Ali məktəb müəlliminin pedaqoji funksiyaları



Yüklə 251,13 Kb.
səhifə8/10
tarix25.12.2023
ölçüsü251,13 Kb.
#194411
1   2   3   4   5   6   7   8   9   10
Ali məktəb pedaqogikası

Ədalətlilik müəllimin peşə keyfiyyətlərinin ayrılmaz hissəsidir. Müəllim sistematik olaraq şagirdlərin bilik,bacarıq və hərəkətlərini qiymətləndirməlidir. Ona görə də onun qiymətləndirmə ilə bağlı mühakimələri, fikirləri məktəblilərin inkişaf səviyyəsinə uyğun gəlməlidir. Şagirdlər müəllimin obyektivliyi haqqında bunlara görə fikir yürüdürlər. Heç bir şey obyektiv olmaq bacarığı qədər müəllimin əxlaqı nüfuzunu möhkəmləndirə bilmir. Müəllimin qərəzçiliyi, subyektivliyi təhsil-tərbiyə işinə çox zərər vurur.
  • Müəllim tələbkar olmalıdır. Bu, onun müvəffəqiyyətli işinin mühüm şərtidir. Müəllim ilk növbədə özünə yüksək tələblər verməlidir, çünki özündə olmayan şeyi başqasından tələb etmək olmaz. Pedaqoji tələbkarlıq ağlabatan olmalı, inkişaf edən şəxsiyyətin imkanlarını nəzərə almalıdır.


  • Müəllimin yumor hissi pedaqoji prosesdə mövcud ola bilən güclü gərginliyi neytrallaşdırır. Deyirlər ki, şən müəllim qaraqabaq müəlliməyə nisbətən daha yaxşı öyrədir. Bu, sinifdə nisbətən emosional fon yaratmağa kömək edir.




  • Pedaqoji takt haqqında xüsusi danışmaq lazımdır. Pedaqoji takt xüsusi bacarıq növü olub, şagirdlərlə ünsiyyətdə müəyyən hədlərə riayət etmək deməkdir. Takt tərbiyəçinin, müəllimin ağlını, hisslərinin və ümumi mədəniyyətinin ümumiləşmiş ifadəsidir. Şagird şəxsiyyətinə hörmət etmək pedaqoji taktdın özəlliyidir. Şagirdləri başa düşmək müəllimə qeyri – taktiki hərəkətlərə yol verməyə imkan vermir, konkret situasiyada optimal təsir vasitələri seşməyə kömək edir. Müəllim təkcə biliklərdə öz əksini tapan ideyalarla tərbiyə tmir, o, həm də ideyaları sinfə ncə çatdırması ilə tərbiyə edir.Təlimdə təkcə ağıllılar bir- birinə təsir etmir, həm də, müəllimin qəlbi şagirdin qəlbi ilə təmasda olur.
  • Şagirdin tədris fənni ilə görüşünün taleyi xeyli dərəcədə müəllim-şagird sistemində münasibətlərin qurulmasından asılıdır. Bu bir faktırki, riyaziyyat müəlliminə böyük rəğbət, məhəbbət olmasa , riyaziyyatı sevmək olmaz. Ədəbiyyat müəllimini başa düşmədən incəsənəti sevmək mümkün deyil.



    Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir. Psiхoloji ədəbiyyatda qeyd olunduğu kimi, müхtəlif üsluba malik olan kommunikativ qarşılıqlı təsir müəllimin dərsdə şagirdlərlə ünsiyyətində bir sıra davranış modelinin meydana gəlməsinə səbəb olur.

    Psiхoloqlar (L.D.Stolyarenko və b.) şərti olaraq bu modellərə aşağıdakıları aid edirlər:



    Yüklə 251,13 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin