Ali məktəb müəlliminin pedaqoji funksiyaları



Yüklə 251,13 Kb.
səhifə7/10
tarix25.12.2023
ölçüsü251,13 Kb.
#194411
1   2   3   4   5   6   7   8   9   10
Ali məktəb pedaqogikası

Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

5.Ali məktəb müəllimi fəaliyyətinin psixoloji təhlili.

Ali məktəb müəllimləri gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardır. Pedaqoji fəaliyyətdə əsas simalardan olan müəllim əgər ünsiyyətin yaradılması mexanizminə yiyələnməyi bacarıbsa, onda o, ali məktəblərdə təhsil alan tələbələrdə təlim-tərbiyə prosesinin səmərəliliyini artırmağa nail ola biləcəkdir. Ona görə ki, pedaqoji fəaliyyət tələbatdan yaranır, tələbatların ödənilməsi ilə təşəkkül tapır. Məhz bu zaman pedaqoji fəaliyyət prosesində müəllim şəxsiyyəti formalaşır. Burada pedaqoji fəaliyyət dedikdə ali məktəblərdə tələbələrin təlim-tərbiyəsi prosesinə yönələn fəaliyyət başa düşülür.


Ali məktəb auditoriyalarının kürsüsündən mühazirə oxuyan müəllimlər tədris etdiyi fənnin ali səviyyədə mənimsədilməsinə bilavasitə məsuldur. Buna görə də belə müəllimlər öz ixtisaslarını mükəmməl bilməklə yanaşı, onun mənimsədilməsi mexanizmini də peşə qabiliyyətinə çevirməyi bacarmalıdırlar. Çünki cəmiyyətimizin gələcəyi ali məktəblərdə dərs deyən müəllimlərin pedaqoji ustalığının nəticəsindən asılıdır. Bu mənada ali məktəblərdə müəllim işləmək insan fəaliyyətinin ən mürəkkəb növlərindən biridir.
Müəllim peşəsi təkcə öyrətmək və tərbiyə etməklə məhdudlaşmır. Müəllimin başlıca vəzifəsi təlim prosesini idarə etməkdir. Yəni ali məktəbdə tələbələrdə müasir dünyagörüş formalaşdırmaq və onu inkişaf etdirmək, öyrədilən peşə üzrə sərbəst təhlil və müşahidə aparmaq bacarığı aşılamaq təlim prosesinin əsas amillərindəndir. O həmçinin təlim prosesinə rəhbərlik edir və onu birbaşa məqsədə doğru istiqamətləndirir, yəni verilən biliyin ağılda inikasını təmin edir. Belə olduqda tələbə yaradıcı insan kimi yetişir və nəticədə, savadlı, bacarıqlı kadr hazırlığı prosesi uğurla başa çatmış olur. Vaxtilə məşhur yunan filosofu Sokrat peşəkar pedaqoqları “əqlin törədiciləri” adlandırmışdır.
Ali məktəb müəlliminin vəzifələrindən biri də ali tərbiyə prosesini həyata keçirməkdir. Bu, o deməkdir ki, müəllim auditoriyada təhsilin məzmunu ilə təlimin forma və metodlarını vəhdətdə təşkil etməyi bacarmalıdır. Başqa sözlə, müəllim keçilən mövzuya uyğun forma və metodlardan düzgün istifadə etməklə gənc tələbələri həmin mövzunu ətraflı öyrənməyə təşviq etməlidir. Tanınmış rus pedaqoqu K.D.Uşinski belə müəllimləri “gənc qəlblər üçün məhsuldar Günəş şüaları”na bənzətmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarından istifadənin geniş yayıldığı müasir günümüzdə ali məktəb müəllimi keyfiyyətli tədrisə nail olmaq üçün mühazirə və seminarlarını bu texnologiyaların imkanlarından istifadə etməklə aparmalıdır. Müasir dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli ali məktəbin pedaqoji heyəti qarşısında yeni tələb və vəzifələr qoyur.
Bütün bu sadalanan təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi üçün ali məktəblərdə təlim-tərbiyə prosesində müəllim və tələbələr arasında qarşılıqlı münasibət düzgün qurulmalı, müəllim və tələbələrin bir-birləri ilə informasiya mübadiləsi təşkil etmələri üçün sağlam mühit formalaşdırılmalıdır. Belə olan halda pedaqoji münasibət yaranmış olur ki, bu münasibətin müvəffəqiyyətlə qurulması pedaqoji ünsiyyətdən çox asılıdır. Ona görə ki, pedaqoji ünsiyyət, yəni verilən biliyin müəllim və tələbələr arasında sərbəst müzakirəsi olmadan heç bir müəllim tələbələrlə birgə fəaliyyətə nail ola bilməz. Məhz birgə fəaliyyət sayəsində müəllim və tələbələr bir-birlərini daha çevik başa düşür, müəllim öz bilik və təsəvvürlərini, mühazirələrini, rəy və münasibətlərini tələbəyə daha asan çatdıra bilir. Bu ünsiyyət tələbələrin hərtərəfli inkişafına, formalaşmasına, onlar arasında sosial mühitin yaradılmasına və qrupdakı sosial-psixoloji prosesləri idarə etməyə imkan verir. Pedaqoji ünsiyyət mədəniyyəti isə müəllimin ünsiyyətin üsul və texnikasına dərindən yiyələnməsinin, pedaqoji ustalığının və yaradıcı­lığının nəticəsidir.
Ali məktəbin auditoriya və laboratoriyalarında müəllimin tələbəyə müraciət tərzinə görə ünsiyyəti bir neçə növə bölmək mümkündür: 1. təşkiledici; 2. qiymətləndirici; 3. intizamyaradıcı.
Ali məktəbdə müəllimlə tələbə arasındakı münasibətin səmərəli olması ünsiyyətin motivlərindən də asılıdır. Bu motivin düzgün dərk edilməsi pedaqoji ünsiyyəti səmərəliləşdirir. Həmçinin müəllim və tələbə arasındakı münasibətlər xarici və daxili şərtlərlə də bağlı ola bilir. Ona görə ki, ünsiyyətin qurulduğu mühit və vəziyyət onun ən vacib şərtlərindən biridir.
Unutmamalıyıq ki, müəllim-tələbə münasibəti o zaman yüksək nəticələrə səbəb olur ki, onun əsasında qarşılıqlı hörmət və humanist münasibət dayanır.
Pedaqoji səriştəsi yüksək olan müəllim pedaqoji fəaliyyətində müxtəlif xarakterli tələbələrlə qarşılaşacağını əvvəlcədən müəyyənləşdirərək onların heç birini diqqətdən kənarda saxlamamağa çalışır, hər birinin fərdi xüsusiyyətinə dərindən bələd olmağı gələcək dərslərinin yüksək səviyyədə təşkilinin əsas arqumenti hesab edir. Bu isə müəllimdən səbir, təmkin, pedaqoji ünsiyyətin qayda-qanunlarına bələd olmaq, bacarıq və ali mədəniyyət tələb edir. Bu mənada ali məktəb müəllimi mərhəməti, dözümlülüyü, vicdanı, məsuliyyəti, vətənpərvərliyi, eləcə də mehriban və yüksək mədəniyyətə malik olmaq kimi insani keyfiyyətləri ilə səciyyələnir.
Tələbə şəxsiyyətinin formalaşmasında müəllimin təvazökarlığı və özünə qarşı tələbkarlığı da mühüm rol oynayır. Bu isə əsl müəllim üçün xarakterik haldır. Həmçinin müəllim tədris ili müddətində tələbənin fəaliyyətinə tələbkar olmalı, eyni zamanda onun fikirlərinə hörmətlə yanaşmalı, bir şəxsiyyət kimi inkişafına kömək etməli və bu münasibətləri hər zaman eyni səviyyədə aparmağı bacarmalıdır. S.Makarenko qeyd etmişdir ki: “Pedaqoji ustalıq peşədir və onu öyrənmək lazımdır. Ustalığın mahiyyəti isə müəllimin təşkilatçılıq qabiliyyətindədir”.
Müəllim mühüm peşə keyfiyyətlərinə aşağıdakılar daxildir: əməksevərlik, intizamlılıq, məsuliyyətlilik, qarşıya məqsəd qoymaq və ona nail olmaq yolunu seçməyi bacarmaq, mütəşəkkillik, qətiyyətlilik, əzmkarlıq, öz peşə səviyyəsini, əməyinin keyfiyyətini sistematik və planauyğun yüksəltmək və s.


  • Müəllim üçün ən vacib keyfiyyətlər humanizimdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu münasibət konkret işlərdə və hərəkətlərdə öz ifadəsini tapır. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, tələbkarıqdan, şəxsiyyətinin inkişafına qayğı göstərməkdən və s ibarətdir.


  • Müəllim həmişə fəal, yaradıcı şəxsiyyətdir.Sinif və uşaq kollektivi kimi mürəkkəb orqanizmə pedaqoji rəhbərliyi həyata keçirmək üçün müəllim inadlı,qətiyyətli olmaklı, hər hansı bir situasiyanı müstəqil həll etməyə hazır olmalıdır. Dözümlülük, özünü ələ ala bilmək müəllim peşəsi üçün zəruri olan keyfiyyətlərdəndir. Peşəsində öz aparıcı mövqeyini saxlamağı bacarmalıdır.





  • Yüklə 251,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin