TƏVĠL – xüsusi izah yoludur. İslam məzhəblərində və Şərq
peripatetik fəlsəfəsində Quran ayələrini əqlin prinsiplərinə əsas-
lanaraq izah etməkdir. Təfsir və şərh anlamlarını da verir, yalnız
bir xüsusiyyəti vardır ki, təvil adətən məhz Quran ayələri üçün
işlədilir, təfsir və şərh isə hər hansı bir məsələ üçün işlədilə bilər.
TƏġƏKKÜL [alm. Bildung; fr.=ing. Formation; osm. tr.
oluşum; tr. Oluşum; ər. ًىشر] – insan ruhu və fikrinin mədəni də-
yərlərə böyük bir məna verərək qoşulacaq formada mənəvi inkişa-
fı və formalaşması. şeylərin və hadisələrin öz-özünə dəyişməsini
– onların digər şeylərə və hadisələrə fasiləsiz çevrilməsini ifadə
edən fəlsəfi kateqoriya. Təşəkkül sözündən düzəlmiş mütəşəkkil
sözü də dilimizdə işlənir. Təşəkkkül hərfi mənada əslində yaran-
maq, ortaya çıxmaqdan daha çox təşkilatlanmaq kimi də başa
düşülə bilər. Mütəşəkkil sözü də bu anlamda təşkilatlanmış kimi
hərfi tərcümə olunur.
Ad
i
l
ə
N
ə
z
ə
rova
194
TƏZAD [alm. Gegansatz, opposition; fr.=ing. Opposition; lat.
Oppositio; osm. tr. tezat, tekabül, mühalefet] – bir-birinin
qarşısında olan, bir-birini qarşılıqlı olaraq bayıra atan iki kəlmə,
yaxud da qərar arasındakı bağlantı. Təzadlar fəlsəfədə mühim
hesab olunur. Təzad və ziddiyyətin dialektik materialimzdə
inkişafın əsas qanunauyğunluqlarından hesab olunurdu.
TOVHĠD [ər. ذُحىذ] – [birləşdirmə, birləşmə, təkalllahlılıq,
monteizm mənasındadır] – islam dinində allahın yeganəliyi və
təkliyini [―La ilahə illəllah‖] təbliğ edən dini-siyasi təlim. Tövhid
islamın əsas şərtlərindən hesab olunur. Bəzən islama təkallahlı din
kimi tövhid dini də deyirlər. Tövhid həm də bu dini qəbul etmənin
əsasını təşkil edir, çünki onun ziddi Tanrıya şərik qoşmaqdır ki,
bu da əsla qəbul olunmur və dindən çıxmış hesab olunur.
TOMĠZM [alm. Thomismus; fr. Thomisme; ing. Thomizm tr.
Thomasçilik] – katolik fəlsəfsində Foma Akvinalının əsaslandır-
dığı və onun ardıcıllarının əsaslandırdığı aparıcı cərəyan. Tomizm
dominikan ordeninin müxtəlif məktəblərində məşhur idi. Tomiz-
mə görə insan iradəsi ilə Tanrının əvvəldən təyinatını təbii-fövqə-
ladə bir varlıq sistemi içərisində birləşdirən, əqlin üstünlüyünü
istək və və iradə üzərindəki suverenliyini önə sürən bir təlimdir.
TOTALĠTARĠZM [lat. totalis – bütün, tam, bütöv] – avtoritar
bürokratik dövlətin ictimai orqanizmin bütün həyat fəaliyyəti
sahələrinə və ayrı-ayrı şəxsiyyətlərin həyatına hər şeyi əhatə edən
despotik müdaxiləsilə səciyyələnən ictimai-siyasi quruluş.
TOTEMĠZM [alm. Totemismus; fr. Totèmisme; ing. Tote-
mism; tr. Totemcilik; ―ototeman‖ sözündən olub Şimali Amerika
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
195
hindi tayfası olan ocivelərin dilində – onun tayfası, qəbiləsi
deməkdir] – ibtidai cəmiyyətin ən erkən dini formalarından biri.
TRANSSENDENTAL [alm. Transzendental; fr.=ing. Trans-
cendental; lat. Trancendere – aşmaq, üstündən ötüb keçmək; osm.
tr. müteal; ər. لاؼري] – əqli tənqid etmə metodu.
TRANSANDANS [fr. Trancendence; tr. Aşkın ər.
ري
مػا ] –
fövqəl olma: Görünüş və hadisələrin arxasında və üstündə davam-
lı olan cövhərlərin varlığına inanan görüş.
TRANSSENDENT [alm. Tranzsendent; fr. Transcendant; ing.
Transcendent; osm. tr. müteal; ər. ماؼري lat. transcendere –
üstündən adlayıb keçmək, pozmaq] – 1. Bir sistemin xaricinə
yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri olanlar-
dan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər
növ eksperimentin kənarına çıxan, şüurun xaricinə adlayan. 4.
Təbiətdən kənarda olan və onun sərhədlərini aşan, fövqəlbəşəri
olanlara deyilir. İmmanent termininin əksinə olaraq şüurun və
idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.
TRADĠSĠONALĠZM [alm. Traditionalismus; fr. Traditio-
nalisme; ing. Traditionalism; tr. Gelenekçilik; osm. tr. ananeviye;
ər. حَىُؼُػ] - ənənələrə ifrat dəyər vermə təmayülü, köhnəlmiş ola-
na, vərdişlərə, köhnə inanclara yaxınlıq duyan həyat tutumu. XIX
əsrdə Fransada katolik ruhaniləri maarifçiliyə qarşı inkişaf etdir-
dikləri, doğruluğun ənənəylə, xüsusilə kilsə ənənəylə bilinə
biləcəyini önə sürən təlim.
TRANSSENZUS – subyektivdən obyektivə keçid, şüur sahə-
sindən obyektiv aləm sahəsinə insan praktikasının gedişində
Ad
i
l
ə
N
ə
z
ə
rova
196
həyata keçirilən, subyektiv idealistlər və aqnostiklər tərəfindən
qadağan edilən, yol verilməyən çıxış.
TRANSFORMASĠYA [alm. Transformationstheorie; deszen-
denztjeorie; transformisme; ing. Transformism; osm. tr. istihaliye;
ər. حُناخرعإ] yaşayan növlərin, sıf formalardan qarışıq formalara
doğru kainatla inkişaf edərək ortaya çıxdığını önə sürən təlim.
TRĠADA [yun. Trias – üçlük] inkişafın üçpilləliliyi. ―Triada‖
anlayışını ilk dəfə Platon və neoplatoniklər [xüsusilə Prokl] işlət-
mişlər; alman klassik fəlsəfəsində, xüsusilə Hegeldə geniş inkişaf
etdirilmişdir.
TUTARLI [alm. Konsequent; fr. Consèquent; ing. Conseq-
uent; lat. Consequens; osm. tr. insicamlı] – məntiq qaydalarına
uyğun olan əqli əsas gətirmə. Əsaslı, yənin məsələnin bütün əsas-
larını əhatə edəcək qədər ehtivalı arqument. Misal üçün tutarlı
dəlil. Tutarsız [alm. Inkonsequent; fr. Inconsèquent; ing. Incon-
sequent; osm. tr. insicamsız] –düşünmədə məntiqi əksiklik, davra-
nışlarında öz-özü ilə uyğunluq qurmaq. İki prinsip arasındakı əla-
qədə ikinci birincinin sonuncu kimi göstərilir, halbuki həqiqətdə
birincidən belə bir nəticə çıxarılmaz.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
197
U
UNĠVERSAL [alm.=ing. Universal; fr. Universel; lat.
Universalis; osm. tr. külli; tr. Tümel; ər.
ٍّهك] – müəyyən bir sinifə
bağlı fərdlərin hamısını ehtiva edən. Bütün mühtəvası ilə alınmış
olan prinsip. Bir prinsipin universallığını ―bütün‖ yaxud da ―hər‖
sözü ilə göstərilir. Ümumilik bir termin ehtivasını, küllilik
prinsipində mövzunun bütün ehtivası ilə alındığını göstərir.
UNĠVERSALĠLƏR [lat. universalis – ümumi] – orta əsrlər
fəlsəfəsində ümumi ideyaların adı. Ərəb dilli fəlsəfədə bu termin
küllilər olaraq keçirdi.
URUC [ascention] – yüksəlmə, yüksəliş: Uruc, sudur ilə
birlikdə hər şeyin Tanrıdan doğulduğunu və yenə ona qayıda-
cağını ifadə edən qavramdır.
UTĠLĠTARĠZM [lat. utilitas – fayda] – davranışın faydalılığı-
nı onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə.
UTOPĠYA [yun. U – yox, və topos – yer, hərfən – ―mövcud
olmayan yer‖] – uydurulmuş və çox vaxt stastik, durğun sosial
idealın təcəssümü olan cəmiyyət.
UYĞUNLAġMA [fr. Coincidence; ing. Coincidence; lat.
Coincidenta; tr. Örtüşme; osm. tr. tetabuk; ər. كتآطذ] – iki şeyin
bir-biri ilə tam mənasında uyuşması, oxşar olması. Sözün kökü
tabəqa [كثؽ]-dan gəlir. Uyğunlaşma hər hansı bir məfhuma aid ola
bilər. Burada əsas olan subyektin insan olması deyil. İnsan,
yaxud, hər hansı bir əşya düşdüyü mühitə, və ya nəyəsə uyğunlaşa
bilər.
Ad
i
l
ə
N
ə
z
ə
rova
198
UYDURMA [alm. Fiktion; fr. Ing. Fiction; lat. Fictio; osm. tr.
Tasni; ər. غُُظذ] – Yalan, boş, həqiqəti olmayan. Həqiqətlə tərs
düşdüyünü, həqiqətlə uyğun gəlmədiyini hazırlamaq.
UYUM [əs.tr.] – uyğunluq, münasiblik, oxşarlıq, bərabərlik,
harmoniya, ahəngdarlıq və s.
UZAY [əs.tr.] – Fəza, göy boşluğu, uzanmış, genişlənmiş,
geniş və s.
UZDU [əs.tr.] – Əzəli olan, əvvəli bilinməyən, çox əski,
qədim.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
199
Ü
ÜGE – [Üyge] məşhur, tanınmış, ünlü və s.
ÜLƏMA (ər.
ًٖهػ
ا
ء
) – ərəbcədən tərcümədə ―alimlər‖
deməkdir, müsəlman dünyasında istər dünyəvi elmlərlə məşğul
olanlara, istərsə də dini elmlərlə məşğul olanlara verilən xüsusi
ad. Üləma sözü indidə dilimizdə az hallarda işlədilməkdədir. Belə
ki, üləma yaxud əllamə sözləri bəzi hallarda işlədilərkən ironi-
kanlamlar da ehtiva edir. Orta əsrlərdə islam mədəni bölgəsinin
bir hissəsi kimi, Azərbaycanda da mədrəsə üsulu tədris edilirdi və
buranı bitirənlərə həm dini, həm də dünyəvi təhsil verilirdi.
ÜLKÜ [tr. idea, eng. idea] – ideal, hədəf. Ülkü bəzən olmasına
inanılan şey mənasında da anılırdı. Bundan başqa prinsip, adət və
hətta pay, ortaqlıq mənasını da verirdi.
ÜMUMĠ [alm. Allgemein; fr. Gènèral; ing. General; lat.
Generalis; tr. Genel; ər. وىًػ] – Cinslə, növlə bağlı olan, bir cinsin
bütün növlərini daxilində toplayan, bir növün aid olduğu hər şeyi
toplayan. Təkcədən ümumiyə, daha az ümumi bilikdən daha çox
ümumi biliyə keçiddən ibarət məntiqi proses [məs., ―istilik‖
anlayışlarından ―enerji‖ anlayışına, Evklid həndəsəsindən
Lobaçevski həndəsəsinə keçid], həmçinin bu prosesin nəticəsi:
ümumiləşdirilmiş anlayış, mühakimə, elm qanunu, nəzəriyyə.
ÜNSĠYYƏT (ing. Sociality; خٍّغٔأ; ru. общительность) –
subyektlərin səciyyəvi qarşılıqlı münasibətlər üsulu, digər insan-
larla qarşılıqlı əlaqədə insanın mövcudluq üsulu. Ünsiyyət vasitə-
silə insan sosiallaşır, həyata bağlanır, dostluqlar qurur, ətrafın-
Ad
i
l
ə
N
ə
z
ə
rova
200
dakılarla sosial kontakta girir və öz yaşayışını təmin edir. Ünsiy-
yət insanın bəşəri sosiallaşma ehtiyacıdır. İnsan təkbaşına var ola
bilməz, o sosial bir varlıq olduğu üçün cəmiyyətin yaşam qanun-
ları əsasında doğlulmalı, yaşamalı və ömrünü başa vurmalıdır.
ÜNSÜR [element]: Ümumiyyətlə mürəkkəb bir şeyin, ən sadə
parçalarindan biri.
ÜRÜNG [əs.tr.] – mənəviyyət, mənəvi güc. Qədim oğuz
dillərində təmiz, pak, qəlbən saf adamlara da deyilirdi.
ÜSLUB [ər.ةٍٛصأ; tr. teknik; ing. method] – bədii ifadəliliyin
obrazlı sistminin, vasitə və üsullarının ideya-estetik və ictimai-
tarixi məzmununun vəhdətindən asılı olaraq tarixən təşəkkül
tapmış ümumiliyi.
ÜSUL-Ġ CƏDĠD yeni üsul – Azərbaycanda 1920 - ci ilədək
məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi
pedaqoji cərəyan. ―Üsul‖ ərəbcədən tərcümədə qayda, metod,
üsul; ―cədid‖ isə yeni, təzə mənalarını verir.
ÜZLƏT [ər. حنضػ, tr. inziva, uzlet] – inzivaya çəkilmə,
asketizm. Sufilərin xəlvətə çəkilmələri, cəmiyyət həyatından
uzaqlaşmalarıdır. Sufilər ruhi tərəflərini gücləndirmək, cəmiyyət
həyatından uzaqlaşmaq, nəfsani şəhvət duyğu və hisslərini tərk
etmək və mənəvi xəstəliklərdən arınaraq Tanrı dərgahına daha da
yaxınlaşmaq arzusundadırlar.
ÜZLÜNÇÜĞ [əs.tr.] – fövqəladə, qeyri-təbii, yaxud qeyri-adi
olan hal və hadisələrlə əlaqəfar işlədilirdi və əski türkcəyə aiddir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
201
V
VARLIQ [alm. Sein; ètre; ing. Being; lat. Ens, esse; yun. To
on, einai; əs.t. mevcudiyet; ər. دىﺟو] - Şüurdan asılı olmayaraq
mövcud olan obyektiv aləmin, materiyanı ifadə edən fəlsəfi
anlayış. Fəlsəfənin əsas anlayışlarından biri, ilk dəfə Parmenid
tərəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən
şey. Var olanın var olması. Aristoteldə var olanların varlığı
mənasında işlənirdi. Yoxluğun əski. Qalıcı olan və müvəqqəti
olmayan. Təzahürün qarşılığı olaraq reallıqda var olan. Varlığın
Analogiyası [lat. analogiya, entis] – katolik fəlsəfəsində
[Hetomizm, Sxolastikaoma, Tomizm, Foma Akvinalı] mərkəzi
metodoloji anlayış. Varlıq haqqında elm [alm.= fr. – ontologie;
ing. Ontology; lat. Ontologia; yun. On, entos – varlıq; osm. tr.
mebhas-i vücut] – var olan olaraq var olan haqqında təlim. Var
olanın varlığı və ümumiyyətlə varlıq ideyaları haqqında XVII
əsrdən bəri istifadə edilən anlam. Mövzu olaraq yunan
fəlsəfəsindən bəri və ələ alınan və Aristotelin ―ilk fəlsəfə‖ adını
verdiyi var olanların özü haqqında elm. Mövcudiyyət [alm.
Dasein, existenz; fr.=ing. Existance; lat. Existentia; osm. tr. vücut,
mevcudiyet; ər. ٌحَدىﺟىي] – var olan, həqiqətə əsaslanan varlıq, bir
şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. Belə yaxud
da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq,
xasiyyətcə müəyyənləşməmiş sırf var olma faktı.
VASĠTƏ – (ing. Mean; tr. Araç) vasitə sözünün anlamları
çoxdur. Ərəb mənşəlidir. Vəsət sözündən törəmişdir. Cəmi isə
Ad
i
l
ə
N
ə
z
ə
rova
202
vəsait – dir. Fəlsəfi anlamda isə hər hansı bir məqsədə, mərama
çatmaq üçün, yaxud fikir bəyan etmək üçün istifadə olunan və
işin – prosesin gedişatına kömək edən müəyyən əlavələrdir.
Vasitə sözü dilimizdə çox geniş işlədilməkdədir. Vasitəsizlik–
sübutun köməyi olmadan alınmış bilik, həmişə nəinki təcrübənin
məlumatları ilə, eyni zamanda məntiqi düşüncə ilə vasitələnən
diskursiv və demonstrativ bilikdən fərqli olaraq həqiqətin bir başa
seyri.
VACĠB [ةﺟاو] – dəlil cəhətindən fərz qədər qəti olmayan,
lakin yerinə yetirilməsi yenə vacib olan ibadətlərdir. Qurban
kəsmək vacibdir, ancaq fərz deyil. Vacib sözü dində və fəlsəfədə
xeyli anlamlar ifadə edir. Misal üçün, fəlsəfədə varlığın mümkün
forması ilə birlikdə vacib formasından da sözhbət açılır, bununla
belə dində də şəri hökmlər vacib yaxud fərz və ya müxtəlif
ifadələrlə edilməsinin qətiliyi dərəcələrlə şərtləndirlir. Fəlsəfədə
vacib varlığa vacib əl-vücud deyilir.
VERBALĠZM [alm. Verbalismus; fr. Verbalisme; ing.
Verbalism; lat. Verbum – söz, kəlmə; osm. tr. lafziye; ər. خٍظفٌ] –
sözəbasma, sözlərlə oynama, Əsas məqsədi və məramı olmadan
sözlər söyləmək. Yaxud da kiminsə bilmədiyi mövzuda boşuna
sözlər söyləyib, çərənçilik etməsi. Latın mənşəlidir. Fəlsəfədə
verballıq hər şeydən danışıb əsas məqsədin üzərinə gələ
bilməməkdir.
VƏRDĠġ [fr. Habitude; alm. Gewohnheit; ing. Habit; yun.
Heksis, əs.trk. itiyat; trk. alışkanlık] - Bir şeyə alışmış olma
vəziyyəti, xasiyyət; daxili və xarici təsirlərlə hərəkət və
davranışların təkrarlanılması, həmişə eyni şəkildə reallaşması
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
203
nəticəsində meydana çıxan, şərtlənmiş davranış halıdır. Bəzən
asılılıq, düşkünlük, narkomanlıq kimi, yaxud yaxınlıq, yoldaşlıq,
ünsiyyət kimi də xarakterizə olunur. Alışqanlıq, daxili, xarici
təsirlərlə iş və davranışların yenilənməsi, həmişə eyni formada
reallaşması gözlənilən, şəraitə uygunlaşmış davranış və ya təsir
formaları. Bəzən vərdişlərinin məcmusu insanın xasiyyətini
ortaya qoyur, onun haqqında təsəvvür formalaşdırır.
VƏCD [ing. Extase; ər. ٌذﺟو] – Cezbe-İstiğrak-Kendinden
geçme: Allahla birləşmə duyğusu içində özündən keçmək. Vəcd –
sufilərə məxsus haldır. Bu halda sufi Allahla ―birləşdiyini‖ iddia
edər. Bu halda sufi hiss və duyğu orqanlarını fəaliyyətini sanki
hiss etmir. Bu vəziyyət onda uzun müddətli deyil, təkrar olunandır
və şəxsidir. İrrasionalistlər vəcdi ilahi mənşəli ezoterik bilik
növlərinə aid edirlər. Vəcd ruhi, mənəvi bir haldır. Ancaq təsvir
ilə izah edilə bilər. Vəcd halında insanın mənliyi yoxdur. Hisslər
aləmindən ayırlır. Hisslər, duyğu orqanları, nəzəri ağıl ortadan
qalxmışdır. Xatirələr və iradə yox olar. Vəcd halında insan öz
özünə sahib olar və onunla birlik qurar. Vəcd sırf eşqdən
ibarətdir. Hər cür diqqət, nəfsə aid hər cür şüur müvəqqəti olaraq
yox olur deyilə bilər.
VƏHM [ ٌىهو] – insanın bir inancı və yaxud öz xəyalında
qurduğu bir fikri, həqiqətə uyub-uymadığına əhəmiyyət vermədən
israrla müdafiə etmək, yaxud var olmayan bir şeyi var olaraq
qəbul etmək deməkdir. Vəhmin əsas qaynağı insanın öz nəfsidir.
İslam dininiə görə isə insan vəhmdən mümkün olduğu qədər uzaq
durmalıdır. Sufilər arasında da vəhmin bir müridin sülukuna
böyük maneə olması görüşünün tərəfdarları əksəriyyət təşkil edir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
204
VƏZĠFƏ [alm. Pflicht; fr. Devoir; ing. Duty; yun. Deon,
katheteon; tr. görev; lat. Officium; osm. tr. Vazife; ər. خفٍضٚ] –
etməyə məcbur olduğumuz, etməmiz lazım olan şey, əxlaqi
məsuliyyət olduğumuz şey. Vəzifələrə qarşı məcburiyyət hissi.
Vəzifə insanın etməsini üzərinə götürdüyü hər hansı bir
məsuliyyətdir. Vəzifə iki anlamda götürülə bilər: Hər hansı bir
məmur pozisiyası, yaxud üstləndiyi məsuliyyət.
VƏZĠYYƏT [alm. = fr. = ing. Situation; ər. حُظو; tr. Durum;
lat. Situs = məskunlaşmış olan, oturuşmuş olan] – ümumiyyətlə
müəyyən bir zaman kəsiyində, müəyyən bir məkanda müəyyən
bir ortamda olma. Bir insanın ətrafı ilə konkret əlaqəsi. Aristotel
fəlsəfəsində on kateqoriyadan biri hesab olunurdu. Aristotelə görə
insanın içində olduğu hala deyilirdi. Müasir baxımdan isə insanın
müəyyən bir zamanda və yaxud məkanda konkret vəziyyətidir.
VĠTALĠZM [lat. vita – həyati; alm. Vitalismus; fr. Vitalisme;
ing. Vitalism; osm. tr. hayatiye; tr. Dirimselcilik; ər. حُذاُح] Baş
verənləri fiziki, kimyəvi baxımdan deyil, əksinə xüsusi bir
həyatda qalma amalı, ideyası ilə açıqlayan fəlsəfi təlim. Bu görüş,
bütün üzvi fəaliyyətlər əhatə edir. Vitalizm həm animizmə və
xüsusilə ruh ilə bədən arasında vasitəçi bir güc qəbul etdiyi üçün
Van Helmontun animizmi, digər tərəfdən isə vəhdətlə və ya
bioloji monizmlə əlaqələnir. Çünki həyati qüvvət, nə mütləq ağla
uyğun, nə də mütləq əbədidir; beləcə təbiətin digər gücləri ilə eyni
dəyərdə sayıla bilər.
VOLYUNTARĠZM [alm. Voluntarismus: fr. Voluntarisme;
ing. Voluntarism; lat. Voluntas – iradə; lat. voluntas – iradə] –
əqlə və biliyə deyil, əslində istəyə, iradəyə üstünlük verən,
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
205
mənəvi hadisələrin və bilik prosesinin əsasında əsas olaraq iradəni
görən fəlsəfi təlim. İdealist fəlsəfənin xüsusi cərəyanı, iradəni
bütün mövcudatın əsası hesab edir. Avqustin bütün ruhi qabiliy-
yətlərdə iradənin əsas olduğunu önə çəkir. Duns Skot isə belə
hesab edirdi ki, istək təfəkkürdən üstündür.
Dostları ilə paylaş: |