Aristocraticism is a primary and initial principle of political thinking. Acquiring potestar character the political thinking creates historical versions of distortion of political essence. The state reaches conformity to the essence only in that case, when it realizes the idea of natural predestination of each personality, i.e. when it is based on principles of aristocratic political thinking. And, functioning on the basis of potestar political thinking the state contradicts its essence. If the aristocratic political thinking implements simultaneously social and human essence, potestar political thinking enslaves also simultaneously both social and human essence. If the aristocratic political thinking proceeds from immanent feeling of human dignity, the potestar political thinking emphasizes necessity of outward greatness of power. If the aristocratic political thinking proceeds from moral absolutism, the potestar political thinking basically has pragmatical character.
The state is not formed by building power or government bodies. The state is much more notable and much more majestic phenomenon, than power or government bodies. The state for the first time was formed not as a power system, and as a protecting system.
Each state passes a path from a becoming aristocraticism up to its attrition. Democratism arises in connection with its partial attrition. The full attrition of political aristocraticism causes the end of the state.
The state, moving in the direction of the natural fall, breaks up to the constituents. Army turning to nomads disperses all over the world; the communities again become helpless and are exposed to violence and injustice. With impatience building the state which is capable to defend the truth and justice is expected.
Kitabın içində
kilə
r
Bİrİncİ nəşrə sözönü. Fəlsəfəmizdə yeni bir səhifə (akademik
Firudin KÖÇƏRLİ)
4
MÜƏLLİFDƏN ÖN SÖZ 8
Ötən ƏSRLƏRDƏN QOPUB GƏLƏN SƏDALAR: MÖVZU ƏTRAFINDA XƏYALİ mükalİmə 9
Fəlsəfənin siyasətə münasibəti necə olmalıdır? Dövlətin mənşəyi məsələsində filosofların hansı mövqeləri var? - Fəlsəfi müdriklik və siyasi qətiyyət arasındakı münasibətlər necədir? – Vətəndaş cəmiyyətinin siyasi rolu ilə bağlı məsələdə filosoflar hansı mövqeni tuturlar? - Bəs, hakimiyyət, qanun, tiraniya, inqilab və müharibə, respublika və demokratiya, kütlə və elita məsələlərində necə?
MÜQƏDDİMƏ 54
Siyasətin fəlsəfəsi fəlsəfi sistem kontekstində. - Hər bir tamamlanmış fəlsəfə ideal duyğusundan başlayır, siyasi fəlsəfədə isə başa çatır. İdeal duyğusu fəlsəfənin başlanğıc məqamı, ilk sözü, Siyasətin fəlsəfəsi isə – onun son sözüdür. İdeal duyğusundan məhrum olan kəs heç zaman
filosof ola bilmədiyi kimi, eləcə də siyasəti öz diqqət dairəsindən kənarda saxlayan filosofun fəlsəfəsi sona çatdırılmamış, tamamlanmamış qalır. - Estetik müqəddimə (57-61). - Ontoloji müqəddimə (61-63). - Epistemoloji müqəddimə (63-64). - Etik müqəddimə (64-68). - Siyasi fəlsəfənin ilkin təqdimatı(68-69).
İkİ sual 67
Fəlsəfə və siyasətin qarşılıqlı münasibətləri ilə bağlı məsələyə dair iki sual diqqət mərkəzində saxlanılır. Bu suallardan birincisi adi şüurdan, ikincisi isə siyasi fəlsəfədən doğulur: Adi siyasi şüurun siyasi fəlsəfəyə ünvanladığı sual: Fəlsəfə hamının çirkin iş kimi tanıdığı siyasətlə əl-ələ verərkən öz gözəllik və mükəmməlliyini itirmirmi? Siyasi fəlsəfənin adi siyasi şüura ünvanladığı sual: Fəlsəfəyə etinasızlıq göstərən hakimiyyət, zəkaya etinasız olan iradə qüdrətli ola bilərmi?
BAŞLICA SİYASİ DOKTRİNALAR VƏ ONLARIN TARİXİ MƏZMUNU 77
Siyasi fikrin təşəkkülü və inkişafı cəmiyyətin özünütəşkilatlandırma zərurətindən doğulur və hər bir mükəmməl siyasi doktrina nəticə etibarı ilə cəmiyyətin bu və ya digər formada özünütəşkilatlandırmasının nəzəri əsasını verir. - Kommunistik siyasi doktrina:
Melye – Russo - Morelli – Mabli – Baböf – Furye – Sen-Simon – Lamenne – Kabe. - Tiranik, demokratik, aristokratik siyasi doktrinalar və onların tarixi inkişaf yolları.
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏ ÖN PLANDA: SİYASİ ARİSTOKRATİZM 157
Aristokratizm və siyasi aristokratizm nədir? Zadəgan kimdir və onun tarixi missiyası nədədir? Zadəgan rəiyyətdən nə ilə fərqlənir? Bəs, həqiqi dövlət necə olur? Zadəgan dövlət ideyasını özündə necə təcəssüm etdirir? Cavablar isə təxminən belədir: Dünyanı, ilk növbədə isə sosial dünyanı, cəmiyyəti xaosdan, anarxiyadan xilas etməyi, ədalətli cəmiyyət qurmaqla Yer üzərində ilahi nizamı bərqərar etməyi, və bununla da, həyatı gözəlləşdirməyi özünə borc bilən insan zadəgandır.
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏNİN İLKİN SİYASİ TƏCƏSSÜMÜ: HİMAYƏ DÖVLƏTİ 163
Dövlət, marksizmin hesab etdiyi kimi mülkiyyətə malik olan sinfin mülkiyyətdən məhrum olan sinif üzərində, kobud deyilərsə, varlının kasıb üzərində hökmranlıq aparatı kimi meydana gəlməmişdir. Siyasi hakimiyyətin iqtisadi hökmranlıqdan doğuluşu ilə bağlı marksist müddəa nədən dövlətin mənşəyi probleminə tətbiq oluna bilmir? Dövlətin doğuluşu üçün əslində nə səciyyəvidir? Himayəmi, yoxsa hökmranlıqmı? Zorakılıqdan xilas etməmi, yoxsa zorakılıqmı? Zadəganlıqmı, yoxsa hökmdarlıqmı?
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏNİN ARXA PLANA ATILMASI: DÖVLƏT HAKİMİYYƏTİ 179
Hakimiyyət nədir? Hökmdarın tarixi mənşəyi kimdir? Hökmdarmı məiyyət kütləsini formalaşdırır? Yoxsa, əksinəmi? Hökmdar-məiyyət münasibətləri əmir-sıravi münasibətlərindən nə ilə fərqlənir? Hakimiyyət və mülkiyyət arasındakı gizli bağlar hansılardır? Himayə dövlətinin dövlət hakimiyyətinə doğru təkamülü öz başlanğıcını məiyyət kütləsinin yaradılmasında tapır. Məiyyət özgə iradəsinin icraçısı kimi meydana gəlir və meydana gəldiyi tarixi andan bəri öz fərdi iradəsini kütləşdirir.
ZƏBT EDİLƏN HAKİMİYYƏT: TİRANİYA 188
Tiraniya siyasi hakimiyyətin ən aşkar, ən xalis və yəqin ki, elə ən ilkin tarixi formasıdır. Əgər hakimiyyət ümumiyyətlə bir adamın öz iradəsini
başqa bir
adama qəbul etdirməsidirsə,
tiraniyada həmin bu başqa adam rolunda ölkənin bütün əhalisi çıxış edir. Tiraniya bununla da əslində siyasi hakimiyyətin özünü formalaşdırır. Tiranizmə zərurət yaradan tarixi şərait hansıdır? Tiranizmin mövcudluğunu bəraətləndirən tarixi şərait hansıdır? Bəs, tiranizmin sonunu şərtləndirən tarixi şərait hansıdır?
İRSƏN VERİLƏN HAKİMİYYƏT: MONARXİYA 199
Monarxiyanın hökmdarla məmur kütləsi arasında müvazinət forması kimi səciyyələndirilməsi özünü doğruldurmu? Qanun ideyası nə üçün siyasi təkamülün məhz monarxiya mərhələsində ortaya atılır? Hakimiyyətin irsiliyini şərtləndirən amillər hansılardır? Bəs, tiran-məiyyət münasibətləri ilə monarx-məmur münasibətləri arasındakı fərq nədədir? Monarxizmin bir siyasi qurum olaraq tükənməsinə, əhəmiyyətinin azalmasına və arxa plana atılmasına səbəb olan nədir?
PAY VERİLƏN HAKİMİYYƏT: POLİTİYA 219
Dövlət qarşısında duran problemlərin həllinin mürəkkəbləşməsi ilə bağlı dövlətin idarə olunmasının da mürəkkəbləşdiyi şəraitdə hökmdar daimi hərəkətini öz real nəzarətində saxlaya bilmədiyi dövlət aparatını və onun məmur kütləsini ayrı-ayrı hissələrə bölür və həmin hissələr üzərində hakimiyyəti digər insanlarla bölüşdürmək məcburiyyətində qalır. Beləliklə, althakimiyyət strukturları yaranır. Hökmdarla məmur kütləsi arasındakı
sərəncam verən – icra edən münasibətləri tədricən itirilir.
VƏDLƏ ALINAN HAKİMİYYƏT: DEMOKRATİYA 234
Demokratiya nədir? Dövlətin demokratikləşməsi prosesi necə baş verir və onun əsas mərhələləri hansılardır? Tam demokratiya tam xoşbəxtlikdirmi? Demokratiya o şəraitdə formalaşır ki, hakimiyyət mənşəyi etibarı ilə təbəəlikdən törəyən şəhərli kütləsi üzərində öz nəzarətini tədricən itirməyə başlayır, şəhərli kütləsi ilə hakimiyyət arasında subordinasiya münasibətləri itir, hakimiyyətdən qopub ayrılan vətəndaş cəmiyyəti formalaşır.
HAQQI ÖDƏNİLMƏKLƏ ALINAN HAKİMİYYƏT: OLİQARXİYA 244
Oliqarxiya formalaşarkən burjuanı real olaraq öz nəzarətində saxlaya bilən, iqtisadi cəhətdən ən qüdrətli olan iri sənaye və maliyyə maqnatları ilə ordunu real olaraq öz nəzarətində saxlaya bilən komandan arasında ilkin olaraq dövlətin yaranması zamanı cəngavər tayfa və kənd icması arasında əldə olunmuş razılaşmaya bənzər razılaşma əldə edilir. Bu razılaşmaya görə maddi təminat funksiyasını iri maqnatlar, mühafizə funksiyasını isə komandan öz üzərinə götürür.
MİLLİ MƏNSUBİYYƏTİN VERDİYİ HAKİMİYYƏT: İMPERİYA 301
İmperializm nə üçün industrial olaraq inkişaf etmiş ölkələrdən doğulur? Qlobal problem ideyasının arxasında vahid bir imperiya həsrəti gizlənmirmi? Metropoliya olmaq iddiasını özündə daşıyan ölkələrin siyasi abi-havası koloniya olmaq həsrəti ilə yaşayan ölkələrin siyasi abi-havasından nə ilə fərqlənir? Məhkum xalq olmaq zorakılığınmı nəticəsidir, yoxsa təbii istəkmi? - İmperializm diktatura rejimindən törəyir və mahiyyət etibarı ilə diktaturanın milli sərhədləri aşmasını ifadə edir.
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN İRADƏNİN TRANSSENDENTLƏŞDİRİLMƏSİ: TEOKRATİYA 305
Kolonializm şəraitində xalq rəiyyət olaraq himayə olunmadığı üçün bəndə olaraq himayə olunmaq istəyir. Xalqın rəiyyətlik duyğusu korşalır, bəndəlik duyğusu isə son dərəcə inkişaf edir. Din çox zaman görünür elə buna görə də məhz kölə xalqın içərisində formalaşır. Dünyanı ədalətliləşdirmək missiyası bu zaman insan üzərindən götürülərək bütövlükdə Tanrı üzərinə qoyulur, bu isə siyasi aristokratizmin tükənmə əlaməti kimi çıxış edir.
MONOLOQUN SON NİDALARI: mükalİmə ÖNCƏSİ TEZİSLƏR 317
ƏSRİMİZİN İLK ƏKS-SƏDALARI: MƏZMUN ƏTRAFINDA
CANLI mükalİmə 362
sözARDI ƏVƏZİNƏ: Kitab üzərində düşüncələr (fəlsəfə elmləri dok- toru
Tahirə ALLAHYAROVA, fəlsəfə elmləri namizədi
Müşfiq ŞÜKÜROV) 425
MƏNBƏLƏR 431
ADLAR GÖSTƏRİCİSİ 440
PREDMET GÖSTƏRİCİSİ 451
РЕЗЮМЕ 453
SUMMARY 457