Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix21.04.2017
ölçüsü5,61 Mb.
#15074
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

 

 

Qənimətin Hökmü 

 

 

 



1146.  Ömər    demişdir:  “Allah  Bəni  Nədir  qəbiləsinin  var-yoxunu  qənimət 

olaraq  Öz  Elçisinə    verdi,  müsəlmanlar  bu  qənimətləri  əldə  etmək  üçün 

(döyüş meydanına) nə bir at, nə də bir dəvə sürdülər. Bu (qənimətlər) Allahın 

Elçisinə    məxsus  idi.  O,  (bundan)  öz  ailəsinin  bir  illik  azuqəsini  ayırdıqdan 

sonra  yerdə  qalanını  Allah  yolunda  (cihada)  hazırlıq  məqsədilə  silah  və  at 

almağa xərcləyərdi.” (Buxari 2904, 4885, Muslim 4674, 1757/48)  

 

 


 

 

510 



 

 

1147.  Məlik  İbn  Əus  İbn  Hədəsəni  ən-Nəsri  deyir  ki,  Ömərin    yanında 



olduğumuz  zaman  Ömərin    qapıçısı  Yərfa  gəldi  və  Ömərə:  “Osman  İbn 

Əffan, AbdurRahman İbn Auf, Zubeyr İbn Avvam, Sad İbn Əbi Vaqqas – Allah 



onlardan razı olsun - sənin  yanına girmək  üçün izn  varmı?”  dedi.  Ömər:  “Bəli, 

onları içəriyə dəvət et!” dedi. Bir az keçəndən sonra içəri daxil oldular, salam 

verib  oturdular.  Sonra  Yərfa  oturdu.  Bir  müddətdən  sonra  gələrək  dedi: 

“Abbas  ilə  Əli  –  Allah  onlardan  razı  olsun  -  içəri  daxil  olmaq  üçün  izn 

istəyirlər?” dedi. Ömər: “Bəli, izn ver gəlsinlər” dedi. Onlar da içəri daxil olub 

salam  verdilər.  Abbas:  “Ey  möminlərin  əmiri!  Mənimlə  (Əliyə  işarə)  edərək 

bunun  arasında  hökm  et!”  dedi.  Abbas  ilə  Əli  –  Allah  onlardan  razı  olsun  -

Allahın  Fey  olaraq  Rəsuluna  verdiyi  Nadir  oğulları  xurmalığından  ötrü 

mübahisə  etmişlər.  Əli  ilə  Abbas  – Allah onlardan razı olsun  - bir-birilərinə  dil 

uzatmışlar”.  O,  məclisdə  olanlar:  “Ey  Möminlərin  əmiri!  Bunlarınn  arasında 

hökm  et  və  bunların  birini  digərindən  rahatlığa  qovuşdur”.  Ömər:  “Yavaş 

olun! Tələsməyin. Göy və yeri əlində tutan Allahın haqqı ilə sizdən soruşuram 

Peyğəmbərin:  “Biz  Peyğəmbərlər    bir  miras  qoymarıq.  Nə  tərk  etdiksə 

sədəqədir  –  sözü  ilə  özünün  qəsd  etdiyini  bilirsinizmi?”  dedi.  Orada  olanlar: 

“Bəli,  Peyğəmbər    belə  buyurdu”  dedilər.  Ömər,  Əli  ilə  Abbasa  –  Allah 

onlardan  razı  olsun  -  tərəf  dönərək:  “Allah  haqqı  ilə  sizdən  soruşuram 

Peyğəmbərin    belə  buyurduğunu  sizdəmi  bilirsiniz?”  dedi.  Onlar:  “Bəli” 

deyə təsdiq etdilər. Ömər: “Mən sizlərə bu malın haqqını başa salacağam deyib 

izah  etdi:  Münəzzəh  olan  Allah  bu  xurmalığı  Rəsuluna    xas  olaraq  verdi. 

Odan başqa kimsəyə bu haqqı vermədi. Allah: “Allahın Öz Elçisinə onlardan 

verdiyi  qənimətlərə  tərəf  siz  nə  at,  nə  də  dəvə  sürdünüz.  Lakin  Allah  Öz 

elçilərini istədiyi kəslər üzərində hakim edir. Allah hər şeyə qadirdir”. (əl-Həşr 

6). Bu maldan xərcləmək Peyğəmbərin  haqqı idi. Sonra bu mala görə sizdən 

başqa  kimsə  iştirak  etmədi...  Rəsulullah    bu  maldan  ailəsinin  bir  illik 

nəfəqəsini  ayırır,  onları  xərcləyərdi.  Bundan  artıq  qalanı  isə  Allahın  malı 

Beytullaha qatardı.  – Cihad  və  s.  Xeyir  yollarına sərf edilərdi  – Peyğəmbər   

sağlığında  bu  malı  belə istifadə  etdi.  Peyğəmbər    vəfat  etdikdən sonra Əbu 

Bəkr    dedi:  “Mən  Peyğəmbərin    vəlisiyəm  və  bu  mülkü  götürərək  onu 

Peyğəmbərin    istifadə  etdiyi  kimi istifadə  etdi. Ömər,  Əli  və  Abbasa  – Allah 

onlardan  razı  olsun  -  tərəf  dönərək:  “Əbu  Bəkrin  bu  cür  müamələ  etdiyini 

sizlərdə bilirsiniz. Allah şahiddir ki,  Əbu Bəkr bu hərəkətində doğru, ağıllı və 

zəka  sahibi  idi.  Haqqa  uyaraq  hərəkət  etmişdir.  Sonra  Allah  Əbu  Bəkrin   

vəfatını  dilədi.  Mən  Rəsulullahın    və  Əbu  Bəkrin    vəlisiyəm.  Əmirliyimin 



 

 

511 



ilk  iki  ilində  bu  mülkü  idarə  etdim.  Peyğəmbər    və  Əbu  Bəkrin    istifdə 

etdiyi kimi istifadə etdim. Allah bilir ki, mən bu hərəkətimdə doğru, lütüfkar 

və şüurla hərəkət etdim. Haqqa uyaraq hərəkət etdim. Sonra ikiniz də mənim 

yanıma  gəldiniz.  İkinizin  də  sözü  bir  və  ümumi  idi.  Ey  Abbas!  Sən  mənim 

yanıma gəldin (Fatimənin 



atasından ona düşən hissəsini istəyirdin). Mən 



sizlərə Peyğəmbərin: “Biz Peyğəmbərlər  bir miras qoymarıq. Nə tərk etdiksə 

sədəqədir  –  sözünu  dedim.  Bu  mülkü  sizə  verməyi  və  sizin  elinizlə  idarə 

etməyi  xatırladım.  İstəsəniz  bu  xurmalıqları  sizə  verim.  Allahın  əhdi  və  andı 

boynunuzda  olmaq  üzərə  bu  malı  Rəsulullahın,  Əbu  Bəkrin    və  Vəli 

olduğum  zamanlarda  mənim  idarə  etdiyim  kimi  idarə  ediniz,  əgər  qəbul 

etməsəniz  məndən  bir  şey  istəməyin”  dedim.  Bu  təklifdən  sonra:  “Bu  şərtlə 

bizə ver” dediniz. Mən də ikinizə təslim etdim. (Bundan sonra) aranızda çıxan 

ixtilafa görə məndən nə hökm istəyirsiniz. Göy və yeri əlində tutan Allaha and 

olsun Qiyamət qopana qədər bundan başqa bir hökmlə hökm etmərəm. Əgər 

siz  onu  idarə  etməkdən  acizsinizsə  onu  mənə  geri  verin.  Mən  də  onu  idarə 

edərəm”. (Buxari 4033, 5358, 6728, 7305, Muslim 4676, 1757/49) 

 

 

 

Peyğəmbərin : “(Biz Peyğəmbərlər) Miras Qoymarıq, Tərk 

Etdiyimiz Sədəqədir” 

 

 



 

1148. Aişə 



rəvayət edir ki, Peyğəmbər  vəfat etdiyi zaman Peyğəmbərin 



  zövcələri  Osmanı,  Əbu  Bəkrin yanına  göndərməyi  və ondan  mirası  almağı 

istədilər.  Aişə 



onlara  Peyğəmbərin    (sözünü  xatırladaraq)  dedi:  “(Biz 



Peyğəmbərlər)  miras  qoymarıq,  tərk  etdiyimiz  sədəqədir”.  (Buxari  6730, 

Muslim 4678, 1758/51)  

 


 

 

512 



 

 

 



1149. Aişə 



rəvayət edir ki, Peyğəmbərin qızı Fatimə 





Əbu Bəkrin  

yanına  adam  göndərərək, ondan  Peyğəmbərdən   qalan,  Allahın ona  verdiyi 

Mədinə yaxınlığında yerləşən (nadir oğulları ərazisində) Fədək xurmalıqlarını 

və  Xeybərdən  (xurmalıqlarından)  qalan  beşdəbir  mirasını  istədi.  Əbu  Bəkr   

ona  Peyğəmbərin    sözünü  xatırlayaraq  dedi:  “Biz  miras  qoymarıq.  Nə  tərk 

etdiksə sədəqədir! Lakin Muhəmmədin ailəsi isə bu maldan yeyər! Allaha and 

olsun ki, mən Peyğəmbərin  zamanında olduğu sədəqəsinin halından bir şey 

dəyişdirmərəm. Mən bu malla Peyğəmbərin  etdiyi müamiləni edəcəyəm! Və 

Fatiməyə 



ondan bir şey verməkdən imina etdi. Buna görə də Fatimənin 





Əbu  Bəkrə    qarşı  nəfsində  bir  (inciylik)  qaldı.  Ondan  uzaq  oldu  və 

ölənə  kimi  də onunla  danışmadı.  O, Peyğəmbərdən    sonra  altı  ay yaşadı.  O 

öldüyü  zaman  əri  Əli  İbn  Əbu  Talib    (onu)  gecə  ikən  Əbu  Bəkrə    xəbər 

vermədən  dəfn  etdi.  Onun  cənazə  namazını  Əli    qıldı.  Fatimənin  həyatda 

olduğu  ərəfədə  Əli    xalqın  etibarını  qazanmışdı.  Fatimə 



öldükdən 



sonra  isə  Əli    insanlara  olan  etibarını  itirdi  və  Əbu  Bəkrin    məsləhətini 

istədi  və ona  beyət  etməyi  düşündü.  O  bu  aylarda  ona  beyət  etməmişdi.  Əli, 

Əbu  Bəkrin    yanına  adam  göndərək  ondan  gəlməsini  istədi.  Lakin  yanında 

heç  kəs  gəlməsin!”  dedi.  (Ömərin    onunla  gəlməsini  istəmədi).  Ömər: 

“Allaha and olsun ki, sən onların yanına tək girməyəcəksən!” dedi. Əbu Bəkr: 

“Mənə nə edəcəklər ki, Allaha and olsun ki, mən onların yanına gedəcəyəm!” 

dedi.  Əbu  Bəkr    onların  yanına  daxil  oldu.  Əli    şəhadət  gətirərək  belə 

buyurdu:  “Ey  Əbu  Bəkr,  biz  sənin  fəzilətini  və  Allahın  sənə  verdiyini  də 

bilirik.  Bunu  Allahın  sənə  verdiyi  bu  xeyrə  göz  qoyduq,  deyə  etmirik.  Lakin 

sən  bu  işdə  bizi  uzaqlaşdırdın.  Biz  Peyğəmbərə    yaxın  qohum  olduğumuz 

üçün,  bunda  bizim  haqqımız  olduğunu  görürdük”.  O  Əbu  Bəkrlə  o  qədər 

danışdı ki, Əbu Bəkrin  gözləri yaşardı. Əbu Bəkr: “Nəfsim əlində olana and 

olsun  ki,  Peyğəmbərin    qohumları  ilə  əlaqə  qurmağım  mənə  öz 


 

 

513 



qohumlarımla  əlaqə  qurmağımdan  daha  sevimlidir.  Amma  bizimlə  sizin 

aranızda  bu  mallara  görə  olan  söz-söhbətlərdə  mən  haqdan  yayınmamışam. 

Peyğəmbərin    bu  malla  etdiyini  gördüyüm  heç  bir  işi  tərk  etməmişəm, 

Peyğəmbər    nə  edibsə,  onu  etmişəm”.  Əli:  “Beyət  (sədaqət  andı)  üçün 

günortadan sonrakı vaxtı sənə vəd verirəm” dedi. Əbu Bəkr  Zöhr namazını 

qıldıqdan  sonra  minbərə  qalxdı.  Şəhadət  gətirdikdən  sonra  Əlinin    halını, 

beyət  etməyə  nə  üçün  gecikdiyini  və  gətirdiyi  üzürünü  xatırlatdı,  sonra 

Allahdan  bağışlanma  dilədi.  Sonra  Əli    şəhadət  gətirərək  Əbu  Bəkrin   

haqqını  əzəmətləşdirdi  və  bu  etdiyinin  Allahın  Əbu  Bəkri    fəzilətləndirdiyi 

şeydə  gözünün  olmadğının  və  onu  inkar  etdiyi  üçün  olmadığını  bildirdi. 

(Sonra belə dedi): “Lakin biz bu paydan haqqımız olduğunu gördük və onlar 

bundan  uzaqlaşdırıldıqda  nəfsimizdə  buna  görə  bir  (inciylik)  hiss  etdik”. 

İnsanlar  bu  xəbərə  sevindilər  və  belə  dedilər:  “Düz  dedin!”.  O,  yaxşılığı  əmr 

edib pis  şeylərdən çəkindirməyə  qayıtdıqda, insanlar  Əliyə   yaxın oldular”. 

(Buxari 4240, 4241, Muslim 4769, 1759/52)  

 

 



 

1150.  Aişə 



rəvayət  edir  ki, Peyğəmbərin  qızı Fatimə 





Peyğəmbərin 

  ölümündən  sonra  Əbu  Bəkrdən    Peyğəmbərdən    qalan,  Allahın  ona 

verdiyi  maldan  istədi.  Əbu  Bəkr    ona  Peyğəmbərin    sözünü  xatırlayaraq 

dedi:  “Biz  (Peyğəmbərlər)  miras  qoymarıq.  Nə  tərk  etdiksə  sədəqədir!”  dedi. 

Bu  cavabdan  sonra  Rəsulullahın    qızı  Fatimə 



qəzəbləndi  və  Əbu 



Bəkrdən  ayrıldı.  Onun  Əb  Bəkrdən    ayrılması  (uzaqlaşması)  ta  ölüncəyə 

qədə  davam  etdi.  Fatimə,  Rəsulullahdan    altı  ay  sonra  vəfat  etdi.  Aişə: 

“Allahın ona verdiyi Mədinə yaxınlığında yerləşən (nadir oğulları ərazisində) 

Fədək  xurmalıqlarını  və  Xeybərdən  (xurmalıqlarından)  qalan  beşdəbir 

mirasını  istədi.  Əbu  Bəkr,  fatimənin  istəyini  qəbul  etmədi  və  ona  doğrunu 

söylədi:  “Mən,  Peyğəmbərin    həyatında  etmədiyi  bir  şeyi  etmərəm,  Onun 

etdiyini  edərəm. Çünki  mən onun əmrindən  hər hansı  bir şeyi  tərk  edərəmsə 

haqdan azmaqdan qorxuram”. Ömərin  xilafəti dövründə isə Rəsulullahın  

Mədinədə  olan  sədəqəsinə  gəlincə  onu  Əli    ilə  Abbasa    (mülkiyyət  deyil) 


 

 

514 



istifadəsi  üçün  verdi.  Xeybər  və  Fədək  ərazilərinə  gəlincə  onları  heç  kəsə 

verməyərək  dedi:  “Bu  iki  ərazi  Rəsulullahın    sədəqəsidir.  Müəyyən 

məsələlərin  işi  isə  əmr  sahibinə  aid  olandır”.  (Buxari  3093,  Muslim  4681, 

1759/54) 

 

 

 



1151.  Əbu  Hüreyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mənim 

mirasçılarım  (aralarında)  bir  dinar  belə  olsun  bölünməz.  Özümdən  sonra 

buraxdığım  yalnız  zövcələrimin  ehtiyaclarına  sərf  ediləcək  mal  və 

məmurlarımın  maaşlarından  başqa  nə  tərk  etdimsə  sədəqədir”.  (Buxari  2776, 

3096, 6729, Muslim 4682, 1760/55)  

 

 

 

Əsiri Bağlayıb Həps Etməyin Və Ona Yaxşı Davranmağın 

İcazəli Olması 

 

 



 

 

1152. Əbu Hureyra   demişdir: “(Bir vaxt) Peyğəmbər   Nəcdə bir dəstə atlı 



göndərdi. Onlar oradan Bəni Hənifə qəbiləsindən olan Sumamə  İbn Usal adlı 

bir  nəfəri  (tutub  Mədinəyə  gətirdilər  və)  onu  məsciddəki  dirəklərdən  birinə 

bağladılar. Bu əsnada Peyğəmbər  onun yanına gəlib dedi: “Nə düşünürsən, 

ey  Sumamə?”  Sumamə  dedi:  “(Hər  şey)  yaxşıdır,  ey  Muhəmməd!  Məni 

öldürsən,  əli  qana  batmış  bir  canini  öldürmüş  olarsan.  Məni  azad  etsən, 

minnətdar  olan  bir  adama  yaxşılıq  etmiş  olarsan.  Yox  əgər  pul  istəyirsənsə, 

dilədiyin qədər istəyə bilərsən.” Səhəri gün Peyğəmbər   (yenə) onun yanına 


 

 

515 



gəlib  dedi:  “Nə  fikirləşirsən,  ey  Sumamə?”  Sumamə  dedi:  “(Dünən)  sənə 

dediyim  kimi,  əgər  məni  azad  etsən,  minnətdar  olan  bir  adama  yaxşılıq  etmiş 

olarsan.” Peyğəmbər   onu qoyub getdi. Ertəsi gün (yenə) onun yanına gəlib 

dedi.  “Nə  düşünürsən,  ey  Sumamə?”  Sumamə  dedi:  “(Dünən)  sənə 

dediklərimi.”  Peyğəmbər:  “Sumaməni  azad  edin!”  dedi,  sonra  Sumamə 

məscidin yanındakı xurmalığa gedib qüsl etdi və gəlib məscidə daxil oldu. (Bu 

vaxt  Sumamə  ona  yaxınlaşıb)  dedi:  “Mən  şahidlik  edirəm  ki,  Allahdan  başqa 

(ibadətə layiq olan) məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Allahın 

elçisidir. Ey Muhəmməd, vallahi ki, yer üzündə sənin üzündən daha çox nifrət 

etdiyim bir üz yox idi. İndi isə sənin üzün mənim üçün ən əziz üzdür. Vallahi, 

sənin  dinindən  daha  çox  nifrət  etdiyim  bir  din  yox  idi.  İndi  isə  sənin  dinin 

mənim  üçün  ən  əziz  bir  dindir.  Vallahi,  sənin  şəhərindən  daha  çox  nifrət 

etdiyim bir şəhər yox idi. İndi isə sənin şəhərin mənim üçün ən əziz şəhərdir. 

Mən ümrə etmək istəyərkən sənin atlıların məni yaxaladılar. Bu haqda nə deyə 

bilərsən?”  Peyğəmbər    onu  müjdələdi  və  ona  ümrəni  yerinə  yetirməyi  əmr 

etdi.  Sumamə  Məkkəyə  gəlib  çatdıqda  bir  nəfər  ondan:  “Sabiimi  (bir  dindən 

başqa  bir  dinə  meyl  edən)  olmusan?”  deyə  soruşdu.  Dedi:  “Xeyr,  mən  Allahın 

elçisi  Muhəmmədlə    birgə  Allaha  təslim  olmuşam.  Allaha  and  olsun  ki, 

Peyğəmbərin    izni  olmadan  Yəmamədən  sizə  bir  buğda  dənəsi  belə 

gəlməyəcəkdir.” (Buxari 4372, Muslim 4688, 1764/59)  

 

 

 

Yəhudilərin Hicazdan Sürgün Edilmələri 

 

 

 



1153.  Əbu  Hüreyrə    rəvayət  edir  ki,  biz  məsciddə  ikən  Peyğəmbər   

yanımıza  gələrək  buyurdu:  “Yəhudilərin  yanına  gedin!”.  Biz  də  onunla  yola 

çıxdıq.  Nəhayət  gəlib  onların  Beytul  Midras  deyilən  ərazilərinə  çatdıq. 

Peyğəmbər    onlara  doğru  qalxaraq  buyurdu:  “Ey  yəhudi  toplumu,  İslamı 

qəbul  edin,  canınızı  qurtarın!”.  Onlar:  “Artıq  istədiyini  çatdırmısan,  ey  Əbul 

Qasim”  deyə  cavab  verdilər.  Peyğəmbər:  “Mən  bunu  (silərə  təbliğ  etdiyimi 

etiraf  etməyinizi)  istəyirdim”  deyə  buyurdu.  Sonra  sözünü  ikinci  dəfə  təkrar 

etdi.  Yəhudilər:  “Artıq  istədiyini  çatdlırmısan,  ey  Əbul  Qasim”  dedilər. 



 

 

516 



Peyğəmbər: “Mən  elə  bunu  istəyirdim”  deyə,  üçüncü  dəfə  də  dedi, sonra isə 

belə buyurdu: “Bilin ki, həqiqətən Yer üzü Allaha və Elçisinə məxsusdur. Mən 

sizi  bu  yerdən  sürgün  etmək  istəyirəm!  Sizlərdən  kimsə  malının  qarşılığında 

bir şey taparsa, onu tez satsın! Əks halda isə bilin ki, Yer üzü Allaha və Elçisinə 

məxsusdur”. (Buxari 6944, 7348, Muslim 4690, 1765/61)  

 

 



 

1154.  İbn  Ömər    demişdir:  “Bəni  Nədir  və  Bəni  Qureyzə  (yəhudi)  qəbilələri 

(Peyğəmbərə  )  qarşı  vuruşurdular.  Odur  ki,  Peyğəmbər    Bəni  Nədir 

qəbiləsini qovub (diyarından) çıxartmış, Bəni Qureyzə qəbiləsinə isə (müəyyən 

şərtlər  əsasında  Mədinədə)  qalmağa  izn  vermişdi.  Bəni  Qureyzə  (ikinci  kərə 

müsəlmanlara)  qarşı  silah  qaldırdıqda  Peyğəmbər    onların  kişilərini  qırıb-

çatdı,  qadınlarını,  uşaqlarını  və  sərvətlərini  isə  müsəlmanlar  arasında 

paylaşdırdı. Yalnız o kəslər istisna idi ki, Peyğəmbər  onlara zəmanət vermiş, 

onlar  da İslam  dinini  qəbul  etmişdirlər.  Peyğəmbər    yəhudilərin hamısını – 

Abdullah  İbn  Səlamın  qəbiləsi  Bəni  Qaynuqanı,  Bəni  Haris  qəbiləsinin 

yəhudilərinin  və  ümumiyyətlə  Mədinədə  olan  bütün  yəhudiləri  Mədinədən 

qovub çıxartdı.” (Buxari 4028, Muslim 4691, 1766/62)  

 

 

 

Əhdini Pozanlarla Döyüşməyin Və Qala Sahiblərini Adil, 



Hökm Verən Bir Hakimin Hökmünə Həvalə Etməyin 

İcazəli Olması 

 

 



 

1155.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Bəni  Qureyzə  oğulları  Sad  İbn 

Muazın    hökmünə  razı  olub  qalalarından  endikdə,  Rəsulullah    Sada   

xəbər göndərdi. Sad  Peyğəmbərə  yaxın bir yerdə idi. Uzunqulaq üzərində 

Peyğəmbərin  yanına gəldi. Peyğəmbər: “Seyyidiniz üçün ayağa qalxın” deyə 


 

 

517 



buyurdu.  Sad  gəldi  və  Peyğəmbərin    yanında  oturdu.  Rəsulullah:  “Bunlar 

sənin  hökmünə  razı  oldular”  deyə  buyurdu.  Sad:  “Mən  bunların  döyüşən 

tayfasının öldürülməsini, qadınlarının  və uşaqlarının  isə əsr  edilməsini hökm 

edirəm”  dedi.  Peyğəmbər:  “Həqiqətən  sən  onlara  Allahın  hökmü  ilə  hökm 

kəsdin” deyə buyurdu. (Buxari 3043, Muslim 4695, 1768/64)  

 

 



 

1156. Aişə 



rəvayət edir: “Sad  Xəndək günü yaralandı. Onu Qureyşdən 



olan  Hibban  İbn  Ariqa  qəbiləsindən  bir  kişi  ox  ataraq  qolundakı  şah 

damarından yaraladı. Peyğəmbər  onu ziyarət etmək yaxın olsun deyə, onun 

üçün  məsciddə  bir  çadır  qurdurdu.  Peyğəmbər    Xəndəkdən  qayıtdıqdan 

sonra  silahını  yerə  qoydu  və  yuyundu.  Cəbrail  başından  tozu  təmizləyərək 

onun  yanına  gəldi  və:  “Sən  silahını  qoymusan?  Allaha  and  olsun  ki,  biz 

qoymamışıq.  Onların  yanına  çıx!  (onlarla  döyüş)”.  Peyğəmbər:  “Hara?”  deyə 

soruşdu.  O,  Bəni  Qureyzəyə  işarə  etdi.  Peyğəmbər    onlarla  vuruşdu.  Onlar 

Peyğəmbərin    hökmünə  ram  oldular.  Peyğəmbər    onlara  hökm  kəsməyi 

Sada  həvalə etdi və ona belə buyurdu: “Mən belə hökm edirəm: “Onlardan 

döyüşə yararlı olanlar  (döyüşənlər)  öldürülsün! Uşaq və qadınlar  əsir  alınsın 

və  malları  bölünsün!”  dedi.  Hişam:  “Atam  mənə  Peyğəmbərin:  “Sən  onlara 

Allahın hökmü ilə hökm kəsdin!” belə dediyini xəbər verdi. (Başqa rəvayətdə: 

“Artıq, hökmdarın  (mülk  sahibinin)  hökmü ilə hökm  kəsdin!)”.  (Buxari  4122, 

Muslim 4697, 1769/65)  

 

 

 



1157.  Aişə 



rəvayət  edir  ki,  Sadın      (yarası  sağalmağa  doğru)  getdiyi 



zaman  belə  dedi:  “Allahummə!  Sən  bilirsənki  mənim  üçün  Sənin  yolunda, 

Rəsulunu    yalanlayıb  yurdundan  çıxaran  bi  qövmlə  cihad  etməkdən  daha 

sevimli  bir  şey  yoxdur.  Allahummə!  Elə  zənn  edirəm  ki,  bizimlə  onların 

arasında  artıq  ediləcək  bir  hərb  qalmamışdır.  Əgər  Qureyş  ilə  hərb  olacaqsa 



 

 

518 



məni sağ burax ki, Sənin yolunda onlarla mübarizə aparım. Allahummə! Əgər 

onlarla  aramızda  daha hərb olmayacaqsa  bu yaramı  sağaltma  ki, ölümüm  də 

bu  yaradan  olsun!  deyərkən  yara  açıldı.  Orada  olanlar  yaradan  axan  qanın 

onlara doğru fışqırmasında qorxdular. Məsciddə onunla bərabər Bəni Ğifardan 

bir  çadır  da  vardı.  Onlar:  “Siz  tərəfdən  bizə  gələn  bu  (qan)  həyəcan  nədir?” 

dedilər  və  bir  də  nə  görsələr?  Sadın    yarasından  qan  fışqırır.  Az  sonra  bu 

(qan) axmasından dünyasını dəyişir”. (Buxari 4122, Muslim 4697, 1769/65) 

 

 

 

İki İşdən Daha Mühüm Olanını Önə Almaq 

 

 



 

1158. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  Əhzab döyüşündən 

sonra (Mədinəyə) qayıtdıqda bizə dedi: “Qoy hər kəs əsr namazını ancaq Bəni 

Qureyzə  qəbiləsində  qılsın.”  Bəziləri  əsr  namazına  yolda  yetişdi.  Onlardan 

bəziləri  dedilər:  “Biz  oraya  çatanadək  namaz  qılmayacağıq.”  Digərləri  isə 

dedilər:  “Yox,  namazı  (burada)  qılaq,  çünki  Peyğəmbər    bizdən  bunu  tələb 

etmirdi.”  Sonra  bu  haqda  Peyğəmbərə    xəbər  verdilər  və  o,  (buna  görə) 

onların heç birini qınamadı. (Buxari 946, Muslim 4701, 1770/69)  

 

 

 

Fəthlər Nəticəsində Ehtiyac Qalmadığı Üçün Mühacirlərin 



Ənsarlara Verdikləri Ağac Və Meyvədən İbarət Olan 

Şeylərin Geri Qaytarılması 

 

 



 

 

519 



 

1159. Ənəs İbn Malik   demişdir: “Mühacirlər Məkkədən Mədinəyə gəldikdə 

onların  heç  nəyi  yox  idi.  Ənsarın  isə  əkin  sahələri  və  mülkləri  var  idi.  Onda 

ənsar  öz  əkin  sahələrini  mühacirlərlə  bölüşdü  və  bu  sahələri  onlara  o  şərtlə 

verdi ki, onlar bu əkin sahələrində işləyib ağaclara qulluq etsin, ənsar da hər il 

götürdüyü məhsulun yarısını onlara versin.”Ənəsin anası Ummu Suleym, Əbu 

Təlhənin  oğlu  Abdullahın  da  anası  idi.  O  vaxt  Ummu  Suleym  Peyğəmbərə   

bir  neçə  xurma  ağacı  verdi.  Peyğəmbər    də  onu  azad  etdiyi  cariyəsinə  – 

Usamə  İbn  Zeydin  anası  Ummu  Əymənə 



verdi.  Ənəs:  “Peyğəmbər   



xeybərlilərlə  döyüşü  başa  çatdırıb  Mədinəyə  qayıtdıqdan  sonra  mühacirlər 

ənsarın  verdikləri  ağacları  özlərinə  qaytardılar.  Həmçinin  Peyğəmbər   

Ummu  Suleymin  ağaclarını özünə qaytardı.  Bunların  yerinə Peyğəmbər   öz 

xurma bağının bir hissəsini Ummu Əymənə verdi” (Buxari 2630, 4702, Muslim 

4702, 1771/70)  

 

 



 

1160.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Ənsardan  olan  bəzi  insanlar  bəzi 

xurma  ağaclarının  məhsulunu  Peyğəmbərə    təsis  edirdilər.  Bu  hal  Qureyzə 

və ən-Nədr fəth edilənə qədər davam etdi. Mənim ailəmdə mənə Peyğəmbərin 

  yanına gedib  və ondan  vaxtıyla  verdikləri xurmaları  və ya  bir  qismini  geri 

verməsini  istədilər.  Peyğəmbər    isə  bizim  vaxtıyla  verdiyimiz  xurmaları 

Ummu  Əymənə 



vermişdi.  Peyğəmbər    xurma  ağaclarını  mənə  verdi. 



Bu  vaxtı  Ummu  Əymən 



libasını  boynuna  dolamış  halda  gəldi: 



(Xurmalığın  mülkiyyəti  ona  verilmiş  olduğunu  zənn  edərək)  Belə  olmaz! 

Ondan başqa İlah olmayan Allaha and olsun Peyğəmbər  onları mənə verdiyi 

halda  mən  onları  sizə  geri  vermərəm”  dedi  və  ya  buna  bənzər  sözlər  dedi. 

Peyğəmbər:  “Mənim  bu  malım  onun  yerinə  sənin  olsun”  deyə  buyurdu. 

Ummu  Əymən 



yenə  də:  “Belə  olmaz!“  deyirdi.  Nəhayət  Peyğəmbər   



Ummu Əymənə 



on mislini və ya buna bənzər sözlər dedi (o, da razı olub 



getdi)”. (Buxari 4120, Muslim 4703, 1771/71) 

 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin