34
məsələlərinə dair məktubların hazırlanması və göndərilməsi işi ilə də məşğul
olurdu. Bu vəzifə dövlət və ölkənin mühüm sahəsindən biri idi.
122
Bir çox tarixi salnamələrdə şah və iri feodalların xidmətçiləri olan bu kimi
vəzifə sahibləri barədə çoxlu qeydlər mövcuddursa da, təəssüf ki, mənbələr onların
ehtiva etdiyi məzmun barədə məlumatlardan xalidir. Yəni dövrün elə məlumat
kitabı yoxdur ki,
onda Qaraqoyunlu, Ağqoyunlu və Şirvan dövlətlərinin
quruluşunda mühüm rolu olan vəzifələrin əksəriyyəti barədə konkret bir fikir əks
edilmiş olsun. Amma, bunun əksinə olaraq mənbə və ədəbiyyatda həmin vəzifə
sahiblərinin demək olar ki, hamısının hərbi səfərlərdə şahla birlikdə olması, hətta
onlarla döyüşdə iştirakı barədə qeydlər vardır. Məsələn, «...Əli bəy (Uzun Həsənin
atası - Ş.F.) mərdlik göstərdi. Onunla birlikdə
olan Məhəmməd Xəzinədar,
Məhəmməd Bukavul döyüşdə çox böyük səy göstərdilər.
123
Yaxud, «Böyük döyüş
oldu... Qazinin oğlu Əli Şirəçi elə şücaətlər göstərdi ki, dövranın adlı-sanlı
adamları оnа heyran qaldılar».
124
Qeyd etmək lazımdır ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin
quruluşunda mühüm rolu olan simalar barədə mənbələrdə və eləcə də ədəbiyyatda
məlumatın nisbətən çox olmasına baxmayaraq, Şirvana aid məxəzlərdə elə
məlumat,
demək olar ki, yox dərəcəsindədir. Akad.B.Dorn 1861-ci ildə Qafqaza
səyahət zamanı Salyanda «nahiyyə məşvərətçisi Mehdi bəyin köməyi ilə Şirvanşah
Fərrux Yasarın 1474-cü il tarixli bir fərmanının surətini çıxarmışdı. Şirvanın dövlət
idarə üsulu, əhalinin müxtəlif təbəqələri, rəiyyətin vəziyyəti, bir sıra vergilər və
inzibati məsələlər haqqında məlumat verən bu sənəddə Şirvan tarixinin bir sıra
işıqlandırılmamış məsələləri əks olunmuşdur. Sənədin tərtib
edildiyi tarix Şirvan
dövlətinin sosial-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir dövrünə təsadüf edir.
О zaman Yaxın Şərqin zəngin dövlətlərindən biri sayılan Şirvanın bir sıra şəhərləri
Avropa ilə Şərq ölkələrini birləşdirən karvan-ticarət yollarının əsas düyünlərində
yerləşdiyi üçün ölkə tranzit ticarətində də mühüm rol oynayırdı».
125
Sənəddən müəyyən edildiyinə görə Şirvanşah Fərrux Yəsar Şirvan dövlətinə
tabe olan Gəştasfı və Salyan vilayətlərinin, eləcə də Mahmudabad şəhərinin
idarəsini böyük oğlu Şamxal Sultan Məhəmməd Qazi bəyə tapşırır və onun həmin
yerləri necə idarə edəcəyini müəyyənləşdirir: müəyyən vəzifə sahiblərinin rütbəsini
yüksəltmək, alçaltmaq,
müqavilə bağlamaq, müqavilələri ləğv etmək
Məhəmməd Qazi bəyin hökmranlıq (hakimlik) səlahiyyətinə daxil edilir. Əhalinin
122
S.Onullahi. Göst.əsər. səh.44.
123
Kitabi-Diyarbəkriyyə, səh.67.
124
Yenə orada, səh.138.
125 Сборник статей по истории Азербайджана. Стр.210; С.Ашурбейли. Очерки истории
средневекового Баку, Bakı, 1964. səh.91; M.X.Nemətova XV əsr Şirvan tarixinə dair qiymətli sənəd,
Azərb.SSR EA «Xəbərlər»i, Tarix, fəlsəfə və hüquq seriyası, 1966, №4, səh.63.
35
mülki, şəri məsələlərini ruhani alimlər və axundlarla müzakirə etmək, onların fikri
ilə
razılaşmaq şahzadəyə xüsusi tapşırılır və məsləhət görülürdü.
Məhəmməd Qazi bəyə tapşırılırdı ki, «islam dininin qayda-qanununa əməl
etsin, əzəmətli seyidlərə,
görkəmli şeyxlərə, imamlara hörmət bəsləsin, onlardan
vergi toplanmasına yol verməsin». Sənəddə seyidlər, şeyxlər ölkədə, hətta dünyada
nizam-intizamın dayağı kimi qeyd edilmişdir. Beləliklə bir daha məlum olur ki,
bütün müsəlman Şərq dövlətlərində olduğu kimi Şirvanşahlar dövlətində də din
əhlinə
böyük intiyazlar verilmiş, onlar feodal Azərbaycan dövlətlərinin dayağı
olmuşlar.
Şirvanşah Fərrux Yəsar oğlundan tələb edirdi ki, yüksək rütbəli dövlət
məmurlarına divan üçün vəsait toplayarkən ədalətsizliyə yol verməmələri üçün
onların üzərində nəzarət etsin. Həddindən artıq soyğunçuluğa yol verməsinlər, elə
etməsinlər ki, əhali dağılıb qaçsın. Günahkarları cərimə edərkən dəftərlərdə qeyd
olunmuş qayda-qanunlardan kənara çıxmasınlar. Bu sənədə görə Şirvanda möhkəm
bürokratik dövlət aparatının və ciddi dövlət qanunlarına
əsaslanan üsuli-idarə
olmasını güman etmək olar.
126
Dostları ilə paylaş: