Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə3/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   16
Afrika tam

Afrikanın daxili suları

Afrika ərazisi çay şəbəkə sıxlığının paylanması və səth axımının xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən sahələrdən ibarətdir. Təbii şəraitin başqa komponentlərində olduğu kimi səth sularının qitə ərazisində paylanmasında da coğrafi zonallıq qanunu çox aydın nəzərə çarpır. Çay şəbəkəsinin sıxlığı və çayların sululuğu səth axımının həcmindən asılıdır. Səth axımının böyüklüyü isə yağıntıların miqdarından, buxarlanmadan, səth meyilliyi dərəcəsindən, süxurların litologiyasından, torpaq və bitki örtüyündən asılıdır. İl ərzində çox yağıntı alan ekvator qurşağında çay şəbəkəsi daha sıx, çaylar çox suludur. Bu qurşaqda səth axımı layının qalınlığı 400 mm-lə 1500 mm arasında dəyişir. Yağıntıların miqdarı 2000-3000 mm-dən artıq olan Qvineya körfəzinin şimal-şərq və şimal-qərb sahillərində dağların yamaclarında axım layının qalınlığı maksimal kəmiyyətə çatır. Konqo hövzəsinin böyük hissəsində bu rəqəm 400-600 mm-ə qədərdir. Ekvator qurşağından şimala və cənuba tərəf axım layının qalınlığı azalır. Subekvator qurşağında bu 200-400 mm, şərqi Afrika yaylalarının az yağıntılı sahələrində 100-200 mm-ə qədər, tropiklərdə isə 50 mm-dən azdır. Qitənin şimal və cənub ucqarında səth axımının 200 mm-ə qədər artması müşahidə edilir.

Beləliklə, Afrikada çaylar ekvator və ekvatoryanı qurşaqlarda daha çoxdur. Qitənin ən böyük çaylarından Nil, Konqo, Niger, Zambezi əsas su ehtiyatını bu qurşaqlardan alır. Axım layının qalınlığı 50 mm-dən az olan tropiklərdə daimi axarlı çaylar yoxdur (tranzit çaylar müstəsnalıq təşkil edir). Axım layı bir qədər artan subtropik zonalarda kiçik çaylar vardır. Bunların çoxu isti və quraq yay aylarında quruyur.

Afrikanın səth axarı Atlantik və Hind okeanlarına, Aralıq dənizinə və daxili hövzəyə aiddir. Atlantik okeanı hövzəsinə qitə ərazisinin 36,05%-i, Hind okeanına 18,28%-i, Aralıq dənizinə 14,88%-i aiddir. Daxili hövzə qitə ərazisinin 1/3 hissəsini tutur (9 mln. km2).

Qitənin müasir çay sistemi cavandır. Neotektonik mərhələdə onun kənarlarının və şərq yaylalarının qalxması qədim dərələrin çox dərinləşməsinə, astanalar yaranmasına səbəb olmuşdur. Bu mərhələdə yüksəlməkdə olan kənar yayla və yüksəkliklərin yamaclarında yeni çay dərələri əmələ gəlmiş, bir çox yerdə çay qovuşmaları baş vermişdir. Afrika çaylarının oxşar cəhətləri onların hamısının çox astanalı olması, dərələrinin tez-tez istiqamətləri dəyişməsidir. Çay dərələrinin bu morfoloji xüsusiyyətləri onların cavanlığını bir daha sübut edir. Bu xüsusiyyətlərin özləri isə daha çox ərazinin tektonik quruluşu ilə bağlıdır. Çay dərələrinin istiqaməti əksər hallarda tektonik qırılmaların istiqamətinə uyğun gəlir, yaxud qırılmalar zonasını keçdikdə onlar astana və şəlalələr əmələ gətirirlər. Buna görə də Afrika çaylarının enerji ehtiyatı olduqca böyükdür (dünya çayları enerji ehtiyatının 20%-ə qədəri).

Afrikanın səhralarında bir çox quru dərə sisteminin mövcudluğu keçmişdə tropik qurşaqların daha çox rütubət alması və burada daimi yaxud dövrü axarlı çayların olduğu haqda fikir söyləməyə imkan verir. Quru dərələrin bir çoxu Ahaqqar massivindən başlanıb ətraf səhralarda qurtarır. Müəyyən edilişmişdir ki, keçmişdə öz sularını okeana çatdıran bəzi çayların dərələrini qumlar basmışdır. Quru dərələrdən bəzilərinin uzunluğu 1000-1500 km-ə çatır. Atlas dağlarının cənub yamaclarından başlanan Saura dərəsi (vadisi) Tuat çökəyinə qədər uzanır. Yaxud Ahaqqar massivinin cənub yamacında yerləşən çox şaxəli quru dərələr birləşərək Azavan vadisini yaradır. Bu keçmişdə Niger çayının böyük qollarından biri idi.

Kalaxaridə də bir çox quru dərə sisteminə rast gəlmək mümkündür. Bunların çoxu okeana axarı olan keçmiş çay dərələridir. Beləliklə, dördüncü dövr plüvial epoxasında Afrikanın müasir axarsız sahələrinin xeyli hissəsindən okeana axar var idi. Bununla belə müasir axarsız hövzələrin çox geniş bir hissəsindən kaynazoyun ikinci yarısından etibarən okeana axar olmamışdır (Çad gölü çökəyi, Əl-Cof, Tuat vahəsi və s.). Bu pleystosendən (çox güman maksimal buzalşma dövründən) sonra iqlimdə aridləşmə təmayülünün artmasını göstərir.

Hazırda qitə ərazisinin 35%-dən çoxunda yağıntıların miqdarı o qədər azdır ki, daimi, hətta az-çox davam edən müvəqqəti axarlı çaylar belə əmələ gələ bilmir. Bununla belə Afrikanın ekvator və subekvator qurşağında yaranan nəhəng çayların bir neçəsi dünya çayları arasında görkəmli yer tutur. Nil uzunluğuna görə birinci, Konqo isə sululuğuna görə ikinci yerdə durur. Afrikanın 4 çayı isə dünyanın böyük çayları sırasına daxildir.




Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin