DAYANQAN – etibarlı, mətin. Qədim oğuz dillərində,
dözümlü, dirənişli, səbatlı şəxslərə verilən addır.
DEDUKSĠYA [ing. Deduction; lat. deuctio] - əldə etmə, hasil
etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə [əqli nəticə]
üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz
metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın
əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə
çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq,
prinsip yaxud təklif ortaya qoymaq.
DEMĠURQ [yun.demiurgos; osm. tr. San-i Kainat] – hərfən
usta, sənətkar, məcazi mənada isə yaradıcı, xaliq. Platonun
idealist fəlsəfəsində və neoplatonçuların təlimində dünyanın
yaradıcısı, kainatın xaliqi; Allahın sifətlərindən biri.
DEMOQRAFĠYA demos – xalq, qrafiya – çəkirəm deməkdir.
İnsanların təkrar istehsalının qanunauyğunluqlarını öyrənir.
DEMOKRATĠYA [alm. Demokratie; ing. Democracy; osm.
tr. hükümet-i amme; ər. خ
ِّبع خِٛىد; yun. Demos – xalq və kratos –
qüvvə, hakimiyyət] – xalqın özü-özünü idarə etməsi, yaxud da
onu idarə etməsi üçün xalqın bir nəfəri seçməsi. hakimiyyət
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
47
formalarından biri; vətəndaşların azadlıq və hüquq bərabərliyinin
tanınması ilə səciyyələnir. Demokratiya – yüksək səviyyədə
inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv
siyasi rejimdir və planetimizdə gündən günə geniş yayılmaqdadır.
Məşhur amerikan politoloqu Samuel Xayzinqton qeyd edir ki,
XIX əsrin əvvəlində başlamış demokratikləşmənin birinci uzun
dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə qələbəsi ilə
nəticələn-mişdir. Sonraki dövrdə avtoritarizmin və faşizmin
yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a qədər
azalmasına səbəb olmuşdur.
DEĠZM [alm. Deismus; fr. Dèisme; ing. Deism; lat. Deus –
Tanrı;] - Yunan dilindən əmələ gəlmişdir, yunancada Deus –
Tanrı; izm isə fəlsəfi təlimlərdə müşahidə olunan son şəkilçidir.
Tanrıya inanmaqla birlikdə, müəyyən bir dinin doqmalarını və
ideyalarını mənimsəməyən. Tanrının kainatı yaratdıqdan sonra
onu öz qaydasına görə işləmək üzrə öz başına buraxdığını önə
sürən təlim. Vəhyi ve vəhyin bildirdiyi Allahı ve dini inkar
edərək, tək ağıl ile idrak edilən bir Tanrının varlığını qəbul eden
fəlsəfi bir görüşdür. Deizm ilk səbəb kimi Allahın mövcudluğunu
qəbul edən təlimdir. Deizmə görə bütün varlıqlara həyat verən
Tanrıdır. Lakin Tanrı ilkin xəlq edəndir, sonradan yaratdıqlarının
işinə qarışmır.
DEONTOLOGĠYA [yun. deon – borc logos – təlim, söz] –
etik nəzəriyyənin bir sahəsi. Deontologiya, bir peşəni tətbiq
edilməsi lazım olan əxlaqi dəyər və etik qaydaları araşdıran elm
sahəsidir. İnsanın müəyyən tapşırıqları olduğunu fərz edən əxlaq
Ad
i
l
ə
N
ə
z
ə
rova
48
təlimlərini əsas götürür və bu təlimlərdən qaynaqlanan vəzifə və
qaydaların müxtəlif peşələrdəki konkret izlərini araşdırar.
DETERMĠNĠZM [alm. Determinismus. Fr. Determinisme.
Ing. Determinism. lat. determinare – müəyyən etmək tr.
Belirtlenimcilik; ər. ٍُؼرنأ] – Hər hadisənin maddi və ya mənəvi
bəzi səbəblərin zəruri nəticəsi olduğunu irəli sürən fəlsəfi
görüşdür. Determinizm kainatda bütün olub-bitənlərin səbəbiyyət
əlaqəsi ilə müəyyənləşdiyini iddia edən nəzəriyyə. Səbəbiyyətin
yeri və rolu məsələsində bir-birinə əks olan fəlsəfi konsepsiyalar.
Bu nəzəriyyənin əksini iddia edən görüş isə indeterminizm.
Ərəbcə səbəbiyyət demək olan determinizm , bir-birini
şərtləndirən anlamına gəlir.
DEFĠNĠSĠYA [lat. difinito – tərif; ing. Definition; ər.فَشؼذ ;
fr. définition] – predmetin mühüm fərqləndirici əlamətlərini və
yaxud anlayışların mənasını, onun məzmununu və hüdudlarını
müəyyən edən qısa məntiqi tərif. Dilimizdə daha çox ərəbcədən
keçmə tərif sözündən istifadə olunur. Tərif sözü də ərəbcədəki
ərəfədən [فشع] törəmişdir.
DEGENERASĠYA
[alm.
Entartung,
degenartion;
fr.
Dègènèrescence; ing. Degeneration; lat. Degeneration; osm. tr.
tereddi] – bir növün, daha az yetişkin bir vəziyyətə gəlməyə,
pozulmağa, dağılmağa yol açacaq formada dəyişməsi. Həyat tərzi
və fəaliyyətlərində geriləmək və durğunluq. Təbii artım
funksiyasının itirilməsi yaxud bir orqanizmin ya da orqanın,
nəslin təbii inkişafına təsir edəcək formada pozulması.
DEONTOLOGĠYA [alm. Deontologiya; fr. Deontologie; fr.
Deontology; osm. tr. ilmi vezaif; فئبظٚ ٍُع] – Deontologiya
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
49
etikanı çalışma elmi olaraq təyin etmək şərtilə işlədilən termin.
Deontologiya əxlaqi çalışmaları bu və ya mənəvi vəziyyətə görə,
təcrübə yolu ilə çalışmanı dilə gətirir.
DEYĠġ – söyləm, deyilən. Ifadə edilən söz, poetik deyim.
DOQMATIZM [alm. Dogmatismus; fr. Dogmatisme; ing.
Dogmatism; osm. tr. nassiye; ər. خٍصٔ; dogmatisme] – Doqmatizm
- ehkamlara, dəyişməz anlayışlara, dəqiq şərtləri nəzərə almayan
düsturlara söykənən, həqiqətin konkretlilik prinsipini rədd edən
idrak metodudur.Doqmatizm hansısa düşüncə başlanğıclarını
aksioma kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı
bütün
doğruların
yalnız
onların
üstündə
durmasına
inanmaqdır. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi
təfəkkür; ehkamçılıq. Doqma [alm. Dogma; fr. Dogme; yun.
Dogma; osm. tr. nass; ər. ضَ; yun.dogma – fikir, təlim, qərar] -
ehkam, bir fəlsəfə məktəbində mənimsənilən, doğru ehtimalı ilə
irəli sürülən ideya. Doğruluğu sınanmadan mənimsənilən təlim
isə doqmatizm [yaxud ehkamçılıq] deyirlər.
DÖVLƏT – siyasi birlik olmaq etibarı ilə müəyyən struktura
malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən
və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin
edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla
cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.
DUALĠZM [alm. Dualismus; fr. Dualisme; ing. Dualism; lat.
Dualis ten; osm. tr. süaniye; yun. dualisme] – bir-birindən
müstəqil, bir-birilə əlaqəsi çıxmayan yaxud da qarşısında olan iki
ideyanın varlığını qəbul edən görüş. Duo – iki deməkdir. Həm
dini inanc sistemində [Xeyir və şər kimi], həm də fəlsəfi dünya-
Ad
i
l
ə
N
ə
z
ə
rova
50
görüşdə [iki başlanğıc – aləmi Allahın yaratdığı görüş və aləmin
təsadüfi yaranması görüşü] dualizm mövcuddur. Dualizm meta-
fizikada varlıq və biliyin, ideya və təzahürün, bədən və ruhun,
mən və mən olmayanın İkicilik-Seneviyye: Təbiətdə və ya hər
hansı bir sistemin təməlində mütləq olaraq birbirinə icra olun-
mayan iki prinsipin olduğunu qəbul eden görüştür. Dualizm mo-
nizmin əksinə maddi və ruhi substansiyaları bərabər hüquqlu baş-
lanğıclar hesab edən fəlsəfi təlim kimi də xarakterizə edilir. Dua-
lizmin əsas motivi çox vaxt materializmi və idealizmi barışdırmaq
cəhdidir. Son nəticədə şüuru materiyadan dualistcəsinə ayırmaq
idealizmə gətirib çıxardır. Dualizm daha artıq dərəcədə Dekartın
və Kantın fəlsəfəsi üçün səciyyəvidir.
DƏQIQ ELMLƏR [alm. Exakte Wissenschaften; fr. Sciences
exactes; ing. Exact sciences; osm. tr. ulum-i sahiha] – müşahidə
edilə bilən ölçü və hesablara əsaslanan elmlər. Əsasən riyaziyyat,
fizika və digərləri. Elmlərin təsnifatında humanitar elmlər və
dəqiq elmlər deyə ikiyə ayrılır.
DƏYƏR [alm. Wert; fr.valeur; ing. Value, worth; osm. tr.
kıymet; tr. Değer; ər. ًٍث] – İnsanın, istəyən, varlığına ehtiyacı
olan, qiymət verən bir varlıq olaraq, obyekt ilə əlaqəsində ortaya
çıxaran bir şey. Dəyər əxlaqı isə mövzusu dəyərlər olan əxlaq
fəlsəfəsi, yaxud əxlaq fəlsəfəsinin bir fəsli olaraq ənənəvi dəyərlər
sistemidir. Dəyər fəlsəfəsi [alm. wertphilosophie] dəyərləri
fəlsəfənin əsas mövzusu olaraq görən fəlsəfə anlayışı yaxud
fəlsəfənin dəyərlərini araşdıran sahəsinə də deyilir.
DƏLĠL [ər. ًٌٍد]– Hər hansı bir hökmün və yaxud hökmlər
sisteminin həqiqiliyini sübut etmək üçün gətirilən hökm və yaxud
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
51
hökmlər sistemi; sübut, tutarlı dəlil gətirmək. Dəlil ərəb
mənşəlidir. Son iki samiti təkrar olunan d+l+l şəddəli fellər
qrupuna aiddir. İctihadi dəlil gerçək hökmə dəlalət edən dəlilə
deyilir. Bu dəlil gerçək hökm barəsində zənnə səbəb olduğundan,
ona ―ictihadi dəlil‖ deyilir.
DĠAMAT – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializ-
min qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik
materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı.
DĠDAKTĠKA [alm. Didaktik; fr. Didactique; ing. Didactics;
lat. Didactica; yun. Didaskein – öyrənmək; osm. tr. fenn-i talim ü
tedris] – öyrətmə sənti, təlim elmi. Tərbiyənin təlim ilə bağlı olan
fəsli.
DĠL FƏLSƏFƏSI [alm. Sprachphilosophie; ər. حٌَىغن حفغهف] –
dilin adı, kökü, yaranma və formalaşması barədə ortaya çıxan
məsələləri problem halında tədqiq edən fəlsəfənin bir sahəsidir.
Dil fəlsəfəsini bir fəlsəfə sahəsi kimi ortaya çıxaran və əsaslan-
dıran Haman, Herder və Humboldt olmuşdur. Dil ilə fəlsəfə ara-
sındakı əlaqə təməldə filosofların dildən istifadə edərək fəlsəfəni
tədqiq etmələrindən qaynaqlanır. Dil fəlsəfəsi başlığı altında isə
dilin özü, mənası, mənşəyi və quruluşu fəlsəfi baxımdan tədqiq
edilir.
DĠN FƏLSƏFƏSĠ [Religionsphilosophie; fr. Philosophie de la
religion; osm. tr. felsefeyi diniyye]. Dinin ideyalarının özünü və
mənasını əsaslandırmağı və açıb ortaya çıxarmağı qarşısına
məqsəd qoyan fəlsəfə sahəsi. Fəlsəfənin maraqlandığı sahələrdən
biri də dindir. Çünki din faktı insanlıq üçün tarix boyunca əhə-
miyyətli olmuşdur. Sadəcə din fəlsəfəsi, dinşünasların, din ilə
Ad
i
l
ə
N
ə
z
ə
rova
52
məşğul olanların din haqqında müzakirələr aparması demək deyil,
bu eləcədə filosoflara aiddir. Din fəlsəfəsi ilə məşğul olanlar,
insanın digər məlumatları ilə dini məlumatı arasındakı əlaqələri,
inancın quruluşunu, dinin nə olduğunu anlamağa çalışar.
DĠALEKTĠKA [alm. Dialektik; fr. Dialectique; ər .لذجنآ ىهػ
osm. tr. fenn-i münazara, cedel, ilmi cedel, ilm-i hitaf-ü cedel;
yun. dialektike – düşünümək, söhbətləşmək] – təbiət, cəmiyyət və
təfəkkürün inkişafının ən ümumi qanunları haqqında elm. Alman
idealizmində əqlin inkişaf qanunu kimi xarakterizə edilirdi.
Marksın dialektik materializmində iqtisadiyyatın inkişaf qanunları
özünü doğruldur. İslam bölgəsi ərəb dilli xalqların fəlsəfəsində
qarşılıqlı danışma sürətiylə istidlal etmə sənətinə cədəl elmi
deyirdilər [yəni dialektika]. Dialektikanın özünəməxsus tarixi var-
dır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə
aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə,
mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və
elm məktəbində daha çox sübut nəzəriyyəsi kimi başa düşülür.
Dialektika ideyaları fəlsəfənin bütün tarixlərində inkişaf etmişdir.
Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın
ikinci mühüm tarixi formasını təşkil edir. K.Marks və F.Engels
tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi forma-
sını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da
ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, para-
doksal dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi
vəhdətindən təşkil olunmuşdur. Dialektikanın kateqoriyaları za-
man, məkan, təsadüf, zərurət və s. Və qanunları mövcuddur.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
53
DĠQQƏT [ing. Attention; ru. Внимание; fr. Attention; ər. حلد]
– insanın idraki və praktiki fəaliyyətinin müəyyən bir obyekt və
yaxud hərəkət üzərinə yönəldilməsini və cəmləşdirilməsini təmin
edən psixi vəziyyəti.
DĠZYUNKSĠYA [lat. disjunctio – ayırmaq] – ―və ya‖ məntiq
bağlayıcısının köməyi ilə iki fikrin birləşməsindən mürəkkəb bir
fikir əmələ gətirən məntiqi əməliyyat.
DĠKTATURA [lat. Dictatura; fr. Dictature; ru. Диктаторство;
ing.dictatorship] – Latıncada dictatura sözü qeyri-məhdud
hakimiyyətə deyilirdi. Müasir anlamda da dövlətdə hakimiyyəti
həyata keçirmə sistemini xarakterizə edən anlayış. İngilis dilində
sözün sonuna artırılan -ship sufiksi, dilimizə -lıq
4
kimi ifadə
edilir.
DĠN [ing. Religious; fr. Religion; ru. Религия; ər. ٌٓد]– ictimai
şüurun formalarından biri; bir və ya bir neçə Allahın
―müqəddəslərin‖ – yəni fövqəltəbiiliyin bu və ya digər növünün
reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik
fəaliyyət.
DĠLEMMA [alm. Dilemma; fr. Dilemme; ing. Dilemma; osm.
tr. kiyas-i mukasın; tr. Iklem; yun. Di [s] – iki dəfə, lemma –
ehtimal] – əqli nəticənin elə bir növüdür ki, onun müqəddimə-
lərinin sırasına iki: şərti hökm və təqsimi hökm daxil olur; həm də
dizyunksiya şəkilndə formulə edilir.
DĠL AĠLƏSĠ - Linqvistikadan etnoqrafiyaya dil ailəsi termini
keçmişdir. Dillərin qohumluğu onların mənşəyinə görə öyrənilir.
Etnoqrafiyada avtoxton anlayışından da istifadə olunur. Avtoxton
(yunan sözü olub ―autos‖-özü, ―xtones‖-torpaq) mənşə etibarilə
Ad
i
l
ə
N
ə
z
ə
rova
54
yerli olan deməkdir. Yunan avtoxtonuna qədim Roma termini
olan aborigen termini uyğun gəlir ki, bu da ―müəyyən bir ölkənin
yerli əhalisi" deməkdir.
DĠNAMĠZM – [alm. Dynamismus; fr. Dynamisme; ing.
Dynamism; osm. tr. kuviye; ər. حَىل]. Materiyanın güc ya da
qüvvətin bir təzahür forması olduğunu önə sürən fəlsəfə təlimi.
Şeylərin mahiyyətinin qeyri-maddi ―qüvvələrdən‖ ibarət, materi-
yanı isə şeylərin hərəkətinin təzahürü olan həmin ―qüvvələrdən‖
törəmə hesab edən fəlsəfi təlimlər.
DĠRƏNC – inad etmək, dirənmək, üzə durmaq. Qədim oğuz
dillərindən gəlməkdədir.
DĠSKRETLĠK bax. Fasiləlik və fasiləsizlik.
DĠSKURSĠV [alm. Diskursiv; ər. لِذرعإ fr. Discursif; ing.
Discursive; es.tr. istidlal; tr. Gidimli; lat. discursivus – mühakimə]
hissi, bilavasitə, intuitiv olandan fərqli olaraq mücərrəd, vasitəli,
məntiqi və əyani olan, həqiqətlərin bilavasitə [intuitiv] və vasitəli
[sübut əsasında qəbul edilən] həqiqətlərə bölünməsi hələ Platonda
və Aristoteldə təsadüf edilir.
DĠSTĠNKSĠYA [lat. distinctio – fərqləndirmə] – şüur aktı;
predmetlər arasında və yaxud şüurun özünün ünsürləri arasında
[duyğular, anlayışlar arasında və s.] olan objektiv fərqi əks etdirir.
DOĞRU – düzgün, doğru, dürüst, düz. Dilimizdə çox işlək bir
sözdür. Kökü əski türkcəyə dayanır.
DOKTRĠNA [ing. Doctrine; lat. doctrina – [ər. ىُهؼذ]] – nəzəri
və siyasi prinsipləri əldə rəhbər tutan təlim, elmi yaxud fəlsəfi
nəzəriyyə, siyasi sistem [məs., hərbi doktrina].
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
55
DOLUN – tam, bütün. Qədim oğuz dillərinə aiddir. Əski
Yakutiya türklərində bərəkəti simvolizə edən müqəddəs ruhdur.
DRAMATĠZM [yun. Drama] – estetik kateqoriya; Yunan
dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini
və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə
qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir.
DUYĞU [alm. Gefühl; fr. Sentiment; ing. Feeling, sentiment;
osm. tr. his; ər. ظح]. Ani və istəklə bərabər duyğu hissi, həzz və
ağrını hiss edə bilmə kimi ortaya çıxaran üçüncü əsas orqana
verilən addır. Digər bir deyimlə duyğular maddi və mənəvi ola
bilir. Misal üçün vəziyyətə görə ortaya çıxan duyğular, xoşbəxt-
lik, yaxud bədbəxtlik və s. kimi; Nəyəsə istiqamətlənmiş, xüsusi-
lədə estetik, ruhi – fikri [çaşma, heyranlıq] və əxlaqi – ictimai
duyğular [tapşırıq duyğusu, hörmət və s.].
DUHA – yaradıcılıq istedadının ən yüksək dərəcəsi; bu cür
istedad yalnız insana xasdır.
DÜġÜNCƏ [ru. Рассудок; alm. Gedanke; fr. pensȇe; ing.
Thought; osm. tr. fikir; ər. شكف] – Düşünmə qabiliyətinin özü,
yaxud düşünmənin məhsulu, düşünülən şey. Bəzən ideya və prin-
siplərə də deyilir. Əski türkcədir. Dilimizdə ərəbcədən qarşılığı
olan fikir, yaxud təfəkkür kəlmələri də işlənir. DüĢünmə forması
[alm. Denkform; fr. Libertè dè pensèe; osm. tr. tefekkür
hürriyyeti; ər. شُّىفرآ خٌشد] – Düşünmənin xarici təzyiq və hər hansı
bir qayda ilə məhdudlaşdırılmaması və bunların təzyiqindən müs-
təqil və sadəcə özündən məsul olması. DüĢünürəm demək ki,
varam [Lat. Cogito ergo sum] – Maddənin özünüdərkində öz
şüuruna varıb öz varlığını vasitəsiz formada qavramasını dilə
Ad
i
l
ə
N
ə
z
ə
rova
56
gətirən əsas prinsip. Əslində bu prinsip varlığın deyil, ―mən‖in
təkan verdiyi yeni bir düşüncə formasının ortaya çıxmasına səbəb
olmuşdur.
DÜNYA [alm. Welt; fr. Monde; ing. World; lat. Mundus; ər.
اَُذنأ]. 1. Bir-biri ilə qanuni əlaqəsi olan, bir sistemlə
müəyyənləşmiş tək-tək şeylərin və hadisələrin hamısı. Yaxud eyni
qaydalara və qanunlara bağlı olan şeylərin, varlıqların təşkil etdiyi
bütün. Üzərində yaşadığımız Yer üzü planeti. Şüurun xaricində
qalan hər şeydən ibarət olan obyekt dünyası. Dünyagörüşü
[alm.Weltahschaung; ing. outlook] – Kainatın mənasını, prinsi-
pini, dəyərini, insan varlığını və davranışlarını tamamilə qavra-
mağa çalışan ümumi düşüncə, dünyaya ümumi bir baxış.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
57
E
EFORAT - Qədim Spartada ildə bir dəfə seçilən 5 nəfər ali
vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu
vətandaşların məclisində seçilirdi. Təqribən e.ə VIII əsrin
ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir.
EVDEMONĠZM [yun. Eudaimonia – həzz, səadət, xoşbəxt-
lik] – etikanın gedonizmə yaxın olan metodoloji prinsipi. Xoş-
bəxtliyi, səadəti təmsil edər.
EVRĠSTĠKA [yun. Heurisko – axtarıram, kəşf edirəm ] –
yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan
metodları öyrənən elm.
Dostları ilə paylaş: |