilayətlərində belə böyük şöhrət tapmışdı. Mərhum xanın atlarının çoxu mərhum 
Nadir  şahın atları  və ilxısının cinsindən idi. Xan onları Azərbaycan 
vilayətlərindən,  Şahsevən,  Şəqaqi və Xorasan xanlarından alıb gətirmişdi. 
Təqribən üç-dörd min və bəlkə daha çox balalayan, madyanı, xüsusi cins ayğırları 
var idi. Xüsusi qoyun sürüləri, malı, camışı o qədər çox idi ki, saymaqla 
qurtarmazdı. 
FƏSİL 
 
MƏRHUM İBRAHİM XANIN KARGÜZARLARI, 
QARDAŞLARI VƏ QARDAŞOĞLANLARI HAQQINDA 
Xanın qardaşları, qardaş  uşaqları, öz övladı  və  əmisi uşaqları  məruf bəylər 
olub, mal-dövlət, nökər və calal sahibi idilər. Onların hər biri başqa vilayətlərin 
xanlarına bərabər idi. Əmisi oğlu Mirzə Əli bəy, bibisi oğlu Lütfəli bəy, qardaşı 
uşaqları - Fəzi bəy, Əbdüssə- 
 
164 

məd bəy, Kəlbəli bəy, Hümmətəli bəy və öz oğlanları o bəylərin sırasında idilər. 
Mehrəli bəy və İbrahim xan, Pənah xanın uşaqlarıdırlar. 
Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı 
Samlı, Kolam və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və 
Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət,  əzəmət, 
calal və bünövrə sahibi idilər. Özü tərbiyə edib, rəşadət, çalışqanlıq və 
səmimiyyətlərinə görə dövlət və  rəiyyət sahibi etdiyi başqa bəylər də 
məşhurdurlar. 
FƏSİL 
 
EVİNİN ƏMƏLƏ VƏ KARGÜZARLARI VƏ  
DÖVLƏT İŞİLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏRİ 
Birincisi, Vaqif təxəllüslü mərhum Axund Molla Pənahdır ki, tədbirli və 
kamallı  məşhur vəzir idi və  İranda, Rumda olduqca şöhrət tapmışdır. Onun 
türkcə yazdığı aşiqanə şeirləri indi də dillərdə əzbərdir. Hörmət sahibi olan başqa 
kargüzarları, eşik ağaları, nazirləri və  əmələləri də bacarıqlı, ağıllı  və  şirindilli 
adamlar idi. Ağa Məhəmməd  şahın  əhvalatından sonra, Qarabağda üz vermiş 
pərişanlıq və qarışıqlıq nəticəsində mərhum xanın bunlar kimi bir çox adamları, 
əmələ və kargüzarları tamamilə vəfat etdilər. 
FƏSİL  
XANIN ADLI-SANLI ÖVLADI 
Hələ  mərhum  İbrahim xan sağ ikən, bir anadan doğulmuş böyük oğlanları 
Cavad ağa və  Məhəmmədhəsən ağa vəfat etdilər. Bunların anası  cəbrayıllı 
bəylərindən birinin qızı idi. Mərhum xandan sonra, polkovnik Xanlar ağa və 
İranda olan Əbülfət xan vəfat etdilər. Sonra, polkovnik Məhəmmədqasım ağa, 
Fətəli ağa, Süleyman ağa, Hüseynqulu ağa və Səfiqulu ağa öldülər. 
İndi Qarabağda sağ qalanlar: həmail və cavahir cıqqa sahibi general-mayor 
Mehdiqulu xan və Əhməd xandır ki, xan qızlarından doğulmuşlar. Şeyx Əli ağa 
isə kənizdən doğulmuşdur. 
 
165 

Mərhum İbrahim xanın sağ qalan qızlarından biri nəcib Gürcüstan tavatının 
qızından doğulmuş Gövhər ağadır, biri isə İzzət bəyimdir ki, Gürcüstan valisinin 
vəziri Mirzə Rəbinin qızından olmuşdur. Gürcüstan valisi İrakli mərhum İbrahim 
xanla daima dost və müttəfiq olmaq istəyirdi. Lakin din ixtilafı imkan 
vermədiyindən öz vəzirinin üç qızını mərhum xana və iki oğlu - Əbülfət xana və 
Məhəmmədqasım ağaya vermişdi ki, bu nikah vasitəsilə aralarında məhəbbət 
əlaqələri yaradılmış olsun. 
FƏSİL 
 
MEHDİQULU XANIN VARİS VƏ VƏLİƏHD  
OLMASININ SƏBƏBİ 
Mərhum  İbrahim xan birinci dəfə Kürəkçay qırağında sərdar Sisianovla 
görüşdüyü zaman varislik və  vəliəhdlik adı onun böyük oğlu mərhum 
Məhəmmədhəsən ağaya verilmişdi. O zaman Məhəmmədhəsən ağanın ikinci 
oğlu girov adı ilə Sisianovun yanına göndərildi. General-mayor 
Məhəmmədhəsən ağa mərhum İbrahim xanın sağlığında öldüyündən xanın yerdə 
qalan oğlanları içərisində  ən böyüyü general-mayor Mehdiqulu ağa idi. Buna 
görə mərhum İbrahim xanın öz sağlığında varislik və vəliəhdlik kağızı, xanın və 
Qarabağın başqa  əyanının möhürü ilə Mehdiqulu ağaya verildi, xan və varis 
adlandırıldı. 
Bu səbəbə görə mayor Lisaneviç, mərhum  İbrahim xan öldükdən sonra, 
general Nesvetayevin hüzuruna raport yazmış və ona əsasən 1807-ci ildə böyük 
imperator mərhum Aleksandr Pavloviçin fərmanı üzrə Mehdiqulu xana 
Qarabağın xanı adı, hakimiyyət bayrağı və cavahirə tutulmuş qılınc verildi. 
Mərhum Mehdiqulu xanın hakimiyyəti dövründə baş vermiş hadisələr, böyük 
dövlətin kargüzarları  tərəfindən dəftərlərdə yazıldığından sizə  məlumdur. Odur 
ki, mənim burada yazmağıma ehtiyac qalmır. 
 
 
SON  
 
166 

 
 
ƏHMƏD BƏY CAVANŞİR 
 
QARABAĞ 
XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ  
SİYASİ VƏZİYYƏTİNƏ DAİR 
 
 
167 

ƏHMƏD BƏY CAVANŞİRİN TƏRCÜMEYİ-HALI 
Əhməd bəy Cavanşir ölümündən bir az əvvəl öz tərcümeyi-halını yazmış və 
qızı Həmidə xanıma vermişdi. Lakin, təəssüf ki, bu əlyazmasını nə Mirzə Cəlil 
Məmmədquluzadənin (Molla Nəsrəddin)
1
 şəxsi arxivindən, nə də Əhməd bəyin 
kağızları arasından tapmaq bizə müyəssər olmadı. Ehtimal ki, bu sənəd Həmidə 
xanım Tbilisiyə köçüb gedəndən sonra və ya 1905-1906-cı illərdə Qarabağda baş 
verən hadisələr zamanı məhv olmuşdur. 
"Riyazül-aşiqeyn" kitabının müəllifi Məhəmmədağa Müctəhidzadə Qarabağ 
şairlərinin  şeirlərini və  qısa tərcümeyi-hallarını yazarkan Əhməd bəy haqqında 
çox az danışır və onun şeirlər məcmuəsindən ancaq bir beyt misal gətirir
2

Halbuki Müctəhidzadə  Əhməd bəy haqqında müfəssəl məlumat verə bilərdi, 
çünki o, həm müəlliflə, həm də onun savadlı qızı ilə şəxsən tanış idi. 
Azərbaycan  ədəbiyyatı nümunələrini toplayanlardan biri olan Firudin bəy 
Köçərli "Asari-Əhməd bəy Cavanşir"  əsərinin müqəddiməsində
3
 çapa 
hazırlamaqda olduğu "Azərbaycan türklərinin  ədəbiyyatı" kitabında  Əhməd 
bəyin həyatı  və  fəaliyyəti haqqında müfəssəl məlumat verəcəyini vəd etmiş, 
lakin bu dörd cildlik
4
  tədqiqatında onun haqqında bir kəlmə  də olsun 
danışmamışdı. Buna baxmayaraq, başqa müəlliflərə nisbətən Firudin bəy Köçərli 
Əhməd bəy haqqında az-çox dəyərli məlumat verə bilmişdir. 
Əhməd bəy Cavanşir 1828-ci il martın 2-də keçmiş  Şuşa qəzasının Kəbirli 
nahiyəsindəki Kəhrizli kəndində anadan olmuşdur. Qarabağ mahalının kameral 
siyahısından məlum olur ki, Əhməd bəyin atası  Cəfərqulu bəyin xüsusi 
malikanəsi olan Kəhrizli
5
  kəndi dövlətə  məxsus bütün vergi və 
mükəlləfiyyətlərdən azad edilmişdi.  
 
 
                                                 
1
 
Əhməd bəy Cavanşirin qızı  Həmidə xanım Tbilisidə Mirzə  Cəlil Məmmədquluzadə ilə tanış olmuş  və bir azdan 
sonra da ona ərə getmişdi. Həmidə xanım 1955-ci il fevralın 8-də Bakı şəhərində vəfat etmişdir. 

 
O bağda ki bitirdi həmişə lalə və gül, 
   Səbəb nə oldu belə xar-zar oldu könül. 
B a x: Məhəmmədağa Müctəhidzadə. "Riyazül-aşiqeyn", İstanbul, hicri 1328, səh. 248. 

 
"Asari-Əhməd bəy Cavanşir". Tiflis, 1906, səh. 8. 

 
F.Köçərli tərəfindən toplanmış Azərbaycan şairlərinin şeir məcmuələri və
 
tərcümeyi-halları "Azərbaycan ədəbiyyatı 
tarixi materialları" başlığı altında dörd
 
cilddə, müəllifin ölümündən beş il sonra, 1925-ci ildə Azərb. SSR Xalq Maarif 
Komissarlığı tərəfindən nəşr edilmişdir.
5 "K ə h r i z l i - Məhəmməd bəyin oğlu Cəfərqulu bəyin xüsusi malikanəsidir. 9 tüstüdən ibarətdir. Vergi və 
mükəlləfiyyət vermir". B a x:
 
Камеральное описание Карабахской провинции, составленное в 1823 г. Могилевским и 
полковником Ермоловым. Tiflis, 1866, səh. 40.
 
 
 
168 

Mehrəli bəyin nəvəsi və Məhəmməd bəyin oğlu olan Cəfərqulu bəy Qarabağ 
xanədanına mənsub bütün imtiyaz və güzəştlərdən istifadə etmək hüququna 
malik idi. Əhməd bəyin ikinci babası Mehrəli bəy qarabağlı  İbrahim xanın 
doğma qardaşı və həm də xanlığa sahib olmaqda onun qorxulu rəqibi idi. 
Qarabağ xanlığı uğrunda feodal müharibələrinin təfsilatına keçməzdən əvvəl 
İbrahim xanın hansı şəraitdə hakimiyyət başına gəlməsi və onun qardaşı Mehrəli 
bəyin vətəndən dərbədər düşməsi haqqında qısa məlumat verək. 
Pənah xan Qarabağdan  İran hakimi Kərim xan Zəndin (1750-1779) yanına 
getməzdən  əvvəl Qarabağın idarə olunmasını kiçik oğlu  İbrahimxəlil ağaya 
tapşırır. Onunla birlikdə  şahın tələbi üzrə  Şirazda  şahın iqamətgahında olarkən 
Mehrəli bəyin Qarabağda hakimiyyəti  ələ keçirmək istəməsi haqqında bəzi 
xəbərlər alır. Mərkəzləşmiş dövlət yaratmağa çalışan Pənah xan ölümündən 
sonra xanlığın parçalanmasından ehtiyat edirdi. Buna görə  də o, Qarabağ 
xanlığını idarə etmək üçün Kərim xan Zənddən, formal da olsa, bir fərman alır. 
İbrahimxəlil ağa Kərim xandan aldığı  fərmanla
1
  Şuşaya gəlmiş, lakin Mehrəli 
bəy tərəfindən yaxşı qarşılanmadığı üçün atasını gözləməyi qərara alır. 
Pənah xan heç bir vəsiyyət etmədən 1759-cu ilin yayında  Şiraz  şəhərində 
qəflətən vəfat edir. Pənah xanın ölüm xəbərini eşidən hər iki qardaş Qarabağda 
hakimiyyət uğrunda qanlı müharibəyə hazırlaşır. 
İbrahimxəlil ağa  şahın fərmanına  əsaslanaraq özünü Qarabağ xanlığının 
qanuni varisi hesab edirdi. Mehrəli bəy isə öz yaxın adamlarına arxalanaraq 
hakimiyyət başında qalmağı  qət etmiş  və qonşu xanlıqlarda özünə müttəfiq 
axtarmağa başlamışdı. Hər iki qardaş öz başına silahlı  dəstələr toplayaraq bir-
birinin tərəfdarlarını  qırır, qonşu xanlıqlarla hərbi ittifaqlar bağlayır, öz 
məqsədlərinə çatmaq üçün daha güclü feodallarla qohumluq münasibəti 
yaradırdılar. Uzun və qanlı çarpışmalardan sonra İbrahimxəlil ağa Dağıstan 
hakimi Ümmə xandan güclü kömək alaraq qardaşını  sıxışdırır və özünü 
Qarabağın xanı elan edir (İbrahimxəlil ağa sonralar Ümmə xanın qızı ilə 
evlənmişdir). Bu hadisə 1760-cı ildə olmuşdu. Bu vaxtdan etibarən İbrahimxəlil 
ağanın adı  rəsmi sənədlərdə "xan" (İbrahim xan) və "Qarabağın hakimi"
2
 kimi 
çəkilir. Mehrəli bəy isə Qarabağı  tərk etməyə  və  İbrahim xana düşmən 
müttəfiqlər axtarmağa məcbur olur. Ölkənin hakimiyyət uğrunda bir-biri ilə 
uzun-uzadı qanlı müharibələr aparan müstəqil və yarımmüstəqil xırda feodal 
xanlıqlara parçalandığı bir dövrdə belə bir müttəfiqi tapmaq çətin deyildi. 
Azərbaycan torpaqlarını birləşdirməyə çalışan qubalı Fətəli xan (1736-1786) 
Qarabağlı İbrahim xanı özünün ən qorxulu düşməni hesab edirdi. Öz məqsədinə 
çalışan Mehrəli bəy üç dəfə Qarabağ xanlığının mərkəzi olan Şuşaya 
                                                 

 
А.Бакиханов. Гюлистан-Ирам, Baki, 1926, səh. 130. 
2  П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по 1803 г., II hissə, SPb, 1869, səh. 430.
 
169 

hücum edib Ağdama qədər gələn, lakin heç bir nəticə  əldə edə bilməyərək geri 
qayıdan Fətəli xanla yaxınlaşmışdı. Mehrəli bəy qubalı Fətəli xanın bütün hərbi 
səfərlərində  fəal iştirak etmişdi. Buna görə  də  Fətəli xanın düşmənləri, eyni 
zamanda Mehrəli bəyin də düşmənləri hesab olunurdu. 
Hələ 1767-ci ildə Şamaxı xanlığının hakimləri Məhəmməd Səid xan və Ağası 
xan qardaşları qubah Fətəli xan tərəfindən  Şamaxıdan qovulmuşdular. Bundan 
bir qədər sonra onlar Şamaxını geri qaytarmaq məqsədi ilə keçmiş düşmənləri 
olan  şəkili Məhəmmədhəsən xanla ittifaq bağlayırlar. Lakin Fətəli xan onları 
ikinci dəfə məğlub edir. Məhəmmədhüseyn xan Nuxada qalır, Ağası xan isə Kür 
sahilində Katavən kəndində gizlənir. 
Bu hadisədən sonra Məhəmməd Səid xanın oğlanları qarabağlı İbrahim xana 
pənah gətirdilər. Lakin feodal ara müharibələri bununla qurtarmadı. 
1779-cu ildə Çələbi xanın oğlu Əbdülqədir xan qəflətən Nuxanı işğal edərək 
Məhəmmədhüseyn xanı öldürdü. Onun oğlu Məhəmmədhəsən xan isə  İbrahim 
xanın yanında gizlənməyə məcbur oldu. 
1784-cü ildə  Fətəli xanla Əbdülqədir xanın Qarabağ xanlığı üzərinə  hərbi 
səfəri ilə müharibə yenidən qızışdı. Bu zaman İbrahim xanın azad etdiyi 
Məhəmmədbəsən Nuxanı  işğal edərək,  Əbdülqədir xanı  və onun yeddi oğlunu 
öldürdü. Məhəmmədhəsən xan, Ağası xan və Məhəmməd Səid xan öz aralarında 
ittifaq bağlayaraq Fətəli xana qarşı  çıxdılar. 1785-ci ildə  Fətəli xanın onlarla 
apardığı müharibənin qızğın vaxtında Mehrəli bəy Fətəli xanın xüsusi tapşırığını 
yerinə yetirmək üçün Bakıdan qayıdarkən yolda şamaxılı  Ağası xanın oğlu 
Əhməd bəy tərəfindən öldürüldü. 
Mehrəli bəyin ölümündən sonra müharibəni onun oğlu Məhəmməd bəy 
davam etdirdi. Bu vaxtlar, yəni 1785-ci ildə, təqribən 23 yaşında olan Məhəmməd 
bəy haqqında narrativ mənbələr demək olar ki, heç bir məlumat vermir. O öz 
uşaqlığını İbrahim xana düşmən münasibət bəsləyən yaxın qohumlarının yanında 
keçirmişdir.  İbrahim xanın düşmənləri Məhəmməd bəyin  şəxsində öz 
mənafelərini əks etdirən bir hakimi görürdülər. Buna görə də onlar Məhəmməd 
bəydən bərk yapışmışdılar. Lakin o vaxtlar İbrahim xanı hakimiyyətdən salmaq 
və onu Məhəmməd bəylə  əvəz etmək çox da asan deyildi; buna görə  də 
müxalifət əlverişli şərait gözləyirdi. 
Dəhşətli 1797-ci il yaxınlaşırdı. Ağa Məhəmməd  şahın dəstələri Qarabağa 
soxulmuşdu. Aclıq və  qıtlıq bütün ölkəni bürümüşdü. Talan olunmuş  kəndlilər 
kütləvi surətdə öz yurdlarını  tərk edirdilər.  İbrahim xan öz yaxın adamları ilə 
Car-Balakənə qaçmışdı. Heç bir müqavimətə rast gəlməyən Ağa Məhəmməd şah 
Şuşaya daxil oldu. Lakin o, 8 gün sonra öldürüldü. 
Bəzi müəlliflər göstərirlər ki, Ağa Məhəmməd  şah  Şuşanı alandan sonra 
Məhəmməd bəyi, İbrahim xanın qəddar düşməni olduğu üçün, Qarabağa hakim 
təyin etmişdi. Mötəbər mənbələr bu ehtimalı  təsdiq etmir. P.Q.Butkov göstərir 
ki, şah Qacar “Azərbaycan xanlarının
 
gizli məsləhəti ilə öldürül- 
 
170 

müşdür"
1
. Ola bilsin ki, bu sui-qəsdin iştirakçılarından biri də,  Əhməd bəy 
Cavanşirin dediyi kimi, Məhəmməd bəy olmuşdur. Bu ehtimal həqiqətə daha çox 
yaxındır. Belə ki, Məhəmməd bəy xarici işğalçılara qarşı mübarizəyə qalxmış və 
hətta  şahın kəsilmiş başını  əmisi  İbrahim xana göndərmişdi.  İşğalçılar 
qovulduqdan sonra isə o, İbrahim xanın  Şuşada olmamasından istifadə edib, 
hakimiyyəti  ələ keçirmiş  və özünü Qarabağın hakimi elan etmişdi. Məhəmməd 
bəy hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin tərəfdarlarını  məhv etməyə 
başladı. Azərbaycanın görkəmli  şairi və dövlət xadimi Molla Pənah Vaqif və 
onun oğlu da bu niyyətin qurbanı oldu. 
Məhəmməd bəy hakimiyyət başında çox qala bilmədi.  İbrahim xan Şuşaya 
qayıtdıqdan sonra o, Məhəmmədhəsən xana pənah apararaq Şəki xanlığına getdi. 
Şəki xanı  Məhəmməd bəyi aldadaraq həbs etdi və  Şirvan xanı Mustafa xan 
Məhəmməd bəydən atasının və qardaşının intiqamını almaq arzusunda idi. 1797-
ci ilin sonunda Məhəmməd bəy  Şamaxı yaxınlığında Mustafa xan tərəfindən 
öldürüldü. 
Məhəmməd bəyin oğlu Cəfərqulu bəy Qarabağ xanlığı tarixində heç bir rol 
oynamamışdır. O, özünün xüsusi kəndi olan Kəhrizlidə oturaraq, başqa bəylər 
kimi, öz malikanəsini idarə edirdi. Cəfərqulu bəy öz əmisi  Əsəd bəyin Zəhra 
xanım adlı qızı ilə evlənmiş və bu izdivacdan 1828-ci il martın 2-də Əhməd bəy 
anadan olmuşdur. 
Əhməd bəy ilk təhsilini Kəhrizli kəndində almış  və burada ancaq ana dilini 
öyrənmişdi. Məlum olduğu üzrə, Azərbaycanın Rusiya ilə birləşdirilməsindən 
sonrakı ilk dövrlərdə maarif sistemində heç bir dəyişiklik olmamışdı. Şəhərlərdə 
mədrəsə, kəndlərdə isə mollaxanalar qalmaqda davam edirdi. Əhməd bəy 15 
yaşına qədər mollaxanada oxumuşdur. 
Bu dövrdə çar hökuməti Azərbaycanda və bütün Zaqafqaziyada bir sıra 
islahatlar keçirməyə  məcbur oldu. Ölkədə siyasi pərakəndəliyə son qoymaqda 
müəyyən rol oynamış olan komendant üsul-idarəsi artıq öz dövrünü keçirmişdi. 
XIX  əsrin 40-cı illərində verilən inzibati və  məhkəmə islahatları, 
komendantlıq sisteminin ləğv olunması və nəhayət, Rusiyada hökm sürən qanun-
qaydaların Azərbaycanda tətbiqi yerli feodalların əksəriyyəti arasında narazılığa 
səbəb oldu. Bu narazı  bəylər və  ağalar öz şexsi mənafeləri üçün hətta ölkədə 
genişlənməkdə olan kəndli hərəkatından da istifadə etməyə  cəhd edirdilər. 
Çarizmin yerlərdə ictimai dayağı sarsılmağa başlamışdı. Halbuki bu dövrdə ayrı-
ayrı xalq çıxışlarını boğmaq üçün çar hökumətinə etibarlı ictimai istinad lazım 
idi. Ona görə  də hökumət yerli feodallara qarşı öz münasibətini dəyişdirməli 
oldu. Yerlərdə ictimai istinad yaratmaq üçün yerli bəylərdən və 
 
                                                 
1
  
П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по 1803 г., II hissə. SPb, 1869, Il hisss, səh. 430. 
 
 
171 

ağalardan etibarlı adamların seçilməsi və istənilən tədbirlərin onların köməyi ilə 
həyata keçirilməsi qərara alındı. Bütün bu tədbirlər hakim siniflər üçün qabaqcıl 
rus mədəniyyəti ilə tanış olmağa əlverişli şərait yaratdı. Ehtimal ki, Əhməd bəyin 
ailəsi də vəziyyəti nəzərə almış və onu rus dilini öyrənmək üçün rus məktəbinə 
düzəltməyə məsləhət görmüşdü. 
1843-cü ildə qarabağlı Mehdiqulu xanın xahişinə görə, çar I Nikolay Əhməd 
bəyi Peterburqa tələb edir və onu dövlət hesabma Pavlov kadet korpusuna qəbul 
edir. O vaxtlar Pavlov məktəbinə yalnız dvoryan uşaqlarını  qəbul edirdilər. 
İzdihamlı Peterburq mühitinə düşən  Əhməd bəy Cavanşir rus dilini öyrənməyə 
ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə 
öyrənə bilir. 
1848-ci ildə  Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayeviç 
adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır. 
1853-cü ildə Krım müharibəsi başlandı. Məlum olduğu kimi, Azərbaycanın 
geniş xalq kütlələrinin hüsn-rəğbəti Rusiyanın tərəfində idi. Qasım bəy Zakirin 
oğlu Nəcəfqulu bəy və qardaşı  oğlu  İskəndər bəy könüllü olaraq cəbhəyə 
getmişdilər. Qafqaz cəbhəsində rus soldatları ilə çiyin-çiyinə 2000 nəfərə qədər 
azərbaycanlı döyüşürdü.  Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında 
vuruşurdu. Döyüş meydanında göstərdiyi igidliyə və qoçaqlığa görə Əhməd bəy 
ordenlə təltif edilmiş və ona ştabrotmistr rütbəsi verilmişdi. Lakin, Əhməd bəyə 
orduda uzun müddət xidmət etmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli 
bəy Sultanovla
1
 iştirak etdiyi dueldə qolundan yaralanmış olduğu üçün 1854-cü 
ildə tamamilə hərbi qulluqdan getməyə məcbur oldu. 
1854-cü ildə  Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə  gələrək burada 
təsərrüfat işləri ilə  məşğul olmağa başlayır. Rus ordusundan istefaya çıxmış  və 
Peterburq təhsili almış zabit köhnə  kənddə yeni qaydalar yaratmaq istəyirdi. 
Buna görə də o, xalq arasında "urus Əhməd bəy" ləqəbini almışdı. 
XIX  əsrin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə mahalının murovu 
vəzifəsinə təyin edilir; bu zaman o, həm də taxıl yerlərini sulamaq üçün Arazdan su 
çıxartmaq işi ilə  məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 verst 
uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə 
birləşdirir. Azərbaycanı Rusiya sənayesinin xammal mənbəyinə çevirməyə 
çalışan çar hökuməti heç bir vəsait sərf etmədən yerlərdə suvarma işlərini                        
 
 
                                                 
1 Əli bəy İbrahim Sultan oğlu Qarabağın köhnə bəy nəslindəndir. Rus ordusu zabiti olaraq bir çox döyüşlərdə iştirak 
etmiş  və kornet rütbəsində  hərbi xidməti bitirib öz ata mülkü olan Zəngəzur qəzasındakı Bextiyarlı  kəndinə qayıtmışdır. 
Onun haqqında b a x: 1870-ci il aprelin 23-də Şuşa bəylik komissiyasına verilən ərizə " "О признании рода их в бекском 
достоинстве, под фамилией Султанов" Azərbaycan SSR Mərkəzi Dövlət Tarix Arxivi, fond 69, iş 59.
 
172 

yaxşılaşdırmağa və beləliklə də, çoxlu xammal əldə etməyə çalışırdı. Ona görə 
də Qafqaz canişinliyi idarəsi hələ XIX əsrin 60-cı illərinin axırlarında Mil 
düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir neçə  dəfə xüsusi 
komissiyalar göndərmişdi. Lakin tərkibində  hətta hollandiyalı suvarma 
mütəxəssisləri də olan bu komissiyalar heç bir qəti tədbir görə bilmədilər. Çünki 
bu layihələrin həyata keçirilməsi "küllü miqdarda xərc tələb edirdi"
1
. Qarabağın 
yerli bəyləri də Gavur arxını "...arx və arxın suvardığı bütün torpaqların 99 il 
ancaq onların istifadəsində"
2
 qalması  şərti ilə  bərpa etmək istəyirdilər. Lakin 
onların da cəhdi heç bir nəticə vermədi. Nəhayət, 1866-cı ildə  Əhməd bəy, 
Zərgar, Dilağarda, Yağhvənd və  Şahsevən camaatının köməyi ilə, cüzi bir 
məbləğdə və hökumətlə heç bir formal əlaqə yaratmadan həmin arxı qazdırmağa 
başladı və Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə birləşdirmək kimi çətin 
bir məsələni həll etdi
3

Sonrakı  məktublaşmadan aydın olur ki, hökumət  Əhməd bəyin təcrübə  və 
təşəbbüsünü nəzərə alaraq, göstərilən kanalı yenidən bərpa etmək üçün daha bir 
təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd 
bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis 
Bexmanın fikri ilə razılaşaraq Gavur arxını  bərpa etməyi qərara aldı. Bu 
məqsədlə 1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə kağız üzərində 
qaldı. 
Suvarma məsələsi ətrafında gedən məktublaşmalar göstərir ki, Əhməd bəy su 
təsərrüfatı sahəsində böyük təcrübəyə malik idi. Əhməd bəyin öz mülkündə 
qazdırdığı kəhrizlər də suvarma sahəsində çalışan bir çox tədqiqatçıların nəzər-
diqqətini cəlb etmişdi. 
1883-cü ildə  Əhməd bəyin qonağı olmuş mühəndis Veys fon-Veyssenqof 
yazır ki, "Qarabağ mülkədan  Əhməd bəy Cavanşir uzun illər boyu apardığı 
müşahidələrin nəticələri və qazandığı  təcrübə ilə  məni tanış edərək, qazdırdığı 
kəhrizlərlə ətraflı surətdə tanış olmağa mənə imkan yaratdı"
4

XIX əsrin 70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin 
həqiqətən bəy silkinə  mənsub olduğunu müəyyən etmək məqsədilə yaradılmış 
Şuşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında 
ətraflı surətdə danışmadan, qeyd etmək lazımdır ki, bəy və ağaların əksəriyyəti 
vergi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənəd- 
                                                 
1 В.Безменов. О канаве "Гоур-архе" и результатах попытки возобновления
 
ее местными средствами. "Kavkaz" 
qəzeti, 1871-ci il, № 21. 
2 Yenə oarada. 
3 Yenə orada. 
4 Вейс фон-Вейссенгоф. Сведения о состоянии орошения на Кавказе по
 
1883 г., Tiffis, 1883, seh. 63. 
 
173 

lər (xan fərmanları, təliqələr və s.) düzəldərək özlərinin bəy silkinə  mənsub 
olduqlarını sübut etməyə çalışırdılar. Lakin Əhməd bəy bu saxtakarlığa qarşı 
müqavimət göstərirdi ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu. 
Ona görə  də F.Köçərlinin göstərdiyi kimi, Əhməd bəyin düşmənləri onu həbs 
etdirib, bir neçə vaxt həbsxanada saxlatdırdılar
1

Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində keçirərək tarix və 
ədəbiyyata aid kitabları mütaliə edir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul 
olurdu. 
Əhməd bəy 1903-cü il yanvarın 9-da, 75 yaşında ikən vəfat etmiş  və öz 
vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilmişdir. 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin