ĠNSAN [ər. ْآغٔإ]– tarixi prosesin, Yer üzərində maddi və
mənəvi mədəniyyətin inkişafının subyekti, həyatın digər formaları
ilə genetik bağlı olan və bu formalardan əmək alətləri istehsal
etmək qabiliyyətinə görə seçilən, aydın nitqə, təfəkkür və şüura
malik olan biososial varlıq.
ĠNSTĠNKT [alm. Instinkt; fr.=ing. Instinct; lat. Instinctus;
osm. tr. sevkitabii; garize; insiyak; ər lat. instinctus – oyanma] –
heyvan növünün bütün nümayəndələrində ortaya çıxan və həyatın
mühafizə edilməsinə yarayan şüursuz fəaliyyətə və davranış
formasına deyilir. Psixi fəaliyyətin forması, davranış.
Ad
i
l
ə
N
ə
z
ə
rova
102
ĠNTELĠGENSĠYA [fr.Intelligence; ing. Intelligence; lat.
Intelligentia;tr.anlak] 1.Əqlin ruhu idarəedici təbəqəsi.
ĠNTELLEKTUALĠZM [lat. intellectualis – zehni-əqli]
intellekt vasitəsilə idrakı ilk plana çəkən və metafizikcəsinə hissi
idrakdan və praktikadan ayıran fəlsəfi təlim.
ĠNTENSĠONALLIQ [lat. intentio – səy, cəhd] şüurun
predmetə istiqamətləndirilməsi [yönəldilməsi].
ĠNAN - İman, inanç, 2- qayda, əqidə 3- əmniyyət, ehtiyat.
ĠNTERPRETASĠYA [lat. interpreitatio – şərh, izah etmə] –
istər metariyaziyyatda və metaməntiqdə, istərsədə bütövlükdə
Elmdə mühüm rol oynayan semantik anlayış.
ĠNTĠBAH [ər. ٖآجزٔإ] [fəlsəfədə] – feodalizmin dağıldığı və
erkən burjua cəmiyyətinin təşəkkülü dövründə Avropada
[xüsusilə İtaliyada] inkişaf etmiş fəlsəfi və sosioloji təlim.
ĠNTĠZAM [ər. َآضزٔإ]– insanlar arasında ictimai əlaqənin
spesifik forması; maddi istehsal şəraitindən obyektiv surətdə
meydana gəlir, birgə fəaliyyət üçün zəruri olan istehsal vasitələri
üzərində mülkiyyətin müəyyən tipi və sosial münasibətlərin
xarakteri ilə şərtlənir.
ĠNTROYEKSĠYA [lat. intro – daxilə, iectio – tullama] –
natruralist və seyrci [metafizik] materializmin şərhini və tənqidini
vermək üçün Avenarius bu materializmin əksinə ―prinsipial
koordinasiya‖ nəzəriyyəsini irəli sürür.
ĠNTROSPEKSĠYA [lat. introspecto – içəriyə baxıram] –
insanın öz daxili psixi hadisələrini müşahidə etməsi,
özünümüşahidə.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
103
ĠNFORMASĠYA [lat. informatio – izahetmə, şərhetmə] –
müəyyən xəbərlər, hər hansı məlumatların, biliklərin məcmusu.
ĠNCƏSƏNƏT – ictimai şüurun və insan fəaliyyətinin spesifik
forması, gerçəkliyin bədii obrazlarda əks olunması, inikası,
aləmin mənimsənilməsinin mühüm üsullarından biri.
ĠRADƏ [ər. حدآسإ]- insanın bu və ya digər hərəkətlərinin yerinə
yetirilməsinə doğru yönəldilmiş şüurlu meyli.
ĠRRASĠONAL [alm.=ing. Irrational; fr. Irrationnel; osm. tr.
gayr-i akli] – əqllə qavranıla bilməyən, əsassız, bəzən də ruhi,
mənəvi olanlara deyilir. Zəka ilə, təfəkkürlə dərk edilə bilməyən,
məntiqi anlayışlarda ifadə oluna bilməyən mənasını verən anlayış.
ĠRIM - 1- Sehr, əfsun, 2- İçinden su axan torpaq, ərazi.
ĠRTÜK – dəyər, qiymət.
ĠRRASĠONALĠZM [alm. Irrationalismus; fr. Irrationalisme;
ing. Orrationalism; lat. irrationalis – düşüncəsiz, şüursuz] –
Zəkanın, təfəkkürün idrakı imkanlarının məhdudluğunu israr edən
və intuisiyanı, hissi, instinkti və s.-ni idrakın əsas növü kimi qəbul
edən fəlsəfi təlim.
ĠSBAT [alm. Beweis; fr. Preuve; ing. Proof; lat. Probare –
sınamaq, göstərmək, sübut etmək; tr. Tanıt; ər. دبجعإ] – önə
sürülən bir şeyin həqiqətini göstərməkdə izlənilən təfəkkür
müddəti. Sübut etməkdə önə sürülən şey.
ĠSLAM [ər. َﻼعلإأ] – itaət etmə - dünyada geniş yayılmış
monoteist dinlərdən biri.
ĠSMAĠLĠLĠK – şiəlikdə təriqət. VIII əsrdə Xilafətdə sinfi
ziddiyyətlərin kəskinləşməsi nəticəsində yaranmışdır. İsmaililik,
İslami müxalifət hərəkəti olan Əli yandaşlıarının bir törəməsidir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
104
Hz. Məhəmmədin ölümündən dərhal sonra, yeni dinin Batinilik
tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini
istəmiş ancaq sünni əksəriyyətin qəbulu ilə Əbubəkr xəlifə
seçilmişdir. Əli tərəfdarları, Ömər və Osmanın xəlifəliyini də
qəbul etməmiş, Əlinin qısa davamlı və daxili qarşıdurmalarla
keçən xəlifəlik dövründən sonra oğullarının qətli ilə, İslamiyyət
günümüzə qədər sürən bölünmə və qarşıdurmalara süründür-
ülmüşdür. İsmaililik də, Əlinin qırğından xilas nəvəsi Zeynela-
bidin'in soyundan gələn Cəfər Sadiqin oğlu İsmailin imamlığını
qəbul edən qrupun təşkilatı olmuşdur.
ĠSTĠDLAL [alm. Schluss; fr. Inference; ing. Inference;
illation; lat. Illation, conclusio; osm. tr. istidlal; tr. Çıkarım; ər.
يَذزعٳ] – Verilmiş bir və ya daha çox prinsipdən nəticə çıxarma
fəaliyyəti. Həqiqəti naməlum qalan bir prinsipin doğru olaraq
qəbul edilmiş başqa prinsiplərlə əlaqəsinə əsaslanaraq doğru olanı
ortaya çıxarma prosesi.
ĠSTƏK [alm. Wille; fr. Valontè; ing. Will; lat. Voluntas; velle
– istək; volo – istəmək; osm. tr. irade; ər. حدآسإ] – sövqedici qüvvə,
müstəqilliyini də qoruyub saxlayan arzu etmə, diləmə.
ĠUDAĠZM əsasən yəhudilər arasında yayılmış din. Qədim
yəhudi tayfalarının bütpərəstlik politeizmindən [çoxallahlılığın-
dan] meydana gəlmiş İudaizm e.ə. VII əsrdən başlayaraq
monoteist dinə çevrilir. İudaizm islam və xristianlıq kimi səmavi
dinlərdən hesab olunur. İudaizm öz adını müqəddəs İudanın
adından götürmüşdür. İuda adını bəzi tədqiqtçılar Tanrı
Yahovanın adı ilə eyniləşdirirlər.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
105
ĠCMA [ər. عآّﺟإ]– ibtidai-icma quruluşunun əsas iqtisadi
özəyi; istehsal vasitələri üzərində ictimai mülkiyyətə, kişilər və
qadınlar arasında, yaşlılar və uşaqlar arasında təbii bölgüsü ilə
birlikdə kollektiv əməyə, istehsal edilən məhsulun birgə
bölgüsünə və istehlakına əsaslanaraq yaranır. Ġcma sözünün bir
mənası da eyni dövrdə yaşayan islam müctəhidlərinin şəriətə aid
hər hansı bir hökm və qaydanı müdafiə etmələridir.
ĠġARƏ [ər. حسبشإ]- idrakda digər predmetin, hadisənin,
hərəkətin, subyektiv törəmənin işarəsi, ifadəsi və nümunəsi kimi
çıxış edən hissən qavranılan maddi predmet, hadisə və ya hərəkət.
İşarə sözü ərəbcədəki əşarə (سؤشأ) felindən əmələ gəlmişdir. Qadın
cinsindədir, hərfi mənada nəyisə göstərmək, işarələmək deməkdir.
İşarə sözü dilimizdə bəzən hansısa mövzunun anlaşılan və o
mövzu ətrafında ətraflı bir
ĠġRAQĠLĠK [ər. خٍلآششلإأ] – Orta əsrlərdə müsəlman
ölkələrində yayılmış fəlsəfi cərəyan.
Ad
i
l
ə
N
ə
z
ə
rova
106
G
GENESIZ [yun. Genesis – mənşə, yaranma] – ―G.‖ termini ilk
dəfə qədim yunan mifologiyasında işlənmişdir.sonralar fəlsəfədə,
həmçinin təbiəətşünaslıqda yayılmışdır.
GENETIKA [yun. Genetikos – mənşəyə aid olan] –
orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında təlim.
GENERALIZM [alm. Generalisation; fr. Gènèralisation; ing.
Generalization; lat. Generalis – genel; osm. tr. tamim; ər. ٍُّر; tr.
Genel] tək – tək yaxud da xüsusi vəziyyıtlərdən ümumi bir
qanunun, prinsipin çıxarılması.
GEOPOLITIKA [yun. Ge – yer, politike – dövləti idarə
etmək məharəti] – imperialist ekspansiyanın müxtəlif formalarına
iqtisadi və siyasi coğrafiyanın məlumatlarına saxta istinadlarla
haqq qazandıran konsepsiya.
GƏLDƏÇ – türk dilində gələcək, istiqbal mənalarını
verməkdədir.
GÖK – 1 – Tanrı, Tanrıdan. Tanrısal, müqəddəs 2 – Mavi,
Göyün rengi 3 – Yer üstü, göy üzü 4 – Əzəl-ebed, başsızlıq və
sonsuzluq 5 – Gözəllik, göz alıcılık, üstünlük. Əski türkcədir.
Əski Türkcədə Tanrıya da bəzən Gök Tenqri - yəni Göy Tanrı
ifadəsi işlədilirdi.
GERÇƏKLIK – real mövcud olub inkişaf edən, özündə
xüsusi mahiyyət və qanunauyğunluq olan, həmçinin xüsusi təsir
və inkişaf nəticələrinə malik şey. Reallıq, yaxud həqiqət.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
107
GƏLƏCƏK – zaman çərçivəsində və məkan hüdudlarında
fantaziyanın gizli söylədiklərinin hamısının formasız və qeyri-
müəyyən baş verməsi.
GÖZƏL [tr. Güzel; alm. Schön; fr. Beau; ing. Beauti+ful; yun.
Kalos; ər. خٍٍّﺟ] – konkret anlamda görmə zamanı gözə çox xoş
görünən, göz oxşayan. Estetikada geniş istifadə olunur.
Dəyərləndirmədə tətbiq olunur. Bu kəlmənin fəlsəfəyə daxil edən
Platon olmuşdur.
GÖZƏLLĠK – ən yüksək estetik məziyyətli hadisələri
səciyyələndirən estetik kateqoriya.
GÖRÜNMƏ – obyektin, yaxud hadisənin qavrayışında
saxtalıq anını ifadə edən anlayış.
GEOSENTRĠZM [geocentrisme] – yerin mərkəz qəbul
edilməsi: Dünyanı bütün aləmin mərkəzi qəbul edən görüş.
GÜC [alm. Kraft; fr. Fo. Power; lat. Fortitudo; osm. tr. kuvvet;
حسذمٌأ] – fiziki və əxlaqi olaraq təsir edə bilmə yaxud da bir təzyiqə
qarşı müqavimət göstərə bilmək qabiliyyəti. Güc müxtəlif
mənalarda çoxçalarlılığı ilə fərqlənir: qol gücü, ictimai güc, güc
sahibi və s.
Ad
i
l
ə
N
ə
z
ə
rova
108
H
HAKĠMĠYYƏT – cəmiyyətin siyasi təşkilinin əsas
funksiyalarından biri, bir-birinə zidd fərdi və ya qrup mənafelərini
əlaqələndirməklə insanların hərəkətini idarə etmək üçün,
inandırma və ya məcburiyyət vasitəsi ilə onları vahid idarəyə tabe
etməkdə real imkana malik nüfuzlu qüvvə.
HAQQ (ing. Real; ər. كمح) – sözünün lüğət mənası ―dəyişməz‖
deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında doğru olan
şey‖ deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil
kəlməsinin lüğət mənası ―səhv, yanlış‖ deməkdir. Termin olaraq
mənası isə ―hər şərt altında yanlış olan şey‖ deməkdir. Məsələn,
iki dəfə iki üç edir, iddiası kimi. Bu günkü Qərb mədəniyyəti
özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniy-
yətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə,
qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni
Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu
etdikləri zülmləri ―biz sizə zülm edirik‖ deyə etməzdilər. Etdikləri
zülmləri ―bu bizim haqqımızdır‖ deyə edərlərdi. Səhvləri onların
haqq anlayışının yanlış yəni batil olmasında idi.
HARMONĠYA ahəngdarlıq.
HEDONĠZM [yun. Hedone – həzz] – əxlaqi tələblərin
əsaslandırılması prinsipi; qədim dövrdə meydana gəlmişdir;
xeyirxahlıq [xeyir] həzz gətirən və iztirablardan azad edən, şər isə
iztiraba səbəb kimi qiymətləndirilir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
109
HERMENEVTĠKA [yun. Hermeneuo – aydınlaşdırıram] –
məqsədi mətnin obyektiv [sözlərin qramatik mənaları və tarixən
şərtlənmiş variantları] və subyektiv [müəlliflərin niyyəti] əsasları-
na görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi.
HERMETĠZM [yun. Hermes – magiyanın hamisi hesab olu-
nan qədim yunan ticarət və gəlir alla-hı] – ellinizm mərhələsində
və son aitik dövrdə təşəkkül tapmış dini-fəlsəfi təlim.
HƏQĠQƏT – gerçəkliyin fikirdə doğru, düzgün inikası;
meyarı praktikadır. Həqiqilik xarakteristikası şeylərin özünə və
onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir.
HERUSTĠKA [alm. Herustika; fr. Heruistique; lat. Ars; tr.
Bulgulama; yun. Heuruskein; osm. tr. tekşif; ər. ءاشزخإ] əslən
yunan mənşəlidir heuruskein – tapmaq, ortaya çıxarmaq
deməkdir. Fəlsəfədə herustika nəyisə, hansısa metodu tapıb ortaya
çıxarmaq mənasında işlədilir. Ərəb dilli fəlsəfədə خٍضاشف فٍشىر
[təkşif-i fəraziyyə] istilahı çox işlədilir. Bu elə bir fərziyyə idi ki,
onun köməyilə olanların mahiyyətini açmağa, hadisələrin arxa
üzünü aşkarlayıb ortaya çıxarmağa vasitəçi olurdu. Buradakı
Təkşif sözü [فٍشىر] kəşəfə ٌّ
َفَشَو felinin II babda [kəşşəfə - ٌَّفّشو]
təf`il [ًٍعفر] babında məsdəridir. Fəraziyə isə fərziyyətun – fərz,
nəzəriyyə və s. sözünün cəmidir. Dilimizdə VIII babın məsdəri
olan ixtira sözü daha çox işlənir.
HADĠS: başlanğıcda mövud olmayıb, sonradan var olan
şeydir. hadis hallar – başlanğıcda olmayıb sonradan baş verən
hallar, əslə aid olmayanlar.
Ad
i
l
ə
N
ə
z
ə
rova
110
HEDONĠZM[hedonisme] – Hazcilik-Zevkçilik: ləzzət və
zövqü həyatın məqsədi qəbul edən bütün əxlaq anlayışlarına
verilən isim.
HELĠOSANTRĠZM [heliocentrisme] – Güneş merkezcilik:
Kopernik və Galileyin ortaya qoyduğu Günəş mərkəz görüşü.
HOMOJEN [homogene] – Mütecanis-Ayni cinsten: Qisimləri,
təbiət və mahiyyətləri baxımından bir-birinin eyni olan.
HĠLEĠZM [Hyleeisme] – Heyülaiyye: Maddəyə əzəli və
əbədi, yaradılmamış və hər cür formu qəbul etməyə hazır və
uyğun olaraq baxan görüş.
HUDÜS: Yoxdan var edilmiş, yaradılmış olmaq, varlığı
üzərindən bəlli bir zaman keçmiş olmaq, əvvəli olmaq.
HƏYAT [alm. Leben; fr. Vie; ing. Life; yun. Bios; lat. Vita;
osm. tr. hayat; tr. Yaşam; ər. دبٍد] – cansız maddədən və ruhi
varlıqdan da ayrı olaraq canlıların [orqanizmlərin] varlıq forması
və varlıq məkanı. Canlıların ən birinci xüsusiyyəti. Əlamətləri öz-
özünə böyümə, inkişaf, dəyişmə, çevrilmə, təsir etmə, təsirlənmə,
artıb çoxalmaq. Lakin elm və texnologiyanın ən modern imkanları
ilə belə canlılar ilə cansızları ayırd etmək mümkün deyildir. Misal
üçün viruslar ən aşağı dərəcədəki canlı varlıqlar, yoxsa kimyəvi
maddədən ibarət olduğunu sübut etmək mümkün olmamışdır.
Həyat bir növ ölümün antonimi mənasında da işlənir. Materiyanın
hərəkət forması; fiziki və kimyəvi hərəkət formalarına nisbətən
keyfiyyətcə yüksək və onları ―bərtərəf‖ olunmuş formada özündə
ehtiva edən forması.
HƏYAT ENERJĠSĠ [alm. Erlebnis; fr. Expèrience vècue; ing.
experience] – insanlığı zənginləşdirdiyi qəbul edilən, bir mənası
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
111
olan bütün yaşanmış təcrübələr. Özləri vasitəsilə mənin şüuruna
vardığı bütün mənəvi hadisələr.
HƏNĠFĠLĠK – islam dinin yaranması ərəfəsində Ərəbistanda
bütpərəstliyə qarşı çıxıb, təkallahlığı təbliğ edən cərəyan.
Hənifilik islamdan əvvəlki Ərəbistanın sosial qurluşu və dini
ideologiyasının böhranı nəticəsində meydana gəlmişdir.
HAL ərbabı – hal əhli. Hər hansı bir məqama sahib olan
kəsl ər.
HAQQ əl-yəqin – daxili hiss və təcrübənin verdiyi, insanın
özündə hiss etdiyi, özündə müşahidə etdiyi elmə deyilir.
HARAM – dinin yerinə yetirilməsini qadağan etdiyi əməllərə
deyilir. İnsan öldürmək, oğurluq etmək, ana-ataya qarşı çıxmaq və
s. əməllər haram sayılır və yerinə yetirilməsi qadağandır.
HARMONĠYA – [alm.=fr. Harmonie; ing. Harmony; yun.
Harmonia – bağlam, birlik, uyğunluq. Birlikdə səs verən sistem;
osm. tr. aheng; ər. كثبطر] – çoxluğun və qarışıqlığın sistemli bir
birlik yaratması.
HƏDƏS – islam dini etiqadına görə, müsəlmanın ibadət
etməsinə mane olan və dəstəmaz, qüsul, yaxud təyəmmüm
etmədikcə bədəndə qalıcı xüsusiyyətə malik olan maneə, yaxud
haldır.
HƏDD [alm. Grenze; fr. Limite; ing. Limit; lat. Limitus; osm.
tr. had, hudut] – tamamlama, sona çatma, bir şeyin sona çatdığı
nöqtə. Varlıq yaxud da təsir dairəsinin xarici sərhəddi.
HELM – yumşaq xasiyyətlilik, mülayimlik, səbirli, təmkinli
olmaq.
Ad
i
l
ə
N
ə
z
ə
rova
112
HERMENEVTĠKA [alm. Hermeneutik; fr. Hermèneutique;
ing. Hermeneutics; yun. Hermeneutike; hermeneuiein – yorum-
lamaq, tekhnè – sənət] – açıqlamaq, yorumlamaq, izah etmək. Bir
mətni anlamağa yönələn, mətnin izahından bəhs edən təlim.
HƏVAĠ Ģeylər – boş şeylər, dünyanın fani ləzzətlərinə meyl
etmək.
HƏVASAT-Ġ nəfsiyyə - nəfsin arzuları istəkləri.
HEYBƏT – qorxu dolu həyəcan, dəhşət.
HĠCAB – örtük, çarşab.
HĠDAYƏT – doğru yolda olma, Allah-təalaya aparan doğru
yol, yaxud Allahın əmr və qadağalarına tabe olmaq.
HÜCCƏT – dəlil.
HÜDUS – yoxdan, heçdən var edilmək. Hüdus Tanrıya aid
xarakterik xüsusiyyətin əməli nəticəsi olub, mahiyyət etibarı ilə
maddi, yaxud mənəvi olmalarından asılı olmayaraq Tanrıdan
başqa bütün varlıqların yaradılış formasıdır. Dini məntiq
varlıqların yaradılış formasını Tanrının ―Ol!‖ ifadəsinə bağlı
olduğunu qeyd edir. Tanrı varlıqları yaratmaqda hüç bir çətinlik
bilməz. Hüdus, həm də varlıqların əzəli olmadıqlarını ifadə etmək
üçün də işlədilir. Varlıqların əzəli olmamaları başlanğıcda onların
başqa bir varlıq tərəfindən yaradılmış olmasına və İlkin səbəbə
möhtac olmaları deməkdir. Şərq peripatetik fəlsəfəsində
varlıqların bu xüsusiyyətlərini ifadə etmək üçün vacib varlıq və
mümkün
varlıq
terminləri
işlədilmişdir.
Vacib
varlıq
yaradılmamış olub, yaradanadır və yaradan varlıqların heç bir
xüsusiyyətini Ona aid etmək olmaz. O, əzəli və əbədidir. Bu
varlıq Tanrının özüdür. Ondan başqa bütün varlıqlar isə var ola
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
113
bilmələri üçün yaradıcıya möhtacdır. Var ola bilmələri üçün başqa
varlığa ehtiyacı olan varlıqlar isə mümkün varlıqlar adlanır.
HÜLUL – bəzi inam və əqidə sahiblərinə görə, ruhun insan
öldükdən sonra hər hansı bir əşyaya, cismə yəni maddi olan
şeylərə daxil olması.
HUMANĠZM [alm. Humanismus; fr. Humanisme; ing.
Humanism; ər. خ
ٍّٔؤغٔإ lat. Humanus – insana xas olan, insani] –
Bəşrəiyyətə, insana yaraşan bir həyatı və təfəkkürü əldə etmək
üçün cəhd etmək. Bu mənada məfhumun ən geniş mənasında
insanın dəyər və hörmətinə, insan olmağa və insanlığa olan əqli
inam.
Dostları ilə paylaş: |