AdigöZƏl bəy qarabağnamə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə15/16
tarix31.01.2017
ölçüsü1,85 Mb.
#7198
1   ...   8   9   10   11   12   13   14   15   16

III 
1797-ci ilin yazında Şuşada Ağa Məhəmməd xanın yenidən saysız-hesabsız 
qoşunla  şəhərə yaxınlaşması haqqında mənhus bir xəbər alındı. Aclıq və  vəba 
xəstəliyi üzündən daha şəhərdə davam gətirmək mümkün olmadığına, Rusiyadan 
yaxın zamanlarda kömək gözlənilmədiyinə, Türkiyə sultanının yanına göndərilən 
elçilərin        
 
                                                 
1 Xalq içərisində qraf Valerian Zubov belə adlanırdı, çünki, səhv etmiriksə, onun bir ayağı yox idi və bunun yerinə 
qızıl suyuna çəkilmiş ağac ayaq taxılmışdı.
2 O zaman biz, qəbirlərdən təzə meyitlərin çıxarılması, yemək üçün əsirlər tutmaq məqsədi ilə hücumlar edilməsi və 
nəhayət, bir uşağın sakit edüməsi xatirinə başqa birisinin öldürülməsi haqqında xalq içərisində çoxlu rəvayətlər eşitmişdik.
 
188 

isə yalnız aparılan hədiyyələr müqabilində yeni hədiyyələr gətirib, heç bir kömək 
ümidi vermədiklərinə görə, İbrahim xan Şuşanı tərk edərək, öz ailəsi ilə birlikdə 
Car-Balakən vilayətinə getdi. 
Ağa Məhəmməd xan, bu bakirə qalaya (Şərqdə bütün alınmaz qalalar belə 
adlandırılırdı) - Şuşaya döyüşsüz daxil oldu. Qəzəbli xana elə gəlirdi ki, bunlar 
hamısı yuxudur: lakin o özünə  gəldikdən sonra şadlığının həddi yox idi
1

Cəmdək yeyən bir vəhşi öz ovunu parçalamazdan əvvəl, sığallayıb onunla 
oynadığı kimi, Ağa Məhəmməd xan da birisinə qiymətli xələtlər bağışlayır, 
başqasına xan rütbəsi verirdi. Lakin eyni zamanda zindanlar məhbuslarla 
doldurulurdu və görünür ki, şuşalılar bu qanlı faciədən yaxalarını qurtara 
bilməyəcəkdilər. Ağa Məhəmməd xanın  Şuşaya daxil olmasının yeddinci günü 
daha bir nəfər mötəbər məhbusu onun yanına gətirdilər: bu İbrahim xanın keçmiş 
yaxın adamı Molla Pənah idi. Bu günün cəlladı  dəfələrlə  qəzəblənib özündən 
çıxdıqdan sonra, onları nə qədər kədərli bir faciə gözləyirdi. 
Ağa Məhəmməd xanın yanında baş sərkərdə olan Sadıq xan Şəqaqi də onun 
ordusunu lərzəyə salan qohumu Məhəmməd bəyin bu vaxtadək xanın hüzuruna 
gəlməməsi üzündən deyəsən, xanın gözündən düşmüşdü. Buna görə  də onu 
yanına çağırıb deyir: 
- Mən öz qisasımı kimdən almalıyam, Sadıq xan, səndən almalı deyiləmmi? 
Mənzilində qaldığın Məhəmməd bəyin bacılarına bildir ki, əgər axşama qədər 
onların qardaşı mənim hüzuruma gəlməsə, onda ərləri və ya qohumları məndən 
gizləndiyi üçün həbsə alınmış bütün qadınlarla birlikdə onları da öz 
sərbazlarımın ixtiyarına verəcəyəm... 
Ağa Məhəmməd xanın axşam qəbulu. Qəzəbli hökmdarın ayağının tozunu 
yalamağa layiq olanların hamısı, həmçinin yeni həbsə 
                                                 
1 Rəvayətə görə, Ağa Məhəmməd xan şəhərə yaxınlaşarkən, əhali Şuşakənd tərəfə, onu qarşılamağa çıxaraq, o zaman 
belə hallarda məcburi olan bir mahnını oxuyaraq, axırına bu nəqəratı əlavə etmişdi:  
Gəlmişik, gətirmişik bir əjdaha,  
Qovmuşuq, itirmişik bir tülkünü.
Bu mahnını biri oxuyur, nəqəratı isə hamı  əl çala-çala və oyunçular oynaya-oynaya təkrar edirdilər. Bu hal Ağa 
Məhəmməd xana o qədər xoş  gəlmişdi ki, özü atdan düşüb camaata qoşulmuşdu (bəzi rəvayətlərə görə, hətta oynamağa 
başlamışdı). Lakin güman etmək lazımdır ki, nəqəratın birinci misrasını Ağa Məhəmməd xanın əshabələri, ikinci misrasını 
isə şəhər əhli oxuyurmuş. 
 
189 

alınanlardan bir neçə nəfəri sarayda divar boyu cərgəyə düzülmüşdülər. Onların 
hamısı  əyinlərində çuxa, başlarını  aşağı dikərək, böyük pəncərəni örtən səra-
pərdənin arxasından İran hökmdarmın görünəcəyini və onun vəziri Mirzə Şəfinin 
işarəsini ürək çırpıntısı ilə gözləyirdilər ki, üzü üstə yerə sərilsinlər. 
Nəhayət, saray əhlinə məxsus bir xilaskarlıqla baş əyən Mirzə Şəfi dəvə kimi 
dizlərini büküb yerə çökür və torpağı öpərək hər gözünü üç dəfə torpağa sürtür. 
Hamı onunla bir zamanda bu hərəkəti təkrar edir. Bu zanıan sərapərdənin 
arxasından cır bir səs eşidilir: 
- Xoş gəlmişsiniz!.. Sadıq xan buradadırmı? 
- Bəli, təsəddüqün olum! - deyə o cavab verir. 
- Görünür, sən mənim qəzəbimə keçmək istəyirsən! Məgər bu gün səhər sənə 
dediklərim yadında deyilmi?.. 
 -  Yadımdadır,  əlahəzrət!  İndicə buraya gələndə  mənə  xəbər verdilər ki, 
Məhəmməd bəy öz nökərləri ilə birlikdə yuxarı qapıdan şəhərə daxil olubdur. 
-Yanıma gətirin! - deyə eyni cır səs pərdənin arxasından bağırdı. 
 Carçılar öz hökmdarlarının əmrini eşidib dərhal Məhəmməd bəyin imarətinə 
qədər biri-birindən bir qədər aralı düzülərək, onu o vaxta qədər ucadan 
çağırmağa başladılar ki, axırda Məhəmməd bəy gəlib müstəbidin qabağında 
dayandı. Ağa Məhəmməd xan artıq öz roluna girməyə başlamışdı. Artıq iki 
həftədən çox idi ki, o, yürüşdə  və  Şuşada, demək olar ki, heç kəsə  cəza 
verməmişdi. Ona görə də, çoxlu müqəssir toplanmışdı. Yeni gətirilən məhbuslar 
haqqında Ağa Məhəmməd xana məlumat verildikdə, o, səra-pərdəni açmağı əmr 
etdi və itaətkarlıqla torpağa sərilənlərin qarşısında öz qırışıq və qeyzdən dəhşətə 
gəlmiş üzünü göstərib bağırdı: 
- Onlardan 
beşi çarmıxa keçirilsin, altıncı, Əli Məhəmməd ağa isə İbrahim 
xan tərəfindən Türkiyə sultanının yanına elçiliyə getdiyinə görə, onun seyid 
nəslindən olması nəzərə alınaraq boğulsun. 
Öz peşələrini çox gözəl bilən bir neçə cəllad bu hökmə əsasən onu boğmağa 
başladılar. O isə qorxu bilməyən bir şəhid kimi özünü onların ixtiyarına verib 
müstəbidə  lənətlər yağdırırdı; başqalarının isə  əl-qolunu bağlayıb çarmıxların 
başına keçirir və  dəhşətli mənzərəni tezliklə bitirmək üçün baltanın ardı ilə 
çarmıxları altdan yuxarı vururdular. Bu vəhşiliyin bədbəxt qurbanları ah-zar 
edirdilər; onların fəryadı, müstəbidin amansız hərəkət və söyüşləri burada 
olanları dəhşətə və həyəcana gətirirdi!.. Cəlladlar isə çarmıxlara keçirilib 
 
190 

can verən qurbanların çapaladıqlarını gördükdə qana bulaşmamaq üçün ehtiyatla 
çarmıxları balta ilə vururdular. Baş cəllad öz həmkarlarından bir qədər aralanıb 
müstəbidə dedi ki, əlahəzrət,  əmr etməzmisiniz ki, yeddinci cinayətkarı 
pələnglərə ataq, çünki daha çarmıx yoxdur və heyvanlar da bu gün heç bir şey 
yeməmişlər. 
- Bəli! - deyə o cavab verdi, - lakin əvvəlcə onun başı bunlarınkı kimi 
bədənindən üzülməlidir, çünki mən sabah cinayətkarların kəllələrindən bu 
vaxtadək görünməmiş yüksəklikdə bir minarə qurdurmaq fikrindəyəm ("kəllədən 
minarə qoyduracağam"). 
Bu zaman imarətin qapısından təqribən qırx yaşında, boyu bir sajen, gərdənli, 
nisbətən uzun qollu, şıq bəzənmiş, lakin sadə geyimli, sarışın saqqah qıralmış bir 
kişi saraya daxil oldu və  cəsarətli addımlarla birbaşa Ağa Məhəmməd xana 
yaxınlaşıb baş əydi, lakin yerə əyilmədi, sanki elə belə də olmalı idi. 
Qorxuya düşən saray adamları kinayə ilə bir-birinə baxdılar. Sadıq xan 
Şəqaqi isə yerə sərilib Ağa Məhəmməd xana belə ərz etdi: 
-  Əlahəzrət! Bu, Məhəmməd bəy Cavanşiridir.
1
- Bəli!  Əsil qəhrəman qəssəb
2
  Məhəmməddir!.. Mənim bütün ordumda bu 
boy-buxunda bir əsgər yoxdur. Doğrudan da onun gözləri gözəl deyildirmi? - 
deyə Məhəmməd xan Mirzə Şəfiyə müraciətlə öz sözünü bitirdi. 
 - Bəli! Elədir, qurbanın olum. Çox gözəldir, - deyə Mirzə Şəfi cavab verdi 
və başa düşdü ki, xan bu işarə ilə bu bədbəxtin də gözlərini çıxarmaq istəyir. 
 - Əlahəzrət!.. Yaxşı igidin adını eşit, özünü görmə...
3
 - deyə Məhəmməd bəy 
cavab verdi. 
 - Yox, mən zarafat etmirəm. Ağamın  ərvahma and olsun ki, mən bu boy-
buxunda, lakin boyda səndən bir qədər alçaq olan ancaq Lütfəli xan Zəndi 
tamyırdım. Yeri gəlmişkən, biz hələlik sabah da danışa bilərik, artıq axşamdır. 
Sadıq xan! Məhəmməd bəyi sənə tapşırıram, - deyə xan mızıldandı. Sonra 
hamıya müraciətlə qısaca "mürəxxəs!" deyib, özü də yataq otağına çəkildi.         
                                                 
1 Bu tarixi şəxsiyyət haqqında bizim məmləkətin hər yerində çoxlu əfsanə, mahnı və rəvayətlər eşitmək olar. Xalq onu 
o qədər sevir ki, başqalarının igidliklərini də onun adına çıxır, buna görə də, biz onun haqqında sonradan ətraflı məlumat 
verəcəyik. 
2 Bizlərdə "qəssəb" bütün başkəsən qəhrəmanlara verilən addır. 
3 Azərbaycan zərb-məsəlidir.
 
191 

Xan oğlu Məhəmmədhəsən ağanın o zaman Ağa Məhəmməd xanın 
iqamətgahı olmuş, indi isə az qala dağılmış imarətindən dörddə bir verst aralı 
Məhəmməd bəyin atası Mehrəli xanın da indi az qala dağılmış olan bir imarəti 
var idi. Sadıq xanla Məhəmməd bəy yanaşı  və dinməzcə oraya gedirdilər. 
Onların kədərli, lakin məğrur simalarında ruhi əzab izləri aydın görünürdü. Lakin 
onlar bunu adamlardan gizlətməyə çalışırdılar. Onlar biri-birilə  və yaxın 
adamları ilə söhbət edərkən təsəlli verə biləcək heç bir şey düşünə bilmirdilər. 
Gecə yarısına qədər belə keçdi. Bu zaman onlara bildirdilər ki, Ağa Məhəmməd 
xanın saray adamlarından bir nəfər Sadıq xanı görmək istəyir. Müsahiblər daha 
çox həyəcana düşdülər. Ağa Məhəmməd xanın pişxidməti Səfərəli bəy içəri daxil 
oldu. 
-  Əlahəzrətdən mənə  nə kimi yeni xəbər gətirmisən, - deyə Sadıq xan onu 
salamladı. 
- Mən gizli bir tapşırıqla gəlmişəm; əmr edin, Məhəmməd bəydən başqa hamı 
otaqdan çıxsın, - deyə o cavab verdi. 
Hamı çıxdıqdan sonra, gələn adam ətrafa göz gəzdirib, söhbətə başladı: 
- Sadıq xan, bu gün hökmdarımızın qızğın qəzəbinin nəticələrindən hali 
olmamış deyilsiniz və onun kimi nəzərdə tutduğunu da, yəqin ki, yaxşı bilirsiniz. 
Məhəmməd bəy, siz isə öz bacılarınızı  ələ verməməklə, tutaq ki, çox alicənab 
hərəkət etdiniz. Lakin, əlbəttə, müstəbidin  ən yaxşı qoşunlarını  dəfələrlə 
qırdığınız üçün sizi nə gözlədiyini bilirsiniz. Şübhəsiz, siz onunla söhbət zamanı 
öz xeyrinizə olmayan bəzi şeyləri də başa düşməmiş deyilsiniz. 
- Səfərəli bəy! - deyə Sadıq xan qorxu və inamsızlıqla ona etiraz etdi; əqliniz 
başınızdadırmı?! Nə üçün belə mənasız sözlər danışırsınız? 
- Bəli, Sadıq xan, əqlim başımdadır. Buna görə  də  mən cəsarət edib bu 
həqiqəti sizə söyləyirəm ki, sabah mənim də taleyim sizinki kimi olacaqdır. 
- Buyurun, aydın deyin görək nə olmuşdur və şah sizi mənim yanıma nə üçün 
göndərmişdir? 
- Məni sizin yanınıza şah göndərməmişdir. Həm də buna görə gəlmişəm ki, siz 
gedən kimi o, and içdi ki, sabah kəllələrdən iki minarə qurduracaqdır; bunların 
birinin üstündə  mənim kəlləmlə  Məhəmməd bəyin kəlləsi, digərində isə Abbas 
bəyin kəlləsi ilə sizinki görünəcəkdir. Onun öz atasının qəbrinə and içdikdən 
sonra nə qədər rəhmsiz olduğunu isə, yəqin ki, siz məndən də yaxşı bilirsiniz. 
 
192 

-  Bunların hamısı ola bilər, - deyə Sadıq xan bir qədər yumşalıb etiraz etdi, - 
o nəyə görə sizə belə qəzəblənə bilərdi? 
- Sizə nəyə görə qəzəblənibsə, mənə də ona görə qəzəblənib. Məgər siz bizim 
müstəbidi tanımırsınız ki, o, qəzəbini böyük bir qəddarlıqla həmişə öz tabelərinin 
üzərinə tökür. Sizdən uzaqlaşmağa başladığınıız gündən, o həmişə lütfkarlıq 
göstərirdi. Deyəsən, siz özünüz də bizdən tamamilə uzaqlaşmışsınız. Lakin o 
həmişə özünə qarşı sui-qəsd hazırlanmasından və guya bizim də onda iştirak 
etməmizdən  şübhələnir. Mən onun Mirzə  Şəfi ilə danışıqlarından bunu 
duymuşam. O mənim və Abbas bəyin əvvəllərdə sizə olan sədaqətimizi bildiyinə 
və sizin barənizdə bədgüman olduğuna görə, bu dəfə də məhz ona görə bizə irad 
tutur ki, biz sarayda olduğumuz halda dərhal onun çağırışına cavab verməmişik. 
- And olsun qadir Allaha ki, - deyə Məhəmməd bəy ürəkdən söhbətə girişdi, - 
Səfərəli düz deyir, çünki o, kələk işlətmək istəsə idi, bu dil ilə danışa bilməzdi. 
Biz öz barəmizdə  və yüzlərlə  bədbəxt qurbanların barəsində vaxtında 
düşünməliyik. 
- Mən də inanıram, - deyə Sadıq xan cavab verdi, - lakin biz nə edə bilərik?! 
- Sadıq xan, bu sizin işiniz deyildir, - deyə  Səfərəli onun sözünü kəsdi. - 
Hamımızın xilas olması üçün biz Abbas bəylə birlikdə lazım olan hər  şeyi 
edərik. Bu, keçmişlərə bənzəməz; o zaman bizim üçün təhlükə yox idi və belə bir 
münasib fürsət də ələ düşməzdi. Siz ancaq bizə söz verin ki, rəhm edib bizi onun 
tərəfdarlarının  əlinə verməyəcəksiniz. Mən sizin yanınıza məhz bunun üçün 
gəlmişəm. 
- Söz veririk, - deyə  Məhəmməd bəy ürəkdən cavab verdi. - Mən öz 
nökərlərimlə birlikdə dünyanı bu cəlladdan xilas etmək xatirinə canımdan belə 
keçməyə hazıram. Siz ancaq bizə yol göstərin. Əgər bu gün o mənim barəmdə 
xoşagəlməz bir söz desə idi, mən heç bir şeyə baxmadan, çuxamın altında 
gizlətdiyim xəncərlə onun üstünə atılardım. 
- Yox, yox! Biz bununla ancaq vaxtsız həyəcan törədə bilərik. Mən 
öyünmədən sizə demişəm və indi də deyirəm ki, ancaq sizin vədinizi eşitmək 
istəyirdim. Qalan şeylər barəsində heç narahat olmayın! - deyə  Səfərəli cavab 
verdi və tələsik çıxıb getdi. 
Ağa Məhəmməd xanın pişxidməti öz hökmdarının yataq otağına qayıdana 
qədər Şuşanın mənzərəsinə bir nəzər salaq, onu tarixi və topoqrafik cəhətlərdən 
təsvir etməyə çalışaq. 
 
193 

Dumanlı havada şəhərin hər hansı bir yerindən şimala, şimal-şərqə və şimal-
qərbə  nəzər salan adam belə gözəl bir mənzərədən valeh olar: burula-burula 
qalxan dumanlar və qara buludlar gah Qarabağ dağlarının
 
qara zirvələrini və 
ağaran Qafqaz dağlarını dövr eyləyərək onların başına dolanır və onlara toxunub 
dağılır, gah da bir anlığa onların qabağını örtür. Bu gözəl mənzərə Krım 
yarımadasına gəmidən tamaşa etmiş olan bir müşahidəçiyə onun gördüyü 
mənzərəni xatırladır. Fırtmalı gündə daim köpüklənib coşan ağ  ləpələr sanki 
gəmini öz ağuşunda sıxıb  əzmək istəyirmiş kimi, gah üfüqü görməyə imkan 
vermir, gah da gəmini göylərə qaldırır və Ayıdağ, Çatırdağ  və Krım 
yarımadasının başqa zirvələri göz önündə canlanır.  Şimal-şərq tərəfdəki qayalı 
dağlar öz kənar çıxıntı  və bürcləri ilə taclı başını qürurla yüksəldən  əfsanəvi 
nəhəngləri xatırladır. 
Cənub-şərq tərəfdən Şuşanı hər iki tərəfdən hündürlüyü 200 sajendən çox və 
eni 100 sajenə qədər olan sıldırım qayalı dərə əhatə edir. Ağa Məhəmməd xan ... 
Şuşanı tutmaq fikrində olduğu bu dərənin üstündə gözəl bir bürc
1
 var idi. Bu 
bürc şəhərin o biri tərəfində olan qaya üzərində, ətrafında bir cığır belə olmayan 
yuva kimi görünür. Qayanın eninə dağılmış olan hissəsi vaxtilə bu qalaya yol 
olduğunu sübut etsə  də, bizim şuşalılar iddia edirlər ki, onu devlər
2
  və  pərilər 
tikmiş və burada saysız-hesabsız xəzinə gizlədilmişdir. Buna görə də həmin dərə 
Xəzinə qayası adlanır. Həmin bürcdən aşağıda sanki qayaya yapışmış bir qəsr 
vardır; oradakı kahadan soyuq bir bulaq axır. Bu qəsr vaxtilə  ən qorxulu 
zamanlarda  əhalinin etibarlı  sığınacaq yeri olmuşdur. Dərənin o biri tərəfində, 
çayın lap üstündə tövlə xarabalıqları görünür; yuxarıda, qəsrin qarşısında isə 
hasara alınmış  və indiyədək içərisinə ayaq dəyməmiş bir kaha vardır ki, bu da 
Şahnəzər kahası adı ilə  məşhurdur. Zənn edildiyinə görə, bu kaha qaya boyu, 
şəhərin altından keçən yeraltı yol vasitəsi ilə o biri tayda, yuxarı qapının 
aşağısında başqa bir ucsuz-bucaqsız kaha ilə birləşir. 
Bəlkə də devlər və pərilər Şuşanın altından bu oyuğu ona görə açmışdır ki, öz 
aşnalarına təhlükə üz verəcəyi təqdirdə bu oyuqdan                
                                                 
1 Həmin bürcü bu yaxınlarda macəra və  dəfinə axtaranlardan Kərbəlayı  Məhəmməd adlı birisi dağıtmışdır; bizim 
sualımıza cavab olaraq o həmin bürcdən yastı və uzun mis pullar, insan sümükləri və s. tapdığını demişdir. 
2 Dev - insanla şeytan arasında, pəri isə insanla mələk arasında fövqəltəbii bir xəyali varlıqdır. 
 
194 

bir ip keçirib, qaya üstündəki bütün şəhəri öz üzərlərinə  yıxsınlar və  nəhəng 
qanadlarını çalıb, bu qiymətli göylərə qalxsınlar. Yaxud əksinə, bu qəniməti 
qaldırıb, sonra insanların günahları üzündən Sodam (27) və Homarra (28) kimi 
fəzadan yerə atsınlar... 
Cənub tərəfdən, Kirs dağından  Şuşaya bir nəzər saldıqda  ətəklərində bu 
şəhərin yerləşdiyi alınmaz qaya ilə  şəhərin yarımdairəvi görünüşü duman 
arasından, içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı 
xatırladır... Əbəs deyildir ki, Ağa Məhəmməd xan İbrahim xanla söyüşərkən ona 
belə demişdi: Filan-filan şüdə! Sən qazanın içində əyləşib, onun dəstəsini əlində 
tutmusan və elə  xəyal edirsən ki, guya mənimlə  çəkişirsən?! Mərhəba sənə! 
Hünərin varsa, çıx meydana!..  
Oxucu, indi də baxaq görək, qəzəbli müstəbidin pişxidməti qazanda nə 
qaynatmışdır. Səfərəli tələsik Abbas bəyin yanına qayıdıb onunla pıçıldaşdıqdan 
sonra hər ikisi Ağa Məhəmməd xanın yataq otağının qapısında gizlənirlər. Onlar 
qapı dalından onun qarışıq və  dəhşətli sözlərini eşidirlər. Abbas bəy öz 
yoldaşının qulağına pıçıldayıb deyir ki, o, yuxuda sayıqlayır. Sən gedəndən sonra 
mən bir neçə dəfə bu sözləri eşitmişəm.  
Nəhayət, qatillər Allahı  və bütün müqəddəsləri köməyə çağırıb sıyırma 
qılıncla Ağa Məhəmməd xanın yataq otağına soxulur və zəif gecə çırağı işığında 
onun üzərinə atılırlar. Ağa Məhəmməd xan çətinliklə: - Məlunlar!.. Nə 
edirsiniz!.. Siz İranı viran eləyirsiniz!.. - deyə tələsik öz toppuzunu qatillərə tərəf 
atır. Lakin artıq gec idi; qatillər onu sinəsindən vurub, başını kəsirlər (29). Onlar 
diqqətlə  ətrafı dinləyirlər... Hər tərəf sükut içərisindədir... Tələsik onun almaz 
bilərziklərini (Kuhi-nur
1
  və  Dəriyayi-nur
2
) qolundan açıb, qəsdin nəticəsini 
gözləyərək yata bilməyən həmfikirlərinin yanına qayıdırlar. Sadıq xanla 
Məhəmməd bəy qorxu və  həyəcan içərisində idilər. Gah pəncərədən dəhşətli 
hadisənin baş verməli olduğu saray tərəfə qulaq asır, gah da müxtəlif bəhanələrlə 
həyətə çıxıb öz inanılmış adamlarından xəbər tuturdular.  
Qapı döyülür...  
- Kimdir? 
                                                 
1  Kuhi-nur - nur dağı 
2 Dəryayi-nur - nur dənizi 
 
 
 
 
195 

- Bizik. Bizik!.. Açın!.. 
Budur, Ağa Məhəmməd xanın qatilləri qana boyanmış halda, qətlin sübutu 
olaraq gətirdikləri qiymətli şeylərlə içəri daxil olub deyirlər: 
- İndi rahat ola bilərsiniz!.. 
- Biz qəti bir iş görməyə  cəsarət etməzdən  əvvəl, - deyə Sadıq xan sözə 
başlayır, - məlunun ölümünü yəqin etməliyik. 
- Olar, - deyə Səfərəli söhbətə qarışır və dərhal onlar tələsik çıxıb gedirlər. 
...Sadıq xan öz inamsızlığı üzündən itaətlə  qəddini bükərək  şahın yataq 
otağının qapısını bir qədər aralayıb, ehtiyatla içəri daxil olur. Səfərəli də  cəld 
otağa girib, Ağa Məhəmməd xanın başını ayağı ilə itələyərək döşəməyə atır və 
yorğanı qaldırıb hələ soyumamış yaraları onlara göstərir... Səhər hər ikisi çıxıb 
gedir. 
Carçılar, Ağa Məhəmməd xanın adından bütün şəhərdə  Şəqaqi qoşununu 
çağırıb deyirlər ki, bir mühüm hadisə üzündən şah onları İrana göndərir. Sadıq 
xan isə bu zaman təklikdə Məhəmməd bəyə deyir: 
-  Əgər sübh açılanda bu faciəli xəbər hər tərəfə yayılarsa, mən burada Ağa 
Məhəmməd xanın adamları ilə üz-üzə  gələ bilmərəm və vaxtında da paytaxta 
gedib çata bilmərəm; halbuki indi bütün əyalətlərin əmanətinin toplanmış olduğu 
paytaxtı tutmaq son dərəcə vacibdir. Buna görə də mən hamıdan əvvəl Tehranda 
bütün hakimiyyəti  ələ keçirməliyəm, siz isə öz igidləriniz və  dəhşət doğuran 
adınızla bu dağınıq qoşunun öhdəsindən çox asanlıqla gələ bilərsiniz. 
Sadıq xanla Məhəmməd bəy belə ayrıldılar. Sadıq xan İran taxtına sahib 
olmaq üçün tələsik Tehrana yola düşdü; Məhəmməd bəy isə müxtəlif bəhanələrlə 
öz tərəfdarlarını başına toplayıb səhərin açılmasını gözləyirdi. 
IV 
Gecə  Məhəmməd bəy lazımi sərəncamlar verdi. Öz tərəfdarlarını  dəstələrə 
bölüb, bəzilərinə  İran qoşunlarının sərkərdələrini həbsə almağı, başqalarına 
məhbusları azad etməyi, üçüncülərə ümumi əməliyyat baş tutmadığı təqdirdə ən 
yaxşı mövqeləri ələ keçirməyi 
 
196 

tapşırdı. Özü isə  əsas qüvvələrlə  Ağa Məhəmməd xanın qərargahına getməyi 
qərara aldı. Səhər açılan kimi qəflətən yaxalanıb qorxu və dəhşət içərisində qalan 
iranlılar hər yerdə  əzilib sıxışdırıldılar. Məhəmməd bəy inadlı bir vuruşmadan 
sonra Ağa Məhəmməd xanın qərargahını  ələ keçirib, oradan külli miqdarda 
sərvət tapdı. Sonra Məhəmməd bəy xəzinəni və  şahın bütün sərvətini öz 
imarətinə gətirib, ertəsi gün iranlıları Araza qədər təqib etdi. 
Fəlakət o zaman azadlığa buraxılmış  və canlı  təəssürat altında olub, öz 
gələcəyi üçün kədərlənən Molla Pənahın dostu Vidadi təxəllüslü Molla Vəliyə 
yazdığı bir məktubda çox gözəl təsvir edilmişdir. Bizim hələ indi də məşhur olan 
xalq şairlərindən biri üçün xarakterik olan bu şeri bütünlüklə veririk: 
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!  
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! 
 
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,  
Hökmü adil padişahi-qadirü qəhharə bax! 
 
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq,  
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! 
 
Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,  
Payimal oldu təpiklərdə1 səri-sərdarə bax! 
 
Mən fəqirə əmr qılmışdı siyasət etməyə,  
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax! 
 
Qurtaran əndişədən ahəngəri-biçarəni, 
Şah üçün ol midbəri-təbdil olan mismarə bax! 
 
İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda,  
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! 
 
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,  
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax! 
 
Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,  
Üz çevir əli-əbayə, Əhmədi-Muxtarə bax! 
                                                 
1 Rəvayətə  və canlı  şahidlərin dediyinə görə, Ağa Məhəmməd xanın başsız bədənini və  kəsilmiş başını  şəhərin 
küçələrində gəzdirdilər. Döyüşlərdə həlak olmuş əsgərlərin hiddətə gəlmiş dul arvadları və yetim uşaqları nəşi və başı ayaq 
altına salıb təpikləyirdilər. 
 
 
197 

Məhəmməd bəy Qarabağ xanlığını idarə etməyə başladığı zaman hansı 
tədbirin daha əlverişli olması barəsində tərəddüd edirdi. Bir tərəfdən Sadıq xan 
çoxlu qoşun toplayaraq son zamanlarda Qarabağdan ayrılmış olan qonşu 
xanlıqları özünə tabe etməyi ona məsləhət görür və öz fəaliyyətində 
müvəffəqiyyət qazana bilsə, onu Azərbaycan valisi təyin edəcəyinə söz verirdi. 
Digər tərəfdən, gəncəli Cavad xan onunla qohum olmağı təklif edərək, İbrahim 
xanı bütün ailəsi ilə birlikdə  qırmaq üçün çoxlu hədiyyə göndərməsini xahiş 
edirdi, çünki tbrahim xanın olduğu Car-Balakən vilayətinin kətxudaları onun 
qardaşı Talıbxan bəyi və başqalarını öldürmüş  və onun xahişini həvəslə yerinə 
yetirməyə hazırdılar. Bundan əlavə,  Şuşanın bir çox adlı-sanlı  bəyləri və 
sakinləri, o zamankı adətə görə, İbrahim xanın Qarabağda qalan oğullarını bütün 
mötəbər adamların  əli ilə öldürməyi ona təklif edirdilər ki, hamı istər-istəməz 
onun xeyrinə hərəkət etsin. Həm də onlar bunu əsas tuturdular ki, xalqı  hədsiz 
tələbləri ilə taqətdən salan İbrahim xan öz dövrünü keçirmişdir, yollar ayrıcında 
olan bir məmləkəti idarə etmək üçün daha bacarıqlı bir hakim lazım idi. 
Sadıq xanın Ağa Məhəmməd xanın qardaşı oğlu Fətəli xanla döyüşdə məğlub 
olması  və  Fətəli xanın  İran taxt-tacına sahib olması  xəbəri alındıqdan sonra 
Məhəmməd bəy bu təklifiərə cavab olaraq elan etdi ki, gec-tez güclü qonşu 
dövlətlərdən birinə tabe olması lazım gələn bu məmləkətdə xanlıq etibarsız 
olduğundan, o heç bir zaman özünün 70 yaşlı  əmisini və  əmisi oğlanlarını 
öldürməyə  və ya ölkədən qovmağa razı olmaz, çünki bütün dünyanın 
hökmranlığını belə ona versələr, bu rüsvayçılığı yumaq olmaz. O, eyni zamanda 
öz  əmisinin yanına hədiyyə  və sursatla birlikdə elçilər göndərib, ona heç bir 
şayiəyə inanmamağı  və öz xanlığına qayıtmağı  təklif etdi. Lakin Məhəmməd 
bəyin həsədini çəkən saray adamlarının təsiri altında olan xan bunların heç birinə 
inanmırdı və Fətəli şahın vədini almadan Qarabağa qayıtmağa qorxurdu. Payızda 
şahın belə bir əmri alındı ki, İbrahim xan öz xanlığına qayıtsın, Ağa Məhəmməd 
xanın nəşini və onun ölümündə müqəssir olan Məhəmməd bəyi və pişxidmət 
Səfərəlini
1
 onun yanına göndərsin. Bu zaman İbrahim xan əvvəlcə Məhəmməd 
bəyin yeznəsi olan oğlu Mehdiqulu 
                                                 
1 O biri qatil Abbas bəy Sadıq xanla birlikdə getmişdi. 
 
198 

xanı Qarabağa göndərdi ki, Məhəmməd bəyi və yerli əhalini onu qarşılamağa 
hazırlaşdırsın, özü isə muzdla tutulmuş böyük bir ləzgi dəstəsi ilə yola düşdü. 
Öz əmisindən əsla bədgüman olmayan Məhəmməd bəy əvvəlcə xanın böyük 
oğlu Məhəmmədhəsən ağa ilə görüşüb, xanı qarşılamağa getdi və onu şəhərə 
qədər müşayiət etdi, ertəsi gün isə ona şahın xəzinəsindən qiymətli hədiyyələr 
göndərdi. 
Eyni zamanda, xanın yanında onun böyük oğlanları  və saray bəyləri 
məşvərətə toplaşıb, məmləkətin gələcək ehtiyacları haqqında belə bir qərar qəbul 
etdilər: 
- Allaha şükür, biz bu qədər sərgərdan gəlib çatdıq, - deyə xanın böyük oğlu 
Məhəmmədhəsən ağa sözə başladı. - Xoşbəxtlikdən Məhəmməd bəyin bəd 
niyyətləri haqqındakı bütün şayiələr boşa çıxdı; indi biz qəddar düşmənimiz olan 
Ağa Məhəmməd xanı öldürdüyünə, bizim sərgərdanlığımıza son qoyduğuna görə 
Məhəmməd bəyə borcluyuq. Odur ki, biz onun dəfələrlə öz yaxın adamları vasi-
təsi ilə  məndən etdiyi xahişi nəzərə alaraq, onunla yeni qohumluq əlaqəsi 
yaratmalı və igid sərkərdə olduğuna görə onu öz əlimizdə saxlamalıyıq. 
-  Əksinə, - deyə xanın qohumu Mirzəli bəy etiraz etdi, - əgər onun köhnə 
dostu və qohumu Şəqaqi xan İran taxtına əyləşsə idi, onun niyyəti ləzgiləri ələ 
almaq, bizim hamımızı qırmaq, yaxud biz buraya qayıdarkən yolumuzu kəsmək 
idi. Bundan əlavə, Fətəli  şah hər necə olsa, onun ələ verilməsini tələb etdiyi 
halda siz nə edə bilərsiniz? 
- O, heç də ləzgiləri ələ almaq fikrində olmamışdır. Bu, Cavad xanın fitnəsi 
idi; o buna razı olmamışdı, - deyə  Məhəmmədhəsən ağa etiraz etdi. - Bunların 
hamısını mən Cavad xanın saray adamlarından biri olan öz qohumumdan öyrənib 
bilmişəm. Sadıq xanın işi baş tutduğu təqdirdə ... onu bu barədə ittiham etmək 
üçün  əsas yoxdur, çünki heç kəsə özünün səlamətliyi və yüksəlməsi haqqında 
düşünməyi qadağan etmək olmaz. İkincisi də, Sadıq xan heç zaman o dərəcədə 
təkəbbürlü olmamışdır ki, öz böyük qohumlarına ehtiram göstərməsin; biz 
onunla əl-ələ verib, bütün Zaqafqaziya ölkəsini özümüzə tabe edə bilərik. 
- Bunların hamısı ehtimaldır, - deyə xan özü sözə başladı. - Lakin əslində 
qaçarkən öldürülən  Əbdülsəməd bəyin  əvəzində başqa bir nəfərin  əmanət 
göndərilməsi üstündə və ruslara ümid bağladığı- 
 
199 

mıza görə, biz imkan verdik ki, camaatımızı qırsınlar, yurdumuzu yandırıb külə 
döndərsinlər. Əgər biz Məhəmməd bəyi və onun yanında olan Ağa Məhəmməd 
xanın qatilini ələ verməsək, kimə arxalana bilərik, kimdən kömək gözləyə 
bilərik. 
- Belə bir münasib fürsət var ikən Məhəmməd bəyi başdan etməyin bizim 
gələcəyimiz üçün böyük siyasi əhəmiyyəti vardır, - deyə  həmin Mirzəli bəy 
təsdiq etdi. - Onun atası daima sizinlə mübarizə edirdi; özü isə anasının sizə ərə 
getməsinə razı olmayıb onu öldürdü. Həmçinin sizə  ən sədaqətli olan saray 
adamı Molla Pənahı da öldürdü; indi isə ölkəni beş ay idarə etdikdən sonra bu 
qədər təkəbbürlü və sərvətli olduğu halda, onun gələcəkdə dinc oturacağına kim 
zamin ola bilər? 
- Onun atasının mübarizə aparmasının səbəbləri var idi, - deyə yenə 
Məhəmmədhəsən ağa etiraz etməyə başladı. - Cavanlığında hiddətlənərək öz 
anasını öldürmüşsə  də, atasının qatilini öldürməklə onun az qala bütün ailəsini 
qırmaqla və bir çox başqa igidlikləri ilə bunun əvəzini çıxmışdır. O, Ağa 
Məhəmməd xanın öldürülməsinə kömək etmiş, Qacar qoşunlarını ölkədən 
qovmuşdur. Bunların isə bizim üçün böyük əhəmiyyəti vardır
1

- Elə  bəla da burasındadır ki, onun son igidlikləri indi başımıza  əngəl 
olubdur, - deyə xan onun sözünü kəsdi. - Əvvəllərdə dediyim kimi, iki şeydən 
biri olmalıdır: ya onu ələ verməliyəm, ya da öz irsi xanlığımdan əl çəkməliyəm. 
                                                 
1  Yuxarıda izah edildiyi kimi, Məhəmməd bəy öz anasını öldürdükdən sonra uzun müddət vətənindən didərgin 
düşmüşdü; yalnız atasını öldürənlərdən intiqam aldıqdan sonra öz qohumları ilə barışa bilmişdir. Onun necə həyat sürməsi 
haqqındakı rəvayətlərdən asanlıqla görmək olar ki, Məhəmməd bəy basqınlardan və öz vətəninin sərhədlərini qorumaqdan 
çox az hallarda boş vaxt tapırdı. Bu işlərdən asudə olduğu zamanlar isə musiqi çaldırıb iki toppuzla idman edir və  cıdıra 
çıxırdı. Tariximizin həmin cəngavərlik dövründə atəşsaçan silah hələ indiki qədər təkmilləşdirilməmişdi; buna görə  də 
Məhəmməd bəy və onun nökərləri çövşən geyərdilər. O zamanlar qol gücü və igidlik hər şeydən üstün idi. Buna görə də o 
həmin üstünlükləri olanlara qarşı səxavətli və mehriban idi. Odur ki, ətraf yerlərdən bütün seçmə adamlar dəstə-dəstə onun 
yanına axışırdılar. Gürcüstandan başlamış ta İranın daxili əyalətlərinə  qədər, Xəzər dənizindən başlamış Türkiyə 
imperiyasının sərhədinə qədər geniş bir sahədə çoxlu tanışları oduğuna görə, Məhəmməd bəy həmişə öz igidləri ilə bu yerləri 
gəzib çox zaman bütün bir əyalətdən bac-xərac alır və bu yerin əhalisini itaətə gətirir, bəzən də özünü xan elan edən birini öz 
tərəfdarları ilə birlikdə təqib edirdi. Vaxtilə az qala bütün Zaqafqaziyada və Azərbaycan valiliyində hökmdar olması üçün 
İbrahim xan onun igidliyinə borclu idi. -> 
 
 
200 

- Xan, siz kimi ələ verirsiniz? Məgər onun atasının qürbətdə öldürülməsi 
vicdanımıza ağır yük deyildirmi? Mənim fikrimcə,  əgər yenidən qacarlarla üz-
üzə  gələrkən öz qüvvələrimizə, habelə deyildiyinə görə, külli miqdarda 
Gürcüstana gedən rusların köməyinə bel bağlaya bilməriksə, Məhəmməd bəyə 
qarşı yaranmış  təhlükəni ona bildirmək daha yaxşıdır ki, o, vaxtında çıxıb bir 
yana gedə bilsin. 
- Bunların hamısı doğrudur, - deyə xanın qohumu Feyzi bəy cavab verdi. - 
Lakin unutmayın ki, su meymunun boğazına çıxanda balasını ayağının altına 
qoyar.
1
                                                 
—> Deyilənləri təsdiq etmək üçün onun igidliklərindən daha bir misal gətirək: İbrahim xan qaradağlı Mustafa xanın 
Qarabağ üzərinə hücum etməsindən xəbər tutub, Naxçıvanın mühasirəsindən  əl çəkir və geri çəkilməyə hazırlaşır. Lakin 
Kalbalı xan onun köməyinə  gələn müttəfiqlərdən xoylu Cəfərqulu xan, balbaşlı  Məhəmməd  Şərif Sultan və başqaları ilə 
birlikdə qarabağlılar üzərinə süvariləri geri çəkilməyə məcbur edir, piyada qoşunu əzir və düşərgəyə soxulurlar. Məhəmməd 
bəy az miqdarda nökərlərlə onların qarşısına çıxır və düşmənlərin hücumunu dayandırır, təkbətək vuruşmada Məhəmməd 
Şərif Sultanı öldürür və axşama qədər vuruşmanı davam etdirib, ara-sıra müvəffəqiyyət qazanaraq, nəhayət, onları geri 
çəkilməyə məcbur edir. Gecə İbrahim xan da geri çəkilir. Məhəmməd bəy isə bir neçə nəfər nökərdən ibarət kiçik bir dəstə 
ilə 100 verstdən çox at çapıb, ertəsi gün axşamçağı Araz çayı sahilində hücumdan qayıdan qaradağlıların yolunu kəsir, 
onların bütün talayıb gətirdikləri qəniməti, əsirləri, Mustafa xanın öz xüsusi yüklərini əllərindən alır və təkbətək vuruşmada 
başçılarından biri olan Səfərqulu bəyi öldürür, onun ardınca meydanda qardaşı Məhəmməd Vəli Sultanı yaralayıb əsir tutur. 
Müasiri olan üçoğlanlı Əlibəy müəllifə söyləmişdir ki, ertəsi gün Məhəmməd bəy Sultandan: Tüfəngin belə yaxşı tuşlandığı 
halda bəs nə üçün atmadı" - deyə soruşduqda, Sultan cavab vermişdi ki, onunla üz-üzə gəldikdə güllə atmasa da, öləcəyini 
yəqin etdiyi üçün tüfəng tamamilə yadından çıxmışdı. 
Ağa Məhəmməd xanın birinci hücumu zamanı Araz çayının yuxanlarında ona qarşı  Məhəmməd bəyin başçılığı ilə 
3000 nəfərlik süvari dəstə  çıxarılmışdı. Məhəmməd bəy xəbər tutur ki, Ağa Məhəmməd xan Araz çayının aşağılarından 
keçib, Hindarx kəndinin yaxınlığındakı düzənlikdə düşərgə salmışdır, xanın ərzaq daşıyan arabaçıları isə  Kəhrizli kəndinə 
hücum edib yandırmışlar və s. O dəstədən 300 nəfər yaxşı qaçan atı olan süvari intiqam almağa gedir. Axşamüstü onlar 
yəhərlərinə bir şələ ot bağlayaraq özlərini ərzaq arabaçısı kimi göstərdikləri üçün heç kəs onları tanımır. Dəstə düşərgəyə 
çatıb otu bir tərəfə atır və heyrət içərisində qalan düşmənə hücum edir. Onlar uzun müddət müvəffəqiyyətlə vuruşur və 
yalnız iranlılar böyük dəstələr halında birləşdikdən sonra geri çəkilməyə başlayırlar. Doyran kəndi yaxınlığında Məhəmməd 
bəyin atı çuxura düşür, atı güc-bəla ilə çuxurdan çıxardır. Qaş qaralanda onlar Ərki düzündə töləyə salınmış düşmən üzərinə 
atılaraq onları tamamilə qırırlar. 
1 Azərbaycan zərb-məsəlidir. Bizim adətlərlə tanış olan kəsə məlumdur ki, hüquqşünaslar üçün qanun maddələrinin nə 
qədər əhəmiyyəti varsa, zərb-məsəllərin də bizim üçün o qədər əhəmiyyəti vardır. 
 
201 

- Bəli, bəli, Feyzi bəy düz deyir, - deyə əksəriyyət qərara aldı ki, başımıza 
yenidən böyük bir bəla açmaqdansa, bir nəfəri ələ vermək daha yaxşıdır. 
Məhəmməd bəy xanın yanına gələrkən onu tutmaq üçün 9 nəfər  ən güclü 
əsgər ayırıb, dərhal onun dalınca adam göndərdilər. 
Məhəmməd bəy gəlir. Məhəmmədhəsən ağanın göstərişi ilə qaradəmirçili 
Əmiraslan bəy onu bu təhlükədən xəbərdar edirsə  də, o, dayanmayaraq, 
nökərlərini həyətdə qoyub, qardaşı Xankişi bəylə birlikdə xanın yanına gəlir. 
Vicdan  əzabı  çəkdiyinə, yoxsa başqa səbəblərə görəmi onu xan əvvəlcə 
fikirləşdiyi kimi, həbsə almaq haqqında  əmr verməyə  cəsarət etmir, hətta 
Məhəmməd bəyin  ədəb dairəsindən çıxıb ona qəbahət göstərməsinə  də fikir 
vermir. 
Peşman olmuş xan Məhəmməd bəy getdikdən sonra: 
- Nə olur olsun, mən heç bir zaman öz igid qardaşım oğlunu  ələ verməyə 
razı olmaram. Lakin indi bəla bundadır ki, əgər o bizim niyyətimizdən xəbər 
tutubsa, onu heç bir vəchlə inandırmaq mümkün olmayacaqdır. Məhəmmədhəsən 
ağa, sizə tapşırıram, hər necə olsa, tez onun yanına gedib, bu təhlükə barədə onu 
xəbərdar edəsən və  mənim həmişə ona rəğbət bəslədiyimə  Məhəmməd bəyi 
inandırıb, öz təhlükəsizliyi xatirinə müvəqqəti olaraq uzaq bir yerə getməsini ona 
məsləhət görəsən. 
Lakin artıq gec idi. Məhəmməd bəy, xan çıxan kimi dərhal  Şuşadan yola 
düşmüşdü. Hətta Məhəmmədhəsən ağanın  şəhərin 40 verstliyində olan Tuğ 
kəndinə gəlib, xeyirxahlıq göstərməsi də inandırıcı nəticə vermədi. O hər şeydə 
bir tələ görür. 
Məhəmməd bəy oradan Tərtər çayı sahilindəki Kələntərli malikanəsinə yola 
düşdü. Beləliklə, vəziyyətinin ağırlığı onun hərəkətlərinə  də  təsir göstərdi: 
Məhəmmədhəsən ağanın məsləhəti ilə, İranla ədavət edən Gürcüstana və ya heç 
olmasa Rusiyaya gedib Qarabağ xanlığının Rusiya təbəəliyinə qəbul edilməsinə 
kömək etmək əvəzinə, o özünün döyüş meydanındakı keçmiş rəqibi nuxah Kor 
Məhəmmədhəsən xanın fitnəkar sözlərinə inandı. Kor Məhəmmədhəsən xan and 
içib, onun yaxın adamlarını inandırdı ki, öz qızını Məhəmməd bəyə ərə verəcək 
və xanlığın idarə olunmasını da ona tapşıracaqdır, çünki kor olduğuna 
düşmənləri hər tərəfdən onun üzərinə qalxmışlar. 
 
202 

Bu kələk baş tutdu. Məhəmməd bəy Kür çayını keçib, Məhəmmədhəsən xan 
tərəfindən qəbul edildi. Lakin Məhəmməd bəyin gəlişinin altıncı günü, toya 
hazırlıq zamanı xanın  əmri ilə onu xaincəsinə  həbsə alıb, bütün sərvətini  ələ 
keçirdilər
1

Sonra onu qandallayıb güclü keşikçi dəstəsi ilə qan düşməni şirvanlı Mustafa 
xanın yanına göndərdilər. Mustafa xan isə  Məhəmməd bəy tərəfindən 
öldürülmüş atasının, qardaşlarının və başqa qohum-əqrəbasından intiqamını 
alaraq onu şərəfsizcəsinə öldürdü
2

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin