PARTĠYA – ―Partiya‖ termini, ―pars‖ – hissə və ya ―partire‖ –
bölmək olan latın sözlərindən meydana gəlmişdir. Partiya adlan-
dırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar
da, müasir dövrdə onların yeri və rolu bilavasitə demokratiyanın
inkişafı və təmsili, hakimiyyət orqanlarının möhkəmlənməsi ilə
bağlıdır.
PATRONĠMĠYA – Sinifsiz cəmiyyətin son dövründə, patri-
arxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə
bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür
ailə qrupları patronimiya adlanırdı. Nəsli və ya qəbiləni ağsaq-
qallar idarə edirdilər. Nəsli Şura nəslin tam bərabər hüquqlu
üzvlərinin ümumi yığıncağı idi. Qəbilə Şurası isə qəbiləyə daxil
olan nəsil ağsaqqallarının yığıncağı idi.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
159
PERSONALĠZM (latınca şəxsiyyət sözündəndir) müasir
fəlsəfədə teistik istiqamətdir. Adından göründüyü kimi, burada
şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur.
Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət –
Allah yaradıcılıq fəallığının təzahürüdür.
PROSES – Latınca, irəliyə doğru hərəkət.
POLĠTOLOGĠYA Yunanca, politika – siyasət, loqos – elm.
Cəmiyyətin siyasi həyatının müxtəlif təzahür formalarını tədqiq
edir. Politologiya siyasət haqqında elmdir. Qədim Yunanıstanda
Politika dövlət və hakimiyyət münasibətlərinin tənzimlənməsi,
insanların, cəmiyyətin idarə olunması haqqında elm hesab
olunurdu.
PRAQSĠOLOGĠYA [yun. Praktikos – fəal] – müxtəlif
hərəkətlərin və ya hərəkətlər məcmusunun onların səmərəliliyinin
müəyyən edilməsi baxımından nəzərdən keçirilməsi metodikasını
öyrənən sosioloji tədqiqatlar sahəsi.
PREDĠKABĠLĠYALAR [lat. praedicabilia] – Aristotel
məntiqində xəbərin növləri.
PREDĠKAT [lat. praedication] – ənənəvi məntiqdə hökmün
iki terminindən biri. XIX əsrin sonuna qədər məntiqdə hökm
subyekti, bir qayda olaraq, qrammatik mübtəda ilə, Predikat isə
məs., sifətlə istifadə olunan qrammatik xəbərin adlıq hissəsi ilə
eyniləşdirilirdi.
PREDMETLĠLĠK – hər hansı bir hadisənin, hərəkətin, vəziy-
yətin və s.-nin predmetlərlə bağlı olduğunu və ya bu hadisənin,
hərəkətin və vəziyyətin özünün subyektin fəaliyyətinə cəlb edil-
məsi yolu ilə predmet kimi çıxış etdiyini ifadə edən anlayış.
Ad
i
l
ə
N
ə
z
ə
rova
160
PRĠNSĠP [lat. principium - əsas, ilk başlanğıc] – davranışın ilk
başlanğıcı, rəhbər ideyası, əsas qaydası.
PROBLEM [alm.=ing. Problem; fr. Probleme; yun. Problema:
pro – önə, ballein – atmaq; osm. tr. mesele; ər. خٌؤغِ] – elmi
metodlarla həll etmək şərtilə ortaya atılan sual. Həllini tələb edən
hər növ çətinlik, məsələ.
PROBĠDENSĠALĠZM [lat. providentia – qabaqcadan
görmə,bəsirət] – dini fəlsəfi baxış; bu baxışa görə bəşər cəmiy-
yətinin inkişafı [hərəkətverici qüvvələr mənasında, həm də məq-
səd mənasında] əsrarəngiz, tarixi prosesə münasibətdə xarici olan
qüvvələrlə-bəsirətlə, allahla müəyyən edilir.
PROQNOZ [yun. Prognosis – gələcək haqqında bilik, qabaq-
görənlik] – elmi qabaqgörənliyin növlərindən biri. Hər hansı bir
hadisənin perspektivlərinin xüsusi tədqiqi.
PROLETARĠAT – Fəhlə sinfi.
PROPEDEVTĠKA [yun. Propaideuo – qabaqcadan öyrə-
dirəm] - əvvəlcədən məşq etmək, hər hansı bir elmə hazırlıq,
müntəzəm və qısa formada şərh olunmuş giriş kursu.
PROSES [alm. Prozess; fr. Processus; ing. Process; lat.
processus – keçmə, hərəkətetmə; osm. tr. vətirə; ər. حشٍطٚ] –
müəyyən bir nəticəyə varan düşüncə axışı. Hadisələrin yaxud da
prosesin müəyyən bir nəticəyə doğru yol alması. Hadisənin
qanunauyğun, ardıcıl dəyişməsi: bu hadisənin digər hadisəyə
keçməsi (inkişaf).
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
161
PROTESTANTĠZM [lat. protestans – protes, etiraz edən, açıq
şəkildə sübut edən] – pravoslavlıq və katolizmdən sonra xristian-
lığın Reformasiya dövründə meydana gəlmiş cərəyanı.
PRĠNSĠP [alm. Prinzip; fr. Principle; ing. Principle; lat.
Principium; yun. Arkhe; osm. tr. mebde, umde] – başlanğıc, ilk
olan, özündən başqa bir şeyin çıxdığı təməl, əsas, ilk prinsip.
İdeyalar təməl ideyalara və mənəvi ideyalar, metafizik ideyalar,
obyektiv ideyalar, bilik ideyaları.
PRĠMĠTĠV - ĠBTĠDAĠ [alm. Primitiv; fr. Primitif; ing.
Primitive; lat. Primitivus; osm. tr. iptidal] – zaman baxımından ən
köhnə olan, ilk olan. İnkişafın əsasını təşkil edən, hələ inkişaf
etməmiş olan.
PSĠXĠKA [yun. Psyche – can, ruh] – canlı sistemin ətraf aləm-
lə siqnal şəklində qarşılıqlı təsirinin, əlaqəsinin məhsulu və şərti.
PSĠXOANALĠZ [alm. Psychoanalyse; fr. Psychanalyse; ing.
Psychoanalysis; yun. Psykhe – ruh, analysis – həll etmək; osm. tr.
tahlil-i ruhi; ər.
ٌّ ًدٚس
ٌّ
ًٍٍذر
] - əsəb xəstəliklərinin və psixi xəstə-
liklərin Z.Freyd tərəfindən təklif olunmuş ümumi nəzəriyyəsi və
müalicəsinin metodu, freydizmin nəzəri əsaslarından biri.
PSĠXOLOGĠYA [alm. Psychologie; fr. Psychologie; ing.
Psychology; osm. tr. Ruhiyat; tr. Ruhbilim yun.psyche – can, ruh
və logos – təlim, söz; ər. دب
ٍّدٚس] – insanın fəaliyyəti və hey-
vanların davranışı prosesində obyektiv reallığın psixi inikasının
yaranması və fəaliyyət göstərməsi qanunları haqqında elm.
PSĠXOLOGĠZM [alm. Psychologismus; fr. Psychologisme;
ing. Psychologism; osm. tr. ruhiyatçilik; tr. ruhbilimcilik] –
Ad
i
l
ə
N
ə
z
ə
rova
162
xüsusilə ruhi və mədəni hadisələri birtərəfli qaydada ancaq
psixoloji baxımdan tədqiq etmə və açıqlama yaxud da
psixologiyanı bütün elmlərin və fəlsəfənin əsası olaraq hesab edən
dünyagörüşü.
PUBLĠSĠSTĠKA [lat. publicus – ictimai] – geniş mənada,
silsilə ictimai həyat məsələlərini işıqlandıran ədəbiyyat növü.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
163
R
RADĠKALĠZM [alm. Radikalismus; fr. Radicalisme; ing.
Radicalism; osm. tr. cezriye] – tədqiq etdiyi mövzunun son səbəb-
lərinə, köklərinə qədər enən düşünmə forması. Həyat formalarını,
həyat əlaqələrini tənqid edib kökdən dəyişdirmə təmayülündə
sonuna qədər gedib çıxan görüş.
RASĠONALĠZM [lat. rationalis] – ağıllı – səhih biliyin mənti-
qi əlamətləri olan ən ümumilik və zərurilik təcrübədən və onun
ümumiləşdirmələrindən əldə edilə bilməz; bunlar yalnız ağılın
özündən, anadan olandan ağıla xas anlayışlardan, ya da ağlın
yalnız püşeymləri, meylləri şəklində mövcud olan anlayışlardan
hasil edilə bilər.
RASĠONALĠZM [alm. Rationalismus; fr. Rationalisme; ing.
Rationalism; lat. Ratio - əql, osm. tr. aklıye; ər. خ
ٍٍّمع; rasiona-
lisme] – Akılcılık: əqli biliyə əsaslanan doğruluğun miqyasını
hisslərdə deyil, düşünmədə və nəticələrdə görən təlimin ümumi
adı. Bilik təlimində rasionalizm biliyin əqlə, təfəkkürə, düşüncəyə
əsaslandığını irəli sürür. Hər kəsdə bərabər dəyişməyən ağıl və
məntiqi qanunların doğuşdan olduğunu, onların təcrübədən müs-
təqil olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin var-
lığını qəbul edən fəlsəfi görüş.
REALĠZM [realisme] – Gerçekçilik: Düşüncədən və ya bilən
subyektdən ayrı, xarici aləmin və obyektlərin varlığını, onlar haq-
qında obyektiv məlumatın inkişafını qəbul edən fəlsəfi görüş.
Ad
i
l
ə
N
ə
z
ə
rova
164
RASĠX – Sağlam, əsaslı, sağlam təməlli. Din fəlsəfəsində
rasix çox dərin elmə malik olan bir şəxs kimi qəbul edilir. Bu
termin öz əsasını səmavi kitab – Qurandan almışdır. Şərq
filosofları dini və fəlsəfəni bilənləri bu cür adlandırırdılar (rasixun
- نوخس ار).
RĠHLƏ – Hədis axtaran insanların çıxdıqları səyahətlərə
verilən addır.
RĠZA – Razı olmaq, bəyənmək, icazə vermək. Riza təsəvvüf
məqamlarından ən üstün olanıdır. Riza iki cür olur. Qulun Allah-
dan razı olması. b] Allahın quldan razı olması.
REAKTOLOGĠYA [lat. re - əksinə və actio – hərəkət, təsir] –
yüksək inkişaf etmiş heyvanların və insanın psixikasını xarici
təsirlərlə cavabların hesabı məcmusu, cəmi kimi nəzərdən keçirən
mexanistik konsepsiya.
REALĠZM [lat. realis – gerçək, cismani] – incəsənətin
obyektiv idraki və estetik-dəyişdirici təbiətini daha dolğun şəkildə
təcəssümləşdirən bədii metod.
REALLIQ [alm. Wirkicheit; fr. Rèalitè; lat. Realitas; osm. tr.
şeniyet; ər. خمٍمذٌأ] – Həqiqi olan, var olan şeylərin hamısı. Bu
mənada həqiqətin şüurdan, düşüncədən asılı olan və olmayan
varlıqlar mövcuddur.
REDUKSĠYA [alm. Reduktion; rèduction; ing. Reduction;
osm. tr. irca; ər. ءآﺟسإ; tr. Indirgeme; lat. reductio – qayıtma, geri-
yə dönmə] – məntiqdə ikinci, üçüncü yaxud da dördüncü qisim
fiqurlardan birinin [Baroco, Bocardo] birinci fiqurun dörd bağ-
layıcısından birinə geri qaytarması. Bir sıra məlumatların, vəzi-
fələrin onların təhlili və ya həlli üçün əlverişli olan bir şəklə salın-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
165
masından, həmçinin əvvəlki vəziyyətin bərpa edilməsindən, mü-
rəkkəbin daha sadəyə çatdırılmasından ibarət olan məntiqdə,
riyaziyatda, biologiyada, dilçilikdə tətbiq olunan metodoloji üsul.
RELYATĠVĠZM [lat. relativus - nisbi] – insan idrakının
nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist təlim.
REFLEKSĠYA [lat. replexio – geriyə dönmə, geriyə nəzər
salma] – idrak inikasını, tədqiqini bildirən təlim.
REFORMASĠYA [lat. reformatio – yeniləşdirmək, islah
etmək] – XVI əsrin birinci yarısında Avropada protestantizmin
əsasını qoymuş geniş antifeodal və antikatolik hərəkatı.
REFORMĠZM – Fəhlə hərəkatında sinfi mübarizənin, sosia-
list inqilabı və proletar diktaturasının zəruriliyini inkar edən siyasi
cərəyan.
RES [lat. Res- şey] – Res cogitans – düşünən varlıq, nəfsi
natiqə, düşünən öz; res extensa – məkan tutan varlıq.
RƏY [ər. ءيس]– antik fəlsəfədə səhih bilikdən – həqiqətdən
fərqli olaraq səhih olmayan, subyektiv bilik.
ROMANTĠZM [fr. Romantisme; lat. romanus – Romaya aid]
– mədəniyyətin ən müxtəlif sahələrini əhatə etmiş ideya hərəkatı
və bədii hərəkat;XIX əsrin əvvəllərində klassisizmi əvəz etmişdir.
REQRUTASĠYA – latınca, cəmiyyət üzvlərinin siyasi fəaliy-
yətə cəlb olunması.
RESPUBLĠKA – (latınca republic – ―dövlət işləri, ictimai
işlər‖ deməkdir) elə idarəçilik formasıdır ki, burada dövlət başçı-
sını seçmək və dəyişdirmək mümkündür, onun hakimiyyəti isə
seçicilərin iradəsi və ya nümayəndələr qurumu tərəfindən müəy-
Ad
i
l
ə
N
ə
z
ə
rova
166
yən edilir. Prezidentli,, parlamentli və qarışıq formalı respubli-
kalar var.
RUH [alç. Geist; fr. Espirit; ing. Spirit; lat. Spiritus; yun.
Pneuma, nous – nəfəs; osm. tr. ruh; ər. حٚس] – Kainatın qanunu.
Xüsusilə də stoa fəlsəfəsində kainat, əqli, kainat ruhu, təsir edən
canlılıq verən, forma verən, canlandıran ideya.
RUH [alm. Seele; fr. Ame; ing. Soul; lat. Anima; yun. Psykhe
– nəfəs alma, üfləmək, nəfəs dərmək ər. حٚس] – bədəni daima canlı
qılan, ona həyat verən, yaşadan, lakin maddi olmayan varlıq. Dini
fəlsəfədə ruh ölümsüz və insanın əbədi həyatını təmin edən varlıq.
Aristotelə görə ruh təbii – canlı həyatın ideyasıdır. Sözün geniş
mənasında ideal olanla, şüurla, maddi başlanğıcdan fərqli olaraq
qeyri-cismani başlanğıcda eyniyyət təşkil edən anlayış; sözün dar
mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
167
S
SABĠT fikir [alm. Fixe idee; fr. Idèe; ing. Fixed idea; lat.
Fixus – sabit, dəyişməz olan; osm. tr. fikr-i sabit] – şüurun taxılıb
qaldığı, xilas ola bilmədiyi və düzəldə bilmədiyi yalnış bir sistem.
SAF [alm. Rein; fr. Pur; ing. Pure; lat. Purus; osm. tr. sırf, saf,
mahz] – içinə, daxilinə qərib başqa heç bir şey qarışmayan, ari.
Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya [alm. Reine
Anschauung; fr. Intuition pure; ing. Pur intuition] isə Kantın
fəlsəfəyə gətirdiyi bir termindir. Daxilində hisslərin nizama gir-
dikləri sağ hiss, biliyin ilkin şərtidir.
Saf əql [alm. Reine Vernuft] – ilkin bilik qabiliyyəti, təcrübə-
dən asılı olmayan qabiliyyəti üçün Kantın istifadə etdiyi termin.
İçərisində hisslə əlaqədar heç bir şey olmayan əql.
SANSÜALĠZM [sensualisme] – Duyumculuk: Sahib olduğu-
muz bütün məluatların əslində bir duyğunun nəticəsi olduğunu,
ağıl qanunlarının və fikirlərinin duyğularla əldə edildiyini irəli
sürən görüş.
SAXTALAġDIRMA – Nəzəri müddəaların [hipotezlərin,
nəzəriyyələırin] təcrübə nəticəsində alınmış emprik dəlillərə
tutuşdurulması yolu ilə təkzib edilmələri vasitəsilə onların həqiqi-
liyinin yoxlanılması üsullarından biri.
SAY [alm. Zahl; fr. Nomre; ing. Number; lat. Numerous; yun.
Arithmas; osm. tr. adet; ər. دذع] – bir çoxluğun bir qrupla təyini.
Saymaq zamanla əlaqədar bir hadisədir, halbuki sayın özü heç bir
Ad
i
l
ə
N
ə
z
ə
rova
168
xarakterik təyinatı olmadığı halda zaman təyinindən sıyrılmışdır,
zamanın xaricindədir.
SAHƏ [ər. خدبع] – Məkanın ölçülərini ifadə edən xarakteris-
tikalardan biri.
SENTĠMENTAL [alm. Sentimental; epmfindsam; fr. = ing.
Sentimental; ər. ٌّ
ًُّغذٌأ; tr. Duygusal] – duyğuların və hisslərin ağır
gəlməsi, həddindən artıq bir formada insana təsir etməsi halı.
SENTĠMENTALĠZM [santi + mental + ism alm.
Emöfindsamket; sentimentalität; fr. Sentimentalitè, sensibilitè;
ing. Sensibility, feeling; tr. duygusallık].
SEPTĠSĠZĠM [scepticisme] – Şüphecilik: Həqiqətin yoxluğu-
nu, ağlın qəti bir məlumatı əldə edə bilməyəcəyini, həqiqətin
tapılsa belə tam və davamlı bir şübhə içində qalınacağını , mütləq
çata bilməyəcəyini iddia edən fəlsəfi görüşdür.
SEMANTĠKA –
[yun. semanticos – anladan] Dilçilikdə
işlənən termindir.
Sözün, ifadənin, qrammatik formanın mənası.
Semiotikanın bölməsi.
SEMĠOTĠKA [alm. Semiotik; fr. Sèmiotique, sèmiologie; ing.
Semiotic; yun. Semeion – işarə, əlamət] – bildirmək, xəbər ver-
mək məqsədilə istifadə edilən hər növ işarə sistemini və fəaliyyət
prosesini tədqiq edən elm. Ən sadə siqnalvermə sistemlərindən
tutmuş təbii dillərə və elmin formallaşdırılmış dillərinə qədər
işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn.
SENSUALĠZM [alm. Sensualismus; ing. Sensualism; osm. tr.
ihsasiye; fr. Sensualisme, lat. sensus – sözündən; hiss, duyğu; ər.
حُّغح] – Bütün məlumatların sadəcə hisslərdən qaynaqlandığını,
duyğu qavramalarına əsaslandığını irəli sürən təlim. Duyğunu
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
169
idrakın yeganə mənbəyi kimi qəbul edən qnoseoloji təlim.
Sensualizm təlimini əsaslandıran filosof Lokk olmuşdur. Lokk
iddia edirdi ki, daha əvvəl hisslərdə heç bir şey anlıqda yoxdur. 2.
Bütün ruhi hadisələri duyğulara geri qaytaran anlayış. 3. Əxlaq
fəlsəfəsi baxımından həyatın anlam və mühtəvasını hiss orqan-
larında tapan təlimlər. Hissiyyatın ilk dönəmdə nümayəndələri,
Kirene məktəbi və epikürçülərdir. Yeni dönəmdə isə xüsusilə
Lokk və Kondillkdır.
SEVGĠ [alm. Libe; fr. Amour; ing. Love; lat. Amor, caritas;
yun. Philia, eros, agape; osm. tr. aşk] – ümumi olaraq xoşagələn
bir şeyə münasibət, ehtirasa qədər vara bilən bur ruh vəziyyəti.
Fərqli növləri vardır: qarşı cinsə duyulan sevgi, uşağa-ailəyə qarşı
duyulan sevgi, hansısa liderə, cəmiyyətə qarşı hiss edilən sevgi və
s.
SƏBƏB [alm. Ursache, grund; fr. Cause, raison; ing. Cause,
reason; lat. Causa, ration; osm. tr. illet, sebep; ər. تجع] - həqiqi
səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nəyəsə
təsir edən, onu əmələ gətirən şey.
SƏBƏBĠYYƏT [alm. Kausalität; fr. Causalitè; ing. Causality;
lat. Causalitas; osm. tr. illiyyet] – səbəblə təsir arasındakı əlaqə.
Bu baxışa görə hər hadisənin bir səbəbi vardır ki, bu da
səbəbiyyət məsələsidir. Bu düşüncə tərzinə görə səbəblə təsir
arasında əlaqənin vacibliyini dilə gətirir.
SƏHV – Səhv halı səkr halının ziddidir. Mənəvi sərxoşluq
halından uzaq olmaq, yaxud belə bir sərxoşluğa düşmədən daima
ayıq olmaq, təmkin və şüurlu olmaq.
Ad
i
l
ə
N
ə
z
ə
rova
170
SƏHĠH [alm. Exakt; fr.ing. exact; lat. Exigere – bir şeyi tam
olaraq həyata keçirmək, bir mizana, ölçüyə görə etmək; osm. tr.
səhih; ər. خٍذص] – sözün anlatmaq istəyilənə tam qarşılıq olması,
tam uyğun düşməsi forması. Ölçünün ölçülənə çox az da olsa bir
bölgü aparmadan birəbir uyğun gəlmə forması. səhih: sif. [ər.]
Düzgün, doğru, gerçək, əsaslı, yalan olmayan. Səhih məlumat.
Səhih söz.
SƏKR – mənəvi sərxoşluq halıdır. Mənəvi ayıqlıq və ağıllılıq
halı olan səhv halından fərqli olaraq səkr halında sufidə
müvəqqəti olaraq özündən keçmə halı müşayiət olunur. Hətta
bəzən sufi bu vəziyyətdə özündən asılı olmayaraq bəzi sözlər
deyə bilər.
SƏMA – eşitmək, dinləmək deməkdir təsəvvüf terminlərindən
biri olan səma şer və ilahilərə qulaq asmaq surəti ilə vəcdə gələrək
bəzi hərəkətlər etmək, rəqs eləməkdir.
SƏMA – hədis elmində müəllimin, yaxud təriqət başçısı olan
şeyxin öz müridlərinə hədis öyərtdiyi zaman, hədisləri öz yad-
daşından, yaxud yazılı bir mənbədən rəvayət edərək oxuması və
tələbələri də bu hədisləri yazmayaraq, eşitdikləri şəkildə rəvayət
etmələrinə səma deyilir. Hədis təhsilində imla yolundan fərqli
olaraq səma yolu daha qədim olsa da etibarlılığı baxımından daha
zəyifdir. Bu səbəbdən hədis tənqidçiləri səma yolu ilə rəvayət
edən raviləri araşdırmış, onları şəxsiyyət baxımından tədqiq et-
miş, yalançı hədislərin ortaya çıxmaması üçün ən xırda detallarına
qədər araşdırmışlar.
Dostları ilə paylaş: |