VULQAR MATERĠALĠZM [lat. vulgaris – sadə, ali] – XIX
əsrin ortalarında materializmin əsas prinsiplərini bayağılaşdıran
və kobudlaşdıran fəlsəfi cərəyan. Vulqar Sosiologizm – ictimai
hadisələrin ictimai inkişafın ayrı-ayrı amillərinin: texnikanın,
istehsalın təşkil formalarının, iqtisadiyyatın, siyasətin, ideolo-
giyanın rolunun birtərəfli şişirdilməsi yolu ilə tarixi materializmin
təhrif edilən bayağı izahı.
Ad
i
l
ə
N
ə
z
ə
rova
206
X
XALQ [fr. Peuple; ing. People; ru. народ; tr. Toplum; ər. ٌةؼش]
– adi mənada dövlətin, ölkənin əhalisi; elmi mənada isə insanların
tarixən dəyişməkdə olan birliyi; bu birliyə əhalinin obyektiv
vəziyyətinə görə müəyyən dövrdə müəyyən ölkənin mütərəqqi,
inqilabi inkişafı vəzifələrinin həllində birlikdə iştirak etməyə
qadir olan hissəsi, təbəqələri, sinifləri daxildir.
XARAKTER [alm. Charakter; fr. Caractère; ing. Character;
yun. Kharakter – oyulmuş, cızılmış, qəliblə basılmış – kharassein
– yarmaq, oymaq, cızmaq; osm. tr. seciye, hasisa] – bir obyektin,
bir fərdin özünə xas strukturu; insanın sabit psixi xüsusiyyət-
lərinin məcmusu. Bu xüsusiyyətlər onun genetik xüsusiyyətlərin-
dən asılıdır. Həyat şəraiti ilə əlaqədə və onun təsiri altında realla-
şır. Xarakter insanın xasiyyətinin anlamını da verməkdədir. Bəzən
isə hər iki məfhumu bir-birindən ayırırlar: misal üçün, insanın
xarakteri və xasiyyəti; yaxud insanın xarakterik xüsusiyyətləri.
Xarakter elə bir məfhumdur ki, o demək olar ki, insanın həm
daxili dünyasını, həm də zahiri xüsusiyyətlərini özündə cəm edir
və insan haqqında müəyyən təsəvvür yaradır.
XASSƏ [alm. Elgenschaft; fr. Propriètè; ing. Property,
propriety, ownership; lat. Proprietas; osm. tr. hassa; tr. Özgü; ər.
حّطاخ] - predmetin digər predmetlərdən fərqini və ya oxşarlığını
şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi [məs.,
sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.]. Bax: xəvass.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
207
XAOS [alm.=fr.=ing. Chaos; yun. Khaos – uçurum, sonu
görünməyən uçurum] – kainatın sistemə girməzdən əvvəlki
formadan əvvəl kasıb, ahəngsiz və qarışıq vəziyyət, nizamsızlıq,
anarxiya anlamlarına da gəlir. Xais hər hansı bir sistemdə mövcud
ola bilər, o cümlədən sosial cəmiyyətdə. Bu zaman cəmiyyətə
hakim kəsilən qüvvələr onu arxasınca başıpozuqluğa, anarxiyaya
vəs.lərə yönəldir. Kainatın nizama girməzdən əvvəlki formadan
məhrum, uyğunlaşmasız və qarışıq vəziyyəti. Qarışıqlıq, anarxiya
XATĠRƏ [alm. Erinnerung, fr. Souvenir, memoire, ing.
Remembrance, osm. tr. hatıra, . ər. جشذاخ] – Platon fəlsəfəsinin əsas
mahiyyəti kimi, ruhun bədənə girməzdən əvvəlki varlığında
gördüyü ideaların şüura çevrilməsi deməkdir. Platon fəlsəfəsində
bu termin ruhi – mənəvi aydınlanma il eyni mənada işlənmir.
Xatirələr insanın yaddaşına həkk olaraq zaman-zaman zehində
canlanır və insan keçdiyi ömür yolunu varaqlayır. İnsanın
yaddaşındakı xatirələr müxtəlif ola bilər; uşaqlıq xatirələri,
məktəb xatirələri, tələbəlik xatirələri və s.
XATIRLAMA [alm. Anamnesis, fr. Reminiscence, ing.
Reminiscence, yun. Anamnesis, osm. tr. nim-təhəttür] da insanın
olub – keçən hal və hadisələri yenidən zehnində canlandırmasıdır
və bunun vasitəsilə insan xatirələrini canlandıra bilir.
XƏLVƏT [ər. جىهخ; ing. Hidden; tr. halvet] – tək qalmaq,
insanın öz sevdiyi ilə kimsəsiz yerə çəkilmək. Lakin sufilər bu
xəlvət halını öz şeyxlərinin icazəsi ilə nəzərdə tutulmuş müəyyən
bir müddətə insanlardan uzaqlaşmaqla yerinə yetirirlər. Sufilərin
xəlvətə çəkilməsində öz xüsusi məqsədləri olur. Sufilər
insanlardan, o cümlədən cəmiyyət həyatından uzaq qalmaqla
Ad
i
l
ə
N
ə
z
ə
rova
208
qəlblərində yalnız Allah sevgisini saxlamaq, qəlbi pis arzu və
istəklərdən təmizləmək, nəfsi zərərli düşüncələrin təsirindən,
xəbis niyyətlərdən azad etməkdir. Xəlvətin daha ümumi mənası
üzlətdir. Sufilərə xas olan çölə sözü də xəlvət sözü ilə təqribən
eyni mənanı ifadə edir. Çilə sufilərin yaşadıqları bir hal və
üsuldur. Bu üsulla sufi öz xəlvətində müəyyən olunmuş qaydada
yaşayar, öz həyatını tənzimlər. Bu müddət sufilər üçün adətən
qırx gün çəkir.
XƏTA [alm. Irrtum; fr. Erreur; ing. Error; lat. Error; osm. tr.
Hata; ءاطخ] – yalnış olanı doğru olaraq qəbul etmək, yaxud da
tərsi. Xəta günah sözü ilə bəzən eyni anlamlarda istifadə
olunmuşdur. Dilimizdəki xətalı sözü bəzən günahkar deyimi
mənasını da ifadə edir. Xətanın dilimizdə mənaları çoxdur: cina-
yət, günah, yaxşı düşünməməkdən, təcrübəsizlikdən, bacarıqsız-
lıqdan qaynaqlanan səhv, yanılma, qüsur. Misal üçün, xatalı adam
mənasında xətakar sözü də işlənir.
XƏVASS [طاىخ] – xüsusi olanlar, yaxud seçilmişlər təbəqəsi,
avam təbəqəsinin əksi olaraq işlədilir. Sufilərə görə, təsəvvüf
məhz xəvassa aid lədünni elmdir. a) Xassə - Xass - xüsusiyyətlər
Xaslar - keyfiyyət – hallar, b) Dindarlıq və doğruluğu ilə, elmilə
amil olub mənəviyyat mərtəbəsində yüksəlməklə məqbul və
mötəbər olan şəxslər – Zənginlər sinifi – Quranı və mənəvi sirlərə
və xüsuslara bələd olan, elm, ibadət, itaət və təqva yolunda
yüksələrək mümtaz olan Allahın övliyaları – Hər kəsin hörmət
etdiyi böyük zəvat. Bax: xüsusi.
XƏVATĠR [ing. memory; ذاىخ
ش
] – xatirələr. Təki [جشذاخ]. Qəlbə
gələn düşüncələr. Ərəbcədən keçmə kəlimədir. Bax: Xatirə
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
209
XĠLĠAZM [yun. Chilias – min; ру. хилиазм] – Yer üzərində
dünyanın sonundan əvvəl gələn minillik ―Allah səltənəti‖
haqqında dini təlim. Xiliazm dini – fəlsəfi təlimində tanrının
əzəli-əbədiliyindən bəhs olunur və Tanrının rəqibsiz iradəsindən
asılı olaraq onun uzun müddətə hakimiyyəti təbliğ edilirdi.
XOġBƏXTLĠK [alm. Glück; fr. Bonheur; ing. Hapiness; osm.
tr. Saadet; جداؼع] – ümumiyyətlə insanların özlərinə ən yüksək
missiya olaraq ortaya qoyduqları dəyər. Şüuru dolduran
doyğunluq halı. Yaxud xoşbəxtlik hissi. Xoşbəxtlik məfhumunu
insanın hissləri arasında zikr edən filosoflara görə, bu məfhum
demək olar ki, bir anlıq hissləri ehtiva edirlər.
XURAFAT – (ər. دبفآشخ) hərfən; idraka zidd, qeyri-yənqidi,
düşüncəsiz qavranılan nöqteyi-nəzər. İctimai və fərdi şüurun
irrasional tərkib hissələri [dini mövhumat, yanlış fikir] Xurafat
adlanır. Sovet dövründə Azərbaycanda, o cümlədən, bütün Sovet
Sosialist Respublikaları İttifaqında hər növ dini ayinləri və
ibadətləri, geriliyin qalıqları və xurafat adlandırır və geniş
allahsızlıq təbliğatı aparırdılar.
XÜRRƏMĠLĠK – Abbasilər xilafətinə qarşı Azərbaycanda və
qonşu ölkələrdə yaranmış təriqət. Ərəb mənbələri Xürrəmiliyin
islama qədərki dövrdən mövcud olduğunu göstərərək məzdəkiliyi
də ona aid edir. Azərbaycanda bu hərəkata Babək əl-Xürrəmidin
başçılıq edirdi.
XÜSUSĠ [alm. Besondere; fr. Spècial; ing. Special; osm. tr.
hususi; ər.
ٍطىظخ; tr. özel] – ümumidən ayrı olan, hər hansı bir
şeyə aid olan, ona xas olana deyilir. Ərəb dilindəki xassə [ ّضخ]
şəddəli felinin [I babda] məsdəridir. Xüsusi sözü dilimizdə geniş
Ad
i
l
ə
N
ə
z
ə
rova
210
anlamlarda işlədilməkdədir. Bu sözün daha müasir olan və müasir
türkcədən keçmə olan özəl sözü də hazırda istifadə olunur.
XÜTBƏ - orta əsrlərdə islam ölkələrində cümə, bayram və b.
əlamətdar günlərdə məsciddə hökmdarın adına oxunan dua, hitq;
hökmdarın tərəfindən, Quran ayələrindən, peyğəmbərin
həyatından bəhs edən ibrətamiz hadisələrdən və s. ibarət olurdu.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
211
Y
YADDAġ [alm. Gedatnis; fr. Mèmorie; ing. Memory; lat.
Memoria, osm. tr. hafıza; ər. خظفبد] - orqanizmin xarici aləm və öz
daxili vəziyyəti haqqında informasiyanı sonradan həyat fəaliyyəti
prosesində
istifadə
etmək
üçün saxlamaq və yenidən
canlandırmaq qabiliyyəti, yaxud müşahidələrin, qavranəlanların
və.s.lərin saxlandığı yer. Yaddaş anlamında hafizə - yəni hifz
edən, qoruyub saxlayan, tutub saxlayan kəlməsi də işləni. Yaddaş
xatirələrin canlanmasına rəvac verən nöqtədir. Onun sayəsində
kemişi xatırlayırıq, yaxud əqlin vasitəsilə öyrəndiklərimizi yada
salırıq.
YALAN – şeylərin əsl vəziyətini təhrif edən fikir, mülahizə.
YALNIġ [alm. Falsch; fr. Faux; ing. Wrong; lat. Falsus; osm.
tr. hatalı] – doğru olmayan, formal düşünmə qaydalarına uyğun
gəlməyən. Düşünülən şeylə uyğun gəlməyən.
YANILMA – gerçəkliyin illuziyalı dərk edilməsi; hər bir
mövcud anda ictimai-tarixi praktikanın məhdudluğu ilə şərtlənir.
YARADICILIQ – insan fəaliyyətinin keyfiyyətcə yeni maddi
və mənəvi sərvətlər yaradan prosesi. Yaradıcılıq sayəsində insan
özünün əqli qabiliyyətlərini, mənəvi keyfiyyətlərini ortaya qoyur.
Yaradıcılıq elə bir məfhumdur ki, onunla şairin, ədibin, yaxud
elm adamının bütün əsərlərini, çalışmalarını ehtiva etmək olur.
YAZGAN – Yazan, yazıcı, taleyi, qədəri təyin edən. Əski
zamanlarda, qədim oğuzlarda Tanrının ad ve sifətlərındən hesab
olunurdu.
Ad
i
l
ə
N
ə
z
ə
rova
212
YAZGI – 1- Yazı, qədər, müqəddərat, alın yazısı 2- Tanrısal,
ilahi. Daha çox yazı kimi dilimizdə işlənir. Misal üçün; Tanrıdan
yazısı belə imiş.
YAġUK – işıq, şua, fövqəl, aşmış.
YAġAM – həyat, ömür, dirilik. Misal üçün, yaşamını bitirmək.
YASUT – [yasıt] şərəf, ləyaqət, heysiyyət. Müasir dilimizdə
demək olar ki, işlənmir.
YASA – [Yasağ, yasak] Yasa, kanun, nizam, qaidə, yasaq
YAMAN – 1- Müthiş, dehşetli, etki ve beceri bakımından
fövqəladə 2- pis, fəna, üzücü. Misal üçün, o kəs yaman adam idi,
yəni üstün məziyyətlərə sahib idi. Və yaxud; yaman işə düşdüm,
yəni çıxılmaz vəziyyətə düşdüm.
YAKARI – Dua, təmənni, yalvarış, dilək. Bəzən dilimizdə
yalvarmaq, yaxarmaq sözü də işlənir ki, mənşəcə türk mənşəlidir,
yakarmak kəliməsindən törəmişdir.
YAXġI [alm. Gut; fr. Bien; ing. Good; lat. Bonus; yun.
Agathos; osm. tr. hayır; ər. ٌّ
شٍخ] – geniş mənada işə yarayan,
özünə uyğun, doğru görülmüş, təbiətinə uyğun, istənməyə dəyərli
olan. Əxlaqın və əxlaq fəlsəfəsinin əsas termini. Din fəlsəfəsində
Tanrıya aid edilən Mütləq Yaxşı məfhumu da mövcuddur.
YƏQĠN [alm. Gewissheit; fr. Certitude; ing. Certainty,
certitudo; osm. tr. yakin, mevsukiyet; ər. ٍٓمٌٍأ] – hər hansı bir
informasiyanın, bir qənaətin şübhəyə salmadan təsdiq etməsi halı.
Bu mənada düşüncənin heç bir yanılma qayğısı olmadan bir
qənaətə qatılması halı. Misal üçün nə barəsində isə yəqinlik hasil
olmaq və s.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
213
YƏQĠN - elm əl-yəqin - ağıl və nəqlin, nəzər və xəbərin ifadə
etdiyi biliyə deyilir. eyn əl-yəqin – hissin, xarici təcrübə və
müşahidənin verdiyi bilikdir. İlmel yaxın demək; Quran
ayələrinin bir-birləriylə olan illiyet rabitələrini idrak edərək,
ayələrlə ayrı-ayrı açıqlanan mövzuları istifadə edilən sözlər
işığında (təqva, dəlalət, hidayət, nəbi, rəsul, əhd, və s.) ayələri bir
araya gətirərək mövzuları anlamaq, dərk etmək və izah edə
bilmək kafiliyi qazanmaq deməkdir.
Eyn əl yəqin göz "səviyyəsində yaxın ürək gözü ilə görərək və
qəlb qulağı ilə eşidərək Allaha və verdiyi elmlərə yəqinlik hasil
etmək deməkdir.
Haqq əl-yəqin Ülu-l əlbab, lübblerin sahibləri ―Sirr
Xəzinələrinin, özün özünün, hikmətin, tam nura çatmış nəfs
ürəyinin sahibləri‖ deməkdir. Haqq əl-yəqinlik dərəcəsi isə ən
son mərtəbədir.
YƏD [ ٌذَ] - əl, qol. Ərəbcə bir kəlmədir. Dini fəlsəfi
ədəbiyyatda bəzən zor güc, qüvvət kimi də verilir. Yəd-i beyza isə
dini qissələrdə Musa Peyğəmbərin möcüzə kimi göstərdiyi parlaq
əlinin adıdır.
YƏS [ ٌطؤَ] – ərəbcədən keçmədir. Uğursuzluq, məyusluq
anlamındadır. Dilimizdə işlədilən –ölən insanın ölümü üçün qeyd
edilən mərasimi ifadə edən yas kəliməsi də buradan götürül-
müşdür.
YETKĠ [əs.tr.] – üzərinə götürülən məsuliyyət, məharət, işi
başa çatdıra bilmək qabiliyyəti deməkdir. Bəzən vəzifə
səlahiyyətlərinin sərhəddləri, izn, icazə mənasını da verir. Misal
üçün; Sənin bu işi görməyə yetkin varmı?
Ad
i
l
ə
N
ə
z
ə
rova
214
YETĠ [əs.tr.] – qabiliyyət, bacarıq. Yetkin, kamil, olgun,
bacarıqlı. Dilimizdə işlənən yetişkin sözünün insanın uşaqlıq
çağından sonrakı qabiliyyətlərini və bacarıqlarını nümayiş etdir-
diyi bir dövrə qədəm qoymağını bildirdiyi üçün adlandırılmışdır.
YESUKEN [əs.tr.] – [Yasuga, yasag, yasa] Yasa, yasaq,
qadağan olunmuş.
YIĞINAK [əs.tr.] – Toplum, kütlə. Sözün kökündə işlənən
anlamda indidə söz və ifadələr mövcuddur. Misal üçün, Nə
yığışıbsınız buraya? cümləsində olduğu kimi.
YIĞINCAQ [əs.tr.] – ümumi, sosial qayda, toplumun
mənimsəyib tətbiq etdiyi qanunla
YESUKEN [əs.tr.] – [Yasuga, yasag, yasa] Yasa, yasaq,
qadağan olunmuş.
YIRGA [əs.tr.] – məsud, xoşbəxtlik dolu.
YIRTINÇÜ [əs.tr.] – Dünya, kainat.
YISUN [əs.tr.] – [yasun, yosun] Doğa, təbiət, yaşıllıq.
YONAT [əs.tr.] – Tam, əksiksiz, qüsursuz.
YÖNDƏM [əs.tr.] – [Yöntəm] Üsul, tərz, təamül, töreye,
adət-ənənələrə uygun formada olan.
YONAT [əs.tr.] – Tam, əksiksiz, qüsursuz.
YUVANÇ [əs.tr.] – təsəlli, ümid
YUMLU [əs.tr.] – xoşbəxt, müqəddəs, mübarək, huzurlu.
YUMUġ [əs.tr.] – [Yumuç] 1- Söz, öyüd, nəsihət 2- Əmir,
fərman, buyruq 3- Müjdə, müjdəli xəbər 4- Yumuq, yumulmuş,
yumruq.
YÜKNÜ [əs.tr.] – Secde, səcdədə olan, ibadət əsnasında olan.
YÜĞNÜK [əs.tr.] – əməli saleh, təmiz
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
215
Z
ZAMAN [alm. Zeit; fr. Temps; ing. Time; lat. Tempus; yun.
Khronos; ər. ٌايص] – fəlsəfə termini olaraq zaman olub, keçən,
dəyişmə və müddətlilik forması. Ərəbcədən gəlmədir. Kök
hərfləri zəmənə [ٍيص] dir. Zəmanə sözü də buradan qaynaqlanır.
Zəmanə sözü zaman sözünün qadın cinsindəki halıdır. Qayıdışı
olmayan bir istiqamətdə bir-biri ardından getmə. Zaman sürüb
gedən doğru bir xətt olaraq düşünülə bilər. Obyektiv zaman ölçülə
bilən, ama öz-özünə deyil, cisimlərin dəyişkənliyi ilə ölçülə bilər.
ZƏRDÜġTĠLĠK – Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan
və Ön Asiyanın bir sıra digər vilayətlərində yayılmış qədim dövr
erkən orta əsrlərinin ən mühüm dinlərindən biri.
ZƏRURĠYYƏT [ər. حَسوشػ]– prosesin əsasında bunun ayrı-
ayrı formalarının münasibətini ifadə edən fəlsəfi kateqoriyalar.
ZƏLALƏT [حنلاػ] – doğru yoldan yəni hidayət yolundan
uzaqlaşmaq, yoldan azmaq deməkdir.
ZĠDD
[alm.
Kontradiktorisch;
üiderprechend;
fr.
Contracictoire; ing. Contradictory; lat. Contradictorius; osm. tr.
mütenakız; ər. عامُري] – Aralarında kəsişmələrin ortaya çıxması,
birinin digərini inkar etməsi, misal üçün ağ – qara, işıq – qaranlıq
və s. zidd kəlməsi ərəbcədən bizim dilimizə transfer etmişdir.
Ərəbcədəki ّغَػ
ٌََّ
ٌّ
şəddəli felinin məsdəridir.
ZĠDDĠYYƏT [tr. Karşıtlık; alm. Gagensatz, fr. Contrariètè;
lat. Contrarietas; osm. tr. tezat, zıddıyet; ər. حُؼػ ] – hər bir
inkişafın, hərəkətin daxili mənbəyini ifadə edən kateqoriya.
Ad
i
l
ə
N
ə
z
ə
rova
216
ZĠKĠR [شكر] – hərfi mənada xatırlamaq, yadda saxlamaq de-
məkdir. Kökü ərəbcədəki zəkərə [شكر] felindən gəlir. Sufi zikir
edərək daima Allahı yadda saxlayar və bunun üçün dili ilə Allahı
xatırladan sözlər, ifadələr deyər. Sufi nəzdində ibadətlər də zikir
sayılır. Namaz, oruc, zəkat kimi ibadətlər zikir xüsusiyyəti daşıya-
raq sufiyə Allahı xatırlamağa imkan verir, yadından çıxarmağa
qoymur.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
217
Ġstifadə olunan ədəbiyyat siyahısı
1.
Aksan, Doğan,‖Her Yönüyle Dil‖, Türk Dil Kurumu
Yayınları 439 s. Ankara,1990
2.
An etymological dictionary of pre-thirteenth – century
turkish. Sir Gerard Clauson. Oxford. At the Clarendon Press.
1972. 1034 s.
3.
Arapça – türkçe sözlük. S. Mutçalı. Dağarcık yayın.
İstanbul. 2001. 1023 s.
4.
Alkhuli A. Muhammad. ―A dictionary of İslamic terms;
English – arabic and arabic - english‖.
5.
Azərbaycan ədəbi dilində işlənən ərəb və fars sözlərinin
qısa lüğəti. Red. C.F. Bağırov. Azərbaycan Dövlət Universiteti
nəşriyyatı. Bakı 1960. 211 s. Felsefe ve dil. Vitqenşteyn üzerine
bir araştırma. Ö.Naci. İstanbul. Kabalçı yayınları. 1995. 591 s.
6.
Ingiliscə - Azərbaycanca lüğət. English - Azerbaijani
Dictionary.Tərtibçilər V. S. Ərəbov, Ş.B. Məmmədova, l. B. Sü-
leymanova.‖KM‖ mətbəəsi. Adiloğlu MMC. Bakı 2012. 1360 s.
7.
―Fəlsəfə
ensiklopedik
lüğəti‖,
Redak.Şur.
Sədr:
İ.Rüstəmov,
―Azərbaycan
Eniklopediyası‖
Nəşriyyat
–
Poliqrafiya Birliyi, 1997, səh.s.517
8.
Dilçilik ensiklopediyası. 2 cilddə. Red. F. Y. Veysəlli.
Bakı. Mütəlcim nəşriyyatı .2006.525 s.514 s.
9.
Dil felsefesi sözlüğü. Atakan altıntörs. Paradiqma.
Istanbul. Kasım 2000. 108 s.
Ad
i
l
ə
Dostları ilə paylaş: |