F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
125
M
MAKROKOZMOS – Böyük aləm- Kainat: Kainatın hamısı
üçün istifadə edilən anlayışdır. Makrokosmos deyəndə insanı xa-
ricdən əhatə edən böyük dünya nəzərdə tutulur. Antonimi mikro-
kosmosdur.
MAKUL Aləm: Duyğuları aşan, tək zehin və saf ağıl ilə qav-
ranan aləm.
MAKSĠM [alm.=fr. Maxime; ing. Maxim; lat. Maxima regula
- ən böyük, ən yüksək qayda; osm. tr. kaide-i külliyye, mesel; ər.
خٍٍَّو
ٌّ
حذئبل
] - əxlaq ideyası yaxud Kanta görə bir insanın öz istək və
fəaliyyətlərini müəyyən etmək üzrə qoyduğu əxlaq ideyası.
MALUL: Varlığı başqasının varlığından olan hər şeydir.
MƏDƏNĠYYƏT- Etnoqrafiyada – geniş istifadə olunan anla-
yışlardan biri də mədəniyyət terminidir. Bu anlayış öz tətbiq sahə-
sindən asılı olaraq müxtəlif mənalarda işlədilir. Fəlsəfi mənada
mədəniyyət dedikdə təbiət tərəfindən deyil, yalnız insan tərəfin-
dən yaradılan bütün şeylər başa düşülür. Latın dilindən götürülən
―kultura‖ anlayışı ―hazırlanmış‖, ―emal edilmiş‖ sözlərinə uyğun
gəlir. Ümumi fəlsəfi anlayış olan ―mədəniyyət‖ anlayışı etnoqrafi-
yada bir xalqı başqasından fərqləndirən maddi və mənəvi həyat
amillərinin xüsusiyyətləri şəklində izah edilir.
MƏRASĠM – etnosun müəyyən sosial, ailə və mənəvi həyatı
ilə bağlı olan reqlamentli hadisələrdir. Adətlə fərqləndirmək üçün
onlar aşağıdakı söz birləşmələri şəklində işlədilir: dəfn mərasimi,
toy mərasimi, qonaqpərvərlik adəti, oğulluğa götürmə adəti və s.
Ad
i
l
ə
N
ə
z
ə
rova
126
MONARXİYA – (yunanca – təkhakimiyyətlilik) – elə bir idarə-
etmə formasıdır ki, burada ali hakimiiyət vətəndaşların iradəsindən
asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (im-
perator, kral, sultan, şah və s.) əlində cəmləşmişdir. Monarxiyanın
xüsusiyyətləri: ➢ hakimiyyət vərasət yolu ilə ötürülür; ➢ müddət-
siz olaraq həyata keçirilir; ➢ əhalinin iradəsindən asılı deyil.
MANĠXEĠZM [alm.Manichäismus; fr. Manicheisme; ing.
manichaeism] Əsasını İranda miladi III əsrdə Mani qoymuşdur,
onun yaratdığı yarı fəlsəfi, ideoloji, ictimai təlim. Bu təlimin
əsasında zərdüştiliyin yaxşı və pis yaxud xeyir və şərin arasında
gedən əbədi mübarizədən bəhs edən ideoloji fikirlər dayanır.
MƏBDE – ideya, prinsip, başlanğıc: İlk olan özündən, başqa
şeylərin çıxdığı təməl mənşə, əsl.
MEXANĠZM [mecanisme] – mekanikçilik: Bütün cismani
dəyişiklikləri mexaniki hərəkətlərlə açıqlamağa çalışan görüş.
METAFĠZĠK [methaphysique] – Fizik ötesi –İlm-i mababdet
tabia: ―İlk xəstəliklərin və ilk prinsiplərin elmi‖ deyə tərif olunur.
MƏQSƏD [alm. Zweck; fr. Fin; ing. End, purpose; lat. Finis;
yun. Telos; osm. tr. gaye]. Həyata keçirmək məqsədilə qurulan və
qovuşmaq istənilən məfhum, şey.
MĠF [alm. Mythos; fr.=ing. Mythe; yun. Mythos – söz, deyilən
və hiss edilən söz, nağıl, əfsanə; osm. tr. üstüre; ər. حسٛطعأ] –
tanrılar, qəhrəmanlar, əvvəlki zamanların hadisələri üzərinə
deyilənlər, nağıllar, əfsanələr. Yaxud hər hansı bir cəmiyyətdə
əfsanə formasında canlı olaraq yaşayan əvvəlki adət və ənənə-
lərdə, düşüncələrdə dilə gəlmiş olan əfsanələr.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
127
MĠFOLOGĠYA
[alm.=fr.
Mythologie;
ihology;
yun.
Mythologia; osm. tr. ilm-i esatir; ər.
شٍرآعأأ
ٌّ
ٍُع
; tr. Söylence bilim]
Miflər, mifik rəvayətlər toplusu, əsatir. Yunan mifologiyası,
mifləri tədqiq edən elm.
MONĠZM [monisme] – Bircilik-Tekçilik: Kainatdakı hər şeyi
bir tək prinsipə [maddə, ruh və ya fikir] irca edər.
MONOTEĠZM [monotheisme] – Tek Tanrıcılık-Vahdaniyyet:
bir tək ilaha inanmağı ifadə edir.
MUHAL [impossible] – İmkansız: Məntiq və metafizikada
ziddiyyəti içinə alan şeydir.
MÜHƏRRĠK [moteur] – Hareket etdiren, Kımıldatan:
Aristotelə görə Tanrı və ya aləmdə hər cür dəyişmənin, meydana
gələn xəstəliyi olan lakin özü heç bir dəyişiklik tabe olmayan sırf
hərəkətdir.
MUTLAK [absolu]: Qeydə şərtə bağlı olmayan, sərhədsiz
sonsuz, dəyişməz və müstəqil olan.
MÜSTEFAD [acquis] – Kazanılmış-Müktesep: Bir şəxs və ya
növdə əvvəlcədən var olmayıb, sonradan kəşf edilən.
MAARĠFÇĠLĠK – [ər. فسبعِ] ictimai-siyasi cərəyan; nüma-
yəndələri mövcud cəmiyyətin nöqsanlarını aradan qaldırmağa,
həmin cəmiyyətin əxlaq, siyasət və məişətini xeyir-xahlıq, ədalət
ideyalarının, elmi biliklərin, yayılması yolu ilə dəyişdirməyə
çalışmışlar.
MAGĠYA [yun. Magia – cadügərlik, sehrbazlıq, ovsunculuq]
– ibtidai din formalarından biri; aydın olmayan hadisələr sehirli
qüvvələrin təsirinə aid edilir; bu forma insan və heyvanlara,
Ad
i
l
ə
N
ə
z
ə
rova
128
təsəvvürə gətirilən ruhlara təsir göstərmək məqsədi daşıyan
ayinlərin məcmusunda ifadə olunur.
MAN [alm. Man – qeyri-müəyyən şəxs əvəzliyi] – ekzis-
tensializmin əsas anlayışlarından biri; Haydegger tərəfindən elmə
gətirilmişdir.
MANDEĠZM – e.ə. I minilliyin ikinci yarısı – eramızın
başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini
təlim.
MANĠLĠK – Zərdüştiliyin, budizmin, xristianlığın, qnostisiz-
min və digər təlimlərin təsiri altında yaranmış dini-fəlsəfi təlim.
MATERĠALĠZM [lat. materialis – maddi, real] – idealizmə
əks elmi fəlsəfi cərəyan.
MATERĠYA [alm. Materie; fr. Matière; ing. Matter; lat.
Materia, materies; yun. Hyle; osm. tr. madde; ər. ح
ّدآِ] – Dekarta
görə maddə məkan tutan hər şeydir. Materiya ruhun əksidir.
Maddi olanlar ruhi və mənəvi olanlarla eyni mahiyyətdən deyil.
İnsan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan
və həmin şüurda iniaks etdirilən obyektiv reallıq. Maddə və
formanın, reallığın iki ideyası olduğunu irəli sürən təlimə isə
Hilemorfizm [alm. Hylemorphismus; fr. Hylèmorphisme; ing.
Hylemorphism; yun. Hyle – maddə, morphè - forma] deyilir.
MATRĠARXAT [mater – ana, yun. Arche – hakimiyyət] –
ibtidai icma quruluşunun qəbilə təşkilinin forması; istehsalda
[nəslin tərbiyə edilməsi, ictimai təsərrüfatın aparılması, ailənin
saxlanması və digər mühüm həyati funksiyalar] və qəbilə
icmasının sosial həyatında [icma işlərinin idarə edilməsi, onun
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
129
üzvləri
arasındakı
münasibətlərin
tənzimlənməsi,
dini
ayinlərinicra edilməsi və s.] qadının aparıcı rolu ilə səciyyələnir.
MATERĠALĠZM [alm. Materialismus; fr. Materialisme; ing.
Materialism; osm. tr. maddiye; ər. ٌّ خ
ٌَّدآِ] – hər növ reallığın hətta
ruhi və mənəvi olanların da əsasını maddədə görən, maddədən
başqa heç bir şeyin olmadığınl iddia edən dünyagörüşü. Hərşeyi
maddə və ya maddəyə aid olana irca ediləbilər olduğunu iddia
edən fəlsəfi bir sənətdir.
MAXĠZM – bax Max, Empiriokritisizm.
MAHAYANA [sanskritcə - böyük araba və ya böyük yol] –
budizmin ən böyük [hinayana ilə yanaşı] variantlardan biri.
MAHATMA [sanskritcə - mahatma] – 1] hind mifologiyası və
teosofiyasında dünya ruhu; ―ilahi, fövəladə insan‖; 2] hindistanda
görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
MAHĠYYƏT [alm. Wesen; fr.=ing. Essence; lat. Essentia;
yun. Ausia; osm. tr. zat, mahiyet ər. خٍ٘بِ] – varlığın əslini təşkil
edən şey. Əsas xüsusiyyət, təməl əsas. mövcud şeyin mənası,
bütün digər şeylərdən, bu və ya digər şəraitin təsiri altında şeyin
dəyişkən vəziyyətlərdən fərqli öz-özlüyündə mövcud olan.
MEDĠTASĠYA [lat. meditatio – fikirləşmə, düşünmə] – məq-
sədi insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli
fəaliyyət.
MERĠTOKRATĠYA [lat. meritus – layiqli, yun. Kratos –
hakimiyyət] – burjua politologiyasında anlayış; şəxsi xidmət və
bacarıqları əsaslarında seçilmiş şəxslərdən ibarət hökümət
tərəfindən idarə edilən cəmiyyət ifadə olunur; ―postindustrial
Ad
i
l
ə
N
ə
z
ə
rova
130
cəmiyyət‖ və ya ―bilik cəmiyyəti‖nin [―istehlak cəmiyyəti‖ndən
sonra gələn] sinonimidir.
METAQALAKTĠKA [hərfi mənada ―qalaktikadan kənarda
olan‖] – mlrd.-larla qalaktikaların daxil olduğu kosmik sistem.
METANƏZƏRĠYYƏ – Tədqiqat predmeti hər hansı digər
nəzəriyyə olan nəzəriyyə.
METAMƏNTĠQ – Müasir formal məntiqin sistem və
anlayışlarını tədqiq edən nəzəriyyə [Metanəzəriyyə].
METARĠYAZĠYYAT [sübutlar nəzəriyyəsi] – formal
sistemlərin və hesablamaların müxtəlif xassələrinin öyrənilməsilə
məşğul olan nəzəriyyə.
METAFĠZĠKA [alm. Metaphysik; fr. Mètaphysique; ing.
Metaphysics; yun. Meta physika; osm. tr. mabad-et-tarbiya].
Varlığın son təməlləri, özü və anlamı haqqında təlimlər.
Aristotelin ilk fəlsəfə adını verdiyi ―bütün var olanlar üçün ortaq
ideyalar‖ı araşdıran abidə.
1. ―M.‖ termini e.ə. I əsrdə Aristotelin fəlsəfi irsinin bir
hissəsini göstərmək üçün meydana gəlmişdir.
METOD [alm. Methode; fr. Mèthode; ing. Method; lat.
Methodus; yun. Methods; osm. tr. usul] – bir qayəyə çatmaq üçün
izlənilən, tutulan yol. Elmlərdə müəyyən bir nəticəyə qovuşmaq
üçün gedilən yol.
METODOLOGĠYA [alm. Methodologie, methodenlehre; fr.
Mèthologie; ing. Methodology; osm. tr. usuliyat] xüsusilə fəlsəfə
və elm sahəsində metod araşdırmaq və yeni üsullar əmələ
gətirmək şərtillə ideyaları inkişaf etdirən elm. Hər hansı elmdə
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
131
istifadə olunan idrak vasitələrinin, metodlarının, üsullarının
məcmusu.
MEXANĠSĠZM – Təbiət və cəmiyyətin inkişafını materiya
hərəkətinin mexaniki formasının ən universal hesab olunan və
maddi hərəkətin bütün növlərinə şamil edilən qanunları ilə izah
edən dünyagörüşü.
MƏDƏNĠYYƏT [ər. خٍٔذِ]– varlığın və şüurun bütün
sahələrində bəşəriyyətin predmetləşdirmə [sərvətlər, normalar,
işarə sistemləri yaradılması və s.] və predmetsizləşdirmə mədəni
irsin mənimsənilməsi] proseslərin dialektik vəhdətindən ibarət,
gerçəkliyin yenidən dəyişdirilməsinə, bəşər tarixi zənginliyinin
şəxsiyyətin daxili zənginliyinə çevrilməsinə, insanın mahiyyət
qüvvələrinin hər vasitə ilə aşkara çıxarılmasına və inkişaf
etdirilməsinə yönəldilmiş sosial-mütərəqqi yaradıcı fəaliyyəti.
MƏZDƏKĠLĠK – V əsrin sonunda İranda yaranmış, sonralar
Azərbaycanda və bir sıra qonşu ölkələrdə geniş yayılmış dini-
fəlsəfi və sosial təlim.
MƏCBURĠYYƏT [alm. Notwendigkeit; fr. Nècessitè; ing.
Necessity; lat. Necessitas; osm. tr. zaruret; ər. حسٚشض] –
olduğundan başqa olmama hallı. Məntiqi riyazi anlamda
məcburiyyət. Anlamların və prinsiplərin məntiqi əlaqəsində və
nəticələrində olur. Düşüncə baxımından məcburi reallıqlar.
MƏFHUM [alm. Begriff; fr. Concept, notion; ing.
Conception, notion; lat. Conceptus, notia; yun. Logos, ènoia;
horos, noema; osm. tr. mefhum; tr. Kavram; ər. ٌّ
َٛٙفِ] –
obyektlərin yaxud da hadisələrin müştərək xüsusiyyətlərini ehtiva
edən və bir müştərək adda cəm edən ümumi kəlmələr.
Ad
i
l
ə
N
ə
z
ə
rova
132
MƏDƏNĠYYƏT [alm. Kültür; fr. = ing. Culture; lat. Cultura;
colere – baxmaq, həsrətində olmaq; osm. tr. hars.] 1. Konkret
mənada bədənlə və ruhla əlaqəsi olan müəyyən qabiliyyətləri
inkişaf etdirmək, əqli və əxlaqi savaddır.
MƏĠġƏT [ər. خشٍعِ]– cəmiyyət həyatının insanın özünün
təkrar istehsalı ilə bilavasitə bağlı mühüm sahələrindən biri; qida
məhsulları, paltar, mənzil, istirahət, əyləncə, sağlamlığın
mühafizə edilməsi və s. tələbatın öyrənildiyi maddi və mədəni
mühit.
MƏN [alm. Ich; fr. Moi; lat. Ego; osm. tr. ene; ər. بٔأ] –
türkdilli terminologiyaya aiddir. 1. Şüurlu olaraq özünü
başqalarından fərqləndirən, ayıran kəlmə. Aləmə və öz-özünə fəal
yanaşan, münasibət
bəsləyən insan şəxsiyyətinin,
insan
fərdliliyinin mənəvi mərkəzi. Dekart məni düşünən varlıq hesab
edirdi.
MƏNAFE – fərdlərin, sosial bliklərin [sinfin , millətin, peşə
qrupunun] hərəkətlərinin sosial davranışını müəyyən edən səbəb.
MƏNTĠQ [alm. Logik; fr. Logique; ing. Logic; yun. Logike –
tekhne; ər. كطِٕ] - ərəb dilindəki كطٔ [I babda] felinin mim
məsdəiridir. Dilimizə hərfi mənada danışma, nitq söyləmə
mənalarına uyğun gəlir. Əslində isə düzgün fikirləşməyin metodu,
düşüncənin varlıq formalarının, elementlərinin, növlərinin,
imkanlarının qanun və qaydalarının elmi. Məntiq elminin qolları
və şaxələri çoxdir, bax dialektik məntik, riyazi məntiq, formal
məntiq, psixoloji məntiq, filoloji məntiq və s. hər şeyi məntiqinə
uyğunlaşdırmağa isə məntiqçilik [logismus] deyilir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
133
MƏHƏBBƏT [ər. خجِٙ]– insanların qarşılıqlı maraq və
meyllərinə əsaslanan ünsiyyət və yaxınlıq münasibətlərindən
doğan dərin intim hiss.
MƏKAN [alm. Raum; fr. Espace; ing. Space; lat. Spatium;
osm. tr. mekan; ər. ْبىِ] – daxilində bir cismin ola biləcəyi
yerlərin hamısını göstərən termin. Bütün var olanları içərisində
ehtiva etdiyi yer. Fəlsəfənin təməl anlamı olaraq daha əvvəl
Yunanlı atomistlərdə də vardır.
MƏSULĠYYƏT [alm. Verantwortung; fr. Responsabilitè; tr.
Sorumluluk; ing. Responsability; osm. tr. mesuliyet; ər. خ
ٌٍّٔٛغِ] –
insanın öz fəaliyyətlərini yaxud da öz təsir sahəsinə daxil olan hər
hansı bir hadisənin nəticələrini öz boynuna götürməsi.
MĠKROSOSĠOLOGĠYA [yun. Mikros – kiçik] – sosio-
logiyanın bölməsi; öyrənmə obyektini [üzvləri bir-biri ilə sabit
şəxsi ünsiyyətdə olan tərkibcə azsaylı sosial qruplar] təşkil edir.
MĠLLƏT [ər. خٍِ]– insan birliyinin tarixən təşəkkül tapmış və
xalqı əvəz etmiş forması, insanların yeni sosial və beynəlmiləl
birliyi.
MĠMANSA [sanskritcə - tədqiqat, mülahizə] – hind fəlsəfə-
sinin ortodoksal sistemlərindən biri.
MĠSTĠSĠZM [alm. Mystizismus; fr. Mysticisme; ing.
Mysticism; osm. tr. tasavvuf; tr. gizemçilik] – ruhi – mənəvi hal
və tutum, naməlum qalan və üstüörtülü olan məsələlər, İlahi
müşahidə yolu ilə həqiqətlərə, yaxud Tanrıya qovuşma fəaliyyət-
ləri. Mistisizm bəzən fövqəltəbii bir qüdrəti əldə etmək və işlərini
bu qüdrətin sayəsində həyata keçirə bilmək üçün həqiqətlərin
səbəblərini bilib ortaya çıxarmaq fəaliyyətləri kimi də xarakterizə
Ad
i
l
ə
N
ə
z
ə
rova
134
edilir. İnsanın təbiət üstü aləmlə səmimi bir şəkildə doğrudan
doğruya əlaqə qurub birləşməsinin imkanına inanan, qaynağı ağıl
və duyğular olmayan üstün bir məlumat hiss gücü və vəcd yoluyla
əldə etdiyinə inanan, beləcə Allaha çatıldığını irəli sürən görüş.
MĠSTĠK [alm. Mystichh; fr. Mystique; ing.mystic; mystical;
yun. Mystikos – myein – gözlərini yumub bağlamaq, örtmək;
osm. tr. tasavvuf; ər. فٛصر] – hissi idrakın xaricində sirli sehirli
mənəvi nurlanmağa aid olan.
MĠFOLOGĠYA [yun. Mytologia, muthos – rəvayət, əfsanə,
logos – təlim, söz] gerçəkliyin ibtidai şüurda qədim dövr üçün
səciyyəvi olan şifahi xalq yaradıcılığında təcəssümləşmiş fantas-
tik inikası.
MODALLIQ [məntiqdə] [lat. modus – ölçü, üsul] – mühaki-
mənin, həmin mühakimədə söylənilən iqrari fikrin ―qüvvəsinə‖
xarakteristikası: mühakimə zəruri, mümkün, təsadüfi, qeyri müm-
kün və s. ola bilər.
MODELLƏġDĠRMƏ [ fr. Modele – nümunə, ilkin nümunə]
– müəyyən obyektin xarakteristikalarının öyrənilməsi üçün
onların xüsusi yaradılmış digər obyektdə təkrar yaradılması.
MONARXĠYA – [alm.=fr. Monarchhie; ing. Monarchy; yun.
Monos – tək, yeganə. Arkhein - suverenlik] – bir nəfərin
suverenliyi, hakimiyyəti. Dövlət gücünün bir nəfərin əlində cəm
olunmasını bildirən dövlət forması.
MONADA [alm.=fr.=yun. Monas – vahid] – varlığın struktur,
substansional vahidini ifadə edən fəlsəfi termin.
MONĠZM [alm. Monismus; fr. Monisme; ing. Monism; yun.
Monos – tək, vahid; osm. tr. vahdetiye; ər. خ
ٌّذدٚ] – bütün mövcu-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
135
datın əsasında bir başlanğıcın dayandığını qəbul edən fəlsəfi
təlim.
MONOTEĠZM – [alm. Monotheismus; fr. Monotheisme; ing.
Monotheism; yun. Monos – tək, yeganə. Theos – Tanrı. osm. tr.
vahdetiye - ər. خٍرذدٚ] – Ancaq bir Tanrının varlığını qəbul edən
din və fəlsəfi təlim.
MORFOLOGĠYA [alm. , fr. Marphologie; ing. Marphology;
yun. Morphe = forma, logos = elm; osm. tr. mebhasu-l eşkal; ər.
يبىشِآ
ٌّ
طبذجِ
]
MOTĠV [alm. Motiv; fr. Motif; ing. Motive; lat. Movere –
qımıldatmaq; osm. tr. saik; ər. هٌٔبع] – hər hansı bir istəkdən doğan
fəaliyyətin səbəbi, hərəkətverici qüvvəsi. Motivasiya isə istəyin
motivlərlə təyin edilməsidir. Motiv insanın tələbatını təmin
etməyə yönəlmiş hərəkəti şərtləndirən düşünülmüş meyldir.
MƏAD – Axirət dünyası, insanların öldükdən sonra həşr
olunduqları yer.
MƏBDƏ – Başlanğıc, birinci olan. Özündən başqa şeylərin
törədiyi ilkin mənşə.
MƏFKURƏ [alm.=ing. Idea; fr. Idèal; osm. tr. mefjure; ər.
حسٛىفِ; tr. Ülkü ] – fikir, məfkurə, qayə, insanı hisslər dünyasının
fövqünə çıxaran qayə. 1. Ən yüksək, ən yetişkin həqiqət.
Mücərrəd olaraq düşünülmüş şey. 2. Ancaq ideya olaraq var olan.
MƏXLUQAT – Yaradılmışlar, Allahdan başqa bütün varlıqlar
məxluqat hesab olunur. Çünki yeganə yaradılmayan varlıq
Allahdır. O ilkin varlıq və bütün varlıqların səbəbidir. Tanrının
varlığı üçün yaradılma, bölünmə və məhv olma kimi xüsusiy-
yətləri düşünmək olmaz. Onun varlığı zəruridir. Yəni var olma
Ad
i
l
ə
N
ə
z
ə
rova
136
etibarı ilə özündən başqa heç nəyə ehtiyacı olmayandır. Tanrının
varlığından başqa bütün varlıqlar isə mümkün varlıqlardır. Onlar
var olmaları üçün Tanrının varlığına möhtacdırlar.
MÜDDƏT [alm. Dauer; fr. Durèe; ing. Duration; osm. tr.
müddet, sayrure] – öz bütünü daxilində alınmış, məhdud bir
zaman parçası, axıb gedən zaman dilimində bir parça.
MÜMTƏNĠ [vacib əl – mümtəni] Yoxluğu müqabilində
varlığı düşünülməyəndir. Allahın yoxluğunun düşünülməməsi,
dörd sayının tək olmasının iddia edilə bilməməsi kimi. Müm-
teninin xüsusiyyəti heç bir vəchlə var olmamasıdır. Bu onun
mahiyyətinin gərəyidir. Mümtenini əqlənvar olan bir obyekt kimi
təsəvvür etmək belə mümkün deyil. Buna Muhal və ya müstəhil
də deyilir. İkinci bir Tanrı ideyası heç bir zaman düşünülə bilməz.
MÜMKÜN [alm. Kontingent; fr.=ing. Contingent; lat.
Contingens; osm. tr. ٌّ
ٓىِّ] – nə zəruri, nə də imkansız olan, yəni
nə olmayan nə də mütləq olan.
MÜNTƏHĠ – Sülukunda sona çatmış şəxsdir. müntəhi sona
çatan, bitən, kamilliyə çatmış.
MÜSTƏFAD – Şərq peripatetiklərinin ―əqllər‖ nəzəriyyəsinə
görə, müstəfad əql qazanılmış olub, şəxsin özünə aid deyil.
MÜġTƏRƏKLĠK [alm. Gemeinschaft; fr. Communautè; ing.
Community; osm. tr. cemaat] – ortaq olmanın təyinatı. Ortaqlaşa
həyata keçirilən maddi və mənəvi dəyərlərə əsaslanan ictimai
kontakt.
MÜSTƏĞNĠ – Zəngin olmaq, ehtiyacı olmamaq.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
137
MÜTƏMADĠ [alm. Kontinuierlich; fr. Continu; ing.
Continuous; lat. Continium; osm. tr. metamadi; ər. يدآّزِ] – öz
daxilində daimi olaraq davam edən, gedən zaman.
MÜTƏSƏVVĠF – Təsəvvüflə məşğul olan.
MÜTLƏQ [alm. Absolut; fr. Absolu; ing. Absolute; lat.
Absolutus = həll olan, osm. tr. mütləq; ər. كٍطِ] – öz başına var
olan, heç bir şeylə bağlı olmayan, müstəqil, şərtsiz. Heç bir şeylə
məhdudlaşdırılmayan. Metafizikada olduğu kimi, düşüncədə də
heç bir başqa şeylə bağlı olmayan və varlıq səbəbini özündə
daşıyan şey. Heç nədən asılı olmayıb, sərhəd tanımayan, müstəqil
olaraq baş verən hal və hadisələri ifadə edən məfhum. Həqiqətdə
olan mütləqlik öz ifadəsini insan düşüncəsində tapır.
MÜTLƏQĠYYƏT [alm. Absolutismus; fr. Absolutisme; ing.
Absolutism; osm. tr. mutlakiyet; ər. خٍمٍطِ] – ideyaları, normaları.
Terminləri doqmatik bir formada saf olaraq qoyan görüş. Saf
dəyərlərin, saf doğrularım ortaya çıxdığını müdafiə edən görüş.
MÖVCUDLUQ [ər. خٌدٛﺟِٛ]– bir-birilə əlaqədə və qarşılıqlı
təsir halında dəyişən şeylərin bütün rəngarəngliyi.
MÜQAYĠSƏ [ər. خغٌبمِ]- obyektlər arasındakı oxşarlıq və ya
fərq əlamətini [yaxud hər ikisi birlikdə] müəyyən etmək məqsədi
ilə onların bir-birilə tutuşdurulması, fərqləndirilməsi.
MÜQƏDDƏM [alm. Antecedent; fr. Antècèdent; ing.
Antecedent; lat. Antecedens; osm. tr. mukaddem; ər. ٌّ
َذمِ] –
məntiqdə nəticənin çıxardığı prinsip və yaxud prinsiplər.
MÜQƏDDĠMƏLƏR [ər. خِذمِ]– məntiqdə, əqli nəticələrdə
yeni mühakimənin [nəticənin] alındığı mühakimələr.
Ad
i
l
ə
N
ə
z
ə
rova
138
MÜQƏDDƏS [alm. Heilig; fr. Saint; ing. Saint, holy; sanctu;
osm. tr. kutsi; طذمِ] – Tanrıya həsr edilmiş olan, Tanrıya aid olan,
bütün var olanların, yer üzünə bağlı olanın üstündə yüksələn, on-
dan tamamilə başqa olan. Yaxud da əxlaqi yetişkənliyə çatan, bu
yolla Tanrıya yaxınlaşan insanların necəliyi. [Əzizlər, övliyalar,
kəramət sahibləri].
طَّذل [ًَّعف] [ًعفِ] طذمِ
MÜLAHĠZƏ [ər. حضُِ٘] – müasir formal məntiqdə müəyyən
dildə verilən təklif; onun həqiqiliyinə [həqiqidir, yalandır] və ya
modallığına [ehtimaldır, mümkündür, mümkün deyil, zəruridir və
s.] verilən qiymətlərlə əlaqədər nəzərdən keçirilir.
MÜLKĠYYƏT [ər. خٍىٍِ] – hər hansı obyektlərin subyektə
məxsus olması.
MUXTARĠYYƏT [alm. Autonomie; fr. Autonomie; ing.
Autonomy; yun. Autos – öz, nomiso – qayda; osm. tr. muhtariyet]
– bir adamın, bir cəmiyyətin özünün qoyacağı qaydalara özünün
tabe olacağı. muxtariyyət : is. [ər.] Daxili qanunvericilik və
idarəetmə işlərində sərbəst olma hüququ; özünüidarə.
MÜNASĠBƏT[ər.خجعبِٕ] bütün hadisələrin qarşılıqlı əlaqə anı.
MÜTLƏQ [ər. كٍزِ] – ―özü onun özü üçün kafi olan‖ digər
heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks
etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz
subyekti ifadə etmək üçün idealist fəlsəfəsində işlənir.
MÜHARĠBƏ [ər. خثسآِٙ]dövlətlərin və bu dövlətlər daxilində
siniflərin siyasətinin zorakılıqla davam etdirilməsindən ibarət olan
ictimai-siyasi hadisə.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
139
MÜCƏRRƏD [alm. Abstrakt; fr. Abstrait; ing. Abstract; lat.
Abstractum – çəkib çıxarılmış, sıyrılmış; osm. tr. mücerret; ər.
دّشجِ] – mücərrədlik ilə əldə edilmiş bir düşüncə. Mücərrəd
anlamlar ehtiva edən məfhum.
MÜCƏRRƏDLĠK [ər. دشجِ] – həqiqəti nəzəri dərk etməyin
elmi cəhətdən müəyyənləşdirilmiş müşahidə və eksperiment
faktları ilə bağlı olmayan mücərrəd məntiqi mühakimələrə
əsaslanan üsulu.
MÜġAHĠDƏ [alm. Beobachtung; fr.=ing. Observation; tr.
Gözlem; osm. tr. müşahede; ər. حذ٘بشِ] – bir obyekt, yaxud bir
hadisənin xüsusiyyətlərini bilmək şərtilə diqqətli və planlı olaraq
araşdırılıb tədqiq edilməsi. Müşahidə əslində bütün empirik
eılmlərin ilkin şərtidir. Lakin, bu o demək deyildir ki, tənqid
edilmdən keçərli olmaz, çünki ən dəqiq müşahidələr belə
nöqsansız, xətasız olmaz.
Ad
i
l
ə
N
ə
z
ə
rova
140
N
NATURALĠZM [alm. Naturalismus; fr. Naturalisme; ing.
Naturalism; ər. خٍعٍجطٌأ; lat. natura – təbiət + ism] – hər şeyi təbiətə
əsaslandıraraq tədqiq edən dünyagörüşü. Təbiətə verilən anlam
baxımından fərqli anlamlar verir. Təbiətin xaricində heç bir
həqiqət və dəyər olmadığını irəli sürən doktrina
NATÜRĠZM [naturisme] – Təbiətpərəstlik: Dinin başlan-
ğıcında Günəş, Ay, Ulduzlar və Od kimi təbii varlıqlarla Fırtına
kimi təbiət hadisələrindən eşidilən qorxu və gözlənən ümid
nəticəsində onlara bir şəxsiyyət verib, tapma surətiylə ortaya
çıxdığını irəli sürən görüş.
NƏFS-i Natika: Düşünən və düşündüyünu söyləyən nəfs,ruh.
NOMĠNALĠZM [nominalisme] – İsimcilik: Ümumi fikirlərin
və küllülərin nə zehində, nə zehnin xaricində, özündən və ya
təcrübənin məhsulu olaraq olmadıqlarını, onların bir xəyal və
addan yəni, yalnızca əşyanın adları olduğunu və bir termindən
ibarət olduğunu qəbul edən görüş.
NOUS: Aləmi tənzim edən və maddi olmayan mebde prinsip.
NAĠTĠVĠZM – İdrakın mistik-dini xarakteri haqqında idealist
təlim; təlimdə həqiqət realist-məntiqi yolda və ya diskursiv qay-
dada deyil, guya qəflətən heç bir hazırlıq olmadan, təkcə qeyri-
şüuri ilhamın, yəni ilhamlanmanın nəticəsində yaranmış, ilahi təl-
qin şəklində insana yuxarıdan söylənilmiş fikrin köməyilə açılır.
NAMUS – Fərd tərəfindən özünün ictimai əhəmiyyətini,
dəyərini dərk etməsini və bu dəyərin cəmiyyət tərəfindən qəbul
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
141
edilməsi anlarını özünə daxil edən əxlaqi şüur anlayışı;etik
kateqoriya.
NATURA [alm. Natur; fr. Nature; lat. Natura; yun. Physis;
osm. tr. tabiat; ər. خعٍجط; tr. doğa] – 1.Hər bir var olan şeyin sırf
özünü təşkil edən şey yaxud struktur. 2.Insanın əsasını qoyduğu
sistemlər, formalarla [mədəni, sosial, texniki] əksliklər içərisində
öz-özünə meydana gələn, formalaşan. 3.İnsanın qarşısında olan,
ona yad olan və buna görə də məlum olmayan, naməlum qalan, öz
qüdrətindən üstün olan, onun xaricində olan. 4.Hiss edilən və dərk
edilən, qavranılan hər şey. 5.Kainat. 6.Hər şeyi öz mahiyyətində
ehtiva edən bütün həqiqətlər. 7.Yaradıcı, xəlq edici varlıq. 8.
Dünyaya gətirən, formalaşdıran, inkişaf etdirən, qoruyub bəsləyən
―ana təbiət‖. 9.Təbiət elmlərinin mövzusu olan, dəyərlərin
xaricində olan həqiqət – canlı, cansız təbiət mənasında.
NAFĠ – Olmaq – boş olmaq, mənasız gəlmək.
NƏHV - Ərəb dilinin qrammatikasına verilən addır.
NƏSĠL [alm. Generation; fr. Gènèration; ing. Generation; lat.
Generatio; generare – doğurmaq; osm. tr. nesil; ər. ًٍغٔ] – ümumi
olaraq eyni illərdə doğulan və eyni zəmanənin şərtlərini və beləcə
bir-birinə bənzəyən sıxıntıları, taleləri yaşamış, oxşar tapşırıqlarla
məsul olmuş insanların toplusu.
NƏSĠL – Sosial həyatın ən mühüm anlayışlarından biridir.
Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının
ittifaqıdır. Antik dünyada nəsil sözünə ―gens‖ anlayışı uyğun
gəlir. Ana nəsli (Matriarxat – latınca ―mater‖- ana, yunanca
―arxe‖ – hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir.
Ananın hökmüranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki, bu
Ad
i
l
ə
N
ə
z
ə
rova
142
vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular.
Matriarxatizm ana xətti ilə qohum olan qan qohumlarının
ittifaqıdır. Ata nəsli (Patriarxat – yunanca ―patriarxe‖-nəslin
başçısı) kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada
bu quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü
kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə
müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur.
Patriarxatizm isə ata xətti ilə qohum olan qan qohumlarının
ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında ―klan‖ termini ata nəsli
termini ilə sinonim sayılır.
NƏZARƏT – bu termin sufi terminologiyasında orijinal adı
ilə ―mürakəbə‖ adlanır. Nəzarət Allah-təaladan qullara istiqamət-
lənən bir hal olduğu kimi, qulun da öz nəfsi üzərində nəzarəti
mümkündür. Bunu həyata keçirən sufi, nəfsini daim nəzarət
altında saxlayaraq, onu günah əməllərdən, şəhvani duyğu və
düşüncələrin əsirliyindən azad edir. Qul nəfsini nəzarət altında
saxlamaqla öz üzərində ilahi nəzaərti unutmur.
NƏZƏRĠ [alm. Theoretisch; fr. Thèoretique; ing. Theoretic;
yun. Theorikos – nəzəriyə ilə bağlı; theoretikos – gözləməni,
tədqiq etməyi sevən;əs.tr. شظٔ] – nəzəriyyə ilə bağlı olan, teorik
düşünmə ilə biliyə yönələn şey.
NÜBÜVVƏT – Peyğəmbərlik. İslam dininə etiqad edən
müsəlmanların iman əsaslarından biri də peyğəmbərlərə imandır.
Peyğəmbər insanla Tanrı arasında vasitəçidir. Peyğəmbərlərə
iman, insanlara doğru yolu göstərmək üçün Allah tərəfindən
seçilmiş şəxslərin göndərilməsinə və onların Allahdan gətirdiyi
hər şeyin doğru və həqiqət olduğuna inanmaq, peyğəmbərlər
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
143
haqqında vacib, qeyri-mümkün və caiz olan şeyləri və
xüsusiyyətləri bilib, beləcə təsdiq etməkdir.
NÜMAYĠġ [alm.=ing. Demonstration; fr. Dèmonstration; lat.
Demonstratio; osm. tr. bürhan; tr. Tanıtlama; ər. ٌاهشت] – önə
sürülən bir müdafiənin həqiliyini məntiqi metodla göstərmək,
nəticənin doğruluğunu göstərmək üçün, doğru olaraq məlum olan
yaxud da doğru sayılan ilkinlərə əsaslanaraq edilən mənalı
göstəriş.
NEÇƏLĠK [alm. Quanität; fr. Quanitè; ing. Quantity; lat.
Quantitas; yun. Posofei; osm. tr. kemiyet; ər. حًَُّك] – ölçülə bilən,
azalıb çoxala bilən böyüklük, necə, nə qədər, nə böyüklükdə–
kimi sualların qarşılığı.
NECƏLĠK [alm. Qualität; fr. Qualitè; lat. Qualitas; yun.
Poiotes; tr. keyfiyet; ər. خ
ٍَّفٍو]
NEQATĠV [alm. Negativ; fr. Nègati; ing. Negative; osm. tr.
menfi; ər.] – pozitiv olmayan, pozitivin əksi, neqativ enerji,
neqativ rəy və s.
NEMƏT [ər. خّعٔ]– müsbət sərvəti ifadə etmək üçün fəlsəfədə
işlədilən ən geniş anlayış.
NEOPOZĠTĠVĠZM – XX əsr fəlsəfəsinin cərəyanlarından
biri, poztivizmin müasir forması.
NƏFY [alm.=ing. Negation; fr. Nègation; yun. Apophasis; lat.
Negatio; osm. tr. nefiy] – irəli sürülən bir tezisi tanımamaq.
NƏZƏRĠYYƏ [ər. خٌسضٔ] – gerçəkliyin bu və ya digər
―fraqmenti, parçası‖ haqqında səhih, dürüst birliyin ümumi-
ləşdirilmiş sistemi; həmin parçanı təşkil edən obyektlərin müəy-
yən məcmusunu təsvir və izah edir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
144
NƏTĠCƏ [alm. Schluss, schlussats, konklusion; fr.=ing.
Conclusion; lat. Conclusio; ər. خجٍزٔ]- verilən səbəblərdən
çıxarılan hökmlər. Əgər səbəblər doğrudursa nəticələri də çox
zaman doğru olur. Nəticə yalnışdırsa, səbəblər heç vaxt doğru ola
bilməz.
NĠFRƏT [alm. Hass; fr. Haine; ing. Hate; osm. tr. nefret; ər.
حشفٔ] – nəyəsə istiqamətlənmiş hiss. Kiminsə pisliyini istəməyə
istiqamətlənmiş hiss. Yox etmə istəyinə varan bir xatırlama.
NĠKBĠNLĠK [alm. Optimismus; fr. Optimisme; ing.
Optimism; osm. tr. nikbinlik] – ümumiyyətlə hər şeyi yaxşı
tərəfindən görmə, hər vəziyyətdə yaxşı bir çıxış yolu uman
dünyagörüşü. Ən yaxşı gələcəyə, xeyirin şər üzərində, ədalətin
ədalətsizliyin üzərində təntənəsi imkanına etiqad və inamdır.
NĠRVANA [sanskritcə, hərfən – sönmə] – budizmin [həmçinin
çaynizmin] dini fəlsəfəsinin əsas anlayışı; bir növ ―xilas‖
mənasını ifadə edir. İnsanın ruhi meyllərinin yüksək halını, son
məqsədini bildirir. Bu səbəbdən insan bütün növ maddi ləzzət-
lərdən, zövqlərdən uzaq düşməlidir.
NĠTQ [ər. كطٔ] – insanların bir-biri ilə ünsiyyətindən, bu və ya
digər dilin vasitəsilə onun öz fikirlərinin ifadə etməsindən və
başqalarına çatdırılmasından ibarət fəaliyyəti.
NĠHĠLĠZM [alm. Nihilismus; fr. Nihilisme; ing. Nihilism; lat.
Nihil – heç nə, heç şey; osm. tr. ademiyyun mezhebi] – ümumi
olaraq var olan dəyərlərə, görüşlərə, sistemə qarşı çıxan, heç bir
dəyər tanımayan görüşlərə verilən addır. Heç bir müsbət ideala
bağlı olmayan mütləq nöqtəyi-nəzər.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
145
NĠZAM [alm. Ordung; tr. düzen fr. Ordre; ing. Order; osm. tr.
nizam; ər. َبظٔ]. Bəzi elementlərin daxilində hər birinin müəyyən
bir yeri olan bir birlik qurmaq şərtilə az yaxud da çox sağlam bir
formada bir yerə sığışması. Yaxud da çoxlarının bir yerə, bir
məqsədə, bir amala görə yığışması.
NYAYA [sanskritcə, hərfən – qayda, qanun, ümumiyyətlə
məntiq] – qədim hind fəlsəfəsinin ortodoksal sistemlərindən biri.
NYU realizm [alm. Neurealismus; fr. Nèo-rèalisme; ing. New
realism] – zəmanəmizdə Kembricdə ortaya çıxan hər şeyi
metafizik formada yorumlayan, baxışlarının böyük əksəriyyətinin
metafizik idealizmdən qaynaqlandığı fəlsəfi təlim. Təbiəti əsas
hesab edən nyu realistlər fəlsəfə problemlərini təbiət elmlərinin
metodu ilə həll etmə yolunu seçirlər.
Nyu idealizm [alm. Neuidealismus; fr. Nèo-idèalisme; ing.
Neo-idelaism] XIX əsrin ikinci yarısından sonra materializm,
pozitivizm və naturalizmin hökmranlığı qarşısında – idealizmi
yenidən canlandırmağa çalışan cərəyanlar.
NYUKANTĠZM [alm. Neukantianismus; nèo-kantisme; ing.
Neo-kantianism] – XIX əsrdə fəlsəfəni çökməkdən qurtarmaq
üzrə xüsusilə də bilik tənqidçisi baxımından Kanta istiqamətlənən
tədqiqatlar. Ən yüksək nöqtəsinə XX əsrdə çatmışdır.
NOMĠNALĠZM [lat. nomen – ad] – orta əsr fəlsəfəsində
cərəyan; anlayışları ayrı-ayrı predmetlərin adı hesab etmişdir.
NOOSFER [yun. Nous – zəka, sphaira – sfera, sahə; zəka
sferası] – planetimizin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş
sahəsi.
Ad
i
l
ə
N
ə
z
ə
rova
146
NORMA [alm. Norm; fr.=ing. Norme; lat. Norma; osm. tr.
kaide, numune] – 1. Günahlandırma və dəyərləndirmənin özünə
görə həyata keçirildiyi meyar. Tabe edilməsi vacib olan qayda,
qanun. Fəlsəfədə əxlaq, estetik və məntiq normaları da mövcud-
dur. Buna görə də bu fəlsəfə sahələri normaları qoyan yəni nor-
mativlər adlanır.
NOUMEN [yun. Noumenon] – fenomenin əksinə olaraq yal-
nız ağılda dərk edilən mahiyyəti ifadə edən termin. Hisslər vasitə-
silə dərk olunmayan, sırf əqllə qavranılan deməkdir.
NOUS [yun.=lat. Intellectus; əql] – Kainatı sistemləşdirən və
qeyri maddi olan ideya. İnsanın ən yüksək bacarığı.
NÖV [alm. Art; fr. Espèce; ing. Species; lat. Species; yun.
Eidos; ər. عٛٔ; tr. Tür; osm. tr. növi] – bir-birindən törəyən və
filoloji baxımdan əqraba olan canlı varlıqlar elementi. Öz daxilin-
də bir forma olan və üzərində cins terminin olduğu məntiqi
termin. Amma bu cins termini öz üzərində başqa bir cins varsa,
yenidən növ anlayışını verir və bu beləcə davam edir.
NÜFUZ – müəyyən keyfiyyətlərinə, xidmətinə görə hər hansı
bir şəxsin, baxışlar sisteminin və ya təşkilatın hamı tərəfindən
etiraf edilən nüfuzu.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
147
O
OBYEKT – [alm. Objekt, gegenstand; fr. Object; lat. Object;
lat. Objectum – göz önündə olan, qarşıya qoyulan şey] bax sub-
yekt və obyekt.
OBYEKTĠV [alm. Objektiv; fr. Objective; osm. tr. afaki; ing.
Objective; ər. ٌّ
ًىش] – obyektlə əlaqəsi olan, onunla həmahəng
olan. Fərdin şəxsi görüşündən asılı olmayan. Yaxud ümumiyyətlə
hər növ düşüncə tərzinə uyğun gələn.
OBYEKTĠVLĠK [alm. Objectivität; fr. Objectivitè; ing.
Objectivation; osm. tr. afakileştirme; tr. Nesnellik; ər. خ
ٍّئٍش] – fəl-
səfi mövqe; buna görə fəlsəfi idrak tədqiqatı tənqidi qiymətlən-
dirməyə, dəyərlər haqqında mülahizələr söyləmək səviyyəsinə
çatdırmağa qadir deyil, buna görə də həmin idrak bunlardan əl
çəkməlidir.
OLĠQARXĠYA [tr. Takımerki; alm.=fr. Oligarchie; ing.
Oligarchy; yun. Aligarkhia. Oligoi – bəzi, bir neçə. Arkhein -
suverenlik] – bir neçə nəfərin suverenliyi, dövlət gücünün az saylı
şəxslərin yaxud da ailələrin əldə olduğu dövlət forması.
OKKAZĠONALĠZM [occasio – təsadüf] – ruhun və bədənin
qarşılıqlı təsirinin izah olunmazlığını aradan qaldırmağa çalışan
XVII əsr dini-idealist doktrinası.
OKKULTĠZM [occultus – gizli, məhrəm] – dünyada
fövqəltəbii, elmi tədqiqata müyəssər olmayan fenomenlərin və
qüvvələrin mövcudluğunu qəbul edən və onlara qarşılıqlı təsir
Ad
i
l
ə
N
ə
z
ə
rova
148
üçün [magiya, spiritizm] ―əməli‖ üsullar işləyib hazırlayıb təlim-
ləri ifadə edən termin.
OPERASĠONALĠZM [lat. operatio – hərəkət, təsir] – müasir
fəlsəfədə öz təbiəti etibarilə məntiqi pozitivizmin və praqmatiz-
min sintezindən ibarət cərəyan.
OPTĠMĠZM - bax. Nikbinlik
ORQANON [yun.] – hərfi mənası vasitə, alət deməkdir.
Aristotelin məntiqlə əlaqədar işlərin hamısına verilən ad. Lakin
Aristotel sırf məntiq mənasında analitik terminindən istifadə
edirdi. Aristotelə görə məntiq düzgün düşünmənin metodu və
sənətidir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
149
Ö
ÖZLƏġMƏ – insan fəaliyyəti məhsullarının, həmçinin insanın
xassələrinin və qabiliyyətlərinin insanlardan asılı olmayan və
onlara hakim kəsilmiş olan nə isə bir şeyə çevrilməsi prosesini və
bu çevrilmənin nəticələri.
ÖZHƏRƏKƏT – mənbəyi, səbəbi hərəkət edən şeyin özündə
olan hərəkət.
ÖZGƏLĠK [alm. Altruismus; fr. Altruisme; ing. Altruism; lat.
Alter – başqası, özgə. osm. tr. diğerkamlik] – başqalarının
yaxşılığını yaşamaq və mənimsəmək ideyasını ehtiva edən görüş.
ÖZÜNDƏNLĠK [alm. Spontaneität; fr. Spontanèitè; ing.
Spontaneity; lat. Spontaneus – özlüyündən; osm. tr. taviyet; ər.
خٌٚبط] – xaricdən bir təyinatla deyil, öz-özünə olan təsirlilik,
birbaşa öz daxili ehtimalıyla təsirli olma qabiliyyəti.
Özülüyündən var olan [alm. Ens a se; ər. ٗغفٕث ٌُِٔٔبل]
Özündə Ģey [alm. Ding an sich; fr. Chose en soi; ing. Thing in
itself] – bilən öznədən, şüurdan asılı olmayaraq öz başına var
olan, təcrübənin xaricində olan şey. Bu mənada Aristoteldə və
sxolastik fəlsəfədə maddə ilə eyni mənalı. Kantda – nomenlə eyni
mənalı düşüncədən asılı olmayaraq var olan.
ÖLÜM orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə
dayanması, canlı varlığın mövcudluğunun labüd təbii sonu.
ÖLÇÜ – predmetin və hadisənin keyfiyyət və kəmiyyət
müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriya.
Ad
i
l
ə
N
ə
z
ə
rova
150
ÖNGÖRMƏ [alm. Ahnung; fr.=ing. Pressentiment; osm. tr.
hissikablelvuku; tr. Önsezi; ər. عٛلٌٛأ ًجل ٌّ
ظد] əsaslandırılmayan
və izah edilməsi mümkün olmayan hiss. Verilməmiş olanın, bilin-
məyənin, xüsusilədə gələcəklə əlaqəli olanın əvvəldən hiss edil-
məsi, doğru kimi hesab edilməsi.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
151
Q
QABĠLĠYYƏT [ər. خٍٍثبل]– geniş mənada fərdin davranışını
tənzim edən və onun həyat fəaliyyətini şərtləndirən psixi xüsu-
siyyəti.
QAVRAYIġ [alm. = ing. Apprehension; r. apprèhension; lat.
Apprehensia; osm. tr. tasavvur-i sazec; tr. kavrayış] – hər hansı
bir dərk edilənin mahiyyətinin birbaşa qavranılması. Kantda isə
idrak növlərinin eyni bir məcrada birləşməsinə deyilirdi. Maddi
aləmin hiss üzvlərinə bilavasitə təsir göstərən predmet və proses-
lərinin xarici struktur xüsusiyyətlərinin hissi obrazı.
QANUN [alm. Gesetz; fr. Ioi; ing. Law; yun. Nomos; lat. Lex;
tr. Yasa; osm. tr. kanun; ər. ْٛٔبل] – hadisələrin mühüm daxili və
sabit əlaqəsi olub, onların müəyyən qaydada dəyişilməsini şərt-
ləndirir. Hadisələr arasında sistemli olaraq bir əlaqəni təyin edən
və bir şeyin vacibliyini dilə gətirən ümumi hökm. Hadisələrin
gedişatında fövqəladəliyə yer verməyən, dəyişməzlik və məcbu-
rilik göstərən qayda.
QAYDA [alm. Regel; fr. Règle; ing. Rule; lat. Regula – özü ilə
doğru xətt izlənilə bilən]
QEYRĠ-müəyyən [alm. Indefinit, unbestmmit. Fr. Idifinite;
lat.indefinitus; osm. tr. qayri-muayyen. ər. ٍٓعٌِّشٍغ]. 1.Sonu harda
bitəcəyi naməlum olan, sonlu və ya sonsuz olduğu bilinməyən şey.
QƏBĠLƏ [ər. خٍٍجل] – insanların ibtidai icmalarda iqtisadi
münasibətlər zəminində meydana gəlmiş və qan qohumluğu
əlaqələrinə əsaslanan birlik forması.
Ad
i
l
ə
N
ə
z
ə
rova
152
QƏDƏR [ər. سذل] – ərəb-islam fəlsəfəsində müxtəlif mənalarda
işlədilən termin; islamın erkən dövründə ilahi buyruq, qüdrət, qis-
mət mənasında, VIII əsrin əvvəllərindən isə həmçinin insanın öz
əməllərinə ixtiyar olması, iradə sərbəstliyinin sinonimi kimi
işlənirdi.
QƏRAR [alm. Enscgeidung; fr. Dèecision; ing. Decision; ər.
ٌّ ساشل]. – aralarında bir seçim etmə məcburiyyəti olan imkanlardan
birini seçmək fəaliyyəti və bu fəaliyyətin nəticəsi yaxud da insan
həyatının ayrı-ayrı mühüm nöqtələrində içinə düşdüyü sarsıntılı
hal və bunun nəticəsi olanı seçmək.
QNOSEOLOGĠYA [alm. Gnoseologie; fr. Gnosèologie; ing.
Gnoseology; yun. Gnosis – bilik, məlumat, logos – təlim]. Bilik
haqqında təlim. Yunan dilində gnosis kəlməsi əslində episteme
sözü ilə eyni mənada işlənir. Qnoseologiya və epistemologiya
ümumiyyətlə öz şərtləri və nəticələri daxilində bilik prosesini
tədqiq edən, fəlsəfəni araşdıran sahədir.
QNOSTĠKLƏR [alm. Gnostiker; fr. Gnostiques; ing.
Gnostics; osm. tr. irfaniyan; yun. Gnosis – bilik, gnostikos – bilik
haqqında] – dini-fəlsəfi cərəyanın Xristian teologiyasını Qədim
Şərqin dinləri ilə, həmçinin neoplatonizm və pifaqorçuluqla
birləşdirən nümayəndələri. I əsrdə dini fəlsəfə cərəyanlarına və
təriqətlərinə verilən ad. Onlar xilas yolunu spekulyativ bilikdə
axtarırdılar.
QNOSTĠSĠZM [alm. Gnostizismus; fr. Gnosticizme; ing.
Gnosticism; yun. Gnostikoi – bilənlər. Gnosis – bilik, gnostikos –
biliklə bağlı; osm. tr. irfaniye; ər. bilinirciler] – İnsanla Tanrı
arasındakı əlaqəni spekulyativ biliklərlə bağlayan təlimlər.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
153
QRUP [alm. Gruppe; fr. Groupe; ing. Group; tr. Öbek] – bir-
birilə az və ya çox dərəcədə bağlılığı, əlaqəsi olan toplu. İctimai
elmlərdən olan sosiologiyanın geniş istifadə olunan bir termini,
qrup, qruplaşma və s.
QÜRBĠYYƏT – Tanrı dərgahına yaxınlıq məqamıdır.
QÜDRƏT [alm. Macht; puvoir, puissance; ing. Power; osm.
tr. iktidar, kudret; ər. حسذل] – fiziki güclə əlaqələndirilməyən ruhi,
mənəvi və təsiredici güc.
QURAN [ər. ْآشمٌأ]– Müsəlmanların müqəddəs kitabı.
Ad
i
l
ə
N
ə
z
ə
rova
154
P
PANTEĠZM [pantheisme] – Tüm Tanrıcılık Vücüdiyye: Allah
ilə aləmi bir və eyni sayan fəlsəfi sənətlərin adı.
PERĠPATETĠZM [alm. Peripatetiker; fr. Peripatetician; ing.
Peripatetics; es.tr. meşaiyun; ər. ْٛ
ٍّئبّشِ] – Aristotelin tərəfdarları
və tələbələri. Aristotelin fəlsəfi dərslərini və müzakirələrini ayaq
üstə gəzinərək təlim etdiyinə görə belə bir ad götürülmüşdü. Peri-
patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada
tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir.
PROBLEMATĠK [alm. Problematisch; fr. Problematiquè /
proposition; ing. Problematic/proposition; osm. tr. ihtimali
hüküm; ər.ًٌبّزدإ ُىد] – həlli yolu və vasitəsi qeyri-müəyyən olan,
yaxud da doğru olma ehtimalı olsa da, əslində şübhə oyandıran,
dəqiq olmayan şeydir.
POLĠTEĠZM [polytheisme] – Çok tanrıcılık: Bir çox məbuda
inanıb, tapmaq.
POZĠTĠVĠZM – müsbət münasibət, təsdiqedici olma, etimad
göstərmə. Pozitivizm [alm. Pisitivismus; fr. Positivisme; ing.
Positivism; osm. tr. ispatiye; tr. Olguçuluq; ər. خ
ٍّربجعإ] – tədqiqat-
larını aktlara, həqiqətlərə əsaslanan, metafizik açıqlamaları nəzəri
olaraq imkansız, qaydasız, hesabsız edən, təcrübə ilə isbatlanma-
yan, problemləri sözdə problem olaraq xarakterizə edən fəlsəfi
dünyagörüşü. Təcrübə ilə reallaşmamış olan hər şeyi rədd edib,
faktlardan və onlar arasındakı dəyişməyən münasibətlərdən hərə-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
155
kət edərək, real olmayan heç bir məlumat mövzusunu qəbul etmə-
yən fəlsəfə məktəbi.
PLÜRALĠZM [alm. Pluralismus; fr. Pluralisme; ing.
Pluralism; ər. خ
ٍّرَشْثو; tr. Çokçuluq; osm. tr. kesretiye] – həqiqətin
açıqlanmasında birdən çox prinsipin mövcud olmasını qəbul edən
təlim, yəni fəlsəfədə həqiqətin növ-növ olduğunu, aləmi təşkil
edən varlıq və əşyanın tək bir prinsipə və ya qanuna çevrilmə-
yəcəğini, bir çox reallıqların mövcud olduğunu qəbul edən görüş.
PANLOGĠZM [yun. Pan – hər şey, və logos – təlim, söz,
fikir] – varlığın və təfəkkürün eyniyyəti haqqında obyektiv
idealist doktrina; bu doktrinaya görə təbiət və cəmiyyətin bütün
inkişafı dünya zəkasının, mütləq ideyanın məntiqi fəaliyyətinin
həyata keçirilməsidir.
PANPSĠXĠZM [yun. Pan – hər şey və psyche – can] – idealist
baxış; bu baxışa görə bütün cəmiyyət canlıdır, psixikaya malikdir.
PANTEĠZM [yun.pan - Hər şey və theos – allah] – bu fəlsəfi
təlimə görə allah təbiətin hüdudlarından kənarda yerləşməyib,
onunla eyniyyət təşkil edən şəxssiz başlanğıcdır.
PARADĠQMA [yun. Paradeigma – misal, nümunə] – məlum
mərhələdə elmi praktikada təcəssüm edən, konkret elmi tədqiqatı
müəyyənləşdirən nəzəri və metodoloji ilkin şərtlərin məcmusu.
PARADOKSLAR [məntiqin və çoxluqlar nəzəriyyəsinin
paradoksları] [yun. Paradoxos – gözlənilməz] – mühakimənin
məntiqi düzgünlüyü saxlanılmaqla məzmunlu çoxluqlar nəzəriy-
yəsində və formal məntiqdə meydana gələn formal məntiqi
ziddiyətlər.
Ad
i
l
ə
N
ə
z
ə
rova
156
PARALOGĠZM [yun. Paralogismos – səhv mühakimə] –
məntiq qanunlarının və qaydalarının qərəzsiz pozulması; mühaki-
məni sübut gücündən məhrum edir və adətən yalnış nəticələrə
gətirib çıxarır.
PARAPSĠXOLOGĠYA [yun. Para – yanında, kənarında] –
hiss orqanlarının fəaliyyəti ilə izah oluna bilməyən hissiyyat for-
malarını, həmçinin canlı varlığın əzələ səyi olmadan onu əhatə
edən hadisələrə təsir formalarını öyrənən tədqiqat sahəsi.
PASSĠV [alm. Passiv; fr. Passif; ing. Passive; lat. Passivus;
osm. tr. münfail;
فِٕ
ًعب ]. Alıcı vəziyyətdə olan, təsirli olmayan,
əksi aktiv kəlməsidir.
PATRĠARXAT [yun. Patriarches – qəbilə başcısı] – ibtidai-
icma quruluşunda qəbilə təşkilinin forması; ictimai istehsalda və
qəbilə icmasının sosial həyatında kişinin üstün rolu ilə səciy-
yələnir.
PERSEPSĠYA [lat. perceptio – qavrayış] – hiss orqanları
vasitəsilə şeylərin şüurla hissi qavranılması, inikası.
PERSONALĠZM [alm. Personalismus; fr. Personalisme; ing.
Personalism; osm. tr. şahsiye mezhebi; lat. persona – şəxsiyyət] –
İnsanı ən yüksək kainat ideyası hesab edən metafiziki təlim. Fərd
olan Tanrıya inam gətirmə. Leybnitsin monadologiyasından gə-
lən, XIX əsrin sonu və XX əsrin əvvəllərində fəlsəfədə yayılmış
idealist cərəyan.
PĠS [alm. Böse, uebel; fr. Mal; ing. Evil, wrong; osm. tr. şer;]
– siz hesab etməyin, qınamağın, eyibləməyin mövzusu olan hər
şey, istəyin qaydalara uyğun olan bir formada onun ziddinə çıx-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
157
mağa və əlindən gəldiyi zaman dəyişdirməyə hüququ çatan hər
şey.
PESSĠMĠZM [alm. Pessimismus; fr. Pessimisme; ing.
Pessimism; lat. Pessimus – ən pis, osm. tr. bədbinlik] – ümumiy-
yətlə hər şeyi ən pis tərəfindən, hər vəziyyəti qaranlıq hesab edən
və həmişə ən pis olanı gözləyən dünyagörüşü. Əksi optimizmdir.
PLURALĠZM [lat. pluralis – çoxlu] – monizmə əks
konsepsiya: mövcud olan hər şey eyni hüquqlu, bir-birindən təcrid
olunmuş, vahid başlanğıca müncər edilməyən mahiyyətlərin
çoxluğundan ibarətdir
POLĠSĠLLOGĠZM – Mürəkkəb sillogizm [Sillogistika];
sillogizmlərin ardıcıllığını, zəncirini ifadə edir; bu ardıcıllıqla və
zəncirdə əvvəlki sillogizmlərin nəticələri sonrakı sillogizmlərin
müqəddimələrinin tərkibinə daxil olur.
POLĠTEĠZM [alm. Polytheismus; fr. Politheisme; ing.
Polytheism; ər. خٍَ٘إ حشثو yun. Poly – çox, theos – alllah; tr.
çoktanrıcılık] – çoxallahlılıq və təkallahlılıq, bir neçə allaha və ya
bir allaha sitayiş edilməsi.
POSTULAT [alm.=fr. Postulat; ing. Postulate; lat. postulatum
– tələb; osm. tr. mevzua] – müəyyən elmi nəzəriyyənin baçlanğıc
nöqtəsi kimi qəbul edilən və bir qayda olaraq, həmin nəzəriyyə
çərçivəsində isbat olunmayan prinsip və ya hökm.
PROSTAVLIQ [yun. Orthodoxia] – xristianlığın mühüm
cərəyanlarından biri; başlıca olaraq Şərqi Avropa, Yaxın Şərq və
Balkanlarda yayılmışdır.
PRAQMATĠZM [alm. Pragmatismus; fr. Pragmatisme; ing.
Pragmatism; yun. Pragma – iş, hadisə, faydalı; tr. pragmaçilik] –
Ad
i
l
ə
N
ə
z
ə
rova
158
düzgünlüyü və həqiqəti təktərəfli olaraq ancaq doğurduğu hərə-
kətlərin nəticələri və uğurları ilə dəyərləndirilən fəlsəfi təlim.
müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan
PRAQMATĠKA Semiotikanın bölməsi.
PARLAMENT – (fransız parler, yəni danışmaq sözündən) –
hakimiyyətin ali təmsilçi orqanıdır. Orta əsrlər Avropada yüksək
təbəqələrin nümayəndələrindən formalaşan məşvərət və qanunve-
rici orqan idi. Müasir mənasını XVII-XIX əsr burjua inqilablar-
ından sonra almışdır. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik
sistemidir. O, parlamentin başqa hakimiyyət qanadlarına müna-
sibətdə üstün mövqeyə malik olması ilə yanaşı, qanunverici və
icraedici funksiyaların dəqiq şəkildə müəyyənləşdirilməsi ilə
xarakterizə olunur.
Dostları ilə paylaş: |