HUġU – Allah-təalanın cisimlərə girməsi, cisimlərin də
Allahın varlığına keçməsini nəzərdə tutan ifadədir
HƏRƏKƏT – Matriyanın mühüm atributu, mövcudluq üsulu.
Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir.
HƏZZ [alm. Lust; fr. Plaisir; ing. Pleasure; yun. Hedone;
ər.ٌّ ض٘; tr. haz] – Hissin içində yaşadığı vəziyyətin əsas xüsusiyyət-
lərindən biri, ağrının əksinə xoşlanma, zövq alma, ləzzət alma.
HƏYƏCAN [alm.=fr.=ing. Emotion; lat. Emovere –
həyəcanlanmaq] – daxili, yaxud da xarici təzyiqlərlə ortaya çıxan
ruhi-mənəvi sarsıntı.
HĠKMƏT [alm. Weisheit; fr. Sagesse; ing. Wisdom; lat.
Sapientia; yun. Sophia. əs.tr.hikmet; [ər.] خّىد – Müdrik söz, dərin
fikir, dərin məna. Keçmişdə fəlsəfəyə, xüsusilə də təbiət elmlərinə
verilən ad.
HĠLOZOĠZM [alm. Hylozoismus; fr. Hylozoisme; ing.
Hylozoism; tr. Canlı özdekçilik; yun. Hyle – maddə, cisim,
materiya və zoe – həyat] – kainatın əsası olaHilozoizm termini ilk
Ad
i
l
ə
N
ə
z
ə
rova
114
dəfə 17 əsrdə işlədilmişdir. Duyğu və təfəkkür qabiliyyətini
materiyanın bütün formalarına aid edir. Əslində duyğu yalnız
yüksək inkişaf etmiş materiyanın xassəsidir.
HĠNAYANA [sanskritcə, hərfi mənası – balaca araba və ya
kiçik [dar] yol] – Mahayana ilə yanaşı budizmin iki əsas cərəya-
nından biri. Hinayanaya theravada, sarvastivada [Vaybhaşika],
sautrantika və s. məktəblər daxildir.
HĠNDUĠZM – Hindistan əhalisinin əksəriyyəti üçün [heç
olmasa valideynlərindən biri hindli olan və digər dinə etiqad
bəsləməyən hər bir kəs hinduist hesab olunur] səciyyəvi olan dini
təsəvvürlərin, mərasim və adətlərin, sosial-məişət təsisatlarının
məcmusu.
HĠPOTEZ [Alm. = fr. Hypotasez; ing. hypostasis; yun.
Hypothesis – təməl, dayanaq, əsas; osm. tr. uknum; tr. dayantı] -
əsas təməl, özünə əsaslandırılan əsas təməl. Əqli nəticələr sistemi;
onun vasitəsi ilə bir sıra faktlarla obyektin mövcud olması,
hadisənin əlaqə və ya səbəbinin mövcudluğu haqında nəticə
çıxarılır; bu nəticəni mütləq səhih nəticə hesab etmək olmaz.
HĠPNOZ [alm.fr. hypnose; ing. Hypnosis; yun. Hypnos –
yuxu; osm. tr. nevm-i sınai] – insanın iradəsinin, yatırdanın
iradəsinə bağlı və eyni zamanda bütün başqa təsirlərə bağlı
olduğu, ancaq deyiləni yerinə yetirmə halına gəlmiş vəziyyət.
Belə bir vəziyyətə və bu vəziyyətdəki adama da hipnoz deyilir.
HĠSS [alm. Sinn; fr. Sens; ing. Sense; lat. Sensus; osm. tr.
hasse; Emosiya; ər. ظذٌأ] – Xəbərdarlığı almaq qabiliyyəti. Əsas
hiss orqanları olan görmək, eşitmək, dadmaq, qoxu bilmək və
toxunmaq hissləri, duyğu orqanları vasitəsilə qəbul edilir. İnsanın
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
115
ətraf gerçəkliyə [adamlara, onların davranışına, hər hansı
hadisəyə] və özünə münasibətini hiss etməsi, yanaşması.
HĠSSĠ [alm. Sensitiv, empfindlich; fr. Sensitif; ing. Sensitive;
osm. tr. hıssi; ər. ًغد]. Duyğularla verilməyən, qavrama
vasitəsilə deyil, düşünmə ilə qavranılan yaxud hisslərin bununla
əlaqədar təcrübə dünyasının xaricində olan. Hissi müĢtərək
[alm. Gemeinsinn; fr. Sens commun; ing. Common sense; lat.
Sensus communis; yun. Koine aisthesis; osm. tr. hıss-i müşterek;
tr. Ortakduyu; ər. نشزشِ ٌّ
ظد] – Aristotel və sxolastik fəlsəfədə
müxtəlif hiss orqanlarının qabiliyyətlərini birləşdirən, başqa bir
deyimlə desək, eyni şeydən hisslərin hər biri ilə alınan növ
hissləri formalaşdıraraq həmin şeyi tək və eyni şey kimi
qavranılan şey. Hissiyyatsizliq [alm.=fr. Apathie; ing. Apathy;
yun. Apatheia; osm. tr. fıkdan-i hassasiyet]. 1. Ümumi mənada
unutqanlıq ; az və yavaş dərəcədə təzyiq göstərən və bunun
nəticəsində duyğulandıran hisslərə əhəmiyyət verməyən insan
xarakteri. 2. Stoa məktəbində məlumat sahibinin özünü tərbiyə-
ləndirmə ideyası kimi hisslərdən arınması və ağıla tərs gələn
hisslər qarşısında müstəqil olma və beləcə sarsılmazlıq prinsipinə
qovuşmaq halı.
HOLĠZM [yun. Holos – bütöv, tam] – öz ideyalarına görə
emercent təkamülünə yaxın olan idealist ―tamlıq, bütövlük
fəlsəfəsi‖.
HOMEOMERĠYA [yun. Homoiomereia – oxşarhissəlik və ya
oxşar, bir-birinə bənzər hissələri olan şey] – Anaksaqor
fəlsəfəsində işlədilmiş termin. Lakin bizə gəlib çatmış
Ad
i
l
ə
N
ə
z
ə
rova
116
fraqmentlərdə bu terminə təsadüf edilmir və Anaksaqorun sonrakı
şərhçilərindən alınmışdır.
HOMEOSTAZ homeostazis [yun. Homoios – oxşar; stasis –
dayanma, tərpənməzlik, hərəkətsizlik] – öz-özünə idarə olunan
mürəkkəb sistemlər üçün səciyyəvi və sistemin saxlanılması üçün
mühüm olan parametrlərin mümkün həddlərdə saxlanılmasından
ibarət dinamik müvazinət tipi.
HÖKM [alm. Urteil; fr. Jugement; ing. Judgement; yun.
Opophasis; lat. Judicium; osm. tr. hüküm] – bir şeyin yaxud da iki
şey arasındakı əlaqənin həqiqətini təsdiqləyən yaxud da ləğv edən
düşüncənin ortaya qoyulması, dilə gətirilməsi. Obyekt haqqında
nəyinsə iqrar edildiyi təklif formasında ifadə olunan və obyektiv
olaraq ya həqiqi, ya da yanlış olan fikir.
HÖRMƏT [alm. Achtung; fr. = ing. Respect; osm. tr. hurmet]
– bir insana, bir fikirə, bir hadisəyə, nəyəsə olan ehtiram, yaxud
xüsusi bir hiss.
HUMANĠZM [lat. humanus – insani - Bəşəri] – insanın
ləyaqət və hüquqlarına hörməti, şəxsiyyət kimi onun qiymətli-
liyini, insanların rifahı, onların hərtərəfli inkişafı, ictimai həyatda
insan üçün əlverişli şərait yaradılması haqında qayğını ifadə edən
baxışların məcmusu.
HÜQUQ – hakim sinfin qanun səviyyəsinə qaldırılmış iradəsi;
bu iradənin məzmunu mövcud sinfin maddi həyat şəraiti ilə,
həmin sinfin mənafeyi ilə müəyyən olunur.
HÜLULĠLĠK [ər. ―daxil olma‖ sözündəndir] – ilahinin
insanda həll olması, təcəssüm etməsi haqqında dini-fəlsəfi təlim.
HÜRUFĠLĠK [ər. ―hərflər‖ sözündəndir] – şiəlikdə təriqət.14
əsrin sonlarında yaranmışdır. Banisi Fəzlullah Nəimidir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
117
K
KABALA [alm. Kabala; fr. Cabale; ing. Cabala; ibr. Kabbalah
– alınma şeylər, adət, ənənə] – yəhudilərin yazılı olaraq qorunub
saxlanan dini ayinləri və qanunları özündə əks etdirən
qanunnamələrlə birlikdə ağızdan – ağıza keçən dini buyruqlar.
İbrani fəlsəfəsinin və deyilən mitos yazıların cəmi. Tarixləri dəqiq
olaraq bilinmir.
KAMAL-i əvvəl [alm. Entelechie; fr. Entèlèchie; ing.
Entelechy; ər. يٚأ يبّو; yun. Enteelekheia = en – içində, telos –
məqsəd, èkhein – sahib olmaq] – özünü təzahürlərində
reallaşdıran öz, maddəyə forma verən, imkanı gerçəyə çevirən
təsirli ideya.
KAOS [Chaos]: kainatın bir nizama girmədən əvvəlki,
şəkildən məhrum olan qarışıq vəziyyətini ifadə edər.
KASTA – portuqalca nəsil və qəbilə mənasındadır.
KONKORDAT – latınca razılıqlı olmaq mənasındadır.
Məsələn Vatikanla başqa bir dövlət arasında həmin ölkədə katolik
kilsənin fəaliyyətinin müəyyən edən razılaşmalı müqavilə buna
aiddir.
KOMMUNĠKASĠYA siyasi sistemlə mühit arasında qarşılıqlı
fəaliyyət.
KONKRET [alm. Konkret; fr. Concret; ing. Concrete; lat.
Concretus; tr. Somut; osm. tr. muşahhas; ər. ص ّخشِ] – müəyyən
bir zamanda müəyyən bir yerdə ortaya çıxan, təbii, müşahidə
Ad
i
l
ə
N
ə
z
ə
rova
118
edilə bilən, əllə tutula bilən, hiss edilən yaxud da işarə ilə
qavranılan.
KONSEPTUALĠZM [alm. Konzeptualismus; fr. Concep-
tualisme; ing. Conceptulism; osm. tr. mefhumiye; tr. Kavramcılık;
ər. خٍِٛٙفِ] - Küllülərin yəni İnsan-Heyvan kimi mücərrəd
anlayışların bir təsəvvür olmaları baxımından, özlərini düşünən
zehində onların gerçək varlıqlarının var olduğunu qəbul edən
fəlsəfi görüş.
KƏMĠYYƏT [Qantite] – Nicelik: Ölçülüb sayıla bilən
böyüklük.
KEYFĠYYƏT [Kalite] – Nitelik: Bir şeyin quruluşunu
göstərən, bir obyekti özünün var olduğu kimi edən xüsusiyyət.
Keyfiyyət - nəyinsə yaxşı və ya pis olma xüsusiyyətidir. Hansısa
obyektə dəyər verdirən, xarici görünüş , rəng və dad kimi ona aid
obyektiv xüsusiyyətlərin hamısına birgə verilən addır. Burada
ifadə edilən, hər hansı bir baxımdan, üstünlük və əskiklikdir. Xalq
dilində keyfiyyət, üstünlüyü, yaxşılığı bildirir. Fəlsəfi anlamda isə
keyfiyyət fəlsəfi kateqoriya kimi şeyin onun mahiyyətindən
olmayan lakin sonradan ona əlavə olunan forma və xüsusiy-
yətlərin məcmusuna deyilir. Keyfiyyətə Orta əsrlər Şərq fəlsəfə-
sində daha çox ərəz deyidilər. Misal üçün, bir stul taxtadandır,
onun taxtalığı onun mahiyyətidir, sakin onun forması, rəngi, görü-
nüşü, sərtliyi onun forma və keyfiyyətlərini təşkil edir.
KÖVN [geneşe]: Aləmin doğuşu.
KOMPROMĠS – əsl mənası qarşılıqlı məğlubiyyət olmasına
baxmayaraq, bu söz hal-hazırda sülh bağlamaq üçün razılığa
gəlmək anlamında işlədilir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
119
KOZMOLOJĠ [cosmologie] – Alem bilgisi: Kainatı idarə
edən ümumi qanunları araşdıran elm.
KOZMOGONĠ [cosmologie] Aləmin oluşu-Tekevvün-ü
aləm: Aləmin necə təşəkkül edib meydana gəldiyini şərh etməyə
çalışan nəzəriyyə.
QÜVVƏ [force] - Güç:Hərəkətə keçirən təsirli qüvvət.
KÜLLĠ [universel] – Tümel: Bütün aləmə şamil olan. Ümumi
olan. Külli – bütün şeylərin əslinə aid olan, ümumi olan, bütün
olanlara aid olan. Şeylər kəmiyyət etibarl ilə fərdi, külli və cüzi
olurlar. Külli bütün fərdi olanlarda ortaq xüsusiyyətdir. Küllilər
ümumi şeyləri əks etdirirlər.
KAĠNAT [ər. خٔءآو]- ənənəvi anlayışda maddi aləm, maddi
obyektlərin, materiyanın keyfiyyətcə müxtəlif formalarının bütün
məcmusu.
KAPĠTALĠZM [fr. Capital – başlıca əmlak və yaxud məbləğ]
– ictimai-iqtisadi formasiya.
KATARSĠS [yun. Katharsis – təmizlənmə, saflaşma] – qədim
yunan estetikasında anlayış.
KATEQORĠYA [alm. Kategorie; fr. Catègorie; ing. Category;
lat. Paedicamentum; yun. Kategoria – özünəməxsusluq, hər hansı
bir obyektə yüklənən xüsusiyyət, əlamət] – Aritotetlə görə
kateqoriya var olanın üzərindəki dəyişiklik formalardır və on
kateqoriya mövcuddur. İnsanın aləmə münasibətinin ən ümumi
üsullarının anlayışlarda dərk edilməsi; təbiətin, cəmiyyətin və
təfəkkürün daha ümumi və mühüm xassələrinin, qanunlarının əks
etdirilməsi.
Ad
i
l
ə
N
ə
z
ə
rova
120
KĠBERNETĠKA [alm. Kybernetik; fr. Cybernètique; ing.
Cybernetics; yun. Kybernetike; kybernetes – idarəçi, idarə edən;
tr. Güdümbilim] – Əsasını informatikanın təşkil etdiyi idarə-
etmənin tədqiq edildiyi sahədir. Bir başqa deyimlə, geniş
texnologiyaların tətbiq olunduğu, həyatı mexanikləşdirən,
robotlaşdıran sahə.
KOMMUNĠZM [alm. Kommunismus; fr. Communisme; ing.
Communism; lat. Communis-ortaq] – bütün insanların bərabərliyi
və bərabər haqlılığı daxilində ―hamıya vacibiyyatı‖.
Koqito erqo sum [fr.] – düşünürəm, demək ki varam.
Konvensionalizm [lat. Conventio – müqavilə, saziş] – fəlsəfi
konsepsiyaya görə elmi anlayışlar və nəzəri fikirlər öz əsasları
etibarı ilə alimlər arasındakı sazişin məhsuludur.
KONDĠSĠONALĠZM [conditio – şərt, şərait] – səbəb anla-
yışını şərtlər [şəraitlər] kompleksi anlayışı ilə əvəz edən fəlsəfi
təlim.
KONYUNKSĠYA [lat. Conjunctio – bağlayıcı, əlaqə] –
məntiqi bağlayıcı ―və‖nin köməyi ilə [simvolik yazısı ALB]
birləşən iki mülahizədən mürəkkəb bir mülahizənin əmələ gətirən
məntiqi əməliyyat.
KONKRET – bax Abstrakt və konkret.
KONSEKVENSĠAL [lat. Consequentia – nəticələr] – etik
nəzəriyyələrin bir tipi; burada əməlin əxlaqi qiyməti bu əməlin
səbəbləri və ümumi əxlaqi prinsipləri nəzərə alınmadan onun
praktiki nəticələrindən asılı olaraq müəyyən edilir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
121
KONSEPT [lat. Conseptus – fikir, anlayış] – ifadə edilmiş
zehni obraz, ümumi fikir, anlayış [konseptualizm], məntiqi
semantikada adın mənası.
KONSTRUKTĠV Metod [lat. Constructio – qurulma] – elmi
nəzəriyyələrin deduktiv qurulması üsullarından biri [deduktiv
metod
KONFORMĠZM [lat. Conformis – oxşar, uyğunluq] – hər cür
uyğunlaşmanı, şeylərin mövcud vəziyyətini, hakim rəyləri və s.
passivcəsinə qəbul etməyi bildirən anlayış.
KONVERSĠYA [alm. Konversion; fr. = ing. Conversion; lat.
Conversio; osm. tr. akis; tr. evirme] – məntiqdə hər hansı bir
prinsipdə köklə ona aid olan təyinlərin yerlərini dəyişməsidir.
Misal üçün, Hər insan canlıdır. Yaxud hər canlı insandır. Təbii ki,
bu cür konversiyalarda məntiqi doğruluğa da riayət etmək
lazımdır. Çünki əslində hər canlı insan deyil. Bu səbəbdən
konversiyalarda məntiqi doğruluğu qorumaq lazımdır. Misal
üçün, hər insan danışır. Yaxud hər danışan insandır. Belə
konversiya neqayov deyil, məntiqlə düzgün olduğu üçün pozitiv
konversiya adlanır.
KOORDĠNASĠYA [alm. Koordination; fr.=ing. Coordination;
osm. tr. tertip, tanzim]. Eyni sıradakı şey və obyektlərin bir-
birinin yanında olması, eyni nizamda dayanması; eyni təsnifatda
olan iki və yaxud da daha çox anlamın bir arada ardıcıllığı.
KOSMOQONĠYA [yun. Kosmos – aləm, kainat, goneia –
doğulma, yaranma] – səma cisimləri və sistemlərinin mənşəyi və
inkişafının öyrənən elm sahəsi.
KOSMOLOGĠYA [yun. Kosmos – kainat, logos – söz, təlim]
– astronomiyanı bölməsi, bütöv əlaqəli tam kimi kainat haqqında
Ad
i
l
ə
N
ə
z
ə
rova
122
və bu tamın bir hissəsi kimi kainatın astronomik müşahidələrlə
əhatə olunan bütün sahəsi haqqında elm.
KOSMOPOLĠTĠZM [yun. Kosmopolites – dünya vətəndaşı]
– vətənpərvərlik hisslərindən, milli mədəniyyət və ənənələrdən
―bəşər nəslinin birliyi‖ naminə imtina edilməsinə çağıran burjua
təlimi.
KOSMOS [yun. Kosmos - aləm, kainat] – kainat, bütövlükdə
aləm və bir tam kimi Yer, Günəş sistemi, bizim qalaktika və bü-
tün qalaktikalarda daxil olmaqla hərəkət edən materiyanın bütün
məcmusu.
KREASĠONĠZM [lat. Creatio – yaradılma, yaratmaq] – dün-
yanın, canlı və cansız təbiətin vahid yaradıcılıq əməli ilə yaradıl-
ması haqqında idealist təlim.
KRĠTERĠYA [alm. Kriterium; fr. Criterium, critère; ing.
Criterion; yun. Kriterion; osm. tr. mısdak, miyar, kıstas] – ayırma
və ittiham etmə vasitəsi, doğrunu səhvdəm ayırd etmək üçün bir
vasitə.
KRĠTĠSĠZM [alm. Kritizismus; fr. Critisisme; ing. Critisism;
osm. tr. intikadiye, tenkidiye]. İnsan biliyinin sərhəddi üzərində
fəlsəfi şüuru və bu şüurun oyanıq tutulması. Kantda əql və biliyin
sərhəddini və imkanlarını təyin etmək şərtilə doqmaçılığın və
şübhəçiliyin qarşısına qoyduğu fəlsəfə metodu. Kantın və onun
məktəbinə daxil olanların fəlsəfi metodudur.
KÜTLƏ [alm.=fr. Masse; ing. Mass; lat. Massa; osm. tr. kütle;
ər. دبعّﺟ] – sosial – psixoloji anlam olaraq öz daxilində
bölünməmiş, ya gəlib keçici hissiyatında yaxud da bir xarici
gücün təsiriylə bir bütün əmələ gətirən insan qələbəliyi.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
123
L
LAQEYDLĠK – [alm. Indifferenz, gleichgüligkeit; fr.
Indiifference; ing. Indifference; lat. Indifferentia; trk.lakaydi,
aldırmazlık] – müəyyən hallara, vəziyyətlərə, çıxan hadisələrə heç
bir reaksiya verməmək.
LƏYAQƏT – şəxsiyyətin nüfuzu haqqında təsəvvürü ifadə
edən əxlaqi şüur anlayışı, etikanın insanın öz-özünə və cəmiyyətin
fərdə əxlaqi münasibətini ifadə edən kateqoriya.
LĠBERLĠZM – cəryanı fransız maarifçiləri və filosofları
(J.J.Russo, Didro, Lametri ), ingilis filosofları (C.Lokk, T. Hobbs)
və utopik sosialistlərin yaradıcılığında yer almış ―təbii hüquq‖
nəzəriyyəsinə və dövlətin yaradılması haqqındakı ―ictimai müqa-
vilə‖ təliminə əsaslanır. Əsas fikir bundan ibarətdir ki, insanlar
dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar.
LOBBĠÇĠLĠK* – (―Lobbi‖ – ingilis parlamentinin dəhlizi
belə adlanır, buraya insanlar deputatlara qeyri-rəsmi təsir
göstərmək üçün gəlirdilər) ictimai şüurda birmənalı qarşılanmır,
həm pozitiv, həm neqativ məna daşıyır. Lobbiçiliyin ifrat neqativ
ifadəsi müəyyən qrup və şəxslərin maraqlarının təmin olunması
üçün hakimiyyət nümayəndələrinə qeyri-qanuni təzyiq edilməsi,
rüşvət və korrupsiyadır.
LĠBERALĠZM [alm. Liberalismus; fr. Liberalisme; iing.
Liberalism; lat. Liberalis = azad bir adama yaraşan; osm. tr.
serbestiyye; tr. erkincilik] – Hamı üçün fikir, düşüncə azadlığı
tanınmasının vacib olduğu görüşünü müdafiə edən, müstəqil
Ad
i
l
ə
N
ə
z
ə
rova
124
düşünməyə bağlı dünyagörüşü. Fəlsəfi baxımdan fərdiyyətçilik
tendensiyasına bənzəyir. İctimai dəyərlərdən daha çox şəxsi
dəyərlər daha üstün tutulur.
LĠBĠDO [lat. Libido – şövq, arzu, ehtiras, cəhd] – Freyd
tərəfindən fəlsəfəyə, psixoloji psixoanalitik ədəbiyyta gətirilmiş
və seksual meyli, seksual ehtiras dərəcəsini, məhəbbət instinktini,
psixi enerjini bildirən anlayış.
LOQOS [yun. legein – demək, danışmaq] – Yunan dilindəki
ilkin mənası söz, sonralar isə düşüncə, fikir, anlam, əql kimi
mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın
ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin.
LOGĠSĠZM – Riyaziyyatın əsaslandırılmasında başlıca cərə-
yanlardan biri; bütün riyaziyyatı məntiqə müncər etməyə səy
göstərir.
LOGĠSTĠKA – məntiqi hesablamaların ilkin adı. Leybnits çox
vaxt riyazi məntiqdən L. Kimi bəhs etmişdir.
LƏDÜNNĠ elm – ilham yolu ilə qazanılan bilik.
LƏVAĠH – ilk zühur edən nur parıltıları.
LƏVAMI` - ləvaihdən sonra gələn nur və təzahür.
LÖVH-i məhfuz – hifz olunan lövhə. Tanrı dərgahında olan
bu böyük lövhənin üzərinə olmuş və olacaq hər şey yazılmışdır.
Bəzi təfsirçilərə görə, Qurani Kərim də Peyğəmbər əleyhissəlama
nazil olmamışdan qabaq bu lövhədə yazılmış idi. Cəbrayıl mələyi
də nazil olunan ayələri buradan peyğəmbərə gətirmişdir.
|