term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
13
əsas reallığının təsirdən, iş və fəaliyyətlərdən ibarət olduğunu önə
sürən nəzəriyyə yaxud dünyagörüşü tərzidir. Aktivizm kəlməsinin
kökü act-dir. İzm prefiksi sufiksi isə nəzəriyyələrin və müddəa-
ların sonuna artırılan şəkilçidir.
AKTUAL [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel;
ər. ٌّ ًٍعف] - içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası,
əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan
deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı-
rılmışdır. Aktual sözü dilimizdə müxtəlif anlamlarda işlənmək-
dədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazım-
lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi
olan, təsirli olan və ya ola bilən vəziyyətdə olmaq deməkdir.
AKTUALLAġDIRMA [alm. Aktualiserung; fr. Actualisation;
ing. Actualizing; lat. Actualis – fəal, təsirli] – anlam olaraq
varlığın dəyişkənliyini bildirən məfhumdur. Bu dəyişkənlik
əsasən var olan şeyin zərurətini üzə çıxartmaqdan ötrü istifadə
edilir.
AQNOZĠA [alm = fr. Agnosie; ing. Agnosia; osm. tr. fıkdan-i
marifet-i hissiyye; ər.
حُغح
حفشؼي
ٌاذمف
] – hiss orqanlarında hər
hansı bir pozğunluq, yaxud, əksiklik olmamasına rəğmən idrakın
olmaması, pozulması. Kəlmə yunan dilindən digər dillərə
keçmişdir. Hərfi mənada bilinməyən, məlum olmayan deməkdir.
Sokrata görə aqnozia fəlsəfədə sualları cavablamaq üçün əsas
istinadgahın olmaması, yaxud hardan başlayacağını bilməməyə
deyilir. Söz mənşəcə yunan sözüdür. Bizim dilimizə isə rus –
avropa kanalı vasitəsilə transfer edilmişdir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
14
AQNOSTĠSĠZM [alm. Agnostizismus; fr. Agnosticisme; ing.
Agnosticism; yun. A-gnoein = bilməmək; a gnostos – bilinməyən;
osm. tr. la-edriyye; ər. يسدأ ِ; a - inkar və gnosis – bilik] –
dünyanın dərk olunması imkanını tamamilə və ya qismən inkar
edən təlim.
ALGU əski türkcədən tərcümədə bütün, hamı, yaxud cəmiyyət
kimi çevirmək mümkündür.
ALP sözü bəzi müsbət keyfiyyətləri ehtiva edir. Əski türk-
cədə çox işlək bir ifadə olmuşdur. Ariflik, cəsarət, igidlik, fəda-
karlıq, qəhrəmanlıq və s. kimi mənalara gəlir. Qədim türklər top-
lum, cəmiyyət içərisində öz müsbət keyfiyyətləri ilə fərqlənən
insanlara alp deyərdilər. Tarixi mənbələrdən məlum olduğu kimi,
Atillanın bir digər adı da Alp ər Tonqa idi. Kitabi Dədə Qorqud
datsanlarında da belə bir ifadə mövcud idi: ―Hanı dediyim Alp
ərənlər, dünya mənim deyənlər‖.
ALTERNATĠV [alm.=ing. Alternative; fr. Alternatif; lat.
Alter – ikidən biri, osm. tr. şık, terdi; ər. ذٌدشر] – seçimdə
müqayisə, iki şey arasında qeyri-könüllü seçim aparmaq.
Fəlsəfədə hər hansı biri qəbul olunduğu təqdirdə digəri kənarda
qalan, keçərsiz hesab edilən prinsiplərdir. Bir-birini qarşılıqlı
istisna edən iki ya daha çox imkandan birini seçmək zərurəti.
ALQORĠTM [lat. Algoritme – Orta Asiya riaziyyatçısı
Məhəmməd əl-Xarəzminin adından götürülmüdür] – eyni tipdən
olan bütün məsələlərin həllinə doğru aparan əməliyyatların, bir
sıra sistemin müəyyən qaydada yerinə yetirilməsi haqqında dəqiq
göstərişdir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
15
ALLAH [ər. للهآ; ing. God; ] – dini təsəvvürlərə görə dünyanı
yaradan və idarə edən fövqəltəbii qüvvə, hər şeyin səbəbi. Allah
adının, kökünün hardan qaynaqlandığı barədə müxtəlif iddialar
mövcuddur. Qurana əsaslanan, ərəb dilçilərinə görə Allah adı ilk
dəfə müəqəddəs kitabda Allahın özünün məhz özü haqqında
işlətdiyi addır. Bundan başqa Allah adının əl-ilah müəyyənlik
artiklı və ilah sözünün birləşməsindən əmələ gəldiyini də iddia
edənlər vardır. Lakin digər dillərdə bu ad tamam başqa deyim-
lərdə mövcud olmuşdur. Belə ki, türk dillərində Tenqri sözü türk
xalqlarının islam dinini qəbul etməzdən əvvəl işlətdikləri xüsusi
ad idi. Rus ilində Бог sözü, ingilis dilində God sözləri Allah
mənasını verməkdədir. Allaha müxtəlif xalqlarda Tanrı, Xuda,
Pərvərdigar, Xaliq, Yaradan, Xudavənd, Rəbb və s. kimi adlar aid
edilmişdir. İslam dinində Allahı anmaq üçün 99 addan istifadə
olunur. Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökün-
dən törədiyini güman edirlər. Ərəb dili ilə qohum olan digər dil-
lərdə "Allah" kəlməsi belə səslənir: ibrani dilində "Eloah", arami
dilində "Elaha", süryani dilində "Ələhə".
ALOGĠZM [yun. A-inkar və logos-zəka] – məntiqi təfəkkürün
rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi,
yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə,
əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunan-
cada inkar hissəcəyi kimi işlənir. Loqos isə ağıl, zəka deməkdir.
Bu bağlamda ortaya çıxan alogizm terminin hərfi mənası əqli,
zəkanı inkar edən təfəkkür tərzi deməkdir.
ALTRUĠZM [lat. Alter - başqa] başqa adamlara təmənnasız
xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi
Ad
i
l
ə
N
ə
z
ə
rova
16
mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Başqa sözlə
desək, alturizm bir insanın öz həyatını bir digərinə qurban
verməsidir. Bəzən insan öz daxili mənliyində belə bir hissə qapılır
ki, mənə özümdən heç bir fayda və xeyir olmayacaq, qoy başqa-
ları üçün yaşayım ki, onlara bir faydam, xeyrim toxunsun.
Alturistlərə görə insan gərək daxili təlatümünü içində boğsun və
başqaları üçün fədakarlıq etsin.
AMĠL [ər. ًِبع] - Obyektiv və subyektiv şərtlərdən asılı olaraq
həlledici ünsür, yaxud hər hansı bir şərtləndirici. Ərəbcədə
mövcud olan amələ [ ًّع] felindən əmələ gəlmişdir. Hərfi
anlamda amil işi görən, məmul isə görülən iş mənasındadır.
Əməli yerinə yetirən, işi görən deməkdir. Amillər müxtəlif ortam-
larda işlənir; coğrafi amil, iqtisadi amil və s.
AMORALĠZM [yun. A-inkar və lat. Moralis – əxlaqi, və ya
immoralizm] – əxlaqsızlıq, əxlaqdan kənar davranış tərzi
deməkdir. Fəlsəfi anlamda isə hər cür əxlaqın inkarı, əxlaq
qanunlarından imtina, ―xeyir və şərin fövqündə durmağa cəhd‖
olunmasıdır.
ANTĠNOMĠYA [alm.=fr. Antinomie; ing. Antinomy; yun.
Antinomia; es.tr. tesavi-i nakizeyn; tr. çatışkı; ər.
ٍُؼلاَ
واثذ
] – İki
qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların,
prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlmədir.
Kantda 4 növ antinomiya var idi: 1. Kainat və qalaktika zaman
baxımından əbədi deyil, antitez – əbədidir. 2. Hər şeyin özlü-
yündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez – yox-
dur. 3. Kainatda müstəqil olaraq bir özbaşınalıq mövcuddur, yox-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
17
dur – hər şey təbiətin qanunları daxilində hərəkət edər. 4. Kainatın
səbəbi olan vacib bir varlıq vardır, belə bir varlıq yoxdur.
ANALĠZ və SĠNTEZ [alm.=fr. Analyse; ing. Analysis; osm.
tr. tahlil; yun. Analysis – synthesis; ər. ًٍٍذر] Analiz elə bir
prosesin məcmusudur ki, tamı hissələrinə bölüb ayırma, yəni ən
ümumi mənada bütövün fikrən, yaxud faktik olarak tərkib
hissələrinə bölünməsi və bütövün tərkib hissələrinin birləşib
bütövü əmələ gətirməsi prosesləri. Yunan mənşəlidir. Yunancada
fəlsəfi aspektdə analiz parçalama, ayırma, sintez isə birləşdirmə,
bütövləşdirmə deməkdir. Sintez isə [yun. synthesis – birləşmə]
həm birşeyi və ya hadisəni küll halında, onu təşkiledən hissələri
arasındakı qarşılıqlı əlaqə vəvəhdəti daxilində tədqiq etmə üsulu
ya da bəsit maddə və ya elementləri birləşdirmə yolu ilə mürək-
kəb kimyəvi birləşmələr alma.
ANALĠTĠK [alm. Analityk, fr. Analytique. Ing. Analytic.
Yun. analytike]- 1. Aristoteldə formal məntiqlə eyni mənada
işlədilir. // birinci analitiklər, ikinci analitiklər və s. XX əsr
fəlsəfəsində cərəyandır, mahiyyət etibarı ilə fəlsəfənin ənənəvi
qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun
aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları
birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox
işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
ANALOQ [alm. Analog; fr. Analogue; ing. Analogus; yun.
Analogos – uyğunluq, oxşarlıq, loqosa uyğun olan; osm. tr.
mümasil; ًعبِّ] – idrak nəzəriyyəsi terminidir. Hərfi mənada
bənzəyən, oxşar olan deməkdir. Yunan dilindən alınmışdır.
Aristotelə görə müxtəlif şeylərə uyğunlaşa bilib eyni mənada
Ad
i
l
ə
N
ə
z
ə
rova
18
onun əvəzinə də keçərli olan termindir. Misal üçün yaxşı hava
yaxud yaxşı əşya və s. Digər mənada isə bir terminin bir
başqasına olan nisbətinin, bir üçüncünün dördüncüyə olan nisbəti
ilə eyni əlaqədə olmasına deyilir. Aralarında, xüsusilə də
təsirlərində oxşarlıq olan [az və ya çox] iki mənalı sözlər.
ANALOGĠYA [Alm., fr. Analogie; ing. Analogy; yun.
Analogia – uyğunluq; osm. tr. temsil; ər. ًٍثّر] – eyniyyət təşkil
etməyən obyektlərin bəzi cəhətlərdən keyfiyyətcə, münasibətcə
oxşarlığı deməkdir. Hərfi mənada bənzərlik mənasını verir.
ANARXĠZM [yun. Anarchia – rəhbərsizlik, hakimiyyətsizlik]
– hərc-mərclik, başıpozuqluq, kütlənin nəzarətindən kənar,
demokratizm prinsiplərinə uymayan hərəkətlər. Hər cür
hakimiyyətə və dövlətə düşməncəsinə yanaşan, xırda xüsusi
mülkiyyətin mənafeyini və xırda kəndli təsərrüfatını cəmiyyətin
iri istehsala əsaslanan tərəqqisinə qarşı xırda burjua ictimai-siyasi
cərəyanıdır. Anarxiya hər hansı bir kiçik sosial cəmiyyətdə də ola
bilər.
ANĠMĠZM [alm. Aimismus; fr. Animismè; ing. Animism; lat.
Animismus = anima – ruh; osm. tr. ervahiye; tr. Canlıcılık; ər.
خٍداٚسأ] – ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını
önə sürən dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur.
Olan hadisələrin, baş verənlərin ruhlar aləminə bağlı olan
qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələndirldiyi
dini təsəvvür. Yaxud da tək və eyni ruhun təfəkkür və təbii
həyatımızın qaynağı olduğunu irəli sürən görüş. Animizm bəzən
uşaqlarda maddi və cansız əşyaları canlı göstərə bilmək
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
19
bacarığına da deyilir. Guya ruhlar insanların, heyvanların
həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir.
ANLAM [türk. Alm. Bedeutung, sinn; fr. Sens, signification;
ər. ىٕعِ , osm. tr. mana] – məna, sözün mənası. Bir sözün,
kəlmənin, təyin etdiyi, düşündürdüyü şeydir. Yaxud gerçəkliyin
mənimsənilməsini şüura xas olan və predmetin mənaca məzmu-
nunun açılmasını və yenidən canlandırılmasını ifadə edən
forması. Türkcədir, dilimizdə daha çox bu terminin ərəbcə versi-
yası olan məna sözündən istifadə edirik.
ANLAMA [alm. Verstehen; fr. Verstehen; os. tr. idrak; ər.
نسد] - Anlayış idrakın, dilin tətbiqi ilə bağlı pilləsində aləmin
iniaks formalarından biri, predmet və hadisələri ümumiləş-
dirməyin forması. Anlama və anlamlardan çıxarılan mənalar həm
məcazi, həm də həqiqi ola bilər. Dilçilər bəzən anlamanın tərifini
belər verirlər: ―Ağlımıza gələn ilk mənadır‖. Anlamanın vasitə-
çiliyi sadəcə sözlərlə olmur, hiss üzvləri ilə, əqli qabiliyyətlə də
mümkündür.
ANTAQONĠST [ru. Антогонист; yun. Antagonistes –
düşmən] ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtəlif
tipləri. Antoqonizm isə bir-birinə tam ziddiyət deməkdir.
Məsələn, fəhlə sinifi ilə burjuaziyanın münasibəti, ya da
liberalizm ilə totalitarizmin münasibəti.
ANTROPOMORFĠZM [alm. Anthropomorprhismus; fr.
Anthropomorphisme; ing. Anthropomorphism; yun. Anthropos –
insan, morphe – forma; osm. tr. müşebbihe; ər. خٙجشِ] – insane
xüsusiyətləri başqa bir varlığa, xüusilə də Tanrıya aid edilməsi.
Ad
i
l
ə
N
ə
z
ə
rova
20
ANTROPOLOGĠYA [alm. Anthropologie; fr. Anthropogie;
ing. Anthropology; yun. Anthropos – insan, logos – elm; osm. tr.
beşeriyet; ər. خٍٔؤغٔإ] – canlı varlıq olaraq insanı və onun tarixin
müxtəlif ictimai iqtisadi formasiyalarında inkişaf tarixini
araşdıran təbiət elmidir. Fəlsəfədə mövzusu sırf insan olan elmdir.
Konkret həyatı və həqiqətdəki yeri baxımından insanın özü və
özünün quruluşu haqqında fəlsəfi elmi təlimdir.
ANTĠK e.ə. VII əsrin sonundan qədim yunan quldarlıq cəmiy-
yətində, e. ə. II əsrdən başlayaraq eramızın VI əsrinin əvvəllə-
rinədək Qədim Roma quldarlıq cəmiyyətində inkişaf etdirilmiş
fəlsəfi təlimlərin məcmusu. "Antik fəlsəfə" anlayışı altında Qədim
Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur,
bu səbəbdən bu ölkələrin fəlsəfəsi aid olduqları bölgələrinin adı
ilə deyil məhz bu terminlə ifadə edilirdi. Fəlsəfədə antik dövr
təxmini olaraq er.əv. VII və b.er. VI əsrlərini əhatə edir. Termin
olaraq isə yunancaya məxsusdur, lakin avropada isə adətə bu söz
ancient olaraq məlumdur.
ANTĠLOGĠZM [yun. Anti - əksinə, logos – zəka] məntiqin
düsturu olub qəti sillogizmin mühakimələrinin onun nəticəsinin
inkarı ilə bir araya gəlməməsini ifadə edir. Anti şəkilçisi
dilimizdə mövcud olan ön çəkilçilərdən hesab olunur. Azərbaycan
dilində na, bi, la, anti, a və s. Kəliçilər mövcuddur ki, bunlar da
əsasən ya ərəb-fars mənşəli, yaxud da Avropalı mənşəli şəkilçilər
olaraq məlumdur. Anti şəkilçisi sözlərin qarşısında gəldikdə sözə
adətən əks anlam verir.
ANTĠNOMĠYA [yun. Antinomia – qanunda ziddiyyət] –
mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsas-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
21
landırılmış hökmün meydana gəlməsi. Misal üçün, Semantik anti-
nomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir.
ANTĠSĠPASĠYA [lat. Anticipo – qabaqcadan duyuram, ürə-
yimə damır] – qabaqgörənlik, bir şey haqqında qabaqcadan yaran-
mış təsəvvür. Hadisənin gedişatını qabaqcadan xəbər vermək.
ANTĠTEZĠS [yun.] fəlsəfi məntiqdə inkişaf prosesində əsas
müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel
triadasının ünsürlərindən biridir. Bax: triada – tezis, antitezis,
sintez. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşı-
sına irəli sürülən fikir, iddiadır.
ANTROPOGENEZ [yun. Anthoropos] – insanın ictimai
varlıq kimi meydana gəlməsi və inkişafı prosesinə deyilir. Yunan-
cada anthoropos – insan və genesis – mənşə mənalarını ifadə edir.
ANTROPOLOGIZM [ing. Antropologism; yun. Anthoropos
– insan logos – təlim, söz] materializmdə insanın təbiətin ən
yüksək və kamil məhsulu olması haqqında dünyagörüşü forması;
bu dünyagörüşünə görə insanı yaxından dərk edib qavraya bilsək
elə təbiətdə mövcud olan sirli – soraqlı məsələləri də açıb ortaya
qoya bilər, onlardan agah ola bilərik, çünki insanın cismani
fəaliyyətinin üzvi vəhdətində təbiətin bütün məhsuldar qüvvələri
iştirak edir.
ANTROPOMORFĠZM [yun. Anthropos – insan, morphe –
forma] – insana xas olan xassə və xususiyyətlərin xarici təbiət
qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara
[allahlara, ruhlara və s.] aid edilməsi. Termin olaraq
antroporfizmə uyğundur. Ən əski dinlərdən müasir səmavi din-
lərə qədər gəlib çatmışdır.
Ad
i
l
ə
N
ə
z
ə
rova
22
ANTROPOSOSĠOLOGĠYA – antropologiya elminin məlu-
matlarını təhrif edərək ayrı-ayrı adamların və onların qruplarının
sosial vəziyyətlərinin insanın anatomik-fizioloji əlamətləri ilə
bilavasitə əlaqəsini müəyyən edən və bu əsasda da ictimai
hadisələri nəzərdən keçirən sosioloji nəzəriyyə.
ANTROPOSOFĠYA [yun. Anthoropos – insan, sophia –
müdriklik] – mistik dekadentçilik təlimi, teosofiyanın forma-
larından biri.
APORĠA [alm. = fr. Aporie; ing. Aporia; yun. Aporia; a = sız,
poros = yol, körpü, çıxış; ər. حنؤغي لؤح متؤل شُغ]. Bir məsələdə
ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış
yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı
istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan
başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu
itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud
nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi,
ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar.
APATĠYA [yun. Apatheia] – laqeydlik vəziyyəti, müəyyən
hərəkətlərə meylin, istəyin olmaması. Çox vaxt ali sinir fəaliy-
yətinin pozulması nəticəsində olur. Yunan dilindən tərcümədə
ehtirasızlıq, hissizlik kimi tərcümə olunur. Apatiya şəxsdə hər
hansı bir hadisə nəticəsində ortaya çıxa bilər, yaxud bu duyğu-
suzluq vəziyyəti onda fitrətən mövcud ola bilər. Psixologiyada
çox işlənən bir termin kimi apatiya adətən sinir fəaliyyətinin
pozulması olaraq xarakterizə edilir. Stoiklərdə çox rast gələn bir
hal olaraq, Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
23
insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və
caynizm təlimləri təsir göstərmişdir.
APEYRON [yun.apeyron] – əbədi hərəkətdə olan, sonsuz,
qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anak-
simandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə
keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir.
APODEYTĠKA [yun. Apodeiktikos] – qəti sübut olunan şey,
mütləq səhih biliyi ifadə etmək üçün anlayış. Yunan dilindən dili-
mizə hərfi tərcümədə inandırıcı mənasına uyğun gəlir.
APOLOGETĠKA [yun. Apologetikos - ἀπολογία – müdafiə
edən] – teologiyanın bir sahəsi. Termin öz başlanğıcını qədim yu-
nancadan götürmüşdür. Lakin daha sonralar apologetiklər xristi-
anlıqda da mövcud olmuşlar və indi bu termin daha çox xristian-
lıqda müdafiə mövqeyindən çıxış edənlər kimi bir anlam qazan-
mışdır.
APORĠYA [ing. Apory; yun. Aporia] çətin vəziyyət.
Yunancadan avropa dillərinə keçmişdir. Çətin həll olunan
problemi ifadə etmək üçün qədim yunan fəlsəfəsində işlədilən
anlayış anlamını verir.
Dostları ilə paylaş: |