APOSTERĠORĠ [lat. a posteriori] aprioridən fərqli olaraq,
təcrübədən alınmış biliyi ifadə edən termin. ―Sonradan gələn‖
mənasındakı latın dilindən keçmə fəlsəfi anlayış. Tez-tez ―sonra-
dan gələn‖ məlumat mənasında istifadə edilər və təcrübə, hisslərlə
əldə edilən məlumatı ifadə edər. Klassik alman filosofu Kantdan
sonra məlumat fəlsəfəsindəki təməl anlayışlardan birini meydana
gətirır.
Ad
i
l
ə
N
ə
z
ə
rova
24
APPERSEPSĠYA [lat. ad-doğru, perseptio qavrayış] – hər bir
yeni qavrayışın insanın əvvəlki həyat təcrübəsindən və qavrayış
anında onun psixi vəziyyətindən asılılığı.
APRĠORĠ [alm.=fr.=ing. A priori; lat. A priori - əvvəldən,
əvvəlcədən olan; osm. tr. kabli] – Təcrübədən asılı olmayan,
amma təcrübəylə canlandırılabilən, şüuruna varıla bilən bilik.
Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul
edilməsidir. Hər cürə təcrübədən əvvəl, yalnız ağıla əsaslanaraq
qəbul olunan, əvvəlcədən mənimsənilən, qanunlardan çıxarılan
sırf teorik anlamda qəbul edilə bilən. İdealist fəlsəfədə termin,
aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı
olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir.
APROBASĠYA – nəzəri olaraq qurulmuş metodların, hesabla-
maların, xüsusilədə iqtisadi olaraq proqnozlaşdırılmış modellərin
təcrübədə, həqiqi həyatda sınaqdan keçirilməsi. Aprobativ etika
[lat. approbatio – bəyənilmə] – əxlaq haqqında idealist nəzəriy-
yədir.
ARREQASĠYA – siyasi qərarları qəbul edənlərin qarşılıqlı
bərabərliyinin qorunması.
ARXETĠP [alm. Archetyp; fr. Archètype; ing. Archetyp; yun.
Arkhè-typos; osm. tr. enmuzec-i evvel] – hər şeyin ona görə
həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus:
həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi
ideyalar, ilk prinsiplər dünyası.
ARI [Arık] 1- Saf, arı, arınmış 2- irmaq, dərə. Tarix boyu bəzi
millətlər və xalqlar öz millətinin saflığı, təmizliyi və qarışıqsızlığı
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
25
ideyasını əllərində bayraq tutaraq irqin ariliyi nəzəriyyəsindən
mənfəətlərinə uyğun faydalanmışlar.
ARPA - əski türkcədə sehr, tilsim, şamanist ənənələrdə
qamların oxuduğu dua deməkdir.
ARVĠġ – sehr, tilsimli, sirli hal və xüsusiyyətlər, türkcədir.
ARQUMENT [alm.=fr.=ing. Argument; lat. Argumentum;
osm. tr. delil; ər. مُند; tr. Kanıt] – gətirilən dəlilin əsası. Nəyinsə
tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin
əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya
qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere – göstər-
mək, tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox
ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydın-
laşdırmaq üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz
arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var.
ASSĠMĠLASĠYA (ing. assimliation) – qarşılıqlı mənəvi
nüfuzetmə. Assimliyasiya müxtəlif elm sahələrində mövcuddur.
Belə ki, istər dilçilikdə, istər biologiyada, istərsə də sosiologiyada
assimliyasiya aid olduğu elmin xarakterik xüsusiyyətlərinə və
tədqiqi metodologiyasına tabe olaraq özünəməxsus anlamlar ifadə
edir.
ASKETĠZM [alm. Askese, asketik; fr. Ascetisme; ing.
Ascetism; osm. tr. zühdiyye; yun. Askein den – məşq edirəm] 1.
Ümumi olaraq ənənəvi, ayinlərdə təbii fəaliyyətləri, hissi-yyatları
imkan olduğu qədər azaltmağa çalışmaq şərtilə özünün və
nəfsinin öhdəsindən gəlmə vərdişlərinin aşılanmsı. Asketizmi
bəzən dünyəvi olanlardan uzaqlaşmaq kimi də xarakterizə edirlər.
Asketik həyat formasını sufizmlə eyniləşdirənlər də vardır.
Ad
i
l
ə
N
ə
z
ə
rova
26
ASSOSĠASĠYA [ing. Assosiation; lat.associatio – birləşmə;
osm. tr. ittifak; ər. قبفرإ] – birləşmə, əlaqələnmə və s. Tamın hissə-
ləri arasında olan bağllılıq, əlaqələnmə, birləşmə və s. Müasir
anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar
mənasında işlədilir.
ASTRONOMĠYA [ing. Astronomy; fr. Astronomi; yun.
Astron+nomos;
َٛجٌٕآ
ٌّ
ٍُع
] – göy cisimləri, onların sistemləri və
kosmik materiyanın başqa formalarının vəziyyəti, hərəkəti, quru-
luşu və inkişafı haqqında elm. Yunancada astron ulduz, nomos isə
qanun, qayda deməkdir. Astronomiya elmi Şərqdə özünəməxsus
adla nücum elmi adlandırılmışdır. Nücum hərfi mənada ulduzlar
deməkdir. Bu elm qədimdən bəzi xalqlarda tayfalarda mövcud
olmuşdur.
ATARAKSĠYA [alm. Ataraxie; fr. Ataraxie; ing. Ataraxia;
yun. Ataraksia; osm. tr. itminan – i nefs; yun. Atarakia – təmkin-
lilik] – ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan
filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər
nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları
ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və
mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərd-
lərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox
sufilərin asketik hallarına bənzəyir. Belə ki, bütün bu hal və
məziyyətlər əslində insan ruhunun maddi olanlardan arınaraq
onlardan üstün olan, onların fövqündə dayanan ruhi halları kəsb
etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik
verir və maddi gərginliklərdən və sıxıntılardan xilas olur. Bu və
ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islam-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
27
da, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də
müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.
ATEĠZM [alm. Atheismus; fr. Ethèisme; ing. Atheism; yun.
A-theos; tr. Tanrıtanımazçılık; ər. داهنإ] – Tanrını rədd etmək,
təbiətdə və kainatda Tanrının rolunu danmaq. Sovet hakimiyyəti
dövründə Sovet İttifaqına daxil olan ölkələrdə və kommunizmin
hakim olduğu dövlətlərdə Marksizm – Leninizm fəlsəfəsi əsasın-
da elmi ateizm geniş tədris edilirdi. Elmi ateizm Tanrının varlı-
ğının təhrif edilməsi ideyasını elmi dəlillər və arqumentlərə
dayanaraq əsaslandırırdı. Ərəbcədə isə daha çox ilhad termini
işlədilir. Ateizm a – teos – yəni hərfi anlamda Tanrının inkarı
deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan
və yəhudilikdən bizə məlum olan Tanrı anlayışını deyil, hər növ
dini iman və etiqadi sistemlərdə Tanrı və Tanrı adına olan hər
varlığı inkar edir.
ATƏġGAH – atəşpərəst məbədi, ibadətgah. Sözün sonuna
artırılan atəş+gah şəkilçisi fasrcada yer və məkan bildirir. Misal
üçün xanəgah, ibadətgah və s. Atəşgah sözünün özündən də
göründüyü kimi bu məbəddə əsas olan od, alov olmuşdur. İndi də
dünyanın fərqli yerlərində mövcud olan atəşgahlarda insanlar
toplaşaraq oda, alova sitayiş edirdilər. Azərbaycanda da zərdüşt-
lərin qədim sitayiş yerləri olan atəşgahlar tarixi abidələr kimi
qorunub saxlanılır.
ATOM [alm. Atom; fr. Atome, ing. Yun. A-tomos; osm. tr.
cüz-i fərt; ər.حّسص] – bölünməyən, parçalanmayan. Qədim dövrdən
bəri mütəfəkkirləri, filosofları düşündürən əsas məsələlərdən biri
də təbiətin ən kiçik bölünməyən parçası, hissəsi olmuşdur. Antik
Ad
i
l
ə
N
ə
z
ə
rova
28
yunan filosofları bunlara a-tomos [bölünməyən, parçalanmayan]
deyirdilər. Daha sonraları atomlar maddənin ən kiçik bölünməz
zərrəcikləri kimi xarakterizə edilirdi. Bu ideyanın əsasını qoyan
filosof alim isə Jon Dalton olmuşdur. Bu təlim elmdə atomistika
[alm. Atomismus; fr. Atomisme; ing. Atomism. osm. tr. cüz-i
fərdiyyə. ər. خٍذشف ﺀضﺟ] kimi məşhur idi.
ATRĠBUT [alm.=fr. Attribut; ing. Attribute; osm. tr. sıfat,
sıfat-i zatiye; lat. attribuo; ər.
خٍرآص
ٌّ
خفص
; tr. öznitelik] – qalıcı, əsas
xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada verirəm,
bəxş edirəm deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün,
dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan
dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil
edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud
predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz.
ATA – ata, ulu əcdad, bilgə. Əski bir kəlmə olub, qədim oğuz
dilindən bu yana işlədilməkdədir. Valideyn mənasında çox işlənir.
Lakin fərqli anlamlarda da daşıyır. Misal üçün; ulu, hörmətə layiq
insan, dədə, baba mənasında, ad və soyadın bağlandığı əcdad
yaxud da bilgə, mütəfəkkir mənalarını verir.
ATAHAN – qurucu, böyük. Ata+han sözlərinin kombinasi-
yasından yaranmışdır. Əski türklərdə atahan deyimi əsasən
dövlətin ilk qurucusuna deyilirdi, çünki bəzən dövlət onun adı ilə
adlandırılırdı. Misal üçün; Osmanlı dövləti – Osman; Teymurilər
Dövləti – Əmir Teymur və s.
ATALAY- məşhur olan adam. Bəzi qədim türkcəni araşdıran
tədqiqatlarda bu sözün əslində Atillanın adından atilay şəklində
törədiyini iddia edənlər var. Hərfi anlamda isə məşhur olmuş,
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
29
ortaya çıxmış, öz cəsarəti və şücaətinə görə fərqlənmiş şəxslərə
şamil edilirdi.
ATASAGUN – ulu həkim. Ata+saqun sözlərinin kombina-
siyasından əmələ gəlmişdir. Saqun şamanist təlimlərdə ən yaxşı
özünü göstərən fərqlənən qamlar üçün işlədilirdi. Hərfi anlamda
ən yaxşı müalicə edən, dərdə dərman edən adam deməkdir.
AVERROĠZM – Orta əsrlərdə Qərbdə ortaya çıxmış fəlsəfi
təlim. Sözün kökündə dayanan Averroes müsəlman aləmində İbn
Rüşd kimi tanınır. Orta əsr fəlsəfəsində İbn Rüşdün ideyalarını
tədris edən və yayanlara averroistlər adını verirdilər. Qərbin ənə-
nəvi kilsə fəlsəfəsi Orta əsrlər Avropa Universitetlərinə nüfuz
edən və tədris edilən averroizmin qarşısını alır, bu təlimin
ardıcılını isə lənətləyib yandırırdılar.
AVESTA – Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Bəzi
tədqiqatlara görə bu kitab Makedoniyalı İsgəndərin səfəri əsna-
sında onun tərəfindən yararlı hesab edilməmiş və yandırılmışdır.
Tarixçilər Avestanın inək dərilərinə yazıldığını iddia edirlər.
Lakin sonrada onun vedalar adlanan müxtəlif parçaları bərpa
edilmişdir.
AVROPASENTRĠZM
(ing.
Europecentrism;
ru.
Европасент-ризм) – avropasayağılıq. Sözün kökündən də görün-
düyü kimi, bu dünyagörüşü formasında Avropa elmi-mədəni
məkan olaraq önə çəkilir. Tarixi etibarı ilə daha müasir olan bu
təlimdə cəmiyyətdə mövcud olan bütün yaxşı dəyərlərin, elmin,
incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. Avropadan qaynaq-
landığı və ya oradan təsirləndiyi qeyd olunur.
Ad
i
l
ə
N
ə
z
ə
rova
30
AVTOXTONLUQ (yun. Autochthon; ru – местный –
коренной) – yaxud aborigenlik; bir xalqın, yaxud millətin hər
hansı bir yerə, bölgəyə, regiona aid olması, yerli əhali hesab
edilməsi.
AVTONOMĠYA [yun. auto – öz və nomos] – yunancadan
digər Avropa dillərinə keçən bu terminin hərfi mənası özünü
idarə etmə deməkdir. Termnin ingiliscədən dilimizə bir mənası da
autonomous - muxtariyyət anlamındadır.
AVTORĠTARIĠZM – Latın dilində təşəbbüscü, müəllif bani
yaradıcı və s.mənaları verən avtoritarlıq qeyri-demokratik
rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək
üçün işlədilir.Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında
J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər
tərəfindən işlənib hazırlanmışdır. (Fransa inqilabına və sosialist
hərakatına cavab olaraq ).
AVTORĠTET [ lat. Autoritas – ləyaqət, qüvvə, hakimiyyət]
termin olaraq nüfuz, etibar, səlahiyyət və s. Anlamlar ifadə edir.
Misal üçün, Avtoritet qazanmaq. Avtoritetdən düşmək. Nüfuzlu
adam.
AZADLIQ [alm. Freiheit; fr. Libertè; ing. Liberty, freedom;
lat. Libertas; osm. tr. hürriyet; ər. حَّ ّشح] – bağlı olmamaq, kiminsə
təsiri altında qalmamaq, məcbur edilməmək, hər növ xarici
istəkdən arınmış olmaq. Fəlsəfi anlayış; insanların idrak və
zərurətə yiyələnməsi vasitəsi ilə nail olduğu real sərbəstlik.
Azadlıq anarxiya və hərcmərclikdən ciddi şəkildə fərqlənir. Azad-
lığın əsasında demokratizm və humanizm dayanmırsa azadlıq
başıpozuqluğa və hərcmərcliyə çevrilir. Dilimizdə azadlıqla
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
31
yanaşı hürriyyət terminindən də istifadə edilirdi. Misal üçün; hürr
insan = azad insan.
AVVAM [وىا] – kütlə, insan təbəqəsi, avamlar. Ərəbcədə
avvam adlandırılan bu insan təbəqəsi guya Haqdan xüsusi bilik,
işarə, yaxud zəka almamışlar. Bu səbəbdən onlar sözlərin daxilinə
nüfuz edə bilmir, onlar ancaq hərfi anlamda qəbul edirlər.
AYƏ [حُآ] – ayə. ərəbcədən hərfi mənası ―işarə‖, ―əlamət‖
deməkdir. Qurani Kərimin surələri təşkil edən cümlələrə ayə
deyilir. Allahın varlığını və peyğəmbərlərin peyğəmbərliyini
təsdiq etmək üçün göstərilən möcüzələrə də ayə deyilir.
ARXETĠP [ing. Archetype; yun. Archetupos] – ideya yaxud
ilkin başlanğıc. Antik fəlsəfənin sonlarında timsal, ideya.
Yunancada arche – başlanğıc, əvvəl, tupos – forma, nümunə
demək idi.
AFFEKT [ing. Affect; lat. affectus] – ruhi həyəcan. İnsanın
hallardan və ehtirasdan [hissdən] fərqli olaraq güclü, gərgin ola-
raq baş verən və nisbətən qısa müddətli olan emosional həyəcanı,
qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə [spesifik
mimika və əl hərəkətləri] və səs reaksiyaları [ağlama, qışqırıq] ilə
də müşayiət olunur.
AYAN-ı sabitə [
حرتاع
ٌاُْػأ
] – sabit olan varlıqlar. Əyan
sözünün kökündə dayanan eyn [ٍُػ] kəlməsinin hərfi mənaları
göz, nəzər, bulaq, mənbə və s. dir. Müsəlman Şərqi fəlsəfəsində
zatı mümkün olan varlıqların Allahın elmindəki həqiqətləri əyani
sabitələrdir.
AFFITSĠRLƏġMƏ [lat. Afficere; es. Tr. Sebebiyet; ər. خججع]
– səbəbi olma. Qərb filosofu Kant tərəfindən ortaya çıxarılan və
Ad
i
l
ə
N
ə
z
ə
rova
32
onun fəlsəfəsində işlək bir söz olan bu termin məna olaraq
predmetin hiss üzvlərinə təsir etmə qabiliyyətini ifadə edir.
AKÇORA – Yaxşılıq mələyi. Ak və çora sözlərinin birləşmə-
sindən əmələ gəlmişdir. Şamanizmdə daha çox təsadüf olunur.
Şamanist adət ənələrdə akçora xeyir gətirən mələk kimi xarak-
terizə edilirdi.
AKSĠOM [alm. Axiom; fr. Axiome; ing. Axiom; yun.
Axiama. osm. tr. mütearife; ər. ] dəlilə ehtiyac olmadan qəbul
edilən müddəadır. Aksiomlar irəli sürülən elə təkliflərdir ki,
onların düzgünlüyü, dəqiqliyi müzakirə mövzusu deyil. Aksi-
omlar adətən məlum həqiqətlər olur. Adətən riyaziyyata hər hansı
bir yeni bölmə və ya anlayış daxil edildikdə bu yeni bölmə bir sıra
qəbul edilmiş mülahizələr əsasında qurulur. Belə mülahizələr sis-
tem daxilində aksiom adlanır.
AVAR – Heybətlilik, inadkarlıq. Əski türkcədə abar şəklində
işlənilirdi. Bu sözdən törəyən abartmaq, abartı ifadəsi də mövcud-
dur. Abartmaq – nəyisə şişirtmək. Mübaliğə etmək deməkdir.
Avar adında xalq da mövcuddur.
AYIRD – Fərq, müxtəliflik. Dilimizdə hazırda ayırd etmək
ifadəsi mövcuddur.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
33
B
BACARIQ [alm. Vernögen; fr. Facultè; ing. Faculty; lat.
Facultas; osm. tr. meleke; ər. خ
ٍٍّثبل] – insanda var olan bir şeyi edə
bilmə gücü, qabiliyyəti. Bacarıq əski türkcədəki beceri sözündən
qaynaqlanır.
BAĞIMSIZ – Müstəqil. Türk mənşəli qədim sözdür. Bağlı
olmayan, özgür, müstəqil deməkdir. Bağı, əlaqəsi olmayan, bağla-
rından xilas olmuş anlamına gəlir.
BARIġ – Sülh, sükunət və s. anlamlara gəlir. Türk mənşəli
qədim sözdür. Varış, gediş, gedişat; Sukunət, sülh; Sərvət, xəzinə
mənalarını da verir.
BAY – varlıq, zənginlik. Türk mənşəli qədim sözdür. Varlıq,
zənginlik, ərlik, üstünlük, bolluq sözlərinin mahiyyətini ifadə edir.
Türk adlarının vacib birləşmələrindən başqa sözlərlə istifadə olu-
na bilən, işlədilən kəlməni tamamlayıb, gücləndirən, həm əvvəli-
nə, həm də sonuna əlavə olunan ad.
BƏY – Əski türkçdə beğ işlədilirdi. Bəy, ərlik, güc, idarəedici
yığıcılıq, liderlik, nəcabətlik və s. mənaları verir.
BENGI: Türk mənşəli qədim sözdür. Bengü, mengü – sonsuz,
sonsuzluq, əbədiyyət, əbədi.
BĠLGƏ: Türk mənşəli qədim sözdür. Bilgili, filosof, alim,
bilgin, ulu kişi deməkdir. Sözün kökü bil-dir. Bilgin isə türk. Elm
adamı, filosof, mürdik insan deməkdir.
BĠRLĠK [alm. Einheit; fr. Unitè; ing. Unity; lat. Unitas = unus
– bir; osm. tr. vahdet; ər. حذدٚ]. Çoxluğun birliyi [buna bəzən
Ad
i
l
ə
N
ə
z
ə
rova
34
kəsrət də deyilir] yaxud da birlik halında olan çoxluq. Özündə
çoxluğu və bölünməzliyi də əhatə edən sırf bütün. Birlik müxtəlif
formalarda və müxtəlif anlamlarda təzahür edə bilər. Məsələn,
məntiqi birlik, fikir birliyi, kateqorial anlamda birlik – vəhdət,
transandent-spekulyativ birlik və s. Kəlmə olaraq türk dilinə
məxsusdur və müasir Azərbaycan dilində də həm fəlsəfi anlamda,
həm də çox işlək söz kimi ittifaq mənasında geniş işlənir. Birlik
terminini vəhdət mənasında filosoflar çox işlətmişlər. Varlığının
birliyi, yaxud, vəhdəti mənasında İslam mədəni bölgəsi fəlsəfə-
sində, Plotində hər növ müxtəlifliyi əhatə edən mənasında və
Spinozada bütünlük mənasında işlənmişdir.
BĠOLOGĠZM [alm. Biologismus; fr. biologisme]. Həqiqəti
tək tərəfli olaraq ancaq bioloji baxımdan tədqiq edən təbii, dialek-
tik həyatın anlamlarını digər real sahələrə də tətbiq edən dünya-
görüş.
BĠTĠM – Türk mənşəli qədim sözdür. Qayə, hədəf, ideya
deməkdir.
BOYDA[ğ] – Türk mənşəli qədim sözdür. Mücərrəd, absurd
mənalarını verir.
BÜYÜ – Türk mənşəli qədim sözdür. Sehir, gizlinlərdən,
qeybi olanlardan xəbərdar olmağa, agah olmağa deyilir.
BABUVĠZM – XVIII əsrdə Fransada ―Bərabərlik Respub-
likası‖ – vahid mərkəzdən idarə edilən, vahid, ümummilli
kommuna uğrunda aparılan inqilabi hərəkat.
BAĞ [Alm. Relation, Beziehung, fr. , ing. Relation; lat.
Relatio; ər. خمﻼع] – bağ, əlaqə. əski türkçədir. Hər hansı bir
düşüncə çərçivəsində arxa-arxaya sıralanaraq gələn iki və ya daha
|