Ali məktəb müəlliminin pedaqoji funksiyaları


Müəllim peşəkarlığının inkişaf istiqamətləri



Yüklə 251,13 Kb.
səhifə2/10
tarix25.12.2023
ölçüsü251,13 Kb.
#194411
1   2   3   4   5   6   7   8   9   10
Ali məktəb pedaqogikası

2. Müəllim peşəkarlığının inkişaf istiqamətləri

Pedaqoji peşəkarlıq nə fitri istedadın, nə də uzun müddət bu sahədə işləməyin nəticəsidir. Düzdür, bu işdə qabiliyyət və staj müəyyən təsir gücünə malik olur,lakin peşəkarlıq təkcə onların nəticəsi olaraq formalaşmır. Pedaqoji peşəkarlıq inkişafda olan bir prosesin nəticəsi kimi meydana gəlir. Yəni müəllim təkcə ali məktəbdə aldığı biliyə arxayın olub öz üzərində işləmirsə, peşə-ixtisas biliyini təkmilləşdirmirsə və ya pedaqoji yaradıcılığa meylli deyilsə bu zaman nə staj, nə də gündəlik fəaliyyət onun peşəkar kimi formalaşmasına yardımçı ola bilməyəcəkdir. Həyat sübut edir ki, o müəllimlər peşəkar və səriştəli müəllimlər kimi formalaşırlar ki, onlar daim axtarışda, yeniliklər etməkdə və bunları işlərində tətbiq etməkdədirlər.


Müəllim peşəkarlığınıninkişafı pedaqoji fəaliyyətdəyeniliklərin, innovasiyaların tətbiqi ilə birbaşa bağlıdır. Hələ keçən əsrin 60-cı illərindən başlayaraq təhsildə aparılan islahatlar, təlimə gətirilən innovasiyalar, o cümlədən inkişafetdirici təlim texnologiyalarının tətbiqi, dərsdə texniki təlim vasitələrindən istifadəyə geniş yer verilməsi, müəllif texnologiyalarının yaranması, informasiya texnologiyalarından dərsdə istifadə, fəal-interaktiv təlim metodların tətbiqi və digər yeniliklər müəllim peşəkarlığının müəyyən mərhələlərlə inkişafına zəmin yaratmışdır.
XX əsrin sonları və XXI əsrin əvvəllərində müasir dünyanın əsas xarakterik xüsusiyyətləri müxtəlif səviyyəli ekspertlər tərəfindən aşağıdakı kimi səciyyələndirilmişdir:
1) qloballaşma –mədəniyyətlərin inteqrasiyası, texnogen mühitin fasiləsiz olaraq dinamik yeniləşməsi, genişlənməsi və köçürülməsi, vahid mədəni, iqtisadi, informasiya və təhsil məkanının formalaşması;
2) hər bir fəaliyyətin texnologiyalaşdırılması (alqoritmləşdirilməsi);
3) təhsilin əhəmiyyətinin (rolunun) artması;
4) intellektin rolunun və yeni biliklərinəldə edilməsininəhəmiyyətinin artması;
5) insanların, sosial, peşə və qeyri-peşə biliklərinin bir – birilə qarşılıqlı təsirininkonstruktivliyi və destruktivliyi;
6) insanın, cəmiyyətin, mühitin, elmin, şüurun, mədəniyyətin, həyatşəraitinin və s. Dəyişmə sürətininartması;
7) insan həyatının qeyri-müəyyənliyinin və qeyri –sabitliyininartması;
8) konsepsiyaların, yanaşmaların, baxışların, düşüncələrin, mədəniyyətlərin və s.polifoniyası(çoxcəhətliliyi, rəngarəngliyi).
Pedaqoji yönümlü ali məktəblərdə tələbələrin ixtisas hazırlığı peşə hazırlığı ilə vəhdət təşkil edir. Bunlar bir – birindən ayrılmazdır. Lakin blokunyalnız ixtisas fənləri üzrə komplektləşdirilməsi yolverilməzdir.
Təkcə müasir dövr deyil, cəmiyyətimizin gələcək inkişafıpeşəkar və səriştəli müəllim hazırlığını nəzərdə tutan infrastrukturun və sistemin yaradılmasını tələb edir. Ölkədə ali pedaqoji təhsili inkişaf etdirmək və səriştəli müəllim hazırlığını təmin etmək məqsədilə bir sıra işlərin görülməsi bu baxımdan çox önəmlidir. Bunları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Ali pedaqoji təhsil müəssisələrinin müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi. Tədris prosesində onlardan gündəlik istifadə edilməsi mühitinin yaradılması.
2. Ali pedaqoji təhsil müəssisələrinin tədris planlarının, proqramlarının yeniləşdirilməsi və onlarınbeynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsi. Yeni təhsil texnologiyalarına əsaslanan tədris planı, proqramı və dərsliklərin tətbiqinə nail olunması.Proqramların praktik istiqamətinin gücləndirilməsi.
3. Pedaqoji prosesə məzmunu pedaqoji sistemlərin özünütəşkilatlandırma nəzəriyyəsində, prinsiplərində və qanunauyğunluqlarında əks olunmuş pedaqoji bilik sahəsindən ibarət olan sinergetik yanaşmanın təmin olunması.
4.Müəllim peşəsinin nüfuzunun yüksəldilməsi və tələblə təklifin uzlaşdırılması. Keyfiyyətin kəmiyyətdən və müvəffəqiyyətdən üstün olmasına nail olunması.
5. Pedaqoji təhsil sahəsində dünyada tanınmış ali məktəblərin təcrübəsinin öyrənilməsi və onların təcrübəsindənyaradıcılıqla istifadə edilməsi.
6. Ümumtəhsil məktəblərilə əməkdaşlığın genişləndirilməsi və onlarla müntəzəm əlaqəyə nail olunması. Ali pedaqoji təhsil müəssisələrinin bilavasitə tabeliyində olan baza məktəblərinin şəbəkəsinin genişləndirilməsi.
7. Ali pedaqoji təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin və ona nəzarətin gücləndirilməsi. Elmi-tədqiqat işlərinin daha kompetensiyalı, müasir mövzulara həsr olunması və onların praktik istiqamətini gücləndirməklə tətbiqinə nail olunması.
8. Pedaqoji yönümlü ali məktəb məzunlarının işlə təmin olunmasına pedaqoji dəstəyin verilməsi.
Bütün bunlar müəllimlərin peşəkarlığı və səriştəliliyi ilə bilavasitə bağlı olduğundan ali məktəblərdə müəllimlərin peşəkarlığının və səriştəliliyinin səviyyəsinin yüksəldilməsi bu işlərin reallaşdırılmasında əsas yerlərdən birini tutur. Bu baxımdan ali məktəblərdə çalışan müəllimlərin özlərinin peşəkarlığının yüksək səviyyədə olması müəllim peşəkarlığının inkişaf istiqamətlərindən birini təşkil edir.“Yalnız yaxşı öyrənə bilənləryaxşı öyrədə bilərlər” – kontekstindən yanaşsaq deməliyik ki, ali məktəb məzunlarının peşəkar və səriştəli müəllimlər kimi olmasını istəyiriksə ilk növbədə pedaqoji təhsil ocaqlarında çalışan professor-müəllim heyətinin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksəldilməsinə nail olmaq lazımdır. Bunun üçün aşağıdakı məsələlərin reallaşdırılmasını vacib hesab edirik:
1. Ali məktəb müəllimlərinin ixtisasartırma, stajkeçmə və özünütəhsil işlərinin təkmilləşdirilməsi və bu prosesin gücləndirilməsi.
2. Ali pedaqoji təhsil müəssisələrinəişə qəbul edilən gənc mütəxəssislərin xüsusi təhsil komissiyası tərəfindən yoxlanılması, peşəkar və səriştəli müəllimlərin işə götürülməsinə üstünlük verilməsi.
3. Professor-müəllim heyətinin yaradıcılıq imkanlarının genişləndirilməsi və dünyanın qabaqcıl ali məktəblərinin təcrübəsini öyrənmək məqsədilə xarici ölkələrə yaradıcılıq ezamiyyələrinə və stajkeçmələrə göndərilməsi.
4.Ali pedaqoji təhsil müəssisələrində çalışan müəllimlərin vaxtaşırı olaraq attestasiyadan keçirilməsi və əməkhaqqının nəticələrə görə diferensiallaşdırılması.
5. Ali məktəb müəllimlərinin peşəkar müsabiqələrdə iştirakı və beynəlxalq səviyyədə tanınmış sertifikatlar almalarına imkan və şəraitin yaradılması.
6. “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”(5804.01) ixtisası üzrə doktoranturaya sənəd verən şəxslərdən ümumtəhsil məktəblərində və digər təhsil müəssisələrində ən azı iki il müəllim işləmələri haqqında iş stajının tələb edilməsi və s.
Nəzərə almaq lazımdır ki, bu il birinci kursa qəbul olunan tələbələr dörd ildən sonra məzun olacaq və müəllim kimi orta ümumtəhsil müəssisələrində işə başlaya biləcəklər. Ona görə də pedaqoji kadr hazırlığına bu günün tələbləri səviyyəsində deyil, məhz gələcəyin məktəbi, gələcəyin tələblərinin necə olacağı proqnozları səviyyəsində yanaşmaq lazım gəlir.


Yüklə 251,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin