F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
35
artıq şey arasında var olan birlik, vəhdət, əlaqə, və s.şeylər.
Aristotel bağı on kateqoriyadan biri hesab edirdi. Filosofa görə bir
başqa şeylə əlaqədə qavranılan şeydir.
BAZĠS və ustqurum – Hər bir ictimai-iqtisadi formasiyanın
struktur ünsürlərini səciyyələndirən kateqoriyalar. Marksizm –
Leninizm nəzəriyyəsində geniş şəkildə öz əksini tapmış-
dır. Marksizmdə siyasi-iqtisadi sistemin əsas elementləridir. Bazis
ingiliscədəki basic – əsas, qaynaq sözündən törəmədir.
BƏRABƏRLĠK [alm. Gleischeit; fr. Ègalitè; fr. Equality; lat.
Aequalitas; ər. داٚبغِ ; tr. eşitlik] – Eyni zaman kəsiyində eyni
xüsusiyyətlərə malik olma. Cəmiyyətdə insanların bərabər vəziy-
yətdə olduqlarını ifadə edən anlayış, lakin müxtəlif tarixi dövr-
lərdə və müxtəlif siniflərdə ayrı-ayrı məzmuna malik olur. Buna
ictimai bərabərlik deyilir. Bundan başqa siyasi bərabərlik də möv-
cuddur. Ölkənin idarəsində iştirak etməyə hamının eyni siyasi
hüquqa malik olmasına deyilir. İmkan bərabərliyi isə fərdlərə
mümkün mərtəbədə özlərini inkişaf etdirmələri yaxud istək və
planlarını həyata keçirə bilmələri üçün eyni imkanların təmin
edilməsidir.
BƏRTƏRƏFLĠLĠK [alm. Athebuag – ləğv etmə, kənar etmə,
qoruyub saxlama]. – kənarlaşdırma, uzaqlaşdırma, aradan
götürmək. Hegel fəlsəfəsində geniş işlədilən termindir. Dilimizdə
nadirən işlədilən bir kəlmə olaraq daha çox uzaqlaşdırma anla-
mında işlənir.
BƏHANƏ - digər hadisələrin baş verməsi üçün sövqedici
təkan kimi çıxış edən xarici, çox vaxt təsadüfi hadisə, vəziyyət.
Ad
i
l
ə
N
ə
z
ə
rova
36
Fars dilindən keçmə sözü olub dilimizdə geniş işlədilməkdədir.
Misal üçün; bəhanə gətirmək və s.
BƏġƏRĠYYƏT (ing. Humanity; os. Tr. beşeriyet; tr. insanlık;
ər. حَّششت) – insanlıq. Ərəbcədən keçə söz olan bəşəriyyətin həm
yer üzündə yaşayan insanların məcmusu mənasında, həm də
insanların dünyanın müxtəlif ölkələri, xalqları arasında iqtisadi və
digər əlaqələrin ümumiliyinin formalaşması gedişində təşəkkül
tapan tarixi birliyi mənasında çıxış edir.
BĠHEVĠORĠZM [ing. Behaviour+ism] – düzgün davranış.
Müasir psixologiyada geniş yayılmış cərəyanlardan biri. Əxlaq-
dan qaynaqlanan və əxlaqi davranışları önə çəkən fəlsəfi təlimdir.
BĠLĠK [alm. Erkenntnis; fr. Connaissance; ing. Knowledge,
cognition; lat. Cognitio; osm. tr. Marifet, malumat; ər. حفشؼي
ٌّ,
خايىهؼي] – bilinən, məlum olan şey, bilmək fəaliyyətinin yaxud
prosesinin nəticəsi. Fəlsəfədə nəyinsə bir şey olaraq qavranıl-
masıdır və müxtəlif formalarda özünü göstərir. Filosoflar əsrlər-
dən bəri biliyin – qavranılan şeyin rasional yaxud irrasional olma-
sı barəsində iki fərqli görüş üzərində dayanırlar. Rasional şüurla
varılan, məntiqi nəticədə hasil olan və maddi cəhətdən sübut edi-
ləndirsə, irrasional isə daha çox insanlarda ruhi-mənəvi hadisə-
lərin nəticəsi olaraq ortaya çıxan məfhumdur. Bilik yaxud məlu-
mat əlaqəsi bilinənlə bilən arasında təzahür edən əlaqəyə, bağa
deyirlər. Biliyin meydana gəlməsi isə bilinənin biləndə bilmə
fəaliyyətinin ortaya çıxmasından qabaqkı ilk fel, ilkin təsəvvürün,
fikrin ortaya çıxmasıdır. Bilik məhsulu isə əldə edilən məlumat –
informasiyanın başqasına müxtəlif vasitələrlə ötürülməsidir.
Dilimizdə bilik mənasında əvvəllər daha çox mərifət sözü işlənir-
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
37
di. Əslində mərifət sözü biılik sözünün ərəf dilindəki ekviva-
lentidir və ərəfə felindən [فشػ] törəmişdir. Mərifət sözü onun
məsdəridir. Sufi terminologiyasında mərifət əhli birləşməsi də
işlənilir. Bundan başqa bilik nəzəriyyəsi [ alm. Erkenntnistheorie;
fr. Theorie de la connaissance, gnoseologie, ing. Theory of
knowledge, epistemology; osm. tr. marifet nazeriyesi;
حَشظَ
حفشؼي
]
ifadəsi də mövcuddur. Bilik problemi [ Alm. Erkenntnisproblem;
ər.
حفشؼًنآ
حهكشي
] – bilmənin mahiyyəti, ortaya çıxması və olması
ehtimalına aid olan bütün problemlər bütününə deyilir. Bu
problem siyasi, ictimai, maddi və ya mənəvi ola bilər. Biliyin
qaynağına yaxud da nəticəsinə uyğun olan hər şeyi əhatə edir.
BUDDĠZM – Etiqad edənlərin sayına görə dünya ən böyük-
qeyri-ilahi mənşəli dinlərindən biridir; istəklərdən imtina etmək
yolu ilə iztirablardan azad olmağı və ―nicat‖a – nirvanaya çatmağı
təbliğ edən din. Buddizmdə digər səmavi dinlərdə olan xüsusi
ayinlərə, rutuellərə bənzəyən müəyyən xüsusiyyətlər mövcuddur.
Sözün kökündə dayanan Budda kəlməsi sözü gedən dinlərdə
Tanrı rolunu oynayan məbuda verilən addır. Dində inanc sistemi-
nin əsasını Budda təşkil etdiyi üçün din bu cür adlandırılmışdır.
BURJUAZĠYA [fr. Bourgeoisie – son. Lat. burgus] Bəşəriy-
yətin inkişaf mərhələlərindən biri olan kapitalizm – ictimai, iqtisa-
di formasiyalarının əsas siniflərindən biridir. Burjuaziya istehsal
vasitələri üzərində mülkiyyətə malik olan təbəqədir. Marksizm –
Leninizm fəlsəfəsində burjuaziya və fəhlə sinfi haqqında geniş
məlumat verilməkdədir. Latın dilində burgus möhkəmləndirilmiş
şəhər anlamına gəlir. Sözün kökü buradan əmələ gəlmişdir, və
dilimizdə avropa dillərinə uyğun biçimdə səslənməkdədir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
38
BÜROKRATĠYA [fr. Bureau, idarə və yun.kratos – haki-
miyyət] – bürokratiya, hakim təbəqə. Fransızcada büro kəlməsi
ilə latıncadakı kratos – hakimiyyət, cəmiyyətin təşkilinin elə bir
formasıdır ki, onun üçün hakimiyyət orqanlarının kütlələrdən
ayrılması, təşkilatın özünün fəaliyyətinin qayda və vəzifələrinin
onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möhkəm-
ləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir.
BÜTPƏRƏSTLĠK təbiətin cisim və əşyalarını ilahləşdirən,
ibtidai dinlərin [animizm, fetişizm, totemizm, şamanizm və s.]
zəminində yaranmış dini etiqad. Farscadan dilimizə keçmişdir.
Bütə artırılan pərəsət şəkilçisi nəyəsə olan aludəçiliyi bildirir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
39
C
CAĠZ [صﺋاﺟ] – icra edilməsində dini hökmlərə əks olmayan,
günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz
olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra
isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz
sözü dilimizdə daha çox islam fəlsəfəsi mətnlərində işlədilir.
Kəlmənin kökündə olan cəzə [صاﺟ] felindən dilimizdə geniş
yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözü-
nün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir.
Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi dilimizə
qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər.
idarətun – az. İdarə; ər. işarətun – az. İşarə və s.].
ÇAĞ – Əski türkcədir, müxtəlif mənaları vardır. 1-zaman,
vaxt; 2- dövr, dövran; 3- su səsi, şırıltı.
ÇAĞIMDA – Yaradıcı, xaliq. Qədim oğuz dilindədir.
ÇAVUġ – Bilgi verən, bilgi götürən, bilgi dağıdan [Çav...kö-
künden], hazırda hərbi rütbə mənasını da bildirmək üçün işlədilir.
CAĞATAY – Fövqəlzaman. Çağ+atay. Qədim oğuz dillərində
öz çağından, zəmanəsindən üstün olan uzaqgörənə deyilir.
CƏDƏL elmi [لذﺟ] – İslam mədəni bölgəsi fəlsəfəsində mü-
səlman filosoflarının dialektikaya verdiyi addır. Daha ətraflı mə-
lumat üçün bax: Dilektika. Dilimizdə cədəl sözü fəlsəfi termin-
dən izafə mabühisə, müzakirə kimi də başa düşülür. Daha çox
orta əslərdə bu anlam cəng-ü cədəl, yaxud cəng-ü cidal olaraq
işlənirdi.
Ad
i
l
ə
N
ə
z
ə
rova
40
CƏVVAD [ذاوج ] – əli açıqlıq etməyi, sədəqə verməyi sevən
kəs. Comərdlik, cəsarət və ərdəmlik kimi məziyyətləri özündə
ehtiva edir. Dilimizdə bu termindən törəyən bir v ilə yazılan
cavad sözü əslində ərəbəcədə təşdidlə [hərflərin ikiləşməsi – mi-
sal üçün dəbbə, bəssə, qallə, mərra və s. ] yazılan v hərfinin Azər-
baycanda daha əvvəllər mövcud olan əski əlifbalı sistemdə bir v
ilə oxunuşu formasında ortaya çıxmışdır.
CĠLMAYA – at adı. Əski oğuz dilindədir. Türk mifologi-
yasına görə əfsanəvi qanadlı atdır.
CĠNS [alm. Gattung; fr. Genre; ing. Genus; yun. Genos; osm.
tr. cins; ər. ظُﺟ] – bir – birinə yaxın növlərin əhatə olunduğu
birlik. Bəzən isə öz içində növləri olan hər növ, o növlər üçün
cinsə çevrilir. Lakin pilləvari nərdivanda ən sonda gələn növ cins
ola bilməz. Orqanizmin doğub törəmə prosesilə bilavasitə bağlı
olan və orqanizmlərin çoxunda kişi, və ya qadın fərdlərini ayırd
etməyə imkan verən əlamətlərin məcmusu, habelə canlı vücud-
ların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri. Kişi
cinsi. Qadın cinsi.
CĠHAD [داهﺟ]– din uğrunda döyüş səfərbərliyi, fərqli məna-
larda işlədilir. Bəzən insanın öz nəfsi ilə mübarizə aparmasına,
nəfsin istək və arzularına boyun əyməməsinə də cihad deyilir.
Ərəb dilli fəlsəfədə çox işlək bir ifadədir. İslam dininə aid olan bir
termin kimi cihadı bəzən terror sözü ilə eyniləşdirirlər, lakin cihad
terror deyil, insanları zülmdən qurtarmaqdır. Qanunsuz, silahlı
birləşmələr bu ad altında cinayətlər törədərək, dünyada İslam
barədə mənfi rəy formalaşdırır.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
41
CĠSĠM [alm. Körper; fr. Corps; ing. Body; lat. Corpus; ər.
ىغﺟ] - 1. şüur xaricində özbaşına müstəqil olaraq kainatda yer tu-
tan hər hansı bir şey. 2. Fiziki baxımından götürdükdə isə bölünə
bilən və yer tutma qabiliyyəti olan maddə. Cisim sözündən törə-
yən. Cismani isə maddi olan, cismə yaxud bədənə aid olan
deməkdir. Dilimizdə işlətdiyimiz cism sözü ərəbcədən bizə
keçmədir. . َغَﺟ
ى felinin [cəsəmə] məsdəridir. Bu feldən törəmə V
babda təcəssəmə [ٌّ
َُّغ َجَر] felinin məsdəri olan təcəssüm sözü də
işlənir. Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya,
şey; fəzada ayrıca şey. Bərk cisimlər. Maye cisimlər. Cisimlərin
düşmə qanunu. Göy cisimləri (planetlər, ulduzlar).
CÖVHƏR [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis,
hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. ٌّ
ش٘ٛﺟ] – yunan
dilində ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən
əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa
şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir.
Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun
gəlir. Misal üçün stul bir formadır, lakin onun əsası taxtadır.
Formalar və rənglər dəyişə bilər, lakin onun mahiyyəti olan taxta
olması faktı əsla dəyişməz. Dəyişkən hallar və xüsusiyyətlərlə
müqayisədə qalıcı olan, bir başqa şeylə yaxud da bir başqa şeydə
deyil, öz-özülə var olan (fəlsəfi terminologiyaya aiddir). Cövhər
kəlməsi ərəb mənşəlidir. Bu söz daha müasir variantda Qərb
fəlsəfəsinə istinadla ―substansiya‖ termini ilə ifadə olunur. Şeyin
mahiyyəti, onun əsası demək olan cövhər bütün xarakter və
xüsusiyyətlərdən uzaq təsəvvür olunur. Ona əlavə olunan forma,
tip, xüsusiyyətlər onun təbiətinə bilavasitə aid olmadıqlarına görə
Ad
i
l
ə
N
ə
z
ə
rova
42
onlara ərəz deyilir. Misal üçün taxta şeyin mahiyyəti kimi cövhər,
sonradan ona əlavə olunan forma, rəng və s. isə ərəzdir. Digər bir
mənada da hər hansı bir üzvi maddənin distillə və s.kimyəvi üsul-
la ayrılan yığcam məhlulu, şirəsinə də cövhər deyilir. Daha ətraflı
bax: Substansiya.
CÜZ [زﺟ]– parça, hissə. Çoxluğun hissələrindən biri cüzdür.
Küll halında olan bir şeyin hissələrindən biri; hissə, qisim, parça.
Ümumi mənada isə çoxluğun tərkib hissələrindən biri, yaxud onu
təşkil edənlərdən biri deməkdir. Quran-i Kərimin bölünmüş surə-
lərinə də cüz deyilir. Quran otuz cüzdən ibarətdir.
CÜZĠ [alm. Partikular; fr. Particulier; ing. Particular; lat.
Particularis; osm. tr. cüzi; ər. ٌّ
ّيزﺟ] – məntiqdə bir növün bütün
fərdlərinə az miqdarda olan, çoxluqla müqayisədə az olan, yaxud
çoxluğun tamamına deyil, ancaq bir hissəsinə aid olan deməkdir.
Cüz sözünün sonuna artırılan -i şəkilçisi ərəbcədən keçmədir. Bu
şəkilçisi orijinal versiyasında əslində - iyyun formasındadır. Lakin
bu dilimizə uzun səslənən i kimi transfer etmişdir. Bu ərəbcənin
orfoepik qaydalarına uyğundur. [müqayisə et: mülki, cüzi, dövri,
sətri, hissi və s.]. Cüzi iradə [alm. Willensfreiheit; fr. Libre
arbitre; ing. Free will; lat. Liberum arbitrium; osm. tr. irade-i
cüziye; tr.özgür istenç; ər. جدأسإ ءضﺟ] – insana məxsus azad iradə.
İstəyin azad olması, nədənsə asılı olmaması insanın istək və qərar
verə bilmək müstəqilliyi. Din fəlsəfəsində isə Tanrı istəyi [iradeyi
külliyyə] qarşısında insanın istəyinin ortaya qoyur. Fəlsəfədə
azadlıq kateqoriyası ilə eyni mənaya uyğun gəlir.
CAYNĠZM Hind fəlsəfəsi və dininin e.ə. təqr. VI əsrdə mey-
dana gəlmiş qeyri-ortodoksal sistemlərindən biri. Caynistlər
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
43
Hindistanda xüsusi dini qrup təşkil edirdilər. Adın kökü Hindis-
tandan gəlmədir. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar,
Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 mil-
yona çatır. Caynizm ―qalib‖ mənasında olan Cina və ya ―böyük
qəhrəman‖ mənasında olan Mahavira ləqəbli bir şahzadə olan
Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır.
Caynizm doktrinası əsasən Tirtankara deyilən keçid edən, keçid
tapan və yol göstərən olaraq Mahaviraya sitayişdir. Mahaviranın
Nirvanaya çatması caynist təqviminin başlanğıcı olmuşdur. Onun
Budda ilə eyni dövrdə yaşadığı üçün inancları və əsərləri arasında
oxşarlıqlar vardır.
CAN insanı var edən. Əski türkcədən gəlmədir. Ərəb dilli
fəlsəfədə bu sözün qarşılığı olaraq hayy yaxud da ruh sözləri
işlənir. Bəzən psixika termininin sinonimi kimi işlədilən termin.
Fəlsəfə tarixində bu anlayışla insanın idealizmdə xüsusi qeyri-
maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə
olunmuşdur. Can insanı varlı tutan, diri saxlayandır.
CƏBƏRĠLĠK dini-fəlsəfi təlim. Qurana münasibətdə sifatilərə
zidd mövqe tuturdu. Cəbəriliyin tərəfdarları iddia edirdilər ki,
Allahın heç bir qədim atributu yoxdur, Quran isə sonradan
yaradılmışdır. Cəbəri sözü hərfi anlamda məcburi deməkdir.
Cəbərilik dini təlimi Allahı tanıdığı və onu qəbul etdiyi halda,
onun atributlarını tanımır. Onlar Quranın vəhy vasitəsi ilə
Məhəmməd peyğəmbərə endiyini qəbul etdiyi halda onun
Məhəmməd (s.a.s) əsəri olduğunu təsdiq edirlər. Hədisləri isə
sonralar yardılmış böyük vəlilərin və övliyaların əsəri hesab
edirlər.
Ad
i
l
ə
N
ə
z
ə
rova
44
CƏMĠYYƏT [alm. Gesselschaft; fr. Sociètè; ing. Society; lat.
Societas; osm. tr. cemiyet; ər. حًُّﺟ] – şüurlu fərdlərdən və xüsusilə
aralarında təşkilatlanma əlaqələri və qarşılıqlı əməllər olan
insanlardan ibarət topluluq. Ərəb dilindən keçmişdir, kökü cəmə`a
[غًﺟ] felidir, toplaşmaq, cəm olmaq, yığışmaq deməkdir. İnsan-
ların birgə fəaliyyətinin tarixən qərarlaşmış formalarının məcmu-
su. Dar mənada ümumi, xüsusi və təkcə əlamətlərinin vəhdəti
halında götürülmüş konkret cəmiyyət kimi və ayrıca region, ölkə
kimi nəzərdən keçirilə bilər. Tarixən müəyyənləşmiş iqtisadi
quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm
cəmiyyəti. Kapitalizm cəmiyyəti. Bir yerə yığışan insanlara və
dini terminologiyada məscidə namaz qılmaq üçün bir yerə yığışan
insanlara da camaat [حػايﺟ] – deyilir.
ÇEVRĠLMƏ [alm. Genesis; fr. Devenir, genèse; ing.
Becoming, genesis; lat. Fieri; in fiere – var olma; yun. Genesis;
osm. tr. sayruret; tekevvün; tr. Oluş; ər. حسٚشٍص] – dəyişmə,
dönüşmə prosesi, belə vəziyyətdə bir haldan digər bir hala keçmə,
yaxud imkandan reallığa keçid. Daimi olaraq dəyişmə prosesinə
də çevrilmə deyilir.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
45
D
DAOĠZM ( Taosizm), Çin dilindən: pinyin: Daojia iki ayrı
sözün Türkcədəki qarşılığı olaraq istifadə edilməkdədir. Daojiao
Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə,
düşüncə məktəbini izah edir. Daonun qurduğu təlimə Daosizm
deyilirdi. Daoriszm dao və yaxud ―yollar‖ haqqında təlim; e.ə. VI
-V əsrlərdə Çində meydana gəlmişdir. Ancaq ikisi də qaynağını
Laozinin əsəri Tao Te Chingdən götürmüşdür. Düşüncə məktəbi
olaraq Taoizmin qurucusu Laozinin ardından Zhuangzi də bu axı-
nın ən əhəmiyyətli nümayəndəsidir. DAO – Çin klassik fəlsəfə-
sində mühüm kateqoriyalarından biridir onunda mənası yol
deməkdir.
DALAY - [Talay] Genişlik, ululuq, sonsuzluq məcaz edən, əsl
mənası , böyük dəniz, okean. Əski türkcədir.
DAVAMĠYYƏT [alm. Kontinutiöt; fr. Continuitè; ing.
Continuity; lat. Continuitas; osm. tr. temadi; ər. يدآّر] – davamlı
olaraq sürüb getmək. Daimi olmaq, sürüb getmək. Ayrı-ayrı
elementlərdən mütəşəkkil olmayan bir reallıq qurma. Davam
sözünə artırılan iyyət şəkilçisi ərəbcədə mövcud olan nisbi sifət
şəkilçisinin qadın cinsində olan formasıdır. Bu şəkilçi ərəbcədən
dilimizə transfer olunan xeyli sözdə mövcuddur [Müqayisə et:
mədəniyyət, bəşəriyyət, qalibiyyət, məğlubiyyət və s.].
Ad
i
l
ə
N
ə
z
ə
rova
46
DAVRANIġ [alm. Verhalten; fr. Comportement; ing.
Behaviour] – xaricdən müşahidə olunacaq bütün hərəkətlərin
cəminə deyilir. Mənşəcə türkcədir.
DAHĠ [ing. Genius; fr. Génie; far. ٍهاد] – mütəfəkkir, mürdik.
Farscadan gəlmədir, xariqüladə ağıl və zəkaya malik olan
şəxs. Böyük şəxsiyyətlərə, mürdik və uzaqgörən insanlara, əngin
zəkaya malik adamlara verilən addır. Dilimizdə dahicə olan fikir
və ideya da dahiyanə adlandırılır.
Dostları ilə paylaş: |