Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə11/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   ...   8   9   10   11   12   13   14   15   16
Afrika tam

Böyük Səhra
Böyük Səhra Afrikanın və dünyanın ən böyük səhrasıdır. Sahəsi 8,7 min kv km-dir. Şimal sərhəddi Atlas dağlarının cənub ətəyi və Aralıq dənizinin cənub sahili ilə keçir. Qərbdə Atlantik okeanı , Şərqə Qırmızı dəniz və Süveyş kanalı ilə əhatələnir. Cənub sərhəddi bir qədər şərti keçirilir. Bu sərhəd daima fəsli yağıntı alan Şimali Sudan kollu quru-çöl və yarımsəhranın şimal sərhəddi üzrə aparılır ( qərbdə 17-18 º, şərqdə isə 15-16 º şimal eni ilə) . Beləliklə Böyük Səhra qərbdən şərqə 6 min km , şimaldan cənuba 2 min km uzanır.

Böyük Səhra demək olar ki , tamamilə passat sirkulyasiyası zonasında yerləşir. Səhra landşaftının yaranmasının ən başlıca səbəbi iqlimin çox quru olmasıdır. Bir çox səbəblərdən Böyük Səhranın Atlantik okeanı və Qırmızı dəniz sahilləri də oluqca quru iqlimə malikdir. Aralıq dənizinin təsiri çox ensiz sahil boyunca hiss olunur .

Böyük Səhra Afrikanın qədim platforması üzərində yerləşir. Arxey və praterozoyda qırışıqlıqda toplanmış kristallik süxurlar burada böyük qalxanlar ( antiklizlər) sahəsində üzə çıxır. Böyük Səhranın təxminən orta hissəsi ilə ( 18-25 º şimal enliyi arasında ) qərbdən şərqə antiklizlər sıraya düzülmüşdür. Bunlar Regibat , Axaqqar , Tibesti və daha geniş sahə tutan Nubiya-Ərəbistan qalxanlarından ibarətdir.

Böyük Səhranın mərkəzinda kristallik və metomorfik süxurlarda ibarət qədim platforma əsası dəniz səviyyəsindən xeyli yüksəyə qalxmış , Ahaqqar qalxanını və eyni adlı dağlıq yaylanı əmələ gətirmişdir. Qalxanın ən uca mərkəz hissəsində sönmüş vulkanlar və vulkan massivləri , lava sahələri yerləşir. Burada Ahaqqar yaylasının yüksəkliyi 3003 m-dir (Tahat dağında İlaman zirvəsi ).

Ahaqqar qalxanının kristallik əsası hər tərəfdə paleozoyun ordovik , silur və devon qumdaşı çatları ilə əhatələnir. Qalın və möhkəm paleozoy qumdaşları zəif monoklinal qırışıqlıqda iştirak edir.

Tibesti qalxanı sahəcə kiçik olub , 3 təbəqədən paleozoy (kembri, ordovik , silur , devon ) , şimaldan üçüncü dövr çöküntü çəxəntıları ilə əhatə olunmuşdur , onun çox yüksəyə qalxmış hissəsi arxey kristallik və turş vulkan süxurlarından , həmçinin kaynazoyun əsas effuzivlərindən ibarətdir. Tibesti massivinin ən yüksək sahəsi olan Emu-Kussi dağı (3415 m) cavan vulkandır.

Tibestidən şərqdə yerləşən geniş sahə , səthdə mezoozoy , bəzən paleozoy çöküntülərindən ibarət olan platformadır. Kristallik süxurların böyük çıxışı birdə Böyük Səharnın şərqində Nubiya və Ərəbistan səhralarındadır. Arxey kristallik süxurlarından və intruziyalarından ibarət olan Nubiya-Ərəbistan qalxanının yalnız qərb qanadı Afrikada yerləşir. Onun arxey intruzivləri ilə daha çox kəsilmiş şərq qanadı Ərəbistan yarımadasındadır , tağ hissəsi isə nəhəng tektonik qırılmalarla kəsilmiş , gömülmüş və Qırmızı dəniz qrabenini yaratmışdır.

Şimalda yerləşən çökmə zonası çox geniş olmaqla onun daxilində özünü yaxşı göstərən böyük sturuktur formalar yoxdur. Cənubda ümumi çökmə zonası ətraflardan istər geoloji ,tektonik , istərsə də sırf oroqrafik xüsusiyyətlərinə görə seçilən böyük morfosturukturlara bölünür. Bunlar başlıca olaraq Tanduf , Nyamey ,Çad və Yuxarı Nil sineklizləridir.

Atlas dağlarının cənub-qərbində Ahaqqar qalxanına tərəf uzanan Uqarka tektonik zonası paleozoy çöküntüləri ilə dolmuş avlokogendir ( platforma daxili qırışıqlı əyilmə ).

Sidra körfəzindən şərqdə yerləşən Marmarika düzənliyi, Kattara çökəyi və ətraf sahələr alt neogen çöküntülərindən, Aralıq dənizi sahili ilə uzanan cavan qırışıqlı alçaq dağlar isə paleogen çküntülərindən ibarətdir.

Ahaqqar və Tibesti massivlərindən şimalda relyefin geniş yayılmış formaları yaylalar , batıq ovalıqlar və çökəkliklərdir. Yaylalardan Təknə , Hamada , Tədamait , Tinqert ,Cəbəl-əs-Soda , Kilf-Bəkir və s. göstərmək olar. Böyük batıq çökəkliklər şimal qərbdə Böyük Şott çökəkləri , Böyük Şərqi Erq çökəyi , Tuat vahəsi , Marmarika ovalğı , Kattara çökəyi , Əl-Harqa vahəsi və s.-dir.Tibestidən cənubda Bodele çökəyi , cənub şərqdə Erdi və Ennedi yaylaları , Air və Tibesti arasında Tenere və Kabar qumlu düzləri , Airdən qərbdə isə Talak qumlu düzənliyi yerləşir.

Böyük Səhrada relyefin ən geniş yayılmış formaları müxtəlif tipli və formalı səhralardır.

Böyük qum səhralarına Böyük Qərbi Erq , Böyük şərqi Erq ,Erq İqidi , Erq Şeş , Edeyi-Ubari , Liviya səhraları daxildir.

Beləliklə , Böyük səhra relyefində sol skulpturası və akkumliyasiyası formaları geniş yer tutur. Böyük Səranın müasir relyefində flüvial morfosturuktura vadilərdən ibarətdir. Qədim çay dərələrinin çox uzun və geniş olması keçmişdə Böyük Səhranın daxili rayonlarında , xüsusilə mərkəzi yayla və massivlərdə habelə Səhra Atlasında yağıntəların miqdarının indikindən xeyli artıq olduğunu sübut edir.

Vadi şəbəkəsi Ahaqqar massivi yamaclarında və ətəklərində , Səhra Atlasından cənubda , qərbi Liviya və Tripolitaniya yaylalarında , Tibesti yaylasında , Ennedi yaylasının qərb yamacında daha sıx olmaqla , böyük su yığımı hövzəsi olan agacabənzər sistemlər əmələ gətirir. Bunlardan ən böyükləri İqarqar , Tilemsi , Saura , Azavak ,Tamanrasset , Saala vadiləridir.

Böyük Səhra relyefinin mühüm formasiyalarından biri Nil çayı dərəsi və onun yaratdığı böyük deltadır. Nil çayı vadisi 3000 km məsafədə Böyük Səhranın şərq hissəsinin cənubundan şimala keçir və bir neçə böyük dirsək yaradır. Böyük Səhra daxilində çayın yatağında 5 astana mövcuddur. 1-ci astanadan aşağı vadi çox genişlənir və onun eni 16-22 km-ə çatır. Subasar və yataq üstü terraslar suvarılır. Burada çayın 5 terrası vardır.

Böyük Səhra qışda xeyli soyuyur və Azor maksimumu yüksək təzyiq vilayəti ilə birgə o geniş bir sahəni əhatə edən barik maksimumda yerləşir. Bu zaman Aralıq dənizi üzərində atmsofer təzyiqi bir qədər az olur və Böyük Səhranın daxili hissələrinə tərəf təzyiqin artması müşahidə edilir. Böyük Səhrabnın cənub kənarına və Sudana hərəkət etdikcə yenə atmsofer təzyiqinin azalması müşahidə edilir , həmdə cənuba tərəf təzyiq qradiyendi xeyli artır.

Qışda Böyük Səhra üzərində yaranan yüksək təzyiq sahəsi dəyişilməz qaldığından Aralıq dənizi və Qvineya körfəzi üzərində yaranan barik depressiyalar onu yarıb səhranın daxili hissələrinə keçə bilmir.

Böyük Səhra üzərindəki yüksək atmosfer təzyiqini yayda alçaq təzyiq əvəz edir. Bundan əlavə passat sirkulyasiyası da bir qədər şimala çəkilir. Azor maksimumunun şərq qolu bu vaxt Aralıq dənizi cə Cənub Qərbi Avropa üzərində yerləşir.

Böyük Səhra üzərində müxtəlif xarakterli hava kütlələrinin mərtəbəli yerləşməsi də onun iqliminə və xüsussilə yağıntıların paylanmasına təsir göstərir.

Böyük Səhra yer kürəsinin ən böyük sahəyə malik olan qızmar sahələrindən biridir. Burada iyul ayının orta temperaturu 30º-dən artıqdır. Yalnız qərbdə , Atlantik okeanının ensiz sahil zonasında 26-28 º-dir. Səhranın bir çox daxili rayonlarında yayda orta temperatur 32-36 º-dən yuxarı qalxır. Belə rayonlarda Orta Nil boyunu , Çad gölü çökəkliyinin şimal hissəsini, bütövlükdə səhranın Ahaqqar yaylasından qərbdə yerləşən qərb hissəsini göstərmək olar. Əl-Cov və Tənəzrüftdə iyul ayının orta temperaturu 36 º-dən artıqdır.

Mütləq maksimum temperatur Böyük Səhranın düzənliklərində 50 º, bəzi yerdə isə 55-56 º olur. Tripolitaniyada Əzizi məntəqəsində mütləq maksimum 58 º, İnsalahda 56 º qeyd edilmişdir.

Böyük Səhra yer kürəsinin ən böyük arid vilayətidir. O , demək olar ki, tamamilə 100 mm-lik izoqiyet daxilində yerləşir. Yalnız onun şimal kənarında , Aralıq dənizi sahilində yağıntı 250 mm-ə qədər artır. Cənubda il ərzində 100-150 mm-ə qədər yağıntı alan sahələr vardır. Ərazinin təxminən 8/10 hissəsində , yəni bütün daxili rayonlarda yağıntıların miqdarı 50 mm-dən azdır. Lakin daxili yaylalarda bu rəqəm 2-3 dəfə artır.

Böyük Səhra az yağıntı aldığına görə bu sahənin özünəmənsub olan daimi axarlı çayları yoxdur. Nil Böyük Səhranı kəsib keçən yeganə çayıdır.

Şimali Qvineya yüksəkliyinin bol yağıntılı yamaclarından öz mənbəyini alan Niger çayı Sudanda səhranın sərhiddinə çatdıqda , sanki qızmar səhra qumları arasında buxarlanıb yox olacağından qorxaraq tez geri dönür, yenə bol yağıntı alan vilayətlərə qayıdır.

Yeraltı sular səhrada böyük əhəmiyyət kəsb edir. Bunların səthə yaxın olduğu sahələrdə yaşıl vahələr, yaşayış məntəqələri yerləşir. Böyük Səhrada yeraltı sulara müxtəlif dərinliklərdə rast gəlinir :.yer səthindən 1-3 m , bəzən 7-10 m, nadir hallarda 20-25 m dərinlikdə .

Təzyiqli sular.Bu sular 50-100 m və daha dərində yerləşirlər.

Böyük Səhrada torpaq əmələ gəlmə prosesi ya çox zəif gedir , yaxud da onun daşlı qumlu səhralarında bu prosesin inkişafı üçün şərait yoxdur. Bitki örtüyü çox seyrək olduğundan çürüntü toplana bilmir.

Böyük Səhranın bitki örtüyü oldu qca kasıbdır. Məsələn geniş sahəsi olan Əlcəzair səhrası cəmi 500-ə qədər, Liviyada isə 300-ə qədər bitki növü məlumdur. Ərazinin şimal hissəsinə bitki örtüyünün Aralıq dənizi vilayətlərindən, cənub hissəsinə isə Sudandan miqrasiya etməsi güman edilir. Bununla yanaşı bir çox səhra bitkiləri endemik olaraq 3-cü dövrdən inkişaf etməyə başlamış və onların vətəni səhranın daxili rayonları hesab edilir.

Böyük Səhrada rütubətin çatışmaması və havanın həddən çox qızması burada olan bitkilərin inkişafına böyük təsir göstərir. Bir çox bitki növlərinin yeraltı hissəsi yerüstü hissəsindən 15-20 dəfə uzun olur. Məsələn efedra. Bu bitki xüsusilə qrunt suları dərində yerləşən yumşaq çöküntülərin yayıldığı sahələrdə müşahidə edilir.

Böyük Səhrada təbii ot bitkilərinə ağac-kol bitkilərindən ən geniş yayılanı etel , talxa və s.dir. Səhranın mərkəzi rayonlarında küsdüm fəsiləsinə aid olan bitkilər üstünlük təşkil edir.

Ahaqqar yaylası ümumiyyətlə səhra landşaftınaa malikdir. Lakin 1000 m , xüsusilə 1500 m dən yuxarıda Aralıq dənizi yovşanı , yabanı zeytun , mərsin kolları kəvər ,Atlas püstəsi tək-tək sərv ağaclarına rast gəlinir.

Səhranın mərkəzində gözəl mənzərə yaradan palma bitir. Qrunt suları səthə yaxın olan yerlərdə onların kökü suya çatır ,dərin olan yerlərdə isə onlar quyularda yaxud dərin çökəkliklərdə bitirlər.

Böyük Səhra morfosturuktur cəhətdən bir-birindən fərqlanən aşağıdakı vilayətlərə bölünür. 1.Böyük Səhranın qərb və şimal-qərbi . Bu vilayət Atlantik sahili , Əl-Coğ ,Timerin –Tənəzruft və Əlcəzair səhrası yarımvilayətlərinə bölünür. 2. Mərkəzi yaylalar vilayəti –Ahaqqar , Adrar , Air, Tibesta yarımvilayətlərindən ibarətdir. 3. Tripolitaniya yaylaları . 4. Liviya səhrası. 5. Aralıq dənizi sahili yüksəklikləri və çökəklikləri vilayəti. 6. Şimali Çad səhrası ( Azvak , Tehere, Kavar , Barku qumlu səhraları. Bodele çökəyi yarımvilayəti ). 7.Ərəbistan və Nubiya səhrası vilayəti.




Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin