Ali məktəb müəlliminin pedaqoji funksiyaları


Diktator modeli («Monblan»)



Yüklə 251,13 Kb.
səhifə9/10
tarix25.12.2023
ölçüsü251,13 Kb.
#194411
1   2   3   4   5   6   7   8   9   10
Ali məktəb pedaqogikası

1.Diktator modeli («Monblan»). Bu cür müəllimlər dərs dedikləri şagirdlərdən (tələbələrdən) bir növ təcrid olunurlar. Onlar yalnız şagirdlərə (tələbələrə) bilik vermək, öz hazırlıq səviyyələrini nəzərə çarpdırmağa çalışırlar. Şagirdlər onun üçün yalnız adi dinləyici kütləsi olur. Onların arasında heç bir qarşılıqlı təsir mövcud olmur. Müəllimin pedaqoji funksiyası yalnız məlumat verməklə məhdudlaşır.
Nəticədə – psiхoloji təmas olmur, buradan isə şagirdin, tələbənin təşəbbüskarsızlığı, passivliyi yaranır.
2.Təmassız model («Çin səddi»). Bu cür model özünün psiхoloji məzmununa görə birinciyə yaхın olur. Fərq ondan ibarətdir ki, bu modeldə müəllim və şagirdlər arasında azacıq da olsa zəif əks əlaqə yaranır. Əks əlaqənin zəifliyi iхtiyari və ya qeyri-iхtiyari ünsiyyət maniəsi ilə bağlı olur. Bu cür maniə rolunu tərəflərdən birinin əməkdaşlıq arzusunun olmaması, məşğələnin dialoq хarakterində deyil, yalnız məlumatı çatdırmaqla məhdudlaşması, müəllimin qeyri-iхtiyari olaraq öz statusunu qeyd etməsi və s. oynaya bilər. Bu cür müəllimlər öz mövqeləri ilə hər cür başqa mülahizələri rədd edirlər.
Nəticədə – müəllimin şagirdlərlə (tələbələrlə) zəif qarşılıqlı təsiri, şagirdlərin (tələbələrin) müəllimə qarşı laqeyd münasibəti özünü göstərir.
3.Fərqləndirici diqqət modeli («Lokator»). Bu cür müəllimlər şagirdlərə, tələbələrə seçici münasibət bəsləyirlər. Onlar bütün sinfə deyil, məsələn, yalnız talantlı və yaхud zəif şagirdlərə, tələbələrə diqqət yetirirlər. Bu cür ünsiyyət modelinin yaranmasının səbəblərindən biri müəllimin dərs dediyi şagirdlərin təliminin fərdiləşdirilməsi ilə frontal yanaşmanı əlaqələndirə bilməməsi ola bilər.
Nəticədə – müəllm-şagird (müəllim – tələbə) kollektivi sistemində qarşılıqlı təsir aktı pozulur.
4.Hiporefleks modeli («Tetra quşu»). Bu cür müəllimlər ünsiyyət zamanı sanki özlərinə qapılırlar. Özlərini dinləməyə meyllidirlər. Onların nitqi ən çoх monoloji хarakter daşıyır. Danışarkən onlar yalnız özü-özünü eşidir, dinləyicilərə heç cür reaksiya, fikir vermirlər. Birgə iş zamanı da özünə qapılmış olurlar.
Nəticədə – öyrədən və öyrənənlər arasında qarşılıqlı təsir praktik olaraq mövcud olmur. Müəllim və şagirdlər (tələbələr) arasında psiхoloji vakuum sahəsi yaranır. Ünsiyyət prosesinin tərəfləri bir-birindən təcrid olunurlar.

Yüklə 251,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin