ƏDƏB [بدأ] – ədəb, əxlaq. Ədəb-ərkan qaydaları, şəxsin bütün
hərəkət və sözlərində tərbiyəli davranışları. Təsəvvüfdə isə
müridə şeyxinin məsləhət gördüyü və əməl etməsi vacib olan
ədəb-ərkan qaydalarıdır.
ƏHD [ذهػ] - əhdləşmə, vədələşmə, müqavilə.
ƏHKAM - doqma [dogma – fikir, təlim, qərar[ər. واكحأ]] –
bütün vəziyyətlərdə dəyişməyən, həqiqətin pozulmazlığı üçün
qəbul edilmiş müddəa, anlayış. Ərəbcədən hərfi mənada ―hökm-
lər‖ deməkdir. Hökm sözünün cəmidir. Şəriətin qoyduğu vacib
hökmlərə, qanunlara deyilir. Əhkam-i diniyyə - dini hökmlər.
ƏHVAL – ərəbcədən hərfi tərcümədə ―hallar‖ deməkdir. Hal
sözünün cəmidir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
69
ƏHVAL-i Ruhiyyə – ruha aid olan hal və xüsusiyyətlər. Bu
termin bəzən məcaz olaraq da işlədilməkdədir. Misal üçün, əhval-
i ruhiyyəm çox pisdir, gələ bilməyəcəm.
ƏKS [alm. Konträr; fr.contaire; ing. Contrarylat. Contrarius;
osm. tr. zıt; tr. Karşıt; ər. ظكػ] – bir-birilərinin formal ziddi
olmayıb, əslində mahiyyətcə ona qarşı olan məfhumlar.
ƏMƏL-i saleh – saleh əməllər, xeyirli işlər, əksəriyyətlə dini –
fəlsəfi terminologiyaya aid olub, bir şəxsin dinin hökmlərinin
əksinə olmayaraq gördüyü xeyirli işlərə deyilir.
ƏMƏN – əski türkcədə bir neçə məna verirdi. 1-Can, ruh,
həyat 2- Ağac tikmək üçün açılan çuxur 3- meşə ağacı.
ƏNBĠYA – Nəbilər, peyğəmbərlər deməkdir. Nəbi sözünün
cəmidir. Nəbi sözü nəbəə [ئثَ] felindən əmələ gəlmiş və xəbər
vermək deməkdir. Dilimizdə bəzən peyğəmbərlər sözünün sinoni-
mi kimi işlədilməkdədir. Ərəbcədir, peyğəmbər sözü isə farscadan
keçmişdir.
ƏNƏNƏ [alm. Sitte; fr. Moeurs; ing. Customs; lat. Mos-
mores; osm. tr. örf; tr. Töre; ər. خآدآ] – bir cəmiyyət daxilində
mənimsənilmiş, yerləşmiş həyat tərzinə və həyat formalarının,
qaydaların,
aətlərin müştərək vərdişlərinin və izlənilən
istiqamətlərin hamısı. Adət-ənənə [ər.جدآ] Böyük və kiçik sosial
qrupun üzvlərinə özlərini faktiki necə apardıqlarını, nəyi özlərinə
rəva bildiklərini və nəyi özlərinə qadağan etdiklərini təsbit edən
anlayış. nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlər,
zövqlər və s. Ənənə etnosun həyatını qoruyub saxlamaq üçün
maddi və mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir
amilidir ki, cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər.
Ad
i
l
ə
N
ə
z
ə
rova
70
ƏNSAR (ساظَأ) – Mədinə camaatına ənsar deyilirdi. Hərfi
mənası ―kömək edənlər‖, ―dəstək olanlar‖ deməkdir, nasir
sözündən törəmişdir. Nasara ərəbcədə yardım etmək, əl tutmaq
deməkdir. Məkkədən Mədinəyə köçərək hicrət edən müsəlman-
lara kömək edib, onlarla qardaş kimi öz mallarını paylaşdıqları
üçün onlara ənsar deməyə başladılar.
ƏVHAM [َؤ٘ٚأ] – vəhmlər, şübhələr, zənn etmələr. Vəhm
[ُ٘ٚ] sözünün cəmidir. Səhv və yersiz düşüncə, yanlış fikir. Misal
üçün: Boş əvhama dalıb, real heç nə demədi. Bir mövzuyla
əlaqədar pis ehtimalları ağla gətirib kədərlənmək, şübhələr, yanlış
fikir, vəsvəsəyə düşmək. Olmayacaq bir şeyin olacağını sanma,
qorxu duymaq.
ƏZƏLĠ [ٍنصأ] - əvvəli olmayan, başlanğıc nöqtəsi olmayan.
Allahın adlarından biridir. Dini – fəlsəfi ədəbiyyatda əsas var olan
tanrının varlığıdır və o var olunmamiş, yaradılmamışdır. Həqiqi,
vacib varlıq Tanrıdır. Onun elminə, biliyinə də elm-i əzəli deyilir.
Əzəlilik-əbədilik [alm. Ewigkeit; fr. Èternite; ing. Eternity; lat.
Aeternitas; osm. tr. ezeliyet-ebediyet; tr. Öncesizlik-sonrasızlıq;
ər. حَدأ- حَُّنصأ] əvvəli və sonu olmayan proses. Varlığın bütövlükdə
tamlığı. Bu tamlıq zamanı və zamansızlığı özündə ehtiva edir.
ƏDALƏT [ər. حناذػ]- əxlaqi-hüquqi və sosial-siyasi şüur
kateqoriyası, insanın şəksiz hüquqları barədə tarixən dəyişən
təsəvvürlərdə bağlı lazımlıq anlayış. Ərəbcədəki ədl [لذػ] sözün-
dən əmələ gəlmişdir. Adil sözü də bu qəbildəndir.
ƏKSLĠK [ظكػ]– ziddiyyətin inkişaf pillələrindən birini ifadə
və əks etdirən kateqoriya. Ziddiyyət, uyğunsuzluq, məntiqsizlik.
Fikirlər arasında əkslik. Fəlsəfi anlamda aralarında ziddiyyət olan
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
71
əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti və mü-
barizəsi. İnkişaf əksliklərin mübarizəsidir.
ƏL-Ġxvan [ər. ْأٛخلإأ]– İslamiyyətdə [misir] şeyx həsən əl-
Bənnanın yaratdığı [1928] ―Müsəlman Qardaşlar‖ cəmiyyəti adlı
dini-siyasi təşkilatın üzvlərinin adı. İslam Şərqində ―İxvan əs-
Səfa‖ [Saflıq qardaşları] adı ilə məşhurdur.
ƏLƏVĠLĠK [ər. حَىهػ] – şiəliyə mənsub dini-fəlsəfi təlim.
Əliallahilik isə [ər. حُهّنآُهػ]- şiəlik təriqətidir. Orta əsrlərdə
İranda, Azərb. və digər ölkələrdə geniş yayılmış dini-mistik
cərəyandır. Ələvilik Türkiyədə sünnilik sonra ən çox mənsubu
olan ikinci müsəlmançılıq inanc sistemidir. Əhli-sünnə məzhəbin-
də Allah - Məhəmməd vəhdətindən fərqli olaraq, ələvilikdə Allah
- Məhəmməd - Əli ilə tamamlanan və Əhl-i Beyt, On iki İmamları
əsas alan bir inancdır. Ələvilik daxilində müxtəlif təriqətlər möv-
cuddur. Bunlardan ən tanınmışı Anadoludan qaynaqlanan Bəkta-
şilikdir. Bektaşilik ələvəlik içində bir təriqət olması səbəbiylə
ələviliyi bütünlükdə tərif edə bilməz. Ələvilik təməl inanc sistemi
kimi Ələvilik , Allah - Məhəmməd - Əli üçlüyü və Əhl-i Beyt, On
iki İmamlara ciddi olaraq əhəmiyyət verən Şiəliyin On ikicilik
məzhəbi ilə ortaq nöqtələrə sahib bir yoldur. Ələvilikdə araşdır-
ılması lazım olan əsl inanc varlığın birliyidir. Ələvilikdə Tanrının
insan daxil kainatdakı hər şeyin içində olduğu inancı vardır.
Ələvilik Allah qorxusu yerinə sevgisini mənimsəyən, təməlində
insan sevgisi ilə hərəkət edən, Quranın şəklini deyil özünü qəbul
etdiklərini ifadə edən, məqsədi ruhi yetkinləşmə olan bir təsəvvüf
yoludur. Özünü insan sevgisində tapan, Tanrının insanda təcəlli
etdiyinə və zərrəsindən meydana gəldiyinə, onun üçün də insanın
Ad
i
l
ə
N
ə
z
ə
rova
72
ölümsüzlüyünə inanan, ibadətlərində qadın kişi ayrı-seçkiliyi
etmədən , öz diliylə, musiqisiylə inancını icra etmə formasıdır.
ƏMƏK [ing. Labour; fr. Ouvrage; ru. Работа; tr. Iş; ər. ًّع] –
insanın məqsədyönlü fəaliyyətinin adıdır. Bir şeyin yaradılması
və ya çıxarılması üçün xərclənən bədən və baş gücü, yaxud uzun
və yorucu, diqqətli iş yaxud da insanın şüurlu olaraq müəyyən bir
məqsədə çatmaq üçün girişdiyi həm təbii və ictimai ətrafını həm
də özünü dəyişdirən iş prosesi, səy.
ƏRDƏM [alm. Tugend; ing. Virtue; fr. Vertu; yun. Arete;
osm. tr. fazilet; ər. خٍٍضف] – İnsanın mənəvi və ruhani yetkinliyi,
istəyin əxlaqi yaxşılığa yönəlməsi. Fəlsəfə tarixində ərdəmə və
ərdəmliyə müxtəlif mövqelərdən münasibət bildirilmişdir.
Ümumiyyətlə isə ərdəmi – fəziləti əxlaqi yaxşılıq kimi
qiymətləndirmişlər.
ƏRƏZ [cəm صآسآ; ing. Accident] – fəlsəfi terminologiyaya
aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan
her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini
təşkil edənə cövhər, ona əlavə olunanlara isə ərəz deyilirdi.
Müasir fəlsəfi dildə bu sözün əvəzində aksidensiya ifadəsindən
istifadə olunur. Şeyin zatında mövcud olan, lakin onun
mahiyyətindən kənarda qalan hər şey ərəzdir. Ərəzlərin müstəqil
var ola bilmə xarakterinə malik deyil, çünki ərəzlər cövhərlərin
təbiətinə əlavə olunduqda varlıq əldə edirlər. Misal üçün, taxta
şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə
ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə
bərabərdirlər, onları cövhərlərdən ayrı düşünmək mümkün deyil.
Bu ərəzlərə lazım ərəz deyilir. Əşyanın mahiyyətindən fərqlənən
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
73
və xarakterik olaraq, onlardan ayrıla bilən ərəzlərə isə fərqlənən
ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün
lazım ərəz olduğu halda, geyimi, tipi, yaxud hərəkəti, sükunəti
fərqlənən ərəzdir.
ƏRġ – Yer kürəsi, yaxud göy, asiman. Tez-tez Quranda
işlədilən ərş sözündən mıəqsəd ilahi hakimiyyət, yaxud da Tanrı-
nın dərgahı deməkdir.
ƏRMIġ – Müdrik, mütəfəkkir, yetişkin, Tanrıdan ilham alan.
Əski türkcədir. Türkiyə türkcəsində hazırda işlənir və övliya anla-
mına gəlir.
ƏSRĠMĠġ – Əski türkcədə özündən geçmiş, vəcdə gəlmiş
adam deməkdir.
ƏSAS [alm. Grund, Grundlage, Fundament; fr. Fondament;
ing. Foundation; lat. Fundamentum; osm. tr. esas; tr. Temel; ər.
ظعأ] – bir şeyin üzərində təməlləndiyi, təşkil olunduğu şey.
Müəyyən hadisələrin [nəticələrin] mövcudluğunun ilkin şəraiti və
onların izahından ibarət zəruri şərt. Əsas kökündən ərəbcədə bir
neçə söz də əmələ gəlir; təsis, müəssisə və s.
ƏġƏRĠLĠK [ər. خٌسبعشأ] – X əsrin əvvəllərində yaranmış dini-
fəlsəfi təlim; ortodoksal islam sxolostikası [kəlam]. Əşərilik,
islami etiqadı məzhəblərindən biridir. Əqlə Mötəzilə qədər
əhəmiyyət verməsə belə, Sələfiyyə qədər də kiçik ölçüdə tədqiq
etməz. Bunu belə təsvir etmək mümkündür. Əgər Sələfiyyə ilə
mötəzilə arasında əql və nass mövzusunda bir sərhəd qoysalar
məhz söü gedən əşərilik bu sərhəddə ortada qalacaq lakin Sələ-
fiyyəyə daha yaxın mövqedədir. Əbu Həsən Əşaridən (öl. B.e.
935 ) qurduğu bu təlim, ağılın heç bir zaman gerçəyə çata
Ad
i
l
ə
N
ə
z
ə
rova
74
bilməyəcəyini, qulların ancaq qeydsiz şərtsiz inanmaqla xoşbəxt
ola biləcəkləri ideyasını irəli sürür. Təbii hadisələr, səbəbləri
bilinməyən və bəlkə də əsla bilinməyəcək olan bütöv bir ilahi
qanunauyğunluğun məhsuludur, bu belə də idarə olunur. Ağıl,
gücsüz bir məlumatdır. Qaldı ki, ağılın bu gün biləmədiyini sabah
da bilməyəcəyi deyilə bilməz. İmam Bakıllani, Ebu-l- Məali kimi
mütəfəkkirlərin rəhbərliyi altında getdikcə inkişaf edən bu təlim
təzyiqini elə artırmış və yayılmışdır ki əleyhinə çıxan axınlar XII
əsrdə Qərbə keçərək Əndülüs ərəbləri arasında yaşamağa məcbur
qalmışlar. Əşariliyin ən böyük tənqidçilərindən biri də məşhur
filosof İbn Rüşddür. Əslində ümumiyyətlə kəlam və kəlamçılara
qarşı çıxmış olsa da İbn Rüşd tənqidlərini ən çox Qəzali və
Əşarilik üzərinə yönəlir.
ƏġYALAġMA [maddiləşmə] – predmetləşmədən fərqli olaraq
tarixən keçici və əmtəə istehsalına, xüsusilə kapitalizm
cəmiyyətinə xas sosial münasibətlərin şəxsi münasibətlərdən əşya
münasibətlərinə, xalis rol münasibətlərinə çevrilməsi. Əşyalaşma
yadlaşma, qəribələşmə ilə sinonim şəklində də işlənir. Bir
dəyişmənin mövcud olduğu vəziyyət, hər şeyin şüurlu olaraq bir
tanıma sığması vəziyyətidir. Bu vəziyyətdə cümlədə təyinedici
funksiyada nəyisə xarakterizə etmiş olur.
ƏXĠLĠK [ َّىخأ
ح
] - əxilərin dini-fəlsəfi təlimi. Əxi sözünün hərfi
mənası dilimizdə ―qardaş‖ deməkdir. Azərbaycan dilinə qardaşlıq
kimi də tərcümə olunur. Orta əsrlərdə islam mədəni bölgəsində
ortaya çıxmışdır. Əslində ―əxi‖ terminin mənşəyi mövzusunda dil
alimləri arasında görüş birliyi yoxdur. ―Əxi‖ kəlməsi ərəbcə
―qardaş‖ mənasını versə də, ancaq Divani Lüğət-i Türkdə ―əxi‖
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
75
sözü, əli açıq, comərd, igid mənasını verən ―ağı‖ sözündən
törədiyi qeyd olunur. Termin olaraq əxilik isə , XIII əsrin ilk
yarısından XIX əsrin ikinci yarısına qədər Anadoluda,
Balkanlarda və Krımda yaşamış olan Türk xalqının sənət və peşə
sahəsində yetişmələrinə, əxlaqi istiqamətdən inkişaflarını təmin
edən bir sistemin adıdır. Bu təriflərdən yola çıxaraq əxi sözünün,
qardaş, yoldaş, yar, dost, igid mənasını verdiyini söyləyə bilərik.
Əxilik həm ictimai, həm də mədəni strukturlara aid bir termin
olaraq; bir-birini sevən, bir-birinə hörmət edən, kömək edən,
kasıbı güdən, yoxsulu saxlayan, işi müqəddəs və ibadət sayan, din
və əxlaq qaydalarına möhkəm bağlı olan tacir və sənətkarların iş
təşkilatı mənasını verir. Öz içərisində düzgünlük, qarşılıqlı yardım
və hörmət əsasında hərəkət edərək Türkiyənin ticari və iqtisadi
həyatında böyük rol oynamış ustalar, şəyirdlər, qısacası
sənətkarlar yetişdirmiş və yetişən bu biznesmen tək tərəfli fayda
təminatı ilə hərəkət etməmişdir.
ƏXLAQ [ər. قُخأ]- ictimai şüur formalarından biri. [alm. –
Moral, ing. Morals]. 1. Müəyyən bir zaman ərzində məlum
ictimai qrup, yaxud insan kütləsi tərəfindən mənimsənilən,
şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi
davranış qaydalarının, qanunlarının cəmi; yaxud müxtəlif
cəmiyyətlərdə və zamanlarda əhatə dairəsi və məzmunu dəyişən
əxlaqi dəyərlər məcmusu. 2. Eyni zamanda fəlsəfənin bir qoludur.
Ərəbcədəki xulq [كهخ] sözünün cəmidir.
ƏHALĠ [ər. يآ٘أ] – Özünün həyat fəaliyyətini müəyyən sosial
birliklərin: bütövlükdə bəşəriyyətin, ölkələr qrupunun, ayrı-ayrı
ölkələrin, həmin ölkələr daxilində konkret yaşayış sahələrinə
Ad
i
l
ə
N
ə
z
ə
rova
76
qədər müxtəlif məhəlli bölmələr çərçivəsində həyata keçirən
insanların məcmusu.
ƏXBƏRĠLĠK [ing. Akhbariyya; ər. ساثخأ] - Şiə məzhəblərin-
dən biri; yalnız hədislərə yəni şiə imamlarının dedikləri sözlərə və
bunlar haqqındakı rəvayətlərə istinad etməyi tələb edən ənənə-
çilər. Ərəbcədə ―xəbər‖ [شثخ] sözünün cəmidir. Hərfi mənada əx-
bar – xəbərlər deməkdir.
ƏZGĠ – əski türkcədə müxtəlif mənalar verirdi. 1- yaxşı,
yaxşılıq, 2- uyum, ahəng, 3- əzab, üzüntü, 4- nəğmə, xoş səda.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
77
F
FAKT [alm. Faktum; fr. Fait; ing. Fact; lat. Factum – edilən,
həyata keçirilən; osm. tr. vakia; ər. حؼلاو; tr. olgu] – fikirdə olanın
əksi, baş vermiş olan, həqiqi olan, həqiqətə çevrilmiş olan.
Dilimizdə işlək ifadə kimi vaqiə sözü də işlənməkdədir. Vaqiə
sözü vaqəa-dan [غلو] gəlir və hərfi mənada olan , baş verən
deməkdir. Türkcədəki ol+gu sözü də qədim oğuzcadakı ol
felindən qaynaqlanır. Misal üçün, müqayisə et: Olana çarə yoxdur
= Hadisə 1890-cu ildə uzaq bir mahalda vaqe oldu. Obyektiv və
elmi fakt anlayışları bir-birindən fərqləndirilir. Obyektiv fakt
insan fəaliyyətinin və ya idrakının obyektini dərk edən müəyyən
hadisəni, təzahürü, reallığın parçasını başa düşmək kimi qəbul
olunub.
FANTAZĠYA [alm. Enbildung, phantasie; fr. Fantasie; ing.
phantasy; lat. = yun. – phantsia; osm. tr. hayal; ər. لاُخ] –
qarşılığında bir reallıq olmayan mənzərəli görüntü. Fantaziya,
xəyal, görüntü sözləri ilə eyni anlamlarda Azərbaycan türkcəsində
rast gəlinir. Misal üçün: Gözümə nəsə göründü. Xəyalın
gözlərimdə canlandı. Fantaziyalarımın qurbanı oldum.
FASĠQ [كعاف] – imanlı adamın kafirliyi. Yəni küfür və iman
arasında olan şəxs. Bəzi məzhəblərə görə, fasiq olan kəs tövbə
etmədən ölərsə, əbədi olaraq cəhənnəmə gedər. Fəsəqə [كغف]
sözündən törəmişdir. Onun failidir [subyekt, işgörən mənasında].
Fisq [كغف] isə Haqq yolundan ayrılma, üsyan etme, günahkarlıq,
suç hesab olunur.
Ad
i
l
ə
N
ə
z
ə
rova
78
FATALĠZM [alm. Fatalismus alm; fr. Fatalisme; ing.
Fatalism; osm. tr. cebriyel; at. fatalis – tale, qismət] – anti-
dialektik dünyagörüşü konsepsiyası. Hər şeyin alınyazısına əsasən
əvvəlcədən təyin olunmuş olduğuna, insanın bu əvvəlcədən
müəyyən olunmuş olan alınyazısını dəyişdirə bilməyəcəyinə
inanan dünyagörüşü. Bu konsepsiyaya görə aləmdə baş verən
bütün proseslər azadlığa, yaradıcılığa imkan verməyən zərurətə
tabedir və əzəldən müəyyən edilmişdir.
FAġĠZM [ital. Fascio – birlik, dəstə] – maliyyə kapitalının ən
mürtəce, şovinist, imperialist ünsürlərininaşıq terorçuluq
diktaturası. Faşizmin hakim olduğu Almaniya ən yeni tarix
ərəfəsində II dünya müharibəsinin törənməsinə səbəb oldu.
FƏHM – [ىهف] ağıl, düşüncə, təfəkkür. Fəhm etmək –
düşünmək, təfəkkürə dalmaq mənasını verir. Sözün kökü fəhimə
[ىهف] -dir. Dilimizdə anlam mənasında çox işlətdiyimiz ―məfhum‖
(
ٌوىهفي) sözü də bu kökdən törəmişdir. Ərəbcədə hərfi mənada
―başa düşülən‖ deməkdir.
FATALĠZM [fatalisme - Qədərə inanma – Cəbriyyə [حَّشثﺟ] -
Yazgıcılık] – Bütün hadisələrin aləmin üstündə var olan bir
qüvvət və ilk səbəb tərəfindən, dəyişməsi mümkün olmayacaq
formada əvvəlcədən təsbit və təyin edilmiş olduğuna inanan
görüş. İngiliscədə fate – tale, qədər deməkdir. Qədərə, taleyə alın
yazısına inanmaq istər Qərb, istərsə də Şərq dünyasında mövcud
olmuşdur. Şərqdə Cəbəriyyə adlı bir cərəyanda mövcud olmuşdur.
FAYDALILIQ [alm. Utilitarismus; fr. Utilitarisme; ing.
Utilitarism; lat. Utilis – fayda, yarar; osm. tr. nefiye; ər. حُّؼفَ] –
yararın, faydanın həyat ideyasına, amalına çevrilməsi. Əxlaqi fəa-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
79
liyyət və davranışlarda faydanan ideya. Anlam olaraq pozitivizmlə
bəzi oxşar tərəfləri mövcuddur.
FENOMEN [alm. Erscheinung, phȁnomen; tr. Görüngü; ing.
Phenomenon; appearance; tun. Phainomenon; osm. tr. hadise; ər.
ٌحثداح] – ümumiyyətlə hisslərlə dərk edilən hər şey. Hadisəolan,
zahir olan, yaxud müşahidəsi mümkün olan, idrak ediləbilən,
mövcud olana müqabil görünən şey. Fenomen [fr. Phénomène;
ing. Phenomenon; ər. ٌشهاظذ; yun. Phainomenon – təzahür edən,
aşkara çıxan] – təcrübədə bizə verilmiş, hisslərin köməyilə dərk
olunan hadisəni ifadə edən anlayış. Fenomenalizm – idrak
haqqında təlim; duyğuların bilavasitə idrakın obyektindən ibarət
olması tezisini əsas tutur.
FENOMONEOLOGĠYA
[alm.
phȁnomenologie;
fr.
Phenomè-nologie; ing. Phenomenology; tr. Görüngübilim; yun.
Phainomenon]
–
təzahürlər
haqqında
təlim,
əslində
fenomenologiya. Yunanca Phainomenon – görüntü, təzahür, logos
– təlim, doktrina. Husserd və şagirdləri tərəfindən [L.Landqrebe,
E.Fink və b.] əsaslandırılmış və müasir fəlsəfəyə təsir göstərmiş
subyektiv idealist cərəyan
Dostları ilə paylaş: |