MƏRHUM PƏNAH XANIN ADINA XANLIQ
FƏRMANI YAZILMASI VƏ ONUN
HAKİMİYYƏTİ HAQQINDA
Mərhum Nadir şah öldürüldükdən sonra, qardaşı oğlu Əliqulu xan, Adil şah
1
ləqəbilə mərhum Nadir şahın şahlıq taxtına çıxdı. Adil şah tərəfindən Azərbaycan
ölkəsinə sərdar təyin edilmiş Təbriz şəhərində yaşayan Əmir Aslan xan, Pənah xanın
Qarabağda olan belə bir şöhrət və istiqlaliyyətini eşitdikdə, öz adından ona (hədiyyə
olaraq) at, qılınc və xələt göndərərək, onu Adil şaha itaət etməyə dəvət və təşviq
etdi
2
.
1 A.Bakıxanov yazır ki, o, Əlişah ləqəbilə taxta çıxmışdır (bax: A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh. 159).
2 Mirzə Adıgözəl bəy yazır ki, Əmir Aslan xan Pənahəli bəyi görmək arzusu ilə gəlib onunla görüşdü. B a x: bu
kitabda səh. 39.
129
Mərhum Pənah xan onun elçilərinə layiq olan hörmət və mehribanlıq
göstərdi. Ellərin bacarıqlı mötəbər, adlı-sanlı kətxudalarından bir neçə nəfərini
elçilərlə birlikdə Əmir Aslanın yanına göndərdi. Çünki, hələ belə bir şövkət və
dövlət sahibi olan əmirlə düşmənçilik, ədavət və müharibə etmək vaxtı deyildi.
(Digər tərəfdən) ətrafda olan bəzi vilayətlərin xanları, üzdə dostluqdan və
sədaqətdən dəm vurduqlarına baxmayaraq, ürəkdə Pənah xanın pisliyini
istəyirdilər. Buna görə o, Adil şahın dövlətinə itaət etməyə hazır olduğunu və ona
xidmət edəcəyini bildirərək, sədaqətini andıran cavablar və hədiyyələr göndərdi.
Sərdar Əmir Aslan belə bir itaəti və elçilərin gəlişini Adil şah dövləti üçün
böyük xidmət sanıb, Adil şahın hüzuruna məktub yazdı.
Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə
1
Adil şahın (Pənah
xana) xan adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında
imzaladığı fərman, qiymətli xələt, qızıl yəhərli at və qaş-daşla bəzənmiş qılıncla
birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə, o zaman yaşadıqları Bayat
qalasına gəlib çatdı. Sərdar Əmir Aslan özü də Pənah xana ayrıca töhfələr
göndərmiş, Pənah xanın elçi sifətilə göndərdiyi kətxudalara xələt və bəxşişlər
verib, onlara hörmət və mehribanlıq etmişdi.
Beləliklə, xanlıq və hakimlik adı Pənah xana ilk dəfə mərhum Nadir şahın
qardaşı oğlu Adil şahın fərmanı ilə verilmişdir.
Az bir müddətdən sonra Pənah xana xəbər çatdı ki, mərhum Nadir şahın oğlu
Şahrux Mirzə, Adil şah adlandırıları Əliqulu xanı öldürərək, Xorasanda şahlıq
taxtında oturmuş və İraq, Azərbaycan və Fars torpaqlarında qarmaqarışıqlıq üz
vermişdir.
Bu zaman Pənah xan Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil
vilayətlərini ələ keçirmək və o yerlərin xanlarını özünə tabe etmək qərarına gəldi.
Az bir müddətdə onların bir parasını zorla, bəzisini isə məkrub və elçi
göndərmək və ya qohumluq vasitəsilə öz itaəti altına aldı. Xüsusilə, Sarıcalı
Dərgahqulu bəyi Ərdəbilə hakim təyin etdi. Gəncə xanzadələrindən kefi istədiyi
adamı hökumət işinə təyin edir, istəmədiyini isə vəzifəsindən çıxarırdı. O
vilayətlərin xanlarının uşaqlarından bir neçəsini girov adı ilə gətirib, Şahbulağı
qalasında saxlayırdı.
1 Hicri 1161-ci il miladi 1748-ci ilə bərabərdir.
130
Bu vəziyyət, Məhəmmədhəsən xan Qacarın Mazandaran, İraq və Azərbaycan
tərəflərində özünü müstəqil elan etdiyi günə qədər davam edirdi. Hökumət
işlərini bir an belə unutmayan mərhum Pənah xanın işgüzar və bacarıqlı
adamları, xanın əmrinə görə məsləhət üçün yığışıb dedilər: "Mərhum Nadir şah
vəfat etdikdən sonra bizimlə Əliqulu xan və Sərdar Əmir Aslanın arasında sülh,
ittifaq və dostluq əlaqəsi davam etməkdə idi. İndi, çox mümkündür ki, belə bir
münasibət və dostluq əlaqəsi bizimlə Məhəmmədhəsən
xan arasında olmasın.
Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların Məhəmmədhəsən xanı
üzərimizə təhrik edərək, onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır.
(Belə bir vəziyyətdə) Qarabağın elləri, adlı-sanlı adamları Qızılbaş qoşununun
ayağı altında paymal olar, biz isə Şahbulağı qalasında elə bir qüvvətli düşmənin
və ətraf xanların qarşısında müqavimət göstərə bilməyib, bütünlükdə qırılarıq.
Ona görə də işin əlacım qabaqdan görmək lazımdır. Biz gərək dağların içində,
möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü
düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin
üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə)
kəsilməməlidir".
Bu məsləhəti həmişə xeyirxahlıq göstərən Məlik Şahnəzər bəyə söylədilər və
onun məsləhəti və bələdçiliyi ilə Şuşa qalasını tikmək qərarına gəldilər. Xanın
bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladı.
Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala
camaatına kifayət etməzdi. Ona görə, güman gələn yerlərdə quyu qazdırıb,
müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür.
Bu xəbəri mərhum Pənah xana çatdırdılar. (Xan) sevinərək, bir neçə nəfər öz
yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu.
İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754-cü ildə
1
Şahbulağı qalasının
sakinləri olan bütün rəiyyətləri - əyanın, məliklərin, mülazimlərin, ellərin və bir
para kəndlərin kətxudalarının ailələrini köçürüb, bu qalanın içində yerləşdirdi. O
vaxta qədər burada yaşayış evləri yox idi. Bura, şərq tərəfdə, qalanın altı
verstliyində yaşayan Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi.
1 Hicri 1170-ci il miladi 1756-1757-ci ilə bərabərdir.
131
Xalqı yerləşdirib hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra
mahir ustalar, ağıllı işgüzar adamlarla qalanın hasarını çəkdirdi. Mərhum Pənah
xanın tikdirdiyi hasar indi xarab olmuşdur. Yalnız bəzi yerlərdə divarların qalıqları
görünür.
Qalanın tikilişindən bir il keçdikdən sonra Ağa Məhəmməd şahın atası
Məhəmmədhəsən xan Qacar İraq və Azərbaycan qoşunu ilə Şuşa qalasını almaq və
mərhum Pənah xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın dörd
ağaclığında çadırlar qurdular. Mərhum Pənah xanı tabe etmək və beləliklə, Şuşa
qalasını ələ keçirmək üçün çox düşündü, tədbirlər tökdü. Bir ay orada oturdu. Lakin
bu qədər çoxlu qoşun ilə qalaya yaxınlaşa bilmədi. Əksinə, Qarabağın qoçaq əhalisi
Məhəmmədhəsən xan ordusunun at-qatırını və başqa mal-qarasını istər açıq, istərsə
də gizli surətdə qarət edərək, onun qoşununa çoxlu ziyan vurdu.
Bu zaman Kərim xan Zəndin Fars məmləkətinin Şiraz şəhərində qüvvət tapması
və qoşun toplayıb, İraqı və Mazandaranı almaq niyyətində olması xəbəri
Məhəmmədhəsən xana çatdı. Məhəmmədhəsən xan, belə bir vəziyyətdə qalanı
almaq, Gəncəyə, Şirvana və başqa yerlərə sahib olmaq fikrindən əl çəkərək,
sürətlə İraq, Fars və Mazandaran tərəfə hərəkət etdi. (Lakin) Kərim xan Zənd
Məhəmmədhəsən xan gəlib çatana qədər bütün Fars vilayətini, İraq və başqa
vilayətlərin bir para yerlərini ələ keçirib, Məhəmmədhəsən xanla müharibəyə
hazırlaşmışdı. Bir tərəfdən də Məhəmmədhəsən xan Azərbaycanın, Gilanın və başqa
yerlərin çoxlu qoşunu ilə Kərim xanı dəf etmək üçün Farsa tərəf hərəkət etdi. Lakin
bəxt və dövlət Allah vergisi olduğundan, Məhəmmədhəsən xanın bir neçə yaxın
adamı xəyanət fikrinə düşüb, onu öldürdülər və böyük mənsəb və ənam almaq
təmənnasilə başını kəsib, Kərim xanın yanına apardılar. Belə yaramaz işlərdə böyüklər
və sərdarların qeyrətini qorumaq sərdarların öhdəsinə düşdüyündən Kərim xan,
Məhəmmədhəsən xanın qatillərini mərhəmət və ənamdan məhrum edərək,
başqaları da öz xeyirxah ağalarına qarşı belə bir xəyanətə əl atmasınlar deyə onlara
cəza verdi.
Məhəmmədhəsən xan hadisəsindən sonra, Nadir şahın sərdarlarından biri olan
urmiyalı Fətəli xan Əfşar, dövlət iddiasilə Urmiya vilayətindən baş qaldıraraq, bütün
Azərbaycanı tutdu. Mərhum Pənah xanın yanına mahir elçilər göndərib, onu itaətə
və ittifaqa dəvət
132
etdi. Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı olaraq, özü üçün əskiklik
və ar bilib, elçiləri kobud cavablarla geri qaytardı.
Elçilər qayıdıb (yerlərinə) çatdıqdan sonra Fətəli xan, Azərbaycan, Urmiya və
başqa vilayətlərin əhalisindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı ələ
keçirmək və Pənah xanı aradan qaldırmaq məqsədilə Şuşa qalasına gəlib qalanın bir
ağaclığında düşərgə qurdu.
Gizlində mərhum Pənah xana ədavət bəsləyən Çiləbörd və Talış mahalının
məlikləri Fətəli xanın yanına getdilər. Onlar altı ay qalanın yaxınlığında oturdular.
Hər neçə gündən bir, mərhum Pənah xanın qoşunu ilə Fətəli xan ordusu arasında
vuruşma üz verir və hər dəfə mərhum Pənah xanın qoşunu Qızılbaş ordusuna qalib
gəlirdi. Bu müddətdə bir iş görə bilməyən Fətəli xan (vəziyyətinin) gündən-günə
çətinləşdiyini və məğlubiyyətinin (artdığını) müşahidə edirdi.
Nəhayət, bir gün özünün bütün atlı və piyada qoşunları və adı çəkilən mahalların
məliklərinin piyadaları ilə birlikdə hücuma başlayıb, Şuşa çayından keçərək qalanın
yarım verstliyinə çatdı.
Bu tərəfdən də Pənah xan adlı-sanlı igid cavanlar, ellərin, habelə Vərəndə və
Xaçın mahallarının qoçaq tüfəngliləri ilə birlikdə, başqa tərəfdən isə ellərin süvari
sərkərdələri mərhum Pənah xanın şücaətli qohumları ilə bərabər hücum edərək
Fətəli xan ordusu vurub-öldürməkdən əl çəkməyincə, onları dərin dərələrdə və dar
keçidlərdə tutub öldürməyi davam etdirdilər.
Bu hücumda Fətəli xanın qoşunundan təxminən iki min nəfər piyada və süvari
qırıldı və əsir düşdü. Məğlub olan (düşmən) sonsuz pərişanlıq və peşmanlıqla öz
düşərgəsinə qayıtdı. Pənah xan isə əsirləri və ələ keçən qəniməti götürüb, qələbə və
zəfərlə qalaya gəldi.
Bu hadisədən sonra Fətəli xan Əfşar, qoşununun məğlub olması və qış fəslinin
yaxınlaşmasına görə, sülh və barışıq təklif etdi. Mahir elçilər göndərib, and-aman içərək
belə vədə verdi: "Əgər Pənah xan, qoşunumdan aldığı əsirləri geri qaytarsa, mənlə
ittifaq və dostluq etsə, qızımın kəbinini onun böyük oğlu İbrahimxəlil ağaya
kəsdirəcəyəm. (Beləliklə də) biz əbədi qohum və dost olacağıq. Bir şərtlə ki,
İbrahimxəlil ağanı mənim yanıma göndərsin. O isə orduda şirni içilib, kəbin
kəsildikdən və iki-üç gün burada (qonaq) qaldıqdan sonra geri qayıtsın".
Pənah xanı xatircəm etmək üçün İbrahimxəlil ağa qayıdana qədər özünün övladı və
qohumlarından üç nəfər adlı-sanlı şəxsi girov adı ilə saxlamaları üçün Pənah xanın
yanına göndərmişdi.
133
Mərhum Pənah xan Fətəli xanın and-amanına, övladına və qohumlarını
göndərməsinə inanıb, İbrahimxəlil ağanı bir neçə kətxuda ilə Fətəli xanın
ordusuna yola saldı. Fətəli xan bu xəbəri eşitcək sevindi. Övladından bir neçə
nəfəri onu qarşılamaq üçün göndərdi. İbrahimxəlil ağanı hörmət, təntənə və çalğı
ilə orduya gətirdilər. Saatın nəhs olmasını bəhanə edərək, İbrahimxəlil ağanı iki
gün ordugahda, kef məclislərində saxladılar. Bu müddət içərisində qalaya, Pənah
xanın yanına dəfələrlə etimadlı, şirindilli adamlar göndərib, adətləri üzrə adam
aldatmaq və öz işlərini düzəltmək üçün bütün fırıldaqları və lazım olan rəsmi
mərasimi əmələ gətirdilər. O iki günün içərisində əsir və dustaqlarını xilas
etdilər. Üçüncü gün isə İbrahimxəlil ağanı və kətxudaları dustaq kimi, özlərilə
bərabər götürüb getdilər və Urmiya qalasına çatana qədər heç bir yerdə
dayanmadılar.
Bu hadisədən mərhum Pənah xan və Qarabağın əyanları çox pərişan, peşman
və məyus oldular. Nəhayət, qəmginliyin, çox peşmançılığın faydasız olduğunu
düşünərək, İbrahimxəlil ağanı xilas və Fətəli xanı dəf etmək üçün məsləhət və
tədbirlər görməyə başladılar.
Pərvərdigari-aləm, insi-cinsi yaradan xaliq hər anda və zamanda düzgün,
vəfalı və haqşünas adamların dostu və köməkçisidir. Xüsusilə o, əhd-peymanda
və sözündə möhkəm olan, alçaqlıq və peşmançılıqla nəticələnəcək məkr və
hiylədən qaçan şəxslərə müvəffəqiyyət və qələbə bəxş edər. Buna görə də belə
bir zamanda İraq və Fars torpaqlarında dövlət sahibi olmuş Kərim xan Zənd
Allahın köməyilə tam istiqlaliyyət əldə etdi. O, adı çəkilən Fətəli xanla
düşmənçiliyə başlayıb öz qohumlarından bir nəfəri
1
Fətəli xan müharibəsinə
namizəd edərək onu İraq və Fars qoşunları ilə Azərbaycana göndərdi. Fətəli xan
da bu xəbəri eşitcək, Kərim xanın qoşunları gəlib çatmamış, Azərbaycanın və
ətraf (nahiyələrin) bütün qoşunları ilə onun qarşısına çıxdı. İki tərəfin qoşunu
İsfahan yaxınlığında bir-birilə üzləşib döyüşə başladılar. Kərim xanın qoşunu
məğlub, qoşun sərdarı olan qohumu isə döyüş meydanında həlak oldu. Fətəli xan
zəfər tapıb, İraq vilayətinin bir parça yerlərini da aldıqdan sonra geri qayıtdı.
Bu hadisədən sonra Kərim xan Zənd intiqam almaq fikrinə düşdü. Çoxlu
qoşunla Fars vilayətindən hərəkət edərək, Fətəli xanı
1 Mirzə Adıgözəl bəy yazır ki, Kərim xan Zend qardaşı İskəndər xanı böyük hazırlıq və təntənə ilə Fətəli xanın
müharibəsinə göndərdi. B a x: bu kitabda səh. 54.
134
dəf etmək əzmilə Azərbaycana tərəf getdi. Azərbaycana çatmamış bir etimadlı
adamını mərhum Pənah xanın yanına göndərib, ona qarşı olan lütf və
mehribanlığını və onunla müttəfiq olmaq istədiyini bildirdi. Göndərdiyi
məktubunda belə yazmışdı: "Fətəli xan bizim nəinki təkcə düşmənimiz, hətta
qanlımızdır. Sizə qarşı da olduqca yaramaz işlər görmüş, andını, peymanını
pozmuşdur. Sənin oğlunu məkr və hiylə ilə aparıb məhbus etmişdir. İndi var
qüvvə ilə bizə kömək etməli və bu işdə heç şeydən müzayiqə etməməlisən.
Çünki intiqam alsaq və oğlunu xilas etsək, siz sevindiyiniz kimi biz də arzumuza
çatmış olacağıq".
Pənah xan yalançı və hiyləgər düşməni aradan qaldırmaq üçün qarşısına
çıxmış belə bir təsadüfü qənimət bildi, müntəzəm qoşunu və Qarabağın adlı-sanlı
süvarilərilə Azərbaycan torpağında Kərim xanla görüşdü. Kərim xan ona qarşı
böyük izzət və ehtiram göstərib, ənamlar bəxş etdikdən sonra, Fətəli xanı
birlikdə dəf etmək üçün Urmiya vilayətinə tərəf yola düşdülər.
Fətəli xan da ixtiyarında olan vilayətlərin çoxlu qoşunu ilə onların qarşısına
çıxdı. Hər iki qoşun müharibəyə başladı. Nəhayət, Fətəli xan məğlub olub
Urmiya qalasına çəkildi. Bir neçə gündən sonra itaətdən başqa çarə görməyib,
Kərim xanın isə ümidverici vədlərini eşidib onun yanına gəldi
1
. Kərim xan
Urmiya qalasını ələ keçirib müstəqil oldu.
İranda hələ müstəqil padşah olmadığından Kərim xan özünə İran şahının
vəkili adı və ləqəbi verib deyirdi: "Bir padşah aralığa çıxıb taxta oturmayınca
mən padşahın vəkiliyəm". Ona görə də Kərim xanı vəkil adlandırdılar. O,
Urmiyada dustaq olan İbrahimxəlil ağanı zindandan buraxdırıb öz yanına çağırdı,
ona at, qılınc, xələt və Qarabağ xanlığı və hakimiyyəti fərmanını verib, hörmət
və təmtəraqla Qarabağa yola saldı. Pənah xana qarşı olan məhəbbətinə görə ona
lütf və mehribanlıq göstərib dedi: "Mənə qarşı göstərdiyin sədaqətin və köməyin
əvəzini çıxmaq üçün bir neçə müddət mənim yanımda qalmağını xahiş edirəm".
Onu özü ilə bərabər Şiraza apardı.
Mərhum İbrahimxəlil xan Qarabağa gəldi. Qarabağın və başqa vilayətlərin
camaatı ona itaət etdi, o isə hökumət və xanlıq taxtına çıxıb kimsəyə itaət
etmədən, müstəqil olaraq hökmranlıq etməyə başladı.
1 Bakıxanovun yazdığına görə bu hadisə 1176 (1763)-cı ildə baş vermişdir (bax: A.Bakıxanov. "Gülüstani-İrəm",
Bakı, 1951, səh. 165).
135
Mərhum Pənah xan az bir müddət Kərim xanın paytaxtı olan Şirazda qaldıqdan
sonra əcəli çatıb, Şirazda Allahın rəhmətinə getdi. Cənazəsini böyük hörmətlə
Qarabağa gətirib, indi Ağdam adı ilə məşhur olan, özünün satın aldığı halal
mülkündə dəfn etdilər. Allah ona rəhmət eləsin.
İşlərin gedişi və baş vermiş hadisələrdən məlumdur ki, mərhum Nadir şah öləndən
sonra rəhmətlik Pənah xan on iki il davam edən hakimiyyəti dövründə həmişə fəth,
zəfər, bəxt və dövlət sahibi olmuşdur. Azərbaycan vilayətinin çox hissəsi onun
hökmü və itaəti altında idi.
Kərim xan Fətəli xanı özü ilə aparıb, İsfahanın yaxınlığında, qohumu
müharibədə öldürüldüyü yerdə öldürdü. (Beləliklə də) ondan intiqamını aldı.
Habelə mərhum Pənah xana yalandan and içdiyi, məkr və hiylə işlətdiyi üçün Allah
onu cəzasına çatdırdı. Məkr, hiylə və yalan toxumundan peşmançılıq və zərərdən
başqa bir şey bitməz. Allah məkri, hiyləni, yalandan and içməyi və əhdi pozmağı öz
bəndələrinə qadağan etmişdir. Təcrübədə təsdiq olmuşdur ki, dosruna,
xeyirxahına, böyüyünə yalan danışan, hiylə və xəyanət işlədən, Allahın əmrilə
böyüklüyə çatmış böyük şəxsin mərhəmətini saymayıb, ona xor baxan adamın cəzası
həmişə zərər və peşmançılıq olmuşdur. "Allah mükafat və cəza verəndir. (O), xeyir
işə mükafat, şər işə (isə) cəza verər".
BEŞİNCİ FƏSİL
MƏRHUM İBRAHİM XANIN HAKİMİYYƏTİ
VƏ O ZAMANIN QAYDALARI VƏ
HADİSƏLƏRİ HAQQINDA
Mərhum İbrahim xan müsəlman tarixi ilə 1174-cü, xristian tarixi ilə 1756-cı ildən
1
1221 (1806)-ci ilə qədər Qarabağ hökuməti taxtında oturmuş, İran və Rum
padşahlarına itaət etmədən və boyun əymədən müstəqil hökmranlıq etmişdir.
Onun hökmü və fərmanı
1 Hicri 1174-cü il 1760-61-ci ilə bərabərdir. Mirzə Adıgözəl bəy yazır ki, İbrahim xan Qarabaği hakimliyə 1173
(1759)-cü ildə təyin olunmuşdur.
136
Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Xoy, Qaradağ, Təbriz, Ərdəbil vilayətləri, hətta
Marağa, İraq və Azərbaycan sərhədi olan Qaplankuhda belə işlərdi. Vilayətlərin
xanları mərhum İbrahim xanın hökmü və əmri ilə təyin edilər və ya vəzifədən
götürülərdi
1
. O, Avar və Dağıstan valisi Ümmə xan Nüsal xan oğlunun möhtərəm
bacısını alaraq onunla qohum olmuşdu. Zərurət zamanı İbrahim xan Dağıstan və ləzgi
vilayətindən qoşun istəyərək, onu Ümmə xan və başqa sərkərdələrlə birlikdə Qarabağ
vilayətinə gətirib öz övladı, sərkərdələri və Qarabağ qoşunu ilə lazım gələn yerlərə
göndərər, istədiyi adamı tənbeh edər və itaəti altına alardı.
Bundan başqa, Şahsevən, Qaradağ, Xoy və Gəncə vilayətlərinin xanları ilə də
qohum olmuşdu. Bunların hamısı ya güc, ya da qohumluq vasitəsilə onun itaətini
ürəkdən qəbul etmişdilər. O, hətta Təbriz və Qaradağ vilayətlərinin bəzi mahallarını
öz adlı-sanlı sərkərdələrinə bağışlamışdı ki, onların gəlirindən mənfəət
götürsünlər. Padşah adı daşımadığına baxmayaraq, İbrahim xanın dövlət və calalı
İran padşahlarının cah-calalından əskik deyildi. Adı çəkilən vilayətlərin xanlarının
övladı həmişə Şuşa qalasında, mərhum İbrahim xanın yanında girov sifətilə
yaşayırdılar.
Bu vəziyyət Şirazda girov halında saxlanılan Ağa Məhəmməd xan
Məhəmmədhəsən xan oğlu Qacarın, Kərim xanın vəfatından sonra (o şəhərdən)
qaçdığı günlərə qədər davam edirdi.
Səltənət iddiasında (olan Ağa Məhəmməd xan) bir neçə il çalışdıqdan sonra İraq
və Farsı tutub, Tehran şəhərini paytaxt etdi. O, müsəlman tarixilə 1107 (1695-
1696)-ci ildə
2
Azərbaycan vilayətinə gəlib, İrəvan və Talış vilayətindən başqa, Arazın
cənub tərəfində olan bütün vilayətləri aldı.
Bu hadisələrdən əvvəl o, İbrahim xana xələt, qılınc, qızıl yəhər və əsbablı at
göndərib, itaətə dəvət etmişdi. Aralarında zahiri hörmət və dildə itaət var idi.
Elçilər gəlib-gedirdi. O cümlədən İbra-
1 Burada müəllif açıqdan-açığa mübaliğə edir. Ətraf vilayətlərin xanlarına böyük təsiri olduğuna baxmayaraq İbrahim
xan, İran dövlətindən icazəsiz xanları təyin etmək və ya vəzifədən kənar etmək iqtidarına malik deyildi. Xüsusilə Təbriz,
Xoy, Marağa və İrəvan xanları heç bir vaxt ondan asılı olmamışlar. Bu mübaliğə Mirzə Adıgözəl bəydə də müşahidə olunur.
Ehtimal etmək olar ki, Mirzə Adıgözəl bəy əsərini yazdığı vaxt Mirzə Camalın kitabından istifadə etmişdir (b a x: bu kitabda
səh. 57).
2 Bu tarix yanlışdır, 1207 (1792-1793)-ci il olmalıdır.
137
him xan girov adı ilə şirin dilli, bacarıqlı bir şəxs olan Mirzə Vəli Baharlı ilə
birlikdə əmisi oğlu Əbdüssəməd bəyi onun yanına göndərmişdi. Şah da onlara
olduqca hörmət edib, öz yanında saxlayırdı.
Bu arada Ağa Məhəmməd xan Kirmanda səltənət iddiasında olan düşməni,
qoçaq və səxavətli Lütfəli xan Zəndə qalib gəlib, Kirman əhalisinin hamısını
qırdı. İbrahim xanla Ağa Məhəmməd şahın arasını poza biləcək bəzi işlər üz
verdi. Əbdüssəməd bəy, Mirzə Vəli Baharlı və neçə nəfər nökəri ilə Kirmandan
qaçdı. Bunların ardınca atlılar göndərildi. Çaparlar gecə-gündüz yol gedərək,
onlardan qabağa düşüb, Sərcəm kəndi əhalisinə xəbər verdilər. Atlı və piyadalar
Qızıl Özən çayının kənarında yolun üstünü kəsib Əbdüssəməd bəylə vuruşdular.
Əbdüssəməd bəy güllə ilə dizindən yaralandı. Onu yoldaşları ilə bərabər tutdular.
Mirzə Vəli də tutuldu. Əbdüssəməd bəy həmin yaradan orada vəfat etdi. Başqa
dustaqları Mirzə Vəli ilə birlikdə şahın yanına aparıb, Tehran şəhərində həbs
etdilər.
Ağa Məhəmməd şah Şuşa qalası altında olanda mərhum İbrahim xanın
elçiləri hərdənbir onun yanına gəlib-gedərdilər. Bir gün Ağa Məhəmməd şah
İbrahim xanın sifarişlərindən qəzəblənib dustaqların edamı haqqında fərman
verdi. Onun əmrilə Mirzə Vəlini Tehranda topun ağzına bağlayıb atdılar. On
nəfərdən ibarət olan başqa dustaqları da öldürdülər. Onlardan heç birini sağ
qoymadılar. Allah onlara rəhmət eləsin.
ALTINCI FƏSİL
(BƏZİ) HADİSƏLƏR VƏ AĞA MƏHƏMMƏD ŞAHIN ÖLÜMÜ
HAQQINDA
İbrahim xanla Ağa Məhəmməd şahın münasibəti pozularaq aralarında
inciklik əmələ gəldiyindən (şah) 1209 (1794-95)-cu ildə Tiflis, İrəvan, Qarabağ
və Talış vilayətlərini qəsb etmək üçün böyük ordu və çoxlu əsgərlə Azərbaycana
tərəf hərəkət etdi. Əvvəlcə, sərkərdələrinin ən görkəmlisi olan Əliqulu xan
Şahsevəni başqa xanlarla birlikdə İrəvan qalasının üstünə göndərdi. Özü isə
bütün İraq, Fars, Azərbaycan və Xorasan qoşunları ilə Şuşa qalasının üstünə
gəlib, qalanın bir ağaclığında, Gövaxan düşərgəsində ordusunu yerləşdirdi.
138
Tiflis valisi şövkətli İrakli xan, İrəvan hakimi Məhəmməd xan və Talış
hakimi Mir Mustafa xan, Ağa Məhəmməd şahın itaətini qəbul etməyəcəkləri və
bir-birinə kömək edib, müttəfiq olacaqları haqqında İbrahim xanla and
içmişdilər. (Buna görə İbrahim xan) Qarabağ ellərinin bir parasını Tiflisə, bir
parasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi.
Siyahı və dəftərdə adları qeyd olunmuş yerdə qalan elləri və qoşunu Qarabağ
dağlarında və qala içərisində yerləşdirib, Qarabağ elləri və mahallarında çoxlu
piyada və atlı topladı; qalanı qorumaq üçün lazım olan bütün vəsaiti, böyük və
kiçik topları qurdurub, şahla müharibəyə hazırlaşdı.
Ağa Məhəmməd şah, otuz üç gün qala ətrafında qaldığına baxmayaraq, o
qədər böyük qoşunla qalanın beş verstliyindən axan çaydan keçə bilmədi.
Qarabağın atlı və piyada qoşunu, ellərin, kəndlərin sərkərdələri, Vərəndə, Dizaq
və Xaçın mahallarının məlikləri meşədə, yollar və keçidlərdə Qızılbaş qoşununu
tutub qarət edirdilər. Hər gün dəstə-dəstə at, qatır, dəvə və başqa tədarükatı, ordu
üçün vilayətlərdən göndərilən taxıl karvanlarını qarət və əsir edərək, mərhum
İbrahim xanın yanına gətirdilər. İş o yerə çatmışdı ki, o vaxtın hesabilə bir qatırı
dörd manata, dəvəni altı, bir baş yaxşı atı isə on manata satırdılar. Düşmən
Qarabağ qoşununun gecə basqınlarından qorxaraq, ordugahın ətrafında möhkəm
bürclər tikmişdi. Bir gecə Vərəndə mahalının piyadaları böyük bir dəstə ilə
gedərək, Ağa Məhəmməd şahın özünəməxsus tüfəngliləri tərəfindən mühafizə
olunan böyük bir bürcü alıb, bir saatın içərisində bütün tüfəngliləri qırdılar və
sağ qalan iki-üç nəfəri gün çıxan vaxtı mərhum İbrahim xanın yanına gətirdilər.
İstər gecə, istərsə gündüz Qızılbaş qoşununu bir an belə rahat qoymurdular. Üç-
dörd dəfə şah özü böyük qoşunla çayı keçmək və qalaya yaxınlaşmaq istədi. Bu
tərəfdən cəld piyadalar, qoçaq süvarilər sərkərdələrlə birlikdə (şahın) qabağına
çıxıb, qəhrəmancasına döyüşdülər və onu məğlub edərək geri qaytardılar.
Bu arada Gəncə hakimi Cavad xan vaxtilə mərhum İbrahim xandan üz
çevirmiş və Gəncə vilayətinə gedib, Cavad xanın yanında gün keçirən Çiləbörd
mahalının məliki Məlik Məcnunla birlikdə Ağa Məhəmməd şahın yanına gəldi.
Ağa Məhəmməd şah bunların məsləhətilə min məğlubiyyət və pərişanlıqla
qalanın yanından köçüb, Gürcüstanı istila etmək məqsədilə Tiflisə tərəf hərəkət
etdi.
139
Mərhum İbrahim xan şahın hərəkətindən qabaq şövkətli Gürcüstan valisinə
belə xəbər göndərdi: "Ağa Məhəmməd şah qalanı işğal etməkdə aciz qalmışdır,
qoşununa və ordusunun minik heyvanına çoxlu ziyan dəymişdir. Bu
məğlubiyyətini düzəltmək üçün Tiflisi almaq və Gürcüstanın kəndlərini qarət
etmək fikrindədir. Onun fəsadının və istilasının qarşısını almaq tədarükündə
olun".
Ağa Məhəmməd şah həqiqi mühasirə dövrü keçirmiş qoşununun və
heyvanlarının istirahəti üçün ordusunu Ağdam ətrafında yerləşdirdi. Burada bir
aydan artıq istirahət etdikdən sonra, Gürcüstan vilayətini və Tiflis şəhərini almaq
üçün yola düşdü. Cavad xanla Məlik Məcnun hər yerdə qoşunun qabağında
gedib şaha bələdçilik edirdilər. Tiflisə çatdıqdan sonra, qısa bir müddət ərzində
şəhəri işğal edərək
1
yandırdılar. Şəhərin və yaxın kəndlərin əhalisini qarət və əsir
etdikdən sonra Azərbaycana qayıtdılar. Hər yerdə Kür boyu ilə irəliləyərək
Cavad kəndi yaxınlığında Arazdan keçdilər. Muğan düzündə qışlaq qurub, qışı
orada başa verdilər.
Yaz vaxtı, İrəvan qalası və vilayəti hələ işğal olunmadığı bir halda, Fars
ölkəsində yenə həyəcan, Kirman və sairədə iğtişaşlar üz verməkdə idi. (Buna
görə şah) işləri nəzmə salmaq üçün Fars vilayətinə getdi.
Haman yaz fəslində, şah Farsda olduğu zaman, İbrahim xan Dağıstandan
qoşun gətirtdirib Gəncəni mühasirə etdi. Tiflisin bərbad olmasına (Cavad xan)
bais olduğu üçün İbrahim xan bu işə Gürcüstan valisini də cəlb etdi. Oğlu və
bacısını İbrahim xanın yanına girov göndərdi. Bir daha İbrahim xanın itaətindən
çıxmayacağına söz verdi. Məlik Məcnun isə vuruşma zamanı öldürüldü.
Ağa Məhəmməd şah hələ Fars və Xorasan torpağında olduğu zaman, böyük
sərdar general-anşef qraf Valerian Zubov əzəmətli imperatriçə Yekaterinanın
əmri və fərmanı üzrə saysız-hesabsız qoşunla Dərbəndə çatıb
2
qalanı aldı.
Oradan Şamaxıya gəlib şəhərin yaxınlığında ordu qurdu.
Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə
birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar
Valerian Zubovun hüzuruna göndərib,
1 Ağa Məhəmməd şah Tiflis şəhərini 1795-ci il sentyabrın 12-də almışdır.
2 Qraf Zubovun qoşunu 1796-cı il may ayının 2-də Dərbəndə yaxınlaşdı.
140
yüksək Rusiya dövlətinə səmimi-qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi.
Əzəmətli imperatriçənin adına səmimiyyət və sədaqətini andıran bir ərizə də
yazdı.
Böyük sərdar Əbülfət xanı və Qarabağ bəyzadələrini lazımi hörmət və
təzimlə qarşılayıb, İbrahim xanın ərizəsini xanın etimadlı adamı və öz eşikağası
ilə Dərbənd və Qızlar yolu vasitəsilə əzəmətli imperatriçənin hüzuruna göndərdi.
Bir knyaz vasitəsilə İbrahim xana qiymətli töhfə və hədiyyələr göndərib, onu
əzəmətli padşahın əbədi mərhəmətinə ümidvar etdi.
İbrahim xanın oğlunu böyük sərdarın yanına göndərməsi xəbəri ətraf xanların
qulağına çatdıqda Tahş xanı Mir Mustafa xan, şirvanlı Mustafa xan, Cavad xan,
hətta İrəvan, Naxçıvan, Xoy və Qaradağ xanları mərhum İbrahim xanın yanına
elçilər göndərib dedilər ki, biz İbrahim xanın məsləhətindən çıxmarıq. (O),
Rusiya dövlətinə itaət etməyi məsləhət gördüyü üçün biz də mərhəmətli Rusiya
padşahına səmimiyyətlə itaət etməyi qəbul edəcəyik. İbrahim xan xanlardan
aldığı bütün məktubları təzədən böyük sərdar Zubovun hüzuruna göndərdi.
Gürcüstan valisinin Şirvan, Xoy, İrəvan və başqa xanlara nisbətən daha
qədim ocaq, geniş torpaq və böyük dövlət sahibi olduğuna baxmayaraq, o,
İbrahim xanın məsləhətindən kənara çıxmırdı. Çünki Avar və Dağıstan hakimi
mərhum Ümmə xan və o yerlərin başqa əmirləri İbrahim xana yaxın və qohum
olduqları üçün ona itaət edirdilər. Gürcüstan valisi ilə mərhum İbrahim xanın
arası pozulduğu zaman Ümmə xan və başqa Dağıstan xanları İbrahim xanın
göstərişi üzrə böyük qoşunla Gürcüstana gedib, çoxlu ziyanlar verirdilər.
Məsələn, 1199 (1784-1785)-cu ildə İbrahim xanla valinin arası pozulduğu
zaman, Avar hakimi Ümmə xan böyük qoşunla Gürcüstana gedib, Sıqnaq
qalasını və Gümüşxananı zəbt etdi, çoxlu adam qırdı, əhalinin yerdə qalan əyal
və uşaqlarını əsir edərək, bir çox ətraf kəndləri qarət elədi. Oradan Axısxa
vilayətinə, Süleyman paşanın yanına gedərək qışı orada qaldı. Rum sultanından
çoxlu xələt və ənam aldı. Yazda yenə Gürcüstandan Dağıstana qayıtdığı zaman
keçid və sərhəd başında olan Vaxan qalasını mühasirə etdi. (Gürcü)
knyazlarından knyaz Abaşidze öz əhli-əyalı ilə bu möhkəm qalada yaşayırdı.
(Ümmə xan) qalanı zəbt edərək, camaatın çoxunu öldürdü. Qalanın yerdə qalan
arvad-uşağını əsir, mal-dövlətlərini
141
isə qarət etdi. Knyaz Abaşidzenin bir qızını bir para şeylərlə töhfə və hədiyyə
olaraq İbrahim xanın yanına göndərdi. İbrahim xan isə onun kəbinini özünə
kəsdirdi. Knyaz Abaşidzenin o qızından bir oğlan və bir qız oldu. Knyaz
Abaşidzenin başqa bir qızını Ümmə xan aldı. Bu cəhətdən valinin İbrahim xana
ehtiyacı çox idi. Şirvan, Şəki, Gəncə, İrəvan, Xoy, Qaradağ, Naxçıvan, Talış və
Təbriz xanları, habelə Şahsevən və Şəqaqi xanları mərhum İbrahim xana itaət
edərək, onun sözündən çıxa bilmədikləri də buna bir səbəb idi. Tiflis valisi də
ehtiyat edərək, yüksək Rusiya dövlətinə səmimiyyətlə itaət etməyə razılıq verdi,
elçi və ərizə göndərdi.
Hamı yüksək (Rusiya) dövlətinə itaət etməyə hazırlaşdığı zaman, əzəmətli
imperatriçə vəfat etdi
1
. Böyük sərdar Zubov Əbülfət xanı, Qarabağın bəyzadə və
kətxudalarını böyük hörmət və çoxlu ənamla yola salıb, mərhum padşah Pavelin
əmrinə görə geri qayıdacağını İbrahim xana xəbər verdi.
Bu xəbər həm qəm-qüssəyə, həm də Ağa Məhəmməd şahın ədavətinin
artmasına səbəb oldu. Çünki o, mərhum İbrahim xanı tələfat vermədən, xoşluq
və mülayimliklə özünə tabe etmək fikrində idi. Lakin İbrahim xanın müharibəsiz
əbədi Rusiya dövlətinə itaət edib, səmimiyyət göstərməsi, islam və İran
padşahından üz çevirməsi onu olduqca qəzəbləndirmişdi. (Buna görə) mərhum
İbrahim xanı yox etmək qərarına gələrək, yaz fəslində böyük qoşunla
Azərbaycana tərəf hərəkət etdi
2
.
Qarabağ vilayətində üç il davam edən quraqlıq nəticəsində taxıl və başqa
bitkilər məhsul vermədiyindən şiddətli qəhətlik baş vermişdi. Taxılın qiyməti o
qədər qalxmışdı ki, hətta bir çetvert buğdanı o vaxtın pulu ilə 45 manata güclə
almaq olurdu. İş çətinliyə düşdü. Ağa Məhəmməd şah Qızılbaş qoşunu ilə Araz
çayı kənarına çatdı. Azuqənin qəhətliyindən və son neçə ilin əziyyətindən sonra
Şuşa qalasında belə bir güclü padşahın qarşısında durmaq çətin idi. Əlacsız qalan
(İbrahim xan) arvad-uşağı, qohumları, məruf bəylərin ailəsi və sədaqətli
xidmətçiləri ilə birlikdə qaladan köçüb, Car və Tala tərəfə getdi ki, orada dayanıb
Dağıstan, Gürcüstan və başqa
1 İmperatriçə II Yekaterina 1796-cı il noyabr ayının 6-da vəfat etmişdir.
2 Bu hadisə 1797-ci ildə baş vermişdir. B a x: N.Dubrovin ("История войн и
владычества русских на Кавказе"), с.
Ill, SPb, 1886, səh. 209.
142
vilayətlər kömək edərlərsə, tədarük görüb müharibəyə hazırlaşsın, əks təqdirdə
oradan Dağıstana, öz qohumu Avar hakimi Ümmə xanın evinə gedərək Ağa
Məhəmməd şahın əziyyətindən qorunsun.
O zaman mərhum xanın yanında olub, ondan ayrılmaq istəməyən xanlar
arasında kürəkəni Nəsir xan, Əta xan Şahsevən, yenə kürəkəni olan Şəki
vilayətinin hakimi Səlim xan, Şəki vilayəti və Şahsevən bəyləri və onların
övladları da var idi.
Ağa Məhəmməd şah Araz qırağında İbrahim xanın qaladan çıxıb getdiyini
eşitdikdə ardınca sərkərdələrlə birlikdə iki minə yaxın atlı göndərdi, Gəncə
yolunda və ya Kür kənarında xəbərdar olub, ona çatmalarını əmr etdi.
Göndərilən haman Şahsevən qoşunu Tərtər çay körpüsünün yaxınlığında
mərhum İbrahim xanın köç və camaatına çataraq döyüşə başladı. Köç-külfətə və
başqa adamlara bir zərər toxunmadı. Onlar köçün bir para şeylərini qarət edib
geri qayıtdılar.
İbrahim xan Kür çayı və Şəki vilayətindən keçərək, Balakən və Car torpağına
gəldi. Car və Tala kətxudaları və başçıları mərhum İbrahim xanı başqa xanlarla
birlikdə tutub Dağıstana buraxmamaları haqqında Ağa Məhəmməd şahdan
fərman aldıqlarına baxmayaraq Car, Balakən və İlisu əhalisi uzun müddət
İbrahim xandan məhəbbət və ənam gördüklərindən və həmişə onun itaətində
olub, əmrlərini icra etdiklərindən (xanın) qeydinə qaldılar. Ona lazım olan
xeyirxahlıq, hörmət və qonaqpərəstlik göstərərək, onu özlərindən razı saldılar.
Onu iyirmi gün Balakən torpağında saxladılar. Bu zaman Ağa Məhəmməd şahın
Şuşa qalasında öldürülməsi xəbəri İbrahim xana çatdı.
Ağa Məhəmməd şahın öldürülməsinin təfsilatı belədir: İbrahim xan qaladan
çıxıb Balakənə getdikdən sonra Ağa Məhəmməd şah heç bir maneəyə rast
gəlmədən Şuşa qalasına girib bir həftə orada qaldı. Bir gecə xoşu gəlmədiyi işə
görə Səfərəli bəy və Abbas bəy adlı iki nəfər yaxın xidmətçisinə acıqlanıb dedi:
"Səhər açılan kimi hər ikinizə ağır cəza verəcəyəm". Onlar bilirdilər ki, şah heç
vaxt öz dediyindən və buyurduğundan dönmür. Odur ki, canlarının qorxusundan
səhər açılana qədər onu öldürməyi lazım bildilər. Sübh açılan zaman, şah yuxuda
ikən şahın otağına girib iti xəncərlə onu öldürdülər. Qapıları bağladılar. Şahın
cavahir bazubəndini, tacını və həmailini götürüb, Sadıq xan Şəqaqinin yanına
getdilər və əhvalatı ona söylədilər.
143
Sadıq xan şahın qorxusundan onların sözünə inanmadı. Şaha heç bir inamı və
xatircəmliyi olmadığından və həmişə canının qorxusunu çəkdiyindən bu əhvalatı
da şahın hiyləsi təsəvvür edərək, onların sözünə inanmadı. Nəhayət, bir çox
möhkəm andlardan sonra xatircəm oldu. Lakin yenə, böyük qorxu içərisində idi,
əvvəlki qayda ilə Ağa Məhəmməd şahın yaşadığı İbrahim xanın böyük oğlu,
rəhmətlik general-mayor Məhəmmədhəsən ağanın evinə girdi. Hər yerdə tam bir
ədəblə irəliləyərək, şah yatan otağın pərdəsini qaldırdı. Baş əydi və yavaş-yavaş
otağa girdi. Səfərli bəy nə qədər onu ürəkləndirirdisə də, o, yenə qorxurdu.
Səfərli bəy qabağa düşərək, yorğanı şahın başından çəkdi və onun xəncərlə
parçalanmış cəsədini ona göstərdi: Sadıq bəy tab gətirməyərək tez haman
bazubəndi, tacı və həmaili götürüb öz mənzilinə gəldi və şayiə yaydı ki, şah ona
Gəncə və Gürcüstana getməyi əmr etmişdir. Bütün adamlarını, Şəqaqi qoşununu
və şahın qatillərindən biri olan Abbası özü ilə götürüb qaladan çıxdı. Səfərəli bəy
qalada qaldı.
Sadıq bəyin getməsindən iki saat keçməmişdi ki, şahın öldürülməsi xəbəri
qalanın içərisinə yayıldı. Qızılbaş xanları çaşmış və pərişan bir halda, toplaya
bildikləri adamları ilə birlikdə dəstə-dəstə qaçmağa üz qoydular.
Şəhər əhalisi tökülüşüb, əllərinə keçən adamları soyundura-soyundura
imarətə daxil oldular. İmarətin şeyləri - xalı-gəbəsi və şahın başqa qızıl, gümüş
və cavahiratı qarət edildiyi zaman igidliyi və şücaətilə məşhur olan mərhum
İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy xəbər tutaraq, bir neçə nəfər nökəri
ilə imarətin qapısını kəsdi. Hər kəs əlinə düşəni aparmışdı. (O), yerdə qalan
şeyləri camaatın əlindən aldı, cavahirdən və qızıldan (qayrılmış) alətləri, qızıl-
gümüş qab-qacağı, xalı-gəbə, pul və başqa şeyləri tamamilə ələ keçirib,
Məhəmmədhəsən ağanın evindən öz evinə apardı. Qalanın içərisində hökumət və
divan işlərilə məşğul oldu. Ağa Məhəmməd şahın kəsilmiş başını öz məktubu ilə
birlikdə qədim xidmətçilərindən
1
birinin vasitəsilə Balakənə mərhum İbrahim
xanın yanına göndərdi. Şahın başı İbrahim xanın hüzuruna çatdıqda onun
öldürülməsi hamıya yəqin oldu. Nəcabətin və ehtiramın tələbinə görə,
1 Mirzə Adıgözəl bəyin yazdığına görə, şahın kəsilmiş başını Balakənə qarabağlı Məhəmmədrəfi bəy aparmışdır (b a
x: bu kitabda səh. 68).
144
şahın başını tam bir hörmətlə, qüsl və kəfən etdirib, lazımi dini mərasim
qaydalarını bilən yaxşı mötəbər mollalarla Cara göndərərək, o yerin böyük
adamlarının qəbiristanlığında dəfn etdirdi
1
.
(Xan) bir para maneələrə görə Qarabağa gedə bilməyib, üç ay Balakəndə
qaldı, hamı, xüsusilə Gürcüstan valisi, Gəncə hakimi Cavad xan və şirvanlı
Mustafa xan töhfələr, hədiyyələr göndərib, onunla müttəfiq və bir olmaq
arzusunda olduqlarını bildirirdilər. Çünki qüvvətli düşmən olan padşah artıq
ölmüşdü. Bütün Azərbaycanın və başqa yerlərin xanları həmişə mərhum İbrahim
xanın hökmü və itaəti altında olub, uzun müddət onun əzəmət və şövkətini
gördüklərindən hər şeydən əvvəl istəyirdilər ki, onun mübarək xatırını özlərindən
razı salsınlar, onunla möhkəm əlaqə saxlasınlar. Məhəmməd bəy isə mərhum
İbrahim xan gələnə qədər Qarabağ vilayətində hökumət işlərilə məşğul idi.
Balakəndə bir ay qaldıqdan sonra Avar hakimi Ümmə xan və başqa Dağıstan
sərkərdələri yeyinti və geyim şeylərindən ibarət böyük tədarük və çoxlu qoşunla
mərhum İbrahim xanın yanına gəlib, belə bir böyük əmirin hörmətinə layiq
qohumluq, mehribanlıq və qonaqpərəstlik mərasimini yerinə yetirdilər. Təkcə
mərhum xana, onun adlı-sanlı oğullarına və Qarabağın bəylərinə deyil, hətta
Şahsevən xanları və onların bəyzadələrinə də hörmət edib, xərc və azuqə
verməkdə heç bir qüsur göstərmədilər.
Ümmə xanın gəldiyindən iki ay keçdikdən sonra, İbrahim xan Dağıstan
qoşunu və sərkərdələri, habelə Şahsevən və Qarabağ camaatı ilə birlikdə
Balakəndən Qarabağa tərəf hərəkət etdi. Qarabağ əhlinin onun əleyhinə çıxması,
habelə cavanlıq qürurundan başqa, əlinə bu qədər dövlət və şahlıq vəsaiti düşən
Məhəmməd bəyin şeytana uyub müxalifət göstərməsi və özündən başqasını
tanımaq istəməməsinin qarşısını almaq üçün xan Qarabağa hərəkət etmədən
əvvəl, o zaman Mehdiqulu ağa adlanan Mehdiqulu xanı Qarabağ bəylərinin bir
neçə övladı ilə oraya göndərdi.
Məhəmməd bəy Mehdiqulu xanın bəyzadələrlə Qarabağa gəlişindən sonra
səmimiyyətdən, düzlükdən və İbrahim xanın itaətindən çıxmayacağından
danışırdısa da, ürəyində hakimiyyət həvəsinə
1 Mirzə Adıgözəl bəy yazır ki, İbrahim xan, şahın başını bir sovqat kimi Gürcüstan valisinə göndərdi (bax: bu kitabda
səh. 68).
145
düşmüşdü. O, bir para dələduzu, xain və qorxaqları başına toplayıb, hökuməti öz əlinə
almaq istəyirdi. Mehdiqulu xan zəruriyyətə görə onunla yumşaq rəftar edirdi, çünki
pərdəni yırtmaqla bir iş görə bilməzdi. O, gah ətrafda, gah da qalanın içində gəzir,
həqiqəti mərhum xana yazıb gözləyirdi. Bu xəbər mərhum İbrahim xana Kür
qırağında çatdıqda övladlarının ən böyüyü mərhum Məhəmmədhəsən ağanı beş yüz
nəfər ləzgi qoşunu və Qarabağ sərkərdələri ilə təcili olaraq yola saldı.
Mərhum xanın gəlmək xəbərini eşidən Məhəmməd bəy Qarabağ ellərini Araz
kənarına köçürtmək və müxalifət etmək fikrinə düşdü. Mərhum Məhəmmədhəsən
ağa, Məhəmməd bəyin qoşunu və tərəfdarlarının yığıncağı olan Kirs dağındakı
qalanın üç verstliyinə çatdı. Qarabağ əhli, qoşunu və mərhum ağanı gördükdən sonra
hamı dəstə-dəstə onun xidmətinə gəlib əlini öpdülər. (Məhəmməd bəyin) topladığı
ellər, yerləşdirildikləri meşə və çöllərdə qalmışdılar. (Məhəmmədhəsən ağa) adam
göndərib Məhəmməd bəyi öz yanına çağırdı. Əvvəlcə Məhəmməd bəy qorxuya
düşdü, lakin sonra xatircəm olub Məhəmmədhəsən ağanın hüzuruna gəldi, mərhum
Məhəmmədhəsən ağanın əlini öpüb xatircəmliklə onun yanında qaldı. (Məhəmmədhəsən
ağa) Məhəmməd bəyin istiqlaliyyəti zamanında qarışıqlığa bais olan bir neçə
cinayətkarı Məhəmməd bəyin gözü qabağında məsuliyyətə cəlb edib,
cəzalandırmağı əmr etdi.
Qalanın içərisində olan Mehdiqulu xan mərhum ağanın gəldiyini və qoşunla
qalanın yanından keçib getdiyini eşitdikdə, əmisi oğlu Məhəmməd bəyin adamlarını
tutub həbs etdirdi. Məhəmmədhəsən ağa Qarabağ ellərini xatircəm edərək, bütün
mahallara hökmlər yazdı, hamıya öz işi və kasıbçılığı ilə məşğul olmağı əmr etdi.
Nəhayət, İbrahim xan qoşun əhli, yaxın adamları, Nəsir xan və Əta xan Şahsevənlə
Qarabağa gəldi.
146
YEDDİNCİ FƏSİL
Dostları ilə paylaş: |