III FƏSIL
NAXÇIVAN MSSR-də KƏND ƏHALISININ ÜMUMI
XƏSTƏLIK HALININ ÖYRƏNILMƏSI
Səhiyyə orqanlarının ən vacib göstəricilərindən biri
xəstəliklərin aşağı salınması ilə mübarizə aparmaqdan
ibarətdir.
1962-ci ilə qədər Naxçıvan MSSR-də əhalinin
xəstələnmə vəziyyəti öyrənilməmişdir. Məlumdur ki,
xəstəliyin öyrənilməsi ayrı-ayrı yollarla aparılır.
Xəstəliyin vəziyyətinə qiymət vermək üçün bizim
tərəfimizdən 1962-ci ildə respublikanın kənd əhalisinin
xəstəliyi kənd sahə xəstəxanalarının materialları əsasında
öyrənilib.
Apardığımız tədqiqat kənd əhalisinin xəstəxanaya
müraciəti materiallarına əsaslanmışdır, hansı ki, bu bizə imkan
verdi ki, respublikada kənd əhalisinin xəstəliyini ətraflı
öyrənək. Xəstəliyin formasını təyin etmək üçün dəqiq həkim
diaqnozu əsas götürüldü, feldşer diaqnozu nəzərə alınmadı.
Öyrənilən əhalinin sayını, yaş-cinsinin tərkibi kənd
deputatları sovetində olan 9№-li «kənd» formasından əldə
olunub. Xəstəliyi öyrənmək üçün bizim tərəfimizdən xüsusi
metodika tərtib edilmişdir. Bunun üçün statistik kart işlənib
hazırlanmışdır. Belə kart kənd xəstəxanasına və ona təhkim
olunmuş 2 kilometr radiusunda olan kəndlərdən müraciət edən
xəstələrin, habelə rayon və respublika müalicə müəssisələrinə
müraciət edən xəstələrin hər birinə doldurulub.
Məlumatların karta köçürülməsi bilavasitə bizim
nəzarətimiz altında və kənd xəstəxanasının baş həkiminin
(şöbə müdirinin), xəstəxananın baş feldşerinin iştirakı ilə
aparılmışdır.
Əsas hesabat sənədləri, hansılardan ki, materiallar
köçürülüb, bunlardır: - ambulator xəstənin tibbi və ya fərdi
kartası (f.№25), xəstəlik tarixi (f.№3), yeni doğulmuşun
inkişaf tarixi (f.№97), uşağın inkişaf tarixi (f.№112), hamilə və
zahı qadının fərdi kartası (f.№110), yoluxucu xəstəliklərin
qeydi jurnalı (f.№60). Bundan başqa müraciət edənlərin bəzi
140
məsələlərini aydınlaşdırmaq üçün: - xəstələrin qəbulu və
hospitalizədən imtina jurnalından (f.№1), hamilə və zahı
qadınların qəbulu jurnalından (f.№2), dispanser müşahidəsinin
kartından (f.№30), həkimin evdə yardım və təxirə salınmaz
köməyə çağırış qeydiyyat kitabından (f.№31), əmək
qabiliyyətini itirmək vərəqinin qeydiyyatı kitabından (f.36),
HƏEK göndərmə vərəqindən (f. №88), poliklinikanın xidmət
zonasında yaşayıb evdə ölənlərin qeydiyyat jurnalından
(f.№279), kolxozçulara (kolxozçu qadınlara) əmək
qabiliyyətini itirmə və doğuşdan sonra verilən arayışların
qeydiyyat jurnalından (f.№289), tələbələrə və şagirdlərə
müvəqqəti əmək qabiliyyətini itirmə arayışlarının qeydiyyat
kitabından (f.№295) və habelə tibbi və profilaktik yoxlama
materiallarından da istifadə edilmişdir.
Materialların mükəmməl yığılmasını və köçürülməsini
düzgün aparmaq məqsədilə bu işlə bilavasitə məşğul olan tibb
işçiləri ilə seminar keçirildi. Bundan başqa köçürülən
materialların asanlaşması üçün «Kənd xəstəxanalarında ilkin –
hesabat sənədlərindən köçürmə haqqında metodik göstəriş» də
işlənib hazırlandı.
Beləliklə kənd əhalisinin xəstəlik halının öyrənilməsi 9
kənd sahə xəstəxanasında və bir kənd rayon xəstəxanasında
aparıldı. Aşağıda onların adları göstərilib.
Əhalinin sayına görə kənd xəstəxanalarını kiçik kəndlərə
aid etmək olar, ona görə ki, 6 kənddə əhalinin sayı 500-lə 1000
nəfər arasında, 3 kənddə 1500-lə 2000 arasında, bir kənddə isə
2000-dən çoxdur. Bunu nəzərə alaraq məqsədə uyğun saydıq
ki, əhalinin kənd xəstəxanalarına olan müraciətini birləşdirərək
və bütün kəndlər üzrə bir yerdə verək.
141
Rayonla-
rın adı
Xəstəxanaların adı
Onlarda çar-
payıların sayı
Həkimlə-
rin sayı
Şahbuz
Şahbuz kənd rayon
xəstəxanası
35 6
1.
Cəhri kənd sahə
xəstəxanası
25 1
Naxçıvan
2. Qahab kənd sahə
xəstəxanası
10 1
1. Sədərək kənd sahə
xəstəxanası
10 1
2. Mahmudkənd kənd
sahə xəstəxanası
10 1
3. Çərçiboğan kənd sahə
xəstəxanası
15 1
4. Aralıq kənd sahə
xəstəxanası
15 1
Noraşen
(Şərur)
5. Tumaslı kənd sahə
xəstəxanası
10 1
Ordubad
1. Aza kənd sahə
xəstəxanası
10 1
Culfa
1. Əbrəqunus kənd sahə
xəstəxanası
25 1
Dostları ilə paylaş: |